Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-454/2022 19.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 oğlu və Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1993-cü ildə Lənkəran rayonu, Liman şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində 17 mart 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxx 1984-cü ildə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Lənkəran rayon məhkəməsinin 02 mart 2020-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda yaşamış, barəsində 17 mart 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokofrans əlaqə sistemindən istifadə edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 13 mart 2022-ci ildə Lənkəran rayonu, Liman şəhəri, M.Müşfiq küçəsində tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda 01 (bir) ədəd sellofan kəsiyi bükümündə, ümumi təmiz çəkisi 4,189 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 15 mart 2022-ci ildə, saat 16:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Liman şəhəri, M.Sabir küçəsində saxlanılaraq regional şöbənin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 9,412 qram çəkidə narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə heroinin 01 (bir) ədəd bükümdə olan - 4,189 qramını 13 mart 2022-ci ildə Lənkəran rayonu, Liman şəhəri, M.Müşfiq küçəsində tanışı Təqsirləndirilən şəxs1 90 manata satmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərkən o, 15 mart 2022-ci ildə saat 19 radələrində yaşadığı Liman şəhəri, M.Müşfiq küçəsində saxlanılaraq Regional Şöbənin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən satış məqsədi ilə üzərində daşıdığı, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi -5,223 qram narkotik vasitə heroin əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 mart 2022-ci ildə mağazaya gedərkən yolda polis əməkdaşları tərəfindən saxlanılaraq zorla Niva markalı avtomobilə əyləşdirilərək polis şöbəsinə aparılmış, şöbədə üzərinə baxış keçirilərkən üzərində qanunsuz heç bir şey aşkar edilməmiş, polis əməkdaşları onu ailəsi ilə hədələyərək Təqsirləndirilən şəxs2 narkotik vasitəni almasını deməsinə məcbur etmiş, anasına və qardaşına görə polis əməkdaşları tərəfindən yazılan ifadələri imzalamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, iki ildən çoxdur ki, narkotik vasitə heroindən zərdə çəkmək yolu ilə istifadə etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 13 mart 2022-ci ildə sonuncu çərşənbə bayramını ailə üzvləri ilə birlikdə keçirmək üçün Bakı şəhərindən yaşadığı Liman şəhərinə gəlmiş, axşam saat 19-20 radələrində Liman şəhər sakini kimi tanıdığı, əvvəllər də bir-iki dəfə narkotik vasitə heroin aldığı Təqsirləndirilən şəxs2 görüb ondan 90 manat pulun müqabilində öz istifadəsi üçün təxminən 4 qramdan çox narkotik vastə heroin almış, 15 mart 2022-ci ildə saat 16 radələrində narkotik vasitə qəbul etmək üçün yaşadığı evdən küçəyə çıxmış, həmin vaxt mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə aparmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarımın sol yan cibində saxladığı içində narkotik vasitə heroin olan bir bükümü çıxararaq polis əməkdaşına təqdim etmiş, sorğu-sual zamanı həmin narkotik vasitəni tanışı Xəyaldan 90 manat pula aldığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 mart 2022-ci ildə yaşadığı evdə olarkən polis əməkdaşları zorla evinə girərək evində və üzərində axtarış aparmış, axtarış zamanı evindən və üzərindən qanunsuz heç bir şey aşkar edilməmiş, sonra polis şöbəsinə aparılaraq orada Aqil adlı polis əməkdaşı narkotik vasitəni zorla üzərinə qoyaraq videoçəkiliş aparmış, tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamış və ya pay verməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, məhkum edilməzdən öncə narkotik vasitə heroindən ineksiya, azadlığa çıxdıqdan sonra heroindən zərdə çəkmək yolu ilə qəbul etmişdir. 10 mart 2022-ci ildə narkotik vasitə heroin əldə edib qəbul etmək üçün Lənkəran rayonunun Qumbaşı kəndinə üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də bir neçə dəfə heroin aldığı şəxsdən bir bükümdə narkotik vasitə heroin almış, 13 mart 2022-ci ildə axşam saatlarında yaşadığı evin qarşısında küçədə olarkən əvvəllər tanıdığı Liman şəhər sakini Təqsirləndirilən şəxs1 görmüş, sonuncu onda narkotik vasitə heroin olubolmadığını soruşarkən narkotikası olmadığını bildirmiş, 15 mart 2022-ci ildə saat 19 radələrində narkotik vasitə heroini qəbul etmək üçün evdən küçəyə çıxarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibində saxladığı bir bükümü çıxarıb pols əməkdaşına təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, sorğu-sual zamanı həmin narkotik vasitəni adını bilmədiyi Lənkəran rayonunun Qumbaşı kənd sakinindən aldığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməllərin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Liman şəhəri, M.Sabir küçəsi ev 68-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və gəzdirməsi ilə bağlı icraatına daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 15 mart 2022-ci ildə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Liman şəhəri, M.Sabir küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan şalvarın sol yan cibindən içində narkotik vasitə olan bir ədəd sellofan büküm çıxararaq onlara təqdim etmiş, həmin narkotik vasitəni 2-3 gün öncə Liman şəhər sakini Xəyal adlı şəxsdən istifadəsi üçün 90 manata aldığını bildirmiş, Xəyal adlı şəxsin şəxsiyyəti müəyyən edilərkən onun Liman şəhəri, M.Müşfiq küçəsi ev 59-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş, həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs2 Liman şəhəri M.Müşfiq küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan büküm çıxararaq təqdim etmiş, həmin narkotik vasitəni 4-5 gün öncə Qumbaşı kəndində tanımadığı şəxsdən aldığını, əldə etdiyi narkotik vasitə heroindən bir hissəsini qəbul etdiyini, bir hissəsini isə Liman şəhər sakini Fərruxa 90 manata satdığını bildirmişdir. Hər iki şəxsin üzərinə şəxsi axtarışdan sonra protokol tərtib edilərək imzalanmışdır. Təqsirləndirilən şəxslərin hər ikisi istər saxlanılarkən, istər də polis şöbəsinə aparılarkən onlara qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan olan 17 mart 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 13 mart 2022-ci ildə Təqsirləndirilən şəxs2 Liman şəhəri ərazisində bir bükümdə narkotik vasitə heroini 90 manata aldığını onun üzünə demişdir. İş materiallarında olan 15 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs1 15 mart 2022-ci ildə saat 16:30-da DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Liman şəhəri, M.Sabir küçəsində olan zaman saxlanılaraq regional şöbəyə gətirilimiş, onun əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotk vasitə heroini tanışı Təqsirləndirilən şəxs2 90 manata aldığını göstərmişdir. İş materiallarında olan 15 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs2 15 mart 2022-ci ildə saat 19 radələrində DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Liman şəhəri M,Müşfiq küçəsində olan zaman saxlanılaraq regional şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər aşkar olunmuş və həmin kütlə qablaşdırılaraq götürülümüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2022-ci il tarixli 19/342 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədədə bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -4,189 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -5,223 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədədə bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi” və “Vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan iki ədəd zərflərdəki, 2 büküm heroinlər xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 mart 2022-ci il tarixli 334 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 mart 2022-ci il tarixli 337 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onun narkotik vasitələrin istifadəçisi olması ilə yanaşı, həmçinin həmin vasitələrin satışı ilə də məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. 15 mart 2022-ci ildə Lənkəran rayonu, Liman şəhəri ərazisində saxlanılaraq regional şöbəyə gətirildikdən sonra üzərində bir büküm heroin aşkar edilmiş, həmin narkotiki satış məqsədilə 90 manata tanışı, Liman şəhər sakini Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. onun narkotik vasitələrin əldə edilməsi, daşınması və satışı ilə məşğul olması barədə regional şöbəyə əməliyyat məlumatları da daxil olmuş, həmin gün sonuncunun ətrafında keçirilmiş əməliyyat- axtarış tıdbirləriz zamanı o, da yaşadığı Liman şəhəri, M.Müşfiq küçəsində saxlanılaraq Regional şöbəyə gətirilmiş və üzərindən bir bükümdə narkotik vasitə heroin aşkar edilmiş, Təqsirləndirilən şəxs2 narkotik vasitələri Lənkəran rayonunun Qumbaşı kəndində tanımadığı şəxsdən aldığını bildirsə də, onun narkotik vasitə aldığı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə birlikdə məşğul olmaları və sövdələşmələri barədə əməliyyat aparatına hər hansı bir məlumatın daxil olmamış, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin alan zaman şəxsi istifadəsi üçün aldığını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini aldığı mənbə barədə ona hər hansı bir məlumat verməmişdir. İş üzrə maddi sübut kimi tanınan 4,189 qram və 5,223 qram, tədqiqata sərf olunduqdan sonra təmiz qalıq çəkiləri 4,139 qram və 5,173 qram narkotik vasitə heroin Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılır, şəxsi axtarış aparılması və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 2 ədəd “DVD” disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri qismən etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri, eyni zamanda məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, onların törətdiyi cinayət əməli kifayət qədər subuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyləri tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub götürülmüş maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Bu fakt Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinin məhz Təqsirləndirilən şəxs2 ona satması, Təqsirləndirilən şəxs1 isə həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 alması bir daha təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatlar müdafiə xarakteri daşımaqla onların cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitə heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifini məsələsini müzakirə edərək onların əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onların barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Cavadlı X4 rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsili bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş və 21 dekabr 2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarına əsasən cərimə cəzasından azad edilmişdir. Hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 02 mart 2020-ci ildə Lənkəran rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16 aprel 2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəlki məhkumluqları ödənilmiş, lakin – 02 mart 2020-ci il tarixli hökmlə ona təyin olunmuş cəzanın çəkilmə müddəti 16 2021-ci ildə başa çatsa da, onun törətdiyi əməl “az ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu 16 aprel 2023-cü ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini 15 mart 2022-ci ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli, digər Təqsirləndirilən şəxs2 isə CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Cavadlı X4 rayonu, Liman şəhəri, N.Nərimanov küçəsi, ev 69-da qeydiyyatda olmaqla, himayəsində heç bir yerdə işləməyən anası, arvadı və iki azyaşlı uşaqları ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarında əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Rzayev X3 rayonu, Liman şəhəri, M.Müşfiq küçəsi, ev 59-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü, cinayətin açılmasına, onun digər iştirakçısının ifşa edilməsinə fəal kömək etməsini CM-in 59.1.10-cu maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində heç bir yerdə işləməyən anasının və arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar məsələsini həll edərkən belə hesab edir ki, ekspertiza tədqiqatından sonra iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkiləri 4,139 qram və 5,173 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış aparılması və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Qeyd edilənlərlə yanaşı, ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat - hər birindən 57 (əlli yeddi) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Rzayev X2 alınaraq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 15 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 15 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Lənkəran şəhərrayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkiləri 4,139 qram və 5,173 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış aparılması və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat - hər birindən 57 (əlli yeddi) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-454/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-454/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver