Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-454/2023 14.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Biləsuvar şəhəri, Azadlıq küçəsi, ev 34-də qeydiyyatda olmaqla yaşamış, 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(022)-4/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsinin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarada-13,335 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 yanvar 2023-cü il tarixdə saat 18:35 dəqiqədə idarə etdiyi «VAZ 2107» markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində dayanıqlı vəziyyətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq avtomobillə birlikdə Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroinin 3,881 qramı bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən, avtomobilə baxış keçirilən zaman narkotik vasitə heroinin qalan hissəsi bir ədəd bükümdə 9,454 qram çəkidə olmaqla avtomobilin ön sol oturacağının ayağaltı hissəsindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 7 ildir ailəli olmasına baxmayaraq uşağı olmamışdır. Əvvəllər meyvə satışı ilə məşğul olmuş, son vaxtlar, yəni tutulduğu vaxtdan bir ay əvvəldən isə taksiçilik etməyə başlamışdır. 31 yanvar 2023-cü il tarixdə bir nəfərin yaxınlaşaraq başının boş olmasını soruşmuş, maşının boş olduğuna dair cavab verdikdən sonra həmin şəxs maşına əyləşmiş, sonra ona gözləməyini, «Watsapla» evdən nəsə yazacaqlarını, sms gəldikdən sonra maşının idarə etməyə başlamasını demişdir. Onun yanında kiməsə səs ataraq çıxdığını və gəldiyini bildirmişdir. Bundan sonra Biləsuvar RPŞnin yanında olan şirniyyat mağazasına şirniyyat alması üçün maşını həmin yerə sürməyini bildirmişdir. Həmin şəxsin sözü ilə maşını idarə edərək hərəkət etməyə başlamışdır. Biləsuvar RPŞ-nin inzibati binasının qarşısına çatan zaman polis əməkdaşları maşını qırağa verərək saxlamağını bildirmişdir. Maşından yerə düşdükdən sonra polis əməkdaşları onu Biləsuvar RPŞ-nə dəvət etmişlər, həmin vaxtı polis əməkdaşlarından nə baş verdiyini soruşmuş, onlar RPŞ-nə getməsini bildirmişlər, həmin vaxtı öyrənmişdir ki, onun maşınına minərək maşını RPŞ-nin inzibati binasının qarşısına sürdürən şəxsdə polis əməkdaşı olmuşdur. Polis Şöbəsinin həyətinə girən zaman orada işləyən Aqşin adlı şəxs ondan nə məsələ olduğunu soruşmuş və barəsində narkotik vasitənin alqı-satqısı ilə bağlı məşğul olması barədə məlumat daxil olduğunu bildirmişdir. Aqşinin zarafat etdiyini düşünərək ona nə qulluğ edə biləcəyini demiş, elə bilmişdir ki, maşınla nəyisə harasa aparmaq istəyirlər. Aqşin tam ciddi olduğunu, onun barəsində həqiqətən məlumat daxil olduğunu, inzibati binaya girməsini, orada onunla danışılacağını bildirmişdir. Həmin vaxtı təəccüblənmiş, inzibati binada otaqların birində gözləmiş, onun yanında bir neçə mülki geyimdə polis əməkdaşları da olmuşdur. Həmin polis əməkdaşları dünən harada olduğunu, sərhəd kəndlərdə hansında olduğunu soruşmuşlar. Polis əməkdaşlarına cavab olaraq dünən Biləsuvar rayonunun özündə olduğunu demiş, polis əməkdaşları ona barəsində külli miqdarda narkotik vasitə alqı-satqısı ilə bağlı məlumat əldə etdiklərini bildirmişlər. Polis əməkdaşlarına din əhli olduğunu, narkotik vasitədən uzaq olduğunu demişdir. Həmin vaxtı polis rəisinin müavini Elnur adlı şəxs gələrək, narkotik vasitə göstərib, həmin narkotik vasitəni cibinə qoyacaqlarını, qəbul etmədiyi halda narkotik vasitənin maşınından, evindən çıxacağını bildirmişdir. Həmin vaxtı çaşqın vəziyyətə düşərək, nə baş verdiyini başa düşməyə çalışmışdır. Elnurdan günahının nə olduğunu, nə üçün narkotik vasitəni götürməsini ona təklif etdiyini soruşmuş, Elnurda ona hədiyyə etdiyini bildirmişdir. Etiraz etdikdə Elnur çox danışmamağını əlavə silah da ola biləcəyini demişdir. Bundan sonra polis əməkdaşları balaca bir şey olduğunu, üzərinə və maşına qoyulacağını, çəkiliş zamanı tapdığını deməyini, tapdığı yeri özünün müəyyən etməsini demişlər. Elnur şalvarının cibinə narkotik vasitəni özü qoymuşdur. Çəkiliş zamanı qorxduğundan, hadisələri tam başa düşmədiyindən çəkiliş zamanı narkotik vasitələri tapdığını demiş, izahatı da özü yazmışdır. Polis əməkdaşları ona «narkotik vasitəni tapmışam» dedikdən sonra buraxacaqlarını bildirmişlər. Polis əməkdaşları «narkotik vasitəni tapmışam» deməyini dedikdən sonra həmin söz ona çox rahatlıq vermiş, narkotik vasitəni tapdığı yeri özündən yalan bildirmişdir. Sonra maşının qapısını açmış, maşından son tərəfdən polislərin qoyduğu və onların deməsi əsasında sol tərəfdə oturacağın altında olan narkotik vasitəni çıxararaq təqdim etmişdir. Bundan sonra təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə aparılmış, barəsində həbs qətimkan tədbiri seçildikdən sonra saxlanıldığı istintaq təcridxanasına aparılmışdır. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, əvvəllər polis əməkdaşları ilə narazılığı olmamış, narkotik vasitədən heç vaxt istifadə etməmişdir. Polis əməkdaşlarının onun üzərinə və maşınına narkotik vasitə qoymasının səbəbini bilməmişdir. Üzərindən və maşınından çıxan narkotik vasitə onun olmamış, Biləsuvar RPŞ-nin rəis mavini Elnur onun cibinə qoymuşdur, narkotik vasitənin bir hissəsinidə digər polis əməkdaşları tərəfindən maşına qoyulmuşdur. Ona narkotik vasitəni tapmasını demişlər. Onu RPŞ-nin inzibati binasına gətirdikdən sonra maşını yolda qalmış, sonra polis əməkdaşları maşını RPŞ-nin həyətinə gətirmişlər. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, ona elan olunmuş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilmişdir. Qeyd etmişdir ki, Biləsuvar şəhəri, Azadlıq küçəsi ev 34-də ailə üzvləri ilə birlikdə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, narkotik vasitə istifadəçisi olmamışdır. Psixi problemləri olmadığından heç bir dispanserdə qeydiyyatda olmamışdır. Özünə məxsus olan «VAZ 21074» markalı, 12-BE197 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmamışdan iki gün əvvəl Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən bazarın yaxınlığından bir bükümdə narkotik vasitə heroin tapmışdır. Həmin bükülünü açıb baxdıqda bükülünün içərisində iki ayrı-ayrı büküm olduğunu görmüşdür. Həmin bükümlərdən az olanı götürüb əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Digər bükümü isə avtomobilin ön sol oturacağını ayağaltı hissəsinə qoymuşdur. 31 yanvar 2023-cü il tarixdə özünə məxsus olan «VAZ 21074» markalı avtomobillə Biləsuvar şəhəri, H. Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində dayanadığı zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu avtomobillə birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. Həmin vaxtı tapdığı narkotik vasitə də üzərində və idarə etdiyi avtomobildə olmuşdur. Heç bir etiraz etmədən onlarla Polis şöbəsinə getmiş, polis şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X2 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etsin. Əynindəki şalvarın sağ yan cibində gizlətdiyi və içərisində narkotik vasitə heroin olan bir ədəd bükülünü çıxarıb onlara təqdim etmiş və sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içərisində narkotik vasitə vardır, həmin narkotik vasitəni Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən bazarın yaxınlığından tapmışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd bükülü elektron tərəzidə çəkildikdən sonra açılıb baxılmışdır. Polis əməkdaşları həmin bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olduğunu bildirmişlər. Sonra həmin bükülünü zərfə qoyulmuş, zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla ona məxsus olan «VAZ 21074» markalı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı ona məxsus olan «VAZ 21074» markalı avtomobilin ön sol oturacağının ayağaltı hissəsindən bir ədəd şəffaf rəngli sellofon torbanın içrəsində narkotik vasitə heroin aşkar olunmuşdur. Soğru zamanı həmin narkotik vasitəni Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən bazarın yaxınlığından tapdığını bildirmişdir. Ona məxsus olan avtomobildən aşkar olunaraq götürülmüş bir ədəd bükülü elektron tərəzidə çəkildikdən sonra açılıb baxılmışdır. Polis əməkdaşları həmin bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olduğunu bildirmişlər. Sonra həmin bükülünü zərfə qoymuşlar və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Üzərində keçirilən şəxsi axtarış və avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib olunmuş, protokol o da olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitəni Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən bazarın yaxınlığından tapmış, həmin narkotik vasitəni polisə təqdim etməyi fikirləşmiş, lakin həmin narkotik vasitəni necə təqdim edəcəyini bilməmişdir. Ona görə də narkoitk vasitəni iki gün üzərində və özünə məxsus olan avtomobildə saxlamışdır. Həmin narkotik vasitədən heç kimə satmamış və satmaq niyyəti də olmamışdır. Narkotik vasitələri təqdim etməyi fikirləşdiyi üçün onlardan birini şalvarının sağ yan cibinə digərini isə özünə məxsus olan avtomobilin ön sol oturacağının ayağaltı hissəsinə qoymuşdur. Əməlindən səmimi peşmandır və özünü günahkar bilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla və maşında axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, aşkar olunmuş narkotik vasitələr polis əməkdaşları tərəfindən qoyulmuş, həmin narkotik vasitələr ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hədələr edildiyi, psixi zorakılığa məruz qaldığı üçün o, üzərindən və maşınından aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində-cibində və maşınında narkotik vasitə olmadığını, aşkar olunan narkotik vasitələrin polislərin üzərinə qoyduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hədələr olunduğunu, üzərindən-cibindən və maşınından çıxan narkotik vasitənin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə-cibinə və maşınına narkotik vasitə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman və maşınına baxış keçirilən vaxt aparılan videoçəkilişdə dediyi xüsusatları polislər hədələdikdən sonra bildirdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, Azadlıq küçəsi, ev 34-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Onun narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 31 yanvar 2023-cü il tarixdə tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Qeyd olunan əməliyyat qrupu tərkibində özü də olmaqla həmin qərara uyğun olaraq 31 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə doğuran Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2107» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin vaxt Biləsuvar şəhəri, S.Vurğun küçəsinə hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs S.Vurğun küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində yerləşən işıqforun yaxınlığında yolun kənarında dayanmışdır. Onlar dərhal ona yaxınlaşıb özlərini təqdim edərək gəlişlərinin səbəbini izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2107» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə RPŞ-nə dəvət etmişlər. Bundan sonra onun raportu əsasında toplanmış materialın icrası RPŞ-nin TB-nin təhqiqatçı, polis baş leytenantı Mahsun Kərimova həvalə edilmişdir. Həmin andan Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, ona vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X2 tərəfindən müdafiə olunmasını bildirmişdir. Bundan sonra X2 müdafiəçi qismində dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin ona şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisindəki narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, «həmin bükülünün içərisində narkotik vasitə heroin vardır. Bu gün Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən bazarın yaxınlığından tapmışam». Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülü elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs imza etmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2107» markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkiliş aparılmaqla özünün və digər iştirakçıların iştirakı ilə baxış keçirilmiş. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, avtomobilində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq avtomobilin ön sol oturacağının ayaqaltı hissəsindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisindəki narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, «həmin bükülünün içərisində narkotik vasitə heroin vardır. Bu gün Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən bazarın yaxınlığından tapmışam». Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2107» markalı, **-BE- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülü elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs imza etmişdir. Avtomobilə baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə saat 18:35 dəqiqədə idarə etdiyi «VAZ 2107» markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində dayanıqlı vəziyyətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq avtomobillə birlikdə Biləsuvar Rayon Polis Şöbəsinə gətirilməsi, üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroinin 3,881 qramı bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən, avtomobilə baxış keçirilən zaman narkotik vasitə heroinin qalan hissəsi bir ədəd bükümdə 9,454 qram çəkidə olmaqla avtomobilin ön sol oturacağının ayaqaltı hissəsindən aşkar edilib qablaşdırılaraq götürülməsi, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən və avtomobildən aşkar edilmiş bükümlərin ona məxsus olmasını və həmin narkotik vasitəni 31 yanvar 2023-cü il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən Mərkəzi bazarın yaxınlığında yerdən tapdığını etiraf etməsi faktı əsasında Biləsuvar RPŞ-nin təhqiqat bölməsində toplanmış ilkin araşdırma materialları əsasında 1 fevral 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1-38) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 31 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:05-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 25) - «şəxsi axtarış və götürmə aparılması haqqında» 31 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ilkin çəkisi 4,01 qram olan bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını və həmin narkotik vasitəni 31 yanvar 2023cü il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən Mərkəzi bazarın yaxınlığında yerdən tapdığını etiraf etmişdir. (i.v. 32-34) -«baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə» 31 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2107» markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən ilkin çəkisi 10,31 qram olan bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını və həmin narkotik vasitəni 31 yanvar 2023-cü il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən Mərkəzi bazarın yaxınlığında yerdən tapdığını etiraf etmişdir. (i.v. 35-37) -«məhkəmə-kimyəvi ekspertizası»nın 01 fevral 2023-cü il tarixli 19/137 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddənin qablaşdırıldığı zərf....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: -3,881 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2107” markalı **-BE-*** d.q.n-lı avtomobildən aşkarlanmış maddənin qablaşdırıldığı zərf....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: -9,454 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərilərində “Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddənin qablaşdırıldığı zərf....” və “Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ- 2107” markalı **-BE-*** d.q.n-lı avtomobildən aşkarlanmış maddənin qablaşdırıldığı zərf....” sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumilkidə 2 ədəd bükümdə ümumi təmiz çəkisi: -13,335 qram olan heroinlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. (i.v. 41-44) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(022)-4/2023 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 83-86) - Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 5(022)-46/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 31 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 82) -«əşyanın maddi sübut kimi tanınması barədə» 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və avtomobildən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi: -13,335 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı -13,235 qram çəkidə qalığı cinayət işi üzrə maddi sübut hesab edilmiş və Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. (i.v. 106) -«Biləsuvar Rayon Mərkəzi Xəstəxanası» X10 daxil olmuş 03 aprel 2023-cü il tarixli, 747 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. (i.v. 134) -«Ambulator məhkəmə-narkoloji ekspertizası»nın xx.xx.2023-cü il tarixli 132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olmuş, lakin asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 145) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda-13,335 qram heroin narkotik vasitənin mənbəyini, cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən həmin fakta görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrı icraata ayrılmış və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. (i.v. 169-170) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində və maşınından aşkar olunmuş narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, aşkar edilmiş heroinin eyni tərkibli olması ilə, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab edilir. Həmin «Siyahılar»da İ Siyahının 5-ci bəndinə əsasən heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-13,335 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, heroini iki hissədə şəffaf rəngli sellofan bükümlərə bükərək 3,881 qramını bir ədəd əynindəki şalvarın sağ yan cibinə, 9,454 qramını isə idarə etdiyi avtomobilin ön sol oturacağının ayaqaltı hissəsində saxlamış, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən, avtomobilə baxış keçirilən zaman avtomobilin ön sol oturacağının ayaqaltı hissəsindən aşkar edilib qablaşdırılaraq götürülməsi onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütlələri satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hədə qorxu gəldiklərini, üzərindən-cibindən və maşınından çıxan narkotik vasitənin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman və maşınına baxış keçirilən vaxt aparılan videoçəkilişdə dediyi xüsusatları polis əməkdaşları tərəfindən hədələnərək məcbur edildiyi üçün deməsi barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(022)-4/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimata baxılan zaman məhkəmədə verdiyi izahatında ona elan edilmiş ittihamda özünü təqsirli bilmişdir. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis bölməsində hədələrə və psixi zorakılığa məruz qalması ilə bağlı hər-hansı quruma şikayət etmədiyini bildirmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında»,«baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə» protokollar, həmin protokollara əlavə edilmiş videoçəklişlər, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 125). -Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2023-ci il tarixli, 5391/295523 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlər görünür ki, Bayramov X5 şəhəri, M.Əsədov küçəsi 34-də yaşayır, ailəlidir, az yaşlı uşağı yoxdur, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v. 115-116) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 31 yanvar 2023-cü il tarixdən hesablanmalı və Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(022)-4/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. İttiham aktında yazılmış istintaq zamanı məhkəmə-linqvistik və dinşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 250 (iki yüz əlli) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs həmin halla bağlı ittiham elan edilmədiyindən ona aid edilməməlidir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 13,235 qram təşkil edən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 31 yanvar 2023-cü il tarixdən hesablansın. Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(022)-4/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 13,235 qram təşkil edən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Neymət Məmmədov Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-454/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-454/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver