Məhkəmə qərarları › İş №1(099)-454/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-454/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-454/2024 10.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçisi Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 2009-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, məktəbli, Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 69-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə, saat 11:30 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin qarşısındakı dərənin yaxınlığında xx.xx.2008-ci il təvəllüdlü, 9-cu sinif şagirdi, subay, məhkum olunmamış, Cəlilabad şəhəri, Vaqif küçəsində yaşayan qonşusu Zərərçəkmiş şəxs ona şəxsiyyətini təhqir edib alçaldan qəbuledilməz sözlər deməsi və iradlarına məhəl qoymaması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində təyinatını dəyişən hər hansı əlavə və dəyişiklik edilməmiş, soyuq silah hesab edilməyən təsərrüfatməişət təyinatlı mətbəx bıçağı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə və bel nahiyəsinə bir dəfə olmaqla, ümumilikdə iki dəfə qəsdən vuraraq sonuncuya qarının ön divarında qarın boşluğuna keçən mədəni və mədəaltı vəzini zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaradan ibarət xarakterinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və sol bel nahiyəsində daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaradan ibarət xarakterinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur, onunla münasibətləri əvvəldən yaxşı olmamış, Həsən onun anasının ünvanına nalayiq sözlər işlədərək təhqir etmişdir. Hadisədən təxminən 5 il əvvəl Həsən ona cinsi əlaqədə olmağı təklif etmiş, Həsənlə razılaşmadığından Həsən onu döymüş və onu biabır edəcəyini bildirmişdir. Bundan sonra Həsən ona dəfələrlə cinsi əlaqədə olmağı təklif etsə də, Həsənlə razılaşmamışdır. Hadisə günü, 10 fevral 2024-cü il tarixdə səhər saat 11 radələrində nənəsigilə gedən vaxt Həsən onu çağırmış və yenə onunla cinsi əlaqədə olmağı təklif etmiş, bundan sonra dərə adlanan yerdə Həsənlə görüşmüş, Həsən öz cinsi orqanını çıxarmaq istəyən vaxt cibindən bıçağı çıxarıb Həsənin qarın boşluğuna bıçaqla bir zərbə vurmuşdur ki, sonuncu ondan uzaqlaşsın. Bıçağı vurduqdan sonra Həsən yerdə uzanıb ağlamağa başlamış, özü isə qorxduğundan hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı ətrafda heç kim olmamış, buna görə də hadisəni heç kim görməmişdir. Həsənin onun anasını təhqir etdiyindən və özünə cinsi əlaqədə olmağı təklif etdiyindən hadisəni törətmişdir. Həsəni öldürmək niyyəti olmamışdır. İstintaq zamanı ifadə verərkən utandığından hadisəni olduğu kimi danışmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs zarafatlarına və təhqirlərinə dözə bilmədiyindən evdən özü ilə gətirdiyi bıçaqla bir dəfə onun qarın, bir dəfə isə kürək nahiyəsindən vurduğunu göstərmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində zərəçəkmiş şəxsin ona qarşı seksual xarakterli hərəkətlər etməsi barədə hər hansı bir dəlil gətirməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş, şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. 10 fevral 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evin yaxınlığında qoyun otaran zaman Təqsirləndirilən şəxs onun yanına gəlmiş, ona dərədə tülkü ölməsini bildirmişdir. Ona həmin yerə baxmağa getməsini xahiş etmiş, o da etiraz etməyərək həmin yerə getmişdir. Dərəyə çatan kimi Təqsirləndirilən şəxs ona uzun müddətdir ki, idmanla məşğul olmasını, presinin olubolmamasını deyərək, köynəyini qaldırmasını xahiş etmişdir. O da, əynində olan köynəyi qaldırmış, bu zaman Əli Təqsirləndirilən şəxsndən olan qırmızı dəstəkli bıçaqla bir dəfə qarın, bir dəfə kürək nahiyələrindən vurmuş, sonra isə oradan qaçaraq uzaqlaşmışdır.Huşunu itirmiş və xəstəxanada ayılmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmır. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Əlini təhqir etməmiş, ona qarşı heç vaxt seksual xarakterli hərəkətlər etməmişdir. Bu hadisə Cəlilabad şəhəri V.Mürsəlov küçəsində yerləşən evlərinin yaxınlığında baş vermişdir. Əlini vurmamışdır. Əli ilə əvvəllər aralarında ədavət və ya düşmənçilik olmamışdır. Aralarında olan münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Hadisəni heç kim görməmişdir. Bıçaq qırmızı rəngli meyvə-çörək doğramaq üçün istifadə olunan mətbəx bıçağı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 fevral 2024-cü ildə saat 11-12 arası V.Mürsəlov küçəsində fərdi yaşayış evlərinin qarşısında olan dərənin yanında bir nəfər uşağın yerdə uzanıqlı vəziyyətdə olmasını görmüş, ona yaxınlaşıb Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Həsən ona bıçaqlandığını dedikdə dərhal Təcili tibbi yardıma məlumat vermiş, onu xəstəxanaya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Həsən tanışı Əli tərəfindən bıçaqlanmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024cü il tarixli, 103 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs qarının ön divarında qarın boşluğuna keçən mədəni və mədəaltı vəzini zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xarakterli kəsilmiş-deşilmiş yara, sol tərəfli bel nahiyəsinin qarına nüfuz edən kəsilmiş-deşilmiş yara və sol bel nahiyəsində daxilə keçməyən 1 (bir) ədəd deşilmişkəsilmiş yara müəyyən edilmişdir. Müəyyən olunan xəsarətlər batıcı-kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 10 fevral 2024-cü il tarixə uyğundur. Dərəcəsinə görə qarının ön divarında qarın boşluğuna keçən mədəni və mədəaltı vəzini zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası sol tərəfli bel nahiyəsinin qarına nüfuz edən kəsilmiş-deşilmiş yarası xarakterli kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. sol bel nahiyəsində daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-trasoloji ekspertizasının 13 mart 2024-cü il tarixli, 3-16-16/2-3/326 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş sviterin və maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Qeyd olunan zədələr kəsici, ucu deşici xassəyə malik predmetin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 mart 2024-cü il tarixli, 881 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-ballistik ekspertizasının 26 fevral 2024-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İşdə olan 05 mart 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd sviter və bir ədəd mayka maddi sübut qismində tanınaraq saxlanmasından ötrü Cəlilabad rayon polis şöbəsinin “maddi sübutların saxlanması” otağına təhvil verilmişdir. İşdə olan 10 fevral 2024-cü il tarixli hadisə yerinə «baxış keçirilməsi haqqında» protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri, V.Mürsəlov küçəsində yerləşən fərdi yaşayış evlərinin qarşısındakı dərənin yaxınlığında baş vermişdir. Hadisə yerinin ətrafında fərdi yaşayış evləri yerləşir. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən 1 (bir) ədəd mətbəx bıçağı aşkar edilib götürülmüşdür. İşdə olan Cəlilabad rayon 4 saylı tam orta məktəbdən alınmış xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs məktəbin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində məktəb rəhbərliyinə heç bir şikayət daxil olmamışdır. İşdə olan məhkumluq haqqında tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin günü şübhəli şəxs qismində tutulmuş, 12 fevral 2024-cü ildə CM-nin 126.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Cəlilabad Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək Zərərçəkmiş şəxs tərəfindən cinsi zorakılığa məruz qaldığı üçün sonuncunu bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu xüsusata tənqidi yanaşaraq onun ifadəsinin bu hissəsini işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətin yüngülləşdirmək, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusat kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi xüsusatla bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, ibtidai araşdırma başlandığı ilk gündən başa çatanadək onun Zərərçəkmiş şəxs tərəfindən cinsi zorakılığa məruz qalmasına dair hər hansı bir fikir irəli sürməmiş, bu barədə heç bir dövlət orqanlarına şikayət verilməmişdir. Artıq bu hal təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakterini, mexanizmini və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyini təsdiq edir. Ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətini yüngülləşdirməyə hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, habelə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “baxış aparılması haqqında” protokolu və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs, şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla qəsdən vuraraq, ona ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Cinayətlərin təsnifatına (mad. 15.4) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli “ağır cinayət” növünə aiddir. Həmin maddənin sanksiyasında 3 ildən - 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğu üçün ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu -10 fevral 2024-cü ildən hesablanmalıdır. Belə ki, “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, “tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırılması hüququna malikdir. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, “təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (mad. 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir” (mad. 158.6). Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində: «məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və hazırda Cəlilabad RPŞ-də saxlanılan zərərçəkmiş şəxsin təqdim etdiyi bir ədəd mayka və bir ədəd sviter, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 141 (yüz qırx bir) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2024-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd mayka, bir ədəd sviter və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 141 (yüz qırx bir) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Ayşən Vəliyeva Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar