Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-454/2025 25.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 25 fevral 2026-cı il Lənkəran şəhəri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi- X16, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun Birinci Şahsevən kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs İraq Respublikasının ərazisində sabit silahlı qrupun tərkibində dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak edən X3 təklifi ilə həmin silahlı qrupun fəaliyyətində iştirak etmək üçün 11 mart 2015-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X18 ilə birlikdə Azərbaycan Respublikasını Gürcüstan istiqamətində quru yolu ilə tərk edib həmin ölkənin ərazisindən tranzit keçməklə ilk əvvəl Türkiyə Respublikasına, oradan isə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla əvvəlcə Suriya Ərəb Respublikasının Tel-Abyad şəhərinə, oradan isə İraq Respublikasının Tel-Affar şəhərinə gedərək X18, X8 və digər Azərbaycan Respublikası vətəndaşları ilə birlikdə cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının hüdudlarından kənarda ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış "İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan, “Abu Hamza” dini ləqəbli təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X4 rəhbərlik etdiyi “Tel-Affar camaatı” adlı sabit silahlı qrupun tərkibinə daxil olaraq onun fəaliyyətində iştirak etmiş, həmin silahlı qrupun tərkibində dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda İraq Respublikasının Tel-Affar şəhərinin ərazisində 2015-ci ilin mart ayının sonundan 2016-cı ilin aprel ayınadək olan müddət ərzində cinayət əlaqəsinə girdiyi X8, X18 və həmin qrupun üzvləri olan digər Azərbaycan Respublikası vətəndaşları ilə birlikdə döyüş təlimlərində iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də İraq Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, o, 2015-ci ildə Türkiyəyə işləmək üçün getmiş, sonra orada qəssablıq etməyə başlamışdır. Onun peşəsi qəssablıqdır. Suriyada yaşayan Abbas adlı sinif yoldaşı orada əsl müsəlman dövləti qurulduğunu ona bildirmiş, o da Türkiyənin yaşamaq üçün doğru yer olmadığını görüb ailəsi ilə birlikdə Suriyaya getmişdir. Lakin, oraya getdikdən sonra anlamışdır ki, aldadılmışdır. Onlar Suriyaya keçmək üçün qanunsuz yollardan istifadə etmişlər, Türkiyə sərhədini keçdikdən sonra qadınları bir tərəfə, kişiləri bir tərəfə aparmışlar, pasportlarını əllərindən almışlar. Onu əvvəlcə Suriya Ərəb Respublikasının Tel-Abyad şəhərinə, oradan isə İraq Respublikasının Tel-Affar şəhərinə aparmışlar. Daha sonra aldadıldığını anladıqdan sonra oradan qaçmaq üçün yollar axtarmış, qaçmaq istəyərkən İŞİD tərəfindən həbs olunmuşdur. Həbsdən çıxandan sonra bir yolla İraq ərazisini tərk edərək, Türkiyəyə Reyhanlı şəhərinə ailəsi ilə birlikdə qayıtmışdır. Hər hansı silahlı birləşmələrə qoşulmamış, Əbu Həmzəyə beyət etməmişdir. Bundan əvvəl sərhədi qanunsuz keçdiyinə görə Konyada 9 ay həbs edilmişdir. Türkiyəyə qayıtdıqdan sonra, Suriyaya ailəsi ilə birlikdə getdiyini, əlinə silah belə almadığını bildirmişdir. Bundan sonra məhkəmənin qərarı ilə onu ailəsi ilə birlikdə İzmir şəhərinə göndərmişlər. Altı il müddətində İzmirdə qalmış və Azərbaycana qayıtmaq istədiyi ilə bağlı X22 Nazirliyinə müraciət etmişdir. Bundan sonra Səfirlik onu Azərbaycana gətirmişdir. O, ifadə verən zaman ona təzyiq etmişlər, onu şərləmişlər, verilən ittihamla razı deyildir, heç bir silahlı qruplaşmanın tərkibində iştirak etməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı bildirmişdir ki, o, xx xxxxxx 1988-ci ildə Beylaqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuş, 2003-cü ildə təhsilini yarımçıq qoyaraq işləməyə başlamışdır. 2006-2007-ci illərdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonu ərazisində yerləşən hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra köçərək Bakı şəhərində yaşamağa başlamışdır. Bakı şəhərində olduğu müddətdə fərdi qaydada usta kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə əmisi qızı Şahid1 ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən 4 uşaqları olmuşdur. İlk övladları X28 şəhərində, ikinci övladları X26 Respublikasında, üçüncü övladları Şahid4 Suriya Ərəb Respublikasında və sonuncu övladlarıı Məryəm Həziyeva isə Türkiyə Respublikası ərazisində doğulmuşlar. 2014-cü ilin sonunda X29 Dövləti (İŞİD) yarandıqdan sonra sinif yoldaşı və əslən Beyləqan rayonundan olan X10 gedərək İŞİD-in tərkibinə daxil olmuş, daha sonra 2015-ci ilin mart ayında Abbasqulu Ağaəliyev ilə “WhatsApp” mobil tətbiqi üzərindən danışarkən sonuncu onu Suriyaya İŞİD-in nəzarət etdiyi əraziyə dəvət etmişdir. O Abbasqulu Ağaəliyevin təklifini dəyərləndirərək özünün əhli-sünnə əqidəsindən olduğuna görə, eləcə də İŞİD-i əsl müsəlman ölkəsi saydığına görə daimi yaşamaq üçün ailəsi ilə birlikdə oraya getmək qərarına gəlmişdir. Onlarla birgə, tanışları olan əhli-sünnə əqidəli X18 da ailəsi ilə birlikdə İŞİD-ə qoşulmaq üçün oraya getmək qərarına gəlmişdir. Abbasqulu Ağaəliyevin dediyi marşrut üzrə onlar avtobusla Azərbaycan Respublikasının ərazisini Gürcüstan istiqamətində tərk edərək oradan da Türkiyənin İstanbul şəhərinə getmişlər. İstanbul şəhərində kirayə ev tutaraq 10 gün müddətində Abbasqulu Ağaəliyevdən xəbər gözləmişlər. Təxminən 10 gün sonra Abbasqulu Ağaəliyevlə “WhatsApp” mobil tətbiqi üzərindən əlaqə saxladıqdan sonra sonuncu onları İstanbul şəhərində xatırlamadığı ərazidə əslən Dağıstanlı olan şəxslərlə görüşdürmüşdür. Həmin şəxslərdən xatırlamadığı biri onu Abbasqulunun yanına aparması üçün Türkiyənin Qaziantep şəhərinə qədər avtobusla gedərək onları müşayiət etmişdir. Qaziantep şəhərinə çatdıqda orada “qaçaqçı” (bələdçi) onları qanunsuz olaraq Suriya ərazisinə keçirmiş, özünün və Cavid Hüseynovun ailəsi ilə birlikdə oradan Tel-Abyad şəhərinə, daha sonra isə Əl-Ray deyilən əraziyə gəlmişlər. Əl-Rayda olarkən İŞİD-in nümayəndələri oraya gələrək qadınları başqa istiqamətə, kişiləri isə başqa istiqamətə apararaq, onların pasportlarını və telefonlarını almışlar. Bir gün orada qaldıqdan sonra İŞİD-in nəzarati altında olan Rakka və digər şəhərlərinə getmiş və sonda Tel-Affar şəhərinə çatmışlar. Tel-Affar şəhərinin əmiri əslən Azərbaycanlı olan “Abu-Hamza” dini ləqəbli şəxs olmuşdur. Orada onları Abbasqulu Ağaəliyev qarşılamış və bundan sonra onları sərbəst buraxmışlar. Daha sonra Təqsirləndirilən şəxs orada ailəsi ilə təxminən 1 il, yəni - 2016-cı ilin mart-aprel aylarına kimi orada qalmışdır. O, həmin ərazilərdə olduğu müddətdə İŞİD-ın əslində əsl xilafət - müsəlman ölkəsi olmadığını başa düşmüş, oraya aldanıb getdiyini və böyük səhv etdiyini anlamış, oradakı həyatın və yaşam tərzinin ona görə olmadığını başa düşmüşdür. Orada olan bütün şəxsləri məcburi döyüşlərə cəlb edirmişlər, İŞİD bütün dünya ölkələri ilə döyüşürmüş, amma o, bu döyüşlərdə iştirak etməmək üçün mübarizə aparmışdır. Tel-Affar şəhərində yaşayan şəxslər məcburi olaraq Abu-Hamzaya beyət etməli olduğu halda, özü və Cavid Hüseynovun ailəsi bunu etməmişlər. İŞİD-in ərazisində 11 ay olduğu müddət ərzində bu eybəcərliklərə dözə bilmədiyi üçün özü və Cavid Hüseynovun ailəsi ilə birlikdə Suriyanın Əl-Bab şəhərinə qaçmışlar. Orada İŞİD-in nümayəndələri onları tutaraq 3 ay müddətinə həbs etmişlər. Müddət başa çatdıqdan sonra onları azadlığa buraxmışlar. Onlar İŞİD-in ərazisindən qaçmağın alınmayacağını başa düşmüş və Suriyanın daxili ərazilərinə doğru geri qayıtmışlar. Suriyanın Deyr-Əzzor ərazisinə çatdıqda o bir “qaçaqçı” ilə tanış olmuş və sonuncu 1.000 ABŞ dolları müqabilində onu və ailəsini gizli olaraq Türkiyə ilə sərhəd olan Əl-Ray şəhərinə gətirmişdir. Həmin şəhər Türkiyə Silahlı Quvvələrinin nəzarəti altında olmuşdur. Orada onu 9 ay həbsdə saxlamışlar, ailəsi isə kampa yerləşdirilmişdir. Azadlığa çıxdıqdan sonra ailəsi ilə Əl-Rayda 1 il müddətində yaşamışdır. Türkiyə Silahlı Qüvvələri tərəfindən İdlib şəhəri tutulduqdan sonra və yaşayış səviyyəsi ucuz olduğu üçün o ailəsi ilə həmin şəhərdə məskunlaşmışdır. 2019-cu ilin yay aylarına kimi İdlib şəhərində yaşadıqdan sonra ailəsi ilə qaçaqçıların vasitəsilə Türkiyənin Reyhanlı qəsəbəsinə keçərək Konya şəhərinə kimi getmişlər. Konya şəhərinə çatdıqda o könüllü olaraq polis bölməsinə gedərək öz günahını etiraf etmişdir. Polis onu 1 il müddətində saxlama yerində saxlamışdır. Qeyd olan müddət başa çatdıqdan və azadlığa buraxıldıqdan sonra o, Kocəli şəhərinə gələrək ustalıqla məşğul olmağa başlamış, 2025-ci ilin may ayına kimi həmin şəhərdə ailəsi ilə birlikdə yaşamışdır. İŞİD-in nəzarəti altında olan ərazilərdə yaşadığı müddət ərzində ona məxsus mobil telefonuna quraşdırılmış və hal-hazırda xatırlamadığı nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp” tətbiqi üzərindən həftədə təxminən 1 dəfə olaraq əmisi və anası ilə əlaqə saxlamışdır. ( C-İ, i.v. 61-64, 90-93 149-150, C-İİ, i.v. 104- 106,118-119) Sonda təqsirləndirilən şəxs ona elan edilmiş ittihamları qəbul etməyərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissəsi elan edilməklə tədqiq edilmişdir. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxslə 2015-ci ildə yaşamaq üçün Türkiyəyə getmiş və 2016-cı ilin sonlarına qədər orada qalmışlar. Övladları dünyaya gəlmiş, oranın yanlış yer olduğunu gördükdən sonra oradan çıxmaq istəmişlər. 2016-cı ilin sonlarında Suriyaya İdlib şəhərinə getmişlər, 2018-ci ilin sonlarında Türkiyəyə keçib dövlətə təslim olmuşlar. Yanlış iş gördüklərini, peşman olduqlarını bildirmişlər. Sonradan onlara müvəqqəti yaşama icazəsi verilmiş, 2025-ci ilin iyun ayına qədər Türkiyədə yaşamışlar. Öz ölkələrinə qayıtmaq üçün müraciət etmiş və qayıtmışlar. Şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində qeyd etmişdir ki, 2014-cü ilin sonunda X29 Dövləti (İŞİD) yarandıqdan sonra Təqsirləndirilən şəxs əslən Beyləqan rayonundan olan sinif yoldaşı X10 gedərək İŞİD-in tərkibinə daxil olmuş, 2015-ci ilin mart ayında X14 Həziyevlə “WhatsApp” mobil tətbiqi üzərindən danışarkən onu Suriyaya İŞİD-in nəzarət etdiyi əraziyə dəvət etmişdir. Təqsirləndirilən şəxs Abbasqulu Ağaəliyevin təklifini dəyərləndirərək özünün əhli-sünnə əqidəsindən olduğuna görə, eləcə də İŞİD-i əsl müsəlman ölkəsi saydığı üçün daimi yaşamaq məqsədilə onunla və övladı ilə oraya getmək qərarına gəlmişdir. Onlarla birgə, tanışları olan əhli-sünnə əqidəli X18 və onun ailəsi də İŞİD-ə qoşulmaq üçün oraya getmək qərarına gəlmişlər. Abbasqulu Ağaəliyevin dediyi marşrut üzrə onlar avtobusla Azərbaycan Respublikasının ərazisini Gürcüstan istiqamətində tərk edərək oradan da Türkiyənin İstanbul şəhərinə getmişlər. İstanbul şəhərində kirayə ev tutaraq 10 gün müddətində Abbasqulu Ağaəliyevdən xəbər gözləmişlər. Təxminən 10 gün sonra Abbasqulu Ağaəliyevə “WhatsApp” mobil tətbiqi üzərindən əlaqə saxladıqdan sonra sonuncu onları İstanbul şəhərində xatırlamadığı ərazidə əslən dağıstanlı olan şəxslərlə görüşdürmüşdür. Həmin şəxslərdən xatırlamadığı biri Abbasqulu Ağaəliyevin yanına aparması üçün Türkiyənin Qaziantep şəhərinə qədər avtobusla gedərək onları müşayət etmişdir. Qaziantep şəhərinə çatdıqda orada “qaçaqçı” (bələdçi) onları və Cavid Hüseynovun ailəsini qanunsuz olaraq Suriya ərazisinə keçirmiş, oradan da birlikdə Tel-Abyad şəhərinə, daha sonra isə Əl-Ray deyilən əraziyə gəlmişlər. Əl-Rayda olarkən İŞİD-in nümayəndələri oraya gələrək qadınları başqa istiqamətə, kişiləri isə başqa istiqamətə aparmış, onların pasportlarını və telefonlarını almışlar. Bir gün orada qaldıqdan sonra İŞİD-in nəzarati altında olan Rakka və digər şəhərlərinə getmiş və sonda Tel-Affar şəhərinə çatmışlar. Tel-Affar şəhərinin əmirinin əslən Azərbaycanlı olan “Abu- Hamza” dini ləqəbli şəxs olmasını orada eşitmişdir. Orada onları Abbasqul Ağaəliyev qarşılamış və bundan sonra onları sərbəst buraxmışlar. Bundan sonra onlar orada olan evlərin birində məskunlaşmışlar. Cavid Hüseynov və onun ailəsi isə qonşuluqda olan digər evdə yerləşmişlər. Orada onlar Şahid2 adlı xanımla və onun yoldaşı Samir adlı şəxslə qonşu olmuşlar. Yaşadıqları ərazilərdə İŞİD-ə aid olan bayraqlar hər yerdə mövcud olmuşdur. Orada onlar 2016-cı ilin mart-aprel aylarına kimi təxminən bir il müddətində yaşamışlar. Həmin müddət ərzində onun ikinci övladı İmarə dünyaya gəlmişdir. İŞİD-ə aid olan ərazilərdə olduğu müddət ərzində yoldaşı Təqsirləndirilən şəxs İŞİD-in fəaliyyətində iştirak etmişdir. Belə ki, Tel-Affar şəhərinə gəldikdən bir müddət sonra Abbasqulu Ağaəliyev yoldaşı Təqsirləndirilən şəxs və Cavid Hüseynovu orada təlimlərə aparmışdır. Təlimdə olan zaman yoldaşı Təqsirləndirilən şəxs hansı markaya aid olduğunu bilmədiyi bir ədəd avtomat silah verilmişdir. Həmin avtomatı Təqsirləndirilən şəxs təlimlərə gedəndə özü ilə aparıb gətirmişdır. Lakin bir müddət sonra onlar İŞİD-ın əslində əsl xilafət müsəlman ölkəsi olmadığını başa düşmüş, oraya aldanıb getdiklərini və böyük səhv etdiklərini anlamışlar. Oradakı həyatın və yaşam tərzinin onlara görə olmadığını başa düşmüşlər. Orada olan bütün şəxsləri məcburi döyüşlərə cəlb edirmişlər, İŞİD bütün dünya ölkələri ilə döyüşmüş, amma Təqsirləndirilən şəxs o döyüşlərdə iştirak etməmək üçün mübarizə aparmışdı. Belə ki, həyat yoldaşı Təqsirləndirilən şəxs artıq öz işi ilə məşğul olmaq üçün özünə bir yer taparaq orada qəssablıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Təqsirləndirilən şəxs döyüşə girməmək üçün İŞİD-in fəaliyyətində olan döyüşçülərinə bu cür köməklik etmişdir. Cild 1, iş vərəq: 68-72 İş üzrə dindirilmiş Şahid4 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs kürəkənidir. Qızının gözündə problem olduğundan Türkiyəyə getmişlər. Onların həmin məqsədlə getmədikləri ona sonradan məlum olmuşdur. Sonradan onlar peşman olub geri qayıtmışlar. Onun Təqsirləndirilən şəxs silahlı birləşmələrə qoşulmasından xəbəri olmamışdır. İş üzrə dindirilmiş Şahid7 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır, ailəsi ilə Türkiyəyə işləmək məqsədilə getmiş, sonradan peşman olub geri qayıtmışlar. Suriyaya getdiklərindən sonradan xəbər tutmuşdur. İş üzrə dindirilmiş Şahid3 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs yeznəsidir. O, ailəsi ilə Türkiyəyə işləmək məqsədilə getmiş, orada qəssablıq etmişdir. Sonradan peşman olub geri qayıtmışlar. Məhkəmədə ibtidai istintaqdakı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx xxxx 1985-ci ildə Lənkəran şəhərinin Vilvan kəndində doğulmuşdur. Natamam orta təhsil almış və heç bir yerdə işləməmişdir. 2013-cu ildə X19 ilə ailə həyatı qurmuş və həmin evlilikdən 3 övladları dünyaya gəlmişdir. İlk övladı Süleyman Baratzadə 2013-cü ildə Bakı şəhərində, ikinci övladı Davud Baratzadə 2014-cü ildə Türkiyə Respublikasında, üçüncü övladı Muhammad Baratzadə isə 2016-cı ildə Suriya Ərəb Respublikasında dünyaya gəlmişlər. 2014-cü ilin sonunda X29 Dövləti yarandıqdan sonra Türkiyədə yaşayan Mehmet adlı şəxs həyat yoldaşı X15 gedərək İŞİD-in tərkibinə daxil olmağı təklif etmişdir. Samir Baratzadə həmin təkliflə razılaşaraq, 2014-cü ilin sonlarında onu və övladı Süleyman Baratzadəni də götürərək, təyyarə ilə İstanbula, oradan da Qaziantep şəhərində yaşayan həmin Mehmet adlı şəxsin evinə gəlmişlər. Orada olarkən Samir Baratzadə birbaşa oradan qanunsuz yollar ilə Suriyanın ərazisinə keçərək, İŞİD-in nəzarətində olan ərazilərdə həmin silahlı dəstələrə qoşulmuşdur. O Qaziantep şəhərində 3 ay müddətində qalmış, həmin müddətdə ikinci övladı Davud dünyaya gəlmişdir. 3 ay keçdikdən sonra qaçaqçı kimi fəaliyyət göstərən Mehmet adlı şəxs onu Əl-Ray adlı əraziyə kimi götürmüş, orada o Samir Baratzadə ilə görüşmüşdür. Təxminən 8 ay Əl-Raydada yaşadıqdan sonra ailəsi ilə birlikdə İraq Respublikasının Tel- Affar şəhərinə köçmüşlər. Həmin şəhər İŞİD-in nəzarətində olan şəhər olmuşdur. Onlar orada bir evdə məskunlaşmışlar. Samir Baratzadə silahlı təlimlərə cəlb olunmuş və ribata, yəni döyüş növbətçiliyinə çıxırmışdır. Onun başqa işi olmamış. Onlar orada olanda İŞİD-ə beyət etmişdir, İŞİD-i əsl islam dövləti bilirmişlər və “Xalid dayı” ləqəbli adamın “Xalid dayının camaatı” adlı qrupun üzvləri olmuşlar. Tel-Affar şəhərində bir müddət yaşadıqdan sonra, İŞİD-ın əslində əsl xilafət - müsəlman ölkəsi olmadığını, oraya aldanıb getdiklərini və böyük səhvə yol verdiklərini anlamışlar. Buna görə də oradan qaçmaq üçün yollar axtarırmışdılar. Təxminən 2015-ci ilin sonlarında onlar Tel-Affar şəhərindən qaçaraq Suriyanın Rakka şəhərinə gəlmişdilər. Orada 8 ay müddətinə qaldıqdan sonra həmin şəhəri PKK terror qruplaşması əsir götürmüşdür. Qadınlara həmin şəhəri tərk etməyə imkan yaratdıqları üçün o övladları birgə oradan çıxaraq Türkiyəyə keçmişdir. Lakin yoldaşı Samir Baratzadə əsir qalmışdır. Həmin vaxtdan ondan heç bir xəbəri olmamışdır. Təxminən 7 il İstanbulun Başakşehir ərazisində yaşadıqdan sonra o, Azərbaycana qayıtmaq üçün müəyyən prosedurlardan keçdikdən sonra 03 iyun 2025-ci il tarixdə uşaqları ilə birlikdə Azərbaycana qayıtmışdır.Aailəsi ilə qeyd etdiyi ərazilərdə yaşadıqları müddət ərzində həmin ərazilərdə bir neçə azərbaycanlı ailəsini görmüş, lakin çoxlarını tanımamış və əlaqələri olmamışdır. Orada olan azərbaycanlılardan yaxın əlaqədə olduqları ailələrdən biri Təqsirləndirilən şəxs ailəsi olmuş, çünki yoldaşı da Təqsirləndirilən şəxs kimi əslən Beyləqan rayonundan olmuşdur. Təqsirləndirilən şəxs adlı şəxs İŞİD-in nəzarətində olan Tel-Affar şəhərində olduğu müddət ərzində orada olan bütün azərbaycanlılar kimi silahlı təlimlərə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs də həmin təlimlərdə iştirak etmiş, lakin onun döyüşlərdə iştirak edib-etməməsi barədə heç bir xəbəri olmamışdır. Təqsirləndirilən şəxs həyat yoldaşı Gülnur isə evdə uşaqlarına baxırmışdır. Bir müddət sonra orada olan bütün ailələr hərəsi bir istiqamətdə qaçmışlar. Təqsirləndirilən şəxs ailəsini Türkiyəyə keçdikdən sonra kampda, daha sonra Azərbaycana qayıdan zaman da köç idarəsində görmüşdür. (Cild 1, iş vərəq: 73-77). İfadələr arasındakı ziddiyyətin səbəbi aydınlaşdırılarkən Şahid1 bildirmişdir ki, o, məhkəməyədək icraat zamanı qeyd edildiyi kimi ifadə verməmiş, bunları müstəntiq özündən yazmışdır. Məhkəmədə ibtidai istintaqdakı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, xx xxxx 1967-ci ildə xx xxxxx 1990-cı ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. Hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində məhkumdur. 2012-ci ildən 2013cü ilə kimi Suriya Ərəb Respublikasında qanunsuz silahlı dəstələrdə silahlı təlimlərdə iştirak etdiyi üçün, 2015-ci ildə cinayət işi üzrə təqsirləndirilən şəxs kimi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıdığını, onunla birlikdə eyni məktəbdə oxuduğunu bildirmişdir. O, xatırladığına görə Təqsirləndirilən şəxs 2015-ci ildə Azərbaycandan gedərək Suriyaya və İraqa getmişdir. Təqsirləndirilən şəxs məxsus olan, lakin hal-hazırda xatırlamadığı mobil telefon nömrələri onun telefonunda olmuş və Pərviz orada olan zaman onunla bir neçə dəfə danışdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs Suriyada və İraqda döyüşlərə girib-girmədiyi barədə tam dəqiq məlumatı olmamış, lakin ora gedən bütün azərbaycanlılar kimi o da silahlı təlimlərdə iştirak etmişdir. Daha sonra o, Təqsirləndirilən şəxslə əlaqəni itirmiş və ondan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasında və İraq Respublikasında İŞİD-in nəzarəti altında olan ərazilərdə hansı qanunsuz silahlı birləşmənin tərkibində olması barədə dəqiq məlumatının olmadığını, həmin ərazilərə Abbasqulu adlı şəxs tərəfindən çağırıldığını və qeyd olunan ərazilərdə yaşadığı müddət ərzində internet üzərindən “WhatsApp” tətbiqi ilə onunla bir neçə dəfə danışdığını bildirmişdir. Fotoşəkil üzrə tanıma istintaq hərəkəti zamanı Şahid8 ona təqdim edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs tanımışdır. (Cild 2, iş vərəq: 2-4, 5-7) Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin (qismən) və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, İşdə olan : - «Şübhəli şəxsin tutulması haqqında» 03 iyun 2025-ci il tarixli, 2/114-44 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ARCM-in 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. (C-İ, i.v. 51-52) - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 4(009)-283/2025 nömrəli görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablanmışdır. (C-İ, i.v. 101- 104) - Sərhəd keçmə barədə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisini 11 mart 2015-ci il tarixdə Gürcüstan istiqamətində quru yolu ilə tərk etmişdir. (C-İ, i.v. 11-13) - «Fotoşəkil üzrə tanınma» haqqında 23 iyun 2025-ci il və 24 iyun 2025-ci il il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş fotoşəkillər arasında “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan qanunsuz silahlı birləşməyə rəhbərlik etmiş “Abu Hamza” dini ləqəbli X6 foto şəkil üzrə tanımışdır, bundan əlavə fotoşəkillərdən onunla birgə həmin ərazilərdə qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş X5, X11, X12 və onun həmkəndlisi olan Şahid8 tanımışdır. (C-İ, i.v. 152-157, 158-166) - Suriya Ərəb Respublikasının “Cinayət qanunu” kitabının tərcüməsindən görünür ki, təqsirləndirilən şəxsə istinad edilən əməllər həmin ölkdədə də cinayət hesab olunur. (C-İ, i.v. 173-195) - İraq Respublikasının Cinayət Məcəlləsinin tərcüməsindən görünür ki, təqsirləndirilən şəxsə istinad edilən əməllər həmin ölkdədə də cinayət hesab olunur. (C-İİ, i.v. 23-30) - BMT-nin Təhlükəsizlik Şurasının 2014-cü il tarixli, 2170 saylı Qətnaməsinin azərbaycan dilinə tərcümə edilmiş məzmunundan görünür ki, İŞİD terror qruplaşması hesab edilmişdir. C-İ, i.v.196-224) - Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən İstintaq baş idarəsinə daxil olmuş olmuş 11 iyul 2025-ci il tarixli 9-2251 nömrəli məktubun çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Suriyada qoşulduğu qanunsuz silahlı birləşmənin rəhbəri “Abu Hamza’’ dini ləqəbli ekstremist xx.xx.1979-cu il təvəllüdlü, Neftçala rayonunun Astanlı kəndində qeydiyyatda olan X1 müəyyənləşdirilmişdir. Eldəniz Eynullayev xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasını Türkiyə istiqamətində tərk etmiş, oradan qeyri-qanuni yollarla Suriyaya keçmişdir. Təqsirləndirilən şəxslə birlikdə qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmuş tanışı X18 hazırda Suriyada həbsdədir ( C-İİ, i.v. 15) - Məhkəmə-psixiatrik ekspertizasının 08 iyul 2025-ci il tarixli, 2195 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. (C-İİ, i.v. 31-33) - Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olan 1341 nömrəli cinayət işinə keçirilmiş baxış zamanı həmçinin müəyyən edilmişdir ki, “Abu Hamza’’ dini ləqəbli, xx.xx.1979-cu il təvəllüdlü, Neftçala rayonunun Astanlı kəndində qeydiyyatda olan X9 həmin iş üzrə 17 dekabr 2015-ci il tarixdə 12.1,218.2, 12.3,214-3.1, 12.3, 214.2.1, 12.3,214.2.3 və 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq axtarışa verilmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. ( C-İİ, i.v. 61-89) - Məhkəmə tibbi ekspertizasının xx/xx/2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Təqsirləndirilən şəxs Suriyaya işləmək və əsl müsəlman dövləti olduğu üçün getməsi, hər hansı silahlı birləşmələrə qoşulmaması, həmin yerin onlara uyğun olmadığını anlayıb vətənə geri qayıtması və polis əməkdaşlarının təzyiq göstərərək onu şərləməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər ağlabatan olmamaqla, iş materialları ilə təkzib olunur: Əvvəla, qeyd edilməlidir ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də müdafiəçisi məhkəməyədək icraat zamanı ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müvafiq orqana şikayət verməmişlər. Bundan başqa, "İŞİD” adlı cinayətkar birliyin sülh və insanlıq əleyhinə ağır və xüsusilə ağır cinayətlər törətməsi, onların nəzarəti altında olan bölgədə təqsirləndirilən şəxsin dəlilində bildirdiyi kimi “əsl müsəlman dövləti” şəraitinin mövcudluğunun tamamilə istisna olması, nəinki hərbçilərin, mülki əhalinin də silahlı qırğınlara məruz qalması hamıya bəlli olan haldır. Həmçinin, təqsirləndirilən şəxsin Suriyaya qanunsuz yollarla getdiyi dövrdə bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasının televiziya və radio yayımlarında da mütəmadi bu barədə xəbərlər dərc olunmuşdur. Təqsirləndirilən şəxsin məhz belə bir şəraitdə qanunsuz yollarla kütləvi qırğınların aparıldığı ölkəyə getməsi məhkəmənin qənaətincə bildirdiyi dəlillərini həqiqətdən tamamilə uzaq qılır. Bundan başqa, iş üzrə şahidlər Şahid1, Şahid8, Şahid2 ibtidai istintaqdakı ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs İŞİD-in nəzarətində olan Tel-Affar şəhərində olduğu müddət ərzində orada olan bütün azərbaycanlılar kimi silahlı təlimlərə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs də həmin təlimlərdə iştirak etmiş, əlavə olaraq Şahid1 ifadəsindən görünür ki, İŞİD-ə aid olan ərazilərdə olduğu müddət ərzində yoldaşı Təqsirləndirilən şəxs İŞİD-in fəaliyyətində iştirak etmişdir. Belə ki, Tel-Affar şəhərinə gəldikdən bir müddət sonra Abbasqulu Ağaəliyev yoldaşı Təqsirləndirilən şəxs və Cavid Hüseynovu orada təlimlərə aparmışdır. Təlimdə olan zaman yoldaşı Təqsirləndirilən şəxs hansı markaya aid olduğunu bilmədiyi bir ədəd avtomat silah verilmişdir. Həmin avtomatı Təqsirləndirilən şəxs təlimlərə gedəndə özü ilə aparıb gətirmişdır. Şahid1 məhkəmədə qeyd edilən halları təsdiq etməməsi məhkəmə onun həyat yoldaşının əleyhinə ifadə vermək istəməməsi ilə əlaqələndirir. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs İraq Respublikasının ərazisində sabit silahlı qrupun tərkibində dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak edən X3 təklifi ilə həmin silahlı qrupun fəaliyyətində iştirak etmək üçün 11 mart 2015-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X18 ilə birlikdə Azərbaycan Respublikasını Gürcüstan istiqamətində quru yolu ilə tərk edib həmin ölkənin ərazisindən tranzit keçməklə ilk əvvəl Türkiyə Respublikasına, oradan isə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla əvvəlcə Suriya Ərəb Respublikasının Tel-Abyad şəhərinə, oradan isə İraq Respublikasının Tel- Affar şəhərinə gedərək X18, X8 və digər Azərbaycan Respublikası vətəndaşları ilə birlikdə cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının hüdudlarından kənarda ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış "İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan, “Abu Hamza” dini ləqəbli təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X4 rəhbərlik etdiyi “Tel-Affar camaatı” adlı sabit silahlı qrupun tərkibinə daxil olaraq onun fəaliyyətində iştirak etmiş, həmin silahlı qrupun tərkibində dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda İraq Respublikasının Tel-Affar şəhərinin ərazisində 2015-ci ilin mart ayının sonundan 2016-cı ilin aprel ayınadək olan müddət ərzində cinayət əlaqəsinə girdiyi X8, X18 və həmin qrupun üzvləri olan digər Azərbaycan Respublikası vətəndaşları ilə birlikdə döyüş təlimlərində iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də İraq Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Odur ki, yuxarıda qeyd olunan sübutlara əsaslanaraq məhkəmə tərkibi təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə cinayət əməli törətməməsi ilə bağlı dəlillərini iş materialları ilə uzlaşmayan, özünümüdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmağa yönəlmiş cəhd kimi qəbul edərək, mötəbər dəlil hesab etmir. Azərbaycan Respublikası CM-nin 283-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, CM-nin 283-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 12.1, 218.2 və 283- 1.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməkdə təqsirliliyi Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «Fotoşəkil üzrə tanınma» haqqında protokollar, məhkəmə-psixitarik ekspertizasının rəyi, sərhədkeçmə barədə tələbnamə, müvafiq məhkəmə qərarı ilə həyata keçirilmiş əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş məlumatlar və iş üçün əhəmiyyət kəsb edən digər sənədlərlə, həmçinin işin digər faktiki materialları ilə tam və əsaslı olaraq sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham oluğu cinayət əməllərini təqsirli olaraq törətməsi iş materialları ilə sübuta yetirilmiş, müvafiq cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 12.1, 218.2 və 283-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 218.2-ci maddəsinin sanksiyasında altı ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, 283-1.3-cü maddəsinin sanksiyasında yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən əldə edilmiş 11 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (C-İ, i.v. 116) - Beyləqan RİHB-nin Birinci Şahsevən kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2025-ci il tarixli arayışlar və xasiyyətnamədən görünür ki, Həziyev X13 rayon Birinci Şahsevən kəndi ərazisində qeydiyyatda olmaqla 2015-ci il tarixədək həmin ərazidə yaşamışdır. Yaşadığı ərazi üzrə nümayəndəliyə onunla bağlı heç bir şikayət daxil olmamışdır. ( C-İ, i.v. 146-148). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını ARCM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3- cü maddələri) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, təqsirləndirilən şəxsin şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə xidmət etsin. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 03 iyun 2025-ci il tarixdən hesablanmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 4(009)- 283/2025 nömrəli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (ARCM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona ARCM-in 12.1, 218.2-ci maddəsi 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 283-1.3-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. ARCM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(099)-454/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-454/2025
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver