Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-455/2022 12.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını, yəni tanışı Zərərçəkmiş şəxs əmlakını hədəqorxu ilə tələb etmək məqsədi ilə tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə 20 noyabr 2021-ci il tarixdə saat 18:40 radələrində Şəhriyar Bağırovun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək onu guya Rusiya Federasiyasının Moskva şəhərində işə düzəltmək adı ilə aldadıb, görüşə dəvət edərək Salyan şəhərində yerləşən avtovağzala çağırmışdır. Zərərçəkmiş şəxs ona inanaraq 20 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində Salyan şəhərində yerləşən avtovağzalın yanına gələrək orada Təqsirləndirilən şəxs və Şəhriyar Bağırov ilə görüşdükdən sonra Zərərçəkmiş şəxs guya iş barədə söhbət etmək adı ilə X8 rayonu Şorkənd kəndində yerləşən fərdi yaşayış evinə dəvət etmiş və saat 22 radələrində hər üçü həmin evə getmişlər. Orada Təqsirləndirilən şəxs və Şəhriyar Bağırov sonuncunun cəzaçəkmə müəssisəsində olduğu dövrdə Zərərçəkmiş şəxs onu və Neftçala rayonunda yaşayan anası X4 ziyarət etməməsini bəhanə etməklə evin yataq otağında Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilinə aid etibarnaməni, Covid-19 əleyhinə peyvənd olunması ilə bağlı pasportunu, “Samsung” markalı mobil telefonunu əlindən alıb, mobil telefonu söndürərək həmin otaqda nəzarət altında saxlamaqla sərbəst hərəkət etmə imkanını məhdudlaşdırıb qanunsuz azadlıqdan məhrum edib, 22 noyabr 2021-ci il tarixdə saat 08 radələrinə kimi olan müddət ərzində fasilələrlə istintaq zamanı əldə edilməsi mümkün olmayan metal boru parçasını silah qismində istifadə etməklə, həmçinin yumruq, təpik və sillə ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq burnun yumuşaq toxumasının sıyrığı, sağ göz orbitasının, sol göz altı nahiyəninn, sol budun orta 1/3-nin, sağ budun orta 1/3-nin qançırları, sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək, sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək onu soyundurub çılpaq vəziyyətdə videosunu və foto şəkillərini çəkməklə haqqında rüsvayedici məlumatlar yayma hədəsilə ondan 40000 manat məbləğində-xeyli miqdarda pul tələb etmişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şəhriyar Bağırov tərəfindən azadlığa buraxılmayacağını görüb azad olunması üçün onlara bir qədər əvvəl VAZ- 2107 markalı, **-XU-*** qeydiyyat nişanlı avtomobil aldığını, həmin avtomobilin etibarnaməsinin sahibi tərəfindən ləğv edildiyini, avtomobilin dəyəri kimi ödənilmiş 5300 manat məbləğində pulunu geri almalı olduğunu, həmin pulu alıb onlara verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs və X17 Abdullayevlə razılaşaraq avtomobilin sahibi ilə yaşadığı Sumqayıt şəhərində görüşüb pulu ondan geri almaq məqsədi ilə öz cinayət əməllərini davam etdirərək 22 noyabr 2021-ci il tarixdə saat 08 radələrində cinayətin iştirakçısı olmayan, taksi sürücüsü kimi fəaliyyət göstərən, X10 idarə etdiyi Mersedes Benz-E 250 markalı, **-CG-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə Zərərçəkmiş şəxs nəzarətləri altında Sumqayıt şəhərinə aparmış, həmin gün saat 14 radələrində Zərərçəkmiş şəxs qeyd olunan avtomobilə görə ödədiyi pulun avtomobil sahibi X2 geri alınması ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət etməyə vadar etmişlər. Zərərçəkmiş şəxs müraciəti əsasında polis əməkdaşlarının müdaxilə etməsi nəticəsində avtomobilin sahibi X18 Abdullayevin avtomobili almaq məqsədilə ödədiyi pulun 2000 manatını Zərərçəkmiş şəxs qaytarmışdır. Təqsirləndirilən şəxs və Şəhriyar Bağırov 2000 manat pulu polis bölməsində Zərərçəkmiş şəxs alaraq əldə etmiş və həmin gün, yəni 22 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Rövşən Adullayevi nəzarətləri altında özləri ilə Neftçala rayonunun Şorkənd kəndindəki evə aparmışlar. Bundan sonra da Təqsirləndirilən şəxs və X12 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərini davam etdirərək təkrarən 22 noyabr 2021-ci il tarixdə saat 23 radələrindən 23 noyabr 2021-ci il tarixdə saat 13 radələrinə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs Neftçala rayonunun Şorkənd kəndindəki fərdi yaşayış evinin birinci mərtəbəsindəki yataq otağında nəzarət altında saxlamaqla sərbəst hərəkət etmə imkanını məhdudlaşdıraraq qanunsuz azadlıqdan məhrum edib, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilinə aid etibarnaməni, Covid-19 əleyhinə peyvənd olunması ilə bağlı pasportunu, “Samsung markalı mobil telefonunu özlərində saxlayaraq çılpaq vəziyyətdə qeydə alınmış videosunu və foto şəkillərini yayacaqları ilə bağlı haqqında rüsvayedici məlumatlar yayma hədəsilə ondan təkrarən 40000 manat məbləğində xeyli miqdarda pul tələb etmişlər. Zərərçəkmiş şəxs onlar tərəfindən azadlığa buraxılmayacağını dərk edərək azad olunması üçün Neftçala rayonunun Xolqarabucaq kəndi ərazisində torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini satıb pulunu onlara verəcəyini bildirməklə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və X17 Abdullayevə məxsus torpaq sahəsini satdırıb pulunu aldə etmələri üçün onu nəazərətləri altında X13 məxsus Qaz ******* markalı, ** LP *** dövlət nömrə nişanlı avtomobili idarə edib birlikdə Neftçala rayonunun Mürsəqulu kəndinin ərazisinə aparmaqla orada X6 məxsus yeməkxanaya getmişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şəhriyar Bağırovu inandıraraq guya torpaq sahəsinin notarial qaydada rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsini və mobil telefonla danışmaq zərurəti ilə bağlı “Samsung” markalı mobil telefonunu onlardan geri alaraq 23 noyabr 2021-ci il tarixdə saat 18 radələrində rayonun Xolqarabucaq kəndində olan evinə getmişdir. Təqsirləndirilən şəxs və Şəhriyar Bağırov özünün istifdəsində olan 077 556 90 88 saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan 050 436 58 08 saylı mobil nömrəyə həmin gün saat 20:14 dəqiqədə “Rosen telefona cavab ver, yenə deyesen putat eledun?”, saat 21:11 dəqiqədə “Rösen tel cavab ver Yoxsa internetde baxacaqsan özüne”, saat 21:15 dəqiqədə “Teli götür ağlını itirme Kucede saxlamisan bizi ne fikirlesirsen”, saat 21:15 dəqiqədə “Vallah Bizi basqa seye Vadar eleme dur gel” məzmunlu mesajlar yazaraq çılpaq vəziyyətdə çəkdiyi foto şəkillərinin və videosunun onda olduğunu bildirməklə haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrar 40000 manat məbləğində, xeyli miqdarda pul tələb etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri Xəzər rayonunda yaşamışdır. Məhəmməd babasının adı ona qoyulduğundan bəzi adamlar ona «Dədə»-deyə müraciət etmişlər. Neftçala rayonu Şorkənd kənd sakini X7 4-5 ildir ki, tanıyır. Şəhriyar Rusiya Federasiyasında yaşamış, Azərbaycan Respublikasına gəldiyi vaxtlarda onunla görüşmüşlər. Təxminən 2021-ci ilin iyun-iyul ayında X19 Federasiyasından onunla telefon əlaqəsi saxlayaraq Neftçala rayonu Şorkənd kəndində yaşayan anası Ümidə Bağırovanın tənha olduğunu, ev işlərində ona köməklik etmək üçün Neftçala rayonu Şorkən kədinə getməyi xahiş emişdir. O, da Şəhriyara Ümidə xalanın yanına gedəcəyini ona köməklik edəcəyini demişdir. Təxminən 2021-ci ilin iyun-iyul ayından etibarən o, Neftçala rayonu, Şorkənd kəndinə gedib, Şəhriyarın anası Ümidə xala ilə birlikdə yaşamışdır. Ümidə xala ahıl yaşında olduğundan, yeriməkdə çətinlik çəkdiyindən onlarda qaldığı müddətdə inəyi sahəyə otlamağa aparmış, inəyə baxmışdır. 2021-ci ilin noyabr ayının əvvələrində X16 rayonu Şorkənd kəndindəki evinə gəlmişdir. Təxminən 2021-ci ilin noyabr ayının 20-də Şəhriyar ona Salyan şəhərinə gedəcəyini, orada Rövşən adlı dostu ilə görüşəcəyini demişdir. Həmin gün saat təxminən 18-19 radələrində o, Şəhriyar ilə taksidə Salyan şəhərinə getmiş, orada avtovağzalın yaxınlığında Salyan dairəsində görüşmüşlər. Sonra Şəhriyarın təklifi ilə o, Şəhriyar və Rövşən ilə birlikdə Şəhriyargilin evinə getmişlər. Həmin gecə Rövşən ilə evin birinci mərtəbəsində zalda sol tərəfdə olan otaqda söhbətləşmişlər. Söhbət zamanı Rövşən ona Şəhriyar ilə uzun müddət münasibətlərinin olduğunu, birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmişdir. Şəhriyar söhbətə müdaxilə edib Rövşənə nə yaxşı dostluqları barədə danışdığını, bəs nə üçün cəza çəkdiyi vaxt bir dəfə də Rövşənin onun yanına gəlmədiyini, onu axtarmadığını, anası Ümidənin yanına gəlmədiyini soruşmuşdur. Rövşən də Şəhriyara imkanı olmadığını, pulu olmadığından onun yanına cəzaçəkmə müəsissəsinə gələ bilmədiyini demişdir. Şəhriyar Rövşənə yalan danışdığını deyib Rövşənin üzünə bir dəfə sillə vurmuşdur. Rövşən də Şəhriyara səhv onda olduğunu, etdiyi hərəkətə görə üzr istədiyini demşdir. Rövşən ilə Şəhriyarın mübahisəsi qurtardıqdan sonra Rövşən ilə söhbət zamanı Rövşən onun Bakı şəhərində salondan aldığı, VAZ-2107 markalı avtomobili əlindən aldıqlarını, hansıki həmin avtomobilə görə 5 min manatdan çox ödəniş etdiyini demişdir. Sonra onlar Sumqayıt şəhərinə getməyi qərara almışlar. 21 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Şəhriyar və Rövşənlə birlikdə Şəhriyarın tanışı, Salyan şəhərində yaşayan, Bakıya sərnişin daşıyan Anargilə getmişlər. Anar sahəri gün gedib həmin avtosalonla danışmaq üçün onları Sumqayıt şəhərinə aparmağa razılaşmışlar. Rövşən və Şəhriyar ilə yenə Neftçala rayonu Şorkənd kəndindəki evə qayıtmışlar. Rövşən həmin gecəni də orada qalmışdır. O, Rövşən və Şəhriyar Rövşənin avtomobilə görə ödədiyi pulları qaytarmaq məqsədilə xx.xx.2021-ci il tarixdə Anarın “Mercedes” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə Sumqayıt şəhərinə getmişlər. Həmin gün saat 18 radələrində avtosalonda işləyən Elşən adlı şəxslə əlaqə saxlamışlar. Orada Elşən onlara cavab vermədiyindən Anar Sumqayıt şəhərində polis əməkdaşı olan tanışı olduğunu demişdir. Anar telefonla hazırda adını xatırlamadığı polis əməkdaşı ilə əlaqə saxlamışdır. O, Şəhriyar və Rövşən 2 və ya 3 -cü polis bölməsi olaraq yadında saxladığı polis bölməsinə getmişlər. Anar isə bölmənin həyətində onları gözləmişdir. Orada Rövşən avtomobilinin ondan qanunsuz alınması barədə ərizə vermiş, sonra polis bölməsinə Elşən və adını xatırlamadığı bir şəxs gəlmişdir. Orada ona məlum olmuşdur ki, onlar Rövşənə satdıqları avtomobilə dair etibarnaməni ləğv edib həmin avtomobili digər şəxsə satılıb. Elşəndən Rövşənə çatası 2000 manat pul Elşən tərəfindən Rövşənə ödənmişdir. Rövşən aldığı 2000 manat pulu polis şöbəsində Şəhriyara vermiş, eyni zamanda Şəhriyar türmədə olduğu müddətdə onun yanına getməməsinin əvəzi olaraq verdiyini, borcunu ödədiyini demişdir. Rövşən Şəhriyara onunla münasibətini düzəltmək istədiyini, onunla Rusiya Federasiyasında birlikdə işləmək istədiyini demişdir. Sonra Anarın avtomobilində o, Rövşən və Şəhriyar Sumqayıt şəhərindən xx.xx.2021-ci il tarixdə axşam qayıdıb Şəhriyargilin Neftçala rayonu Şorkənd kəndindəki evinə gəlmişlər. Həmin günün sabahısı, yəni xx.xx.2021-ci il tarixdə X3 kəndində pay torpaq sahəsi olduğunu, torpaq sahəsini satıb pulu da özü ilə götürəcəyini, Şəhriyar ilə Rusiya Federasiyasına Moskva şəhərinə getmək üçün pul lazım olduğunu demişdir. Şəhriyar Salyan şəhərindəki tanışının QAZ-31 markalı maşınını götürmüş, həmin gün o, Şəhriyar və Rövşənlə birlikdə Xolqarabucaq kəndinə getmişlər. Xolqarabucaq kəndində restoranda birlikdə yemək yemişlər. Sonra Rövşənin tanışı restorana gəlmişdir. Rövşən torpaq sahəsini satmaq üçün tanışı olan şəxslə çıxıb getmişdir. Onların avtomobilində nasazlıq yaranmış, avtomobili özləri təmir etmişlər. Sonra o, Şəhriyar ilə avtomobillə Xolqarabucaq kəndindən qayıtdığ vaxt Şəhriyara Bakı şəhərinə getmək istədiyini, anasıgili ziyarət etdikdən sonra yenidən Neftçala rayonuna qayıdacağını demişdir. Şəhriyar onu Salyan rayonundan tanımadığı taksi sürücüsü ilə Bakı şəhərinə yola salmışdır. Bakı şəhərinə qayıtdıqdan 2 gün sonra Şəhriyarın telefonuna zəng etmiş, telefona Şəhriyarın dayısı oğlu Rəşad cavab vermiş, Rəşad Rövşənin anası Rövşənin Şəhriyar tərəfindən döyüldüyü barədə DİN-nin 102 xidmətinə şikayət etdiyini, Şəhriyarın Neftçala polis şöbəsinə çağrıldığını demişdir. Həmin vaxtdan sonra Şəhriyarın telefon nömrəsi ilə əlaqə saxlamaq istəsə də onun telefonu sönmüş vəziyyətdə olmuş, onun Bakı şəhərində işləri olduğundan, evini təmir etdiyindən Neftçala rayonuna gələ bilməmişdir. 10 aprel 2022-ci il tarixdə isə gecə saatlarında Neftçala polis əməkdaşları yaşadığı Xəzər rayonu, Binə atçılıq sahəsi 2ci yaşayış massivinə gələrək ona özlərini təqdim edən əməkdaşların onun axtarışda olduğunu deyərək onu saxlayıb Neftçala rayon polis şöbəsinə gətirmişlər. O, həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs etdiyi səhvinə görə, Şəhriyar cəza çəkdiyi müddətdə Rövşənin onu axtarmadığı, onun anası Ümidənin yanına gəlməyinə görə həyətdə Şəhriyar sillə ilə Rövşənə vurmuş, lakin Rövşəni dəmir parçası ilə nə o, nə də Şəhriyar vurmamışlar. Çünki həmin vaxt Şəhriyarın anası Ümidə də evdə olmuş. Rövşən ifadəsində göstərdikləri şər və böhtandır. xx.xx.2021-ci il tarixdə hər üçü Xolqarabucaq kəndinə getmiş və orada yeməkxanada oturub birlikdə yemək yeyərkən Rövşənin bir nəfər tanımadığı dostu da gəlib onlarla əyləşmişlər. Həmin dostunun VAZ 21011 markalı avtomobili olmuşdur. Əgər Zərərçəkmiş şəxs dedikləri həqiqət idisə həmin mövzuda söhbət edə bilərdi. Əgər aralarında konflikt var idisə bir yerdə oturub çörək yeməzdirlər. Əgər o, Rövşənə qarşı onları etmişdirsə, o zaman Xolqarabucaq kəndinə nə üçün getmişlər? Nə üçün həmin vaxt bu haqda heç bir söhbət etməmişlər. O, 22-23 noyabr tarixlərdə Rövşən ilə birlikə Salyan şəhərində Kapital və Beynəlxalq bankların Salyan filialna getmişlər. Orada banklarda pulun məzənnəsi ilə maraqlanmış, sonra o, Salyan şəhrində yerləşən Beynəlxalq Bankın filialının sağ tərəfində yerləşən telefon mağazasına gedib telefonuna ekran qoruyucu şüşə almışdır. Həmin vaxt Rövşən evinə sərbəst gedə bilərdi. Rövşən və Şəhriyar ilə Sumqayıt şəhərinə polis şöbəsinə getmişlər. Rövşən orada onun və Şəhriyar tərəfindən hədələndiyini, döyüldüyünü deyə bilərədi . Niyə deməyib? Rövşənin lüt vəziyyətdə döyüb telefona çəkməmişlər. 22 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhərindən qayıtdıqdan sonra Şəhriyar Rövşənə ona verdiyi 2000 manat pul ilə günahlarını yuya bilməyəcəyini, o, cəzə çəkdiyi müddətdə Şəhriyar ailəsinin qızıllarını satdığını, ona böyük ziyan dəydiyini, anası Ümidənin xəstələndiyini Rövşənə demiş, Rövşən də öz ünvanına söyüş söyrək bundan belə Şəhriyarın yanında olacağını, işləyib Şəhriyara dəydiyi ziyanı ödəyəcəyini demişdir. Şəhriyar da Rövşənə bax dediklərini telefona çəkdiyini, sonra dediklərini təsdiq etmək üçün Rövşənin videosunu Şəhriyar telefonu ilə çəkmişdir. Yəni Rövşən həmin videoda Şəhriyara cəza çəkdiyi dövrdə xərclədiyi pulları ödəyəcəyini öhdəsinə götürdüyünü demişdir. Şəhriyar Rövşənin videosunu öz telefonu ilə çəkmişdir. Həmin video Şəhriyar cinayət aləmində kiminsə videosunu telefonla çəkilməsi “rejissorluq” sayıldığından, pis məna verdiyindən Şəhriyar Rövşənin videosunu telefonundan silmişdir. +994 77 556 90 88 saylı mobil nömrə Şəhriyarın istifadəsindədir. xx.xx.2021-ci il tarixdə Rövşənin istifadəsinə olan ***-***-**-** saylı mobil nömrəsinə Şəhriyarın yazdığı həmin mesajların məzmunundan xəbəri yoxdur. Zərərçəkmiş şəxs 20, 21, 22, 23 noyabr 2021-ci il tarixlərində Şəhriyarın yaşadığı Neftçala rayonu Şorkənd kəndinəki evdə olduğu vaxt evdə o, Şəhriyar, Rövşən və Şəhriyarın anası Ümidə xala olmuşlar. xx.xx.2021-ci il tarixdə avtomobildə o, Şəhriyar, Rövşən olmuşlar. Başqa bir nəfəri isə yoldan Şəhriyar götürmüş, sonra həmin şəxs kəndə çatmamış avtomobildən düşüb getmişdir. Sumqayıt şəhərində polis bölməsində Rövşənin avtomobilə görə aldığı 2000 manat pulun alınmasında ona köməklik etdiyinə görə Anarın tanışı olan polisə 200 manat Şəhriyarın pul verdiyi barədə məlumatı yoxdur. Rövşənin onda heç bir sənədi yoxdur. Onun “Samsung” markalı telefonu da özündə olmuşdur. Zərərçəkmiş şəxs istifadəsində olan Azercell MMC-dən ***-***-**-** saylı mobil nömrəsinin 20, 21, 22, 23 noyabr 2021-ci il tarixlərində günün əksər hissəsi aktiv olmamasının səbəbini bilmir. Rövşən yanında olduğu vaxt bir dəfə adını bilmədiyi qız ilə danışmış, Sumqayıt şəhərində kredit ilə aldığı avtomaşının kredit borcunu ödəmək üçün pula ehtiyacı olduğunu demiş və 1000 manat pul istəmişdir. Rövşən maşını satdıqdan sonra pulu qıza geri qaytaracağını demişdir. Rövşənin qızı onda 500 manat pul olduğunu demişdir. Rövşən 500 manat pulun az olduğunu deyib, qızı ilə telefon danışığını bitirmişdir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdi ki, Şəhriyar Bağırov ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. Lakin son vaxtlar uzun müddətdir ki, əlaqələri olmamışdır. Şəhriyar 20 noyabr 2021-ci il tarixdə saat 18 radələrində istifadəsində olan 050 436 58 08 saylı mobil nömrəyə Şəhriyar istifadəsində olan 077 556-90-88 saylı mobil nömrədən zəng edərək telefonda onunla danışan şəxsin Şəhriyar Bağırov olduğunu demişdir. Şəhriyar ona uzun müddətdir ki, Rusiya Federasiyasında olduğunu, onunla görüşmək istədiyini, Rusiya Federasiyasında ona uyğun iş olduğunu demişdir. Şəhriyar onunla görüşmək üçün onu Salyan şəhərinə mərkəzi avtovağzalın yanına dəvət etmişdir. O da 20 noyabr 2021-ci il tarixdə tanımadığı taksi avtomobili ilə Salyan şəhərinə mərkəzi avtovağzalının yanına getmişdir. Saat 20 radələrində 070 436-58-08 saylı mobil nömrədən Şəhriyarın istifadəsində olan 077 556-90-88 saylı mobil nömrəyə zəng edərək Salyan şəhər mərkəzi avtovağzalında olduğunu demişdir. Təxminən 4-5 dəqiqə sonra Şəhriyar avtovağzalada onun yanına özü ilə bir nəfərlə gəlmişdir. Şəhriyar yanındakı şəxsi təqdim edərək Məhəmməd adlı dostu olduğunu, ləqəbi “Dədə” olduğunu demişdir. Sonra Şəhriyar onu yaşadığı Neftçala rayonu Şorkənd kəndindəki evlərinə dəvət etmişdir. O, Şəhriyarla onun evinə getməyə razılaşmışdır. “VAZ2115” markalı, ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə o, Şəhriyar və “Dədə” ləqəbli Məhəmməd adlı şəxs ilə Neftçala rayonu Şorkənd kəndinə Şəhriyargilin evinə getmişlər. Evin 1-ci mərtəbəsində otaqda Şəhriyar və Məhəmməd ilə aralarında söhbətləşməyə başlamışlar. Saat təxminən 22 radələrində Şəhriyar ona görə cəza çəkdiyi müddətdə nəyə görə onu axtarmadığını deyərək onu döyməyə başlamışdır. Məhəmməd də onu həmin vaxt döymüşdür. Şəhriyarın əlində dəmir boru parçası olmuş, həmin boru ilə onun bədəninin müxtəlif nahiyələrinə ayağına, bud nahiyəsinə vurmuşdur. Sifət nahiyəsinə sillə vurmuşdur. Şəhriyar onu döyəyəcəyi ilə hədələyərək lüt soyundurmuş, onu yerdə döşəməyə uzatmışlar. Şəhriyar onu döyəndə Məhəmməd onun videosunu markasını xatırlamadığı qara rəngli telefonu ilə çəkmişdir. Sonra Məhəmməd onu döymüş, sifət nahiyəsinə sillə vurmuşdur. Məhəmməd də əlində metal boru ilə bud nahiyəsinə, ayaqlarına zərbə vuraraq onu döymüşdür. O, Şəhriyar və Məhəmmədə onu döyməyi dayandırmağı, nə tələb desələr, edəcəyini demişdir. Şəhriyar 40000 manat pul toplayıb ona verməyi tələb etmişdir. Həmin gün - yəni xx.xx.2021-ci il tarixdə saat 04 radələrinə kimi Şəhriyar və Məhəmməd onu hədələyərək döymüşdür. Ertəsi gün 21 noyabr 2021-ci il tarixdə Məhəmmədin müşaiyyəti ilə ayaqyoluna gedəndə Şəhriyarın adını hazırda xatırlamadığı anası ilə həyətdə rastlaşmışdır. Şəhriyarın anası ona nə üçün gəlib-getmədiyini, harada olduğunu soruşmuş, o, cavabında ailə problemləri olduğundan onu ziyarət edə bilmədiyini demişdir. Çünki əvvəllər onun Şəhriyargilə gəliş-gedişi olmuşdur. O, daha Şəhriyarın anası ilə başqa söz danışmamış, ondan başqa söz soruşmamışdır. 21 noyabr 2021-ci il tarixdə də o, Şəhriyargildə evin 1-ci mərtəbəsində dəhlizin sonunda sol tərəfdə olan otaqda qalmışdır. Şəhriyar və Məhəmmədin onu məcburən evdən heç yerə getməyə icazə verməyərək döydüyünü, ondan pul tələb etdiyindən onlara pul verməsə, vəziyyətinin daha da pis olacağını görüb Şəhriyara pul əldə edib verəcəyini demişdir. O, Sumqayıt şəhər sakini Elşən Cəfərov adlı şəxsdən “VAZ2107” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığını, həmin avtomobilin etibarnaməsini Elşən ləğv etdiyinən ona verdiyi 5300 pulu ona qaytaracağını demişdir. Buna görə də Şəhriyar və Məhəmməd onlarla birlikdə Sumqayıt şəhərinə gedərək orada Elşəndən pulu almaq qərarına gəlmişlər. Şəhriyar və Məhəmməd onu öz nəzarətləri altında saxlamışlar. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Şəhriyarın sürdüyü **-LP-*** dövlət qeydiyyat nişanlı, “Qaz 3110 ” markalı avtomobil ilə Şəhriyarın tanışı olan sürücü Anargilin Salyan şəhərindəki evinə getmişlər. Anarla onun idarə etdiyi avtomaşınla səhəri gün-yəni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərinə getmək barədə danışmışlar. Anargilin Salyan şəhərindəki evindən Şəhriyar və Məhəmməd ilə birlikdə Şəhriyarın idarə etdiyi avtomobil ilə yenidən Şəhriyargilin evinə qayıtmışlar. Şəhriyar və Məhəmməd ona daha haradan pul əldə edəcəyi barədə soruşmuşlar. Ondan 40000 manat pul tələb etmişlər. O, başqa bir yerdən pul əldə edə bilməyəcəyini onlara demiş, həmin gün də, yəni xx.xx.2021-ci il tarixdə gecə saatlarında 23 radələrindən Şəhriyar və Məhəmməd onun üz nahiyyəsinə sillə vurmuş, onu çılpaq soyundurub, döşəmənin üzərinə uzadıb ayaqlarına dəmir parçası ilə vurub onu 22 noyabr 2021-ci il tarixə keçən gecə 02 radələrinə kimi döymüşlər. 22 noyabr 2021-ci il tarixdə saat təxminən 08 radələrində Şəhriyar Salyan şəhərindən Anar adlı taksi sürücüsünü çağırmış, Anar mavi rəngli “Mersedes 190”markalı dövlət qeydiyyat nişanını 480 olaraq xatırladığı avtomobilində saat təxminən 11 radələrində o, Şəhriyar və Məhəmməd Sumqayıt şəhərinə gəlmişlər. Sumqayıt şəhərində Elşən ilə telefonla əlaqə saxlamışlar. Elşənin avtomobilin pulunu qaytarmadığını, telefon zənglərinə cavab vermədiyini görüb sürücü Anarın tanışı olan, onun isə əvvələr tanımadığı Məzahir adlı, kapitan rütbəli polisin xidməti geyimində olan şəxsi də telefonla zəng edib ora çağırmışlar. Həmin polis kapitanı Elşən Cəfərovun tapılmasında köməklik edəcəyini demişdir. Onlar əvvəlcə “Həmid” adlı avtosalona getmişlər. X25 zəng etsələr də, o, avtosalona gəlməmiş, sonra polis kapitanı Elşəni 2-ci polis bölməsinə çağırmışdır. Onlar da 2-ci polis bölməsinə getmiş, o, polis bölməsində Elşən Cəfərovdan şikayət edərək avtomobili ona satdığını, sonradan isə adına olan etibarnaməni ləğv etdiyini, onun ödədiyi pulu isə geri qaytarmadığı barədə ərizə ilə şikayət etmişdir. Sonra Elşən də avtomobilin mülkiyyətçisi Rasim adlı şəxs ilə polis bölməsinə gəlib 2000 manat pulu ona qaytarmağa imkanları olduğunu, pulun qalan hissəsini, yəni 3300 manatını sonra qaytaracağını demiş, o, da razılaşmışdır. Elşən Cəfərov və onunla gələn Rasim adlı şəxs ona 2000 manat pulu polis bölməsində qaytarmışdır. Sonra o, 2000 manat pulu Şəhriyara vermişdir. Sumqayıt şəhərindən sürücü Anarın taksisində 22 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhərindən çıxmış, həmin gün saat 22 radələrində Salyan şəhərinə gəlmişlər. Orada yolun kənarında hazırda adını xatırlamadığı yeməkxanada yemək yemişlər. Sonra taksi Anarın avtomobilində o, Şəhriyar, Məhəmməd ilə birlikdə Neftçala rayonu Şorkənd kəndinə Şəhriyargilin evinə gəlmişlər. Şəhriyar və Məhəmməd həmin gün onu döyməmişlər. Lakin Şəhriyar ona evə getməyə icazə verməmiş, onu evlərində lüt vəziyyətdə döyərkən telefonla çəkdiyi videogörüntüləri internetdə yayacağı ilə hədəkləyərək 40000 manat pul ona verməyi tələb etmiş, həmin vaxt “Samsung” markalı telefonu da onda olmuş, telefonumu söndürmüşdür. Sənədləri şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsni özlərində saxlamışlar. Şəhriyarın ona evdən buraxmayacağını görüb ona Neftçala rayonu, Xolqarabucaq kəndində torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini satıb pulunu ona verəcəyini demişdir. Ertəsi gün yəni xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Şəhriyar mavi rəngli, dövlət nömrə nişanını 311 olaraq xatırladığı avtomobildə Neftçala rayonu, Xolqarabucaq kəndinə gəlmişlər. Orada Muşviq adlı şəxsin yeməkxanasına qonşusu Cavidi torpaq satmaq adı ilə çağırmışdır. O, Cavid ilə torpaq sahəsini alqı-satqı barədə söhbət etmişdir. Cavidə də məqam tapıb Şəhriyar və Məhəmməd ondan pul tələb edərək onu hədələdiyini demişdir. O, Şəhriyardan torpaq satmaq üçün notariusa gedəcəyi bəhanəsi ilə şəxsiyyət vəsiqəsini, telefonunu ondan almışdır. Təxminən saat 18 radələrində Cavid ilə birlikdə gedərək Məhəmməd və Şəhriyardan ayrılmış, o, Şəhriyarın və Məhəmmədin onu hədələdiyini, ondan pul tələb etdiklərini, onu çılpaq vəziyyətdə döyərkən telefonla çəkdikləri video görüntüləri internetdə yayacağı ilə hədələdiklərindən DİN-nin 102 xidmətinə saat təxminən 19 radələrində istifadəsində olan 070 436-58-08 saylı mobil nömrədən zəng edərək Şəhriyarın və “Dədə” ləqəbli şəxsin onu hədələdiyi, ondan 2000 manat pul aldıqları barədə məlumat vermişdir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Şəhriyar istifadəsində olan 077 556 90 88 nömrəsindən istifadəsində olan ***-***-**-** nömrəsinə sms yazaraq onu hədələmiş, ondan telefona cavab verməyi, yoxsa videosuna internetde baxacağını, telefonu götür, yoxsa onun üçün pis olacağı məzmunlu mesajlar yazmışdır. Sonra Neftçala RPŞ-nin əməkdaşları Xolqarabucaq kəndindəki evinə gəlmişlər. O, polis əməkdaşlarına hadisə barədə məlumat verərək ərizə vermiş, Şəhriyarın telefonuna yazdığı hədə-qorxu mesajlarını göstərmişdir. Sonrada isə polis əməkdaşları Şəhriyarı tutduqlarını eşitmişdir. Ş.Bağırov və Təqsirləndirilən şəxs Neftçala rayonu, Şorkən kəndində Şəhriyarın yaşadığı evdə onu döydükləri metal boru parçasını təxminən uzunluğu 60-70 sm olmaqla, gümüşü rəngdə olmuş, sadə metal boru parçası olmuş, hər hansı xüsusi əlamətləri olmamışdır. Şəhriyar və Məhəmməd onu döyərək sifət nahiyəsinə sillə vurmuş, metal boru parçası ilə isə ayaq bud nahiyələrinə zərbə vurmuşlar. Məhkəmədə şahid qismində dindirilən X12 göstərdi ki, Neftçala rayonunun Şorkənd kəndində yaşayır. Neftçala rayonu Xol Qarabucaq kəndində yaşayan Zərərçəkmiş şəxs 2002-ci ildən tanıyır. Onunla ilk tanışlığı cəza çəkmə müəssisəsində olmuşdur. Rövşənlə onun arasında əvvəllər yaxın münasibətləri olmuşdur. 2016-cı ilin təxminən may ayının 21də Neftçala rayonu Şorkənd kəndində Zərərçəkmiş şəxs, Rüfət Ağaloruvu bıçaqla vurub xəsarət yetirmiş, lakin həmin cinayəti o, törətdiyini boynuna götürmüş və Rövşəni məsuliyyətdən azad edib onun əvəzinə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, türmədə əziyyət çəkməyinə baxmayaraq keçən müddət ərzində, nə də ondan sonrakı müddət ərzində Rövşən bir dəfə də olsun nə onu, nə də ki, anasına yoluxmamışdır. İşi ilə əlaqədar olaraq bir neçə il Rusiya Federasiyasının Moskva şəhərində yaşamışdır. O, 20 noyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində istifadə etdiyi ***-***-**-** nömrəsindən Rövşənin istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng vurmuş və ona demişdir ki, “sənin kimi sənətkarlara Moskva şəhərində ehtiyac var, istərsən apararam səni orda işləyərsən”. Rövşən də razılaşmışdır. Sonra o, Rövşəni dəvət etmişdir ki, Salyan şəhərinə gəlsin orada görüşək. Bir qədər keçmiş Rövşən Salyan şəhərinə gəlmiş və onlar Salyan şəhərində görüşmüşlər. Sonra onun təklifi ilə onların evinə getmişlər. Həmin gecəni onların evində qalmışlar. Evlərində olarkən onun tanışı, əslən Bakı şəhərindən olan Dədə ləqəbli Təqsirləndirilən şəxs Şafaqat oğlu da onların evində olmuşdur. Söhbət zamanı Rövşən demişdir ki, onun Bakı şəhərində salondan aldığı VAZ-2107 markalı avtomobilini əlindən almışlar, hansı ki, həmin avtomobilə görə 5 min manatdan çox ödəniş etmişdir. Onlar Sumqayıt şəhərinə getməyi qərara almışlar. 21 noyabr 2021-ci il tarixdə saat 19 radələrində o, Məhəmməd və Rövşən Salyan şəhərində yaşayan, Bakıya sərnişin daşıyan tanışı Anargilə getmişlər. Anar onları səhəri gün Sumqayıt şəhərinə aparmağa razılaşmışdır. Sonra onlar Rövşən, Məhəmməd ilə Neftçala rayonu, Şorkənd kəndindəki evlərinə qayıtmışlar. Rövşən həmin gecəni də onlarda qalmışdır. Rövşən və Məhəmməd ilə Rövşənin avtomobilə görə ödədiyi pulları qaytarmaq məqsədilə xx.xx.2021-ci il tarixdə Anarın avtomobili ilə Sumqayıt şəhərinə getmişlər. Həmin gün saat təxminən 18 radələrində avtosalonda işləyən Elşən adlı şəxslə əlaqə saxlamış, orada Elşən onların telefonuna cavab vermədiyindən Elşəni tapmaq üçün Anar Sumqayıt şəhərində polis əməkdaşı olan tanışı olduğunu demişdir. Anar telefonla hazırda adını xatırlamadığı polis əməkdaşı ilə əlaqə saxlamışdır. O, Rövşən və Məhəmməd polis bölməsinə getmişlər. Anar isə bölmənin həyətində onları gözləmişdir. Orada Rövşən avtomobilinin ondan qanunsuz alınması barədə ərizə vermiş, sonra polis bölməsinə Elşən və adını xatırlamadığı bir şəxs gəlmişdir. Orada onlara məlum olmuşdur ki, onlar Rövşənə satdıqları avtomobilə dair etibarnaməni ləğv edib həmin avtomobili digər şəxsə satılıb. Haqlı tələbləri təmin edilib Rövşənə çatası 2000 manat pulu almışlar. Rövşən türmədə yatdığı müddətdə onun yanına gəlib-getmədiyinə görə ona borclu olduğunu bildirmiş və bu məqsədlə də aldığı 2000 manat pulu ona vermişdir. O, isə həmin pulun 200 manatını onlara kömək edən polis əməkdaşına vermişdir. Sonra Məhəmməd və Rövşənlə birlikdə Anarın “Mersdedes” markalı avtomobilində həmin gün axşam Neftçala rayonu Şorkənd kəndinə gəlmişlər. 23 noyabr 2021-ci il tarixdə o, Salyan şəhərində tanışı Vaqifin QAZ-31 markalı maşınını götürmüş və Rövşənlə birlikdə Neftçala rayonun Xolqarabucaq kəndinə getmişlər. Xolqarabucaq kəndində restoranda birlikdə yemək yemişlər. Onların getdiyi avtomobildə nasazlıq yaranmışdır. Onlar avtomobili özləri təmir etmişlər. Rövşən də evlərinə getmişdir. Zərərçəkmiş şəxs onların evində olduğu zaman onu qapının ağzında həyətdə sillə ilə vurmuş, lakin onu dəmir parçası ilə vurmamışdır. Çünki həmin vaxt anası da evdə olmuşdur. Anasının yanında belə bir şeylərin baş verməsi heç cür mümkün olmazdı. Rövşənin ifadəsində göstərdikləri şər və böhtandır. Çünki xx.xx.2021-ci il tarixdə onlar hər üçü Xolqarabucaq kəndinə getmiş və orada yemək yeyərkən Rövşənin bir nəfər tanımadığı dostu da gəlib onlarla əyləşmişdir. Həmin dostunun VAZ 21011 markalı avtomobili olmuşdur. Əgər Zərərçəkmiş şəxs dedikləri həqiqət olmuşsa, onlar həmin mövzuda söhbət edə bilərdilər. Əgər onların arasında konflikt olmuşsa, onlarla bir yerdə oturub çörək yeməzdilər. Əgər o, Rövşənə qarşı onları etmişdirsə, o zaman Xolqarabucaq kəndinə o, nə üçün getmişdir? Onlar nə üçün həmin vaxt bu haqda heç bir söhbət etməmişlər. Ona görə də Rövşənin göstərdikləri yalan və böhtandır. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Xolqarabucaq kəndinə apararkən Məhəmməd, Rövşən olmuş, digər bir nəfəri isə yoldan götürmüş, onu tanımamışdır. Zərərçəkmiş şəxs istifadəsində olan Azerfon MMC-dən ***-***-**-** saylı mobil nömrəsinin 20, 21, 22, 23 noyabr 2021-ci il tarixlərində günün əksər hissəsi aktiv olmamasının səbəbini bilmir. Rövşəni yaşadığı evdə ona aid sənədləri, samsung markalı telefonunu almamışdır. O, Rövşəni yaşadığı evdə məcburən azadlığını məhdudlaşdıraraq saxlamamış, Rövşən onun evində qonaq qalmışdır. 077 556 90 88 saylı mobil nömrənin onun istifadəsində olduğunu, həmin mobil nömrədən xx.xx.2021-ci il tarixdə Rövşənin istifadəsinə olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazmış, həmin gün maşını xarab olması, Rövşənin isə yanında usta göndərməyərək onu və Məhəmmədi soyuqda tək qoymasına görə Rövşənə əsəbləşərək mesajlar yazmış, həmin mesajların məzmununu hazırda dəqiq xatırlamır. Şahid1 məhkəmədə göstərdi ki, həmkəndlisi Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 15 radələrində telefonla onunla əlaqə saxlayaraq Muşviqin yeməkxanasına dəvət etmişdir. O, da yeməkxanaya getmişdir. Kafedə Rövşənin yanında iki nəfər cavan oğlan olmuşdur. Rövşən orada sakit oturmuşdur. Rövşənin yanında olan başı daz, nisbətən hündürboylu, idmançı cüssəli şəxs Rövşənin onun dostu olduğunu, uzun müddətdir ki, görüşmədiyini demişdir. Rövşənin yanında olan ikinci şəxs nisbətən arıq bədən quruluşlu, saqqalı şəxs olmuş, hər ikisinin barmaqlarında, əlin bilək nahiyəsində döymə (nakolka ) usulu ilə şəkil təsviri olduğunu görmüşdür. Rövşənin orada sakit tərzdə qorxmuş formada danışdığını, sifət nahiyəsində gözünü altında qaçır xəsarətlərinin olduğunu görüb o, bu vəziyyətdən şübhələnməyə başlamışdır. Rövşən torpaq satmaq istədiyi barədə danışmış, o, Rövşənə torpaq satmaq üçün koməklik edəcəyimi demişdir. Rövşən onun telefonunu alıb guya hara isə zəng etmək istədiyini deyib stoldan kənara durub bir az onlardan aralanmışdır. O, da Rövşənin yanına tərəf getmiş, Rövşən ona stolda oturan iki nəfər onunla gələn, əllərində döymə formasında şəkil olan şəxləri göstərərək həmin şəxslərin onu 3 gündür ki, evlərində saxlatdıqlarını, döyüb külli miqdarda pul istədiklərini, ondan 2000 manat pul aldıqlarını demişdir. Rövşən ona guya torpaq satmaq üçün yerə baxmaq barədə söhbət edib onları aldatmğı, bu yolla onlardan uzaqlaşmaq istədiyini demişdir. Rövşən ilə aralarında 1 dəqiqə söhbətləşdikdən sonra Rövşən ilə birlikdə gələn keçəl hündürboylu, oğlan Rövşəni yanına çağıraraq onların söhbət etməyinə imkan verməməmişdir. Rövşəni yanına çağırmış, onunla yenidən söhbətləşərək Rövşənin guya torpaq satmağa tanışları olduğunu, sənədləşmə işləri üçün Rövşənin onunla birlikdə getmək lazım olduğunu bildirmişdir. Rövşən iki nəfər şəxslə birlikdə gəldikləri “Qaz 3110” markalı dövlət qeydiyyat nişanını 10-LP olaraq xatırladığı maşını təsadüfən xarab olduğundan mühərriki işə salmaq mümkün olmamış, o, buna görə də Rövşən torpaq satmaq üçün sənədləşmə işləri adı ilə özü ilə “VAZ2101” markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobilində götürərək Rövşəni yaşadığı Neftçala rayonu, Xolqaraqbucaq kəndindəki evə gətirmişdir. Rövşənin qardaşı Azad da evdə olmuş, Rövşən evdə olan vaxtı ona zəng gəlmiş, Rövşəni telefonda zəng edən şəxsə sənədləri hazıladığını demiş, telefonda zəng edən şəxs isə maşını xarab vəziyyətdə onu atdığını deyib, Rövşənə söyüş söymüşdür. Rövşən telefon danışdıqdan sonra o və qardaşı Azada onunla gələn iki nəfər şəxs tərəfindən hədələndiyini, onun geri qayıtmağı tələb etdiklərini demişdir. Rövşən ona və qardaşı Azada sürücülük vəsiqəsi, “Covid 19” pasportu, birdə xatırlamadığı sənədlər həmin iki şəxsdə olduğunu, həmin sənədləri onlardan almağı , sənədləri alandan sonra həmin şəxslərdən polisə şikayət edəcəyini demişdir. Buna görə də o, “VAZ 2101” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobilində Rövşənin qardaşı Azad ilə birlikdə Muşviqin kafesinə qayıtmış, orada Qaz 3110” markalı dövlət qeydiyyat nişanını 10-LP olaraq xatırladığı maşın kafenin həyətində dayanmış, o və Azad maşından düşmüşdür. Həmin iki şəxs isə “Qaz 3110” markalı, dövlət qeydiyyat nişanını 10-LP olaraq xatırladığı avtomobildə gözləmişlər. Rövşənin yanında olmadığını görüb “Qaz 3110” markalı dövlət qeydiyyat nişanını 10-LP markalı maşın sürətlə sürərək çıxıb getmişlər. O, Azad ilə Rövşəngilə qayıtmış, Rövşən onun sənədlərinin - “COVİD19” pasportu, sürücülük vəsiqəsinin həmin iki şəxs tərəfindən qaytarılmadığını görüb DİN-nin 102 xidmətinə iki nəfər şəxs tərəfindən hədələndiyi, 2000 manat ondan pul alındığı barədə şikayət etmiş, sonra polis əməkdaşları Rövşəngilə gəlib onun izahatını almışlar. Məhkəmədə şahid kimi dindirilən Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs onun ögey qardaşıdır. 20 noyabr 2021-ci il tarixdə Rövşən Xolqarabucaq kəndindəki evində olmuşdur. Həmin gün saat təxminən 19 radələrində Rövşən ona telefonla dostu zəng etdiyini, deyərək evdən çıxmışdır. Həmin vaxtdan sonra Rövşəndən heç bir xəbər çıxmamış, Rövşənə telefonla zəng etmək istəsələr də onun telefonu söndürülmüş, zəng çatmamışdır. Rövşənin yəqin telefonunu itirdiyini, tez bir zamanda zəng edəcəyini fikirləşib Rövşəndən xəbər olmamağı, itkin düşdüyü barədə polisə şikayət etməmişlər. xx.xx.2021-ci il tarixdə qardaşı Rövşən saat təxminən 16 radələrində əmisi oğlu Cavidin “Vaz2111” markalı avtomobilində onlara gəlmişlər. Rövşənin sifət nahiyəsində gözünü altında qaçır xəsarətlərinin olduğunu görmüşdür. Anası Zenfira da evdə olmuş, Rövşənə nə baş verdiyini soruşmuşdur. Rövşən ona Neftçala rayonu, Şorkənd kəndindən olan tanışı Şəhriyarın onu evlərində əsir kimi saxladığını, Şəhriyar tanışı Dədə ləqəbli şəxslə onu döydüklərini, ondan külli miqdarda pul istədiklərini demişdir. Rövşənə nə üçün Şəhriyarın və onun tanışı Dədə ləqəbli şəxsin onu hədələdiyini, pul tələb etdiklərinin səbəbini soruşmuş, Rövşən ona bir neçə ilə əvvəl Şəhriyarın azadlıqdan məhrum olaraq cəza çəkdiyi müddətdə onu yanına getmədiyinə görə onu döydüyünü bildirmişdir. Rövşən Şəhriyar və Dədənin ona çatacaq 2000 manat pulunu özləri üçün aldıqlarını demişdir. Rövşən ayğının ona göstərmiş, Rövşənin ayağında bud nahiyələrində qançır göyümtül xəsarətlər olmuşdur. Rövşən Şəhriyar və Dədə ləqəbli şəxsin onun ayağına dəmir boru parçası ilə zərbələr vuraraq xəsarət yetirdiyini ona demişdir.Rövşən evdə olana vaxtı ona zəng gəlmiş, Rövşəni telefonunda ona zəng edən şəxsə sənədləri hazıladığını demiş, telefonla Rövşənə zəng edən şəxs isə maşını xarab vəziyyətdə onu atdığını deyib, Rövşənə söyüş söymüşdür. Rövşən telefonla danışdıqdan sonra ona və Cavidə Neftçala rayonu Xolqarabucaq kəndinə gələn Şəhriyar və Dədə ləqəbli şəxs tərəfindən hədələndiyini, ondan geri qayıtmağı tələb etdiklərini demişdir. Rövşən ona və Cavidə sürücülük vəsiqəsi, “Covid 19” pasportu, vizitkalarını Şəhriyar və Dədə ləqəbli Məhəmməd adlı şəxsdə olduğunu, həmin sənədləri onlardan almağı sənədləri alandan sonra həmin şəxslərdən polisə şikayət edəcəyini demişdir. Buna görə də o, əmisi oğlu Cavidin “VAZ 2101” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilində Cavid ilə birlikdə Muşviqin kafesinə getmişlər. Orada Qaz 3110” markalı dövlət qeydiyyat nişanını 10-LP olaraq xatırladığı maşının kafenin həyətində dayndığını görmüş, o, və Cavid maşından düşmüşlər. Avtomobildə olan iki şəxs isə “Qaz 3110” markalı dövlət qeydiyyat nişanını 10- LP olaraq xatırladığı avtomobildə gözləmişlər. Rövşənin orada olmadığını görüb “Qaz3110” markalı dövlət qeydiyyat nişanını 10-LP markalı maşın sürətlə sürüb çıxıb getmişlər. O, Cavid ilə evlərinə Rövşənin yanına qayıtmışlar. Rövşən onun sənədlərini, “COVİD 19” pasportu, sürücülük vəsiqəsinin Şəhriyar və Məhəmməd tərəfindən qaytarılmadığını görüb DİN-nin 102 xidmətinə iki nəfər şəxs tərəfindən hədələndiyi, 2000 manat ondan pul alındığı barədə şikayət etmiş, sonra polis əməkdaşları onlara gəlib Rövşənin izahatını almışlar. Şahid4 məhkəmədə göstərdi ki, 2010-cu ildən DİO-da xidmətə qəbul olmuş, 2020-ci ildən Neftçala RPŞ, İTB-nin YYÇPİTQ -nun baş inspetktoru işləyir, polis baş leytenantı rütbəsini daşıyır. 23 noyabr 2021-ci il tarixdə polis şöbəsində növbədə olmuşdur. Növbədə olduğu zaman xx.xx.2021-ci il tarixdə saat 19 radələrində DİN-nin 102 xəttinə Neftçala rayonu, Xolqarabucaq kənd sakini Zərərçəkmiş şəxs 2-3 gün əvvəl X12 və “Dədə” ləqəbli şəxs tərəfindən tutularaq Şəhriyarın Neftçala rayonu, Şorkənd kəndindəki evində saxlanıldığını, orada döyülərək 2000 manat pulun alındığı barədə məlumat daxil olmuşdur. Rövşənin müraciəti ilə bağlı onunla əlaqə saxlayıb Neftçala rayon polis şöbəsinə dəvət etmişlər. Rövşən Şəhriyar və “Dədə” ləqəbli şəxs tərəfindən döyüldüyünü, bədənində ağrılar olduğunu, halsız olduğundan polis şöbəsinə gələ biməyəcəyini demişdir. Buna görə də Rövşən Abddullayein DİN-nin 102 xəttinə verdiyi məlumatla bağlı ərizə və izahatının alınması üçün həmin gün növbədə olan müstəntiq Qalib müəllim, polis əməkdaşları Valeh, Yaddulla, Cəlal və Samit ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Neftçala rayonu Xolqarabucaq kəndindəki evinə getmişlər. Rövşənin bədənini gözlə görünən nahiyələrində başında, sifətin nahiyəsində, gözünün altında qaramtıl, göyümtül qançır xəsarətləri olduğunu görmüşlər. Rövşən hadisə barədə məlumat verərək əvvəllər tanışı olan Neftçala rayonu Şorkənd kənd sakini Şəhriyar Abdullayevin onunla 3 gün əvvəl telefonla əlaqə saxlayaraq Rusiya Federasiyası Moskva şəhərində işə düzəltmək barədə söhbət üçün Salyan şəhərinə dəvət etdiyini, orada Şəhriyar dostu “Dədə” ləqəbli sonradan adının Məhəmməd olaraq bildiyi şəxs ilə Şəhriyargilin Neftçala rayonu, Şorkənd kəndində yerləşən evinə getmişlər. Rövşən Neftçala rayonu, Şorkənd kəndindəki evə getdikdən sonra orada Şəhriyar və “Dədə” ləqəbli Məhəmməd adlı şəxs tərəfindən hədələnərək döyüldüyünü, lüt vəziyyətdə telefonla şəkillərini və videosunu çəkildiyini, həmin videonu internetdə yayacaqları ilə hədələyərək pul istədiklərini, ondan Şəhriyar və Məhəmmədin 2000 manat pul aldığını demişdir. Rövşən baş verən hadisə ilə bağlı ərizə və izahat vermiş, sonra Rövşən telefonunda Şəhriyarın ona hədə-qorxu ilə gələrək yazdığı mesajlarını, hədələnərək çəkildiyi foto və videolarını internetdə yayacağı ilə bağlı hədələndiyini göstərmişdir Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı X14 da məhkəmədə Şahid4 ilə oxşar məzmunlu ifadə vermişlər. Zərərçəkmiş şəxs Neftçala Rayon Polis Şöbəsinə yazdığı xx.xx.2021-ci il tarixli ərizəsində 20 noyabr 2021-ci il tarixdə X12 «Dədə» ləqəbli şəxslə onu yaşadığı Neftçala rayonu Şorkənd kəndindəki evində döyərək hədə-qorxu ilə pul tələb etmələrini, 21 noyabr 2021-ci il tarixdə onu özləri ilə birlikdə Sumqayıt şəhərinə aparmalarını, orada avtomobilinə görə verilmiş 2000 manat pulunu əlindən almalarını göstərmi, Şəhriyarın və «Dədə» ləqəbli şəxslərin məsuliyyətə cəlb olunmalarını xahiş etmişdir. Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması barədə xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, o, Şəhriyar Bağırovun yaşadığı, Neftçala rayonu Şorkənd kəndində yerləşən fərdi yaşayış evində saxlanıldığı yeri və digər halları əyani olaraq göstərmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 247 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində burnun yumuşaq toxumasının sıyrığı, sağ göz orbitasının, sol göz altı nahiyənin, sol burnun orta 1/3-nin, sağ budun orta 1/3-nin qançırları, sağ gözün ağlı qişasının qansızması kimi xəsarətlər müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə-yəni xx.xx.2021-ci il tarixdə yumruqla, dəmir parçası ilə vurma nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığının qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığı yüngül zərər vurmaya aid bədən xəsarətləridirlər. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilmişdir. Lakin həmin şəxsiyyət pozuntusu o, dərəcədə ifadə olunmayıb ki, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın, ona ittiham olunan əmələ görə anlaqlı hesab edilir, hərəkətləri AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan “Samsung” markalı və telefona baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəhriyar Bağırovun istifaddəsinə olan “Azerfon MMC” mobil operatoruna aid 077 556 90 88 saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan “Azercell MMC” mobil operatoruna aid 050 436 58 08 saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 20:14 dəqiqədə “Rosen telefona cavab ver, yenə deyesen putat eledun?”, saat 21:11 dəqiqədə “Rösen tel cavab ver Yoxsa internetde baxacaqsan özüne”, saat 21:15 dəqiqədə “Teli götür ağlını itirme Kucede saxlamisan bizi ne fikirlesirsen”, saat 21:15 dəqiqədə “Vallah Bizi basqa seye Vadar eleme dur gel” məzmunlu mesajlar aşkar edilmişdir. "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair diskə baxış keçirlərkən diskdə aşağıdakı məlumatlar aşkar olunmuşdur: xx.xx.2021-ci il tarixdə saat 18:39:45-də 224 saniyə müddətində X5 adına qeydiyyatda olan ********* saylı mobil nömrədən Zərərçəkmiş şəxs adına qeydiyyatda olan ********* saylı mobil nömrə ilə telefon danışığının qeydə alınmışdır. Ş.Bağırovun ********* saylı mobil nömrənin anten qeydiyyatı həmin vaxta Salyan şəhər avtovağzalı olduğu müəyyən olunur. xx.xx.2021-ci il tarixdə saat 18:55:05-də və 19.47-də Şəhriyar Bağırovun adına qeydiyyatda olan ********* saylı mobil nömrədən Zərərçəkmiş şəxs adına qeydiyyatda olan ********* saylı mobil nömrə ilə danışıqlar aparılmışdır. Ş.Bağırovun ********* saylı mobil nömrənin anten qeydiyyatı həmin vaxta Salyan şəhər avtovağzalı olduğu müəyyən olunur. xx.xx.2021-ci il tarixə saat 11:58:48-də Şəhriyar Bağırovun adına qeydiyyatda olan ********* saylı mobil nömrənin anten qeydiyyatı Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi olmuşdur. xx.xx.2021-ci il tarixə saat 14:36:06-da Şəhriyar Bağırovun adına qeydiyyatda olan ********* saylı mobil nömrənin anten qeydiyyatı Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisi olmuşdur. xx.xx.2021-ci il tarixə saat 19:52:42 –də X5 adına qeydiyyatda olan ********* saylı mobil nömrənin anten qeydiyyatı Abşeron rayonu, Xırdalan şəhəri şəhəri ərazisi olduğu müəyyən olunur. xx.xx.2021-ci il tarixə saat 22:29:30 -da X5 adına qeydiyyatda olan ********* saylı mobil nömrənin anten qeydiyyatı Neftçala rayonu, Beşdəli kəndi ərazisi olduğu müəyyən olunur. xx.xx.2021-ci il tarixə saat 14:06:30 -da X5 adına qeydiyyatda olan ********* saylı mobil nömrənin anten qeydiyyatı Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisi olduğu müəyyən olunur. xx.xx.2021-ci il tarixdə saat 20:17:14-də Zərərçəkmiş şəxs adına qeydiyyatda olan ********* saylı mobil nömrə ilə Şəhriyar Bağırovun adına qeydiyyatda olan ********* saylı mobil nömrə arasında telefon danışığının qeydə alınmışdır. Zərərçəkmiş şəxs ********** saylı mobil nömrənin anten qeydiyyatı həmin vaxta Salyan şəhər avtovağzalı olduğu müəyyən olunur. xx.xx.2021-ci il tarixdə saat 13:27:00-da Zərərçəkmiş şəxs adına qeydiyyatda olan ********* saylı mobil nömrənin anten qeydiyyatı Neftçala rayonu, Beşdəli kəndi olduğu müəyyən olunur. xx.xx.2021-ci il tarixdə saat 16:58:00-də Zərərçəkmiş şəxs adına qeydiyyatda olan ********* saylı mobil nömrənin anten qeydiyyatı Sumqayıt şəhəri,16 -cı məhəllə ünvanı olduğu müəyyən olunur. xx.xx.2021-ci il tarixdə saat 15:01:12-də Zərərçəkmiş şəxs adına qeydiyyatda olan ********* saylı mobil nömrənin anten qeydiyyatı həmin vaxta Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisi olduğu müəyyən olunur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli və hazırda qanuni qüvvəyə minmiş hökmündən görünür ki, X12 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olan zor tədbiq etməklə, silah kimi istifadə edilən əşyadan istifadə edib onu adam oğurluğu ilə bağlı olmadan qanunsuz olaraq azadlıqdan məhrum etməkdə, təkrar zor tədbiq etməklə, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törətməkdə təqsirli bilinməklə ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin 15 noyabr 2021-ci il tarixli qərarı ilə «8 noyabr-Zəfər günü» münasibətilə amnistiya tətbiq edilməsi haqqında Qərarın 2.8. bəndinə əsasən cəzadan azad edilmişdir. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yeri üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmaması göstərilmişdir. İş üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixli qərarla axtarış elan olunmuş və xx.xx.2022-ci il tarixdə tutulmaqla həmin vaxtdan həbsdə saxlanılır. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsində ona dəymiş ziyanın ödənilməsini, Təqsirləndirilən şəxslə barışdığını, ondan tələb və şikayətinin olmadığını göstərmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgə əmlakını, yəni tanışı Zərərçəkmiş şəxs əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə Zərərçəkmiş şəxs aldatmaqla onunla 20 noyabr 2021-ci il tarixdə Salyan şəhərində cinayətkar qrupun digər üzvü X12 ilə birlikdə görüşməsi, Zərərçəkmiş şəxs guya iş barədə söhbət etmək adı ilə Neftçala rayonu Şorkənd kəndində yerləşən fərdi yaşayış evinə aparmaqla orada telefonunu və digər əşyalarını əlindən alıb, evdə nəzarət altında saxlamaqla sərbəst hərəkət etmə imkanını məhdudlaşdırıb qanunsuz azadlıqdan məhrum etməsi, əşyadan silah qismində istifadə etməklə döyərək sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək, onu soyundurub çılpaq vəziyyətdə videosunu və foto şəkillərini çəkməklə haqqında rüsvayedici məlumatlar yayma hədəsilə ondan 40000 manat məbləğində-xeyli miqdarda pul tələb etməsi, faktiki olaraq 2000 manat pulunu alması, bundan sonra da qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərini davam etdirərək təkrarən 22 noyabr 2021-ci il tarixdə fərdi yaşayış evində nəzarət altında saxlamaqla sərbəst hərəkət etmə imkanını məhdudlaşdıraraq qanunsuz azadlıqdan məhrum edib, özlərində saxlayaraq çılpaq vəziyyətdə qeydə alınmış videosunu və foto şəkillərini yayacaqları ilə bağlı haqqında rüsvayedici məlumatlar yayma hədəsilə ondan təkrarən 40000 manat məbləğində-xeyli miqdarda pul tələb etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs cinayətin törədilmə müddətində Şəhriyar Bağırovla birlikdə Zərərçəkmiş şəxs Salyan şəhərinə çağırmaqla onu X9 rayonu Şorkənd kənqdində yerləşən evinə aparmalarını, həmin evdə onunla birlikdə olmalarını, Zərərçəkmiş şəxs almış olduğu avtomobilə görə verdiyi pulun geri alınması üçün onunla birlikdə Sumqayıt şəhərinə getmələrini, Sumqayıt şəhərində avtomobil sahibi tərəfindən Zərərçəkmiş şəxs verilmiş 2000 manat pulu Şəhriyar Bağırova verməsini, yenidən Rövşən Abdullaeyi özləri ilə X8 rayonu Şorkənd kəndində yerləşən evinə gətirmələrini, bundan sonra isə Zərərçəkmiş şəxs Neftçala rayonu Xolqarabucaq kəndində yerləşən torpaq sahəsini satmaq üçün həmin kəndə getmələrini, orada Zərərçəkmiş şəxs torpağı satılması ilə əlaqədar olaraq Şəhriyar Bağırovdan və ondan aralanıb getməsini, sonra isə DİN-nin 102 xidmətinə zəng etməklə məlumat verməsini, habelə Şəhriyar Bağrova məxsus evdə olduqları müddətdə Zərərçəkmiş şəxs vidoeçəkilişini aparmalarını təsdiq etməklə yanaşı, Zərərçəkmiş şəxs azadlığını məhdudlaşdırmamaları, ondan hədə-qorxu ilə pul tələb etməmələri barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini isə CM-nin isə CM-nin 59.1.13-cü maddəsinə səasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, onun əməlində CM-nin 59.1.12- 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdiri hallar olduğundan və cəzasını ağırlaşdıran hallar olmadığından ona təyin olunan cəzanın müddəti CM-nin 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-455/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-455/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver