Məhkəmə qərarları › İş №1(099)-455/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-455/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-455/2023 13.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Esmira Qərib qızı və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, Təqsirləndirilən şəxs və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1953-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in (bundan sonra – Azərbaycan Respublikası CM-in) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs rəsmi nikahda olduğu arvadı X6 ilə birgə yaşadıqları Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi, 373 nömrəli evdə 15 yanvar 2023-cü il tarixdə səhər saatlarından etibarən ailə-məişət məsələləri ilə əlaqədar mübahisə etməyə başlayaraq və eyni mövzuda mübahisəni gün ərzində davam etdirərək, həmin gün saat 16 radələrində evin mətbəx otağında dayanarkən qonaq otağında döşəmənin üzərində oturaqlı vəziyyətdə olan Dəstəgül Mehtiyevanın onu ağır söyüşlərlə təhqir etməklə ləyaqətini alçaltması qənaətinə gələrək şəxsi münasibətlər zəminində yaranmış nifrət və ədavət səbəbindən həmin anda sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və həmin niyyətlə Dəstəgül Mehtiyevanın doğma nəvələri olmaqla yaxın adamları hesab edilən 2012-ci il təvəllüdlü X7 və 2002-ci il təvəllüdlü X8 yanında onlara xüsusi əzab və iztirab verdiyini dərk edərək mətbəx otağında olan və ət doğramaq üçün istifadə olunan təsərrüfat-məişət təyinatlı baltanı sağ əli ilə götürüb təxminən beş-altı metr məsafədən qəsdən Dəstəgül Mehtiyevanın həyat üçün vacib olan baş nahiyəsinə tuşlayaraq atmaqla həmin baltanın tiyəsinin kəsici-çapıcı hissəsinin sonuncunun sifətinin sol yarısına zərblə dəyməsi nəticəsində Dəstəgül Mehtiyevaya sağlamlığa yüngül zərər vurmaya aid sifətin sol yarısında bir ədəd çapılmış yara kimi xəsarət yetirmiş, sonuncunun qeyd edilən xəsarətin təsirindən yıxılmadığını və müvazinətini toplamaqla baltanı əlinə aldığını gördüyündən qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdırmaq məqsədi ilə Dəstəgül Mehtiyevanın üzərinə gedərək həmin baltanı sonuncudan alıb sağ əlində tutmaqla tiyəsinin kəsici-çapıcı hissəsi ilə Dəstəgül Mehtiyevanın başının arxa hissəsindən və bədəninin digər nahiyələrindən bir neçə zərbə endirərək sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid başın sol təpə-gicgah nahiyəsində kəllə qapağı sümüklərinin açıq sınığı və baş beyinin əzilib dağılması ilə müşayiət edilən bir ədəd çapılmış yara və başın sol gicgah nahiyəsində sol gicgah sümüyünün açıq-qəlpəli sınığı və baş beyinin əzilib dağılması ilə müşayiət edilən bir ədəd çapılmış yara, həmçinin sağlamlığa yüngül zərər vurmaya aid sol saidin orta üçdə birində bir ədəd çapılmış yara və sağ əlin ovuc səthində bir ədəd çapılmış yara kimi xəsarətlər yetirməklə Dəstəgül Mehtiyevanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 yanvar 2023-cü il tarixdə evində oturarkən arvadı Dəstəgül Mehtiyeva ilə aralarında mübahisə yaranmış, Dəstəgül hazırda ifada etməyə utandığı sözlərlə onu təhqir etmiş, buna görə özü də bilmədən özündə olmayaraq əsəbi halda Dəstəgülü vurmuşdur. Lakin hadisənin necə olmasını, niyə baş verməsini hələ də bilmir. 75 yaşında niyə belə hərəkət etdiyini bilmir. El-oba içində də pis vəziyyətdə qalmışdır. Onun 16 nəvəsi 5 nəticəsi vardır. Hələ də niyə belə bir iş gördüyünü başa düşmür. Əməlindən peşmandır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həyatı boyu bir dəfə ailə həyatı qurmuş, Dəstəgül Mehtiyeva ilə evlənmişdir. Hadisə baş verəndən əvvəlki dövrlərdə Dəstəgülü döyməmiş, aralarında belə hallar olmamışdır. Özü də neynədiyini, hadisənin necə baş verdiyi bilməmişdir. Dəstəgüllə birgə nikahlarından 5 övladları olmmuşdur. Hadisə baş verən anda uşaqları evdə olmamış, özü və Dəstəgül qonaq otağında olmuşdur. Nəvələri Dövlət və Günəş o biri otaqda yatmışlar və onların mübahisələrini görməmişdir. Dəstəgülü öldürmək niyyəti olmamış, sözləri düz gəlmədiyi üçün özü də bilmədən bu hadisə olmuşdur. Əvvəllər də Dəstəgülü öldürmək fikri olmamışdır. Nəvələrinin evdə olmasını bilsəydi bu hadisəni bəlkə də törətməzdi. Dəstəgül Mehtiyeva tərəfindən ona qarşı nalayiq ifadələr işlədildiyindən özündə olmayaraq onu öldürdüyünü, əməlindən peşman olduğunu, yaşının çox olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, ona elan olunmuş Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilmiş və qeyd etmişdir ki, ünvan 2 ünvanında arvadı Dəstəgül, oğlu Taleh, sonuncunun arvadı Samirə və iki azyaşlı övladları Dövlət və Günəş ilə birgə yaşamışdır. Arvadı Dəstəgül evdar qadın olmuş, sonuncu ilə uzun illər ailədaxili məsələlərə görə mütəmadi olaraq münaqişə etmişlər. Bunun əsas səbəbi onların arasında heç vaxt sevgi münasibətinin mövcud olmaması, bir-biri ilə yola getməmələri və xırda məişət problemlərinin üstündə dalaşmaları olmuşdur. Hadisədən bir neçə gün əvvəl Dəstəgüllə Bərdə rayonunda keçirilən toy məclisində iştirak etmişdir. Bu vaxt Dəstəgül onun bəyənmədiyi və aralarında ədavət olan qohumları ilə onun ziddinə olaraq və onu qıcıqlandırmaq üçün səmimi münasibət quraraq deyib-gülmüşdür. O, da Dəstəgülə əsəbiləşmiş və bu mövzuda aralarında bir neçə gün münaqişə davam etmişdir. Oğlu Taleh və gəlini Samirə 14 yanvar 2023-cü il tarixdə axşam saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmişlər, onların övladları Dövlət və Samirə isə evdə qalmışlar. 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evin həyətində təsərrüfat işləri görmüş, həyəti səliqəyə salmış, qəbul etdiyi metalları yerbəyer etmiş, bundan sonra rayonda bəzi işlərini həll etmək üçün evdən çıxmaq qərarına gəlmiş və bunun üçün evin içərisinə daxil olmuşdur. İlkin olaraq mətbəx otağına daxil olub əl-üzünü yumuş, Dəstəgül isə həmin vaxt qonaq otağında dayanmışdır. Bu zaman yenə aralarında eyni mövzuda mübahisə yaranmış, Dəstəgül onu təhqir edərək “qardaşlarımın ..... sənin ağzına olsun” sözlərini demiş, o da Dəstəgülə eyni formada cavab qaytarmışdır. Lakin Dəstəgül yenə onunla söyüşlə danışıb təhqir etməyə davam etmişdir. O, Dəstəgülün üstünə qışqırıb səsini kəsməsini desə də sonuncu durmadan onu ağır ifadələrlə təhqir etməyə davam etmişdir. Necə olduğunu bilmədən bir anlıq əsəblə mətbəx otağındakı masanın üzərində olan baltanı əlinə götürərək təxminən beş-altı metr məsafədən zərblə Dəstəgülün üstünə atmışdır. Baltanın kəsici hissəsi Dəstəgülün sifətinə tuş gəlmiş, lakin Dəstəgül yerə yıxılmamışdır. O, da Dəstəgülə yaxınlaşıb baltanı yerdən götürmüş və kəsici tərəfi ilə sonuncunun başının arxasından bir-iki zərbə endirmişdir. Həmin zərbələri endirməzdən əvvəl Dəstəgül ona müqavimət göstərərək əlləri ilə onun qollarından və baltadan tutmağa çalışmışdır. Sonra o, baltanı həmin otaqda döşəmənin üstünə ataraq evdən çıxmışdır. Hadisənin baş verdiyi vaxt evdə azyaşlı nəvələri Dövlət və Günəşdən başqa heç kim olmamışdır. Lakin nəvələrinin hadisəyə şahid olub-olmadıqlarını bilməmişdir. O, evdən çıxaraq küçədə saxladığı “VAZ” markalı maşınına əyləşərək təsadüfi istiqamətdə hərəkət etmiş, maşını sürərək Salmanbəyli kəndinə qədər gedib çıxmışdır. Onun məqsədi özünü öldürmək olmuşdur. Belə ki, artıq 70 yaşı tamam olduğundan həyatının qalan hissəsini həbsxanada keçirmək ona ağır gəlmiş, həm də hadisəni bir anlıq əsəblə özündən çıxaraq törətdiyinə görə öz əməllərindən peşman olmuşdur. Onu bu həddə çatdıran Dəstəgülün onu durmadan ağır sözlərlə təhqir etməsi olmuşdur. O, əvvəlcə özünü öldürmək üçün maşını kanaldan aşağı sürmək istəsə də bunu edə bilməmişdir. Buna görə qan təzyiqi xəstəliyi üçün mütəmadi olaraq qəbul etdiyi dərman preparatı olan “Kaptopril” adlı həblərdən bir neçəsini qəbul edib maşının içərisində ölümünü gözləmişdir. Həmin vaxt qohumları ona ard-arda zəng etdiklərindən son nəticədə törətdiyi əməli onlara etiraf edərək, həmçinin intihar etdiyini də deyərək gəlib onu götürmələri üçün olduğu yeri bildirmişdir. Bundan sonra rayon polis şöbəsinin əməkdaşları onun olduğu yeri müəyyən edərək saxlamış və onu rayon mərkəzi xəstəxanasına aparmışlar. Ona tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, qeyd edilən hadisə 15 yanvar 2023-cü il tarixdə baş vermiş, bir dəqiqədən qısa müddətdə cərəyan etmişdir. O, yaşadığı evdən çıxaraq avtomobilinə əyləşdikdə saat 16:45 olmuşdur. O, cinayət hadisəsini törətdiyi baltanı hadisədən 20 gün əvvəl rayon mərkəzində yerləşən bazardan mətbəxdə istifadə edilməsi üçün almışdır. Dəstəgül və gəlini həmin baltadan ət doğramaq üçün istifadə etmişlər. Ümumilikdə götürəndə həmin baltadan bir-iki dəfə istifadə edilmişdir. Dəstəgülü öldürmək niyyəti bir anda yaranmışdır. Belə ki, Dəstəgülün durmadan onu ağır sözlərlə təhqir etməsi nəticəsində özündən çıxaraq bir anlıq əsəblə əlini mətbəx otağındakı masanın üzərinə qoyulmuş baltaya ataraq Dəstəgülə tərəf fırlatmışdır. Bununla belə Dəstəgül yerə yıxılmamışdır. Buna görə də baltanı yerdən götürüb kəsici tərəfi ilə Dəstəgülün başının arxasından bir-iki dəfə zərbə endirmişdir. Dəstəgülü öldürmək barədə əvvəllər qətiyyən düşünməmiş və bununla bağlı heç bir hazırlığı olmamışdır. Nəvəsi Günəşin eşitmə və nitq qabiliyyəti tam məhduddur. Hadisənin baş verdiyi vaxt Günəş yataq otağında yatmış və baş vermiş hadisəyə şahid olmamışdır. Qulaqları eşitmədiyindən Dəstəgüllə münaqişələri zamanı da oyanmamışdır. O, hadisədən bir qədər əvvəl həyətdə təsərrüfat işləri görərkən digər nəvəsi Dövlət də həyətə enmişdir. Dövlətin daha sonradan evin içərisinə daxil olduğunu görməmişdir. O, Dəstəgülə balta ilə zərbələr endirərkən nə Günəş, nə də Dövlət onun yanında olmamış və onun Dəstəgülü öldürdüyünü görməmişlər. Həmin şəxslər onun nəvələridir və heç vaxt onların nənələrinin ölümünə şahid olub əzab çəkmələrini istəməmişdir. O, Dəstəgülü də bir anlıq əsəblə özündən çıxaraq öldürmüşdür. Dəstəgülün onu söyüşlərlə təhqir etməyi və onun Dəstəgülə hücum etməyi bir dəqiqədən az çəkmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ifadəsini təsdiq etdiyini bildirmişdir. Lakin ifadəsində nəvələri Dövlət və Günəşin evdə olmadığını, onların hadisəyə şahid olmadıqlarını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 Təqsirləndirilən şəxs onun atası olduğunu bildirmiş və ifadə verməkdən imtina etmiş, həmçinin Təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş X9 ibtidai araşdırma zamanı 11 noyabr 2023-cü il tarixdə zərərçəkmiş şəxsin hüqiqi varisi qismində verdiyi ifadəsində göstərmişdir ki, Ağcabədi şəhərində ailə üzvləri ilə birgə yaşayır. Əliyar onun doğma atası və Dəstəgül doğma anasıdır. O, atası ilə birlikdə yaşadıqları evin həyətində olan metal qəbulu məntəqəsini işlətməklə dolanışıqlarını təmin etmişlər. Onun 2000-ci il təvəllüdlü Gülər, 2002-ci il təvəllüdlü Günəş və 2012-ci il təvəllüdlü Dövlət adlı uşaqları vardır. Gülər üç il əvvəl onun bacısı oğlu Şəhruzla ailə qurmuş və onlarla qonşuluqda yaşamışlar. O, arvadı Samirə, övladları Günəş və Dövlət ilə valideynlərinin yanında yaşamışdır. Atası Əliyarla anası Dəstəgül daima münaqişə içində yaşamışlar. Onların münaqişələrinin səbəbi sözlərinin heç vaxt üst-üstə düşməməsi, anasının atasını saymaması və sözlərinə əməl etməməsi, anasının hər zaman öz qardaşlarını atasından üstün tutması, adi şeylərin üstündə bir-birinə ağır sözlər demələri, atasının son zamanlarda spirtli içkiyə meyilliliyi olmuşdur. Onlar atalarına qarşı kobudluğu və hörmətsizliyini həmişə analarına irad tutmuşlar. Bununla belə anaları hər münaqişə edən zaman atalarını ağır sözlərlə təhqir etmiş, şəxsiyyətinə toxunmuşdur. Onların belə münaqişələri adi hal almışdır. Anasının qardaşlarını atasından üstün tutmasına və hər mövzuda onları atasına misal çəkməsinə görə atası onları bəyənməmiş və onlardan soyumuşdur. Buna görə anasının qohumları ilə atasının münasibətləri sərin olmuşdur. 09 yanvar 2023-cü il tarixdə anasının qardaşı nəvəsinin Bərdə şəhərində toy məclisi olmuşdur. Atası, anası, özü və arvadı da həmin toy məclisində iştirak etmişlər. Həmin toy məclisində anası onlardan ayrılıb məclisin sonunadək qardaşlarının və onların qohumlarının yanında olmuşdur. Atası da bundan acıqlanmışdır. Məclisin sonunda isə anası onlarla birlikdə Ağcabədi şəhərinə qayıtmamış və Bərdə şəhərində qardaşlarının evində qalmışdır. Atası da buna görə əsəbiləşmiş və həmin vaxtdan aralarında münaqişə davam etmişdir. Atası həmin hərəkətlərini anasına irad tutanda anası “yaxşı eləmişəm, sənlik deyil” kimi sözlər deyərək atasını qıcıqlandırmış və yenə qardaşlarının atasından üstün olduğunu demişdir. 14 aprel 2023cü il tarixdə axşam saatlarında arvadı Samirə ilə birlikdə şəxsi işləri üçün Bakı şəhərinə getmişlər. Günəş və Dövlət isə atasıgillə qalmışlar. 15 aprel 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhərindən Ağcabədi şəhərinə qayıdan zaman Hacıqabul rayonunun ərazisində olduqda qohumlarından biri ona zəng edərək anasının başının yarıldığını demiş, lakin nə baş verdiyi barədə heç kimin məlumatı olmamışdır. O, Ağcabədi şəhərinə çatanda anasının öldüyünü və morqda olduğunu, anasını atasının balta ilə vuraraq öldürdüyünü öyrənmişdir. Hadisənin baş verdiyi vaxt övladları Günəş və Dövlət də evdə olmuşlar. Onların hər ikisi anadangəlmə qüsurludur. Günəşin eşitmə və nitq qabiliyyəti tam məhduddur. Dövlətdə isə uşaq yaşlarında keçirdiyi insult nəticəsində psixi-nevroloji xəstəliklər yaranmışdır. Onların hadisəyə şahid olub-olmadıqları barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 Təqsirləndirilən şəxslə barışdıqlarını, onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirib, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Əliyar onun doğma atası və Dəstəgül isə doğma anasıdır. Valideynləri də onlarla qonşuluqda qardaşı Taleh və sonuncunun ailəsi ilə birlikdə yaşamışlar. Mütəmadi olaraq gediş-gəlişləri olmuşdur. Hadisə günü yəni 15 yanvar 2023-cü il tarixdə evində küçəyə çıxarkən qardaşı Talehin uşaqlarını küçədə görmüş, uşaqlar ona nəyisə başa salmaq istəmiş, lakin xəstə olduqları üçün başa sala bilməmişlər. Həmçinin uşaqlar onu içəri çağırmışlar. Atasının evinə girdikdə anasının yerdə uzanıqlı vəziyyətdə olduğunu, qanın içində olduğunu görmüşdür. Atası Əliyarla anası Dəstəgül arasında münasibətlər normal olmuş, bəzi vaxtlarda söh söhbətləri olmuşdur. Anasının qohumları ilə atasının münasibəti olmadığında, aralarında küsülülük oldğunundan münasibtələri yaxşı olmamışdır. Hadisə baş verən günü atasnın evinə gəlmiş, həmin gün saat 11 radələrində evdən çıxmışdır. Lakin həmin vaxt atası və anasının mübahisəsini görməmişdir. Atası Əliyarın nə üçün anasını öldürməsini dəqiq bilmir. Lakin atası son dövrlər əsəbi olmuş, psixoloji vəziyyəti yaxşı olmamışdır. Onun yanına ilk dəfə Günəş gəlmiş, lakin ona heç nə başa sala bilməmişdir. O, evə gəldikdə Dövlət də evdə olmuşdur. O, həyəcanlı olduğundan evdə balta görməmişdir. Lakin eşitdiyinə görə qohumlarından Sahil evi təmizləyərkən cinayət aləti olan balatanı götrüb gizlətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 da analoji ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun babasıdır. 15 yanvar 2023-cü il tarixdə işdə olarkən qonşularından biri ona zəng edib babasıgildə nə isə hadisə olmasını demiş, buna görə də o, dərhal babası Əliyarın evinə gəlmişdir. O, evə çatdıqda evdə 10-15 nəfər başqa qohumlarının və qonşularının olmasını, həmçinin nənəsi Dəstəgülün qan içində olmasını və vəziyyətinin pis olmasını görmüşdür. Buna görə də o və qohumları nənəsi Dəstəgülü maşınına qoymuş və təcili xəstəxanaya aparmışdır. Sonradan qohumlarından eşitmişdir ki, bu hadisəni babası törətmişdir. Lakin babası Əliyarın niyə belə hərəkət etdiyini bilməmişdir. Babası Əliyarla mərhum nənəsi Dəstəgülün münasibətləri normal olmuş, onların münasibətlərində pisləşmə olmasından məlumatı olmamışdır. Babası ilə nənəsinin münasibtələrinin pis olması barədə ibtidai istintaq zamanı verdiyi ifadəsini bu hissədə təsdiq etmir, hər ailədə problem ola bilər, babsı ilə nənəsi arasında da bəzən problemlər olmuş, lakin o, bu barədə müstəntiqə nə isə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır, onunla münasibtələri yaxşıdır. Onun evi Əliyarın evi ilə qonşdur. 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Əliyarın evində səs-küy eşitmiş, dərhal həmin evə getmiş və mərhum Dəstəgülün evdə qanın içində olmasını görmüşdür. X13 avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Xəstəxanada isə Dəstəgülün öldüyünü bildirmişlər. Həmin vaxt Əliyar evdə olmamışdır. Buna görə də bacısı oğlu Namiq Əliyarın telefonuna zəng etmişdir. Əliyar əvvəlcə Bərdə rayonu istiqamətində olduğunu və özünü öldürəcəyini bildirmiş, daha sonra o, telefonu Namiqdən alaraq Əliyarla danışmış, sonuncu ona da özünü öldürəcəyini bildirib ondan haqqını halal etməyini istəmişdir. O, Əliyardan nə olduğunu soruşanda Dəstəgülü balta ilə vurduğunu demiş, lakin bunun səbəbi barədə heç nə deməmişdir. Daha sonra Əliyarın nəvəsi Amin Əliyara zəng edərək danışmış, bu dəfə Əliyar Salmanbəyli kəndində olduğunu bildirmişdir. Onlar da rayon polis şöbəsinin əməliyyat müvəkkilləri ilə birgə Əliyarın olduğu yerə gedərək sonuncunu tapmışlar. Əliyar özünə məxsus avtomobilin içərisində huşsuz vəziyyətdə olmuşdur. Əliyarı rayon mərkəzi xəstəxanasına aparmışlar və tibbi yardım göstərilmişdir. Əliyarın Dəstəgülü öldürmək niyyəti olub-olmamasını bilməmiş, lakin Əliyar mərhumun qardaşları ilə münasibətləri pis olmuşdur. O, evə girən Əliyarın qız və ya oğlan nəvəsinin evdə olub-olmamasına fikir verməmişdir. Hadisədən sonra Dövlət və Günəşdən hadisə barədə soruşmuş, onlar isə hadisəni görmədiyini bildirmişlər, lakin Əliyyar Dəstəgülü vurduqdan sonra uşaqlar çölə çıxıb Dəstəgülül qanın içində görmüşlər. X18 vurduqda uşaqlar həmin otaqda olmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qayınatasıdır. 15 yanvar 2023-cü il tarixdə saat təxminən 16- 17 radələrində o, balıq tutmaq üçün rayon ərazisində olarkən qayını Taleh ona zəng edərək Dəstəgülün yaşadığı evdə pilləkəndən yıxıldığını, başının daşa dəydiyini və xəstəxanaya aparıldığını demiş, ondan da təcili köməyə getməyini istəmişdir. O, birbaşa rayon mərkəzi xəstəxanasına getmişdir. Oraya çatanda həkimlər Dəstəgülün öldüyünü demişlər. Həmin vaxt polis və prokurorluq əməkdaşları da orada olmuşlar. Daha sonra o, yas mərasiminə hazırlıq işləri görmək üçün Əliyargilin evinə getmişdir. Evə daxil olanda qonaq otağında, giriş qapısından daxil olan kimi sol divarda televizor quraşdırılmış otaqdakı xalçanın üzərində qan ləkəsinin olduğunu görmüşdür. Xalçanın üzərində qara rəngli qana batmış vəziyyətdə kəsilmiş paltara oxşayan parça da olmuşdur. Bundan sonra qonşularla köməkləşərək həmin xalçanı yerdən götürmüşlər və qonşular həmin xalçanı evdən çıxararaq bayıra aparmışlar. O, qonşuların xalçanı hansı tərəfə apardıqlarını bilməmişdir. Evdə bir qədər iş gördükdən sonra meyiti təhvil almaq üçün rayon mərkəzi xəstəxanasına qayıtmışdır. Polis əməkdaşları onu izahatının alınması üçün rayon polis şöbəsinə dəvət etmişlər. Orada olan zaman Dəstəgülü Əliyarın balta ilə başından vuraraq öldürdüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs qayınanası Dəstəgül Mehdiyevanı nə vaxtsa vurmasını, onunla mübahisə etməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Əliyar onun doğma əmisidir. 15 yanvar 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evdən küçəyə çıxanda qonşuların qışqırıb-bağırdıqlarını və hər kəsin Əliyargilin evinə qaçdığını görmüşdür. O da qonşuların ardınca Əliyarın evinə daxil olduqda Dəstəgülü həmin evin qonaq otağının döşəməsində uzanmış halda vəziyyətdə aşkar etmişdir. Dəstəgülün sifəti və üst-başı qana bulanmışdır. Həmin vaxt Şəhruz “VAZ 2107” markalı avtomobilini həyətə daxil etmiş, onlar da qonşularla köməkləşib Dəstəgülü götürərək evdən çıxarmış və Şəhruzun maşınına yerləşdirmişlər. Bundan sonra özü də küçəyə çıxaraq rayon mərkəzi xəstəxanasına getmişdir. Oraya çatdıqda isə Dəstəgülün artıq öldüyünü öyrənmişdir. Onlar xəstəxanada olarkən Əliyarın nəvələri Dövlət və Günəş evdə tək olduqlarından dayısı oğlu Aqil ilə birlikdə Əliyarın evinə qayıtmış, lakin evdə xeyli adamın evdə olduğunu görmüş və buna görə də yenidən rayon mərkəzi xəstəxanasına qayıtmışlar. Onlar xəstəxanaya qayıdanda isə Dəstəgülün meyitinin morqa aparıldığını öyrənərək oraya getmişlər. Gedən söhbətlərdən Dəstəgülün başına xəsarətlər yetirilməklə qəsdən öldürülüdüyü ona məlum olmuşdur. Bundan sonra qohumlarından biri ona Əliyargilin evində yas mərasiminin təşkil olunacağını və gəlib-gedənlərin olacağını demiş və ondan Əliyargilin evinə gedərək həmin evi səliqəyə salmağını istəmişdir. Buna görə o, əmisi Əliyargilin evinə getmişdir. Həmin vaxt qadınlar evdə təmizlik işləri görməyə başlamış və qonaq otağının döşəməsində olan xalçanı çıxarıb pilləkənlərin yanına qoymuşlar. Həmin vaxt xalçanın üzərində bir ədəd baltanın olduğunu görmüşdür. Həmin balta kiçik ölçülü olmaqla ət doğramaq üçün mətbəxdə istifadə olunan tipdə olmuşdur. Baltanın üzərində qan ləkələri görmüşdür. O, Əliyarın Dəstəgülü həmin balta ilə vurub öldürdüyünü başa düşmüşdür. Orada olan qonşuların köməyi ilə pilləkənlərin yanına qoyulan xalçanı götürüb həyət sahəsinin arxa tərəfində yerləşən altıaçığa qoymuşlar. Onların bunu etməkdə məqsədləri qanlı xalçanın ortalıqda olmaması və baş sağlığı verməyə gələn qohumqonşuların həmin xalçanı görməməsi olmuşdur. Daha sonra polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək axtarış aparmış və həmin baltanı onun gizlətdiyi yerdən tapmışlar. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü əsasında müəllimin iştirakı ilə əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, hadisə vaxtı babası Əliyarın nənəsi Dəstəgülün başına balta ilə vurmasını görmüş, həmin vaxt babası Əliyar da onları görmüş və onların yanında babası nənəsini vurmuşdur. Həmin gün babası ilə nənəsi arasında mübahisə olmuş, lakin nə olmasını bilməmişdir. Babası nənəsinin üstünə qışqırıb “nə deyirsən ee mənə” dedi, həmin vaxt nənəsinin üstünə balta atmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«Hadisə yerinə baxış keçirilməsi haqqında» 15 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən 373 nömrəli həyətyanı evə baxış aparılarkən həmin evin qonaq otağının divarlarında qan sıçrantıları aşkar edilmiş, həmçinin həmin otağın döşəməsi üzərində olmuş və üzərində qan bulaşmaları ilə yanaşı insan beyninin dağılmış toxumaları olan xalçanın yerinin dəyişdirilərək həyət sahəsinin arxasında yerləşən altıaçığa yerləşdirilməsi müəyyən edilərək həmin əşyalar götürülmüş, eləcə də üzərində qanabənzər ləkələr olmaqla cinayətin aləti olduğu ehtimal olunan balta həmin evin həyət sahəsinin arxasında gizlədilmiş halda aşkar edilərək götürülmüşdür. Bundan başqa hadisənin baş verdiyi fərdi yaşayış evinin həyətindən bir ədəd üzərində qanabənzər ləkələr olan jaket aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (cild 1, i.v.07-24) -«Meyitə baxış keçirilməsi haqqında» 15 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Dəstəgül Mehtiyevanın meyitinə baxış keçirilərkən onun əynində olmuş və üzərində qanabənzər ləkələr olan geyim əşyaları götürülmüşdür. (cild 1, i.v. 25-33) - Ağcabədi RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri Ağcabədi rayonu Salmanbəyli kəndi ərazisində müəyyən olunaraq saxlanılmış və özünü öldürmək üçün çoxlu sayda dərman preparatları qəbul etdiyi müəyyən edilmiş, buna görə də tibbi yardım göstərilməsi üçün RMX-ya yerləşdirilərək post patrul naryadları təşkil edilmişdir. (İ cild, i.v. 50) - «Şübhəli şəxsin tutulması haqqında» 15 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 15 yanvar 2023-cü ildə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 62) -«Götürmə aparılması haqqında» 15 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Əliyar Mediyevin cinayət hadisəini törədərkən əynində olmuş geyim əşyaları götürülmüşdür. (cild İ, i.v. 73-75) -«Əşyanın tanınmasının aparılması haqqında» 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətin aləti olmuş baltanı eyni növdən olan digər üç balta arasında ölçüsünə, rənginə və digər fərdi əlamətlərinə görə tanımış və onun 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən 373 nömrəli həyətyanı evdə arvadı X4 xəsarətlər yetirməklə sonuncunu qəsdən öldürdüyü mətbəx baltası olduğunu, həmin baltanı hadisədən təxminən 20 gün əvvəl rayonun mərkəzində yerləşən bazarda olan xatırlamadığı mağazadan aldığını, həmin baltadan arvadı və gəlininin ət doğramaq məqsədi ilə mətbəxdə istifadə etdiklərini göstərmişdir. (cild İ, i.v. 85-86) -16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X10 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (cild İ, i.v. 93) -«Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuş və Ağcabədi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsəetmənin əvvəli 15 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (cild İ, i.v. 103-104 və 124-125) -«Müşahidə kameralarına baxış keçirilməsi haqqında» 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 15 yanvar 2023-cü il tarixdə saat 16:22 dəqiqəyədək həyət sahəsində heç bir qeyri-adi hal müşahidə olunmur. Saat 16:22 dəqiqədə təqsirləndirilən şəxsin nəvəsi olan və həyət sahəsində yerləşən metal qəbulu məntəqəsində fəhlə işləyən X19 fərdi yaşayış evinə daxil olur və 11 dəqiqə sonra fərdi yaşayış evindən çıxaraq həyətə enir. Saat 16:39 dəqiqədə Təqsirləndirilən şəxs fərdi yaşayış evindən çıxaraq həyətə düşür. Saat 16:43 dəqiqəyədək metal təqdim etmək üçün gələn iki nəfər qadın həyətə daxil olurlar və bir qədər sonra X19 ilə birlikdə fərdi yaşayış evini tərk edirlər. Bu müddətdə təqsirləndirilən şəxsin azyaşlı nəvəsi X7 da həyətdə olduğu görünür və o, saat 16:43 dəqiqədə fərdi yaşayış evinə girir. Bundan bir dəqiqə sonra isə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə daxil olur, 45 saniyə sonra fərdi yaşayış evindən çıxaraq həyətə enir, darvazadan çıxaraq darvazanın qarşısında dayanmış “VAZ” markalı avtomobilin sürücü oturacağına əyləşir. X2 da onun arxasınca ani hərəkətlə həyətə çıxır və dərhal fərdi yaşayış evinə daxil olur. Hərəkətlərin intensivliyindən cinayət hadisəsinin həmin dəqiqədə törədildiyi müşahidə edilir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinə girərkən və cinayət hadisəsini törətdikdən sonra çıxarkən onun əlində və üzərində cinayətin aləti olan balta və ya sair predmetlər müşahidə edilmir. Bununla da cinayətin aləti olan baltanın fərdi yaşayış evinin içərisindən əldə edildiyi və hadisədən sonra da orada qaldığı müəyyən edilir. Saat 16:45 dəqiqədə Təqsirləndirilən şəxs “VAZ” markalı avtomobilini işə sala bilmədiyi üçün aşağı enərək onu əli ilə itməyə başlayır və daha sonra sükanın arxasında əyləşərək həmin avtomobili hərəkət etdirməklə fərdi yaşayış evini tərk edir. Bir dəqiqə sonra təqsirləndirilən şəxsin eşitmə və nitq qabiliyyəti məhdud olan nəvəsi X12 fərdi yaşayış evindən çıxaraq həyətə enir və darvazadan küçəyə çıxaraq kömək çağırmaq üçün sürətli addımlarla piyada gedir. Saat 16:49 dəqiqədə isə X2 fərdi yaşayış evindən çıxaraq həyətə enir və darvazadan küçəyə çıxıb darvazanın qarşısında dayanır. Onun ağız hərəkətlərindən yüksək səslə qışqırdığı müşahidə olunur. Həmin vaxt X12 geri qayıdaraq fərdi yaşayış evinə daxil olur. Onun arxasınca təqsirləndirilən şəxsin qonşuluqda yaşayan qızı Şahid3 qucağındakı yenidoğulmuş uşaqla birlikdə həyət sahəsinə daxil olur. Bir dəqiqə sonra Şahid3 yaşayış evinin qonaq otağına girir, 10 saniyə sonra qucağındakı yenidoğulmuşu içəridə qoyaraq həyəcanla bayıra çıxır, qaçaraq darvazadan küçəyə çıxır və hay-küy salmaqla insanları köməyə çağırır. Həmin dəqiqədən sonra xeyli sayda insanlar fərdi yaşayış evinə daxil olurlar. Saat 16:52 dəqiqədə isə darvazanın hər iki tayı açılır və “VAZ 2107” markalı maşın arxa-arxaya həyət sahəsinə daxil olur. İnsanlar fərdi yaşayış evindən X3 meyitini çıxararaq həmin avtomobilə yerləşdirirlər və avtomobil həyətdən çıxaraq küçə ilə hərəkət edir. Saat 17:10 dəqiqəyədək fərdi yaşayış evinə müxtəlif intensivlikdə insanlar daxil olur və çıxırlar. Həmin dəqiqədə göy rəngli olan “VAZ 2106” markalı avtomobil həyətə daxil olur və həmin avtomobilin sükanı arxasından Şahid7, sürücü oturacağından X19 enirlər. Həmin şəxslər avtomobildən aşağı endikləri anda rəqəmsal video qeydiyyat cihazı elektrik enerjisindən ayrıldığından video yazının aparılması davam etməmişdir. Hadisə yerinə baxış aparılması haqqında 15 yanvar 2023-cü il tarixli protokola əsasən cinayətin aləti olan balta fərdi yaşayış evinin həyət sahəsinin arxasında gizlədilmiş vəziyyətdə, eləcə də hadisənin baş verdiyi qonaq otağının xalçası həyət sahəsinin arxasında olan altıaçıqda aşkar edilmişdir. Lakin rəqəmsal video qeydiyyat cihazının söndürüldüyü vaxtadək fərdi yaşayış evinin içərisindən hər hansı bir şəxsin cinayətin aləti olan baltanı və hadisə yerində olan xalçanı götürərək həyət sahəsinin arxa tərəfinə aparması müşahidə olunmur. Həmçinin hadisə yerinə baxış aparılması zamanı fərdi yaşayış evinin pilləkənlərinin sol tərəfində aşkar edilmiş, üzərində insan qanı ləkələri olan bej rəngli jaket də video qeydiyyat cihazının söndürüldüyü vaxta qədər həmin yerdə olmamışdır. Bu isə cinayətin alətinin gizlədilməsinin, hadisə yerində olan xalçanın yerinin dəyişdirilməsinin və bej rəngli jaketin həyət sahəsinə atılmasının cihazın söndürüldüyü saat 17:10 dəqiqədən hadisə yerinə baxışın başlandığı saat 18:20 dəqiqəyədək olan müddətdə baş verdiyini göstərir. (cild İ, i.v. 135-139) -«Məhkəmə-tibb ekspertizasının» 16 yanvar 2023-cü il tarixli, 34 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. (cild İ, i.v. 181-182) -«Məhkəmə-tibb ekspertizasının» 15 yanvar 2023-cü il tarixli, 06 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində başın sol təpə-gicgah nahiyəsində kəllə qapağı sümüklərinin açıq sınığı və baş beyinin əzilib dağılması ilə müşayiət edilən çapılmış yara; başın sol gicgah nahiyəsində sol gicgah sümüyünün açıq qəlpəli sınığı və baş beyinin əzilib dağılması ilə müşayiət edilən çapılmış yara; sifətin sol yarısında çapılmış yara; sol saidin orta üçdə birində çapılmış yara; sağ əlin ovuc səthində çapılmış yara xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər çapıcı alətin təsirindən törənmişdir, hadisə yerinə baxış aparılan zaman aşkar edilmiş balta ilə yetirilməsi mümkündür. Onun baş nahiyəsində aşkar edilmiş hər iki çapılmış yaralar həyatiliyin əlamətlərinə malik olmaqla onun ölümündən az əvvəl yetirilmişdir və dərəcələrinə görə hər biri həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, yuxarıda göstərilən digər hər üç çapılmış yaralar isə həyati olmaqla dərəcələrinə görə sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Bütün xəsarətlərin yetirilmə müddəti 15 yanvar 2023-cü il tarixə uyğun gəlir. X3 ölümünə səbəb başın iki ədəd çapılmış yaraları nəticəsində əmələ gəlmiş kəllə qapağı sümüklərinin açıq sınıqları və baş beyinin əzilib dağılması olmuşdur. Sonuncu həmin xəsarətləri alarkən müxtəlif duruş vəziyyətlərində ola bilərdi, lakin daha çox ehtimal olunan duruş vəziyyəti onun və xəsarət yetirənin ayaq üstə olduqları vəziyyətdir. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən X3 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən iki-dörd saat əvvəl, yəni 15 yanvar 2023-cü il tarixdə baş vermişdir. Dəstəgül Mehtiyevanın meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində etil spirti aşkar edilməmişdir. (cild İ, i.v. 184-189) -«Məhkəmə biloji ekspertizasının» 28 fevral 2023-cü il tarixli, 72/2023-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs X4 aid sviter, don, sarafan, papaqlı jaket, büstqalter, bir tay corab (açıq, tünd boz, qara rənglərlə zolaqlı), hadisə yerindən götürülmüş jilet, balta, üç ədəd xalça kəsiyi üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Həmin qan ləkələri “Oalfa,beta (İ)” qruplu şəxsə, o cümlədən zərərçəkmiş şəxs X4 məxsus ola bilərdi. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması “AB0” sistemi ilə inkar olunur. Hadisə yerindən götürülmüş bir ədəd xalça kəsiyinin üzərində həmçinin insan orqanizminə məxsus toxuma hissəciyi aşkar olunmuşdur. Həmin toxuma hissəsi qrup mənsubiyyətinə görə zərərçəkmiş şəxs X5 məxsus ola bilər. X4 məxsus iki ədəd retuz, bir tay və iki cüt corab, Təqsirləndirilən şəxs aid iki ədəd gödəkcə, vodolazka, cins şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Hadisə yerindən götürülmüş balta üzərində insana məxsus bir ədəd baş tükü aşkar edilmişdir. Həmin tükün morfoloji xüsusiyyətlərinə görə müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır. (cild İ, i.v. 199-204) -"xxxx" 07 mart 2023-cü il tarixli, 52-MTKŞ/2023 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs X4 məxsus jaketin boyun hissəsinin ön-orta nahiyəsində aşkar edilən bir ədəd cırılma zədəsi jaketin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində yaranmışdır. Sonuncuya məxsus iki ədəd don, gecə köynəyi, alt şalvarı, şalvar, üç cüt corab, jaket və papaq, Təqsirləndirilən şəxs məxsus iki ədəd gödəkcə, sviter, pencək və şalvar, eləcə də hadisə yerindən götürülmüş bir ədəd jiletin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Dəstəgül Mehtiyevaya məxsus sviterin demək olar ki, bütün səthində və əsasən yuxarı yarısında, donun bütün səthində, gecə köynəyinin əsasən yuxarı hissəsində geniş sahədə büstqalterin üzərində fasiləli, jaketin hər iki ön tərəfində və bir tay corab üzərində fasiləli yerləşən qan ləkələri aşkar olunmuşdur. Həmin qan ləkələri yaxşı intensivlikdə olub əsasən homogendir və bəzi sahələrdə səthə keçirlər. Həmin qan ləkələri qan mənbəyi (qanlı səth) ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş və sonra isə fiziki kapillyarlıq faktoru üzrə səthə hopmuşdur. Hadisə yerindən aşkar edilərək götürülmüş jiletin ön səthinin sağ yan nahiyəsində, döş hissəsində, arxa-orta hissəsində qan ləkələri aşkar edilmişdir. Həmin qan ləkələri nisbi yaxşı intensivlikdə olub əsasən homogendir və bəzi sahələrdə səthə keçirlər. Həmin qan ləkələri qan mənbəyi (qanlı səth) ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş və sonra isə fiziki kapillyarlıq faktoru üzrə səthə hopmuşdur. Hadisə yerindən aşkar edilmiş baltanın işçi hissəsinin hər iki səthində, dəstəyin proksimal hissəyə yaxın hissəsində və əsasən sağ tərəfdə (dəstəyi özünə və işçi hissəsinin iti kənarını aşağı tutmaq şərti ilə) qan ləkələri aşkar olunmuşdur. Həmin ləkələr qan mənbəyi və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, yaxma xarakterlidir. Hadisə yerindən aşkar edilərək götürülmüş balta zavod üsulu ilə hazırlanmışdır, təsərrüfatməişət təyinatlıdır və soyuq silah hesab olunmur. Həmin baltanın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (cild İ, i.v. 206-212) - “İfadənin yerində yoxlanılması haqqında” 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən 373 nömrəli fərdi yaşayış evini göstərərək hadisənin baş verdiyi günədək ailə üzvləri ilə birgə həmin evdə yaşadığını və hadisənin həmin evin daxilində, qonaq otağında baş verdiyini bildirmişdir. Həmçinin o, giriş qapısından qonaq otağına daxil olduqda soldan ikinci pəncərənin qarşısını göstərərək, hadisənin baş verdiyi vaxt zərərçəkmiş şəxs Dəstəgül Mehtiyevanın orada döşəmənin üzərinə döşəkcə salıb oturduğunu, özünün isə mətbəx otağında masanın kənarında oturduğunu bildirmişdir. Onun sözlərinə görə hadisə zamanı mətbəx otağının qapısı açıq olmuş və özünün oturduğu yerdən zərərçəkmiş şəxs Dəstəgül Mehtiyevanı aydın görmüşdür. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, zərərçəkmiş şəxs Dəstəgül Mehtiyeva ilə sözləri çəp gəlmiş, sonuncu ona söyüş etmiş, mübahisələri iki-üç dəqiqə davam etmiş, evdə heç kim olmamışdır. Təqsirləndirilən şəxs ət kötüyünün və batanın mətbəx otağında olduğu yeri göstərmişdir. Onun sözlərinə görə ət kötüyü və balta mətbəx otağının giriş qapısından daxil olduqda sağ tərəfdə olmuşdur. İstintaq hərəkəti aparılarkən hadisənin baş vermə şəraitini əyani olaraq təsvir etmək məqsədilə maket baltadan istifadə olunaraq təqsirləndirilən şəxsin göstərdiyi yerə qoyulmuşdur. Təqsirləndirilən şəxs davam edərək göstərmişdir ki, o, ayağa duraraq baltanı götürüb mətbəx otağının içərisindən qonaq otağında döşəmənin üzərində oturmuş zərərçəkmiş şəxs Dəstəgül Mehtiyevaya atmışdır. Onun sözlərinə və təsvirinə görə baltanın sapından sağ əli ilə tutaraq, baltanın tiyəsi aşağı və kəsici hissəsi arxaya doğru istiqamətdə həmin baltanı fırladaraq atmışdır. Müəyyən edilmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs baltanı zərərçəkmiş şəxs Dəstəgül Mehtiyevaya altı metr məsafədən atmışdır. Təqsirləndirilən şəxs davam edərək göstərmişdir ki, onun baltanı atmasından sonra həmin balta zərərçəkmiş şəxs Dəstəgül Mehtiyevanın üstünə düşmüşdür. Onun sözlərinə görə zərərçəkmiş şəxs Dəstəgül Mehtiyeva baltanı əlinə götürmüş və ona bir daha söyüş etmişdir, o da mətbəx otağından çıxaraq zərərçəkmiş şəxs Dəstəgül Mehtiyevanın üzərinə getmişdir. Hadisənin baş verdiyi şəraiti təsvir etmək üçün post-patrul xidməti əməkdaşlarından bir nəfər Təqsirləndirilən şəxs göstərdiyi yerdə dayanmış və sonuncunun göstərdiyi formada maket baltanı əlində saxlamışdır. Təqsirləndirilən şəxs sözlərinə və təsvirinə görə zərərçəkmiş şəxs Dəstəgül Mehtiyeva baltanı götürüb tiyəsi yuxarı və kəsici hissəsi önə doğru istiqamətdə iki əli ilə baltanın sapından tutmuş, o da sonuncuya yaxınlaşaraq iki əli ilə baltanın sapından tutmuş və çəkişmişlər. Bundan sonra o, iki əli ilə qüvvə tətbiq edib zərərçəkmiş şəxs Dəstəgül Mehtiyevanın əllərindən aşağı basmış, sonuncu ayağa qalxa bilməyərək oturmuşdur. Təqsirləndirilən şəxs sözlərinə görə o, baltanı götürərək zərərçəkmiş şəxs Dəstəgül Mehtiyevanın başının arxa hissəsindən ikiüç dəfə zərbə endirmişdir. Həmçinin onun sözlərinə görə hadisənin baş verdiyi vaxt evdə heç kimi görməmiş, iki azyaşlı nəvələrinin isə həmin evdə olduqlarını, yoxsa qonşuluqda yaşayan qohumlarının yanına keçdiyini bilməmişdir. Lakin nəvələri hadisənin baş verdiyi otaqda olmamışlar və onları görməmişdir. Təqsirləndirilən şəxs davam edərək göstərmişdir ki, hadisənin baş verməsindən sonra yaşadığı evdən çıxaraq darvazanın qarşısında saxladığı avtomobilinə minib getmişdir. O, “VAZ” markalı avtomobilini saxladığı yeri göstərmişdir. O, həmçinin bildirmişdir ki, hadisədən sonra yaşamaq istəmədiyindən özünü öldürmək qərarına gəlmiş, lakin nəvələri və qardaşları ona zəng edərək zərərçəkmiş şəxs Dəstəgül Mehtiyevaya heç bir şey olmadığını dedikləri üçün olduğu yeri onlara bildirmişdir. O, özünü öldürmək üçün “Kaptopril” adlı həblərdən qəbul etsə də polis əməkdaşları onu rayon mərkəzi xəstəxanasına çatdırmış və ona tibbi yardım göstərilmişdir. (cild İ, i.v. 229- 232) -«Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının» 10 mart 2023-cü il tarixli, 161 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və əqli gerilik xəstəliyindən əziyyət çəkməmişdir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanında olmuş, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsirinə düşmür. O, ictimai təhlükəli əməli törətdikdən sonra psixi xəstəlik keçirməməsi səbəbindən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanına olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsirinə düşmür. Sonuncu anlaqlı vəziyyətdə olmaqla öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onu idarə etmək imkanında olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsirinə düşmür. Hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22.1-ci maddələrindən hər hansı birinin təsirinə düşmədiyinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs istintaq-məhkəmə hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. O, praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə, başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İctimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İctimai təhlükəli əməli törətdiyi zaman əsəbi psixiemosional halda olmuş və həmin halın yaranma səbəbi zərərçəkmiş şəxslə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayəti törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). O, təlqinə qapılmağa başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. (cild İİ, i.v. 23-27) -«Məhkəmə-narkoloji ekspertizasının» 18 aprel 2023-cü il tarixli, 654 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. cild İİ, i.v. 29) - “Sübutların qiymətləndirilməsi haqqında” 26 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə istintaq edilən cinayət işinin həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsüf edilməsi qərara alınmışdır. (cild İİ, i.v. 30-49) - Ağcabədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə uzadılmışdır. (cild İİ, i.v. 66-67) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 03 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(cild İİ, i.v. 71-72) Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Dəstgül Mehtiyevanı nəvələri – Dövlət Mehdiyev və Günəş Mehdiyevanın gözləri qarşısında onlara qarşı xüsusi əzab vermək niyyəti ilə öldürmədiyini, həmin vaxt nəvələrinin evdə olmadığını və Dəstəgül Mehtiyevanı öldürmək niyyətinin olmadığını bildirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, şahid ifadələrinə, eləcə də işin faktiki hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddələrində xüsusi amansızlıqla qəsdən öldürmə cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən, həmçinin cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün bütün hallarda cinayəti törətmiş şəxsin birbaşa qəsdlə hərəkət edib zərərçəkmiş şəxsə və ya onun yaxın adamlarına xüsusi əzab, iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, həmin maddənin dispozisiyasında zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən əlamətlər kimi ehtiva edilmişdir. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab verməsini dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcud olması əməlin xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilməsinə kifayətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifi və özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərində «xüsusi amansızlıq» əlamətinin olması barədə fikrini həm də onunla əlaqələndirmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Dəstəgül Mehtiyevaya doğma nəvəsi olmaqla yaxın adamları hesab edilən 2012-ci il təvəllüdlü X7 və 2002-ci il təvəllüdlü X8 yanında onlara xüsusi əzab və iztirab verdiyini dərk edərək başının arxa hissəsindən və bədəninin digər nahiyələrindən bir neçə zərbə endirərək Dəstəgül Mehtiyevaya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi və bu xəsarətlərin sonuncunun ölümünə səbəb olması ilə əsaslandırmışdır. Belə ki, məhkəmə istintaqı zamanı məhkəmə iclasında müşahidə kameralarından əldə edilmiş görüntülərə məhkəmə tərkibi və cinayət prosesi iştirakçılarının iştirakı ilə yenidən baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisənin baş verdiyi gün yəni 15 yanvar 2023-cü il tarixdə müşahidə kameralarının 6-cı kanalı fərdi yaşayış evinin həyətini tam göstərir. Həmin görüntülərdən görünür ki, hadisənin baş verdiyi gün 16:36:12 saniyyədə azyaşlı Dövlət Mehdiyev fərdi yaşayış evinin giriş qapısından həyətə, daha sonra isə həyət qapısından küçəyə çıxır. 16:38:54-də Təqsirləndirilən şəxs evdən həyətə, daha sonra isə küçəyə çıxır və çöldə olan Dövlət Mehdiyevi həyətə salır. 16:43:38-də azyaşlı Dövlət Mehdiyev həyətdən fərdi yaşayış evinə daxil olur, 16:44:11-də yəni 33 saniyyə sonra Təqsirləndirilən şəxs də fərdi yaşayış evinə daxil olur və bundan 50 saniyyə sonra, yəni 16:45:01-də Dövlət Mehdiyev fərdi yaşayış evinin giriş qapısından asılmış pərdəni aralayaraq çölə çıxır və dərhal da evə geri qayıdır, bundan 6 saniyyə sonra – 16:45:07-də isə Təqsirləndirilən şəxs evdən həyətə çıxır, daha sonra isə küçəyə çıxaraq avtomobili işə salaraq evdən uzaqlaşır. 16:45:17-də Dövlət Mehdiyev də Təqsirləndirilən şəxs araxasınca həyətə çıxır və az sonra geri qayıdır. 16:45:35-də isə Günəş Mehdiyeva da fərdi yaşayış evindən həyətə çıxır, az sonra yenidən evə qayıdır və 16:46:28-də isə yenidən evdən həyətə, daha sonra isə həyət qapısından küçəyə çıxaraq sürətli addımlarla piyada gedir. 16:48-35-də isə Dövlət Mehdiyev də fərdi yaşayış evindən çıxıb həyətə enir və giriş darvazasından çıxaraq darvazanın qarşısnda dayanır. Onun ağız hərəkətlərindən yüksək səslə qışqırdığı müşahidə olunur. 16:49:32-də Günəş Mehdiyeva geri qayıdaraq fərdi yaşayış evinə daxil olur. Onun arxasınca təqsirləndirilən şəxsin qonşuluqda yaşayan qızı Şahid3 qucağındakı yenidoğulmuş uşaqla birlikdə küçədə dayanan Dövlət Mehdiyevə yaxınlaşır və sonuncu əlini açıq vəziyyətdə tutaraq başına köndələn şəkildə zərəbə endirərək Təqsirləndirilən şəxs Dəstəgül Mehtiyevanı necə vurduğunu göstərir (Dövlət Mehdiyev məhkəmə iclasında ifadə verərkən də eyni hərəlkətləri edərək babasının nənəsini necə vurduğunu göstərrmişdir) və Şahid3 həyət sahəsinə daxil olur. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə baş verən anda nəvələri Dövlət Mehdiyev və Günəş Mehdiyevanın evdə olmadığını bildirsə də həmin hadisəni törətməmişdən əvvəl Dövlət Mehdiyevi küçədən həyətə özü salmış, Dövlətin həyətdə olmasını , evə daxil olmasını da görmüş, eləcə də Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra az sonra Günəş Mehdiyeva da evdən çıxdığından onun da hadisə baş verən vaxt evdə olmasını təsdiq edir və bu hal yuxarıda göstərilən videogörüntülərlə tam təsdiq edilir. Təqsirləndirilən şəxs isə ifadəsində hadisə baş verən vaxt nəvələrinin evdə olmamasını bildirməklə müdafiəsi üçün gətirdiyi qeyd edilən dəlil həmin videogörüntülərlə tam təkzib edilir. Həmçinin Təqsirləndirilən şəxs Dəstəgül Mehtiyevaya xəsarət yetirərkən nəvələrinə xüsusi əzab və iztirab vermək niyyətinin olmadığını qeyd etmişdir. Lakin cinayət işi materiallarına əlavə edilmiş sübutlar və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs arvadı Dəstəgül Mehtiyevanı qəsdən öldürərkən həmin evdə nəvələri Dövlət Mehdiyev və Günəş Mehdiyevanın olmasını bilmişdir. Hətta Təqsirləndirilən şəxs Dəstəgül Mehtiyevaya balta ilə xəsarət yetirərkən nəvəsi Dövlət Mehdiyev də həmin otaqda olmaqla həmin hadisəni görmüşdür. Belə ki, hadisə baş verən gün saat 16:43:38-də azyaşlı Dövlət Mehdiyevin həyətdən fərdi yaşayış evinə daxil olması, 33 saniyyə sonra, yəni 16:44:11-də Təqsirləndirilən şəxs də fərdi yaşayış evinə daxil olması və 50 saniyyə sonra, yəni 16:45:01-də Dövlət Mehdiyevin fərdi yaşayış evinin giriş qapısından asılmış pərdəni aralayaraq çölə çıxıb dərhal da evə geri qayıtması, bundan 6 saniyyə sonra – 16:45:07-də isə Təqsirləndirilən şəxs evdən həyətə çıxması hadisə baş verən anda Dövlət Mehdiyevin həmin otaqda olmaqla hadisənin şahidi olması qənaətinə gəlməyə tam əsas verir. Həmçinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Dövlət Mehdiyev də ifadəsində nənəsi Dəstəgül Mehtiyevanın babası Təqsirləndirilən şəxs tərəfindən balta ilə vurulduğunu bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərinin məqsədi zərərçəkmiş şəxs Dəstəgül Mehdiyevanın yaxın adamları olan nəvələrinə xüsusi əzab, iztirab vermək vermək olmasa da Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri ilə özünün və zərərçəkmiş şəxs Dəstəgül Mehtiyevanın yaxın qohumları olan nəvələrinə xüsusi əzab və iztirab verəcəyini dərk etməklə buna şüurlu surətdə yol vermiş, yəni həmin əlamətlərəə münasibətdə Təqsirləndirilən şəxs dolayı qəsdi mövcud olmuşdur və bu hal da onun əməlinin xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilməsinə kifayətdir. Məhkəmə göstərilən hüquqi mövqelərə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs X4 xəsarətləri sonuncunun ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən yetirməsi, xəsarətləri həyat üçün əhəmiyyətli orqan olan baş nahiyyəsinə yetirməsi, məhkəmə-tibbi ekspertizasının 15 yanvar 2023-cü il tarixli 06 nömrəli rəyi və məhkəmə tibbi-kriminalistik ekspertizasının 05 fevral 2023-cü il tarixli 52/2022-MTKŞ nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs həyat və sağlamlıq üçün təhlükə törədən alət olan bıçaqla Dəstəgül Mehtiyevanın ümumilikdə baş və sifət nahiyələrinə ümumilikdə 5 zərbə vurması faktının özü-özlüyündə Təqsirləndirilən şəxs Dəstəgül Mehtiyevanı balta ilə vurub öldürmək istədiyinə, sonuncunun Dəstəgül Mehdiyevaya balta zərbələrini məhz qəsdən öldürmək məqsədilə vurduğunu, Təqsirləndirilən şəxs Dəstəgül Mehtiyevaya balta ilə çoxsaylı xəsarətlər yetirməsini nəvəsi Dövlət Mehdiyev tərəfindən aşkar gördüyü şəraitdə, beləliklə də həmin şəxsə xüsusi əzab və iztirab verəcəyini dərk edib buna şüurlu surətdə yol verməklə vurması isə sonuncunun göstərilən əməli xüsusi amansızlıqla törətdiyini sübut edir və nəticədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri təkzib edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi Dəstəgül Mehtiyevanı qətlə yetirməsi cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı zamanı özünün verdiyi qismən etirafedici ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 yanvar 2023-cü il tarixli, “Meyitə baxış keçirilməsi haqqında” 15 yanvar 2023-cü il tarixli protokol, “Götürmə aparılması haqqında” 15 yanvar 2023-cü il tarixli protokol, “Əşyanın tanınmasının aparılması haqqında” 16 yanvar 2023-cü il tarixli protokol, “Müşahidə kameralarına baxış keçirilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli protokol, “İfadənin yerində yoxlanılması haqqında” 07 mart 2023-cü il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 15 yanvar 2023-cü il tarixli, 06 nömrəli və 16 yanvar 2023cü il tarixli, 34 nömrəli rəyləri, “məhkəmə tibbi-biloji ekspertizasının» 28 fevral 2023-cü il tarixli, 72/2023-MTBŞ nömrəli, məhkəmə tibbi-kriminalistik ekspertizasının 07 mart 2023cü il tarixli, 52-MTKŞ/2023 nömrəli rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 mart 2023-cü il tarixli, 161 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsi tərəfindən verilən 27 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (cild İİ, i.v. 54-55) -Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İƏD-i üzrə nümayəndəliyindən verilmiş 20 fevral 2023-cü il tarixli, 765 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mərhum Dəstəgül Mehtiyeva ilə birgə nikahda olmaqla Ağcabədi şəhəri H.Hacıyev küçəsi ev 373 ünavnında yaşamışdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (cild İ, i.v. 126-128) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, ilk dəfə cinayət törətməsini, cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini (CM-in 59.1.12-ci maddəsi), cəzasını ağırlaşdıran halların olmadığını (CM-in 61.1-ci maddəsinə əsasən) təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X20rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir.” Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayət törətməsinə görə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2023-cü il tarixdən hesablanmalı, Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 4(017)-10/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə istintaq orqanı tərəfindən maddi sübut qismində tanınaraq Ağcabədi Rayon Prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X3 hadisənin baş verdiyi vaxt üzərlərində olmuş paltarlar, hadisə yerindən aşkar edilmiş üzərində qan ləkələri olan geyim əşyası, eləcə də üzərində qan ləkələri və insan orqanizminin toxumaları olan üç ədəd xalça kəsiyi, eləcə də cinayətin aləti olan təsərrüfat-məişət təyinatlı bir ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, müşahidə kameralarına baxış aparılması zamanı götürülmüş video görüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında axlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamış, hər hansı ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 346, 351- 353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 15 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X3 hadisənin baş verdiyi vaxt üzərlərində olmuş paltarlar, hadisə yerindən aşkar edilmiş üzərində qan ləkələri olan geyim əşyası, eləcə də üzərində qan ləkələri və insan orqanizminin toxumaları olan üç ədəd xalça kəsiyi, eləcə də cinayətin aləti olan təsərrüfat-məişət təyinatlı bir ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, müşahidə kameralarına baxış aparılması zamanı götürülmüş video görüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar