Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-455/2025 09.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X22, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs müdafiəçisi-Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olan, 05 fevral 2025cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 4(020)-13/2025 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən istintaqa məlum olmayan miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikilidə saxlamış, Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 05 fevral 2025-ci il tarixdə saat 19:18-də Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikiliyə baxış keçirilən zaman tikilinin içərisindən onun satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 01 ədəd ağ rəngli kisənin içərisində üzəri yapışqan lentlə sarınmış vəziyyətdə 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2200,0 qram, 2390,0 qram, 2100,0 qram, 1340,0 qram külli miqdarda orqanoleptik əlamətlərinə və tərkiblərinə görə onun üstündən aşkar edilmiş 6,03 qram narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni tərkibli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, beləliklə, o, külli miqdarda, yəni 8036,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Faqi Qasımov ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə səhər saatlarında evdən çıxıb dayısıgilə getmişdir. 11 fevral 2025-ci il tarixdə anasının 70 illik yubleyi ilə bağlı tədbir edəcəkdilər, həyətləri kiçik olduğu üçün belə bir qərara gəlmişdilər ki, anası üçün ad günü şənliyini dayısıgilin həyətində keçirib anasına sürpriz etsinlər. Dayısıgildə bir az oturduqdan sonra onlardan çıxıb yolla piyada gedərkən göy rəngli “Mercedes” (dörd göz) markalı avtomobil qarşısında dayanmışdır. Avtomobili sahə müvəkkili idarə etmiş, Vüsal adlı polis əməkdaşı avtomobildə qabaq oturacaqda oturmuş, polis əməkdaşlarından Rahil polis formasında olmuşdur. Avtomobildən iki nəfər düşüb ona avtomobilə əyləşməyini bildirmişlər, onlara hansı səbəbə avtomobilə oturmalı olduğunu demiş, ona polis şöbəsinə getməli olduqlarını demişlər. Polis əməkdaşlarına zəng edib valdeylərini çağırmağını və valideynləri ilə birgə polis şöbəsinə gələcəyini demişdir. Polis əməkdaşları ona nə valideyn deyərək telefonunu əlindən almışlar. Polis əməkdaşları onu avtomobilə basıb aparmaq istəyən zaman dartınıb əllərindən çıxıb qaçmış, polis əməkdaşlarından Rahil cəld olduğu üçün arxasınca düşmüşdür. Küçənin başına çıxa bilmədiyini görüb tanımadığı evin həyətinə girmiş və polis əməkdaşları həyətdə onu tutmuşlar. Həyətdə hay-küy düşdüyünü görüb, camaatın həyətinə girməsinin yaxşı olmadığını fikirləşib həmin vaxtı həyətdən çıxmışdır. Tanımadığı həyətdən çölə çıxdıqdan sonra polis əməkdaşlarına etirazını bildirmiş və polis şöbəsinə valideyni ilə gələ biləcəyini demiş, təxminən 10-15 dəqiqə polis əməkdaşları ilə dartışmışlar. Ətrafda olan adamlardan kimsə valideynlərinə polis əməkdaşlarının onu saxlması ilə bağlı məlumat vermişdir. Həmin vaxtı anası ilə atası gəlib polis əməkdaşlarından “nə olub nə məsələdir” deyə soruşmuşlar, polis əməkdaşları onun polis şöbəsinə getməli olduğunu demişlər. Anası polis əməkdaşlarına polis şöbəsinə belə adam aparmırlar demişdir. Onu polis şöbəsinə təxminən saat 14 radələrində aparmışlar. Polis şöbəsinə gətirildikdən sonra otağa salmışlar və tanımadığı bir polis əməkdaşını onun yanında saxlamışlar. 10-15 dəqiqədən sonra onu rəis müavini Orxanın otağına aparmışlar. Orxan ona “bir kilo əynindədir” demişdir. O isə başa düşmədiyini, nəyin əynində olduğunu soruşmuşdur. Orxan ona yekə-yekə danışma ya bunu qəbul edəcəksən ya da bükümdə olan metamfetamini elə etmə ki, yatdığın yerindən çıxarsınlar. Orxana belə etməmələrini, həbsdən təzə çıxdığını demiş, Orxan isə ona nağıl danışmamağını və bu sənindir demişdir. Daha sonra Orxan Rahilə aparın bunu başa salın başa düşməsə özünün başa salacağını demişdir. Onu Orxanın otağından çıxarıb üzbəüz olan otağa salmışlar və ona təzyiqlər edib vurmuşlar. Axşam üstü Rahil “bu köhnə dustağdır bunu döyməklə buna şans verirsən iki hal şahidi çağırıb evinə gedib çəkilişlə evindən çıxaraq gələk” demişdir. Polis əməkdaşları evinə getməsinlər deyə onlarla razılaşmışdır. Axşam saat 18 radələrində polis əməkdaşları toplaşmışlar və iki avtomobilla getmişlər. Orxan əvvəlcədən ona “deyilən əraziyə gediləcək sənə nə suallar verilsə həmin suallara cavab verəcəksən artıq əskik heç nə deməyəcəksən” demişdir. Getdikləri ərazidə işıq dirəkləri olmadığı üçün ərazi qaranlıq olmuşdur. Ərazi qaranlıq olduğu üçün videoçəkiliş yaxşı alınmırdı. Videoçəkilişi Orxan özü “İphone” markalı telefonla çəkmişdir. Məhərrəm adlı polis əməkdaşının avtomobili ilə işıq salmışlar və kənardan çəkiliş aparılmışdır. O gələn zaman avtomobil qabağında dayanacaq o, fırlanıb qaçan zaman Peyman da kənardan çıxıb onu tutacaq və cibindən bir kibrit qutusu çıxaracaq, kimdən aldığını soruşacaqlar və o, da yerdən tapdığını deyəcəkdir. Sonra polis əməkdaşları yenə narkotik vasitə olub-olmamağını soruşacaqlar, o, da bir meşok olacağını demişdir. Polis əməkdaşları onu işi üçün belə bir senari qurmuşlar və onu saxlamışlar. Polis əməkdaşları getdikləri senarini 10 dəfə çəkiliş aparmaqla çəkib yekunlaşdırmışlar, o da hər çəkiliş üçün on dəfə qaçmışdır. Qaranlıq olduğu üçün videoçəkiliş yaxşı alınmamışdır. 10 dəfə aparılmış video çəkilişin bir videoçəkilişini bəyənib bu yaxşıdı bunu saxlayın demişlər. İttiham aktında Şahid1 ifadəsində də bildirmişdir ki, o guya narkotik vasitəni tapmış və qorxub evə aparmamışdır. Narkotik vasitənin qoyulduğu yerin girişləri çoxdur. Əli ondan qabaq narkotik vasitə qoyulan yerə girmişdir. İçəri girən zaman Əlinin tərəzini qoyduğunu, narkotok vasitə olan meşok isə divara söykənilmişdir. Daxili İşlər Nazirliyinin 86 nömrəli möhrü ilə Əli onu gözləyirdi. Polis əməkdaşları özləri ondan qabaq içəri girmişlər. Onun qolundan tutub içəri salan Peyman adlı polis əməkdaşı olmuşdur. O narkotik vasitələr qoyulan tikiliyə daxil olan zaman narkotik vasitənin hara qoyulduğunu bilməmişdir. Peyman qolu ilə onun böyründən vurub gözü ilə işarə edərək sol tərəfdədir demiş, o da narkotik vasitənin yerin göstərmiş və narkotik vasitənin özünün olduğunu bildirmişdir. İttiham aktında qeyd edilmişdir ki, istintaqa məlum olmayan vaxtda və tarixdə tapmışdır. Necə ola bilər iki gün ərzində hardan tapdığını bilməmiş, ona haradan tapmağına dair sual verən olmamış, tapdığı yerə baxış keçirən belə olmamışdır. Dəfələrlə həbsdə olmuş, polis əməkdaşlarına haradan aydın olub ki, o, elə bir meşok tapmışdır. Bəlkə 3 meşok tapıb iki meşokun evə aparmışdır. Polis əməkdaşları dəfələrlə məhkum olunmuş bir şəxsin sözünə necə inanmışlar. Bununla bağlı heç bir istintaq hərəkəti aparılmamışdır. İstintaqının 7-ci ayında müstəntiqdən imtina etmiş və işi başqa bir müstəntiqə vermişlər. Həmin müstəntiq də gəlib cinayət işinin qurtardığını demişdir. İşin qurtarmasına dair şifahi şəkildə müstəntiqə etiraz etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu döydükdən sonra əlindən xəsarət almışdır. Şüvəlanda yerləşən İstintaq Təcridxanasına aparanda əlində şişkinlik olmuş, əlini Rasim adlı şəxsə göstərmiş, Rasim kəsik- deşik olub-olmadığını soruşmuş, o da kəsik olmadığını dedikdən sonra, Rasim onun dediklərinin xəsarət sayılmadığını demişdir. Bədəninin başqa yerində xəsarət olmamışdır. Daimi yaşayış yeri Beyləqan rayonudur. “SMD-42” qəsəbəsi ilə yaşadığı evin arasında təxminən 5 km məsafə vardır. Üzərində aşkarlanan marixuananı avtomobildə yol gedərkən Vüsal ona verərək cibinə qoymağını və videoçəkilişdə çıxararaq təqdim etməsini bildirmişdir. Polis şöbəsində polis əməkdaşları ilə razılaşıb onlarla getmişdir. Üzərindən narkotik vasitə aşkarlandıqdan sonra, senariyə uyğun olaraq bir meşokun da binanın içində olduğunu demişdir. Binada olan narkotik vasitənin yerini göstərmişdir. Bağlamanın çəkisinin çox olduğunu gördükdə etiraz etmiş, Orxan 2 kilo ilə 8 kilonun heç bir fərqi olmadığını demişdir. Polis əməkdaşları onu küçədə saxlayan zaman telefonunu onda almışlar. Polis əməkdaşları onu saxlayan zaman günorta radələri olardı, ancaq nahar fasiləsinin olub-olmadığını dəqiq bilməmişdir. Saat 14 radələrindən axşam saat 18-ə qədər polis əməkdaşları polis şöbəsində ona təzyiqlər etmişlər. Polis əməkdaşlarından Rahili tanımışdır. Polis əməkdaşları onu saxlayan zaman onlardan qaçmağının səbəbi, polis şöbəsində başına oyun açacaqlarından qorxmağı olmuşdur. “SMD-42” qəsəbəsində olan həmin tikilinin ətrafında olan kanalın digər üzündən əvvəllər 2-3 dəfə keçib dostugilə getmişdir. Fevral ayında həmin ərazidən keçməmişdir. Polis əməkdaşlarının evə narkotik qoyması ilə bağlı məsələsi qardaşının işi ilə bağlı bir dəfə başlarına gəlmiş, polis əməkdaşları 1 kiloqram narkotik vasitəni gətirib evə qoymuşlar, həmin vaxt qardaşı özünə bıçaqla xəsarət yetirdikdən sonra, narkotik vasitənin yabanı olduğunu yazmışlar. Evdə qoca atası ilə anası yaşayır, polis əməkdaşları evə getsəydilər onlara nəzarət edə biləcək şəxs olmamışdır. Arabir narkotik vasitə marixuanadan istifadə etmişdir. Polis əməkdaşları onu saxlayan zaman üzərində siqaret dənəsinin içərisində çəkib yarımçıq şəkildə saxladığı narkotik vasitə marixuana olmuşdur. Həmin siqaret dənəsində qalan yarımçıq marixuananı polislər onunla bağlı işlərini görəndən sonra sevindiklərindən çəkməsi üçün ona vermişlər, o da polis şöbəsində tualetin yanında pəncərə kənarında çəkmişdir. Polis əməkdaşları onu saxlayan zaman üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Tanımadığı həyətdə polis əməkdaşları onu saxlayan zaman yeznəsi ilə anasını küçənin başında görmüşdür. Həmin vaxt şirniyyat mağazasında olan adamlar səs-küyə çıxmışlar. Zəng edib çağırdığı dostu Şahid8 qorxusundan ona heç yaxınlaşmamışdır. Şahid8 onun cibindən düşən mobil telefonunu götürüb evinə vermişdir. Tikilinin içində olan torbaya onun əli dəyməmişdi, polis əməkdaşları narkotik vasitələri özləri tikilinin içinə qoymuşlar. Torbanın içində nəşə qoyacaqlarını polis əməkdaşları əvvəldən ona demişlər. Narkotik vasitə olan tikiliyə birinci polis əməkdaşları özləri daxil olmuşlar, daha sonra isə onu aparmışlar. Polis əməkdaşları onu 05 fevral 2025-ci il tarixdə saat 19:18 radələrində Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində saxlamamışlar, polis əməkdaşları onu saat 14 radələrində Beyləqan şəhəri, M.F.Axundov küçəsində dayısı Akif Əsgərovun evinin yaxınlığında saxlamışlar. Polis əməkdaşlarının onu saxladıqları ərazi ilə videoçəkiliş apardıqları ərazi arasında olan məsafə təxminən 5 km olardı. Polis əməkdaşları axşam onu videoçəkilişlə saxladıqdan sonra narkotik vasitə aşkarlanan tikiliyə piyada getmişlər. Polis şöbəsində olan zaman telefonunu soruşmuş, polis əməkdaşlarına hər dəfə bir telefonunu itirdiklərini demiş, polis əməkdaşları maddi sübut kimi götürmüşlər, cinayət işi qurtardıqdan sonra qaytarıb özünə verəcəkdilər. Üzərində olan ***-***-**-** nömrəli mobil telefon polis əməkdaşları onu qovan zaman cibindən düşmüş, daha sonra dostu Kənan telefonunu götürüb evlərinə vermişdir. Üzərində olan ***-***-**-** nömrəli mobil telefonunu polis əməkdaşları götürmüşlər. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu saxlayan zaman onun gəldiyi istiqamətdə arxadan digər polis əməkdaşı Şahid2 gəlmişdir. Polis əməkdaşları videoçəkilişin real görünməsi üçün ona “biz səni saxlayan zaman qaçarsan” demişlər. Videogörüntüdə olan ərazi polis əməkdaşlarının onu günorta vaxtı saxladıqları ərazi olmamışdır. Saxlanıldığı yerdən narkotik vasitə olan tikiliyə təxminən 30 metr məsafə olardı. Dəfələrlə məhkum olunan adamdır, onun bağlamanı aparıb ora qoyması tamamilə məntiqsizdir. Narkotik vasitə olan tikiliyə girən zaman narkotik vasitəni hara qoyulduğunu bilməmiş, Peyman ona əli ilə vurub işarə etmişdir ki, bağlama sol tərəfdədir, həmin vaxt özü sağ tərəfə baxmışdır. Narkotik vasitə qoyulan yer yağ-pendir zavodunun köhnə binasıdır. Tikiliyə daxil olduqdan sonra polis əməkdaşları ona işarə vermişlər ki, narkotik vasitə buradadır. Məhkəmə tibbi ekspertizasından keçirilmiş, həmin vaxtı bədəni üzərində xəsarətlər olmamışdır. Dayısıgildən narkotik vasitənin aşkarlandığı yerə qədər olan məsafə təxminən 5 km olardı. Polis əməkdaşları onu saxladıqdan sonra özünə məxsus telefonla danışıq aparmamışdır. Polis əməkdaşları günorta vaxtı onu saxlayan zaman “Mercedes” markalı avtomobili Şahid7 idarə etmişdir. “Mercedes” markalı avtomobil dayandıqdan sonra Rahil ilə Vüsal avtomobildən düşüb ona yaxınlaşmışlar. Həmin vaxtı avtomobildə 3 nəfər polis əməkdaşı olmuşdur. Rahillə Vüsal avtomobildə əyləşmişlər. Qarşısında avtomobili saxlayan Şahid7 olmuşdur. Şahid5 yalan ifadə vermişdir, mağazada ona yaxınlaşmamışdır. Şahid2 onu döyməmişdir. Günorta vaxtı polis əməkdaşları onu saxlayan zaman Şahid2 və Şahid3 orada olmamışlar. Günorta vaxtı polis əməkdaşları onu saxlayan zaman Şahid1 orada olmamışdır. Şahid1 onu daha yaxşı tanımışdır. Polis şöbəsində polis əməkdaşlarının dediklərini qəbul edən vaxt, onlar tezbazar gedək demişlər. Polis əməkdaşları onu günorta saxlayan zaman ailə üzvlərindən başqa dostu Şahid8 da onu görmüşdür. ***-***-**-** saylı mobil nömrə dostu Şahid8 məxsusdur. Polis əməkdaşları onu tutmamışdan qabaq Kənanla bir yerdə olmuş, Cavid isə qarşı tərəfdən onlar tərəfə gəlmişdir. Kənanla görüşmüşdür. Əvvəllər cəzaçəkmə müəsissəsində Kənan və Cavidlə bir yerdə olmuşlar. Səhv etmirsə Kənan narkotik vasitəyə görə, Cavid isə oğurluq etdiyinə görə tutulmuşdur. Polis əməkdaşları onu saxlayan zaman Cavid onu müdafiə etmək istəmiş, Rahil Cavidə əl-qol ataraq kənara durmağını demişdir. Onu isə Vüsal ilə sürücü saxlamışdır. Aldığı məlumata görə Kənan polis əməkdaşlarına yaxın adamdır. Kənanla görüşən zaman ona 10 manat vermişdir ki, küçənin başında şirniyyat mağazasından “xaçapuri” alıb gəlsin. Kənan mağazaya getdikdən sonra Kənana zəng edərək şirin su da (sok) almasını demək istəmiş, Kənana zəng edən zaman ikinci xəttdə gözləmədə qalmış, həmin vaxtı Kənan telefonda kiminləsə danışmışdır. Kənan telefona cavab verməmişdir. Kənan mağazadan qayıdan zaman ona telefonu niyə açmırsan demiş, elə həmin vaxt “Mercedes” markalı avtomobil dayanmış və polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman Namiq Ağayevi görmüş və Namiq Ağayevə polis əməkdaşlarının onu saxlaması barədə atasına məlumat verməsini bildirmişdir. ***-***-**-** mobil nömrəli telefonu polis əməkdaşlarında qalmışdır. Təqsirləndirilən şəxs Şahid8 verdiyi ifadəyə münasibətdə bildirmişdir ki, polis əməkdaşlarından qaçan zaman mobil telefonu düşmüş, həmin vaxtı da telefonlarını Kənan götürmüşdür. Polis əməkdaşları onu saxlamazdan əvvəl Kənan yanında olmuş, Kənana 10 manat verib küçənin başında olan şirniyyat mağazasından xaçapuri və sok alıb gəlməsini demişdir. Kənan mağazaya getdikdən sonra yanında heç kim olmamış, tək irəliyə-geriyə getmiş, Cavid isə hələ gəlib çatmamışdır. Kənan mağazadan şirniyyat alıb qayıdıb ona çatmasına 10-15 addım qalmış polis əməkdaşları avtomobili onun qarşısında saxlamış, avtomobildən polis əməkdaşlarından Rahillə Vüsal düşmüşlər, Pərviz isə sükan arxasında qalmışdır. Polis əməkdaşlarından qaçıb tanımadığı həyətə girmiş, polis əməkdaşları onu həmin həyətdə tutmuşlar. Polis əməkdaşları onu saxladıqları həyətdən çıxaran zaman Kənan onlara baxa-baxa yanlarından ötüb keçmişdir. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını, üzərindən və tikilidən aşkar olunduğu yazılmış narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən qoyularaq götürüldüyünü, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən 05 fevral 2025-ci il tarixdə saat 14 radələrində saxlanılaraq RPŞ-nə aparıldığını, orada döyülərək, işgəncələrə məruz qaldığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması vaxtını və tarixini tam xatırlamamışdır. Beyləqan RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir, hadisə günü səhər işə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə ilə həbs olunması barədə məlumat almışdır. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Verilmiş suallara cavab olaraq Şahid7 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən hansı növ narkotik vasitənin aşkarlanması və narkotik vasitənin çəkisini bilməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Beyləqan rayonu iki hissəyə bölünür, hər sahənin öz sahə rəisi olmalıdır, vakant yer olmadığı üçün hər iki hissənin sahə müvəkkili özüdür. ***-***-**-** saylı mobil nörmə ona məxsus nömrədir. Hazırda “Hyundai Elentra” markalı avtomobil idarə edir. Onun yaşıl rəngli “dörd göz” mercedes markalı avtomobili olmamışdır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. 05 fevral 2025-ci il tarixdə Beyləqan rayonunda ona təhkim olunan ərazidə xidmətdə olmuşdur. ***-***-**-** saylı nömrəni uzun müddətdir istifadə edir, fevral ayında da həmin nömrə üzərində olmuşdur. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, Faiq də onu yaxşı tanımışdır. Təqsirləndirilən şəxsla bağlı keçirilən əməliyyat tədbirindən məlumatı olmamışdır. Verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında və üzərindən hər hansı bir narkotik vasitənin götürülməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə üçün onun saxlanılmasında iştirak etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu tanıdığı üçün adını çəkmişdir. ***-***-**-** saylı mobil nömrə fevral ayında üzərində olmuşdur. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən Pərviz Tanrıverdiyev onun yanında olmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ilə tutulmağını səhəri gün polis şöbəsində olarkən eşitmişdir. Təqsirləndirilən şəxs hansı növ narkotik vasitəni harada gizlətməsi barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs üzərindən nə qədər və hansı növ narkotik vasitə aşkarlandığını bilməmişdir. Aldığı məlumata görə Təqsirləndirilən şəxs üzərindən küllü miqdarda narkotik vasitə aşkarlanmışdır. Üzərindən xeyli müddət keçdiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamamışdır. Ola bilər ki, ətrafdan eşitdiyini ifadəsinə yazmışdır. Müstəntiq özündən ifadə yazmamış, nə yazılmışdırsa ifadəsinə özü yazmışdır. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Beyləqan rayonuna təyin olunduqdan sonra rayonda olan köhnə məhkumlarla maraqlanan zaman Təqsirləndirilən şəxs barədə ona məlumatlar verilmişdir. Təqsirləndirilən şəxs nəşə satdığı barədə məlumat almışdır. Beyləqan rayonuna təzə gəldiyi vaxtlarda Təqsirləndirilən şəxsla Beyləqan rayonunda “Romantik” mağazasında bir dəfə rastlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşıb salamlaşmış, ondan kim olduğunu soruşduqda ona “Mosu” olduğunu bildirmişdir. Sonradan bilmişdir ki, ona yaxınlaşıb salamlaşan şəxs Təqsirləndirilən şəxsdur. Verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs onun adını çəkmə səbəbini bilməmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsusdur, fevral ayında hər iki nömrə üzərində olmuşdur. Təqsirləndirilən şəxs mağazada ona yaxınlaşan zaman ona “sənə hörmət edim mənə göz yumasan” bildirmişdir. Təqsirləndirilən şəxs “səni tanımıram sən kimsən” demiş, həmin vaxtı Təqsirləndirilən şəxs ona “Mosu” olduğunu demişdir. Təqsirləndirilən şəxs üzərindən hansı növ narkotik vasitə aşkarlandığını bilməmişdir. İbtidai istintaq dövründə ifadə verən zaman da Təqsirləndirilən şəxs üzərindən hansı növ narkotik aşkarlandığını bilməmişdir. Təqsirləndirilən şəxs harada nə gizlətdiyini bilməmişdir. İbtidai istintaq dövründə müstəntiqə ifadə verən zaman Şahid6 və Şahid7 yanında olub-olmadıqlarını xatırlamamışdır. Yəqin ifadəsini özü demiş, müstəntiq də ifadəsini yazmışdır. Beyləqan şəhərində Axundov küçəsini tanımamışdır. Əməliyyat müvəkkilidir, rayonda da ola bilər, Daşburunda və ya Dünyamalılarda da ola bilər. Əməliyyat tədbirinə gedən zaman Rahil və Pərvizi aparmağını tam xatırlamamışdır. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə Beyləqan RPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19-20 radələrində Beyləqan rayonu “SMD-42” qəsəbəsi ərazisində avtomobillə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs avtomobili görüb qaçmağa başlamış, həmin vaxt avtomobildən düşüb Təqsirləndirilən şəxs tutmuşdur. Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir narkotik vasitə olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs sağ yan cibindən bir ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə çıxarıb Şahid1 təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan kütləni nəşə kimi tanıdığını və istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan kütlə elektron tərəzidə çəkilmiş və çəkisi təxminən 9 qram olmuşdur. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin hər hansı bir yerdə gizlədilməsini bildirildiyini demişdir. Təqsirləndirilən şəxs özü onları köhnə yağ-pendir zavodunun köhnə tikili binasına aparmışdır. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs axşam saat 19-20 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs gecə saat 22-23 radələrində saxlanılması ilə bağlı heç nə deyə bilməmiş, onlar Təqsirləndirilən şəxs saat 19-20 radələrində saxlamışlar. Şahid5 Təqsirləndirilən şəxs saxlayan zaman əməliyyat tədbirində iştirak etməmişdir. Orxan Təqsirləndirilən şəxs “1 kq narkotik vasitə əyninədir deməsi” faktı ona məlum deyil, belə bir hal baş verməmişdir. Təqsirləndirilən şəxs anten məlumatlarının saat 11:32-dən sonra çıxmaması mobil telefonun sönməsinə görə ola bilər. Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun üzərində mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları ərazi “SMD-42” ərazisi olmuş, kanalın kənarında gecəqondu evləri tikilmiş, Təqsirləndirilən şəxs həmin həyət evlərinin arası ilə gəlmiş, o isə kafenin yanında qəbr daşları düzəldilən sexin yanından keçib yarım tikilinin yanında gözləmişdir. Əməkdaşlar isə avtomobil ilə asfalt yoldan keçib kanalın yanı ilə torpaq yolla getmişlər. Təqsirləndirilən şəxs yolla piyada hərəkətdə olan zaman, onun gizləndiyi yer kolluq olduğu üçün Təqsirləndirilən şəxs onu görməmişdir. Beyləqan rayonunda ATŞ deyilən ərazini tanımamışdır. İbtidai istintaq zamanı ifadə vermişdir. Təqsirləndirilən şəxs şikayəti ilə bağlı prokurorluqda izahat vermişdir. X20 ifadə vermişdir. İfadəsində xətt və imza ona məxsusdur. Müstəntiq ifadəni yazıb o da imzalamışdır. Təqsirləndirilən şəxs bir telefonundan digər telefonuna zəng edilməsi ilə bağlı heç nə deyə bilməmişdir. İstifadəsində olan ***-***-**-** nömrəli mobil telefon əməliyyat tədbiri zamanı üzərində olmuşdur. Tikiliyə birinci girən Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs o gizləndiyi istiqamətdən gəlməmiş, o digər istiqamətdən gəlmişdir. Şahid1, Şahid3 və Şahid4 avtomobil ilə gəlmiş, o isə yarim tikilidə gizlənmiş, şübhəli şəxs qaçaraq üzərinə gəlmişdir. Tikilidə aşkarlanan meşokun içindən təxminən 5-6 bağlama aşkarlanmışdır. Bağlamalardan biri kəsik olmuşdur. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə Beyləqan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı Şahid1 daxil olmuş məlumat barədə rəhbərliyə “raport”la məruzə etmişdir. Daha sonra şəxsin “SMD-42” ərazisində olduğunu bildirmiş və onlar şəxsin olduğu əraziyə getmişlər. Ərazidə olan zaman hava qaranlıq olmuş, şəxsi görüb onu saxlamışlar. Şahid1 özünü təqdim etmiş və daha sonra Təqsirləndirilən şəxs niyə saxladıqlarının səbəbini ona bildirib ondan üzərində qanunla qadağan olunan hər hansı əşya və predmetin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində olan kibrit qutusunu çıxarıb içində marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan kibrit qutusunda olan marixuana Şahid1 tərəfindən qablaşdırılmışdır. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuş və bu barədə məlumatının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yarım tikilidə narkotik vasitə saxladığını demişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı tikiliyə piyada getmişlər. Tikiliyə birinci Təqsirləndirilən şəxs özü girmişdir. Şahid1 ətrafa baxış keçirmiş, heç nə tapa bilməmiş, daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni harada saxladığını soruşduqda Təqsirləndirilən şəxs da tikilidə saxladığı narkotik vasitəni göstərmişdir. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs axşam saat 19-20 radələrində saxlamışlar. Əməliyyat tədbiri keçirilən ana qədər Təqsirləndirilən şəxs polis şöbəsində görməmişdir. Təqsirləndirilən şəxs axşam saxladıqları vaxt görmüşdür. Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs tanımış və onunla söhbət etmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman heç bir narazılıq bildirməmiş və uzun müddətdir narkotik vasitə istifadə etdiyini bildirmişdir. Əməliyyat tədbirində Şahid5 adlı polis əməkdaşı iştirak etməmişdir. Tədbirdə özü, Şahid1, Şahid2 və Şahid4 iştirak etmişlər. Təqsirləndirilən şəxs gəldiyi istiqamətin düz və ya döngə olduğunu tam xatırlamamışdır. Təqsirləndirilən şəxs olduğu ərazi barədə məlumat Şahid1 daxil olmuş, istiqaməti Şahid1 vermişdir. Təqsirləndirilən şəxs Ceyhunla Peyman tutmuşdur. Ceyhunla Peyman avtomobildə olmuşlar. Videoçəkilişi özü çəkdiyi üçün fikri telefonda olmuşdur. Bildiyi qədər tədbir iştirakçılarından hamı avtomobildə olmuşlar. Təqsirləndirilən şəxs təxminən 3-5 metr qaçdıqdan sonra əməkdaşlar onu tutmuşlar. Tədbir Şahid1 tədbiri olduğundan tədbir planın Şahid1 qurmuşdur. Təqsirləndirilən şəxs yerini tam dəqiq deməmişdilər. Ərazi olaraq Təqsirləndirilən şəxs olduğu yeri demişdilər. Həmin əraziyə getdikdə Təqsirləndirilən şəxs qarşılarına çıxmışdır. Əməkdaşların hamısının avtomobildə olub-olmaması tam yadında deyildir. Əraziyə çatan kimi Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs olduğu əraziyə çatmamışdan qabaq əməkdaşlardan kiminsə avtomobildən düşüb-düşmədiyini xatırlamamışdır. İbtidai istintaq zamanı ifadə verərkən digər əməkdaşlar yanında olmamışlar. İfadəni verən zaman danışmış, danışdıqlarını müstəntiq yazmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman ***- ***-**-** saylı mobil nömrə üzərində olmuşdur. Dindirilmiş Şahid4 qızı ifadəsində bildirmişdir ki, 2025-ci ilin fevral ayının əvvəllərində Beyləqan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin saxlanması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs olduğu ərazi tərəflərindən müəyyən olmuş və saxlanılaraq RPŞ-nə gətirib istintaq şöbəsinə təhvil vermişlər. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, əməliyyat tədbiri keçirilənə qədər Təqsirləndirilən şəxs RPŞ-də görməmişdir. Təqsirləndirilən şəxs tikilidə saxladığı narkotik vasitənin yerini özü göstərmişdir. Əməliyyat tədbirinə bir avtomobil ilə getmişlər. Əməliyyat tədbirində iştirak edən əməliyyatçılar bir avtomobildə olmuşlar. Əməliyyat tədbirində Şahid5, Şahid6 və Şahid7 iştirak etməmişlər. Əməliyyat tədbirində Şahid1, Şahid2 və Şahid3 iştirak etmişlər və dördü də avtomobildə olmuşlar. Avtomobili Şahid1 idarə etmiş, videoçəkilişi Şahid3 aparmışdır. Peymanla o, avtomobildən düşmüşlər. Təqsirləndirilən şəxs özü tutmuşdur. Üzərindən xeyli vaxt keçdiyi üçün tam xatırlaya bilməmiş, ancaq səhv etmirsə Peyman gözləmə mövqeyində olmuşdur. Peymanın nə vaxt avtomobildən düşüb gözləmə mövqeyinə keçdiyini xatırlamamışdır. Təqsirləndirilən şəxs Peyman olan yerin əks istiqamətindən gəlmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə gizlətdiyi tikilinin içinə daxil oldub gözə yarı axtardıqdan sonra narkotik vasitənin yerini göstərmişdir. İbtidai istintaq zamanı ifadə verərkən Şahid2 yanında olub-olmadığını xatırlamamışdır. İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsindəki xətt və imza özünə məxsus olmuşdur. ***-***-**-** saylı mobil nömrə özünə məxsusdur. Əməliyyat tədbiri zamanı mobil nömrə üzərində olmuşdur. Təqsirləndirilən şəxs Şahid2 avtomobili ilə polis şöbəsinə aparmışlar. Polis şöbəsindən narkotik vasitə aşkarlanan əraziyə üç avtomobil ilə getmişlər. Əraziyə çatdıqdan sonra hamı öz mövqeyinə çəkilmişdir. Təqsirləndirilən şəxs onun avtomobili ilə polis şöbəsinə gətirilməmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu adlanan ərazidə yerləşən tikilidə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatla bağlı RPŞnin rəhbərliyinə “raport”la məruzə etmişdir. Tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Beyləqan RPŞ-nin əməkdaşları Peyman Süleymanzadə, Şahid3 və Şahid4 iştirakları ilə daxil olan məlumatın üzərində işləyib və əməliyyat qrupu yaratmışlar. Həmin gün Təqsirləndirilən şəxs Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində olduğunu müəyyən edib həmin əraziyə doğru hərəkət etmişlər. Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb ona videoçəkilişlə yaxınlaşmışlar və onu saxlayıb özlərini təqdim etmişlər. Daha sonra ona hansı səbəbə saxlanılmasını izah etmişlər. Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamışlar. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman onun üzərindən “Kent 4” markalı siqaret, gödəkçəsinin yan cibindən bir ədəd kibrit qutusunda marixuana aşkar edilərək tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu demiş və narkotik satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan kibrit qutusunda olan marixuana elektron tərəzidə çəkilmiş və narkotik vasitənin çəkisi 9-10 qram olması müəyyən edilərək qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə saxlması ilə bağlı məlumatın daxil olmasını bildirmişdir. Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə saxlamasını təsdiqləmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə saxladığı əraziyə getmələrini təklif etmişdir. Təqsirləndirilən şəxsla bir yerdə narkotik vasitə saxladığı həmin tikiliyə daxil olmuşlar. Tikilinin içində narkotik vasitəni axtardıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitənin yerini göstərməsini təklif etmişdir. Təqsirləndirilən şəxs tikiliyə giriş tərəfin künc hissəsində olan narkotik vasitənin yerini göstərdikdən sonra ağ selofan torba tərəflərindən götürülmüşdür. Həmin bağlamanın içində olanları boşaltdıqda 4 ədəd yapışqan lentlə bağlanılmış bağlama aşkarlanmışdır. Hər bağlama ayrı-ayrılıqda kəsilib içinə baxılmış, hər bir bağlamanın içində tünd yaşıl rəngli marixuanaya bənzər kütlə aşkarlanmışdır. Həmin bükümlər ayrı-ayrılıqda tərəzidə çəkilmiş, ümumilikdə çəkiləri 8 kiloqram 700-750 qram olmuşdur. Həmin kütlələr tərəflərindən qablaşdırılmış və üzəri möhürlənərək tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitələrin niyə evində yox, avtomobilində yox məhz bu tikilidə saxladığını soruşduqda Təqsirləndirilən şəxs tikilinin insanlardan kənar olduğunu bildirmiş və lazım olanda gəlib ona lazımı qədərini götürdüyünü demişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni Beyləqan rayonu ərazisində kanalın kənarından tapdığını bildirmişdir. Sonra rayon polis şöbəsinə gəlmələri protokollar və müvafiq sənədlər tərtib olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmuş, həmin predmetlərə baxış keçirildikdən sonra tədbir yekunlaşmışdır. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən saat 19 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs videoçəkiliş aparmaqla “SMD-42” qəsəbəsi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları yerlə onun narkotik vasitəni gizlətdiyi tikiliyə olan məsafə 50-60 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs saxlayarkən üzərində “Kent 4” markalı siqaret qutusu və həmin qutunun içində 7 ədəd siqaret aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərində yoxlama apararkən onun üzərindən papirosun içində narkotik vasitə aşkarlanmamışdır. Tikilinin içinə daxil olduqdan sonra narkotik vasitəni əvvəl özü axtarmağa başlamış, Təqsirləndirilən şəxs gizlətdiyi narkotik vasitəni tapa bilmədəyi üçün Təqsirləndirilən şəxs təklif emişdir ki, narkotik vasitənin olduğu yerin istiqamətini özü göstərsin. Təqsirləndirilən şəxs saxlamağa gələrkən avtomobili özü idarə etmişdir. Şahid3 videoçəkiliş aparmış, avtomobildən düşüb qaçaraq Təqsirləndirilən şəxs tutan əməkdaşlar isə Peymanla Ceyhun olmuşdur. Peymanla Ceyhun avtomobildə arxada oturmuşlar. Təqsirləndirilən şəxs saxlayana qədər avtomobildən heç kim düşməmiş, Təqsirləndirilən şəxs görən kimi əməkdaşlar avtomobildən düşüb onu tutmuşlar. Təqsirləndirilən şəxs üzərində yoxlama apararkən onun üzərində mobil telefon aşkarlamamışdır. Onun üzərində telefon olmamışdır. Onun üzərində telefon olsa belə telefonu səsizə alardılar. SMD-42 qəsəbəsi rayonun şəhər ərazisinə düşür. Təqsirləndirilən şəxs saxlamağa gedərkən rayon polis şöbəsindən çıxmışlar. Təqsirləndirilən şəxs saxlayarkən hava soyuq olmuş, onun əynində gödəkçə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə gizlətdiyi həmin tikilidə əvvəllər olmamışdır. Həmin tikiliyə pəncərədən girmişdir. Tikilinin qapısı hardan olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin yerini göstərməkdən imtina etməmişdir. Təqsirləndirilən şəxs gəldiyi istiqamət döngəli küçə olmuş, Təqsirləndirilən şəxs əli cibində olan vəziyyətdə piyada hərəkətdə olmuşdur. Avtomobili saxlayan kimi Təqsirləndirilən şəxs onları görüb əks tərəfə qaçmağa başlamışdır. Döngə olan istiqamətdə Təqsirləndirilən şəxs heç kim gözləməmişdir, tədbir iştirakçıları onun yanında olmuşlar. Başqa heç kim Təqsirləndirilən şəxs hardasa gözləməmişdir. Əməliyyat qrupunun üzvləri eyni avtomobildə olmuşlar. Əməliyyat tədbirinə şəxsi avtomobil ilə getmişlər. Təqsirləndirilən şəxs üzərində və yağ-pendir zavodu tikililərinin birində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində olan xətt və imza ona məxsus olmuşdur. İbtidai istintaq zamanı ifadə verərkən digər əməkdaşlar yanında olmamışlar. ***-***-**-** və ***-***-**-** saylı hər iki mobil nömrələr ona məxsusdur. Əməliyyat tədbiri zamanı hər iki nömrələr üzərində olmuşdur. Videoçəkilişə baxdıqdan sonra xatırlamışdır ki, tədbirdən əvvəl Peymana Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun əks tərəfə qaça biləcəyini, ona görə də avtomobildən düşüb əks tərəfdə Təqsirləndirilən şəxs gözləməsini demişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, hadisə baş verən günü günorta vaxtlarında işdən icazə alıb yaşadığı evə gəlmişdir. Evə gəldiyi vaxt günorta radələri olardı. Həmin vaxtı mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs ona oğlu Faiqin Beyləqan rayonu, X36 küçəsində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Faiqin mərhum dayısı həmin küçədə yaşayır. Telefon zəngindən sonra dərhal küçəyə çıxıb tanımadığı avtomobil ilə Faiqin saxlanıldığı yerə gəlmişdir. Arvadı da ondan sonra hadisə yerinə gəlmişdir. Faiqin saxlanıldığı yerə çatdıqda görmüşdür ki, 3-4 polis əməkdaşı oğlu Faiqi tutub divara dirəyiblər. Faiqi görən zaman onun ağzından köpük gəldiyini görmüş, tez özünü ona çatdırıb polis əməkdaşlarına dayanmaqlarını demişdir. Faiq ona bildirmişdir ki, “ata mənim üzərimdə heç nə tapılmayıb, onlar istəyir məni polis şöbəsinə aparıb şöbədə məni yükləsinlər”. İkinci dəfə Faiqdən üzərində nəsə var deyə soruşmuş, Faiq üzərində heç nə olmadığını demişdir. Polis əməkdaşlarından xahiş etmişdir ki, Faiqdən əllərini çəksinlər və bir yerdə polis şöbəsinə getsinlər. Polis əməkdaşları Faiqi polis şöbəsinə apardıqdan sonra bir müddət gözləmişlər, Faiqdən onlara heç bir xəbər gəlməmişdir. Faiq polis əməkdaşları onu aparan zaman polis şöbəsinə gəlməməsini və ona xəbər edəcəyini demişdir. Daha sonra onlara məlum olmuşdur ki, Faiqi rayon ərazisində yerləşən köhnə yağ-pendir zavoduna aparmışlar və orada aşkarlanan 8 kiloqram nəşəni Faiqin adına aktlaşdırmışlar. Verilmiş suallara cavab olaraq şahid Rafiq Qasımov bildirmişdir ki, polis əməkdaşlarının Faiqi saxladığı yerə tanımadığı avtomobillə getmiş, həmin vaxtı stresli olduğu üçün sürücüyə fikir verməmişdir. Arvadının doğum günü yaxınlaşmış, həmin vaxtı onların yaşadığı ev təmir olunmuş və yerləri kiçik olmuşdur. Faiq dayısıgildə anasına ad günü şənliyi təşkil etmək üçün onlara gedib gəlmişdir. Hadisə günü Faiq dayısıgildən çıxan zaman polis əməkdaşları onu tutmuşlar. Faiqi tutan polis əməkdaşlarından Rahil adlı serjantı tanımışdır. Rahili əvvəllər seçki məntəqəsində görmüşdür. Polis əməkdaşları Faiqi tutan zaman Cavid adlı şəxs hadisənin şahidi olmuşdur. Rahil adlı polis əməkdaşı camaatın içində Cavid adlı şəxsi möhkəm döymüş, Rahil onu gördükdən sonra Cavidi daha döyməmişdir. Ondan sonra Faiqin tutulduğu yerə arvadı gəlmişdir. Hadisə yerində onlarla qohum olan və həmin küçədə yaşayan Namiq Ağayev də orada olmuşdur. Günorta vaxtı Faiqi polis şöbəsinə aparmışlar. Faiq ona demişdir ki, ondan xəbər gəlməyincə polis şöbəsinə gəlmə ona görə də polis şöbəsinə getməmişdir. Faiq əvvəllər narkotik vasitə ilə bağlı həbsdə olmuşdur. Hadisə yerinə çatdıqdan 30 dəqiqədən sonra Faiqi polis şöbəsinə aparmışlar. O gələnə qədər Faiqi polis şöbəsinə apara bilməmişlər. Evdən tələsik çıxıdığı üçün arvadını özü ilə apara bilməmişdir. Polis əməkdaşları Faiqi avtomobilə salmaq istəsələrdə Faiq avtomobilə əyləşməmişdir. Faiqə “üzərində heç nə yoxdursa əyləş avtomobilə get polis şöbəsinə, orada səndən izahat alıb səni buraxacaqlar” demişdir. Faiqdə izahat alınanadək kimi polis şöbəsinə gəlməməsini ona demişdir. Polis əməkdaşları Faiqi saxlayan zaman onun telefonlarından biri yerə düşmüş, həmin telefonu Kənan gətirib onlara təhvil vermişdir. Faiqin iki telefonu olmuş, Kənanın onlara verdiyi telefonda hansı nömrənin olduğunu bilməmişdir. Kənanın onlara verdiyi telefonla zəng edib danışmamış, yoldaşının danışdığını görməmişdir. Faiqin saxlanıldığı yerə çatan zaman polis əməkdaşlarının Faiqin yaxasından və qolundan yapışdıqlarını görmüşdür. Polis əməkdaşları Faiqi vurmamışlar. Sərxan adlı polis əməkdaşını tanımamışdır. Prokurorluğa Faiqin tutulması ilə bağlı şikayət etmişlər. Respublika Baş Prokurorunun qəbuluna da yazılmışlar, ancaq qəbula düşə bilməmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, oğlu Faiqi polis əməkdaşları saxlayan zaman qohumları Namiq onlara zəng edib Faiqi polis əməkdaşlarının tutduğunu demişdir. Hadisə yerinə gedib çatdıqda Faiqi avtomobilə otuzdurmuşlar, həmin vaxtı qapını açıb başını avtomobilin içinə salan zaman polis əməkdaşı Rahil boynundan qucaqlayıb öpüb Validə xala narahat olma demişdir. Faiq də avtomobilin içindən qışqıqrıb “mama vallah üzərimdə heç nə yoxdur məni aparırlar yükləməyə” demişdir. Faiqi polis şöbəsinə apardıqdan sonra rəis müavini demişdir ki, “bunu boş niyə gətirmisiniz bura, aparın bunu yükləyin gətirin”. Narkotik vasitəni həmin tikliyə qoyan polisləri görənlər olmuşdur. Qonşuda ad gününə gələn qadın bildirmişdir ki, “yazıq kim idisə bədbəx edəcəklər”. Ağızdan-ağıza deyilən sözləri eşitmişdir. Verilmiş suallara cavab olaraq Validə Qasımova bildirmişdir ki, Faiqi saxlayan polis əməkdaşlarından Rahili tanımış, digərlərini isə tanımamışdır. Faiq saxlanılan zaman ətrafda çox adam olmuşdur. Aşbaz işlədiyi üçün nömrəsini rayonda çox adam bilmişdir. ***-***-**-** saylı mobil nömrə özünə məxsus olmuşdur. Qonşuluqda yaşayan Dilarə adında qadın “polis əməkdaşlarının tikiliyə narkotik vasitə qoyduqlarını” demişdir. X33 arvadıdır. Dilarəyə də onlara gələn gəlin “polis kimisə bədbəxt edəcək” demişdir. Faiqi görən zaman polis əməkdaşları Faiqi döyməmişlər, Cavidi isə möhkəm döymüşlər. Müstəntiqdən telefonunu soruşduqda, müstəntiq telefonunun onda olduğunu bildirmişdir. Evdə olan telefonundan əri ona zəng etmişdir. Faiq saxlanılan zaman X15 da orada olmuşdur. Namiq Ağayevin oğlu da orada olmuşdur, hazırda Namiqin oğlu Rusiya Federasiyasındadır. Hadisə yerinə gələn zaman Namiq orada olmuş, sonra polis əməkdaşları ona getməyini demişlər. Faiqin tutulmağı barədə onlara zəng gələn zaman gəlini və yoldaşı evdə olmuşdur. Evdən birinci Rafiq çıxmış, sonra da özü çıxıb getmişdir. Rahil onu görən kimi “Validə xala narahat olma” demişdir. Şahid1, Şahid2 və Şahid3 tanımamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları saxlayan gün evdən çıxıb işlədiyi çörək zavoduna getmişdir. Qapılarından çıxan zaman bir avtomobilin küçədən surətlə keçdiyini və məhlənin başında adamların toplaşdığını görmüşdür. Kiminsə dava etdiyini düşünmüşdür. Avtomobilinə əyləşib adamların toplaşdığı yerdən keçən zaman polis əməkdaşlarının Faiqi avtomobilə mindiklərini, avtomobilin şüşəsini aşağı endirib avtomobili saxlamaq istəyən zaman polis əməkdaşları ona saxlama sür demişlər, həmin vaxt Faiq ona “tez atamı gətir məni yükləyirlər” demişdir. O da Faiqin atasına zəng edib polis əməkdaşlarının Faiqi tutduğunu demiş və tez gedib onu evdən götürüb hadisə yerinə gətirmiş, sonra isə öz işinə qayıtmışdır. Verilmiş suallara cavab olaraq şahid Namiq Ağayev bildirmişdir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayan məhəllədə Faiqin dayısı yaşayır. Polis əməkdaşlarının avtomobili “Mercedes” (dörd göz) markalı avtomobil olmuşdur. Faiq ona dedikdən sonra Faiqin atasının özünə zəng etmişdir. Polis əməkdaşları Faiqi saxlayan zaman onlardan bir nəfər polis formasında olmuş, digər əməkdaşlari isə mülkü geyimdə olmuşlar. Həmin məhəllədə olan ev onun qaynatasının evidir, orada çox adamı tanımamışdır. Öz şəxsi evi təzə məhəllədə yerləşir. Küçələri 5-ci küçə adlanır, qaynatasının evi isə rayonun özündə yerləşir. Köhnə yağ-pendir zavadu rayonun çıxacağında “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanındadır. Qaynatası və qaynanası ölmüşlər, həmin evdə lal baldızı qalır, ona görə də arvadı ilə ora tez-tez gedirlər. Hadisə baş verən gün də həmin qaynatasıgildə olmuşdur. ***-***-**-** saylı möbil nömrə özünə məxsusdur. Polis əməkdaşları Faiqi tutan zaman Faiq ona atasını ora gətirməyini demişdir. Faiqin atasına zəng edib “Mosunu”, yəni Faiqi polis əməkdaşları tutub polis şöbəsinə aparırlar, “Faiq deyir atamı gətir çıx yola gəlirəm arxanca” demişdir. Polis əməkdaşlarının Faiqi tutduğunu görən vaxt avtomobili saxlayıb düşmək istəyən zaman polis əməkdaşları saxlama sür avtomobili demişlər, həmin vaxt Faiq “tez atamı gətir məni yükləyirlər” demişdir. Faiqin atası Rafiqin nömrəsi onda olmuşdur. Həmin gün Faiqin atası ilə danışmamışdır. Ərazidə bir çox adam olmuş, həmin adamlar həmin küçədə yaşayan şəxslər olmuşlar. Polis əməkdaşlarının Faiqi ayın neçəsi və saat neçədə saxlamalarını hazırda xatırlamamışdır. Beyləqan rayonunda çörək zavodunda işləyir. Evdən çıxan zaman polis əməkdaşları ilə Faiqin dartışdığını görmüş, Faiqin atasını gətirəndən sonra onların yanına getməmişdir. Faiqin atasını həmin yerə 20- 30 metr qalmış avtomobildən düşürmüşdür. Polis əməkdaşları Faiqi saxlayan zaman günurta saat 13:00-dan sonra olardı. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Faiq 05 fevral 2025-ci il tarixdə saxlanılmışdır. Faiq saat 13:00-dan sonra saxlanılıb, Faiqin saxlanılması ilə bağlı Faiqin dayısı qızı ona zəng edib polis əməkdaşlarının Faiqi saxladıqlarını bildirmişdir. Faiqi polis əməkdaşlarından Rahil və digər adını bilmədiyi polis əməkdaşları saxlamışlar. Faiqin iki mobil telefonu olmuşdur. Faiq saxlanılan günün axşamı Kənan adlı oğlan Faiqin anasına zəng edib bildirmişdir ki, “Faiqin telefonu yerə düşmüşdü, telefonu mən götürmüşəm, indi şübhə üzərimə almayım, deyə gələ bilmərəm sabah telefonu gətirib verərəm sizə” demişdir. Səhəri gün Kənan saat 11 radələrində telefonu gətirib onlara vermişdir. Kənan telefonu onlara verən zaman bildirmişdir ki, Faiq saxlanılan gün o, Faiqlə görüşüb çay içməyə gedəcəklərmiş. Kənan şirniyyat almağa mağaza getdiyini və mağazadan qayıdan zaman polis əməkdaşlarının Faiqi apardıqlarını gördüyünü demişdir. Faiqin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitdikdən sonra onun mobil telefonuna dəfələrlə zəng etmişdir. Faiqin hansı nömrəsinə zəng etdiyini xatırlamamışdır. Qaynanasının doğum günü olacaq idi, qaynanası belə tədbirlərə qarşı olduğu üçün ona sürpriz etmək istəmişlər, ona görə də Faiq dayısıgildə hazırlıq işləri aparmaq üçün onlara getmişdir. Faiq tutulandan sonra Faiqin dayısıgilə getmişdir. Faiq tutulmamışdan bir gün qabaq da bir yerdə Faiqin dayısıgildə olmuşlar. Ümumiyyətlə doğum günü ilə bağlı Faiq bir neçə gün idi ki, dayısgilə gedib gəlmişdir. Polis əməkdaşları Faiqi saxlayan zaman hadisə yerində olmamışdır. Hadisə baş verən gün məhəllədə şirniyyat evindən şirniyyat alan zaman adamların yığışdığını görmüş, nə baş verdiyini soruşduqda polis əməkdaşlarının kimisə tutduğunu demişlər, həmin vaxtı bilməmişdir ki, Faiqi tuturlar. 15-20 dəqiqədən sonra ona zəng gələndən sonra Faiqin tutulduğunu bilmişdir. Kənan onlara gələn zaman şəxsən onun özü ilə söhbət etmişdir. Kənan qardaşı qızının canına and içərək “mənim xəbərim yoxdur” demişdir. Kənan onlara bildirmişdir ki, “siz elə bilirsiniz Faiqi mən satmışam, amma mənim heç nədən xəbərim yoxdur, mən Faiqi çay içməyə çağırmışdım və həmin anda polislər Faiqi tutdular”. Kənan özündən və işini itirəcəyindən qorxduğunu demişdir. Kənanın məhkəməyə gəlməsi üçün oğlu ona zəng etmiş, Kənan polis əməkdaşlarından qorxduğu üçün məhkəməyə gələ bilməyəcəyini demişdir. Kənan Faiqin telefonunu gətirib onlarda qaynanasına verərkən telefonu Kənandan özü almışdır. Kənan onlara iki mobil telefon gətirib vermişdir. Faiq tutulan günü Faiqin bir telefonundan digər telefonuna zəng etməmişdir. Faiqin mobil telefonu Faiq tutulandan bir gün sonra Kənan tərəfindən onlara təhvil verilmişdir. Hadisə günü səhər işdə olmuş, Faiq isə dayısıgildə olmuşdur. Nahar fasiləsində Faiqin dayısıgilə getməmiş, axşamlar gedib söhbətləşmişlər. Faiqin nahar yeməyini dayısıgildə yeyibyemədiyini bilməmişdir. Faiq bir neçə dəfə narkotik vasitəyə görə həbs olunmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Faiq saxlanılan gün onun yanında olan Şahid8 yaşadığı evə ən az dörd dəfə getmişdir. Kənanın anası ilə münasibəti olmuşdur. Kənandan Faiqin polis əməkdaşları tərəfindən necə saxlanılması ilə bağlı soruşmuş, Kənan ona Faiqin rayonda xəstəxananın yanında dayısıgilin məhəlləsində saxlanıldığını bildirmişdir. Kənan ona Faiqlə durduqlarını, bu vaxt polis əməkdaşlarının gəlib Faiqi qucaqlayıb avtomobilə mindirərək apardıqlarını demişdir. Polis əməkdaşları Faiqi tutan zaman Faiqlə onun arasında 1 metr məsafə olmuşdur. Daha sonra Kənan bildirmişdir ki, polis əməkdaşları Faiqi avtomobilə salmaq istəyən zaman onun telefonları cibindən düşmüş, həmin vaxt Faiqin telefonlarını götürmüşdür. Polis əməkdaşları Faiqi saxlayan zaman Faiq polis əməkdaşlarının əlindən çıxıb küçə ilə qaçmışdır. Daha sonra polis əməkdaşları Faiqi tutub avtomobilə basıb polis şöbəsinə aparmışlar. Kənan ona dediyi yerə gedib həmin ərazini mobil telefonu ilə çəkmişdir. Daha sonra Kənangilin evində çay süfrəsinin arxasında Kənanla söhbətləşmişlər. Kənan məhkəməyə gəlməyə razı olmuşdur. Daha sonra polis əməkdaşları Kənana necə təsir etdisə Kənan məhkəmə gəlməkdən imtina etmişdir. Kənan demişdir ki, “qorxuram məhkəməyə gəlməyə, mən məhkəməyə gəlsəm onlar məni tutacaqlar”. Kənan polis əməkdaşları onu görməsin deyə rayona gedərkən Xocəvənd yolu ilə getdiyini ona demişdir. Sonuncu dəfə Kənanla görüşüb danışan zaman Kənana “kişisənsə düz danış Faiqin üzərində narkotik olub ya yox” demişdir. Kənan Faiqdə narkotik vasitə olmadığını demişdir. Kənan Faiqi polis əməkdaşları saxlayan zaman orada bir neçə oğlan olub onlar məhkəməyə gəlirsə onunda gələcəyini demişdir. Bir müddətdən sonra işlətdiyi mağazaya Rahil adlı polis əməkdaşı gəlib ona bildirmişdir ki, niyə Kənana deyirsən məhkəməyə get ifadə ver, həmin polis əməkdaşına demişdir ki, niyə də Kənana məhkəməyə gedib şahid qismində ifadə verməməsini deməsin. Rahil ona “sənin nəyinə lazımdır qoy gedib tutulsun” demişdir. Rahilə Faiqin nə üçün tutulmalı olduğunu, Faiqin iki uşağının olduğunu demişdir. Kənanın səs yazısını onların evində onunla danışan zaman yazmışdır. Polis əməkdaşının mağazasına gəlməsi ilə bağlı videogörüntüsü olmamışdır. Mağazasında olan müşahidə kameraları işləməmişdir. 4 dəfə Kənangilin evinə gedib onunla söhbət etmişdir. Kənana Xuraman xalanın xətrinə get məhkəməyə düzgün ifadə ver demiş, Kənan polis əməkdaşlarından qorxduğunu demişdir. Şahid9 qonşularıdır, lakin Cavidi tapa bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün günorta saat 13-14 radələrində X12 yanında görüşmüşdür. Faqilə görüşdükdən sonra ondan ayrılıb getmişdir. Daha sonra eşitmişdir ki, polis əməkdaşları Faiqi tutmuşlar. Faiqin polis əməkdaşları tərəfindən tutulmağını görməmişdir. Faiqin tutulmağın eşidib hadisə baş verən yerə gəlmişdir. Hadisə yerində PPX-nin əməkdaşları olmuşlar. Faiqi həmin yerdə görməmişdir. Həmin yerdə Faiqə məxsus markalarını xatırlamadığı iki telefon tapmış və tapdığı telefonları Faiqgilin evinə gedib anasına vermişdir. Faiqin anasına telefonları Faiq saxlanılan yerdən tapdığını demişdir. Daha sonra Faiqin anası hadisə yerinə getmiş, o da öz işinə getmişdir. Faiq tutulandan sonra Faiqlə əlaqəsi olmamışdır. Verilmiş suallara cavab olaraq Şahid8 bildirmişdir ki, Faiqlə bir yerdə narkotik vasitə istifadə etməmişdir. Faiq onun yanında narkotik vasitə istifadə etməmişdir. Faiqin qaynanası Xuraman xanımı tanımışdır. Xuraman ilə telefonda danışığı olmamış, onunla üz-üzə danışmış, Xuraman ona hadisə yerində olduğunu və məhkəməyə gəlib bu barədə ifadə verməyini demişdir. Xuramana Faiqin saxlanılmasını görmədiyini demişdir. Xuramana məhkəməyə gedib ifadə versə onu polis əməkdaşları tutarlar deməmişdir. Polis əməkdaşları ona məhkəməyə ifadə verməyə getməməyilə bağlı heç nə deməmişlər. Faqilə görüşdükləri küçədə Faiqin dayısı evi vardır. Polis əməkdaşları Faiqi saxlayandan sonra Faiqin atası ilə anası hadisə yerinə gəlmişlər. Daha sonra hadisə yerində Faiqin digər dostu Cavidi görmüşdür. Hadisə yerində olan Post Patrul Xidməti əməkdaşlarını tanımamışdır. Polis əməkdaşları Faiqi gündüz vaxtı tutmuşlar, saatı tam xatırlamamış təxminən saat 13-16 arası olardı. Faiqin telefonlarını tapdıqdan sonra aparıb evlərində vermişdir. Faiqin telefonlarını evlərində verəndə saat 13-15 radələri olardı. Faiqin telefonlarını anasına verdikdən sonra Faiqin anası Faiqin polislər tərəfindən saxlanıldığı yerə gəlmişdir. Faiqin anası ilə atası Faiqin polis əməkdaşları tərəfindən saxlanılmasını görmüşlər. Telefonları onlarda verdikdən sonra evə getmiş, Faiqin anası ilə atası isə hadisə yerinə getmişlər. Faiqin polis əməkdaşları tərəfindən saxlanıldığını eşidib, həmin küçəyə gəlmiş, Faiq polis əməkdaşlarından qaçıb harasa girmişdir. Faiqin telefonlarını evlərində verdikdən sonra Faiqin saxlanıldığı yerə getməkdən qorxmuşdur. Fikirləşmişdir ki, “orda nə işi var”. Faiqin tutulmağını eşidib hadisə yerinə gələn zaman polis əməkdaşları hələ Faiqi aparmamışlar. Faiqin polis əməkdaşları tərəfindən tutulub avtomobilə mindirilməyini görüb-görmədiyi barədə suala cavab verə bilməmişdir. Polis əməkdaşları Faiqi saxlamamışdan qabaq Faiq ona 10 manat verib get sokla xaçapuri al gəl demişdir. Mağazadan xaçapuri alıb Faiqin yanına qayıdan zaman Faiqin polis əməkdaşlarından qaçıb daha sonra tutulmağı prosesini görmüşdür. Ara qarışdığı üçün hadisə baş verən yerə getməmişdir. Daha sonra həmin məhəllədən keçən zaman Faiqin telefonlarını tapıb aparıb onlara vermişdir. Faiq düz danışır polis əməkdaşları saxlayan zaman onları görmüş və həmin vaxt yanlarından çıxıb getmişdir. Rahil adlı polis əməkdaşının onun yaşadığı evə gələrək məhkəmə iclasına getsə onu tutduracaq deməsi ilə bağlı suala cavab verə bilməmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq Şahid8 bildirmişdir ki, USB yaddaş kartında olan səs yazısı onun səsidir. Faiqlə görüşən zaman həmin vaxtı Faiqin nə geyindiyini xatırlamamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan gün evdə olmuşdur. Faiqə zəng edib ondan 10 manat pul istəmiş, Faiqlə telefonda danışan zaman Kənanın səsini eşitmiş və Faiqə ondan Kənana salam deməsini bildirmişdir. Faiqlə telefonda danışan vaxtı Kənan Faiqin yanında olmuşdur. Daha sonra Faiqdən pul alıb xəstəxanaya getmək üçün Faiqlə görüşməyə getmişdir. Faiqin olduğu yerə getmiş, həmin vaxtı polis əməkdaşları Faiqi tutmuşlar. Faiqi görəndə polis əməkdaşları Faiqi döyüb avtomobilə basırdılar, həmin vaxt polis əməkdaşlarına yaxınlaşıb Faiqi polis əməkdaşlarından aralamışdır. Polis əməkdaşları onu kənara çəkib onu da vurmuşlar. Faiqin atası ilə anası gəlmiş, ondan sonra polis əməkdaşları onu vurmamışlar. Verilmiş suallara cavab olaraq Şahid9 bildirmişdir ki, polis əməkdaşlarından Rahil, Vüsal və qonşularında olan qara rəngli “Mercedes” (dörd fara) markalı dövlət qeydiyyat nişanı **-LG-*** nömrəli avtomobilin sahibi Pərviz adlı polis əməkdaşını tanımışdır. Polis əməkdaşları Faiqi həmin avtomobilə mindirmək istəmişlər. Polis əməkdaşları onu da polis şöbəsinə aparmışlar. Onu polis şöbəsində bir gün yarım saxladıqdan sonra buraxmışlar. Faiqlə onu ayrı-ayrı avtomobillərdə polis şöbəsinə aparmışlar. Polis şöbəsinə çatdıqdan bir neçə dəqiqədən sonra Faiqi gətirmişlər. Onları 05 fevral 2025-ci il tarixdə saxlayıb polis şöbəsinə aparmışlar, onu 07 fevral 2025-ci il tarixdə polis şöbəsindən buraxmışlar. Kənanın Faiqin yanında olduğunu telefonda bilmişdir. Faiqlə onu polis əməkdaşları tutan vaxt Kənan şirniyyat mağazasına şirniyyat almağa getmişdir. Sonradan bildirmişdir ki, Kənan şirniyyat alıb Faiqin yanına gəlməli olmuşdur. Polis şöbəsindən onu buraxanda əməliyyatçılar ona “səni buraxırıq sonra gedib məhkəmədə şahidlik etsən səni də tutarıq” demişlər. Əvvəllər dava-dalaş etdiyinə görə həbs olunmuşdur. Narkotik vasitə ilə bağlı həbs olunmamışdır. Faiqlə bir yerdə narkotik vasitə istifadə etməmişdir. Faiqin narkotik vasitə ilə bağlı həbs olunmağını eşitmişdir. Faiqin narkotik vasitə satmasını eşitməmişdir. Faiq polis əməkdaşları tərəfindən tutulan vaxt əynində qara rəngli gödəkçə olmuşdur. Bundan əlavə verilmiş suallara cavab olaraq Şahid9 bildirmişdir ki, polis əməkdaşlarının verdiyi məlumat yalan məlumatdır, ərazidə olan kamera görüntüləri götürülsə kamera görüntülərində görünər ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onun yanında olmuş və onları bir yerdə saxlayıb polis şöbəsinə aparmışlar. 05 fevral 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. 07 fevral 2025-ci il tarixdə polis şöbəsindən buraxılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə dəqiqə əvvəl ***-***-**-** saylı nömrə ilə Faiqə zəng etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının şahidi olmuşdur. Təqsirləndirilən şəxsla onu bir yerdə saxlamışlar. Polis şöbəsindən 07 fevral 2025-ci il tarixdə buraxılmışdır. Təqsirləndirilən şəxs 10 manat borca pul almaq üçün ona zəng etmişdir. Heç bir cərimə ödəməmişdir. İcra və Probasiya şöbəsindən ona cərimənin olması ilə bağlı heç kim məlumat verməmişdir. Polis şöbəsindən buraxılan zaman ona cərimə yazdıqlarını demişlər, o da kağızı gətirib Cinayət Axtarış Bölməsinin rəisinə vermiş və cəriməni ödəmək üçün pulu olmadığını demişdir. Hazırda fikirləşmişdir ki, bəlkə də cərimənin üzərinə əlavə faizlər gəlmişdir. Cərimənin ödənilib-ödənilməməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda-8036,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması və Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikilinin içərisində saxlaması faktına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.(cild 1,i.v.1-36) -“əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan və Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikilinin içərisinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd kibrit qutusunda 9,13 qram tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağpendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikilinin içərisindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı bir ədəd ağ rəngli kisənin içərisində olan ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 2465 qram, 2635 qram, 1575 qram və 2315 qram olan tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür.(cild 1,i.v.10-13) -“cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.23) -“əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Beyləqan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 rəhbərliyi ilə CAB-ın əməliyyat müvəkkili, polis baş-leytenantlı Şahid4 NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və keçiriləcək əməliyyat-axtarış tədbirinin videoyazı ilə qeydə alınması üçün KMQ-nun baş-əməliyyat müvəkkli, polis baş- leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuş, tərəflərindən 05 fevral 2025-ci il tarixdə saat 19:18-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. Bundan sonra şübhəli şəxs qismində saxlanılaraq faktiki, azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulduqda o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibində narkotik vasitə olan marixuana olduğunu bildirib həmin gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd Kent-4 markalı siqaret, sağ yan cibindən isə bir ədəd alışqan aşkar edilmişdir. Şahid1 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan kibrit qutusu tərəziyə qoyularaq çəkisinin 9.13 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitənin çəkisi ilə razıdır, həmin narkotik vasitəni özü istifadə edir və Beyləqan rayonu ərazisində yerləsən su kanalının kənarından tapmışdır. Şahid1 tərəfindən aşkar olunmuş predmet götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs onun Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu ərazisində yerləşən tikilidə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlaması barədə əməliyyat məlumatına əsasən həmin tikiliyə baxış keçirilməsi üçün onlarla getməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs saxlanıldığı yerdən təxminən 60 metr məsafədə yerləşən Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu ərazisində yerləşən tikiliyə özünün iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Həmin tikili birmərtəbəli, mişar daşından inşa edilmiş, boş dəhliz və otaqlardan ibarət yarımçıq vəziyyətdə köhnə yağ-pendir zavoduna məxsus tikilidir. Tikiliyə yan tərəfdən açıq pəncərədən daxil olundu və sol tərəfdə boş otaqlar, qarşıda isə hündür tavan olan geniş salon yerləşir. Daxil olunan pəncərədən sol tərəfdə divarın küncündə 01 ədəd ag rəngli sintetik torba aşkarlanmışdır. Bundan sonra həmin torbanın iplə bağlanmış ağzı açılmış və torbanın içərisindən qara rəngli yapışqan lentlə sarılmış 01 ədəd bağlama aşkarlanmışdır. Həmin bağlamalar Şahid1 tərəfindən açılmış və hər birinin içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək içərilərində narkotik vasitə olan marixuanaya bənzər bağlamalar tərəzidə çəkilərək çəkilərinin ayrı-ayrılıqda 2 kq, 465 qram, 2 kq, 635 qram, 1 kq, 575 qram və 2 kq, 315 qram olması, ümumi çəkisinin 8 kq,725 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrin çəkisi ilə razıdır, həmin narkotik vasitələri Beyləqan rayonu ərazisindəki su kanalının kənarından tapmışdır. Daha sonra aşkar olunmuş predmet qablaşdırılaraq götürülmüşdür.(cild 1,i.v.10-13) -“məhkəmə-bioloji ekspertizası”nın 6 fevral 2025-cü il tarixli, 18/98 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,03 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında yerləşən yağ-pendir zavodu deyilən ərazidəki köhnə tikilidə” sözləri və imzalar olan sintetik torbada 04 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 2200,0 qram, 2390,0 qram, 2100,0 qram, 1340,0 qram, ümumi çəkisi 8030,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir.(cild 1,i.v.50-53) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 4(020)- 13/2025 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, cinayət işi üzrə müstəntiqə ifadə vermiş, cinayəti etiraf etmişdir. Lakin hazırda göstərmək istəyir ki, həmin narkotik vasitə ona məxsus deyildir. Polis əməkdaşları tərəfindən bir bükümdə narkotik vasitə üzərinə qoyulmuş, Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağpendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikiliyə baxış keçirilərkən özündə olmamışdır. Oradan götürülən narkotik vasitə ona məxsus deyildir. Özünü təqsirli bilmir. İki azyaşlı uşağı vardır. İstintaqdan yayınmayacaq və vaxtında çağırışlara gələcəkdir. Ona görə də təqdimatın rədd edilməsini xahiş etmişdir.(cild 1,i.v.56-57,78-83) -“əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” 11 fevral 2025-ci il tarixli, 5 (020)-5/2025 nömrəli qərardan görünür ki, Beyləqan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq satıq məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə edib Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu ərazisində yerləşən tikilidə saxlamaqda şübhəli olması ilə bağlı həmin tikiliyə baxış keçirilməsi hissədə təxirə salınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair 05 fevral 2025-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir.(cild 1,i.v.103-106) -“baxış keçirilməsi haqqında” 12 aprel 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair faylarda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır.(cild 1,i.v.152) -“ibtidai istintaq müddətinin uzadılması barədə” 30 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 03 ay olmaqla 07 ayadək, yəni 06 iyun 2025-ci il tarixdən 06 sentyabr 2025-ci il tarixədək uzadılmışdır.(cild 1,i.v.241-242) -Beyləqan Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 4(020)-47/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti, 3 (üç) ay müddətinə, yəni 05 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs çıxış edərək bildirmişdir ki, özünü təqsirli bilmir. Polis əməkdaşları tərəfindən ittihamda qeyd olunan narkotik vasitə ona hədə-qorxu gəlinərək üzərinə qoyulmuş, onu öz evinin qabağından götürüb aparmışlar və videoçəkilişi isə o, Polis Şöbəsinə aparıldıqdan və uzun müddət orada saxlanıldıqdan sonra aparılmışdır. O, həbsdə saxlama müddətinin uzadılması barədə verilmiş təqdimatın təmin edilməsinə etiraz etmişdir.(cild 1,i.v.244-250) -“maddi sübut hesab edilməs haqqında” 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 8035,53 qram qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Beyləqan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 2 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 2, i.v.12-13) -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 23 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etdiyi şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi məqsədi ilə ********* nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(cild 2,i.v.122-123) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 23 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir.(cild 2,i.v.127-128) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin 08 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Füzuli Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 (üç) ay 8 (səkkiz) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 9 (doqquz) ay 22 (iyirmi iki) gün hissəsindən vaxtından əvvəl şərti azad edilməklə məhkumluğu ödənilməmişdir.(cild 1,i.v 131-133). -Salyan Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 7 (057)-288/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir.(cild 2,i.v 73-74). -Beyləqan rayonu İcra Hakimiyyəti Beyləqan şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 12 may 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır, himayəsində iki azyaşlı uşağı vardır, onun barəsində nümayəndəliyə şakinlərdən şikayət daxil olmamış, lakin içtimayyət arasında müsbət xarakterizə olunmamışdır.(cild 1,i.v.207-208) Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (bundan sonra-Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri: 1. Cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; 2. İnsan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; 3. Hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və X13 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Cinayət işinin materiallarının İ cildinin 5-6-cı səhifələrində olan Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş “təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 05 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerdə, şərait imkan vermədiyi halda mümkün olan yerdə üstünün yoxlanılması, qeyd olunan tikiliyə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının İ cildinin 14-cü səhifəsində olan 05 fevral 2025-ci il tarixli “raport” dan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə saat 19:18də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında küçədə piyada hərəkət edərkən saxlanılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmiş, daha sonra Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu ərazisində yerləşən tikiliyə baxış aparılan zaman həmin tikilinin içərisində divarın künc tərəfində sonuncunun saxladığı 1 (bir) ədəd ağ rəngli sintetik torbada olan 4 (dörd) ədəd yapışqan lentlə sarılmış, içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Həmin predmetlər ayrıayrılıqda qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs ilə birlikdə 05 fevral 2025-ci il tarixdə saat 20:30-dan saat 21:10-dək olan müddətdə əməliyyat-axtarış tədbirinin nəticələri ilə bağlı protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının 30-cu bəndində göstərilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlərin qarşısının alınması, belə cinayətləri törətmiş, törədilməsini hazırlayan şəxslərin müəyyən olunması üzrə dövlət orqanlarının fəaliyyətində əməliyyataxtarış fəaliyyətinin xüsusi yer tutduğunu, o cümlədən belə cinayətlərə dair ittihamların əsaslandırılmasında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materiallardan geniş istifadə olunduğunu nəzərə alaraq əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, eləcə də bu qəbildən olan cinayət işlərinə məhkəmədə baxılarkən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli 15 nömrəli Qərarında bu məsələyə həsr olunmuş izahlarla yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsindən və digər normalarından, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanununun (bundan sonra- 728-İQ nömrəli Qanun) müddəalarından irəli gələn, əməliyyat-axtarış tədbirlərinin xüsusiyyətləri, onun gedişatının və nəticələrinin rəsmiləşdirilməsi, əldə olunmuş materialların cinayət təqibi orqanlarına təqdim edilməsi və cinayət prosesində sübut kimi istifadə olunması, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulması, müvəkkil edilmiş şəxslərdən başqa digər şəxslərin əməliyyat-axtarış tədbirində iştirakı, hansı əməliyyat-axtarış tədbirləri barədə məhkəmə nəzarətinin həyata keçirilməli olması və sair məsələlərlə əlaqədar hüquqi mövqelər nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv həqiqət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən verilmiş ittihamda qeyd edilən yerdə və formada saxlanılmamış, sonuncu 05 fevral 2025-ci il tarixdə saat 14 radələrində Beyləqan şəhəri, M.F.Axundov küçəsində Şahid9 ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Beyləqan RPŞ-nə aparılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində saxlanılmamış, üzərində 01 ədəd bükümdə 6,03 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana saxlamaqla həmin ünvana daşımamışdır. Bu halları araşdırmaqda istintaq orqanı maraqlı olmamışdır. Çünki həmin hallar reallığı aşkara çıxarmış, Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini törətməməsini sübut edən baza sübutlar kimi, yəni digər sübutların formalaşmasına, yoxlanılmasına və qiymətləndirilməsinə əsas yaradan ilkin sübutlar kimi çıxış etmişdir. Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının və digər qanunvericlik aktlarının tələblərinə əsasən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayan zaman həmin yerdə üzərinə şəxsi axtarış keçirməli olmalarına baxmayaraq sonuncunu polis şöbəsinə gətirərək orada şəxsi axtarış və götürmə istintaq hərəkətini icra etmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və X13 haqqında” Konvensiyanın (bundan sonra-Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca Cinayət-Prosessual Məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Həmin Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulduğu yerdə üstünün yoxlanılmasının və sübut əhəmiyyətli ola biləcək əşyaların ondan götürülməsinin rəsmiləşdirilməsinin mümkün qədər Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsində nəzərdə tutulmuş şəxsi axtarış və götürmə kimi istintaq hərəkətinə, “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinin isə mümkün qədər Cinayət-Prosessual Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulmuş “baxış” istintaq hərəkətinə uyğunlaşdırılması o demək deyil ki, istintaq hərəkətində hal şahidlərinin və yaxud müdafiəçinin iştirak etməsinə dair Cinayət-Prosessual Məcəlləsinin müddəaları əməliyyat-axtarış tədbirinə də şamil olunmalıdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərində yoxmala aparılmasına şərait olmasına baxmayaraq sonuncunun üzərində yoxmala icra edilməyərək, Beyləqan RPŞ-nə aparılmışdır. Cinayət işinin materiallarının İ cildinin 10-13-cü səhifələrində olan “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları tərəflərindən 05 fevral 2025-ci il tarixdə saat 19:18-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. Bundan sonra şübhəli şəxs qismində saxlanılaraq faktiki, azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulduqda o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibində narkotik vasitə olan marixuana olduğunu bildirib həmin gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 (bir) ədəd Kent-4 markalı siqaret, sağ yan cibindən isə bir ədəd alışqan aşkar edilmişdir. Şahid1 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan kibrit qutusu tərəziyə qoyularaq çəkisinin 9.13 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitənin çəkisi ilə razıdır, həmin narkotik vasitəni özü istifadə edir və Beyləqan rayonu ərazisində yerləsən su kanalının kənarından tapmışdır. Şahid1 tərəfindən aşkar olunmuş predmet götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs onun Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu ərazisində yerləşən tikilidə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlaması barədə əməliyyat məlumatına əsasən həmin tikiliyə baxış keçirilməsi üçün onlarla getməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs saxlanıldığı yerdən təxminən 60 metr məsafədə yerləşən Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu ərazisində yerləşən tikiliyə özünün iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Həmin tikili birmərtəbəli, mişar daşından inşa edilmiş, boş dəhliz və otaqlardan ibarət yanı uçuq vəziyyətdə köhnə yağ-pendir zavoduna məxsus tikildir. Tikiliyə yan tərəfdən açıq pəncərədən daxil olunmuş və sol tərəfdə boş otaqlar, qarşıda isə hündür tavan olan geniş salon yerləşir. Daxil olunan pəncərədən sol tərəfdə divarın küncündə 01 ədəd ag rəngli sintetik torba aşkarlanmışdır. Bundan sonra həmin torbanın iplə bağlanmış ağzı açılmış və torbanın içərisindən qara rəngli yapışqan lentlə sarılmış 1 (bir) ədəd bağlama aşkarlanmışdır. Həmin bağlamalar Şahid1 tərəfindən açılmış və hər birinin içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək içərilərində narkotik vasitə olan marixuanaya bənzər bağlamalar tərəzidə çəkilərək çəkilərinin ayrı-ayrılıqda 2 kq, 465 qram, 2 kq, 635 qram, 1 kq, 575 qram və 2 kq, 315 qram olması, ümumi çəkisinin 8 kq,725 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrin çəkisi ilə razıdır, həmin narkotik vasitələri Beyləqan rayonu ərazisindəki su kanalının kənarından tapmışdır. Daha sonra aşkar olunmuş predmet qablaşdırılaraq götürülmüşdür. Cinayət iş materialda olan DVD diskdə olan videomaterialdan görünür ki, polis əməkdaşlarının olduğu avtomobil Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğu istiqamətə gələrkən avtomobilin içində olan polis əməkdaşlarından bir nəfər gəldi-gəldi deyərkən avtomobili saxlayıb Təqsirləndirilən şəxs arxasıyca qaçırlar. Həmin vaxt Təqsirləndirilən şəxs onun üzərinə gələn avtomobilin dayandığını görüb geriyə qaçır. Təqsirləndirilən şəxs gəldiyi istiqamətə qaçarkən avtomobildə olmayan polis əməkdaşı Şahid2 onun gəldiyi istiqamətdən qaçaraq gəlib Təqsirləndirilən şəxs Şahid4la birgə tutub qollarını arxaya buraraq saxlayırlar. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaxşı-yaxşı bura yaşayış yeridir kənara çəkilmələrini bildirir. Daha sonra Şahid1 avtomobildən düşürək Təqsirləndirilən şəxs özünü təqdim etməsini deyir, sonuncu özünü təqdim edir. Şahid1 ərazidə yaşayış yerinin olmasını və nəqliyyat vasitələrinin intensevliyini bildirirək hadisə yerindən kənara çəkilmələrini bildirir. Şahid4 və Şahid2 Təqsirləndirilən şəxs qollarını arxa istiqamətdə buraraq piyada hərəkət edib hadisə yerindən 10-15 metr kənarlaşırlar. Şahid1 Beyləqan şəhəri, S.İmrəliyev küçəsi (SMD-42) yaxınlığında yerləşən “Pendir zavodu” adlanan ərazidə olan sahibsiz tikilidə saxlamaqda şübhəli olduğundan Təqsirləndirilən şəxs 5 fevral 2025-ci il tarixdə saat 19:20-də saxlanıldığını və onun üzərində şəxsi yoxlama keçirəcəklərini bildirir. Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirilərkən onun üzərindən 1 (bir) ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə aşkarlanaraq götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən kibrit qutusunda olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırılır. Daha sonra əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs “Pendir zavod” adlanan ərazidə olan sahibsiz tikilidə saxladığı narkotik vasitəni götürmək üçün polis əməkdaşları piyada hərəkət edərək Pendir zavod deyilən köhnə tikilinin ərazisinə gəlirlər. Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi tikilinin həmin tikili olub-olmadığını soruşur. Faiq Qasmov da narkotik vasitəni gizlətdiyi tikilinin həmin tikili olduğunu bildirir. Şahid1 köhnə tikilinin ərazisində dayanaraq Beyləqan şəhəri, S.İmrəliyev küçəsi (SMD-42) yaxınlığında yerləşən “Pendir zavodu” adlanan tikilinin həmin tikili olduğunu və tikiliyə girişlərdən birinin bura olduğunu göstərək həmin girişdən tikiliyə birinci özü daxil olur. Daha sonra isə Təqsirləndirilən şəxs onu qollarından tutub saxlayan polis əməkdaşları ilə birgə tikiliyə daxil olurlar. Təqsirləndirilən şəxs və polis əməkdaşları tikiliyə daxil olduqdan sonra Əli Şahid1ndə olan mobil telefonun işığı ilə tikilinin içərisində axtarış aparır. Şahid1 daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni tikilinin içərisində harada yerləşdirdiyini soruşur. Təqsirləndirilən şəxs əli ilə tikilinin içərisində olan qapını işarə edir. Polis əməkdaşları Təqsirləndirilən şəxs əli ilə işarə etdiyi qapıya hərəkət edən zaman narkotik vasitə olan bağlamanın Təqsirləndirilən şəxs əli ilə işarə etdiyi yerdə deyil, onların durduqları həmin yerdə onların arxa tərəfində olduğu müəyyən edilir. Nakrotik vasitə olan bağlamaya baxış keçirildikdən sonra həmin bağlama tərəzidə çəkilərək polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülür. Cinayət-Prosessual Məcəlləsinin 51.4-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Qanunvericiliyin müddəaları baxımından aşkardır ki, tərtib edilmiş protokolla müvafiq istintaq hərəkətlərini özündə əks etdirən video yazılar uyğunluq təşkil etməli, iş materialları arasında ziddiyyət olmamalıdır. Beləliklə, “şəxsi axtarış və götürmə haqqında” protokol ilə həmin istintaq hərəkətini özündə əks etdirən cinayət işinin materiallarına əlavə edilmiş video yazının arasında ziddiyyətlər mövcud olduğundan, qeyd edilən sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz hesab edilməlidir. Cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində həmçinin bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə səhər saatlarında evdən çıxıb dayısıgilə getmiş, dayısıgildə bir az oturduqdan sonra onlardan çıxıb yolla piyada gedərkən göy rəngli “Mercedes E klas” (dörd göz) markalı avtomobil qarşısında dayanmışdır. Avtomobili sahə müvəkkili idarə etmiş, Vüsal adlı polis əməkdaşı avtomobildə qabaq oturacağda oturmuş, polis əməkdaşlarından Rahil adlı şəxs polis formasında olmuşdur. Avtomobildən iki nəfər düşüb ona avtomobilə əyləşməyini bildirmişlər, polis əməkdaşlarından hansı səbəbə avtomobilə oturmalı olduğunu soruşmuş, ona polis şöbəsinə getməli olduqlarını demişlər. Polis əməkdaşlarına zəng edib valideylərini çağırmağını və valideynləri ilə birgə polis şöbəsinə gələcəyini demişdir. Polis əməkdaşları ona nə valideyn deyərək telefonunu əlindən almışlar. Polis əməkdaşları onu avtomobilə basıb aparmaq istəyən zaman dartınıb əllərindən çıxıb qaçmış, polis əməkdaşlarından Rahil cəld olduğu üçün arxasınca düşmüşdür. Küçənin başına çıxa bilmədiyini görüb tanımadığı evin həyətinə girmiş və polis əməkdaşları həyətdə onu tutmuşlar. Həyətdə hay-küy düşdüyünü görüb, yaxşı olmadığını camaatın həyətinə girdiyini fikirləşib həmin vaxtı həyətdən çıxmışdır. Tanımadığı həyətdən çölə çıxdıqdan sonra polis əməkdaşlarına etirazını bildirmiş və polis şöbəsinə valideyni ilə gələ biləcəyini demiş, təxminən 10-15 dəqiqə polis əməkdaşları ilə dartışmışlar. Ətrafda olan adamlardan kimsə valideynlərinə polis əməkdaşlarının onu saxlamaları ilə bağlı məlumat vermişdir. Həmin vaxtı anası ilə atası gəlib polis əməkdaşlarından “nə olub nə məsələdir” deyə soruşmuşlar, polis əməkdaşları onun polis şöbəsinə getməli olduğunu demişlər. Anası polis əməkdaşlarına polis şöbəsinə belə adam aparmırlar demişdir. Onu polis şöbəsinə təxminən saat 14 radələrində aparmışlar. Polis şöbəsinə gətirildikdən sonra otağa salmışlar və tanımadığı bir polis əməkdaşını onun yanında saxlamışlar. 10-15 dəqiqədən sonra onu rəis müavini Orxanın otağına aparmışlar. Orxan ona “bir kilo əynindədir” demişdir. O isə başa düşmədiyini, nəyin əynində olduğunu soruşmuşdur. Orxan ona yekəyekə danışma ya bunu qəbul edəcəksən ya da bükümdə olan metamfetamini elə etmə ki, yatdığın yerindən çıxaracaqdır. Orxana belə etməmələrini, həbsdən təzə çıxdığını demiş, Orxan isə ona nağıl danışmamağını və bu sənindir demişdir. Daha sonra Orxan Rahilə aparın bunu başa salın başa düşməsə özü başa salacağını demişdir. Onu Orxanın otağından çıxarıb üzbəüz olan otağa salmışlar və ona təzyiqlər edib vurmuşlar. Polis əməkdaşları onu döydükdən sonra əlindən xəsarət almışdır. Axşam üstü Rahil “bu köhnə dustaqdır, bunu döyməklə buna şans verirsən iki hal şahidi çağırıb evinə gedib çəkilişlə evindən çıxaraq gələk” demişdir. Polis əməkdaşları evinə getməsinlər deyə onlarla razılaşmışdır. Axşam saat 18 radələrində polis əməkdaşları toplaşmışlar və iki avtomobilla getmişlər. Orxan əvvəlcədən ona “deyilən əraziyə gediləcək sənə nə suallar verilsə həmin suallara cavab verəcəksən artıq əskik heç nə deməyəcəksən” demişdir. Getdikləri ərazidə işıq dirəkləri olmadığı üçün ərazi qaranlıq olmuşdur. Ərazi qaranlıq olduğu üçün videoçəkiliş yaxşı alınmamışdır. Videoçəkilişi Orxan özü “İphone” markalı telefonla çəkmişdir. Məhərrəm adlı polis əməkdaşının avtomobili ilə işıq salmışlar və kənardan çəkiliş aparılmışdır. O gələn zaman avtomobil qabağında dayanacaq o, fırlanıb qaçan zaman Peyman da kənardan çıxıb onu tutacaq və cibindən bir kibrit qutusu çıxaracaq, kimdən aldığını soruşacaqlar və o da yerdən tapdığını deyəcəyini, sonra polis əməkdaşları yenə narkotik vasitə olub-olmamağını soruşacaqlar, o da bir meşok olacağını deməsini bildirmişlər. Polis əməkdaşları onu işi üçün belə bir senari qurmuşlar və onu saxlamışlar. Polis əməkdaşları getdikləri senarini 10 dəfə çəkiliş aparmaqla çəkib yekunlaşdırmışlar, o da hər çəkiliş üçün on dəfə qaçmışdır. Qaranlıq olduğu üçün videoçəkiliş yaxşı alınmamışdır. 10 dəfə aparılmış video çəkilişin bir videoçəkilişini bəyənib bu yaxşıdı bunu saxlayın demişlər. İttiham aktında Şahid1 ifadəsində də bildirmişdir ki, o guya narkotik vasitəni tapmış və qorxub evə aparmamışdır. Narkotik vasitənin qoyulduğu yerin girişləri çoxdur. Əli ondan qabaq narkotik vasitə qoyulan yerə girmişdir. İçəri girən zaman Əlinin tərəzini qoyduğunu, narkotok vasitə olan meşok isə divara söykənilmişdir. Polis əməkdaşları özləri ondan qabaq içəri girmişlər. Onun qolundan tutub içəri salan Peyman adlı polis əməkdaşı olmuşdur. O narkotik vasitələr qoyulan tikiliyə daxil olan zaman narkotik vasitənin hara qoyulduğunu bilməmişdir. Peyman qolu ilə onun böyründən vurub gözü ilə işarə edərək sol tərəfdədir demiş, o da narkotik vasitənin yerin göstərmiş və narkotik vasitənin özünün olduğunu bildirmişdir. İttiham aktında qeyd edilmişdir ki, istintaqa məlum olmayan vaxtda və tarixdə tapmışdır. Necə ola bilər iki gün ərzində hardan tapdığını bilməmiş, ona haradan tapmağına dair sual verən olmamış, tapdığı yerə baxış keçirən belə olmamışdır. Dəfələrlə həbsdə olmuş, polis əməkdaşlarına haradan aydın olub ki, o, elə bir meşok tapmışdır. Bəlkə 3 meşok tapıb iki meşokun evə aparmışdır. Polis əməkdaşları dəfələrlə məhkum olunmuş bir şəxsin sözünə necə inanmışlar. Bununla bağlı heç bir istintaq hərəkəti aparılmamışdır. İstintaqın 7-ci ayında müstəntiqdən imtina etmiş və işi başqa bir müstəntiqə vermişlər. Həmin müstəntiq də gəlib cinayət işinin qurtardığını demişdir. İşin qurtarmasına dair şifahi şəkildə müstəntiqə etiraz etmişdir. Polis əməkdaşları onu 05 fevral 2025-ci il tarixdə saat 19:18 radələrində Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində saxlamamışlar, polis əməkdaşları onu saat 14 radələrində Beyləqan şəhəri, M.F.Axundov küçəsində dayısı Akif Əsgərovun evinin yaxınlığında saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman ailə üzvlərindən başqa dostu Şahid8 da onu görmüşdür. ***-***-**-** nömrəli mobil telefon Şahid8 məxsudur. Polis əməkdaşları onu tutmamışdan qabaq Kənanla bir yerdə olmuş, Cavid isə qarşı tərəfdən onlar tərəfə gəlmişdir. Kənanla görüşmüşdür. Polis əməkdaşları onu saxlayan zaman Cavid onu müdafiə etmək istəmiş, Rahil Cavidə əl-qol ataraq kənara durmağını demişdir. Onu isə Vüsal ilə sürücü saxlamışdır. Aldığı məlumata görə Kənan polis əməkdaşlarına yaxın adamdır. Kənanla görüşən zaman ona 10 manat pul vermişdir ki, küçənin başında şirniyyat mağazasından “xaçapuri” alıb gəlsin. Kənan mağazaya getdikdən sonra Kənana zəng edərək şirin su da (sok) almasını demək istəmiş, Kənana zəng edən zaman ikinci xəttdə gözləmədə qalmış, həmin vaxtı Kənan telefonda kiminləsə danışmışdır. Kənan telefona cavab verməmişdir. Kənan mağazadan qayıdan zaman ona telefonu niyə açmırsan demiş, elə həmin vaxt “Mercedes” markalı avtomobil dayanmış və polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman Namiq Ağayevi görmüş və Namiq Ağayevə polis əməkdaşlarının onu saxlaması barədə atasına məlumat verməsini bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, həmin narkotik vasitə ona məxsus deyildir. Polis əməkdaşları tərəfindən bir bükümdə narkotik vasitə üzərinə qoyulmuş, Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikiliyə baxış keçirilərkən özündə olmamışdır. Oradan götürülən narkotik vasitə ona məxsus deyildir. Özünü təqsirli bilmir. Barəsində həbsdə saxlanılma müddəti uzadılan zaman Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, özünü təqsirli bilmir. Polis əməkdaşları tərəfindən ittihamda qeyd olunan narkotik vasitə ona hədə-qorxu gəlinərək üzərinə qoyulmuş, onu öz evinin qabağından götürüb aparmışlar və videoçəkiliş isə o, Polis Şöbəsinə aparıldıqdan və uzun müddət orada saxlanıldıqdan sonra aparılmışdır. O, həbsdə saxlama müddətinin uzadılması barədə verilmiş təqdimatın təmin edilməsinə etiraz etmişdir. 23 avqust 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, 5 fevral 2025-ci il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri, M.F.Axundov küçəsində yaşayan dayısı X8 yaşadığı evə tərəf piyada hərəkət edən zaman qarşıdan “Mercedes-Benz” markalı avtomobil yaxınlaşaraq onun qarşısında dayanmış, həmin avtomobildən Beyləqan RPŞ-nin Şahid6, Şahid5 və Şahid7 adlı əməkdaşları düşərək ona yaxınlaşmış, həmin şəxslərdən Rahil və Vüsal onun qolunu tutmuş, Pərviz isə avtomobilə tərəf itələməyə başlamışdır. O, qışqıraraq onu buraxmalarını bildirmiş, dartınıb polis əməkdaşlarının əlindən çıxmağa çalışmış, polis əməkdaşlarının əlindən çıxıb küçədə olan tanımadığı bir evin həyətinə girmişdir. Lakin Vüsal və Rahil onun ardınca həyətə daxil olub onu küçəyə çıxarmış, həmin vaxt səs-küyə ətrafdan bir neçə şəxs yaxınlaşmış, o, təxminən 10-15 dəqiqə polis əməkdaşları ilə dartışmış, anası X9 və atası X29 da həmin yerə gəlmiş, valideynləri nə baş verdiyini soruşduqda o, atası və anasına üzərində heç bir maddə olmadığını, polis əməkdaşları onu polis şöbəsinə aparsalar, problem yaranacağını bildirmişdir. Həmin vaxt atası Rafiq Qasımov ona yaxınlaşıb heç bir problem olmadığını deyərək polislərlə birgə polis şöbəsinə getməsini istəmiş, bu səbəbdən o, razılaşaraq polislərin gəldiyi avtomobilə əyləşmişdir. Polis əməkdaşları onu polis şöbəsinə aparıb inzibati binanın üçüncü mərtəbəsinə qaldıraraq boş otaqlardan birinə, sonra isə rəis müavini Orxan Novruzovun otağına aparmışlar. Orxan Novruzov ona üstünə narkotik vasitə qoyulacağını, Beyləqan şəhəri ərazisində hansısa bir yerə narkotik vasitə qoyularaq ona məxsus olduğunu bildirməsini demiş, o, Orxan Novruzova razı olmadığını, üstünə narkotik vasitə götürməyəcəyini söylədikdə Orxan Novruzov ona bir böyük büküm psixotrop maddə metamfetamin göstərərək üstünə narkotik vasitə götürməyəcəyi halda, göstərdiyi həmin maddəni onun yaşadığı evdən aşkar edərək ailə üzvlərinə də problem yaradacaqlarını bildirmişdir. O, ailə üzvləri üçün problem yaranacağını düşünərək əlacsız qalıb Orxan Novruzovun dediyi kimi üstünə narkotik vasitə götürməyə razılaşmışdır. X24 şəhəri “SMD- 42” qəsəbəsi ərazisinə gediləcəyini, həmin vaxt videoçəkiliş aparılaraq üzərindən bir kibrit qutusu qurudulmuş marixuana aşkar olunacağını, daha sonra orada yerləşən köhnə yağpendir zavodunun binasına bir kiloqram narkotik vasitə qurudulmuş marixuana qoyulacağını, onun həmin qurudulmuş marixuananı təqdim edərək özünə məxsus olmasını, tapmasını bildirəcəyini ona izah etmiş, o, razılaşmışdır. Axşam saat 20 radələrində polis əməkdaşları onu Beyləqan şəhəri “SMD-42” qəsəbəsi ərazisinə aparmış, polis əməkdaşları ilə birlikdə həmin yerə çatdıqda Şahid5 ona yaxınlaşaraq bir kibrit qutusu verib cibinə qoymasını, baxış aparılan zaman üstündən aşkar olunduqda özünə məxsus olduğunu bildirməsini söyləmiş, o, həmin kibrit qutusunu əynində olan gödəkcənin sağ yan cibinə qoymuşdur. Sonra Şahid5 ona həmin ərazidə hərəkət etməsini, polis əməkdaşları gələn zaman qaçmasını, saxlanıldıqdan sonra videoçəkiliş zamanı aşkar olunacaq bütün kütlələrin ona məxsus olduğunu bildirməsini izah etmiş, o, Şahid5la razılaşmışdır. Bundan sonra polis əməkdaşları onu ərazidə qoyub özləri avtomobilə əyləşmiş, o, hərəkət etməyə başlamış və qarşıdan avtomobillə gələrək onu saxlamışlar. Bundan sonra baş verənlər onun ilkin ifadələrində göstərdiyi kimi olmuşdur. Cinayət işinin materiallarının İİ cildinin 148-ci səhifəsində olan “ibtidai istintaqın qurtarması barədə məlumat vermə haqqında” 26 avqust 2025-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqın yekunlaşması ilə razı olmamış, işlə tanış olduqdan sonra yenidən araşdırma aparılması üçün müraciət edəcəyini qeyd etmişdir. Cinayət işinin materiallarının İ cildinin 141-144-cü səhifələrində olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə Beyləqan RPŞ-nin Rahil adlı və adlarını bilmədiyi tanımadığı digər əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalması barədə atası X18 Beyləqan rayon prokurorluğu vasitəsi ilə Baş Prokurorluğa daxil olmuş müraciəti əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq Təqsirləndirilən şəxs qarşı polis Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zor, hədə-qorxu, təhqir, fiziki-psixoloji təzyiqlərə, qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması öz təsdiqini tapmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, 05 fevral 2025-ci il tarixdə, saat 15 radələrində Beyləqan şəhərinin ərazisində olarkən yanında dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes” markalı avtomobilin saxladığını, həmin vaxt avtomobildən Beyləqan RPŞ-nin Rahil və Vüsal adlı polis əməkdaşlarının düşüb ona yaxınlaşdıqlarını, onları gördükdə yaxınlaşmalarının məqsədini anladığından qaçmağa başladığını, sonuncuların arxasınca qaçıb onu tutduqlarını və avtomobillərinə əyləşdirməyə cəhd etdiklərini, lakin polis əməkdaşları fiziki zor tətbiq edib avtomobilə mindirmək istəsələr də avtomobilə minmədiyini, təqribən 15-20 dəqiqə sonra həmin əraziyə atası Rafiq Qasımov və anası Validə Qasımovanın gəldiklərini, valideyinləri hansı səbəbdən polis avtomobilinə minməməsini soruşduqda valideyinlərinə hazırda üzərində narkotik vasitə olmadığını, lakin polis şöbəsinə aparılarsa üzərinə narkotik vasitə qoyacaqlarını bildirdiyini, həmin vaxt valideyinlərinin səbirli olması və avtomobilə minməsini xahiş etdiklərini, bundan sonra avtomobilə mindiyini və qeyd olunan polis əməkdaşları tərəfindən Beyləqan RPŞ-nə aparıldığını, polis şöbəsində inzibati binanın 3-cü mərtəbəsində yerləşən xidməti otaqların birinə aparıldığını, həmin otaqda olarkən Vüsal adlı polis əməkdaşının əlində olan dəmir materialdan olan lomu ona nümayiş edib işgəncə vermədən polis əməkdaşlarının tələbləri ilə razılaşmasını ondan tələb etdiyini, buna etiraz etdikdə Vüsalın sağ əlinin 4-cü və 5-ci barmağını arxaya doğru sıxmağa çalışdığını, həmin vaxt barmağından xəsarət aldığını, bundan sonra Vüsalın üzərinə bir kiloqram narkotik vasitə qoyacağı ilə hədələdiyini, həmin vaxt başqa çıxış yolu olmadığını üçün polislərin tələbləri ilə razılaşdığını, bundan sonra həmin gün, saat 20 radələrində polis əməkdaşları tərəfindən Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında yerləşən köhnə yağ-pendir zavoduna apardıqlarını, həmin ərazidə Vüsalın “biz tikilinin içərisinə narkotik vasitə qoyacayıq, sən də aparılan videoçəkiliş zamanı həmin narkotik vasitəni qeyd edilən ərazidə sənin gizlətdiyini deyəcəksən” dediyini, həmin vaxt polis əməkdaşlarının tələbi ilə razılaşdığını, bundan sonra polis əməkdaşları tərəfindən həmin ərazidə sərbəst buraxıldığını və daha sonra videoçəkiliş aparmaqla onu əməliyyat yolu ili güya həmin ərazidə tutduqları görüntüsü yaratdıqlarını, bundan sonra hüququ və vəzifələrinin izah olunduğunu və videoçəkiliş aparılmaqla əməliyyatçı tərəfindən üzərinə baxış keçirildiyini, baxış zamanı polis əməkdaşlarının əvvəlcədən verdikləri kibrit qutusunda olan narkotik vasitəni polis əməkdaşlarını təqdim etdiyini, daha sonra polis əməkdaşlarının tikiliyə baxış keçirdiklərini və həmin ərazidən bir ədəd kisə aşkar etdiklərini, həmin kisənin içərisində 4 ədəd bağlama aşkar olunduğunu, videoçəkiliş aparılarkən döyüləcəyindən qorxaraq həmin kisənin özü tərəfindən gizlətməsini bildirdiyini, kisənin daxilində aşkar olunan narkotik vasitə marixuananın çəkisinin təxminən 8 kq müəyyən olunduğunu, daha sonra müvafiq sənədləşdirmələr aparıldığını və yenidən Beyləqan RPŞ-nə qaytarıldığını, növbəti gün müstəntiq tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla ifadəsinin alındığını və daha sonra Beləqan rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçildiyini, hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığını, Rahil adlı polis əməkdaşı tərəfindən döymə, fiziki zor və sair təzyiqlərə məruz qalmadığını, yalnız Vüsal adlı polis əməkdaşının zor tədbiq etməsi nəticəsində barmağından xəsarət aldığını bildirmişdir. Cinayət işinin materiallarının İ cildinin 47-ci səhifəsində olan Beyləqan RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı Qoşqar Hacıyev tərəfindən qəbul olunmuş “məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Cinayət işinin materiallarının İİ cildinin 83-84-cü səhifələrində olan “məhkəmə-tibbi ekspertizası”nın 09 fevral 2025-ci il tarixli, 55/25 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. Qəbul olunmuş qərarda Təqsirləndirilən şəxs bildirdiyi hallar müzakirə edilərək obyektiv şəkildə qiymətləndirilməmişdir. Həmin qərardan göründüyü kimi araşdırmanı aparan prokurorluq əməkdaşı obyektiv həqiqətin müəyyən edilməsi üçün digər sübutları əldə etməyə təşəbbüs belə göstərmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən əldə edilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə nəticələnmiş və əlavə tibbi sənədlər əldə edilməmişdir. Qərara yazmış olduğu izahatlarda Təqsirləndirilən şəxs saxlanılması vaxtı ilə bağlı ziddiyyətli vaxtlar yazılmasına baxmayaraq həmin tarixlər belə dəqiqləşdirilməmişdir. Şərh edilənlərə əsasən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması faktına dair hissəsinə qiymət verilməsi əsas götürülməklə tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin məqsədlərini şübhə altına almış olar. “İnsan hüquqlarının və X13 haqqında” 1950-ci il Roma Konvensiyasının 3-cü maddəsində deyilir ki, heç kəs işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 103 İQ nömrəli Qanunu ilə ratifikasiya olunmuş “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəsa növlərinə qarşı” 1984-cü il BMT Konvensiyasının 2-ci maddəsində göstərilir ki, hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görür. Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” iş üzrə qərarının 55-ci bəndində xüsusi olaraq qeyd etmişdir ki, polis şöbəsinin müstəntiqinin həmin şöbənin əməkdaşlarının kobud rəftarı ilə bağlı apardığı araşdırma müstəqil hesab oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına cinayət işi üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən də reaksiya verilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə Beyləqan RPŞ-nin Rahil adlı və adlarının bilmədiyi, tanımadığı digər əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalması barədə faktı ilə bağlı aparılmış araşdırma ilə qane olmaq olmaz, bu cür “yoxlamanı” işgəncə barədə iddiaları məhkəmədə araşdırmaq zərurətini ortadan qaldıran hal kimi dəyərləndirilməməlidir. Sözügedən fakt prokurorluq orqanları tərəfindən araşdırma aparan zaman aydınlaşdırılmalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2023-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmətibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. “İnsan hüquqları və X13 haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, müvəqqəti saxlama yerindən tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən saxlandıqdan sonra Beyləqan RPŞ-nə aparılaraq döyülməsi, işgəncələrə məruz qalması və hədələnməsi ilə bağlı bildirdikləri obyektiv həqiqəti özündə ifadə etmiş və cinayət işi üzrə müəyyən olunmuş həqiqi hallarla tam şəkildə uzlaşmışdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın hansı səbəbdən saxlanıldığı yerdə deyil, polis şöbəsinə aparılıb 5 saat orada saxlanıldıqdan sonra başqa əraziyə aparılıb orada baxış keçirilməsinin əsasları barədə izah verə bilməmişdir. Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə saat 19:18-də Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. İstintaq sənədlərinə inanılsa belə Təqsirləndirilən şəxs ən az 5 saat ərzində qanunsuz olaraq polis əməkdaşlarının sərəncamında olmuşdur. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Həmin qərarın 69-cu bəndində Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Həmin qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs faktiki azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən ən azı 5 saat sonra şəxsi axtarış və götürmə hərəkəti həyata keçirilmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv hallardan görünür ki, polis əməkdaşları Şahid5, Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.F.Axundov küçəsində saxlayaraq Beyləqan RPŞ-nə aparmışlar, orada üzərində şəxsi axtarış apar ılsa da hər hansı qanunsuz saxlanılmış predmet aşkar olunmamış, bundan sonra polis əməkdaşları tərəfindən təxminən 5 saat ərzində tətbiq edilmiş zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin nəticəsində polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikiliyə qoyulmuş 01 ədəd ağ rəngli kisənin içərisində üzəri yapışqan lentlə sarınmış vəziyyətdə 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2200,0 qram, 2390,0 qram, 2100,0 qram, 1340,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmasına dair etirafedici ifadə vermişdir. Bununla da Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitə qurudulmuş marixuananın ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi qurudulmuş marixuananın aşkar olunması ilə bağlı şəxsi axtarış və götürmə hərəkətləri, onların nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyri-insani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarına cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Şərh edilən hallardan göründüyü kimi prokurorluq orqanı tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması ilə bağlı kifayət qədər ətraflı araşdırma aparılmamış və obyektiv həqiqət müəyyən edilməmişdir. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan presedent olaraq “Assenov və qeyriləri Bolqarıstana qarşı işi” üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsi bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə beyə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı” iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-ü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Məhkəmə tərkibi məhkəməyədək icraat dövründə işgəncə faktı ilə bağlı aparılan araşdırmaya tənqidi yanaşır, ekspert rəyinə əsaslanan araşdırmanın Avropa Məhkəməsinin müəyyən etdiyi standartlar baxımından qaneedici sayıla və müdafiə tərəfinin işgəncə barədə iddialarını mötəbərliklə təkzib edən, məhkəməni işgəncə faktının olub-olmamasını məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmək vəzifəsindən azad edən tədqiqat kimi nəzərdən keçirilə bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlandıqdan sonra Beyləqan RPŞ-nə aparılaraq döyülməsi, işgəncələrə məruz qalması və hədələnməsi ilə bağlı bildirdiklərinə hüquqi qiymət verilən Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Konrekt olaraq “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsi bildirir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən “inter alia” hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmətibbi ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı yoxlamadan yalnız məhkəməyədək icraat dövründə aparılmış araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafedici ifadəni mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Məhkəmə tərkibi təhlil edilən halla bağlı belə nəticəyə gəlir ki, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərara görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (Cinayət-Prosessual Məcəlləsi, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması faktı ilə bağlı prokurorluq orqanlarında araşdırma aparılsa da qəbul olunmuş qərarın surətinin ona göndərilmədiyini, polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması nəticəsində barmaqlarında xəsarətlər yarandığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması faktı və prokurorluq orqanı tərəfindən müvafiq araşdırmanın formal aparılması barədə bildirdikləri məhkəmə istintaqı zamanı toplanmış təkzib olunmaz sübutlar ilə öz təsdiqini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti özündə əks etdirməsi təsdiqini tapmışdır. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş Quliyev Vəkil Yelmar oğlu hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülməsi, işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız təhqiqatçı və müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. Müdafiəçi Vəkil Quliyev Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti icra edilən zaman “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının tələblərinə əməl edilməməsinə baxmayaraq hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, cinayət işi üzrə müstəntiqə ifadə vermiş, cinayəti etiraf etmişdir. Lakin hazırda göstərmək istəyir ki, həmin narkotik vasitə ona məxsus deyildir. Polis əməkdaşları tərəfindən bir bükümdə narkotik vasitə üzərinə qoyulmuş, Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikiliyə baxış keçirilərkən özündə olmamışdır. Oradan götürülən narkotik vasitə ona məxsus deyildir. Özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs bu ifadəsi ilə bağlı müdafiəçi Vəkil Quliyev tərəfindən ibtidai istintaq orqanına hər hansı bir vəsatət verilməmişdir. Hansı ki, 11 fevral 2025-ci il tarixinə kimi Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X19rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. Məhkəmə tərkibi müəyyən edir ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun əsas elementlərindən biri olan müdafiəçi ilə konfidensial görüş hüququ faktiki olaraq təmin edilməmişdir. Bu səbəbdən yalnız Təqsirləndirilən şəxs məlum olan, iş üzrə həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən hallar vaxtında və tam şəkildə açıqlanmamışdır. Məhkəmə tərkibi hesab edir ki, müdafiəçi Vəkil Quliyev ilə konfidensial görüş baş tutmuş olsaydı, Təqsirləndirilən şəxs real vəziyyəti sərbəst və maneəsiz şəkildə müdafiəçiyə bildirə bilərdi. Göstərilən pozuntu müdafiə hüququnun fundamental pozuntusudur, ədalətli məhkəmə araşdırması prinsipini kobud şəkildə pozaraq iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə ciddi və birmənalı şəkildə mane olmuşdur. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ilkin şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələr verməsi ona “praktik, səmərəli və keyfiyyətli” hüquqi yardım göstərilməsi təmin edilmədiyindən almışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi və müdafiə hüqunun pozulması ilə alınmasını təsdiq edir. Bu əsasa görə də “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadələrinin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq mərhələsində müdafiə tərəfi tərəfindən iş üzrə halların hərtərəfli, obyektiv və tam araşdırılması üçün əhəmiyyət kəsb edə biləcək bir sıra istintaq hərəkətlərinin aparılması barədə vəsatətlər verilmişdir. Cinayət işinin materiallarının İ cildinin 159-160-cı səhifələrində olan Müdafiəçi tərəfindən verilmiş Təqsirləndirilən şəxs tutulduğu yer kimi göstərilən hadisə yerinə sonuncunun işitrakı ilə baxış keçirilməsinə dair vəsatəti cinayət işinin materiallarının İ cildinin 167-ci səhifəsində olan “vəsatətə baxılması haqqında” 18 aprel 2025-ci il tarixli qərarla rədd edilmişdir. Cinayət işinin materiallarının İ cildinin 161-162-ci səhifələrində olan Müdafiəçi tərəfindən verilmiş Beyləqan rayonu, X36 küçəsində yerləşən X7 məxsus olan kameralardan 05 fevral 2025-ci il tarixə saat 14:00-dan saat 16:00-dək olan kamera görüntülərinin götürülməsinə dair vəsatəti cinayət işinin materiallarının İ cildinin 169-cu səhifəsində olan “vəsatətə baxılması haqqında” 18 aprel 2025-ci il tarixli qərarla rədd edilmişdir. Cinayət işinin materiallarının İ cildinin 163-164-ci səhifələrində olan Müdafiəçi tərəfindən verilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə dair 05 fevral 2025-ci il tarixdə saat 14:00-dan saat 23:00-dək anten (olduğu yer) dairələr və ötürücü stansiyalar barədə vəsatəti cinayət işinin materiallarının İ cildinin 165-ci səhifəsində olan “vəsatətə baxılması haqqında” 18 aprel 2025-ci il tarixli qərarla rədd edilmişdir. Göründüyü kimi həmin vəsatətlər sübutların toplanması, müəyyən prosessual hərəkətlərin keçirilməsi və digər araşdırma tədbirlərinin görülməsi ilə bağlı olmuşdur. Lakin, iş materiallarından görünür ki, bu vəsatətlər müstəntiq tərəfindən formal və ümumi ifadələrlə, konkret hüquqi və faktiki əsaslar göstərilmədən rədd edilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbinə görə, cinayət təqibi orqanı işi hərtərəfli, tam və obyektiv araşdırmalı, həm ittihamı, həm də müdafiəni təsdiq edən halları eyni dərəcədə yoxlamalıdır. Tərəflərin bərabərliyi və çəkişmə prinsipi müdafiə tərəfinə sübutların toplanmasında və təqdim olunmasında real və effektiv imkanların verilməsini tələb edir. Müdafiə tərəfinin vəsatətinin rədd edilməsi isə yalnız o halda mümkündür ki, bunun zəruriliyi konkret sübutlarla əsaslandırılsın və qərarda müdafiə tərəfinin arqumentlərinə mahiyyəti üzrə hüquqi qiymət verilsin. Lakin hazırkı iş üzrə vəsatətlərin rədd olunmasına dair qərarlar göstərir ki, müdafiə tərəfinin irəli sürdüyü arqumentlərə faktiki və hüquqi baxımdan qiymət verilməmiş, rəddetmənin səbəbləri işin halları ilə əlaqələndirilməmiş, prosessual qərarlar şablon xarakter daşımışdır. Bu isə müdafiə hüququnun formal təmin edilməsi ilə kifayətlənildiyini, onun real və effektiv həyat keçirilməsi üçün zəruri şəraitin yaradılmadığını göstərir. Məhkəmə tərkibi hesab edir ki, müdafiə tərəfinin təşəbbüsü ilə aparıla biləcək istintaq hərəkətlərinin əsassız olaraq həyata keçirilməməsi sübutların toplanmasında birtərəfli yanaşmaya səbəb olmuş, cinayət təqibinin obyektivliyinə xələl gətirmişdir. İstintaq orqanının yalnız ittiham mövqeyini dəstəkləyən sübutların toplanmasına üstünlük verməsi, müdafiə tərəfinin isə prosessual təşəbbüslərinin nəticəsiz qoyulması tərəflərin faktiki qeyri-bərabər vəziyyətə salınması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarına, habelə İnsan Hüquqları və X13 haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəsin ədalətli məhkəmə araşdırması hüququ vardır və bu hüquq müdafiənin real və səmərəli həyata keçirilməsini ehtiva edir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, müdafiə hüquqi yalnız formal xarakter daşımamalı, müdafiə tərəfi ittiham tərəfi ilə bərabər prosessual imkanlara malik olmalıdır. Müdafiə tərəfinin sübutların toplanması və araşdırılması ilə bağlı əsaslı vəsatətinin rədd edilməsi bu prinsipə zidd olmaqla ədalətli araşdırma hüququnun pozulması kimi qiymətləndirilə bilər. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq mərhələsində müdafiə tərəfinin vəsatətlərinin əsaslandırılmamış qaydada təmin edilməməsi müdafiə hüququnun məhdudlaşdırılması ilə nəticələnmiş, tərəflərin bərabərliyi və çəkişmə prinsipinə uyğun olmayan praktikanın tətbiqinə səbəb olmuşdur. Həmin prosessual qərarlar qanunun tələblərinə cavab vermədiyindən məhkəmə tərəfindən əsassız hesab edilir. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, məhkəmə araşdırması mərhələsində göstərilən pozuntuların mümkün nəticələrinin aradan qaldırılması, tərəflərin prosessual bərabərliyinin təmin olunması və müdafiə hüququnun real şəkildə həyata keçirilməsi üçün zəruri şərait yaradılmış, tərəflərə sübutların təqdim edilməsi və araşdırılması üçün tam imkan verilmişdir. Beləliklə, məhkəmə ibtidai istintaq mərhələsində müdafiə tərəfinin sözügedən vəsatətlərinin təmin edilməməsini qanunsuz və əsassız hesab edir, bu halları müdafiə hüququnun pozulması konteksində qiymətləndirir və istintaq orqanının həmin qərarlarına tənqidi yanaşır. Cinayət işinin materiallarının İİ cildinin 29-30-cu səhifələrində olan Beyləqan rayon prokurorluğunda qəbul olunmuş “qərardan verilmiş şikayətə baxılması haqqında” 07 iyul 2025-ci il tarixli qərardan görünür ki, Müdafiəçi tərəfindən verilmiş Beyləqan rayonu, X36 küçəsində yerləşən X7 məxsus olan kameralardan 05 fevral 2025-ci il tarixə saat 14:00dan saat 16:00-dək olan kamera görüntülərinin götürülməsinə dair vəsatətinin rədd edilməsinə dair “vəsatətə baxılması haqqında” 18 aprel 2025-ci il tarixli qərardan verdiyi şikayət təmin olunmuş və həmin qərar ləğv olunmuşdur. Cinayət işinin materiallarının İİ cildinin 43-44-cu səhifələrində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Beyləqan şəhəri, M.F.Axundov küçəsində yerləşən 12 nömrəli evdə yaşayan X5 yaşadığı mənzilin həyətinə giriş qapısının sağ tərəfində 2019-cu il tarixdən işləməyən 1 (bir) ədəd müşahidə kamerasının olması müəyyən edilmiş və həmin kamera işləmədiyi üçün kameranın yaddaşına baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müdafiəçi tərəfindən Cinayət- Prosessual Məcəlləsinin 92, 121 və 143-cü maddələrinə uyğun olaraq hadisə yerinə yaxın ərazidə quraşdırılmış müşahidə kameralarının görüntülərinin götürülməsi barədə vəsatət verilmişdir. Həmin vəsatət istintaq orqanı tərəfindən təmin edilməmiş, bu barədə qəbul edilmiş qərar əsaslandırılmamışdır. Halbuki Cinayət-Prosessual Məcəlləsinin 28 və 138-ci maddələrinin tələblərinə görə cinayət təqibi həyata keçirilərkən sübutlar obyektiv, hərtərəfli və tam araşdırılmalı, həm ittihamı təsdiq edən, həm də onu təkzib edən hallar eyni qaydada yoxlanılmalıdır. Videogörüntülər kimi tez itirilə bilən sübut mənbələrinin operativ qaydada təmin edilməməsi sübutetmə vəzifəsinin lazımi qaydada icra olunmamasını göstərir. Yalnız üç ay sonra prokuror tərəfindən əvvəlki qərarın ləğv edilərək baxış keçirilməsi faktiki olaraq gecikmiş prosessual hərəkət olmuş, nəticədə kameraların işləmədiyi barədə qeyd aparılmışdır. Məhkəmə tərkibi hesab edir ki, istintaq orqanının vaxtında tədbir görməməsi mümkün sübut mənbəyinin itirilməsinə şərait yaratmış, bununla da müdafiə tərəfinin sübut toplamaq və təqdim etmək hüququ faktiki olaraq məhdudlaşdırılmışdır ki, bu da Cinayət-Prosessual Məcəlləsinin 19 və 32-ci maddələrində təsbit olunmuş müdafiə hüququ və tərəflərin bərabərliyi prinsipinə ziddir. Qeyd olunan pozuntu aradan qaldırılması mümkün olmayan şübhələr doğurur və Cinayət-Prosessual Məcəlləsinin 21 və 145-ci maddələrinin mənasına uyğun olaraq həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Buna görə də məhkəmə tərkibi istintaq mərhələsində yol verilmiş göstərilən prosessual nöqsanları ittiham tərəfinin sübutetmə yükü konteksində qiymətləndirir və onların nəticələrini təqsirləndirilən şəxsin əleyhinə qəbul etməyi mümkün hesab etmir. Cinayət işinin materiallarının İİ cildinin 32-33-cu səhifələrində olan Beyləqan Rayon prokurorluğunda qəbul olunmuş “qərardan verilmiş şikayətə baxılması haqqında” 07 iyul 2025-ci il tarixli qərardan görünür ki, Müdafiəçi tərəfindən verilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə dair 05 fevral 2025-ci il tarixdə saat 14:00-dan saat 23:00-dək anten (olduğu yer) dairələr və ötürücü stansiyalar barədə məlumatların götürülməsinə dair vəsatətinin rədd edilməsinə dair “vəsatətə baxılması haqqında” 18 aprel 2025-ci il tarixli qərardan verdiyi şikayət təmin olunmuş və həmin qərar ləğv olunmuşdur. Cinayət işinin materiallarının İİ cildinin 56-57-ci səhifələrində olan Beyləqan Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 5(020)-57/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin 01 yanvar 2025-ci il tarixdən 05 fevral 2025-ci il tarixədək anten dairəsi barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan hər iki mobil nömrə üzrə anten məlumatlarının əldə edilməsi barədə vəsatət verilmiş, lakin istintaq orqanı bu vəsatəti tam icra etməyərək bir nömrə üzrə məlumatları toplamışdır. Digər nömrə üzrə məlumatların toplanmaması heç bir əsaslı səbəblə izah olunmamış, nəticədə sübutların toplanmasında birtərəfli yanaşmaya yol vermiş və cinayətprosessual qanunvericilikdə üzərinə qoyulmuş vəzifəni icra etməmişdir. Məhkəmə istintaqı mərhələsində digər nömrə üzrə anten məlumatlarının əldə olunaraq tədqiq edilməsi həmin sübutun təqsirləndirilən şəxsin xeyrinə olduğunu göstərmişdir. Bu halın özü belə istintaq orqanın müdafiə tərəfinin vəsatətinə formal və natamam münasibət göstərdiyini təsdiq edir. Məhkəmə tərkibi hesab edir ki, sübutların seçmə qaydada toplanması cinayət mühakimə icraatının obyektivlik və yaranmış şübhələr ittiham tərəfinin sübutetmə yükü cərçivəsində qiymətləndirilməlidir. Aradan qaldırılması mümkün olmayan şübhələr isə qanunun tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs xeyrinə şərh edilməlidir. Cinayət işinin materiallarının İİ cildinin 35-36-cu səhifələrində olan Beyləqan rayon prokurorluğunda qəbul olunmuş “qərardan verilmiş şikayətə baxılması haqqında” 07 iyul 2025-ci il tarixli qərardan görünür ki, Müdafiəçi tərəfindən verilmiş Təqsirləndirilən şəxs tutulduğu yer kimi göstərilən hadisə yerinə sonuncunun işitrakı ilə baxış keçirilməsinə dair vəsatətinin rədd edilməsinə dair “vəsatətə baxılması haqqında” 18 aprel 2025-ci il tarixli qərardan verdiyi şikayət təmin olunmuş və həmin qərar ləğv olunmuşdur. Cinayət işinin materiallarının İİ cildinin 97-ci səhifəsində olan “təqsirləndirilən şəxsin hadisə yerinə baxış keçirilməsindən imtina etməsi barədə” 23 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “ifadəsində göstərdiyi xüsusatların təmin olunmadığını qeyd edərək, hadisə yerinə getməkdən imtina etdiyini” bildirmişdir. Məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin saxlanıldığı yerə və hadisənin baş verdiyi şəraitə baxış keçirilməsi barədə verilmiş vəsatət istintaq orqanı tərəfindən heç bir obyektiv və hüquqi əsas göstərilmədən təmin edilməmişdir. Bu qərar yalnız üç ay sonra müdafiəçinin şikayəti əsasında ləğv edilmişdir ki, həmin müddət ərzində iş üçün əhəmiyyətli olan faktiki vəziyyətin dəyişməz şəkildə qeydə alınması imkanı faktiki olaraq itirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, bu hal istintaqın sübutların toplanmasına selektiv və qeyri-obyektiv yanaşdığını, müdafiə tərəfinin təşəbbüslərinə isə formal münasibət göstərdiyini nümayiş etdirir. Sonradan, əlavə olaraq 1 (bir) ay 15 (on beş) gün keçdikdən sonra təqsirləndirilən şəxsə baxış keçirilməsinin təklif edilməsi prosessual fəallıq görüntüsü yaratmağa yönəlmiş gecikmiş addım təsiri bağışlayır. Təqsirləndirilən şəxs “ifadəsində göstərdiyi xüsusatların təmin olunmadığını qeyd edərək, hadisə yerinə getməkdən imtina etdiyini” göstərməsi məntiqi və əsaslıdır. Çünki sübutların operativ və dəyişməz şəraitdə toplanması istintaqın bilavasitə vəzifəsidir və bu vəzifənin icrasındakı ləngimə müdafiə tərəfinin üzərinə keçirilə bilməz. Məhkəmə tərkibi vurğulayır ki, sübutların vaxtında və hərtərəfli toplanmaması, müdafiə vəsatətlərinin əsassız şəkildə rədd edilməsi və yalnız şikayətdən sonra qərarın ləğv olunması istintaqın obyektivlik, tərəflərin bərabərliyi və müdafiə hüququ prinsiplərinə lazımi səviyyədə riayət etmədiyini göstərir. Belə prosessual davranış mümkün olmayan şübhələr Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə şərh edilməli, bu nöqsanların mənfi nəticələri onun əleyhinə qiymətləndirilməməlidir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən Şahid1, Şahid2, Şahid3 və Şahid4 adlı polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair, Şahid5, Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsi ilə bağlı şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. İbtidai istintaq zamanı eyni məzmunlu ifadələr verən polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 5 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və Beyləqan şəhəri, S.İmrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu adlanan ərazidə yerləşən tikilidə saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, sonuncunun yerinin dəqiqləşdirildiyini və Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində saxladıqlarını, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etdiyini, Təqsirləndirilən şəxs Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsindəki yağ-pendir zavodu ərazisindəki köhnə tikililərdən birində külli miqdarda narkotik vasitə saxlaması ilə razılaşaraq təqdim edəcəyini bildirdiyini, narkotik vasitəni gizlətdiyi tikiliyə tərəf getdiyini, həmin tikiliyə çatdıqda Təqsirləndirilən şəxs tikilini göstərib narkotik vasitənin həmin tikilidə olduğunu bildirdiyini, içəri daxil olub otaqlara baxdıqlarını, sonra Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yerə tərəf gedərək kisəni göstərdiyini, kisənin içərisindən 4 ədəd qara rəngli bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu bildirmişlər. İbtidai istintaq zamanı "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 05 fevral 2025-ci il tarixdə saat 11:37-dən saat 16:18-dək sabit olaraq “Beylaqan r-nu ATS” adlı antenin əhatə dairəsində olmuşdur. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 05 fevral 2025-ci il tarixdə saat 09:11dən saat 13:30-dək sabit olaraq “Beylaqan ray. ATS” adlı antenin əhatə dairəsində olmuşdur. Saat 13:30-dən sonra isə həmin nömrənin anten dairəsi olmamışdır. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, ünvan 2 ünvanında “Beylaqan ray. ATS”, “Beylaqan r-nu”, “BEYLAQAN s., ATS” adlı, Beyləqan şəhəri, Zərifə Əliyevə küçəsi 3-də “Beyləqan şəh. 20 Yanvar küçəsi 80A”, “Beylaqan ray”, Beyləqan şəhəri, “Beylaqan r-nu ATS”,“BEYLAQAN s., ATS”, M.F.Axundov küçəsi 12-də “Beylaqan ray. ATS”, “BEYLAQAN s., ATS”, “Beylaqan r-nu” və “Beylaqan ray” adlı ötürücü stansiyalar mövcuddur. Şəhər daxili antenlər təxmini 0,5-1,5 km, şəhər kənarı 5 km radusa qədər xidmət verə bilər. İbtidai istintaq zamanı "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən saat 13:24-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və danışığın olması qeydə alınmışdır. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, Şahid1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin anten dairəsi 05 fevral 2025-ci il tarixdə saat 17:38-dən saat 20:40-dək sabit olaraq “Beyləqan şəh. 20 Yanvar küçəsi 80A” adlı antenin təsir dairəsində qalmışdır. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, Şahid4 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin anten dairəsi 05 fevral 2025-ci il tarixdə saat 02:51-dən saat 20:08-dək, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin anten dairəsi 05 fevral 2025-ci il tarixdə saat 13:17-dən saat 20:32-dək sabit olaraq “LSVN2054O5/LSVN2054 Beylagan/Beyləqan şəh., M.Ə.Rəsulzadə küç, Beyləqan Rayon İcra Hakimiyyəti yanı/Beylagan/ (39.772xx/xx.61706)” adlı antenin əhatə dairəsində qalmışlar. Cinayət işinin materiallarının İ cildinin 188-192-ci səhifələrində olan “şahidin dirilməsi haqqında” 05 may 2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 Beyləqan RPŞ-də saat 11:00-dan başlayaraq şaat 12:20-dək şahid qismində dindirilmiş, lakin "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi sabit qalmamış, saat 11:00-dan saat 12:44-dək “SVN1292C/GSVN1292 Kebirly/Beyləqan rayonu, Kəbirli kəndi/Beylagan/ (39.84xx/xx.52831)”, “LQRB1909G1/LQRB1909 Qacar k./Füzuli rayonu Qacar kəndi/Fizuli/ (39.639xx/xx.04376)”, “LSVN3523O3/LSVN3523 Tezekend_B/Beyləqan rayonu, Təzəkənd kəndi/Beylagan/ (39.811xx/xx.58597)”, “LSVN6194O2/LSVN6194 Garadolag/Ağcabədi rayonu, Qaradolag kəndi/Aghjabadi/ (39.931xx/xx.47153)”, “LSVN2054O5/LSVN2054 Beylagan/Beyləqan şəh., M.Ə.Rəsulzadə küç, Beyləqan Rayon İcra Hakimiyyəti yanı/Beylagan/ (39.772xx/xx.61706)” adlı antenlərin təsir dairəsinə düşmüşdür. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, Şahid3 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin anten dairəsi 05 fevral 2025-ci il tarixdə saat 12:07-dən saat 20:09-dək sabit olaraq “USVN2054Q/USVN2054 Beylagan/Beyləqan şəh., M.Ə.Rəsulzadə küç, Beyləqan Rayon İcra Hakimiyyəti yanı/Beylagan/ (39.772xx/xx.61706) adlı antenin əhatə dairəsində qalmışdır. Cinayət işinin materiallarının İ cildinin 215-218-ci səhifələrində olan “şahidin dirilməsi haqqında” 23 may 2025-ci il tarixli protokoldan görünür ki, Şahid3 Beyləqan RPŞ-də saat 16:05-dən başlayaraq saat 17:15-dək şahid qismində dindirilmiş, lakin"xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi saat 16:19-dan saat 17:02-dək “UBBK3853E/GBBK3853 İsali Market/Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 26a/Khatai/ (40.399xx/xx.9536)” və “UBBK3859A/GBBK3859 8km Park/Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində, H. Əliyev adına parkın ərazisində /Khatai/ (40.397xx/xx.94429)” adlı antenlərin əhatə dairəsində qalmışdır. İbtidai istintaq zamanı eyni məzmunlu ifadələr verən polis əməkdaşları Şahid5, Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmadığını, sonuncunun saxlanılması barədə məlumatı sonradan eşitdiklərini bildirmişlər. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, Şahid6 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə 05 fevral 2025-ci il tarixdə saat 10:04-dən saat 11:19-dək sabit olaraq “Beylaqan ray. ATS”, “BEYLAQAN s., ATS” adlı, saat 12:16-da “Beylaqan ray” adlı, saat 12:25-də “Beyləqan şəh. 20 Yanvar küçəsi 80A” adlı, saat 12:40-da “BEYLAQAN s., ATS” adlı, saat 12:50-də “Beylaqan ray” adlı, saat 13:29-da “BEYLAQAN s., ATS” adlı, saat 14:35-də “Beylaqan ray” adlı və saat 15:34-də “Beyləqan şəh. 20 Yanvar küçəsi 80A” adlı antenlərin əhatə dairəsində olmuşdur. Göründüyü kimi Şahid6 istifadəsində olan telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi eyni antenlərin əhatə dairəsində olmuşdur. Şahid6 ifadəsində Təqsirləndirilən şəxsla bağlı keçirilən əməliyyat tədbirindən məlumatı olmadığını və sonuncunun saxlanmasında iştirak etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid6 yalan ifadə verdiyini və saxlanılmasında iştirak etdiyini bildirmişdir. Cinayət işinin materiallarının İ cildinin 219-221-ci səhifələrində olan “şahidin dirilməsi haqqında” 26 may 2025-ci il tarixli protokoldan görünür ki, Şahid6 saat 11:05-dən başlayaraq şaat 11:55-dək şahid qismində dindirilmiş, lakin Şahid6 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin anten dairəsi sabit qalmamış, həmçinin “Beyleqan r-nu, Sefeq kendi” adlı antenin təsir dairəsinə düşmüşdür. Cinayət işinin materiallarından görünür ki, ünvan 4 ünvanında yerləşir, "xxxx" MMC-dən alınmış məlumatlardan isə görünür ki, Beyləqan şəhəri, Zərifə Əliyevə küçəsi 3-də “Beyləqan şəh. 20 Yanvar küçəsi 80A”, “Beylaqan ray”, Beyləqan şəhəri, “Beylaqan r-nu ATS”,“BEYLAQAN s., ATS” adlı ötürücü stansiyalar mövcuddur. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, Şahid7 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə 05 fevral 2025-ci il tarixdə saat 10:35-dən saat 11:42-dək sabit olaraq “BEYLAQAN s., ATS” adlı, saat 11:121-da “Beyləqan şəh. 20 Yanvar küçəsi 80A” adlı, saat 11:31-də “Beyleqan r-nu, Sefeq kendi” adlı, saat 13:01-dən saat 15:16-dək “BEYLAQAN s., ATS” adlı antenlərin əhatə dairəsində olmuşdur. Şahid7 istifadəsində olan telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi eyni antenlərin əhatə dairəsində olmuşdur. Şahid7 ifadəsində Təqsirləndirilən şəxs saxlanılması vaxtını və tarixini tam xatırlamadığını, işə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə ilə həbs olunması barədə məlumat aldığını, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid7 yalan ifadə verdiyini və saxlanılmasında iştirak etdiyini bildirmişdir. Şahid5 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini bildirsə də, iş materialları həmin ifadəni təkzib edir və sonuncunun Təqsirləndirilən şəxs saxlanılmasında birbaşa iştirak etdiyini təsdiq edir. Bu ziddiyyət şahidin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin obyektivliyini şübhə altına alır və ifadənin iş üzrə digər sübutlarla uzlaşmadığını göstərir. Məhkəmə tərkibi hesab edir ki, sübutların qarşılıqlı müqayisəli təhlili nəticəsində polis əməkdaşları olan şahidlərin məhkəmədəki bəyanatları inandırıcı hesab edilə bilməz və iş materiallarında əks olunan rəsmi sübutlara, o cümlədən elektron sübutlara üstünlük verilməlidir. Beyləqan Rayon İcra Hakimiyyətindən daxil olmuş 04 noyabr 2025-ci il tarixli, 5-37/2- 1014/2025 nömrəli məktubdan görünür ki, “SMD-42” adlanan ərazi Beyləqan şəhər inzibati ərazi dairəsinə daxildir və həmin ərazidə şəhərin Niyazi, Cəmşid Naxçıvanski, İmadəddin Nəsimi, Kərim Kərimov, Rahil Məmmədov, Səttarxan, Zülfü Qədimov və digər küçələri mövcuddur. Beyləqan şəhəri “SMD-42 adlanan ərazidə yerləşən köhnə pendir zavodu ünvan 5 ünvanında yerləşir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən yaradılmış unvanportali.az elektron portalına əsasən Zülfü Qədimov küçəsi giriş 7 ünvanı 723143.917, ********.60838 N koordinatında yerləşir. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, Beləqan şəhəri, Zülfü Qədimov küçəsində xidmət verən "xxxx" MMC-yə aid ötürücü antenlər “Beylaqan r-nu” və “Beyleqan r-nu, RTS qes” adlıdır. Cinayət işinin materiallarına əlavə olunmuş Beyləqan rayon İHB-nın Beyləqan şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan və digər rəsmi sənədlərdən görünür ki, X23 vəfat etdiyi günə kimi ünvan 6 ünvanda yaşamışdır. Polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən eyni ifadələrin, sadəcə olaraq şahidlərin anket məlumatları dəyişdirilməklə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ifadələrində bildirilən yerdə və formada saxlanılmamış, sonuncu 05 fevral 2025-ci il tarixdə saat 14 radələrində Beləqan şəhəri, M.F.Axundov küçəsində polis əməkdaşları Şahid5, Şahid6 və Şahid7 tərəfindən tanışı Şahid9 ilə birlikdə saxlanılaraq Beyləqan RPŞ-nə aparılmışdır. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 adlı polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair, Şahid5, Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsi ilə bağlı şahid qismində həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X6rşı” və bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan gün evdə olmuşdur. Faiqə zəng edib ondan 10 manat pul istəmiş, Faiqlə telefonda danışan zaman Kənanın səsini eşitmiş və Faiqə ondan Kənana salam deməsini bildirmişdir. Faiqlə telefonda danışan vaxtı Kənan Faiqin yanında olmuşdur. Daha sonra Faiqdən pul alıb xəstəxanaya getmək üçün Faiqlə görüşməyə getmişdir. Faiqin olduğu yerə getmiş, həmin vaxtı polis əməkdaşları Faiqi tutmuşdular. Faiqi görəndə polis əməkdaşları Faiqi döyüb avtomobilə basırdılar, həmin vaxt polis əməkdaşlarına yaxınlaşıb Faiqi polis əməkdaşlarından aralamışdır. Polis əməkdaşları onu kənara çəkib vurmuşlar. Faiqin atası ilə anası gəlmiş, ondan sonra polis əməkdaşları onu vurmamışlar. Polis əməkdaşlarından Rahil, Vüsal və qonşularında olan qara rəngli “Mercedes” (dörd fara) markalı dövlət qeydiyyat nişanı **-LG-*** nömrəli avtomobilin sahibi Pərviz adlı polis əməkdaşını tanımışdır. Polis əməkdaşları Faiqi həmin avtomobilə mindirmək istəmişlər. Polis əməkdaşları onu da polis şöbəsinə aparmışlar. Onu polis şöbəsində bir gün yarım saxladıqdan sonra buraxmışlar. Faiqlə onu ayrı-ayrı avtomobillərdə polis şöbəsinə aparmışlar. Polis şöbəsinə çatdıqdan bir neçə dəqiqədən sonra Faiqi gətirmişlər. Onları 05 fevral 2025-ci il tarixdə saxlayıb polis şöbəsinə aparmışlar, onu 07 fevral 2025-ci il tarixdə polis şöbəsindən buraxmışlar. Kənanın Faiqin yanında olduğunu telefonda bilmişdir. Faiqlə onu polis əməkdaşları tutan vaxt Kənan şirniyyat mağazasına şirniyyat almağa getmişdir. Sonradan bildirmişdir ki, Kənan şirniyyat alıb Faiqin yanına gələcəkmiş, polis şöbəsindən onu buraxanda əməliyyatçılar ona “səni buraxırıq sonra gedib məhkəmədə şahidlik etsən səni də tutarıq” demişlər. Əvvəllər dava-dalaş etdiyinə görə həbs olunmuşdur. Faiqin narkotik vasitə ilə bağlı həbs olunmağını eşitmişdir. Faiqin narkotik vasitə satmasını eşitməmişdir. Məhkəmə iclasında Şahid9 hadisə ilə bağlı ardıcıl, məntiqi və real ifadə vermiş, həmin ifadə digər sübutlarla müqayisədə ziddiyyət təşkil etməmişdir. Lakin Beyləqan RPŞdən daxil olmuş 27 yanvar 2026-cı il tarixli məktubda göstərilmişdir ki, Şahid9 Beyləqan RPŞ-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 tərəfindən ictimai qaydanı pozduğuna görə 04 fevral 2025-ci il tarixdə saat 23:30-da Beyləqan RPŞ-nə gətirilmiş, 06 fevral 2025ci il tarixdə Şahid9 barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 (əlli) manat məbləğində cərimə olunaraq həmin tarixdə sərbəst buraxılmışdır. Bununla bağlı Şahid9 ifadəsində bildirmişdir ki, Beyləqan RPŞ-nin verdiyi məlumat yalan məlumatdır, ərazidə olan kamera görüntüləri götürülsə kamera görüntülərindən görünər ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onun yanında olmuş və onları bir yerdə saxlayıb polis şöbəsinə aparmışlar. 05 fevral 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. 07 fevral 2025-ci il tarixdə polis şöbəsindən buraxılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə dəqiqə əvvəl ***-***-**-** saylı nömrə ilə Faiqə zəng etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən şahidi olmuşdur. Təqsirləndirilən şəxsla onu bir yerdə saxlamışlar. Polis şöbəsindən 07 fevral 2025-ci il tarixdə buraxmışlar. Təqsirləndirilən şəxs 10 manat borca pul almaq üçün ona zəng etmişdir. Heç bir cərimə ödəməmişdir. İcra və Probasiyadan ona cərimə olunması ilə bağlı heç kim məlumat verməmişlər. Polis şöbəsindən buraxılan zaman ona cərimə yazdıqlarını demişlər, o da kağızı aparıb Cinayət Axtarış Bölməsinin rəisinə vermiş və cəriməni ödəmək üçün pulu olmadığını demişdir. Hazırda fikirləşmişdir ki, bəlkədə cərimənin üzərinə əlavə faizlər gəlmişdir. Cərimənin ödənilib-ödənilməməsi ilə bağlı heç bir məlumatı olmamışdır. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, həqiqətəndə Şahid9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 05 fevral 2025-ci il tarixdə saat 13:28də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və aralarında 133 saniyə danışıq olmuş, həmin vaxtı Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinin anten məlumatı “Beylaqan ray. ATS” adlı antenin əhatə dairəsini göstərmişdir. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, M.F.Axundov küçəsi 12də “Beylaqan ray. ATS”, “BEYLAQAN s., ATS”, “Beylaqan r-nu” və “Beylaqan ray” adlı ötürücü stansiyalar mövcuddur. Göründüyü kimi polis şöbəsi tərəfindən iş üzrə təqdim olunmuş yazılı məlumat məhkəmə iclasında bilavasitə tədqiq edilən sübutlarla və şahid ifadələri ilə uzlaşmamış, bir sıra hallarda isə onlarla açıq ziddiyyət təşkil etmişdir. Düzgün və tam məlumatın təqdim edilməməsi, faktiki halların natamam və ya təhrif olunmuş şəkildə rəsmiləşdirilməsi məhkəməni səhv nəticəyə yönləndirə biləcək xarater daşımışdır. Məhkəmə tərkibi hesab edir ki, istintaq orqanının üzərinə düşən sübutları düzgün təqdim etməkdən ibarət olduğu halda, belə yanaşma cinayət mühakimə icraatının ədalət, obyektivlik və qanunculuq prinsipləri ilə uzlaşmır. Beyləqan RPŞ-i tərəfindən yalnış məlumatın təqdim edilməsi məhkəmə nəzarətinin effektivliyinə xələl gətirmiş və ədalətli məhkəmə araşdırması hüququna təhlükə yaratmışdır. Belə hallara tənqidi yanaşılmalı, həmin məlumatlar sübut kimi etibarlı hesab edilməməli və onların doğurduğu şübhələr təqsirləndirilən şəxsin əleyhinə deyil, xeyrinə qiymətləndirilməlidir. Cinayət işi materiallarının İİ cildinin 55-ci səhifəsində olan narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqan tərəfindən əməliyyat tapşırığı verilmiş 28 iyul 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı nə vaxt, haradan və ya kimdən əldə etməsi, eləcə də Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda qurudulmuş marixuananı kimlərə satması müəyyən olunmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 28 iyul 2025-ci il tarixli məktubla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından və özündə həqiqəti əks etdirən məlumatlar təsbit etmədiyindən cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materiallarında olan “məhkəmə-bioloji ekspertizası”nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi və ona aid olması sübuta yetirilməyən qurudulmuş marixuana ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddəyə dair əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabbinodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Cinayət işinin materiallarının İ cildinin 154-158-ci səhifələrinə əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, X29 Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək 05 fevral 2025-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs üzərinə Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitə qoyulduğunu və RPŞ-nin əməkdaşları tərəfindən oğlunun fiziki zorakılığa məruz qaldığını qeyd edərək həmin şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. X1 Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək 05 fevral 2025-ci il tarixdə əri Təqsirləndirilən şəxs üzərinə Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitə qoyulduğunu qeyd edərək həmin şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hər iki müraciət üzrə toplanmış 62C- 25 nömrəli araşdırma materialı nəticəsində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, bu vəziyyət qanunsuzdur-çünki eyni vaxtda həm polis müstəntiqinin istintaq aparması, həm də prokurorluq orqanları paralel şəkildə araşdırma aparırsa, bu, cinayət-prosessual qanunvericiliyin qarışdırılması və pozulması deməkdir. Cinayət-Prosessual Məcəlləsinin 84, 85, 143 və 215-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində istintaqı yalnız ibtidai istintaq orqanı aparmalı, prokurorluqda isə nəzarət funksiyası həyata keçirilməli idi. Təqsirləndirilən şəxs barəsində araşdırma aparmaq, izahat almaq, sübut toplamaq əgər həmin iş üzrə ibtidai istintaqın aparılması prokurorluğa tapşırılmamışdırsa, səlahiyyətlərinə daxil deyildir. Beləliklə, müəyyən edilir ki, ittiham aktı hələ təsdiq edilməmişdən əvvəl, eyni vaxtda həm istintaq orqanı, həm də prokurorluq tərəfindən şəxsin barəsində paralel şəkildə araşdırma aparılmışdır. Bu da öz növbəsində qanunvericiliyin tələblərinə ziddir. Belə yanaşma səlahiyyət bölgüsünü pozmaqla, istintaqın müstəqilliyinə müdaxilə xarakteri daşıyır. Beyləqan rayon prokurorluğunun “araşdırma” adı altında təqsirləndirilən şəxs barəsində sübut toplaması və dindirmə aparması qanunsuz prosessual hərəkət sayılır və istintaqın obyektivliyini şübhə altına alan kobud pozuntu kimi qiymətləndirilir. Həmçinin müəyyən edilmişdir ki, prokurorluq orqanı tərəfindən istintaq orqanı ilə eyni vaxtda şəxsin barəsində araşdırma aparılması Təqsirləndirilən şəxs müdafiə hüququnun təminatlarını kobud şəkildə pozmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 91 və 92-ci maddələrinə əsasən, təqsirləndirilən şəxs müdafiəçidən istifadə etmək, onun iştirakı olmadan ifadə verməmək və öz müdafiəsini sərbəst həyata keçirmək hüququna malikdir. Prokurorluğun qanunsuz araşdırma aparması nəticəsində bu hüquqlar faktiki olaraq məhdudlaşdırılmış, müdafiə tərəfi toplanan sübutlara vaxtında münasibət bildirmək və müdafiə mövqeyini formalaşdırmaq imkanından məhrum edilmişdir. Bu hal istintaqın obyektivliyini pozmaqla yanaşı, ədalətli məhkəmə araşdırması prinsipinə zidd olan prosessual pozuntu kimi qiymətləndirilir. Beyləqan rayon prokurorluğunda toplanmış 62C-25 nömrəli araşdırma materialında olan izahatlar ilə iş materiallarında olan ifadələr arasında ziddiyyətlər olmasına baxmayaraq müstəntiq bunları aydınlaşdırmağa təşəbbüs belə göstərməmişdir. Təqsirləndirilən şəxs verdiyi izahat ilə məhkəmədə verdiyi ifadəsi demək olar ki, eynilik təşkil etmişlər. Məhkəmə tərkibi cinayət işinin materiallarını və istintaqın gedişini hərtərəfli təhlil edərək müəyyən etmişdir ki, cinayət işinin ibtidai istintaqı dövründə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət prosessual qanunvericiliyinin tələblərinə əməl olunmasına, sübutların toplanılması və prosessual qaydada rəsmiləşdirilməsinə kifayət qədər nəzarət həyata keçirilməmiş, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olan qanun pozuntularının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməmişdir. Göstərilən hallar bir tərəfdən istintaqın keyfiyyətinə mənfi təsir göstərmiş, digər tərəfdən isə cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur ki, bu da Təqsirləndirilən şəxs məhkəmə məsluliyyətinə verilməsinə və məhkəmənin hüquqi qiymətləndirməsinə əsas vermişdir. Məhkəmə tərkibi bildirir ki, prokuror nəzarəti formal xarakter daşımamalı, onun faəliyyəti istintaqın səmərəliliyini və qanuniliyini real şəkildə təmin etməlidir. Bu o deməkdir ki, prokuror sadəcə kağız üzərində nəzarət etməməli, pozuntulara qarşı vaxtında və effektiv tədbir görməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, prokuror nəzarəti istintaqın qanunauyğun, səmərəli və müstəqil aparılması üçün mühüm təminat vasitəsidir. Lakin bu nəzarət formal xarakter daşıyarsa, pozuntulara vaxtında və effektiv reaksiya verilməzsə, belə hərəkətsizlik insan hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məhkəmə praktikasına bu hallar “effektiv istintaqın təmin olunmaması” kimi qiymətləndirilmiş və Konvensiyanın 2-ci və 3-cü maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, sözügedən cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan prosessual sənədlərin tərtib edilməsinin qarşısını almalı, vaxtında icra olunmayan prosessual hərəkətlər barədə müvafiq göstərişlər verməli, təqsirləndirilən şəxsin hüquqlarının təmin olunmasına nəzarət etməli, o cümlədən istintaqın qanuniliyi üzərində prosessual nəzarəti həyata keçirməli idi. Lakin məhkəmə tərkibi müəyyən etmişdir ki, hazırki iş üzrə prokuror tərəfindən istintaqa prosessual rəhbərlik etmə funksiyası formal xarakter daşımış, istintaq zamanı yol verilmiş qeyd edilən pozuntular vaxtında aşkarlanmamış və aradan qaldırılmamışdır. Bununda nəticəsində iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının təmin olunması, sübutların toplanması, prosessual sənədlərin tərtib edilməsi və cinayət işinin materialları ilə tanış edilməsi mərhələlərində ciddi nöqsanlara yol verilmişdir. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyinəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və X13 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və X13 haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqeydən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilərkən onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8035,53 qram narkotik vasitə qurudulmuş marixuana materiala əlavə edilməli və cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 2 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8035,53 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işinin materiallarına əlavə edilsin. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-455/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-455/2025
09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver