Məhkəmə qərarları › İş №1(099)-457/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-457/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-457/2024 18.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikasının ərazisində satıb qazanc əldə etmək məqsədi ilə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən ümumi cinayətkar niyyətə uyğun olaraq 31 dekabr 2023-cü il tarixdə gecə saatlarında Biləsuvar rayonuna gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvləri tərəfindən gizlədilmiş «Çaylı-Muğan-Əsgərabad» dairəvi yolunun kənarında quraşdırılmış «Bakı-Astara, İran sərhədi, Biləsuvar» lövhəsinin yanından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 (bir) ədəd sellofan bağlamada 535,0 qram çəkidə narkotik vasitə tiryəki və xüsusi ilə külli miqdarda 1995,0 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq cinayətkar qrupun digər üzvünə çatdırmaq məqsədi ilə özünə məxsus çantada saxlamış, 01 yanvar 2024-cü il tarixdə saat 00:30 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində o, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən «BestWood» mebel mağazasının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı sol çiynindən asılmış bir ədəd qara rəngli çantadan bir ədəd sellofan bağlamada təmiz çəkisi 535,0 qram olan külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd sellofan bağlamada təmiz çəkisi 1995,0 qram olan xüsusi ilə külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və içərisində narkotik vasitə heroin izləri olan 2 ədəd 1 ml-lik insulin şprisləri aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 dekabr 2023-cü ildə yaşadığı evdə xəstə olduğundan yatmışdır. Ona iranlı adı ilə zəng gəlmiş, həmin şəxs onunla telefonda danışıb təklif etmiş ki, “gəl Biləsuvara, ağrıyırsansa sənə mal, tiryək verim. Ona özünü haradan tanıdığını soruşmuşdur. İranlı isə bunun elə də vacib olmadığını, gəlib malı götürməyini demişdir. Həmin vaxt iranlıya yox demiş, o isə dəfələrlə gəlməyini təklif etmişdir. Ayın 25-i, 26-sı dalbadal zəng edərək, gəlməyini birdə təklif etmişdir. 30 dekabr 2023-cü ildə isə getməyə qərar verib, yola çıxmış, gəlib Bəhrəmtəpə yoluna 90 km olan löhvənin yanına çatmışdır. Ora baxmış, lakin heçnə tapmamışdır. Həmin vaxt iranlıya whatsappla səs göndərmişdir ki, bu nə oyundur oynuyursan. Daha sonra evinə qayıtmağa başlamışdır. Kürdəmir ərazisinə çatdıqda isə başqa bir adam ona zəng vurub demişdir ki, “qayıt geri, onun başı qarışıq olub, malın yerin deyə bilməyib”. Bundan sonra gedib Gəncəyə çatmış, xx.xx.2023-cü ildə avtobusla yenidən Biləsuvara gəlmişdir. Biləsuvar rayonunda olarkən isə saat 19:00 radələrində YPX maşını onu saxlayıb şöbəyə aparmışdır. O, şəhərdə polis şöbəsi ilə yanacaqdoldurma məntəqəsi arasında saxlanılmışdır. Gecə saat 01:00-a kimi onu şöbədə saxlamışlar. Sonra vəkil çağırıb iki kilo yarım narkotiki qabağına qoymuşlar ki, bunlar sənindir. Həmin vaxta qədər isə beş dəfə ayaqyoluna gedib-gəlmiş çatası isə boş olmuş, heçnə olmamışdır. Gəlib demiş ki, “bu nədi çantama qoymusuz”. Sonra isə aparıb MSY-nə salmışlar onu. Şöbədə ona qarşı təzyiqlər olub, saat 19:00-dan gecə 01:00- 02:00-a kimi onu vurublar ki, götürməlisən. Tutulmamışdan əvvəl də Biləsuvara gəlmiş, gəlmədiyini demir, lakin heçnə götürməmişdir, özü xəstə adamdır. İstintaq zamanı isə narkotiklərin ona məxsus olmasını etiraf etmiş, polislərə söyüş də söymüş, buna görə də döymüşlər onu. İranlı ona 50 qram tiryək verməyi təklif etmiş, həmin tiryəki götürməyə gəlmişdir. İranlıya isə sonra yavaş-yavaş pulun verəcəkmiş. Biləsuvara özü tək avtobusla getmişdir. İranlı ilə arasında iki kilo yarım narkotik söhbəti olmamışdır. Saxlanılarkən isə heçnə götürməmişdir. İranlı ilə danışanda da demişdir ki, orada polis durur, iranlı isə qorxmamağını gedib götürməsini bildirmişdir. Narkotikləri çantasına polislər qoymuşdur. İki şprisdən başqa çantasında heçnə olmamışdır. Üstündən spit dərmanları, sənədləri, telefonu da çıxıb ama heçnəyi yazmayıblar. Müstəntiq isə onu sorğu-sual edəndə öz dediyi ifadələri yazmışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xəstəliyi ilə əlaqədar bədənində ağrıları olduğu üçün uzun müddətdir ki, narkotik vasitə heroindən və tiryəkdən istifadə edir. Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmazdan 3-4 gün əvvəl tanımadığı İİR-nin mobil operatoruna aid olan +**********15 nömrədən istifadəsində olan onun ***-***-**-** nömrə ilə istifadə etdiyi “WhatsApp” sosial şəbəkəsinə zəng gəlmiş, zəngə cavab verən zaman həmin şəxs bildirmişdir ki, adı Tahirdir, İİR vətəndaşdır. Tahirdən onun telefon nömrəsini haradan əldə etməsini bir neçə dəfə soruşsa da, bu barədə Tahir ona heç bir söz deməmişdir. Tahirlə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxladıqdan sonra münasibətləri yaranmışdır. Aralarında münasibət yarandığı üçün Tahirə narkotik vasitədən istifadə etdiyini, hazırda narkotik vasitə tapmaqda çətinlik çəkdiyinə görə bədənində ağrılar olduğunu demişdir. 31 dekabr 2023-cü il tarixdə günorta saatlarında iranlı tanışı Tahir telefonunun “WhatsApp” proqramına zəng vurub Biləsuvar gömrük yolunda, yolun kənarında «Bakı-Astara, İran sərhədi, Biləsuvar» sözü yazılmış lövhənin olmasını, həmin lövhənin yanında sellofan bağlamanın içərisində narkotik vasitə tiryək və heroin qoyulmasını, gedib həmin bağlamanı gizlədildiyi yerdən götürüb özündə saxlamağını, həmin bağlamanı hara aparcağını deyəcəyini və hara desə aparıb ora qoyacağını bildirmişdir. İranlı tanışı Tahir içərisində narkotik vasitə heroin və tiryəki ona deyilən yerdən götürdükdən sonra hara aparacağı barədə dəqiq bir məlumat verməmişdir. İranlı Tahirə narkotik vasitəni Biləsuvar rayonundan əldə edib sonradan deyəcəyi ünvana çatdırması qarşılığında ona şəxsi istifadəsi üçün narkotik vasitə heroin verməsini təklif etmiş, Tahir də onun dediyi bu sözlə razılaşmışdır. Tahirlə razılaşdığı üçün 31 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Gəncə şəhərindən avtobusla Biləsuvar rayonuna yola düşmüşdür. Yola düşməzdən əvvəl üzərində olan narkotik vasitə heroini şpiris vasitəsi ilə qoluna vurmuş, iki ədəd şpirisi istifadə etsə də, birini istifadə etməmişdir və hər üç şpirist çantasında qalmışdır. Biləsuvar rayonuna gələrkən yolda iranlı tanışı içərisində narkotik vasitələrin olduğu sellofan torbanın gizlədiyi lövhənin şəklini telefonunun “WhatsApp” proqramına göndərmişdir. Həmin gün saat 23:30 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində işıqforun yaxınlığında avtobusdan düşmüşdür. İranlı tanışı Tahirlə əlaqə saxlamış, Tahirlə telefonda danışarkən ona Biləsuvar-İran sərhədi yolundan sağ tərəfə dönərkən bir az aralıda «Bakı-Astara-İran sərhədi-Biləsuvar» yazılmış lövhənin yerləşdiyi yeri izah etmişdir. O, Tahirin dediyi yerə gedərək lövhənin yanında gizlədilmiş bir ədəd sellofan bağlamanı götürmüşdür. O, sellofan bağlamanı götürdükdən sonra Tahirlə yenidən “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq bağlamanın böyük olmasını və dediyi yerdən götürməsini bildirmişdir. Bundan sonra həmin sellofan bağlamanı çiynində asdığı qara rəngli çantanın içərisinə qoymuşdur. Oradan yenidən Biləsuvar şəhərinə qayıtmaq üçün hərəkətə başlamışdır. Sellofana bağlamanı götürdüyü yerdən təxminən 450-500 metr uzaqlaşdıqdan sonra Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən «BestWood» mebel mağazasının yaxınlığında hərəkətdə olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək gəlişlərinin səbəbini izah etdikdən sonra onu rayon polis şöbəsinə gətirmişlər. Sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, o da polis əməkdaşlarına çantasında olan göy rəngli sellofan bağlamanı təqdim edərək bildirmişdir ki, sellofan bağlamanın içərisində narkotik vasitə tiryək və heroin vardır, həmin narkotik vasitələri iranlı tanışı Tahirə məxsusdur. Həmin narkotik vasitə tiryəki və heroini «Bakı-Astara- İran sərhədi-Biləsuvar» sözü yazılmış lövhənin yanından götürmüş, Tahirin dediyi kimi həmin narkotik vasitələri oradan götürdükdən sonra deyəcəyi ünvana çatdırmaq məqsədilə daşımışdır. Təqdim etdiyi üzəri yapışqanlı lentlə bağlanmış iki ədəd göy rəngli sellofana onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin bükülülər açılıb baxıldıqda birinci bükülünün içərisində narkotik vasitə tiryəkə bənzər maddə olması, həmin bükülü elektron tərəzidə çəkilərkən 550 (beş yüz əlli) qram olması müəyyən olunmuş, ikinci göy rəngli sellofan açılıb baxıldıqda içərisində heroinə bənzər maddə olması, elektron tərəzidə çəkildikdə 2090 qram olması müəyyənləşdirilmişdir. İranlı tanışı Tahir onun götürdüyü narkotik vasitələri hara aparacağı və bunun müqabilində şəxsi istifadəsi üçün ona nə qədər narkotik vasitə heorin verəcəyi barədə əvvəlcədən bir söz deməmişdir. Həmin narkotik vasitə tiryəkin və heroinin ora nə vaxt və kimin tərəfindən qoyulmasından xəbəri və məlumatı yoxdur. Həmin narkotik vasitə tiryəkin və heroinin Biləsuvar gömrük yolunun kənarında olan lövhənin yanına qoyulması barədə iranlı tanışı Tahirlə qabaqcadan heç bir razılığı olmamışdır. Tahirin təklifinə razılıq verib içərisində narkotik vasitə tiryək və heroin olan bağlamanı götürmək üçün yaşadığı Gəncə şəhərindən Biləsuvar rayonuna gəlmişdir. İranlı tanışı Tahir ona əvvəllər belə təklif etməmişdir. İranlı tanışı Tahir +**********15 nömərədən başqa xatırlamadığı +98-lə başlayan İran nömrələrindən də əlaqə saxlamışdır. O, Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılarkən, o cümlədən üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiq, yaxud da təsir olmamışdır. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs elan olunmuş ifadələri təsdiq etmədiyini, həmin sözləri ona müstəntiqin dediyini, orada yazılanların yalnış olduğunu, çantasında narkotikin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə 00:30 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “BestWood” mebel mağazasının yaxınlığında Biləsuvar rayon İcra Hakimiyyəti binası istiqamətində hərəkətdə olan zaman tərəflərindən saxlanılaraq sonra şöbəyə gətirilmişdir. Həmin vaxt onun çiynində qara rəngli çanta olmuşdur. Şöbədə video-çəkilişlə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs sol çiynindəki qara rəngli çantanın içərisindən şəffaf rəngli üzəri yapışqanlı lentlə bir-birinə sarılmış iki ədəd göy yapışqanlı lentlə əhatə olunmuş bükülüləri təqdim edərək içərilərində narkotik vasitələr olmasını, həmin narkotik vasitələri Tahir adlı iran vətəndaşının ona göndərməsini, sonuncunun deyəcəyi ünvana qoymaq üçün götürdüyünü və bunun qarşılıqda müəyyən miqdarda narkotik vasitə alacağını bildirmişdir. Bundan sonra Elnur Allahverdiyəvə məxsus qara rəngli çanta açılıb baxdıqda içərisində 3 ədəd şpris olması, bir ədəd bükümdə narkotik vasitə tiryəkə, bir ədəd bükümdə isə narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılıb şöbəyə gətirildikdən sonra dərhal üzərinə şəxsi axtarış keçirilmiş, onun ayaqyoluna getməsi halı olmuşdur. Saxlanılmamışdan əvvəl onu müşahidə etmişlər, Elnur piyada hərəkətdə olmuş, gözləmişlər ki, kimləsə görüşə bəlkə, lakin o heçkəslə görüşmədən yoluna davam etdiyindən, yaxınlaşıb saxlamışlar. Şöbədə isə özü çantasını açıb narkotikləri təqdim etmiş, müdafiəçi də yanında olmuşdur. Ona qarşı isə heç bir təsir və ya təzyiq edilməyib, özü hər şeyi səmimi etiraf edib. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 oğlu Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan Biləsuvar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsində, saxlamasında, istifadəsində və satışında şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:10-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 22) İş materiallarında olan şəxsi axtarış və götürmə protokolundan və video-çəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, sol çiynindəki qara rəngli çantanın içərisindən şəffaf rəngli yapışqanlı lentlə sarılmış iki ədəd göy rəngli bağlamanı təqdim edərək bükülülərin içərisində narkotik vasitələrin olmasını, həmin narkotik vasitələri İİR-nin Tahir adlı vətəndaşının ona göndərməsini, sonuncunun deyəcəyi ünvana qoymaq üçün götürdüyünü və bunun qarşılıqda müəyyən miqdarda narkotik vasitə alacağını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs çantasından iki ədəd istifadə olunmuş insulin şprisləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin şprislərlə narkotik vasitə heroini ineksiya yolu ilə qəbul etdiyini bildirmişdir. Daha sonra həmin bükülülərə onun iştirakı ilə açılaraq baxış keçirilmiş, birinci bükülünün içərisində narkotik vasitə tiryəkə bənzər maddə olması və ikinci bükülüyə baxış zamanı içərisində heroinə bənzər maddə olması müəyyən olunmuşdur. (c İ, i.v 31-33) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsinin 01 yanvar 2024-cü il tarixli 19/01 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükülü...... " sözlər və imzalar olan bağlamadakı, təmiz çəkisi: 535,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 1 ədəd bükülüdə təmiz çəkisi: 1995,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd şpris.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd 1 ml-lik insulin şprislərinin(iynəsi ilə birlikdə) içərisində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəkilində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədqiqat(eynilik) aparmaq mümkün olmamışdır. Heroinin təmiz çəkisi 1995,0 qram, cəmi təhqiqata sərf edildi 0,1 qram, qalıq 1994,9 qram, tiryəkin təmiz çəkisi 535,0 qram, cəmi təhqiqata sərf edildi 0,1 qram, qalıq 534,9 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. (c 1, i.v 41-44) İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. (c 1, i.v 47) İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman xx.xx.2024-cü il tarixli ifadəsinə uyğun olaraq Biləsuvar- İran sərhədi yolunun üzərində yerləşən «Bakı-Astara- İran sərhədi- Biləsuvar» sözü yazılmış yol nişanın yanını göstərərək sol çiynində gəzdirdiyi çantadan aşkar olunmuş narkotik vasitələri həmin yol nişanın altından götürdüyünü bildirmişdir. (c 1, i.v 80-83) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(022)-1/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 yanvar 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 89-90) İş materiallarında olan xx.xx.2024-cü il tarixli maddi sübutun tanınması və həlli barədə qərardan görünür ki, ekspert tətqiqatından sonra qalıq çəkisi 534,9 qram narkotik vasitə tiryək, 1994,9 qram narkotik vasitə heroin və içərisində narkotik vasitə heroin izləri olan iki ədəd 1 ml-lik insulin şprisləri cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. (c İ, i.v 91) İş materiallarında olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, mobil telefonun vatsap proqramına baxış zamanı orada Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə İran İslam Respublikasına məxsus olan “Tahir” adı ilə qeydiyyata alınmış +**********15 saylı mobil nömrə ilə vatsap sosial şəbəkəsi vasitəsi ilə mesajlaşması müəyyən edilmişdir. Həmin mesajlara baxış zamanı İran İslam Respublikasının vətəndaşının üzərində “Bakı-Astara, İran sərhədi, Biləsuvar” sözü yazılmış yol nişanı dirəyinin kənarı qırmızı xətlə işarələnmiş fotoşəkilini göndərməsi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs vatsap sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasına məxsus operatora aid +**********61 saylı mobil nömrə ilə 2023-cü ilin noyabr və dekabr aylarında səsli danışıqların olması müəyyən olunmuşdur. Mobil telefonun “Qalareya” proqramına baxış zamanı orada iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilmişdir. (c İ, i.v 94-98) İş materiallarında olan xx.xx.2024-cü il tarixli 01 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. (c İ, i.v 99-100) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(022)-2/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin NMQ üzrə əməliyyat müvəkkili Şahid1 31 dekabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (c İ, i.v 106) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 01 il 06 aya endirilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. (c İ, i.v 113-116) İş materiallarında olan Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 08 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nın təqdim etdiyi arayışa əsasən İİ dərəcəli əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 136) İş materiallarında olan "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli 4755 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki; xx.xx.2023-cü il tarixdə saat 22:31 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “qardaş pulun yarısını verim məni vəziyyətdən çıxart” sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:37 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “pul problem deyil mən burada küçəyə çıxa bilmirəm” sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:37 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Torpağa görə problem yoxdur sabah tezdən yanında olaram” sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:42 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Elnur sən istəsən pənəcərdən də ata bilərsən” sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:43 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Nədi heç nəyin yoxdu, sənsə sabah deyirsən” sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:45 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Şef fikirləş maşınla gəlim-qayıdım” sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:53 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Ay Elnur axrıncı konturumdu, nesə edəsi olmadında? bilim” sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:16 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ürəyim qurban indi də xayaya mal vurursan?” sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 04:10 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Gəl mən sənə 70 manat göndərim, sən də qardaşın üçün kola göndər.” sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:30 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Elnur sən öl çox pis ağrıyıram, ya pul vurum, ya da məni vəziyyətdən çıxart” sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:32-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Telfonu açmırsan, müftə heç nə istəmirəm, pul verirəm” sms-i göndərilmişdir. (c İ, i.v 168-169) İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əlillik vəziyyətinin qiymətləndirilməsi haqqında sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik səbəbindən orqanizmin finksiyalarının 85 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. (c İ, i.v 186) İş materiallarında olan Gəncə ŞİHB-nın 3 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanında qeydiyyatdadır. Barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. (c İ, i.v 187) İş materiallarında olan 26 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmiş, şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən bir ədəd CD disk, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli 4755 nömrəli məktubla daxil olmuş disk iş üzrə maddi sübut qismində tanınmışdır. (c İ, i.v 190-198) İş materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın faktiki tərəfini tam mübahisələndirdiyi və özünün müdafiəsi üçün dəlillər irəli sürdüyü üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: digər şəxsin ona şəxsi istifadəsi üçün 50 qram narkotik vasitə tiryək göndərməsi ilə bağlı aralarında danışıq olmasını, bu məqsədlə iki dəfə Biləsuvar rayonuna gəldiyini, birinci dəfə ona deyilən yerdən heçnə aşkar etmədiyindən geri yaşadığı Gəncə şəhərinə qayıtdığını, bundan sonra sabahı ikinci dəfə təkrar olaraq Biləsuvar rayonuna gəlib şəhər ərazisində piyada hərəkətdə olarkən saxlanıldığını, ona kimi isə heç bir narkotik vasitə götürmədiyini, üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının onu saxlayıb şöbəyə apardıqlarını bildirmiş, orada polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edildiyi üçün çantasına qoyulan həmin narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər və pis rəftar edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki və psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə polis əməkdaşları tərəfindən uzun müddət döyülməsi, təhdidlərə məruz qalması və qəbildən olan digər məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonrakı qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonrakı mərhələlərində iddia etdiyi hallarla bağlı vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki-psixoloji təzyiqlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı da öncə təhqiqatçı tərəfindən daha sonra müdafiəçisi tərəfindən verilmiş suallara cavab olaraq söylədiyi səsli nitqində saxlanılarkən və polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı təsir-təzyiq edilmədiyini, döyülmədiyini, işgəncə olunmadığını, hazırda hər hansı bir xəsarətinin və polis əməkdaşlarından narazılığının olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşlarının fiziki təzyiqlərinə məruz qalması ilə bağlı bildirdikləri, xx.xx.2024-cü il tarixli 01 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi və Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu və ona əlavə edilmiş tibbi kitabçada qeyd edilənlərlə də tam təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan və barəsində həbs qətimkan tədbiri seçildikdən sonra istintaq təcridxanasına daxil olarkən tibbi müayinələrdən keçirilmiş, onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki-psixoloji təzyiq və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki-psixoloji təzyiqə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki-psixoloji təzyiqə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünü ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri (müdafiəçinin iştirakı və video-çəkilişlə təqsirləndirilən şəxs qismində), şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 57-59), xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 70-75) qismində (müdafiəçinin iştirakı və video-çəkilişlə) verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 89-90) eləcə də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin iranlı tanışı Tahirə məxsus olduğunu, həmin narkotik vasitə tiryəki və heroini «Bakı-Astara- İran sərhədi-Biləsuvar» sözü yazılmış lövhənin yanından götürdüyünü, Tahirin dediyi kimi həmin narkotik vasitələri oradan götürdükdən sonra deyəcəyi ünvana çatdırmaq məqsədilə daşıdığını, qarşılığında nə vaxt lazım olsa sonuncunun ona istifadəsi üçün narkotik vasitə verəcəyini vəd etdiyini, götürəcəyi narkotik vasitənin miqdarı ilə də bağlı aralarında söhbətin olmadığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs hadisə zamanı istifadəsində olan mobil telefonuna baxış zamanı Təqsirləndirilən şəxs İİR operatoruna məxsus “+**********15” nömrə ilə whatsapp sosial şəbəkəsi vasitəsi ilə mesajlaşması, həmin mesajlara baxış zamanı digər şəxsin üzərində “Bakı-Astara, İran sərhədi, Biləsuvar” sözü yazılmış yol nişanı dirəyinin kənarı qırmızı xətlə işarələnmiş fotoşəkilini göndərməsi, həmçinin Təqsirləndirilən şəxs whatsapp sosial şəbəkəsi vasitəsi ilə İİR-nə məxsus operatora aid +**********61 saylı mobil nömrə ilə 2023-cü ilin noyabr və dekabr aylarında səsli danışıqların olması müəyyən olunmuşdur. Bundan başqa istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə dair telefon məlumatları ələ keçirilmiş və baxış zamanı ona xeyli sayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ismarıcların yazıldığı müəyyən olunmuşdur. Həmin ismarıclardan görünür ki, Təqsirləndirilən şəxs xeyli sayda narkomanlarla telefon əlaqəsi olmuş, həmin şəxslər isə yazdıqları mesajlarında jarqon ifadələrlə “torpaq”, “kola” adlandırılan narkotik vasitələrin adlarını qeyd etmişlər, Təqsirləndirilən şəxs pul qarşılığında istəmişlər. Həmçinin, həmin şəxslər adətən ismarıclarda Təqsirləndirilən şəxs ağrıdıqlarını, vəziyyətdən çıxmaq istədiklərini bildirmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələr, şahid ifadələri ilə yanaşı, yuxarıda göstərilmiş neytral sübutlar olan telefon danışıqları məlumatları ilə də tam təkzib edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin (şübhəli və təqsirləndirilən şəxs qismində video-çəkilişlə) isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, telefon danışıqları məlumatları, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli və xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında yuxarıda tətqiq edilmiş təkzibedilməz sübutlarla, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli və xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin narkotik vasitələr ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Tahir adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Tahir adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Biləsuvar rayonu, «Çaylı-Muğan- Əsgərabad» dairəvi yolunun kənarında quraşdırılmış «Bakı-Astara, İran sərhədi, Biləsuvar» lövhəsinin yanında narkotik vasitələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli və xüsusilə külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli və xüsusilə külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 83 və 182-ci sətrinə əsasən heroin və tiryək narkotik vasitə hesab edilir, həmin maddələrin müvafiq sətr ardıcıllığı ilə şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, 0,5 qram külli miqdarının aşağı həddi 2 qram, 50 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 800 qram və 5000 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müddətsiz İİ dərəcəli əlil olması, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halın olmasını aşkar edilmiş narkotik vasitələrin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyaları həddində, yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 01 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1994,9 qram olan heroin, 534,9 qram olan tiryək və 02 (iki) ədəd 1 ml-lik insulin şprisləri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməli, iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk və "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli 4755 nömrəli məktubla daxil olmuş disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 01 yanvar 2024-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1994,9 qram olan heroin, 534,9 qram olan tiryək və 02 (iki) ədəd 1 ml-lik insulin şprisləri məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk və "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli 4755 nömrəli məktubla daxil olmuş disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar