Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-457/2025 17.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), X3 və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Sabirabad rayonu, Pakrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sabirabad rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 09 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin 11 may 2025-ci il tarixli, 4(056)-29/2025 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayının əvvəllərində Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən evinin həyətyanı sahəsi ilə üzbəüz olan qamışlıq ərazidə istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını metal və plastik çəlləklərdə, torpaqda qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq etməklə külli miqdarda 621 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş 09 may 2025-ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı həyətyanı sahəyə və göl qırağına baxış keçirilərkən ümumilikdə külli miqdarda 621 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 3700 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 485,29 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən əldə edib, bir hissəsini yaşadığı Sabirabad rayonu, Nərimankənd kəndindəki evinin həyətyanı sahəsində qoyulmuş ağ rəngli plastik su çəninin altında, qalan hissəsini evinin qarşısındakı göl qırağında, qamışlıq ərazidə plastik qutunun içərisində saxlamış, 09 may 2025-ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı həyətyanı sahəyə və göl qırağına baxış keçirilərkən həyətyanı sahədə su çəninin altında 1 ədəd sellofan bükümdə 7,76 qram, gölün kənarında qamışlıq sahədə isə 2 ədəd plastik qutularda, birində 65,0 qram, 5,0 qram, 155,0 qram, 170,0 qram və 40 qram olmaqla 05 ədəd sellofan bükümdə, digərində isə 40,0 qram və 2,53 qram olmaqla 2 ədəd sellofan bükümdə, ümumilikdə 8 ədəd sellofan bükümdə xeyli miqdarda 485,29 qram çəkidə orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək demişdir ki, narkotik vasitə tərkibli bitkiləri plastik qablarda əkmişdir. Keçən il əkdiyi bitkilərdən toxumlar tökülərək bitmişdir. Polis əməkdaşları da gələrək baxış keçirib götürmüşlər. Həmin narkotik tərkibli çətənə tərkibli bitkilər özünə məxsus olmuşdur. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı keçən il əkdiyi bitkilərdən toplayaraq saxlamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, toxumlar bitkilərin üzərindən yerə tökülmüşdür. Bitkiləri birinci dəfə 2024-cü ilin aprel-may ayında əkmişdir. Bitkilər iyun-iyul ayları ərzində çəkmək üçün hazır olacaqdı, həmin aylarda yığaraq istifadə edirlər. Narkotik vasitələri özü istifadə etmək üçün saxlamışdır. Az-az götürərək istifadə etdiyi üçün ayrı-ayrı yerlərdə saxlamışdır. Bitkilərə su vermiş, ancaq gübrə verməmişdir. Polis əməkdaşlarının aşkar etdikləri bitkilərin sayları yadında qalmamışdır. Polis əməkdaşları bütün bitkiləri onun yanında çıxarmışlar və saymışlar. Ona verilmiş ittihamda yazılmış 621 ədəd bitkinin aşkar olunması düzdür. Qurudulmuş marixuananın bir hissəsini qamışlığın içərisində plastik qabda saxlamışdır. Narkotik vasitələrdən heç kimə verməmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Bitkiləri əkdiyi yerə heç kim getməmişdir. Əkdiyi kollardan polis əməkdaşlarının necə xəbər tutmalarını bilməmişdir. Ola bilsin həmin kolları gölə balıq tutmağa gələn şəxslər görmüşlər. Həmin kollardan təxminən 100-150 ədədini çıxarıb tullamışdır. Polis əməkdaşları onları da götürüb gətirmişlər. Çətənə kollarının erkəyini də, dişisini də istifadə etmişdir. Keçən il də həmin yerdə çətənə kolları əkmişdir. Kollar böyüdükçə görünməsin deyə həyətində olan ağac qırıqlarını həmin əraziyə gətirib orada çəpər qurmuşdur. Polis əməkdaşları videoçəkilişdən 1 saat əvvəl evinə gəlmişlər və zorakılıqla evinə daxil olmuşlar. Polis əməkdaşları evlərinə gələndə yatılı olmuş, duran zaman polis əməkdaşlarının arvadına qarşı zorakılıq etdiklərini görmüşdür. Polis əməkdaşlarının hərəkətləri ilə bağlı heç bir orqana şikayət etmədiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Sabirabad RPŞ-ə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, şəxsin yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman narkotik vasitə aşkarlanmışdır. Aşkarlanan narkotik vasitə tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Aşkarlanan narkotik vasitə marixuanalar quru vəziyyətdə və bitkilər isə yaş formada olmuşdur. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, 621 ədəd bitki aşkarlanmışdır. Qurudulmuş marixuananın bir hissəsi həyətin qabağında aşkarlanmışdır. Bitkilər dibçəkdə və torpağa əkilmişdir. Qurudulmuş marixuana kütləsinin bir hissəsi Təqsirləndirilən şəxs həyətində digər hissəsi isə narkotik tərkibli bitkilər əkilən ərazidə aşkarlanmışdır. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə bağlı ona məlumat daxil olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Sabirabad rayon, Nərimankənd kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində qanunsuz narkotik vasitələrin kultivasiyası ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxtı videoçəkiliş aparmışlar. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün ərizə almışlar. Təqsirləndirilən şəxs həyatyanı sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həyətinin sol tərəfdə yerləşən su çəninin altında olan bükümü çıxarıb özü onlara təqdim etmiş, daha sonra həyət qapısının çöl tərəfində olan çalada setka hasara aldığı ərazidə çəlləklərdə 3 yerdə 621 ədəd narkotik tərkibli çətənə bitkiləri və qurudulmuş marixuana aşkarlanmışdır. Kolları əkildiyi yerdən çıxarıb Təqsirləndirilən şəxs həyətində saydıqdan sonra qablaşdırmışlar. Videoçəkilişi bir dəfəyə çəkmişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 10 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 1 ədəd şəffaf sellofan bükümdə 7,76 qram, həmçinin onun yaşadığı evin fərdi yaşayış sahəsi ilə üzbəüz göl qırağında yerləşən və Təqsirləndirilən şəxs istifadəsində olan qamışlıq ərazidən birində 5, digərində isə 2 ədəd sellofan bükümdə olmaqla ümumilikdə iki ədəd plastik qutuda 07 ədəd şəffaf sellofan bükümdə orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli 65,0 qram, 5,0 qram, 155,0 qram, 170,0 qram, 40 qram, 40,0 qram və 2,53 qram olmaqla ümumilikdə 485,29 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin qamışlıq ərazidə Təqsirləndirilən şəxs tərəfindən ortadan kəsilmiş metal və plastik çəlləklərdə, həmçinin birbaşa torpaqda əkilərək aqrotexniki qaydada qulluq edilməklə becərilmiş 621 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 3700,0 qram olan narkotik tərkibli çətənə bitkilərinin aşkar edilərək götürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmaqla istintaq aparılmışdır.(i.v.1-60) -“əməliyyat-axtarış tədbiri qismində fərdi yaşayış evinə, yaşayış və qeyri-yaşayış sahəsinə baxış keçirilməsi haqqında” 09 may 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən orada olan ağ rəngli plastik su çəninin altından götürdüyü 1 ədəd şəffaf sellofan bükümdə, çəkisi sellofan torba ilə birlikdə 10,66 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, Təqsirləndirilən şəxs üzərindən isə bir ədəd “Katel” markalı mobil telefon aşkar edilib götürülmüşdür. Daha sonra videoçəkilişə fasilə verilmədən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və həmin evə baxış davam etdirilmiş, həmin yerlərdən hər hansı dövriyyəsi qadağan olmuş əşya və ya predmet, həmçinin narkotik vasitə aşkar olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin fərdi yaşayış sahəsi ilə üzbəüz qamışlıq ərazidə narkotik vasitə çətənə kolları becərdiyini bildirdi. Video çəkilişə fasilə verilmədən Təqsirləndirilən şəxs istifadəsində olan və onun yaşadığı evin fərdi yaşayış sahəsi ilə üzbəüz göl qırağında yerləşən yol tərəfdən metal tor və ağac budaqları ilə çəpərlənmiş, təxminən 0,03 – 0,04 ha qamışlıq ərazidə baxışa davam edilmiş, həmin yerə getmək üçün Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən çıxıb yolu keçdikdən sonra təxminən 4 metr məsafədə iynə yarpaqlı ağac budaqları ilə gizlədilmiş ərazidə 01 ədəd plastik, 12 ədəd metaldan olmaqla ortadan kəsilmiş çəlləklərdə və 01 ədəd köhnə soyuducu hissəsinin korpusundan hazırlanmış dibçəklərdə və həmin yerdən sağ tərəf istiqamətdə qamışlıq ərazidə 07 ədəd ortadan kəsilmiş metal çəlləklərdə və 01 ədəd dəmir su vannasının içərisində əkilmiş narkotik tərkibli çətənə şitillərinə bənzər bitkilər və qamışlıq arasında gizlədilmiş 01 ədəd şəffaf, lakin üzəri torpaqlı plastik qutunun içərisində 05 ədəd sellofan bükümdə qurudulmuş ot formasında, yaşıl rəngli, spesifik qoxuya malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin yerlərdə aşkar olunan çətənə bitkilərindən əlavə biraz aralıda da narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bildirmiş, göstərilən istiqamət üzrə həmin yerdən nisbətən sola tərəf cığırla təxminən 10 metr getdikdən sonra qamışlıq ərazidə 05 ədəd ortadan kəsilmiş metal çəlləklərdə, 01 ədəd dəmir su vannasının içərisində, 01 ədəd əl arabasının vannasında və 01 ədəd plastik gül dibçəyində əkilmiş narkotik tərkibli çətənə şitillərinə bənzər bitkilər və qamışlıq arasında gizlədilmiş 01 ədəd şəffaf, lakin üzəri torpaqlı plastik qutunun içərisində 02 ədəd sellofan bükümdə qurudulmuş ot formasında, yaşıl rəngli, spesifik qoxuya malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs əlavə başqa yerlərdə də qanunsuz olaraq çətənə tərkibli bitkilər əkib-becərdiyi soruşulmuş, sonuncu həmin yerdən 6-7 metr aralıdakı qamışlıq ərazini göstərib orada da həmin bitkilərdən əkdiyini demişdir. Göstərilən əraziyə gedilmiş, orada 04 ədəd ortadan kəsilmiş metal çəlləklərdə, 07 ədəd plastik materialdan olan göy rəngli ortadan kəsilmiş plastik çəlləklərdə, həmçinin birbaşa torpaq üzərində əkilmiş narkotik tərkibli çətənə bitkilərinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür.(i.v.10-14) -“əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 09 may 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 tərəfindən təqdim edilmiş, “Təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar” əsasında Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Nərimankənd kəndinə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində keçirdikləri baxış zamanı aşkar edib götürdükləri 1(bir) ədəd şəffaf sellofan bükümdə olan çəkisi sellofanla birlikdə 10,66 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırıldığı bir ədəd kağız zərfə və 1 ədəd sadə funksiyalı “Katel” markalı mobil telefona, həmin həyətyanı sahənin qarşı tərəfində yerləşən və Təqsirləndirilən şəxs istifadəsində olan göl kənarı qamışlıq ərazidə keçirdikləri baxış zamanı aşkar edib götürdükləri 621 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə bənzər bitki nümunələrinin qablaşdırıldığı bir ədəd polietilen kisəyə, həmin qamışlıq ərazidə aşkar edib götürülən içərisində 5 (beş) ədəd şəffaf sellofan bükümdə olan çəkisi sellofanla birlikdə 165 qram, 165 qram, 15,12 qram, 65 qram və 65 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırıldığı bir ədəd polietilen kisəyə, yenə həmin qamışlıq ərazidə aşkar edib götürülən içərisində 2 (iki) ədəd sellofan bükümdə olan çəkisi sellofanla birlikdə 1,96 qram və 65 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırıldığı bir ədəd polietilen kisəyə baxış keçirilməklə götürülmüşdür.(i.v.18-21) -“şübhəli şəxsin tutulması haqqında” 09 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:20-dəqiqədə Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.43) -“məhkəmə-bioloji ekspertizası”nın 10 may 2025-ci il tarixli, 18/381 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs ...çətənə...” sözləri və imzalar olan sintetik torbada, ümumi sayı 621 (altı yüz iyirmi bir) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi -3700,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 621 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “... 01 (bir) ədəd kağız zərfdə təqdim olunmuş kütlə ...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi 7,76 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan polietilen torbada, 05 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-65,0 qram, 5,0 qr, 155,0 qr, 170,0 qr, 40 qr, ümumi çəkisi, 435,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan polietilen torbada, 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi -40,0 qr, 2,53 qr, ümumi çəkisi, 42,53 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər.(i.v.51-55) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(i.v.80-81) -Sabirabad Rayon Məhkəməsinin 11 may 2025-ci il tarixli, 4(056)-29/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış niyyəti olmadığını, həmin narkotik maddəni keçən il öz istifadəsi üçün əkdiyi kollardan topladığını, bu dəfə də niyyəti şəxsi istifadəsi üçün olduğunu, hazırda əməlindən peşman olduğunu bildirmişdir.(i.v.100-103) -Sabirabad Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 5(056)-87/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs özündə saxlanması güman edilən narkotik vasitənin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı nəzərə alınaraq daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 09 may 2025-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir.(i.v.105-106) -“maddi sübut kimi tanıma haqqında” 19 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumilikdə bir ədəd polietilen kisədə ümumi çəkisi 3700 qram olan 621 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinin 2,50 qramının tədqiqata sərf olunması nəzərə alınmaqla 3697,50 qramı və bir ədəd polietilen kisədə ümumi çəkisi 485,29 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan 0,80 qramının tədqiqata sərf olunması nəzərə alınmaqla 484,49 qramı maddi sübut kimi kimi tanınmış və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.(i.v.115-116) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 25 iyul 2025-ci il tarixli, 4481 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v.162-163) -“ambulator məhkəmə-psixiatrik ekspertizası” nın 01 avqust 2025-ci il tarixli, 2528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır.(i.v.164-167) -“təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 01 sentyabr 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2025-ci il tarixdə istintaqa verdiyi ifadəsinin düzgünlüyü onun özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində ağ rəngli plastik materialdan olan su çəninin altında 7,76 qram çəkidə 1 (bir) bükümdə narkotik vasitə marixuana saxladığını, Təqsirləndirilən şəxs həyətindən çıxdıqdan sonra 4-5 metr irəlidə gölkənarı qamışlıq ərazidə 621 ədəd çətənə kolları əkdiyini və 7 (yeddi) büküm narkotik vasitə qurudulmuş marixuana saxladığı yerləri əyani şəkildə göstərmiş və istintaq hərəkəti zamanı qeyd olunanlardan əlavə hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı hissədə verdiyi ifadələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana və kodein narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. Siyahılara əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki, qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31 hissə) başlayır. “Məhkəmə-bioloji ekspertizası”nın rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “... 01 (bir) ədəd kağız zərfdə təqdim olunmuş kütlə ...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi 7,76 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan polietilen torbada, 05 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-65,0 qram, 5,0 qr, 155,0 qr, 170,0 qr, 40 qr, ümumi çəkisi, 435,0 qram olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan polietilen torbada, 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi -40,0 qr, 2,53 qr, ümumi çəkisi, 42,53 qram olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin xeyli miqdarda-485,29 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, ayrı-ayrı hissələrə bölərək saxlaması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayının əvvəllərində Sabirabad rayonu Nərimankənd kəndində yerləşən evinin həyətyanı sahəsi ilə üzbəüz olan qamışlıq ərazidə istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını metal və plastik çəlləklərdə, həmçinin torpaqda qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə 621 ədəd yəni, külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 09 may 2025-ci il tarixdə Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı dəmir və plastik qablarda, eləcə də torpaqda əkilməklə ümumilikdə külli miqdarda 621 ədəd yaş vəziyyətdə, ümumi çəkisi-3700 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. “Məhkəmə-bioloji ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs ...çətənə...” sözləri və imzalar olan sintetik torbada, ümumi sayı 621 (altı yüz iyirmi bir) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi -3700,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 621 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı 621 (altı yüz iyirmi bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının ona və arvadına qarşı zor tətbiq etmələrini bildirməsi ilə bağlı qeyd edir ki, həmin hallar öz təsdiqini tapmamış, sonuncu da həmin hallarla bağlı hər hansı sübutlar təqdim edə bilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etmiş, polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşlarının hərəkətləri ilə bağlı hər hansı orqana müraciət etmədiyini demişdir. Cinayət işinin materiallarında olan “məhkəmə-tibb ekspertizası”nın 10 may 2025-ci il tarixli, 185 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib becərdiyini, 09 may 2025-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları həyətə baxış keçirən zaman narkotik tərkibli bitkiləri aşkar etdiklərini, ona qarşı hər hansı bir zorakılıq edilmədiyini, heç bir xəsarət və tibbi yardım almadığını, subyektiv olaraq şikayət etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır.(i.v.57-59) Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Plenum qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı və Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə, yaşayış və qeyri-yaşayış sahəsinə baxış keçirilməsi ilə bağlı istintaq hərəkətləri aparılan zaman çəkilmiş videoçəkilişlərdə sonuncunun bədəni üzərində hər hansı xəsarətin olması müşahidə olunmamışdır. Nə Təqsirləndirilən şəxs nə də müdafiəçisi tərəfindən polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə hər hansı bir müraciətləri olmamışdır. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə təqsirləndirilən şəxs Mətləb Məmmdovun məhkəmədə verdiyi ifadələrinin narkotik vasitələr satmaması, öz istifadəsi üçün əkməsinə münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü ağır cinayətə görə məsuliyyətdən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə bildirdikləri əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “əməliyyat-axtarış tədbiri qismində fərdi yaşayış evinə, yaşayış və qeyri-yaşayış sahəsinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş videoçəkilişdən, mütəxəssis rəyi, “məhkəmə-bioloji ekspertizası”nın rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış 484,49 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3697,50 qram təşkil edən 621 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 20 avqust 2025-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, 16 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir.(i.v.161) Məhkəməyə təqdim edilmiş Sabirabad rayonu İcra Hakimiyyəti başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 09 may 2025-ci il tarixə kimi Sabirabad rayonu, Nərimankənd kəndində yaşamış, himayəsində 07 sentyabr 2007-ci il təvəllüdlü İsa Məmmədov və 12 avqust 2008-ci il təvəllüdlü Aydan Məmmədli adlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi işin bütün hallarını, toplanmış sübutları, şahid ifadələrini və ekspert rəylərini hərtərəfli araşdıraraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs metal və plastik çəlləklərdə, torpaqda qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq etməklə külli miqdarda 621 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etməsi, həmin bitkilərdən narkotik tərkibli vasitə-qurudulmuş marixuana əldə edəcəyi, həyətyanı sahəsində su çəninin altında 1 ədəd sellofan bükümdə 7,76 qram, gölün kənarında qamışlıq sahədə isə 2 ədəd plastik qutularda, birində 65,0 qram, 5,0 qram, 155,0 qram, 170,0 qram və 40 qram olmaqla 05 ədəd sellofan bükümdə, digərində isə 40,0 qram və 2,53 qram olmaqla 2 ədəd sellofan bükümdə, ümumilikdə 8 ədəd sellofan bükümdə xeyli miqdarda 485,29 qram çəkidə orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi, həmin narkotik vasitə qurudulmuş marixuana satış məqsədi ilə qanunsuz olaraq saxlaması tam sübuta yetmişdir. Məhkəmə tərkibi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs bu əməlləri şəxsi istifadə ilə məhdudlaşmayan məqsədlərlə-gəlir əldə etmək niyyəti ilə törətmiş, bunun üçün xüsusi şərait yaratmış, əkdiyi bitkilərə qulluq göstərmiş və bu fəaliyyətini gizli saxlamağa çalışmış, hətta əkdiyi bitkilərin kənar şəxslər tərəfindən görünməməsi üçün ağac budaqlarından belə xüsusi çəpərləmə işi aparmışdır. Ən diqqətçəkən məqam isə odur ki, Təqsirləndirilən şəxs əvvəllər də oxşar əməllərlə məşğul olduğunu etiraf etmiş, bu isə onun əməlində davamlı cinayət niyyəti olduğunu sübut edir. Təqsirləndirilən şəxs təkcə qanunu pozmamış, həm də cəmiyyətin hüquqi qaydalarına və mənəvi dəyərlərinə açıq hörmətsizlik nümayiş etdirmişdir. Onun bu hərəkətləri dövlətin narkomaniyaya qarşı mübarizə siyasətinə zidd olmaqla yanaşı, xüsusilə gənc nəsil arasında narkotik vasitələrin yayılmasına şərait yaradan təhlükəli meyil formalaşdırır. Məhkəmə tərkibi hesab edir ki, bu kimi əməllərə qarşı yumşaqlıq nümayiş etdirmək, yüngül cəza təyin etmək ədalət mühakiməsinin məqsədlərinə, hüququn bərpaedici və praktik funksiyasına tamamilə zidd olmaqla yanaşı sui-istifadə kimi qiymətləndirilməlidir. Qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq etməklə külli miqdarda 621 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmək və xeyli miqdarda 485,29 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın saxlanılması miqyasına və təhlükəlilik dərəcəsinə görə ağırdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyini dərk etdiyi halda, bu fəaliyyətini davam etdirmiş, əvvəlki təcrübəsinə baxmayaraq qaunsuz əkinçiliklə yenidən məşğul olmuş, bu isə onun islah olunmamasını, hüquqa sayğısız münasibətini və gələcəkdə də oxşar əməllərə meyilli olmasını göstərir. Məhkəmə tərkibi bu halları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs münasibətdə cəzanın yüngülləşdirilməsinə əsas verən heç bir hal yoxdur. Əksinə, törədilmiş əməlin miqyası, ictimai təhlükəlilik səviyyəsi, əkilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin sayının çox olması, onun qəsdən az ağır və ağır cinayətlər törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması cəza təyini zamanı təqsirləndirilən şəxsin əleyhinə qiymətləndirilən meyarlardır. Bu baxımdan məhkəmə tərkibi bildirir ki, yalnız sərt və kəsərli cəza tədbirinin təyin edilməsi ilə ədalət prinsiplərinə, ictimai təhlükəsizliyin təmin edilməsinə və cəzanın məqsədlərinə nail olmaq mümkündür. Nəticə etibarilə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrinin sanksiyası daxilində, uzunmüddətli azadlıqdan məhrumetmə növündə ədalətli cəza təyin edilməlidir. Yalnız bu cəza növü Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə adekvatdır və gələcəkdə bu kimi cinayətlərə qarşı preventiv təsir göstərə bilər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsi cəza təyin etmə institunun mahiyyətinə zidd olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə halıdır. Belə sui-istifadə vəzifəli şəxsin səlahiyyətlərini şəxsi və ya başqasının maraqları naminə qanunsuz şəkildə icra etməsi, qanunun tələblərini bilərək pozması və ictimai maraqlara, hüquqi münasibətlərə zərər vurmasıdır. Cinayətin xarakteri, törədilmə şəraiti və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla, yüngül cəza təyin edilməsi ədalət və qanunçuluq prinsiplərinə tamamilə ziddir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cəza təyin edir və cəzanın təyini qanunvericiliyin tələblərinə tam uyğun həyata keçirilir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X4rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X2 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 09 may 2025-ci il tarixdən hesablanmalı və Sabirabad Rayon Məhkəməsinin 11 may 2025-ci il tarixli, 4(056)- 29/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3697,50 qram olmaqla 621 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri, qalıq çəkisi 484,49 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 09 may 2025-ci il tarixdən hesablansın. Sabirabad Rayon Məhkəməsinin 11 may 2025-ci il tarixli, 4(056)-29/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3697,50 qram olmaqla 621 ədəd narkotik tərkibli çətənə bitkiləri, qalıq çəkisi 484,49 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-457/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-457/2025
17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver