Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-458/2022 04.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Astara rayonunun Pəlikəş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində 08 aprel 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti araşdırılan İran İslam Respublikası vətəndaşına əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti məlum olmayan şəxs tərəfindən naməlum mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 15464,614 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Lənkəran rayonu ərazisində məlum olmayan ünvanda gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu qeyd edilən ünvandan külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 328 A ünvanına daşımaqla orada saxlamış, həmin narkotik vasitənin 34,614 qramını üç ədəd bükümə bölərək üzərində, 1500 qramını isə iki ədəd bükümə bölərək idarə etdiyi “VAZ 2106” markalı, **-CF-*** qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz olaraq saxlamaqla Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində yerləşən bazarın qarşısına daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 aprel 2022-ci ildə, saat 12:15-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı orada saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibində saxlamaqla daşıdığı üç ədəd sellofan bağlamada olmaqla ümumilikdə – 34,614 qram və avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yerində saxlamaqla daşıdığı 02 ədəd qara rəngli polietilen bağlamada ayrılıqda çəkiləri 515 qram və 985 qram olmaqla ümumilikdə külli miqdarda – 1500 qram, eləcə də yaşadığı evə keçirilən baxış zamanı isə evin anbar kimi istifadə edilən otağında olan dəmir çənin içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib 04 ədəd polietilen torbada saxladığı ayrılıqda çəkiləri 1025 qram, 5050 qram, 2975 qram və 4880 qram olmaqla ümumilikdə külli miqdarda – 13930 qram, cəmi 15464,614 qram narkotik vasitə qurudulmuş mariuxana və bir ədəd üzərində çətənə bitkisinin hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 aprel 2022-ci ildə Lənkəran şəhərində «Access Bankın» qarşısında olarkən dörd nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq orada onu döyərək «Niva» markalı avtomobilə əyləşdirib yaşadığı evə gətirmiş, evində saxladığı narkotik vasitə götürülərək regional şöbəyə aparılmış, üzərində və avtomobilində narkotik vasitə olmamış, tanışı İran İslam Respublikasının vətəndaşı Ağa adlı şəxsin ona göndərdiyi və evində saxladığı 0,5 kiloqrama yaxın narkotik vasitə marixuananı 400 manat pulun müqabilində tanımadığı şəxsə verəcəyinə Ağaya söz vermiş, lakin tutulduğundan bunu edə bilməmişdir. Polis şöbəsində olarkən adından yazılan izahat və ifadələrinə polis əməkdaşlarının təzyiqi nəticəsində imza etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Hüseyn vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Ağa adlı şəxs 05 aprel 2022-ci ildə axşam saatlarında ona Vatsap vasitəsi ilə mesaj yazaraq Lənkəran rayonunda yerləşən Girdəni körpüsünün yaxınlığında içərisində narkotik vasitə olan bir ədəd kisəni-torbanı oradan götürərək aparıb onun deyəcəyi yerə qoyacağı halda ona 2000 manat pul veriləcəyini demiş, o, da idarə etdiyi “VAZ 2106” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin şəxsin dediyi yerə gedib oradan bir ədəd qara sellofan torbada, bir ədəd kisə torbada olan narkotik vasitəni götürərək yaşadığı evə gətirib koridorda boş çənin (bakın) içərisinə qoyaraq gizlətmişdir. 06 aprel 2022-ci ildə günorta saatlarında DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən yaşadığı Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, 328 A saylı evə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı evdə dəmir çənin içərisindən saxladığı dörd ədəd bükümdə qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, eləcə də üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələri Ağa kimi tanıdığı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 06 aprel 2022-ci ildə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Lənkəran şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 12:15-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində yerləşən bazarın yaxınlığında saxlanılaraq BNMİ-nin X4 Şöbəsinə dəvət gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sol yan cibindən üç ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, sonra idarə etdiyi “VAZ 2106” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı sonuncu avtomobilin yük hissəsindən iki ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, təqdim olunan qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılaraq götürülmüşdür. Əməliyyat tədbiri davam etdirilərək Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana baxış keçirilmiş, baxış zamanı evdə olan dəmir çənin içərisindən dörd ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və bir ədəd elektron tərəzini aşkar edilərək qablaşdırılıb götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən, avtomobilndən, eləcə də evindən aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Ağa” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Lənkəran rayonunda əldə etdiyini, 2000 manat pulun müqabilində sonuncunun deyəcəyi ünvanlara çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilərkən, üzərinə, avtomobilinə və evinə baxış keçirilərkən ona qarşı heç bir təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, himayələrində iki azyaşlı uşaqları vardır. 06 aprel 2022-ci ildə saat 15 radələrində yaşadığı evdə olarkən Babulla ilə birlikdə bir neçə nəfər mülki geyimli polis əməkdaşları evinə gələrək evə baxış keçirəcəklərini bildirib evinə baxış keçirilmiş, baxış zamanı evində dəmir çənin içərisindən dörd ədəd büküm və bir ədəd tərəzi aşkar edilmiş, bükümlərə baxılarkən içərisində narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən olunmuş, evində olan narkotik vasitədən heç bir məlumatı olmamış, eləcə də ərinin narkotik vasitə istifadə etməsini bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 07 aprel 2022-ci il tarixli, 7/334 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...03 ədəd bükümdə’’ əlyazması və imzalar olan kağız paketdəki 03 (üç) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 13,676 qram; 11,117 qram; 9,821 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən” əlyazması və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi – 515 qram, 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi – 985 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən’’ əlyazması və imzalar olan narıncı rəngli sintetik torbadakı: 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi – 1025 qram və bir ədəd qara rəngli polietilen bağlamanın içərisində 01 (bir) ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi – 5050 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin narıncı rəngli polietilen torbada 01 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş narıncı rəngli sintetik torbadakı: 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi – 2975 qram və bir ədəd qara rəngli polietilen bağlamanın içərisində 01 (bir) ədəd ağ rəngli sihtetik torbada təmiz çəkisi - 4880qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi – 15464,614 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi - 15464,614 qram (1-9№li ob), tədqiqata istifadə cəmi olundu - 0,75 qram (3 ədəd sellofan torbaların hər birindən 0,05 qram, 6 ədəd bağlamaların hər birindən isə 0,1 qram), narkotik vasitənin qalıq çəkisi - 15463,864 qram təşkil edir. ”Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən’’ əlyazması və imzalar olan narıncı rəngli sintetik torbadakı: 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi – 1025 qram və bir ədəd qara rəngli polietilen bağlamanın içərisində 01 (bir) ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi – 5050 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin narıncı rəngli polietilen torbada 01 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş narıncı rəngli sintetik torbadakı: 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi – 2975 qram və bir ədəd qara rəngli polietilen bağlamanın içərisində 01 (bir) ədəd ağ rəngli sihtetik torbada təmiz çəkisi - 4880qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi – 15464,614 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi - 15464,614 qram olmuş, (1-9№li ob), tədqiqata istifadə cəmi olundu - 0,75 qram (3 ədəd sellofan torbaların hər birindən 0,05 qram, 6 ədəd bağlamaların hər birindən isə 0,1 qram), qalıq- çəkisi 15463,864 qram təşkil edir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 iyun 2022-ci il tarixli, 3168 nömrəli rəyindən görünür ki, “müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.” İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 12:15-də Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində yerləşən bazarın yaxınlığında saxlanılaraq BNMİ-nin X4 şöbəsinə gətirilmiş və adı çəkilən şöbədə 06 aprel 2022-ci ildə saat 13:25-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sol yan cibindən üç ədəd bükümdə ayrılıqda çəkiləri 13,676 qram, 11,117 qram və 9,821 qram olmaqla ümumilikdə 34,614 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkilişlə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə olunmaqla maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Avtomobilə baxış və götürmə aparılması haqqında” 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 14:10-da BNMİ-nin CBRŞ-nin həyətində Təqsirləndirilən şəxs məxsus “VAZ 2106” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük hissəsindən 02 ədəd bükümdə ayrılıqda çəkiləri 515 qram və 985 qram olmaqla ümumilikdə külli miqdarda – 1500 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Avtomobilə baxış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə olunmaqla maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Evə baxış keçirilməsi və götürmə haqqında” 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 15:15-də Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 328 A ünvanına sonuncunun razılığı və iştirakı ilə keçirilən baxış zamanı həmin mənzildən 04 ədəd bükümdə ayrılıqda çəkiləri 1025 qram, 5050 qram, 2975 qram və 4880 qram olmaqla ümumilikdə külli miqdarda – 13930 qram çəkidə narkotik vasitə qurudulmuş mariuxana və bir ədəd üzərində çətənə bitkisinin hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Evə baxış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə əlavə olunmaqla maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 12 aprel 2022-ci il tarixli 007-4576-1222 nömrəli əməliyyat tapşırığına verilmiş 24 may 2022-ci il tarixli 008-5140-1221 nömrəli cavab məktubundan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxsdən əldə etməsi, “Ağa” adlı şəxsin narkotik vasitələri müxtəlif şəxslər vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Təqsirləndirilən şəxs verməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitə və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqəsinin müəyyən edilməsi, İran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 5(049)- 108/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin İİEƏTŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 06 aprel 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15463,864 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində çətənə bitkisinin hissəcikləri olan elektron tərəzi maddi sübut hesab kimi tanınaraq DİN-in BMCMİ-də saxlanılır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş bir ədəd qoşalüləi tüfəng-yivsiz odlu ov silahı və həmin silaha aid 25 ədəd patron DİN-in X8 İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus iki ədəd «Samsunq» markalı və bir ədəd «Nokia» markalı mobil telefonlar, həmçinin üzərində 4169 7413 6526 5329 nömrələri qeyd edilmiş «Kapital Bank»-a məxsus plastik kart onun ailə üzvlərinə qaytarılması üçün müdafiəçisi X5 təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə həmin sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsinə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edərək cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzadan, başqa sözlə, onun cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə marixuananı satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə marixuana miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilsə də, onun CMin 32,5, 206.3.2-ci maddəsi ilə olan əməli düzgün tövsif edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə baxışı zamanı “Ağa” adlı şəxsin Azərbaycan Respublikasının gömrük sərhəddindən narkotik vasitə nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyi ilə keçirməsi halı müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində də, «Ağa» adlı şəxsin qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasına hansı qaydada gətirməsindən xəbərsiz olduğunu bildirmiş, həmin narkotik vasitəni «Ağa» adlı şəxsin əvvəlcədən dediyi yerdən götürüb onun dediyi yerə qoyacağını qeyd etmişdir. O, həmin narkotik vasitənin göndərilməsi ilə bağlı “Ağa” adlı şəxsdən başqa kiminləsə danışıq aparmamışdır. Məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Ağa” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri «Ağa» adlı şəxslə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaları gömrük sərhədindən keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra yaşadığı kəndin ərazisində əldə edib, gizlədib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Məhərrəm” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs (lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunun qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Ağa”ya kömək etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçiliyi “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil, yalnız bir şəxsə –“ Ağa”ya yönəlmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətində əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirildiyindən o, qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32,5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və bundan sonra Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 06 aprel 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 06 aprel 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Rüstəmov X3 rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 328 A-da qeydiyyatda olmaqla, himayəsində heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşağı ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də törətdiyi cinayəti qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 15463,864 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində çətənə bitkisinin hissəcikləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması haqqında videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk, avtomobilə baxış və götürmə aparılması haqqında videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk, evə baxış və götürmə aparılması haqqında videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş bir ədəd qoşalüləi tüfəng-yivsiz odlu ov silahı və həmin silaha aid 25 ədəd patron DİN-in X8 İdarəsinə, eləcə də Təqsirləndirilən şəxs məxsus iki ədəd «Samsunq» markalı və bir ədəd « Nokia» markalı mobil telefonlar, həmçinin üzərində 4169 7413 6526 5329 nömrələri qeyd edilmiş «Kapital Bank»-a məxsus plastik kartın onun ailə üzvlərinə qaytarılması üçün müdafiəçisi X5 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, iş üzrə ekspertiza xərci olan 78 (yetmiş səkkiz) manat olmaqla Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və CM-in 32.5, 206.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən – 06 aprel 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 15463,864 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində çətənə bitkisinin hissəcikləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk, avtomobilə baxış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk, evə baxış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş bir ədəd qoşalüləi tüfəng-yivsiz odlu ov silahın və həmin silaha aid 25 ədəd patronun DİN-in X8 İdarəsinə, eləcə də Təqsirləndirilən şəxs məxsus iki ədəd «Samsunq» markalı və bir ədəd «Nokia» markalı mobil telefonlar, həmçinin üzərində 4169 7413 6526 5329 nömrələri qeyd edilmiş «Kapital Bank»-a məxsus plastik kartın onun ailə üzvlərinə qaytarılması üçün müdafiəçisi X5 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-458/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-458/2022
04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver