Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-458/2024 11.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X6 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X15, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxx 1985-ci ildə Lənkəran rayonunun Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı övladı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli qərarla barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respubliksı Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 1 (bir) il müddətə azaldılaraq, üzərində 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və 18 iyul 2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Liman şəhəri, R.Rza küçəsi, ev 5 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə, axşam saatlarında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda altı ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,453 qr, 0,400 qr, 0,405 qr, 0,453 qr, 0,438 qr və 0,426 qr, ümumi təmiz çəkisi 2,575 qram ağ rəngli kristallardan ibarət, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 23:50-də Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X12 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən qeyd olunan çəkilərdə və bükümlərdə psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilib götürülərək qablaşdırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08 fevral 2024-cü il tarixdə, axşam saat 16-17 radələrində Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən yaşadığı evin yaxınlğındakı çay evində qardaşının yanında Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X12 sahə inspektoru Şahid6 da daxil olmaqla altı-yeddi nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində heç bir qanunsuz əşya və ya predmet olmamışdır. Polis şöbəsinə aparılmasının səbəbini soruşduqda rəisin onu çağırdığı, bölmədə isə qarşısına bir kiloqram qanunsuz kütlə qoyularaq verilən tapşırıq əsasında həbs edilməli olduğu bildirilmişdir. Barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan əvvəlki cinayət işi üzrə də qanunsuz olaraq tutulmuş, lakin məhkəmənin hökmündən apellyasiya qaydasında şikayət verməmişdir. Bazarın mərkəzində yaşamış, yuxusu olmayanda axşamlar çıxıb yaşadığı ərazini gəzib siqaret çəkərkən ərazidə hər hansı qanun pozuntusu baş verəndə polis əməkdaşları onu aparıb ondan baş verənlər barədə sorğu-sual etmişlər. Polis əməkdaşları onunla elə davranırmışlar ki, sanki onlara qarşı ictimai dəstək fəaliyyətini həyata keçirmişdir. Saxlanıldığı gün polis bölməsində ona qarşı fiziki zorakılıq göstərilmiş, etirafedici ifadə almaq məqsədi ilə iki-üç nəfər onu əl və ayaqlarından asmışlar. Saxlanıldığı istintaq təcridxanasında yıxılmış və qabırğası sınmışdır. Polis əməkdaşı Şahid6 yaşadığı məhəlləyə qız dalınca gəlmiş, o da Əzimə öz iradını bildirmiş, bununla da Əzimdə ona qarşı ədavət yaranmışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, tutulana qədər “nəşə”dən istifadə etmiş, “kompaniyaya” düşəndə narkotik vasitə və psixotrop maddə istifadə etmişdir. Tutulmamışdan bir gün qabaq Lənkəran şəhərinə narkotik vasitə almaq üçün getməmişdir. 28 yanvar 2024-cü il tarixdə polis əməkdaşı Şahid6la arasında qız üstündə mübahisə olmuş, Əzim məhəllədəki Aydın adlı şəxsin qızının dalınca gəlib-getmiş, o da buna etirazını bildirmişdir. Əzimlə arasında mübahisə olanda yanlarında başqa polis əməkdaşı, konkret olaraq iş üzrə Şahid1 olmamışdır. Nicat onun saxlanılmasında iştirak etmiş, lakin ona qarşı fiziki və ya psixi təsir göstərməmişdir. Onu Əzim tutdurmuşdur. Belə ki, polis əməkdaşı olan Fuad adlı tanışı ona zəng edib Əzimin onu həbsə göndərəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı yerdən X14 qədər olan məsafə 3 kilometrdir. Polis bölməsinə aparılanda üzərində narkotik vasitə olmamış, lakin ayrı-ayrı vaxtlarda narkotikdən istifadə etmişdir. Bölmədə üzərində videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti icra olunarkən Əzim orada olmuş və sonuncunun təzyiqi nəticəsində etirafedici ifadə vermişdir. Saxlanıldığı vaxt istifadəsində 050 ***-**-** saylı mobil nömrə olmuşdur. Mobil telefonu qaytarılmamışdır. Onu əl və ayaqlarından asmış, lakin döyməmişlər. Polislər tərəfindən işgəncəyə məruz qalması ilə əlaqədar hər hansı quruma şikayət etməmiş, bu barədə yalnız ona təqdim olunmuş iki vəkilə demiş, onlarda onu müdafiə etməmişlər, nəhayət başqa vəkil təyin olunmuşdur. Belə ki, polis bölməsinə gətirilərkən iki ayrı-ayrı vəkil dəvət olunmuş, həmin vəkillər iştirak etməkdən imtina etdikləri üçün başqa bir vəkil dəvət olunmuşdur. İbtidai istintaq zamanı ona vəkillərin siyahısı təqdim olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanda arvadı və oğlu ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, bəzən balıq tutmaqla məşğul olur. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təxminən yeddi ildir ki, heroin və metamfetamindən yandırıb tüstüsünü udmaqla istifadə edir. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə olarkən tanımadığı şəxsdən bir bükümün içərisində, ümumilikdə altı ədəd bükümdə, təxminən 2,5 qrama yaxın metamfetamin almışdır. Həmin şəxsə metamfetaminə görə 70 (yetmiş) manat pul vermişdir. Daha sonra metamfetamini cibinə qoymuşdur ki, istifadə edər. Həmin gün, saat 23 radələrində Liman şəhəri, H.Aslanov küçəsi ilə piyada gedərkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, onu X14 gətirmişlər. Bölmənin inzibati binasında polis əməkdaşları ona müdafiəçi siyahısını təqdim etmişlər və o, həmin siyahıdan özünə hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi seçmişdir. Daha sonra ona hüquq və vəzifələri elan edilmiş, üzərində şəxsi axtarış keçirmişlər və ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə könüllü surətdə təqdim etməyini bildirmişlər. Həmin gün “Böyük bazar” ərazisində tanımadığı şəxsə 70 (yetmiş) manat verib aldığı metamfetamini əynindəki şalvarın sağ yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, bükümlərdə şüşə deyilən metamfetamin vardır, saxlanılmamışdan qabaq Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş metamfetaminlər elektron tərəzidə çəkilmiş və ümumi çəkilərinin sellofanla birlikdə 2,63 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkarlanmış altı bükümdə metamfetamin zərfə qoyulmuş və zərfin üzəri yazılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra zərf ekspertizaya təqdim olunması üçün möhürlə möhürlənmişdir. Müdafiəçi ona verdiyi suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən və ya polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada zorakı hərəkətlər edilməmiş, polis işçilərindən şikayəti yoxdur. Daha sonra bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, o da tərtib edilmiş sənədlərlə tanış olub, imzası ilə təsdiq etmişdir. Etdiyi əməldən peşmandır. Saxlanılarkən və ya polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir formada zor tətbiq edilməmişdir. Metamfetamini üzdən tanıdığı, lakin adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxslərdən əldə edir, lakin narkotik vasitələr və ya psxitorop maddələrin satışını həyata keçirmir. Psixotrop maddəni əldə etdiyi şəxs 45-46 yaşlarında, qarayanız, hündür, saqqallı bir kişi olmuşdur. Başqa məlumatı yoxdur. Telefon nömrəsini bilmir (iş vərəqi 69-73). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təzyiqlə əlaqələndirmiş, məhz bu səbəblərdən ifadəni imzalamasını, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, heç bir günahı olmadığını, bir neçə vaxtdır ki, narkotik vasitələrdən istifadə etmədiyini bildirərək, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını (təqsirləndirilən şəxsi, ittiham və müdafiə tərəfin şahidləri) dinləyib, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X12 cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 08 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması və daşıması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla bölmənin rəhbərliyinə məruzə olunaraq məlumatın yoxlanılması ona həvalə edildiyi üçün Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis nəfərləri Şahid3 və Şahid2 iştirak etmişlər. Həmin gün saat 23:50-də Amil Liman şəhəri, H.Aslanov küçəsində müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin yerdə şərait imkan vermədiyindən Amili üzərində şəxsi axtarış aparılmasından ötrü X12 inzibati binasına gətirmişlər. Bölmədə Amilin üzərində şəxsi axtarış aparılması üçün tərəfindən raport tərtib edilmiş, xidməti otaqların birində videoçəkiliş vasitəsilə dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha ona hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təhqiqatçı tərəfindən təklif olunmuş, o da üzərində “şüşə” deyilən psixotrop maddə olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərində qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Amilin üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış bir ədəd bükümün içərisinə baxdıqda altı ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddənin olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək təxmini 2,63 qram olması müəyyən edilmiş və kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq nazirliyin 134 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Amil şifahi suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkarlanmış kütlə “şüşə” deyilən psixotrop maddə olan metamfetamindir, özünə məxsusdur, Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı şəxsdən 70 (yetmiş) manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır, onu saxlayan polis əməkdaşları çəkilişdə iştirak edənlərdir, saxlanılarkən polislər tərəfindən ona hər hansı təsir, hədə-qorxu, zor tətbiq edilməmişdir, psixotrop maddəni əldə etməkdə məqsədi ondan istifadə etmək olmuşdur. Bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Ona daxil olmuş əməliyyat məlumatında Amilin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlayaraq gəzdirməsindən başqa, narkotikin satışında da şübhəli olması barədə əməliyyat məlumatı daxil olsa da, onun narkotik satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məlum olmuşdur ki, Amil narkotik vasitələrin satışı ilə məşğul olmur, ancaq psixotrop maddə olan metamfetamindən istifadə edir və buna görə də üzərində gəzdirir. Şahid1 məhkəmə iclasında cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, aralarında qohumluq, ədavət və ya düşmənçilik olmamışdır. Amil saxlanılarkən tək olmuş, ona qarşı hər hansı təzyiq və ya təsir olmamış, könüllü şəkildə şöbəyə getmişdir. Sahə inspektoru Şahid6la polis əməkdaşı kimi münasibəti olmuş, xidməti zərurətlə əlaqədar birlikdə çox vaxt keçirmişlər. Şahid6 Amilin saxlanılmasında iştirak etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X12 polis nəfərləri, polis serjantı Şahid3 və polis kiçik serjantı Şahid2 hər biri ayrı-ayrılıqda ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə əlavə şahid qismində tanınaraq dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X12 sahə inspektoru, polis kapitanı Şahid6 ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır, onunla hər hansı bir ədavət və ya düşmənçiliyi, qohumluq münasibəti yoxdur. Amilin yaşadığı yeri bilir və oraya xidməti zərurətlə əlaqədar gedibgəlmişdir. Amillə arasında münaqişə olmamış, onun saxlanılması ilə bağlı əməliyyat tədbirində iştirak etməmiş, çayxanada tutmamış, yalnız polis bölməsinə aparıldığını görmüş və ona qarşı tərəfindən heç bir formada təzyiq və ya təsir olmamışdır. Amilin uzun illərdir narkoman olduğunu eşitsə də, ona bu barədə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə əlavə şahid qismində tanınaraq dindirilmiş Şahid5 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. 08 fevral 2024-cü il tarixdə, saat 16-17 radələrində yaşadığı evin həyətində olarkən çöldən səs gəldiyini eşidib, çölə çıxanda evinin qarşısındakı çayçıda Amilin polislər tərəfindən tutulduğunu görmüşdür. Onun saxlanmasında polis əməkdaşları Şahid6 və Şahid3 daxil olmaqla, cəmi dörd nəfər iştirak etmişdir. Amil saxlanıldığı vaxt digər qardaşı ilə əmisi də çayxanada olmuşlar və qardaşı polis tərəfindən aparılmasına etiraz etmişdir. Amilin yaşadığı məhəlləyə qıza görə polis gəlmiş, həmin qız qardaşının qonşusu olmuş, sonuncu da bu səbəbdən polisə irad bildirmiş və polislə arasında ədavət yaranmışdır. Amil tutulandan sonra o da polis bölməsinə getmiş, lakin onu görə bilməmişdir. Qardaşı onunla əlaqə saxlayanda polislər tərəfindən əllərinin qandallanıb asıldığını, narkotik vasitəni boynuna qoyduqlarını bildirmişdir. Amil əvvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin son vaxtlar “dərman” qəbul etmişdir. Məhkəmədə əlavə şahid qismində tanınaraq dindirilmiş Şahid7 ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi, qohumluq münasibəti yoxdur. 08 fevral 2024-cü il tarixdə çayxanada olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşı ilə çay içməyə gəlmişdir. Onlara çay süzmüş, üzərindən iyirmi dəqiqə keçməmiş polislər gəlmişlər. Bu zaman saat 16:30-17:00 radələri idi. Amil polis maşınına oturub getmişdir. Polis əməkdaşları həmin vaxt Amilə təzyiq göstərməmiş, onu döyməmişlər. Amil polis əməkdaşlarına “məni niyə aparırsınız, hara aparırsınız?” deyib etiraz etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki,: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X12 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X12 xx.xx.2024-cü il tarixli qərarı və əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməklə yaxalanması məqsədi ilə həmin bölmənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 05-09). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X12 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, narkotik vasitələrin qəbulu, üzərində saxlaması, daşıması və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:50-də Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsində hərəkətdə olarkən saxlanılaraq bölməyə aparılmışdır (iş vərəqi 10). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 14-15). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən altı ədəd bükümdə, ümumilikdə 2,63 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş altı bükümdə kütlənin “şüşə” deyilən psixotrop maddə metamfetamin olmaqla özünə məxsus olduğunu, həmin kütləni Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı şəxsdən 70 (yetmiş) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən DVD disk protokola əlavə olunmuş və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (iş vərəqi 32-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 19/118 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,453 qr, 0,400 qr, 0,405 qr, 0,453 qr, 0,438 qr, 0,426 qram, ümumi təmiz çəkisi 2,575 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İİ). Psixotrop maddə metamfetaminin ekspertizadan sonra qalıq qalmış 2,275 qramı geri qaytarılmış, aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir (iş vərəqi 45-48). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X16 “canlı şəxsin ekspertizasına” dair 112 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (iş vərəqi 53-54). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və bu barədə qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 55-56). Lənkəran Rayon Məhkəməsinin 4(049)-31/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08 fevral 2024-cü il tarixdə, saat 23:50-dən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 79-80). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X11 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 128 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 84). Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 80 nömrəli məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi, hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 1(049)-346/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 7(049)-93/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarına əsasən ona “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respubliksı Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 1 (bir) il müddətə azaldılaraq, üzərində 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və 18 iyul 2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (iş vərəqi 92; 100-101; 119-125). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.2-ci maddələrinin tələbinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 1 (bir) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddədə göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4.4-cü maddənin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən olunmur. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 28 fevral 2024-cü il tarixli, 4574 saylı məktubuna əlavə edilmiş CD diskə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar edilməmişdir (iş vərəqi 106-107). Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir (iş vərəqi 111). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,575 qram psixotrop maddə metamfetamin və CD diskdə olan videogörüntü maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından qaytarılmış 2,275 qram mefamfetamin saxlanılması üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, CD disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqi 112-113). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 278 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (iş vərəqi 116). Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 280 nömrəli, xx.xx.2024-cü il tarixli arayışı və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır, ailə tərkibi arvadı və 21 mart 2012-ci il təvəllüdlü oğlundan ibarətdir (doğum haqqında şəhadətnamənin surəti məhkəməyə təqdim olunmuş və cinayət işinin materiallarına əlavə olunmuşdur), barəsində nümayəndəliyə şikayət və ya narazılıq daxil olmamışdır (iş vərəqi 117-118). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (iş vərəqi 126-138). Məhkəmənin sorğusu əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2024-cü il tarixli, 12615 nömrəli məktubla daxil olmuş CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrə ilə 2024-cü ilin 07 fevral tarixindən 10 fevral tarixinədək aparılmış sms yazışmaları, giriş-çıxış zənglərinin arasında nə saxlanılmasında iştirak etmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, nə də onunla ədavəti olmasını iddia etdiyi sahə müvəkkili Əzim Məlikzadənin istifadələrində olan mobil telefon nömrələrindən zənglər müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə sonuncu danışıq xx.xx.2024-cü il tarixdə, saat 16:22:53-də qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə daxil olan digər mobil telefon nömrələrinin məxsus olduğu şəxslərin sırasında Fuad adlı şəxsin adı müəyyən olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinin anten dairəsi 07 fevral 2024cü il tarixdə, saat 13:36:12; 13:37:10; 13:41:13; 13:49:30; 13:52:25; 13:53:32; 14:05:09-da Lənkəran şəhəri ərazisində müəyyən olunmuşdur. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X12 xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, bölmənin “məsul növbətçinin qeyd kitabı”ndan 07-09 fevral 2024-cü il tarixinə dair çıxarışın həmin kitabda qeyd olunan digər gətirilmiş şəxslərə aid anket məlumatları olduğundan və sözügedən məlumatların konfidensiallığının qorunmasından ötrü məlumatları təqdim etmək mümkün olmamışdır. Ona görə də, Təqsirləndirilən şəxs barəsində qeyd olunmuş məlumatlar şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabından çıxarılaraq təqdim edilmiş və göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğuna görə daxil olmuş məlumatlar əsasında polis əməkdaşları tərəfindən 08 fevral 2024-cü il tarixdə, saat 23:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq, saat 00:00-da X14 gətirilərək üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüş və müvafiq sənədləşmə aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş, adına tibbi kitabça açılmış, müayinə zamanı xəsarət aşkar olunmamış, hər iki yuxarı və aşağı ətraflarda narkotiklə bağlı trofik yaralar və piqmentləşmiş ləkələr, qarının ön və sağ divarında,sol saidin bayır səthində köhnə çapıq toxumalar, hər iki yuxarı ətrafda, sağ qasıq büküşündə postinyeksion döyənəklər müşahidə olunmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 14 (on dörd) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, vəsatət əsasında əlavə şahidlər dəvət olunmuş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni 08 fevral 2024-cü il tarixdə, axşam saat 23:50-də deyil, saat 16-17 radələrində Liman şəhəri, H.Aslanov küçəsində yerləşən yaşadığı evin yaxınlğındakı çay evində qardaşının yanında X12 sahə inspektoru Şahid6 da daxil olmaqla altı-yeddi nəfər polis əməkdaşı tərəfindən saxlanılması, həmin vaxt üzərində heç bir qanunsuz əşya və ya predmet olmaması, bölməyə aparılmasının səbəbini soruşduqda rəisin onu çağırdığı, bölmədə isə qarşısına bir kiloqram qanunsuz kütlə qoyularaq verilən tapşırıq əsasında həbs edilməli olduğunun bildirilməsi, adətən ərazidə hər hansı qanun pozuntusu baş verdikdə polis əməkdaşlarının onu aparıb sorğu-sual etmələri, tutulmamışdan bir gün qabaq Lənkəran şəhərinə narkotik vasitə almaq üçün getməməsi, saxlanıldığı gün bölmədə ona qarşı fiziki zorakılıq göstərilməsi, etirafedici ifadə almaq məqsədi ilə iki-üç nəfərin onu əl və ayaqlarından asması, polis əməkdaşı Şahid6 yaşadığı məhəlləyə qız dalınca gəldiyi üçün ona öz iradını bildirdiyindən münasibətlərinin pozulması, Əzim tərəfindən tutdurulması, Fuad adlı tanışının ona zəng edərək Əzimin onu həbsə göndərəcəyi barədə deməsi, bölmədə üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən Əzimin də orada olması və məhz sonuncunun təzyiqi nəticəsində etirafedici ifadə verməsi, mobil telefonunun qaytarılmaması, polis əməkdaşları tərəfindən döyülməsə də, əl və ayaqlarından asılması, bu barədə hər hansı quruma şikayət etməsə də, ona təqdim olunmuş iki vəkilə deməsi, həmin vəkillərin də onu müdafiə etməməsi, nəticədə başqa vəkil təyin olunması, ibtidai istintaq zamanı ona vəkillərin siyahısının təqdim olunmaması məzmunda ifadə verməsi əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X12 məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 08 fevral 2024-cü il tarixdə, saat 23:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq, saat 00:00-da X14 gətirilərək üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüş və müvafiq sənədləşmə aparılmışdır. Bundan başqa, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ərizə, vəkillər haqqında məlumat cədvəli, eyni tarixli qərar və protokollarıdan görünür ki, Təqsirləndirilən şəxs xahişi və seçimi əsasında Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi onun hüquqlarını müdafiə etmək üçün dəvət olunaraq Amilə təqdim olunmuş, sonuncu tərəfindən müdafiəçiyə etiraz edilməmiş və həmin müdafiəçi onun vəkili təyin olunmuşdur (iş vərəqi 19-26). Bundan əlavə Təqsirləndirilən şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X13 inzibati binanın xidməti otağında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminlə bağlı hər hansı narazılıq bildirməmiş, əksinə həmin kütlənin özünə məxsus olmasını, Lənkəran şəhəri “Böyük bazar” deyilən ərazidən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 70 (yetmiş) manat müqabilində şəxsi istifadəsi üçün aldığını etiraf etmiş, izahatında, şübhəli şəxs və təqsirləndirilən kimi verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilmişdir (iş vərəqi 32-35; 50-52; 69-73). Bundan başqa, Təqsirləndirilən şəxs X12 inzibati binasındakı xidməti otaqda üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən çəkilişdə onun üzərindən mobil telefon aşkarlanması görünmür. Bu da onu deməyə əsas verir ki, həmin vaxt onun üzərində mobil telefon olmamışdır. Həmçinin, sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə istintaq hərəkəti aparılarkən sahə müvəkkili Əzim Məlikzadənin iştirakı da müşahidə olunmur (iş vərəqi 32-35). Bundan əlavə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 sahə inspektoru, polis kapitanı Əzim Məlikzadə Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıdığını, onunla hər hansı bir ədavət və ya düşmənçiliyinin olmamasını, Amilin yaşadığı yerə xidməti zərurətlə əlaqədar gedib-gəlməsini, onun saxlanılması ilə bağlı əməliyyat tədbirində iştirak etməməsini, onun yalnız polis bölməsinə aparıldığını görməsini və ona qarşı tərəfindən hər hansı bir formada təzyiq və ya təsir göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında sahə müvəkkili Əzim Məlikzadənin iştirak etməməsi cinayət işi üzrə şahid qismində dindirilmiş X12 əməkdaşlarının ifadələrində də öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi psixotrop maddə metamfetamin barədə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tanış olarkən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (iş vərəqi 67). Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrə ilə 2024-cü ilin 07 fevral tarixindən 10 fevral tarixinədək aparılmış sms yazışmaları, giriş-çıxış zənglərinin məzmunu və anten dairəsi məlumatlarından müdafiə tərəfinin Amilin güya 08 fevral 2024-cü il tarixdə, saat 16-17 radələrində Əzim Məlikzadə tərəfindən tutdurulması, həmin vaxt Əzim də daxil olmaqla xeyli sayda polis əməkdaşı tərəfindən saxlanılması, polislər tərəfindən ona zəng olunması, saxlanılmamışdan bir gün əvvəl narkotik almaq üçün Lənkəran şəhərində olmaması kimi iddiaları öz təsdiqini tapmamışdır (bu barədə təsviri hissədə ətraflı qeyd olunmuşdur). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Sözü gedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təsir və təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən kimi verdiyi ifadələrində polis əməkdaşları tərəfindən saxlanılıb bölməyə gətirilərkən və sonrakı mərhələlərdə ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamasını bildirmişdir (iş vərəqi 34-35; 50-52; 69-73). Bundan başqa, o, Lənkəran Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilərkən özünü ona qarşı verilmiş ittihamla təqsirli bilərək, tutularkən və polis şöbəsində olarkən kimsə tərəfindən təzyiqə məruz qalmadığını göstərmişdir (iş vərəqi 79-80). Bundan əlavə, Təqsirləndirilən şəxs saxlanılarkən təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyində onun bədəni üzərində hər hansı bir xəsarətin aşkar edilmədiyi göstərilmişdir (iş vərəqi 53-54). Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə saxlanılarkən və polis bölməsində olduğu zamanlarda polis əməkdaşları tərəfindən fiziki və psixi təsir, təzyiqlərə məruz qalması barədə deməsinə əsasən onun saxlanılandan sonra istintaq təcridxanasına aparıldığı vaxt üzərində xəsarət olub-olmamasını müəyyənləşdirmək üçün verilmiş sorğuya alınmış cavabda Təqsirləndirilən şəxs tibbi müayinə zamanı xəsarət aşkar olunmaması qeyd olunmuşdur. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zor tətbiq edilməməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan əlavə, məhkəmə heyəti əlavə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs qardaşı Şahid5 Amilin 08 fevral 2024-cü il tarixdə, saat 16-17 radələrində çayçıda polislər tərəfindən tutulması, onun saxlanmasında polis əməkdaşları Şahid6 və Şahid3 də daxil olmaqla, cəmi dörd nəfərin iştirak etməsi, Amil yaşadığı məhəlləyə qıza görə gəlmiş polis əməkdaşı Əzimə irad bildirdiyi üçün Əzimlə aralarında ədavət olması, Amil tutulandan sonra onunla əlaqə saxlayanda polislər tərəfindən əlinin qandallanıb asıldığını, narkotik vasitəni boynuna qoyduqlarını bildirməsi, Amilin əvvəllər narkotik vasitələrdən istifadə, son vaxtlar isə “dərman” qəbul etməsi; tanışı Şahid7 08 fevral 2024-cü il tarixdə çayxanada olduğu vaxt saat 16:30-17:00 radələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq aparılması barədə dediklərini yuxarıda sadalanan mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, onlardan birinin təqsirləndirilənin qardaşı, digərinin isə təqsirləndirilənlə tanış münasibətdə olmaları səbəbindən sonuncunu məsuliyyətdən yayındırmaq məqsədi güdmələri ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadələri təqsirləndirilənin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə cinayət işinin materiallarına istinadən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 234.1-ci maddəsində (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir. Sözü gedən Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İİ Siyahısı”nın 118-ci bəndinə görə təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, hər iki istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X18 əməkdaşlarının ifadələri, “şəxsi axtarış və götürmə haqqında” 09 fevral 2024-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, ekspert rəyləri, maddi sübutlar və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarının 25-ci bəndində qeyd olunur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından, onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,575 qram psixotrop maddə metamfetamin 2,275 qram qalıq çəkisi məhv edilməli; içərisində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntüsünün əks olunduğu bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla həmin disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 08 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,575 qram psixotrop maddə metamfetamin 2,275 qram qalıq çəkisi məhv edilsin; içərisində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntüsünün əks olunduğu bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-458/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-458/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver