Məhkəmə qərarları › İş №1(099)-459/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-459/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-459/2024 19.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi 116 №-li evdə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda xeyli miqdarda narkotik vasitələri tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikasının şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşının +98-***-***-**- ** saylı “WhatsApp” ani mesajlaşma sistemində qeydiyyatdan keçdiyi mobil nömrəsi ilə danışaraq həmin şəxslə satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə etdikdən sonra satıb pulunu onunla böləcəkləri barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bundan sonra aralarında olan razılaşmaya uyğun olaraq həmin şəxsin istintaqa məlum olmayan tarixdə və vaxtda Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Pirsaat qəsəbəsindən keçən hissəsində yolun kənarında yerləşən köhnə tikilinin içərisinə qoyduğu xeyli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində daşımaqla Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 116-da yerləşən ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evində saxlamış, 02 fevral 2024-cü il tarixdə, saat 19:40-da Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd olunan fərdi yaşayış evinə baxış aparılan zaman qanunsuz olaraq satış məqsədilə əldə etdiyi 18 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 5,23 qram, 3,08 qram, 2,30 qram, 4,76 qram, 3,27 qram, 3,17 qram, 5,01 qram, 3,39 qram, 2,54 qram, 4,97 qram, 4,90 qram, 4,94 qram, 2,32 qram, 4,10 qram, 3,30 qram, 4,13 qram, 3,82 qram və 3,84 qram olmaqla, ümumi təmiz çəkisi 69,07 qram xeyli miqdarda tərkibində bitki mənşəli narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ona məxsus yataq otağında yerləşən çarpayının altında saxlanılan göy rəngli bir ədəd sellofan torbanın içərisindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, 02 fevral 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda xeyli miqdarda narkotik vasitələri tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün qanunsuz olaraq təkrar satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikasının şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşının +98-***-***-**-** saylı “Whatsapp” ani mesajlaşma sistemində qeydiyyatdan keçdiyi mobil nömrəsi ilə danışaraq həmin şəxslə satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə etdikdən sonra satıb pulunu onunla böləcəkləri barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bundan sonra aralarında olan razılaşmaya uyğun olaraq həmin şəxsin istintaqa məlum olmayan tarixdə və vaxtda Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Pirsaat qəsəbəsindən keçən hissəsində yolun kənarında yerləşən köhnə tikilinin içərisinə qoyduğu xeyli miqdarda narkotik vasitələri qanunsuz olaraq təkrar satış məqsədilə əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu, Pirsaat qəsəbəsinə daşımış, 02 fevral 2024-cü il tarixdə, saat 17:35-də Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Pirsaat qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman 18 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,71 qram, 2,20 qram, 3,05 qram, 2,21 qram, 2,50 qram, 1,86 qram, 2,48 qram, 2,60 qram, 2,94 qram, 2,03 qram, 2,43 qram, 1,82 qram, 2,26 qram, 2,25 qram, 2,68 qram, 2,68 qram, 2,56 qram və 2,23 qram olmaqla, ümumi təmiz çəkisi 43,49 qram xeyli miqdarda tərkibində bitki mənşəli narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynində olan qara rəngli gödəkçənin içərisində gizlətdiyi qara rəngli polietilen torbadan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, İİ Qarabağ müharibəsi iştirakçısı olmuş, orada tibbi xidmətində fəaliyyət göstərmiş, iyirmidən çox şəhid, əlliyə yaxın yaralı çıxarmış, çox ağır döyüşlərdən keçmişdir. Döyüşlərdən qalan psixoloji problemlərə görə arada marixuanadan istifadə etmişdir. İran vətəndaşı ona “WhatsApp”-la özü yazmış, bir neçə dəfə imtina etsə də ona ucuz qiymətə satacağını bildirmişdir. Dövlət ona ayda 80 manat pul verdiyindən, iranlı şəxsə narkotik vasitə üçün pulu hissə-hissə olaraq ayda bir dəfə ona verməyi, bu halda da narkotiki göndərəcəyini bildirmiş və o, da razılaşmışdır. O, bu yolun yolçusu olmamış və heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Bir nəfər tapılmaz ki, “Ərəstun mənə narkotik satıb” desin. Əvvəllər narkotik istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, İİ Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş, sentyabrın 21-dən dekabrın 31-dək döyüşlərdə iştirak etmişdir. Yalnız marixuanadan istifadə etmişdir. Marixuanadan müharibədən sonra istifadə etməyə başlamışdır. Bakıda olan tanışından marixuana götürüb nadir hallarda istifadə etmişdir. Marixuanadan ay ərzində bir neçə dəfə istifadə etmiş, bu barədə heç kim bilməmişdir. Narkotik vasitəni ona göndərən şəxs onları kibrit qutularında göndərmiş, fevralın 1-də narkotiki götürərkən kibrit qutusunda olduğunu görmüş, marixuananın kibrit qutusunda olacağını özü də gözləməmişdir. Ona narkotik iki dəfə göndərilmişdir. İranlı şəxs narkotik vasitəni ucuz və hissə-hissə ödəmə şərti ilə göndərəcəyini bildirdiyi üçün çox miqdarda narkotik almışdır. Narkotik vasitənin qarşılığında ümümi olaraq 500 manat pul verməyə razılaşmışdır. Heç bir yerdə işləmir, ona 80 manat müavinət verildiyindən həmin puldan hər ay 20-30 manat pulu iranlı şəxsə verəcəyini fikirləşmişdir. Ona göndərilən narkotik vasitənin saman olduğunu aşkar etdikdən sonra “WhatsApp”-a daxil olmuş, iranlı şəxsin özünün ona yazaraq narkotiki səhv göndərdiyini və onu götürdüyü yerə aparıb atmalı olduğunu, sonra ona yaxşı narkotik vasitə verəcəyini yazdığını görmüşdür. İranlı şəxsin birinci göndərdiyi bağlama ilə ikinci göndərdiyi bağlama arasına bir gün vaxt olmuşdur. Həmin şəxsin haralı olması barədə məlumatı olmamış, onunla Azərbaycan dilində danışmışdır. Həmin şəxsə Hacıqabulda yaşadığını bildirmiş, həmin şəxs də Hacıqabulda bükümü qoyacağını bildirmişdir. Həmin şəxsin kimin vasitəsi ilə narkotik vasitəni oraya qoyması barədə məlumatı olmamışdır. Həmin şəxsdən ümümilikdə 30-40 qram narkotik vasitə istəmişdir. “WhatsApp”-da səs yazılarında “Uşağlarnan çəkdik tuxta mal idi” dediyi uşaqlar Bakı şəhərində yaşayan qazi dostu olmuş, onunla birlikdə çəkmişlər, narkotik vasitənin pis olmasını bilmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsində telefonda danışdığı şəxsi aldatmaq üçün kimləsə narkotik çəkdiyini və “malın tuxda” olduğunu deməsi, əslində narkotik vasitəni çəkməməsini bildirməsi, lakin məhkəmə iclasında marixuananı dostu ilə çəkdiyini bildirməsi onunla bağlıdır ki, ifadəsində marixuananı uşaqlarla çəkdiyini bildirdiyi üçün məhkəmə istintaqı zamanı da dostu ilə çəkdiyini bildirmişdir, lakin heç kimlə narkotik çəkməmişdir. Əvvəllər həmin şəxsdən narkotik vasitə almamış, həmin şəxsin ona pulsuz olaraq hansı məqsədlə narkotik vasitə göndərməsinin səbəbini bilmir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ilkin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 02 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında şöbə rəisinə məruzə edilərək onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs Hacıqabul rayonu, Pirsaat kəndi ərazisində olması müəyyən edilərək həmin əraziyə gedərək, orada yarım tikilinin yanında ona yaxınlaşaraq özlərini təqdim edib polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçının otağında müdafiəçinin iştirakı və videoçəkliş aparılmaqla üzərinə baxış keçirilmiş və baxış zamanı əynindəki qış gödəkcəsinin cibindən bir ədəd sellofan da büküm çıxarılış və içərisində “skoçlanmış” halda 18 ədəd kibrit qutuları olduğu müəyyən edilmişdir. Ərəstun aşkar edilmiş narkotik vasitə barədə İran-İslam Respublikası vətəndaşı ilə sosial şəbəkədən tanış olduğunu və beş yüz manat müqabilinə əldə etdiyini və pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Sonradan təhqiqatçı tərəfindən aşkar edilmiş narkotik kütlə qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hər hansısa narkotik vasitə və ya qanunla qadağan olunmuş maddələrin evində olması barədə sual verilmiş və təqdim etməsi təklif edilmişdir. Ərəstun evində axtarış keçirilməsinə etiraz etməmiş və evinə baxış zamanı çarpayısının altında sellofan büküm aşkar edilmiş, ümümilikdə 19 ədəd əldə etdiyini, birini istifadə etdiyini etiraf etmiş və 18 ədəd kibrit qutusunu təqdim etmişdi. Aşkar olunmuş narkotik vasitələri bir gün qabaq İİR vətəndaşından əldə etdiyini bildirmişdir. Sonradan evində aşkar edilmiş narkotik vasitələr təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və növünün aydınlaşdırılması üçün ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı ünvana hansı maşınla getdiyi tərəflərindən müəyyən edilmiş və həmin sürücünün Mehman adında şəxs olmasını bilmişlər, lakin Ərəstun sürücünün heç nədən xəbərinin olmamasını bildirmiş, Mehmanında ifadəsi alınmışdır. Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir təsir olmamış, sonuncu ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını və İran İR vətəndaşına 500 manat pul göndərəcəyini bildirmiş, Ərəstunun satış məqsədinin olubolmaması barədə məlumatı olmamışdır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə olmuş, onun kiməsə narkotik satması barədə məlumatı olmamışdır. Üzərində aşkar olunmuş “HONOR” markalı mobil telefonla İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq iranlı tərəfindən məkan yeri (kordinatlar) göndərilmiş, həmin yerə gedib narkotik vasitəni əldə etmişdir. Şəxsi axtarış və evə baxış zamanı videoçəkiliş olmuş və orada iştirak etmişdir. Videoçəkiliş zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, 500 manat müqabilində narkotik vasitəni əldə etmişdir. Lakin birinci göndərilən narkotik vasitəni nəzərində tutmuşdur yoxsa hər ikisini onu bilmir. Ərəstun bildirmişdir ki, evində 19 kibrit qutusu olmuş, ondan bir qutusunu istifadə etdiyini bildirmiş və qalan 18 kibrit qutusunu qablaşdıraraq götürmüşlər. Əməliyyat məlumatı narkotik vasitəni üzərində saxlaması barədə olmuş, narkotik vasitənin miqdarı barədə məlumat olmamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə olubolmaması barədə sual vermiş, sonuncu da evində narkotik vasitə olduğunu bildirmiş, evinə baxış keçirilərkən özü çarpayının altından narkotik vasitəni götürərək könüllü polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan götürməsi və əldə etməsi barədə məlumatı olmamış, o, və digər polis əməkdaşları ona yaxılaşdıqda onun üstündə narkotik vasitə olmuşdur. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Pirsaat qəsəbəsində hərəkət etdiyi və üzərində narkotik vasitə olması barədə olmuş, ərazidə heç bir iaşə obyekti olmamışdır. Daxil olmuş məlumat əsasında əməliyyat işi açılmamışdır. Ərəstunun narkotik vasitənin satışını həyata keçirməsi ilə bağlı əməliyyat tədbirləri həyata keçirilməmişdir. İstintaq dövründə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi barədə müstəntiq tərəfindən əməliyyat tapşırığı verilsə də, belə halın olması müəyyən edilməmişdir. Onun narkotik vasitəni satış məqsədi ilə alması müəyyən edilsə də, konkret olaraq kimə satması müəyyən edilməmişdir. Ərəstuna narkotik vasitə yerinə quru yarpaq verilməsi, Ərəstunun da iranlıya ona quru yarpaq verilməsini bildirməsi, iranlı şəxs də səhv saldığını bildirməsi, yəni Ərəstunda narkotik vasitə olmamasının bildirilməsi haqda deyə bilər ki, şəxsi axtarış və axtarış zamanı kibrit qutularında narkotikə bənzər maddənin aşkarlandığı deyilmişdir. Lakin ekspertizada aşkar edilmiş kütlənin qurudulmuş marixuana olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid5 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ərəstunun üzərinə şəxsi axtarış keçirilməsində, həm də evinə baxış keçirilməsində iştirak etmiş, üzərindən və evindən 18 ədəd olmaqla 36 kibrit qutusunda marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təsir göstərilməmişdir. Sonuncunun evindən yataq otağının çarpayının altından narkotik vasitə aşkar edilmişdir. Ərəstun özü narkotik vasitənin yerini göstərmişdir. Təqsirləndirilən şəxs özü evində narkotik vasitənin olduğunu bildirmişdir. Polis əməkdaşları ondan soruşduğu üçün Ərəstun evində narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid4 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş,onu Hacıqabul rayonu, Pirsaat qəsəbəsinin yaxınlığında yarımtikili obyektin yaxınlığında üç nəfər polis əməkdaşı ilə birgə saxlamışlar. Sonuncu saxlanılarkən piyada hərəkətdə olmuş, üzərində olan kbrit qutuları sellofan bükümün içində aşkar olunmuşdur. Sellofan bükümü gödəkcəsinin cibində daşımışdır. Evə baxış zamanı narkotik vasitə yataq otağında aşkar edilmişdir. Evə daxil olarkən narkotik vasitənin qoxusunu hiss edib-etmədiyini xatırlamır. Əməliyyat məlumatı Şahid2 daxil olmuş, Ərəstun saxlanılarkən sürücü də orda olmuş, Ərəstun sürücünün heç nədən məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs evində narkotik vasitə olmasını özü etiraf etmişdir. Təqsirləndirilən şəxs evində narkotik vasitə olmasını deməsəydi onun evində axtarış aparıb-aparmayacaqlarını deyə bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 02 fevral 2024-cü il tarixdə axşam radələrində evdə olarkən qapı açılmış, evə polis əməkdaşları daxil olmuşlar. Gördüyünə inanmamış, çünkü övladı o yolun yolçusu olmamışdır. Ərəstunun tutulduğundan xəbəri olmamışdır. Ərəstunun yatdığı otağın yatağının altına nəsə qoyduğunu və nə olduğunu bilməmişdir. Ərəstunun yanvar ayında 30 yaşı olub. Bu günə kimi heç vaxt belə hallarla rastlaşmamış, bu hallarla rastlaşsaydı övladının narkoman olduğunu qəbul edərdi. Evə baxış zamanı Ərəstunun yatağının altından polis əməkdaşları nəsə çıxardıb masanın üstünə qoymuş, şəklini çəkmişlər. Ərəstundan bunun nə olduğunu soruşduqda “ Ana bu mənim deyil” cavabını vermişdir. Ərəstuna hər gün siqaret pulu vermiş, onun şalvarının cibində 10 qəpik belə çıxmamışdır, əgər deyilən kimi narkotik vasitənin istifadəçisi olsa idi cibində 5-10 manat pul olmalıdır. Şahid7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ərəstunun otağında fərqli bir qoxu hiss etməmişdir. Ərəstun narkotikin polis əməkdaşları tərəfindən evə qoyulmasını və ya ona aid olmamasını bildirməmişdir. Evə baxış zamanı oğlu Ərəstuna qarşı təzyiq olunmasını görməmiş,Ərəstun özü yataq otağına yaxınlaşaraq yatağın altından narkotik vasitəni çıxarmışdır. Polis əməkdaşları evin başqa bir yerini axtarmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, evdə olarkən polis əməkdaşlarının Ərəstunu gətirdiklərini görmüşdür. Oğlu Ərəstunun bu işlə məşğul olmasını gözləməmişdir. Sonradan Ərəstunun yataq otağında yatağın altından nəsə çıxartdığını görmüşlər. Sonradan polis əməkdaşları Ərəstunu aparmışlar. Şahid6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə evində aşkar edilmiş, hər hansı kənar şəxs həmin narkotiki onun evinə qoymamışdır. Ərəstuna qarşı təzyiq olunmasını görməmişdir. Ərəstun narkotik vasitəni polis əməkdaşlarına özü təqdim etmişdir. Polis əməkdaşları digər otaqları yoxlamamışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib yaşadığı ünvanda, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 02 fevral 2024-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni üzərindən və evindən götürüb könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərməsi müəyyən edilir. (i.v.04-06; 09-10; 28-31; 32-35) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:55-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 25-26 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 02 fevral 2024-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç tərəfindən qara rəngli sellofan torbanın içərisindən 18 ədəd kibrit qutusunun içərsində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 28-31) -“Baxış keçirilməsi və götürmə haqqında” 02 fevral 2024-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhər M.Ə.Rəsulzadə küçəsi 116 №-li evin yataq otağında yerləşən çarpayının altında göy rəngli bir ədəd selofan torbanın içərisindən 18 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 32-35) -Məhkəmə bioloji ekspertizasının 03 fevral 2024-cü il tarixli 3-16-16/2-18/145 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərində » sözləri və imzalar olan kağız paketdə 18 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi- 2,71 qram, 2,20 qram, 3,05 qram, 2,21 qram, 2,50 qram, 1,86 qram, 2,48 qram,2,60 qram, 2,94 qram, 2,03 qram, 2,43 qram, 1,82 qram, 2,26 qram, 2,25 qram, 2,68 qram, 2,68 qram, 2,56 qram, 2,23 qram ümumi çəkisi 43,49 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı» sözləri və imzalar olan kağız paketdə 18 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi-5,23 qram, 3,08 qram, 2,30 qram, 4,76 qram, 3,27 qram, 3,17 qram, 5,01 qram, 3,39 qram, 2,54 qram, 4,97 qram, 4,90 qram, 4,94 qram, 2,32 qram, 4,10 qram, 3,30 qram, 4,13 qram, 3,82 qram, 3,84 qram ümumi çəkisi 69,07 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş cəmi 36 ədəd kibrit qutusunda olan marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. (i.v. 42-46) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 55-56) - Hacıqabul Rayon Məhkəməsinin 04 fevral 2024-cü il tarixli, 4(071)-9/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 fevral 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 71- 75) -Hacıqabul Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 5(071)-26/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair DİN-nin Hacıqabul RPŞ-nin əməliyyat müvəkkili Şahid2 02 fevral 2024cü il tarixli qərarının Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. (i.v.96-97) -“maddi sübut kimi tanıma” haqqında 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 111,84 qram qalmış qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk, 21 mart 2024-cü il tarixli qərardan isə görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu ifadəsini və «Honor» markalı mobil telefona baxış keçirilməsi özündə əks etdirən iki ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə və «Honor» markalı mobil telefon saxlanması üçün Hacıqabul RPŞ-nin «maddi sübutların saxlanması otağı»na təhvil verilmiş, şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi, şübhəli şəxs qismində vermiş olduğu ifadəsi və «Honor» markalı mobil telefona baxış keçirilməsi özündə əks etdirən dörd ədəd DVD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 145-146) - “mobil telefona baxış keçirilməsi haqqında” 21 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Honor” markalı mobil telefonda İran İslam Respublikasına məxsus mobil operatora aid +**********51 saylı nömrə ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirilən zaman 01 fevral 2024-cü il tarixdə 18 ədəd kibrit qutusunda qurudulmuş marixuana və 02 fevral 2024-cü il tarixdə 18 ədəd kibrit qutusunda qurudulmuş marixuana göndərilməsi, həmin narkotik vasitədən bir neçə bükümünü verdiyi tanışlarının narkotik vasitənin keyfiyyətini bəyənmədiyi barədə səs qeydlərinin olması müəyyən edilmişdir. (i.v. 149-155) -ambulator məcburi narkoloji tibbi yoxlamanın 23 fevral 2024-cü il tarixli, 1237 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 166-167) - Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 604 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir pxisi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması,kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında, güclü ruhi həyəcan vəziyyətində olmamışdır. (i.v. 168-171) - 28 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.2-ci maddələrinə tövsif edilməsi, sonuncuya həmin maddələrlə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitələri aldığı şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təqdim edilməsi üçün Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. (i.v. 172-184) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 31 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 190- 192) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hər hansı şəxsə qaçaqmalçılıq cinayəti törətməyə görə təkrarən köməklik etmədiyini, narkotik vasitələrin satışı ilə bağlı hər hansı şəxslə əlbir olmadığını, yalnız öz istifadəsi üçün gizlədilmiş yerdən narkotik vasitə götürdüyünü və hər hansı satış niyyətinin olmadığını deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi (hər hansı şəxsə qaçaqmalçılıq cinayəti törətməyə görə təkrarən köməklik etməməsi istisna olmaqla) həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə narkotik vasitə əldə etməsi hissəsini) inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahat və şübhəli şəxs qismində ilkin ifadələrində, həmçinin üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman şifahi izahatında, eləcə də təqsirləndirilən şəxs kimi ifadəsində və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitəni ona İİR-na məxsus mobil nömrə ilə danışdığı tanımadığı şəxsin göndərdiyini, həmin şəxsin 01 fevralda göndərdiyi narkotik vasitənin keyfiyyətinin yaxşı olmadığını, buna görə ona xəbərdarlıq etdikdən sonra ikinci dəfə yenidən 02 fevral 2024-cü il tarixdə narkotik vasitə göndərdiyini, həmin göndərilən narkotik vasitələrin pulunu isə hissə-hissə olmaqla yəni, ayda 20-30 manat həmin şəxsə ödəyəcəyinə həmin şəxslə razılaşdığını, Hacıqabul RPŞ-də ona qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini, hər hansı formada təzyiq edilmədiyini bildirmişdir Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisə barədə, narkotik vasitəni qanunsuz əldə etməsi və s. hallar barədə ətraflı izahat və ifadələr vermiş, məhkəmə baxışı dövründə verdiyi həmin ifadələri təsdiq etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz əldə edilməsi kimi təfsir edilməlidir. Qeyd olunan Plenum Qərarının 5-ci bəndinin 1-ci abzasına əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Sözü gedən Plenum Qərarının 6-cı bəndində qeyd edilir ki, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə əlaqə saxladığı, özünün deməsinə görə tanımadığı şəxsdən narkotik vasitəni satın alaraq ilk dəfə 01 fevral 2024-cü il tarixdə əldə etmiş, daha sonra həmin narkotik vasitəni evində saxlamış, 02 fevral 2024-cü il tarixdə isə yenidən həmin şəxsdən narkotik vasitə əldə etmiş və üzərində saxlamışdır. X4 8-9-cu bəndlərinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Bu maddədə “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni 36 kibrit qutusunda, yəni satış məqsədi ilə xüsusi qablaşdırlmış formalarda əldə etmişdir. Həmçinin sonuncunun mobil telefonuna baxış keçirilərkən müəyyən edilmişdir ki, İran İslam Respublikasına məxsus +**********51 saylı operator nömrəsi ilə Təqsirləndirilən şəxs arasında aparılmış yazışmalar və səsli qeydlər vardır. Həmin səs qeydlərinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir: - İİR-na məxsus mobil operatora məxsu nömrədənən: ......onu səhv salmışam and olan Allaha billə-bilə olmayıb, gəlib evdə görmüşəm ki,təmiz qalıb tuxtanı aparıb qoymuşam, indii mən sabahları təmiz aparıb qurban edəcəm götürsünlər, çox-çox üzr istəyirəm o, adam kimdisə, üzürxaqlıq bildir. - Təqsirləndirilən şəxs: ........vallah baba biyabırçılıqdır, axşam götürüb gətirdim dadına baxdım bir az da uşaqlara vermişdim, başımı xarab etmişdilər axı neçə vaxtıdr, onlar da mənə səs atıb səsi atam sənə heç nə e heçnə, qayçı idə doğrayıblar vurublar karobkaya biyabırçılıq çoxdur mən bunu heç nə edə bilməyəcəm - Təqsirləndirilən şəxs: uşaqlar bir dəqiqə mənə yazıblar deyirlər heç nə biyabırçılıqdır, demirəm qonağı da gəlmişdir, yaxın adam idi, səndən yaxın olmasın, məsləhətli şey döyürmüş belə Allah canının sağ eləsin,əziyyət çəkmisən belə heç nə zəifçilik. - İİR-na məxsus mobil operatora məxsu nömrədənən: Yəni heç bir qəpiyə də dəymir o, necə deyim heç pul getmir o nə cür deyim axı 100-200 belə də getmir ? Təqsirləndirilən şəxs: Yox baba Allaha and olsun deyirəm ki, heç nə e sıfır-sıfır elə bil ki, şey də çəkmir o, dərəcədə heç nə etmir. Uşaqlar axşam gəlib məndən götürüblər, demişəm baxın də diyün baxanda nəsə yüngül dəbərdə, o da olmadı də sıfır də. Uşaqlar da mənə səsə atıb heç nə buna yaxın duran olmayacaq. Allah haqqı kankret yaxın duran olmayacaq imkan varsa bunu dəyişsin, mən bunu həll edim dağıdım getsin də dünən axşam mənə nə qədər zəng elədilər dedim yox qağa çünki malım xarab maldır aparıb sonra eşib qaytarıb üstümə gətirəcəklər. Həmin səsli mesajların tədqiqindən görünür ki, Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə əlaqə saxladığı, özünün deməsinə görə tanımadığı şəxsdən narkotik vasitəni satış məqsədi ilə almış, Ərəstun Amlmazovun əldə etdiyi narkotik vasitələri bir neçə bükümünü tanışlarına verdiyini, tanışlarının da bunu bəyənmədiklərini qeyd etməsi barədə səs yazılarının olması həmin narkotik vasitələrin həqiqətən də satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas verir. Yuxarıda adı qeyd edilən Plenum Qərarının 12-ci bəndlərinə əsasən qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yuxarıda adl qeyd edilən Plenum Qərarının 14-cü bəndlərinə əsasən CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, narkotik vasitə əldə etdiyi şəxsi əvvəllər tanımamış, lakin narkotik vasitənin pulunu ona həmin gün verməmiş, hissə-hissə verəcəyinə razılaşmışdır. Təqsirləndirilən şəxs tanımadığı şəxsdən hər hansı ödəniş etmədən narkotik vasitə alması, narkotik vasitənin pulunun hissə-hissə həmin şəxsə verməyə razılaşması barədə ifadəsi bu qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə əlaqə saxladığı, özünün deməsinə görə tanımadığı şəxslə narkotik vasitəni satmaq barədə qabaqcadan razılaşmışlar. Belə ki, mobil telefona baxış keçirilərkən yuxarıda qeyd edilmiş səs yazılarından da müəyyən olunur ki, həmin şəxslə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Bunu İİR-na aid mobil operatora məxsus nömrədən Təqsirləndirilən şəxs göndərilən – “çox-çox üzr istəyirəm o, adam kimdisə, üzürxaqlıq bildir”, “Yəni heç bir qəpiyə də dəymir o, necə deyim heç pul getmir o nə cür deyim axı 100-200 belə də getmir ?” kimi səs yazıları da tam təsdiq edir. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 ədəd kibrit qutusunda narkotik vasitəni satış məqsədi ilə əldə edib evində saxladıqdan, əldə etdiyi narkotik vasitələri digər şəxsi maraq müqabilində, yəni digər şəxsləri narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq etmək məqsədi ilə mobil telefonuna baxış keçirilməsi zamanı müəyyən edilmiş formada dostlarına da verdikdən sonra yenidən 02 fevral 2024-cü il tarixdə satış məqsədi ilə 18 ədəd kibrit qutusunda narkotik vasitə əldə etməsi Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədi ilə təkrarən əldə etməsi qənaətinə gəlməyə tam əsas verir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş, digər şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa məlum olmayan tarixdə və vaxtda Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Pirsaat qəsəbəsindən keçən hissəsində yolun kənarında yerləşən köhnə tikilinin içərisinə gizlədilmiş narkotik vasitəni təkrarən götürərək satış məqsədi ilə saxlamış, daşımışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin xeyli miqdarda – qurudulmuş marixuananı əldə edib, saxlaması və daşıması onun məhz həmin maddəni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə etdiyi hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələrində göstərdiyi kimi, cinayətkar qrupun digər üzvü ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra müvafiq olaraq ümumi təmiz çəkisi 69,07 qram, təkrarən isə 43,49 qam qurudulmuş marixuananı Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə əldə etməsi, daşıması və saxlaması, eləcə də həmin narkotik vasitəni satmaq məqsədilə daşıması əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri yaranır, buna görə də qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə tövsif edilmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – hər hansı şəxsə qaçaqmalçılıq cinayəti törətməyə görə köməklik etmədiyini göstərdikləri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, məhkəmə istintaqı zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə elan olunmuş ittihamdan imtina etdiyini bildirmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısının vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə bağlı hissəsinin müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilmiş, sonuncuya qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə bağlı olan hissəsində cinayət işi üzrə icraata (cinayət təqibinə) xitam verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid5, Şahid4, Şahid7 və Şahid6 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqında” 02 fevral 2024-cü il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” 21 mart 2024-cü il tarixli protokollar, ona əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə biloji ekspertizasının 03 fevral 2024-cü il tarixli 3-16-16/2-18/145 №-li rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə yəni, toplanmış sübutların məcmusu ilə, həmin əməli törətməsi zamanı anlaqlı olması isə ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 604 saylı rəyi ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və qeyd edilən həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (i.v. 129-130) -Hacıqabul rayon İcra hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 25 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası, anası və qardaşı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 88-89 ) - Azərbaycan Respublikası Medalın Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. (i.v. 91) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinsə əsasən cəzasını ağırlaşdıran halların olmadığını, nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 02 fevral 2024-cü il tarixdən hesablanmalı və Hacıqabul Rayon Məhkəməsinin 04 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 23 fevral 2024-cü il tarixli, 1237 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 111,84 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və evinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd, şübhəli şəxs qismində vermiş olduğu ifadəsinin və mobil telefona baxış keçirilməsini özündə əks etdirən 02 (iki) ədəd olmaqla ümumilkdə 04 (dörd) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Honor” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 02 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 111,84 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən 02 (iki ədəd), şübhəli şəxs qismində vermiş olduğu ifadəsinin və mobil telefona baxış keçirilməsini özündə əks etdirən 02 (iki) ədəd ümumilkdə 04 (dörd) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Honor” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar