Məhkəmə qərarları › İş №1(099)-46/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-46/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-46/2023 30.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, rəsmi olaraq işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, rəsmi olaraq işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə, xx xxxxxx 1995-ci ildə Naxçıvan MR-da anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, rəsmi olaraq işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqa Mehsan adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin və külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitələr - ümumi təmiz çəkisi 99,895 qram tiryəki, ümumi təmiz çəkisi 1680 qram qurudulmuş marixuananı, təsir maddəsinin miqdarı 0,250 qram olan narkotik vasitə metadonu və 400 həb şəklində təsir maddəsinin ümumi miqdarı 120 qram olan külli miqdarda güclü təsir edən X15 Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddəni istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 06 dekabr 2021-ci il tarixdə Mehsan adlı şəxs ona məlumat verdikdən sonra, o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhərindən Beyləqan rayonunun, Əmirzeydli kəndi ərazisinə gedərək Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfindən 1 ədəd sarı rəngli bağlamada qablaşdırılmış qeyd olunan külli miqdarda narkotik vasitələri vəkülli miqdarda güclü təsir edən maddəni 06 dekabr 2021-ci il tarixdə saat 21:00-da gizlədildiyi yerdən götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus 1 ədəd bağlamada həmin külli miqdarda narkotik vasitələr və külli miqdarda güclü təsir edən maddə aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, iranlı şəxsi Bəxtiyar adlı tanışı vasitəsi ilə tanımış, həmən adamla hadisədən əvvəl 4 gün ərzində WhatsApp vasitəsi ilə danışmış, həmin şəxs ona 250 qram “nəşə” (qurudulmuş marixuana) göndərəcəyini demiş, buna görə də Kamranla birlikdə Beyləqan rayonuna getmiş, həmin şəxslə yəni “Mehsanla” danışarkən sonuncu ona şəhid lövhəsinin şəklini göndərmiş, narkotik gətirən şəxin həmin lövhənin yanında olacağını demiş, yolda olarkən həmin yerə çatanda Kamrandan avtomobili saxlamasını xahiş etmiş, daha sonra avtomobildən düşmüş və Kamran da çıxıb getmişdir. Həmin lövhənin yanına getdikdə “Mehsan” adlı şəxsin dediyi orta boylu şəxs də həmin lövhənin yanında olduğunu görmüş və ona yaxınlaşıb bir büküm bağlamanı götürmüş və açıb baxdıqda içində təxminən 250 qram çəkidə “nəşə” (qurudulmuş marixuana) olduğunu görmüşdür. Az sonra həmin yerə sərhədçilər gəlmiş və onu saxlayaraq idarələrinə aparmış, orada ona işgəncələr verərək 70 kiloqram çəkidə narkotiki onun qarşısına qoyub həmin narkotik üçün gəldiyini etiraf etməsini istəmişlər. Həmin işgəncələrə dözməyərək onların dedikləri ilə razılaşmış, daha sonra başqa bir torba gətirib ona təqdim etmişlər, o, da həmin torbadakı narkotiki götürmək üçün gəldiyi barədə etirafedici ifadələr vermiş, daha sonra onu kənarda olan bir ağacın altına aparmışlar. O, da güya oradan həmin torbadakı narkotiki götürməyə gəldiyini demiş, orada da şəklini çəkmişlər. Əslində isə heç bir ağacın altından narkotik vasitə götürməmiş, narkotik vasitəni əlbəl almış,onu tutan şəxslər də ona narkotik verən şəxsi tanımışlar. Həmçinin narkotik aldığı şəxsi tutdurmaq üçün bu barədə həmin gün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin İndar adlı əməkdaşına da WhatsApp vasitəsi ilə məlumat vermiş, sonuncu əməliyyat keçirəcəyini bildirsə də son anda başqa bir işlə məşğul olduğunu demişdir. Özü heç vaxt narkotik istifadə etməmiş, yalnız spirtli içkilər qəbul etmişdir. “Mehsan” adlı şəxsin dediyi adamdan narkotik vasitə götürməkdə məqsədi onu cinayət məsuliyyətinə cəlb etdirmək və aldığı narkotik vasitəni də Baş İdarəyə təhvil vermək olmuşdur. Həyat yoldaşı Təqsirləndirilən şəxs3 həmin hadisə vaxtı orada olmamış, sonrada onu tutub hazırkı işə qoşmuşlar, Səmanın heç nədən xəbəri olmamışdır. Həmçinin Kamranın da bu hadisədən xəbəri olmamış, Kamrandan onu dediyi ərazidə düşürüb geri qaytmasını xahiş etmiş, sonuncu da onu hadisə yerinə düşürdükdən sonra çıxıb getmişdir. Bütün bunları nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müvafiq olaraq 07 və 08 dekabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə İran İslam Respublikasına aid mobil nömrədən sosial şəbəkə vasitəsilə ona zəng gəlmiş, zəng edən şəxs İran İslam Respublikası vətəndaşı Mehsan olduğunu bildirmiş və ona narkotik vasitə təklif etmiş, o, təklifi qəbul etməmiş, lakin sonra müəyyən müddət həmin şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayıb danışmış, onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Mehsan adlı şəxs mobil telefon vasitəsilə əlaqə saxlayaraq Beyleqan rayonu, Əmirzeydli kəndinə gəlməsini və orada narkotik vasitə olan bağlamanı götürməsini bildirəndə isə o razılaşmış və dostu Kamranla birlikdə Bakı metropoliteninin “Gənclik” stansiyasının yaxınlığında yerləşən “Baku cars 066”dan dörd günlük kirayə götürdükləri “Chevrolet Aveo” markalı **-NG-*** nömrəli avtomobillə həmin gün saat 15:00 radələrində Beyləqan rayonu istiqamətinə yola düşmüşlər. Saat 20:00 radələrində Beyləqan rayonuna çatmış, o avtomobildən düşmüş, Kamran isə maşınla ərazidən uzaqlaşmışdır. Həmin vaxt İran İslam Respublikası vətəndaşı Mehsan adlı şəxs sosial şəbəkə vasitəsilə səsli mesaj ataraq onun gedəcəyi yeri bildirirmiş, təxminən 40-50 dəqiqədən sonra Mehsanın sosial şəbəkədə göndərdiyi şəklə baxıb, qamışlıqdan keçib ağaca doğru yaxınlaşmış, ağacın yanında sarı rəngli bağlamanı görüb götürəndə kiminsə uca səsələ “Dayan” dediyini eşitmiş və qorxaraq sarı rəngli bağlamanı əlindən yerə atıb qaçmaq istəyərkən, iki hərbi qulluqçu tərəfindən saxlanılmışdır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, ona fiziki zor tətbiq edildiyi üçün ifadələrini oxumadan imzalamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bir müddətdir ki tanımış, onunla münasibətləri normal olmudşur. Hadisə gün Pərviz onu Beyləqan rayonuna avtomobillə aparmağı xahiş etmiş, bunun üçün Pərviz Bakı şəhərində kirayə avtomobil verilən yerlərin birindən 4 günlük kirayə avtomobil götürmüşdür. Avtomobili götürmək üçün 100 manatlıq depozit qoymuş və gündəlik avtomobili idarə etmək üçün 60 manat verməyə razılaşmış, həmin şirkətin əməkdaşına da avtomobili dostu yəni , onun gətrib geri qaytaracağını bildirmişdir. Bundan sonra kirayə götürülən avtomobillə o, Pərvizi Beyləqan rayonuna aparmış, yolda yanacaq doldurma məntəqəsində dayanarkən Pərviz ona Beyləqanda qalacağını deyib onun geri - Bakı şəhərinə qayıtmasını xahiş etmişdir. Bundan sonra sonuncunun dediyi yerdə - Beyləqanda kəndin girəcəyində şəhid lövhəsinin yanında Pərvizi düşürərək geri qayıtmış, Bakıya qayıtdıqdan sonra avtomobili Gənclik metrosunun yanında qoymuş, maşında olan telefonu da “stansiya razin” deyilən yerdə Səmaya vermiş, həmin vaxt da Səma ona Pərvizin Beyləqan rayonu ərazisində saxlanldığını ona demişdir. O, Pərvizi Beyləqana tək gətirmiş, yolda Pərvizdən nə üçün getdiyini soruşduqda Pərviz ona işinin olmasını demiş, lakin nə işinin olmasını ona deməmişdir. Yol gedərkən Pərviz onun yanında heç kimlə danışmamış, lakin bir dəfə yanacaq doldurma məntəqəsində dayanarkən Pərviz kənarda kiminləsə danışmış, lakin danışdığı şəxsin Mehsan olması və ya başqa bir şəxs olmasını bilməmişdir. Bu hadisədən sonra polisin onu axtardığını bilmiş, buna görə də polis idarəsinə getmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə etməsi və ya narkotik vasitələrin satışı ilə məşğul olmasını bilməmiş, eşitməmişdir. Özü də saxlanıldıqdan sonra İdarədə ona Səmanın bu hadisə bardə onun da məlumatı olması barədə ifadə verdiyini dediklərindən və ona psixi təzyiq edildiyindən o, da hadisə vaxtı Səmanının da orada olmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs3 da həmin vaxt maşında Səma olmamışdır. O, yalnız Pərvizi Beyləqana aparmşdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün getməsindən məlumatının olmamasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq 02 və 04 fevral 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməyərək məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə 15:00 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək qeyri-rəsmi nigahda olduğu Təqsirləndirilən şəxs3 ilə birlikdə Beyləqana qonaq getdiklərini bildirib onu da qonaq apara biləcəklərini deyəndə təkliflə razılaşmış, bir qədər sonra Pərvizlə Səma birlikdə “Chevrolet cruze” markalı nömrəsini xatırlamadığı avtomobillə gələrək onu yaşadığı ünvandan götürmüşlər və birlikdə Beyləqan rayonuna yollanmışlar. Yolda olduğları zaman avtomobili Pərviz idarə etmiş, Səma qabaq oturacaqda, o isə arxa oturacaqda əyləşmişdir. 5 saata yaxın yol getdikdən sonra Beyləqan rayonuna çatmışlar və orada adını xatırlamadığı kəndin ərazisində yolun kənarında olan, üzərində şəhid şəkli əks olunmuş lövhənin yanında Pərviz maşını saxlayıb düşərək onlara gözləməklərini bildirmiş, o, Pərvizin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildiyindən və hazırda da Pərvizin narkotik vasitə əldə etmək niyyəti ilə onunla birlikdə hadisə yerinə gəldiyini təxmin etdiyindən sükana keçmiş və avtomaşını sürüb ərazidən uzaqlaşmaq istəmişdir. Pərvizin avtomaşından düşməsindən təxminən 10 dəqiqə sonra avtomobilə tərəf sərhədçilər yaxınlaşanda Təqsirləndirilən şəxs3 ona “sür qaçaq” demişdir. O, avtomaşını sürmüş və onlar oradan uzaqlaşaraq Bakı şəhərinə doğru yola düşmüşdürlər. Yolda olarkən X21 adlı şəxslə danışarkən ağlayaraq Pərvizin sərhədçilər tərəfindən tutulduğunu bildirmişdir. O, yaşadığı Bakıxanov qəsəbəsində “stansiya Razin” deyilən yerdə avtomobili kənarda saxlayaraq Səmaya avtomaşından düşməsini demiş və özü də maşından düşmüşdür. Lakin, Səmanın orada qalıb qalmadığını tam dəqiq bilməmişdir. Belə ki, o, avtomaşından düşdükdən sonra oradan uzaqlaşmışdır. Həmin vaxt üzərində olan mobil telefondan birini həmin mobil telefon Səmaya məxsus olduğundan onun özünə qaytarmışdır. Bundan sonra evinə getmiş və həmin gecə evdə qalıb səhərisi gün digər mobil telefonunu tanışları vasitəsi ilə lombarda qoyaraq qarşılığında pul götürmüş və tutulacağından qorxduğu üçün Gəncə şəhərinə getmişdir. Gəncə şəhərində olduğu zaman əvvəllər tanımadığı şəxslərdən aldığı mobil telefonlarla ailə üzvləri ilə əlaqə saxlamış və polis əməkdaşları tərəfindən axtarıldığını ona bildrmişdirlər. Təxminən 10-15 gün Gəncə şəhərində qaldıqdan sonra Bakı şəhərinə gəlmiş və bir müddət Bakı şəhərində qaldıqdan sonra hüquq mühafizə orqanlarından qaçıb gizlənə bilməyəcəyini anlamışdır. xx.xx.2022-ci il tarixdə könüllü olaraq Sabunçu polis idarəsinə yaxınlaşaraq təslim olmuş və Sabunçu RPİ-i tərəfindən DSX-nin İstintaq və Təhqiqat İdarəsinə gətirilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Pərviz onun həyat yoldaşıdır. 06 dekabr 2021-ci il tarixdə Pərviz ona Kamranla birlikdə dostunun atasının yas yerinə gedəcəyini demiş və evdən çıxmışdır. Həmin vaxt Pərviz ona telefon işlətməyə icazə vermədiyindən onun telefonun da özü ilə götürmüş, o, isə Pərvizin qardaşı Amidin evində Sumqayıt şəhərində olmuşdur. Həmin gün Kamran qardaşına zəng edərək tutulduğunu demiş, bundan sonra o, Kamranla əlaqə saxlamış və “razinə” gedib telefonunu Kamrandan almış, bundan sonra yenidən Sumqayıt şəhərinə qayıtmışdır. Pərvizi Bakı şəhərinə gətirdikdən sonra yenidən ona zəng edib DSXnin binasına gətirildiyini demiş, Pərvizin məhkəməsinə də getmiş, həmin vaxt Pərvizin vəziyyətinin pis olduğunu, fiziki təzyiqlərə məruz qaldığını bilmiş, lakin bu hal barədə hər hansı şikayət etməmişdir. Pərvizin narkotik götürmək üçün getməsini bilməmiş, hər hansı iranlı şəxslə danışmamış, onun telefonunu Pərviz də işlətdiyindən ola bilər ki, Pərviz iran nömrəsi ilə danışığı olmuşdur. Ona qarşı hər hansı fiziki təzyiq edilməmişdir. Onun özü şəkərli diabet xəstəliyindən əziyyət çəkməklə, İ qrup əlildir. Özünü bu cinayətdə təqsirli bilmir. Buna görə də barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs3 ibtidai araşdırma zamanı 04 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməyərək məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə ona məlum olmuşdur ki, qeyri-rəsmi birgə nikahda yaşadığı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Mehsan adlı şəxslə heç bir tanışlığı və münasibəti olmamış, Kamranı isə 2 ildir ki, Pərvizin dostu kimi tanımış, güman etmişdir ki, Pərvizin adları qeyd olunan şəxslərlə münasibəti narkotik vasitələrlə bağlı olmuşdur. Pərvizin istifadəsində “***-***-**-**” saylı, onun istifadəsində isə “***-***-**-**” saylı mobil nömrə olmuş, istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəni təxminən 6 aydır ki, istifadə etmiş, həmin mobil nömrə ona məxsus olsa da, Pərviz ona telefon istifadə etməyə icazə vermədiyindən həmin mobil nömrə Pərvizin istifadəsində olmuş, özü isə Pərvizin tutulduğu xx.xx.2021-ci il tarixdən etibarən həmin mobil nömrəni işlətmişdir. Belə ki, Pərviz ona 06 dekabr 2021-ci il tarixdə Kamran adlı tanışı ilə kirayəyə götürdükləri avtomobillə Beyləqan rayonunda yas mərasimində iştirak etmək üçün getdiklərini demiş və adına rəsmiləşdirilmiş “***-***-**-**” saylı mobil nömrənin olduğu telefonu yolda olduğu zaman onunla əlaqə saxlaya bilməsi üçün ona vermişdir. Həmin gün sonuncu dəfə təxminən saat 16 radələrində Pərviz onunla özünün istifadəsində olan “***- ***-**-**” saylı nömrə ilə əlaqə saxlayıb ola bilsin əlaqə saxlaya bilməyəcəyini deyib tapşırmışdır ki, zəng etməsin, özü onunla əlaqə saxlayacaq. Pərviz saxlanıldığı hadisə yerinə Kamranla birlikdə getmiş, sonradan o, bilmişdir ki, Pərviz hadisə yerində saxlanılıb, Kamran isə avtomaşınla hadisə yerində qaçmış, 06 dekabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində Pərvizlə Kamran onun olduğu yerə gəlmiş, onlarla birlikdə “Vasmoy” bazarına getmiş, sonuncular özlərinə paltar alacaqlarını bildirmişdirlər. Səhhətində olan problem səbəbindən bazarda avtoşamından düşməmişdir. Daha sonra Pərvizlə Kamran gəlib maşına minmiş və Beyləqan rayonuna yas mərasimində iştirak etmək üçün gedəcəklərini bildirmişdirlər. Həmin vaxt o, da onlarla getmək istədiyini bildirsə də, Təqsirləndirilən şəxs1 buna etiraz etmiş, öncə Kamrangilə getmişlər və Kamran bazardan aldıqlarını evlərinə qoyduqdan sonra, onların olduğu avtomobilə minərək onlarla birlikdə evə gəlmişdir. Yaşadığıları evə gəldikdə o avtomaşından düşərək evə getmişdir. Pərvizlə Kamran isə dedikləri kimi Beyləqan rayonuna yas mərasiminə getmişdirlər. Sonradan eşitmişdir ki, Pərviz Beyləqan rayonunda narkotik vasitəni əldə edib saxlayıb daşıyarkən tutulmuşdur. Güman ki, Kamran telefonla kazino oyunu oynadığından pulu olmuş və Pərvizi yoldan çıxararaq özü ilə birlikdə Beyləqan rayonuna narkotik vasitə əldə etmək üçün aparmışdır. İran İslam Respublikasına aid mobil operatorla telefonla danışmış, lakin həmin danışıq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmamış, belə ki, Pərvizin vasitəsi ilə bir nəfər cinayətkar polis tərəfindən tutulmuş, həmin tutulan şəxsi üzə çıxarmaq məqsədi ilə Pərviz ona həmin iran operatoru olan mobil nömrə ilə əlaqə saxlamasını demişdir. Hadisə günü evində olmuş, ola bilsin ki, adına rəsmiləşdirilmiş mobil nömrənin “WhatsApp”ı Pərvizin telefonunda olduğundan anten məlumatları Beyləqan rayonuda olduğunu göstərmişdir. xx.xx.2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, 07 12 2021-ci il tarixdə ona məlum olmuşdur ki, qeyrı-rəsmı birgə nigahda yaşadığı Təqsirləndirilən şəxs1 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq Dovlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, “Mehsan” adlı şəxslə heç bir tanışlığı və münasibəti olmamış, Pərviz telefon istifadə etməyə icazə vermədiyindən ona məxsus ”***-***-**-**” saylı mobil nömrə Pərvizin istifadəsində olmuşdur. Pərviz tutulduğdan sonra həmin mobil nömrəni işlətmişdir. Belə ki Pərviz 06 dekabr 2021-ci il tarixdə özünün Kamran adlı tanışı ilə kirayəyə götürdükləri maşınla Beyləqan rayonunda yas mərasimində iştirak etmək üçün getmiş, o, Sumqayıt şəhəri 148 saylı orta məktəbin həyətində yerləşən yaşayış evlərində yaşayan Təqsirləndirilən şəxs1 qardaşı Şahid6 evində olmuş, Amid özü və ailə üzvləri evdə olmuşlar. Hadisə günü istifadəsində olan mobil telefon Təqsirləndirilən şəxs1 özündə olmuş, o, nömrə ilə X22 Respublikası ilə əlaqə saxlamış, güman ki, telefon Pərvizdə olduğundan anten məlumatları Beyləqan rayonunda olduğunu göstərmişdir. 04 fevral 2022-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək,bir daha göstərmişdir ki, 06 dekabr 2021-ci il tarixdə Pərviz və Səma ilə birlikdə icarəyə götürülmüş avtomaşınla Bakı şəhərindən Beyləqan rayonuna getmiş, Beyləqan rayonuna çatdıqdan sonra Pərviz avtomaşını saxlayıb maşından düşəndə özü sürücü oturacağına keçmiş, həmin vaxt sərhədçilərin maşına tərəf gəldiyini gördükdə Səmanın “sür qaçaq” deməsindən sonra avtomaşını idarə edərək ərazidən Səma ilə birlikdə uzaqlaşmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında “Mehsan” adlı şəxsdən DİNin Baş narkotiklərlə Mübarizə idarəsinə təhvil vermək üçün 250 qaram qurudulmuş marixuana almaq üçün razılaşdığını, narkotik aldığı şəxsin məsuliyyətə cəlb edilməsinə çalışdığını, buna görə Beyləqan rayonuna getdiyini, ona elan edilmiş ittihamda göstərilən miqdarda narkotik vasitə götürmədiyini və fiziki təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr verdiyini, Təqsirləndirilən şəxs3 onunla birlikdə Beyləqan rayonuna getmədiyini, Təqsirləndirilən şəxs2 narkotik vasitə götürmək üçün getdiyini demədiyini göstərməsini, Təqsirləndirilən şəxs2 isə Pərvizin narkotik vasitə götürmək üçün Beyləqan rayonuna getməsindən məlumatının olmadığını, Təqsirləndirilən şəxs3 onlarla birlikdə getmədiyini bildirməsini, Təqsirləndirilən şəxs3 isə Pərviz və Kamranın narkotik vasitə götürmək üçün Beyləqan rayonuna getməsini bilmədiyini, onlarla birlikdə Beyləqan rayonuna getmədiyini bildirməsini beləliklə, onlara elan olunmuş ittihamda nəzərdə tutulmuş cinayətləri törətməmələri ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özlərini müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə onu və Şahid4 20-ci sərhəd zastavasının inzibati binasına iştirakçı kimi dəvət etmişdirlər. Xidməti otaqda onlara bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitələr olan bağlamanı götürdüyü hadisə yerinə, qeyd olunan bağlamaya, həmçinin qeyd olunan şəxsin üzərinə və hadisə yerinə baxış keçiriləcəkdir. Bundan sonra onlara hüquq və vəzifələri izah olunmuş və onların razılığı olduqdan sonra baxış başlanılmışdır. Bundan sonra hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 saxlanıldığı yeri əli ilə göstərmişdir. Həmin yer Füzuli rayonu Arayatlı kəndi yaxınlığında olan əkin və otlaq sahəsi olmuş və həmin yerə baxış zamanı Təqsirləndirilən şəxs1 saxlanıldığı yerin, 20-ci sərhəd zastavasının 14-cü sahənin arxa istiqamətində olan əkin sahəsinin kənarında bir ədəd sarı rəngli bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 aşkar edilmiş bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş, Şahid4 da Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin N nömrəli hərbi hissənin təminat bölüyünün baş çavuşu Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19:00-dan xx.xx.2021 -ci il tarixə saat 01:00-dək 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətinə gizir Şahid2 ilə birlikdə «Pusqu» sərhəd naryadı xidmətinə təyin olunmuşlar. Müvafiq əmr aldıqdan sonra 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətində əlverişli mövqe seçərək maskalanmışlar və xidmətilərini təşkil etmişlər. Xidmət zamanı xx.xx.2021-ci il tarixdə saat 20:50 radələrində bir nəfərin şəxsin Beyləqan rayonu Əmirzeydli kəndi istiqamətində olan əkin sahəsinə doğru gəldiyini, əkin sahələrinin kənarında olan qamış bitkilərindən ibarət olan yerə doğru hərəkət etdiyini, qamışlıq əraziyə daxil olduğunu müşahidə etmiş, gizir Şahid2 bu barədə aidiyyəti üzrə məruzə etmişdir. Təxminən iki dəqiqə sonra qamışlıq əraziyə daxil olan şəxs oradan bir ədəd bağlamanı götürüb hərəkət etdikdə, gizir Şahid2 həmin şəxsə «Dayan» çağrışını vermiş, lakin həmin şəxs məhəl qoymayaraq bağlamanı yerə ataraq qaçmağa çalışarkən o, gizir Şahid2la onun üzərinə qaçaraq yaxalamışlar. Təxminən 5 dəqiqədən sonra həmin yerə hərbi qulluqçular gələrək, əraziyə baxış keçirmiş, orada bir ədəd sarı rəngli bağlama aşkar olunmuş və həmin şəxsi oradan hərbi hissəyə aparmışlar. Sonra onlara məlum olmuşdur ki, həmin şəxsin üzərində olan sarı rəngli bağlamanın daxilində külli miqdarda narkotik və dərman vasitələri aşkar olunmuşdur. Həmçinin həmin yolda bir avtomobilin hərəkət edərk uzaqlaşdığını görmüş, lakin avtomobili kimin idarə etməsini və içində kimin olmasını görməmişdir. Məhkəmə istintaqı amanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki,qardaşı Təqsirləndirilən şəxs1 sonuncu dəfə təxminən 2021-ci ilin noyabr aylarında görmüş, lakin tez-tez telefon əlaqələri olmuşdur. Qardaşı Pərvizin qeyri rəsmi nikahda yaşadığı Təqsirləndirilən şəxs3 ilə iki ildir birlikdə olduqları barədə məlumatı olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 23:30-da işdən evə gəldikdə Təqsirləndirilən şəxs3 onun evində olduğunu görüb, 10-15 dəqiqə əvvəl onlara gəldiyini bilmiş, qardaşı Təqsirləndirilən şəxs1 harada olduqunu soruşanda X17 adlı şəxslə rayona getdiyini demişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 saat 23:30 radələrində ona və həyat yoldaşı Sevincə Pərvizin tutulmasını demişdir. Səmanın istifadəsində olan “***-***-**- **” mobil nömrəsi ilə əlaqə saxldığını, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 evində olarkən, ondan əlində skoçlu mobil telefonun kimin olduğunu soruşmuş, Səma telefonun Təqsirləndirilən şəxs1 məxsus olduğunu demişdir. Məhkəmə istintaqı amanı şahid qismində dindirilmiş X4 oğlu da Şahid6 ilə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində evlərinə gəldiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Beyləqan rayonu Əmirzeyidli kəndi ərazisndə magistral yolun kənarında qamışlıq və kolluq olan hissədə külli miqdarda narkotik vasitələrin keçirildiyi və qeyd edilən yerdə gizlədildiyi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında narkotik vasitə sifarişçilərinin saxlanılması məqsədi ilə “Pusqu” sərhəd naryadı təşkil edilmişdir.(i.v. N ) - N nömrəli hərbi hissənin komandiri polkovnik Zəfər Bayramovun xx.xx.2021-ci il tarixli 16/2850 nömrəli məktubundan görünür ki, 06 dekabr 2021-ci il tarixdə saat 21:00-da 14-cü sərhəd zastavasının 20-ci sahəsinin arxa istiqamətində “Pusqu” xidmətinə təyin edilmiş sərhəd naryadları Beyləqan rayonu, Əmirzeydli kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin qeyd olunan kənddə olan əkin sahələrinin yaxınlığında dayandığını, içərisindən bir nəfər şəxsin düşərək əkin sahələrinə doğru hərəkət etdiyini, oradan bir ədəd bağlamanı götürüb ərazidən uzaqlaşdığını görmüş, bundan sonra həmin şəxs saxlanılmış, saxlanıldığı ərazidən bir ədəd bağlama aşkar edilərək götürülmüşdür. (i.v. 5. ) - “İnziabti qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 dekabr 2021-ci il tarixdə saat 23:00-da İXM-nin 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. (i.v. 8 ) - “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 14-cü sahəsidir. Həmin istiqamətdə Beyləqan rayonu, Əmirzeydli kənd ərazisi yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən bir ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. (i.v. 12-13 ) - “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamaya baxış keçirilən zaman içərisindən üzəri sıx yapışqan lentə sarılmış bükümlər aşkar olundu, həmin bükülərin daxillərinə baxış keçirildi, orada narkotik vasitə olan heroinə oxşar maddə 300 (üç yüz) qram, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə 1900 (min doqquz yüz) qram, narkotik vasitə olan tiryəkək oxşar maddə 100 (yüz) qram, metadon məhlula oxşar maddə 300 (üç yüz) ml və 400 (dörd yüz) ədəd üzərlərində «Gabapentin 300» yazılmış dərman pereparatları aşkar olunmuşdur. (i.v. 14-15 ) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 07 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşlar. (i.v. 33 ) -Məhkəmə bioloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 7/1255 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş bir ədəd sarı rəngli polietilen bağlamadakı 03 (üç) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 790 qram, 510 qram, 380 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 1680 qram (1kq 680 qram). (i.v. 52-55 ) -Materialların məhkəmə ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 6/5406 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində N nömrəli hərbi hissənin “LİTR Ç” dairəvi möhür əksi olan bağlamadakı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 99,895 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar usülla alınmış narkotik vasitə tiyəkdir. 01 (bir) ədəd plastik qabdakı 250 ml həcmində açıq sarımtıl rəngli maye kustar usülla hazırlanmış metadon məhluludur və həmin məhlulda metadonun miqdarı 0,250 qramdır, üzərində “ Gabapentin 300 (yararlılıq müddəti 07 2023, seriya 005)” markalanma göstəricisi olan 4 ədəd qutuda, hər qutuda 10 ədəd konvalyutda, hər konvalyutda 10 kapsul olmaqla, ümumilikdə 400 ədəd kapsulda gabapentin təsiredici maddəsinin ümumi miqdarı 120 qram təşkil edir (üzərindəki göstəricisinə əsasən bir kapsulda 0,3 qram gabapentin olmaqla). (i.v. 56-62 ) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 65-66) - “mobil telefona baxış keçiriməsi haqqında” 08 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Sumsung» markalı qara rəngdə mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “***-***-**-**”-dir. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə iləxx.xx.2021-ci il tarixdə “***-***-**-**” saylı nömrədən məkan göndərilmişdir. Eyni tarixdə “+***-***-**-**-33” saylı nömrədən səs yazısı göndərilmişdir. Səs yazısında “Salam Pərviz nətərsən? nə var nə yox? bir whatsappa girəndə mənə zəng eləsən əgər müsaitsənsə, müsait deyilsənsədə yox “ deyilmişdir. xx.xx.2021-ci ildə “***-***-**-**” nömrəsindən “Salam” yazısı göndərilmişdir. Yenə eyni tarixdə 03 dekabr 2021-ci ildə “Səyyad” kimi qeyd edilmiş digər şəxs istifadəsində olan “***-***-**-**” ” saylı mobil nömrə arasında “ Srma Sema necəsən? “salam sagol siz necəsiz”. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus nömrədən “***-***-**-**” “Səyyad” kimi qeyd edilmiş nömrəyə ses yazısı göndərilib. Həmin səs yazısı Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs3 səsidir. Səs yazısında “axşamınız xeyir yanımda adam var indi birazdan yiğacam mən sizə”. “yaxşı”. “üzurli bilin adboy elədim”. xx.xx.2021-ci il tarixdə “***-***-**-**” nömrəsinə, “salam”, “axşamın xeyir”. Sonra səs yazısı göndərilmişdir. Səs yazısında “qaqa nağayrırsan axşamın xeyir qadanalım, sənə toyota pirus göndərmişdim mən nömrəsin demişdim onu bi birdənə yoxlayarsan sabah yoxlatdır gör rayona çıxır həmin maşın”. “O gün dedim e senə Qara qarayevə zapravka elemişdim birdənə yoxla gör rayona çıxır? çıxıbsa helə dediyimizdir”. Bundan başqa Təqsirləndirilən şəxs1 mobil nömrəsi ilə “xx.xx.2021- ci il tarixdə mobil telefonda adı “Yagub” “+***-***-**-**-22” kimi qeyd edilmiş şəxsə “Salam” sonra isə “Chevrolet” markalı **-NF-*** nömrəli avtomobilin şəkilin atmışdır. Sonra “ Ay Yaqub babadır mənəm birdə babanın xanımıdır” “ dedim qaqa görüm indi birdənə böş yer şey eləsin deyəcək mənə narahat olma. Onan cavab gözləyirəm. “Oldu ay Yaqub adanalım allah köməyin olsun allah balalarını saxlasın”. deyə səsli mesajlaşmışdırlar. Sonra isə “Yagub” “+***-***-**-**-22” kimi qeyd edilmiş şəxs “get qaqa. Halaldı qaqa”. foto şəkil. “ Danışdın Yaqub? Alo. Zəng çatmır qaqa. Özü orda yoxdur.Qaqa balamıncanı.” 5 mesaj silinmişdir. “Buraxılmış səsli zəng”. Daha sonra “+***-***-**-**-22” təkrarən yazır “yoxlanış gəlir dedilər. Problem olacaq. Axşam gəl.” “Buraxılmış səsli zəng”. “Baba başına dönüm indi çıx eləmi ay qaqa axşama tərəf deyəcəm gələrsən qadanalım qurban olum”. “Buraxılmış səsli zəng”. “Allah haqqı xalam qızının səsləri durur hammısı. İstəsən atatam sənə qurban olum baba başına dönüm. Axşam deyəcəm gələrsən yenə qadanalım”. “Buraxılmış səsli zəng”. “cıxdın qaqa bir xəbər de mənə deyim ona”. 3 dəfə “Buraxılmış səsli zəng”. “Baba qurban olum ananın goruna bu saat çıx qaqa saa mən yazacam. Qurban olum baba. Çıxdın baba. “Buraxılmış səsli zəng”. “alo alo”. “Buraxılmış səsli zəng”. “ alo çıxdın qaqa?” .“Buraxılmış səsli zəng”. “Alo qaqa”. “Nə oldu ay Yaqub danışdın qaqa”. “Bu saat boşalsın otaqlar qaqa deyəcəm sənə qoy teli açsın. Qaqa qaqa. Balamın canı onu gözləyirəm qaqa cavab.” “ Quranhaqqı dedim abi deyir pul ver quranhaqqı bütün başımı itirmişəm bilmirəm nə edim”. “Baba oteldə o biri”. “ Quranhaqqı o otele 299 manat borcum var abi”. Sonra isə “Yagub” “+***-***-**-**-22” kimi qeyd edilmiş şəxs bank kartını və çeklərin olduğu foto foto şəkil göndərib. Foto şəkildəki bank kartının üzərində “Vaqif Nəcəfov yazılmış, Kapital banka” məxsus, “4169-7332-1318-5908”, rəqəmlər vardır. Bundan başqa Təqsirləndirilən şəxs1 mobil nömrəsi ilə “+98-***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 18:04-də həmən nömrədən Sən onu yanında saxlayasan mana suyuş suya. “Buraxılmış səsli zəng”. Qardaş imkan varsa mənimlə əlaqə saxla. xx.xx.2021-ci il tarixdə saat 00:06-da olan danışıqlar da Ok İnşallah sağ-salamat çatsın Allah əməyinizi puç etməsin. Fso aparam verəm. Sağ-salamat qadası. Salam sabahın xeyir, qardaş nə xəbər, qardaşımın kefi. xx.xx.2021-ci il tarixdə saat 15:51-dən “Buraxılmış səsli zəng”, saat 20:22-də “mesaj silindi”, saat 20:24-də 3 ədəd fotoşəkil, “aç baxda qaqa”, 20:29-da ayə qardaş Daşburundan gələndə Əmirzeyidli plakatdan dönür sola. Sola dönüb sağa girir 20 metr ağac dibində, “mesaj silindi”. Saat 20:30-da ok. Çatdın mənnən görüntülü danış ki özüm görüm. Ok. Saat 20:35-də nə qədər yolun qalır. Saat 20:37-də qaqa. Saat 20:38-də set yoxdur tapım. Saat 20:39-da qaqa yığ məni, “buraxılmış səsli zənglər”. Qaqa, ay qaqa, niyə cavab vermirsən, alooooo, qaqa, ay qaaaaq, setdə niyə yoxsan sən, nə elədin malı, biz belə danışmamşdıq axı, sən setdən niyə çıxırsan, ay baba, p....a gir, mənə cavab ver, ay qaqa, mənə cavab ver, p.....u aç, sən setdən niyə çıxırsan, nə fikirin var sənin, bir neçə audio və video zənglərin olması aşkar edilmişdir.Bundan başqa Təqsirləndirilən şəxs1 mobil nömrəsi ilə “+98-***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə salam dayı, “Buraxılmış səsli zəng”, salam dayı necəsən, dayı, 350 qram mal var, onu necə eliyək. Səs yazısında “Bacı oğlu qadan alaram yığacam səni bir dənə səbirli ol qadasın alım”. Yaxşı dayı. xx.xx.2021-ci il tarixdə “Buraxılmış səsli zənglər”. xx.xx.2021-ci il tarixdə “buraxılmış səsli zəng”, salam dayı, “buraxılmış səsli zəng”, dayı o adam deyir gəlsin adamin, gör neyniyirsən, çıx saat 3 kimi orda ol, “Buraxılmış səsli zənglər”, dayı, salam dayı, necəsən. Səs yazısında “sağol qadan alım heç nə canına sağlıq”. Bir xəbər yoxdu da. xx.xx.2021-ci il tarixdə dayı səhər sən çıxa bilərsən Biləsuvara, saat 3 kimi orda olasan, “Buraxılmış səsli zənglər”, dayı çıxıbsan. Səs yazısında “Hə qadan alım elə burdan benizin zad şey eliyim çıxıram indi 15 dəqiqəyə çıxıram Bakıdan”. Yaxşı dayı, ay dayı, bu g....t verən polisə işləyir, “Buraxılmış səsli zəng”, s...n bunun arvadını, g...t verən balası, “Buraxılmış səsli zəng” olması aşkar edilmişdir. (İ cild, i.v. 83-84) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(009)-529/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 87-90) - DSX-nin Əməliyyat-Axtarı Baş İdarəsinin vəzifəli şəxsinin imzaladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1la aparılmış filtrasiya tədbirləri zamanı müyyən olunmuşdur ki, sonuncu sosial şəbəkə vasitəsi ilə İİR vətəndaşı Mehsan adlı şəxslə əlaqə yaradaraq İİR vətəndaşı tərəfindən əraziyə gizlədiləcək narkotik vasitələri oradan götürməsi və Bakı şəhərinə aparacağı ilə qarşılıqlı razılığa gəlmişlər. Həmin şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, nəticədə onun İİR Parsabad şəhəri Məhbud kənd sakini Bəxşizadə Mehsan olması müəyyən olunmuşdur. (İ cild, i.v. 160) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən olunmadığından barəsində axtarış elan edilməsi və tutularaq istintaq təqdim edilməsi qərara alınmışdır. (İ cild, i.v. 169-170) -xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə ibtidai istintaqın aparılması Azərbaycan Respublikası DSX-yə həvalə edilmişdir. (İ cild, i.v. 175- 177) - “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakcell MMC-dən daxil olmuş, məktubun əlavəsi olan diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə Azərbaycan Respublikası vətəndaşı X9 adına rəsmiləşdirilmişdir.Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə ***-***-**-** (Təqsirləndirilən şəxs3 adına rəsmiləşdirilmiş) saylı nömrə arasında danışıq aparılmamış, cinayətin törədildiyi gün yəni xx.xx.2021-ci il tarixdə isə həmin nömrələr arasında danışıqların olmaması aşkar olunmamışdır. (İ cild, i.v. 188-201) - “axatrışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisndə yaxalanmışdır. (İ cild, i.v. 211-212) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 243-244) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİ cild, i.v. 5-6) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(009)-43/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 36-39) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(009)-43/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 40-43) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə ibtidai istintaq müdddəti 03 ay yəni 07 iyul 2022-ci il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 121-123) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(009)-98/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay müddətinə yəni 06 iyul 2022-ci il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 126- 129) -Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 297 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, i.v. 168-170) - Ambulator məcburi narkolji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 427 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 171-172) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə ibtidai istintaq müdddəti 3 ay yəni 07 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. (İİİ cild, i.v. 6-8) -Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 297 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur.(İİİ cild, i.v. 49-50) -Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 297 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur.(İİİ cild, i.v. 52-54) - Ambulator məcburi narkolji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 2295 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (İİİ cild, i.v. 55-56) - Ambulator məcburi narkolji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 2295 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İİİ cild, i.v. 57-58) -xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından şəxsiyyəti istintaqa “Mehsan” adı ilə məlum olan İİR vətəndaşı və cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. (İİİ cild, i.v. 60-61) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 “Mehsan” adlı şəxsdən DİN-in Baş narkotiklərlə Mübarizə idarəsinə təhvil vermək üçün 250 qaram qurudulmuş marixuana almaq üçün razılaşdığını, narkotik aldığı şəxsin məsuliyyətə cəlb edilməsinə çalışdığını, buna görə Beyləqan rayonuna getdiyini, ona elan edilmiş ittihamda göstərilən miqdarda narkotik vasitə götürmədiyini və Təqsirləndirilən şəxs3 onunla birlikdə Beyləqan rayonuna getmədiyini, Təqsirləndirilən şəxs2 narkotik vasitə götürmək üçün getdiyini demədiyini göstərməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları göstərməyi zəruri hesab edir: Belə ki, Təqsirləndirilən şəxs1 ilkin izahatında , həmçinin müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirmişdir ki, İran İslam Respublikasına aid mobil nömrədən sosial şəbəkə vasitəsi ilə zəng gəlmiş, həmin şəxs adının “Mehsan” olmasını bildirmiş, ona narkotik vasitə təklif etmiş, ilk əvvəl razılaşmasa da sonradan onunla bir neçə dəfə danışmış və razılaşmışdır ki, iranlı şəxs narkotik vasitəni qoyduğu yeri ona deməli və həmin yerdən narkotik vasitəni əldə edərək iranlı şəxsin deyəcəyi yerə aparmalı , bunun qarşılığında isə ondan pul almlıdır. Təqsirləndirilən şəxs1 ifadəsi ilə müəyyən olunur ki, 06 dekabr 2021-ci il tarixdə iranlı şəxs bu məqsədlə ona zəng vurmuş və ona narkotik vasitəni Beyləqan rayonuna qoyduğunu bildirmiş və ona müvafiq tapşırıqlarını vermişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin bir hissəsində Təqsirləndirilən şəxs2 bu cinayətdən xəbəri olmadığını bildirsə də, ifadəsinin digər hissəsində Kamranın bu barədə yolda bildiyini bildirmişdir. Pərviz İsmayılovun ibtidai istintaqda göstərdikləri iş üzrə digər sübutlar, hətta Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi qeyri səmimi ifadələri ilə də sübut edilir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında 250 qram qurudulmuş marixuana götürmək üçün Beyləqan rayonuna getməsini bildirsə də onun məhkəmə istintaqında dediyi kimi Bakı şəhərindən kirayə avtomobil şirkətindən 100 manat depozit qoymaqla və günlük 60 manat ödəməklə kirayə avtomobil götürərək Beyləqan rayonuna getməsi bu məntiqi nəticəyə gəlməyə əsas verir ki, ümumilikdə 340 manat (4x60+100=340) və üsətlik yanacaq xərcini çəkməklə 250 qram narkotik vasitə üçün Beyəqan rayonuna gəlməsi inandırıcı deyildir. Bundan əlavə 250 qram qurudulmuş marixuana götürmək üçün özü ilə birlikdə Təqsirləndirilən şəxs2 da Beyləqan rayonuna gətirməsi (özünün dediklərini qəbul etsək ki, Təqsirləndirilən şəxs3 onlarla olmamışdır) də ağlabatan deyildir. Bundan əlavə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri həm də şahid ifadələri ilə təsdiq olunur. Belə ki, məhəkəmə istintaqında şahid qismində dindirilmiş DSX-nin hərbi qulluqçuları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs1 Beyləqan rayonu ərazisndə avtomobildən düşərək əkin sahəsinə girməsini, qamışlıq əraziyə çatdıqda oradan bir ədəd sarı bağlamanı götürüb geri qayıtdığını şəxsən gördüklərini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 iştirakı ilə saxlanıldığı yerə və aşkar olunmuş predmetlərə baxış keçirilmiş, o, da hər hansı hala etməyərək qeyd edilən protokollara imza etmiş, həmin hərəkətlər zamanı hal şahidləri də iştirak etmiş və məhkəmə istintaqında dindirilən hal şahidləri – Şahid4 və Şahid3 da qeyd edilənləri təsdiq etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində olan «Samsung» markalı qara rəngdə mobil telefon olmuş və həmin telfonda “***-***-**-**” saylı mobil nömrə ilə “WhatsApp” proqramı olmuşdur və həmin sosial şəbəkədəki yazışmalarla da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 İran İsmalm Respublikasına aid mobil nömrə ilə ona yazmış bir şəxslə danışmmış və ona Beyləqan rayonu Əmirzeyidli kəndinə gəldiyini və s. halları demişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə daxil olan və çıxan zənglərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, **********85 saylı mobil nömrədən “Negdi pula gotururem gedirem dernegule gelim ora bir balaca pati verersen yatmamisix”, .**********74 saylı mobil nömrədən “Nezrin senin bawiva donerem kecendefeki ureyimce olmadi bu sefer hele ele ureymiz açılsı”, .**********74 saylı mobil nömrədən “Dawda goturersende cekmeye”, .**********85 saylı mobil nömrədən “Negdi pula gotururem gedirem dernegule gelim ora bir balaca pati verersen yatmamisix”, **********12 saylı mobil nömrədən “Ay nezrin fikrimden cxb agz acdim yox dedi sabah duzub qowsaq olmaz evdeyem daniwamiram ozumde agridayam” smsləri müxtəlif vaxtlarda ərviz Əzimovun istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə daxil omuşdur. Yuxarıda qeyd edilən bu hal isə Təqsirləndirilən şəxs1 məhəmə istintaqında dediyi kimi narkotik vasitələrin satışı ilə məşğul olmaması, sadəcə narkotik satan şəxsin məsuliyyətə cəlb edilməsini təmin etmək istəməsi, aldığı narkotiki isə Baş Narkotikllərlə Mübarizə İdarəsinə təhvil vermək fikrində olması kimi halları tamamilə inkar edir. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona göndərilən mesajlardan da görünür ki, nəinki o, hətta onunla birlikdə yaşayan Təqsirləndirilən şəxs3 (şahid ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 çox hallarda “Nəzrin” deyə müraciət etmişlər) da narkotik vasitələrin satışı ilə bağlı işlərlə məşğul olmuş, müxtəlif şəxslər onlardan narkotik əldə etmək üçün onlara müvafiq xahişlər ünvanlamışlar. Təqsirləndirilən şəxs1 həqiqtən məhkəmə istintaqında qeyd etdiyi kimi götürəcəyi narkotik vasitəni dövlət orqanına təhvil vermək və narkotik aldığı şəxsi ifşa etmək istəyi olmuşdursa o, ilk öncə özü bu işlərlə məşğul olmamalı, ona narkotik vasitə almaq üçün müraciət edən şəxsləri ifşa etməli idi və bunun üçün müəyyən məbləğdə xərc çəkib Beyləqan rayonuna da gəlməyə ehtiyac yox idi. -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün Beyləqan rayonuna getməsindən məlumatının olmadığını, Təqsirləndirilən şəxs3 onlarla birlikdə getmədiyini bildirməsini ilə bağlı məhkəmə tərkibi aşağıdakıları göstərməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs2 hadisədən təxminən iki aydan sonra şübhəli şəxs qismində tutulduğu zaman müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində də göstərmişdir ki, onun Pərvizin narkotik vasitə götürmək üçün getməsindən xəbəri olmamışdır. Lakin Təqsirləndirilən şəxs1 bu halı desə də də elə öz ifadəsində göstərmişdir ki, Beyləqan rayonundakı hadisə yerinə çatdıqda Pərviz maşını saxlayıb düşüb getmiş və o, Pərvizin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildiyindən və sonuncunun narkotik vasitə əldə etmək üçün onlarla birlikdə Beyləqan rayonu ərazisinə gəldiyini ehtimal etdiyin sükan arxasına keçdiyini və ərazidən uzaqlaşmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 bu ifadəsi Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə qarşılıqlı tədqiq edildikdə bu nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Təqsirləndirilən şəxs1la birlikdə iranlı şəxsin Beyləqan rayonu ərazisinə yəni Azərbaycan Respublikası ilə İran İslam Respublikasının sərhədd xəttinin yaxın olduğu əraziyə həqiqətən də iranlı şəxs tərəfindən göndəriləcək narkotik vasitəni qəbul etmək üçün gəlmişdir. Lakin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onu Beyləqan rayonuna aparmağı xahiş etmişdir. Təqsirləndirilən şəxs2 heç nəyi soruşmadan, Pərviz İsmayılovu hansı səbəbdən Beyləqan rayonuna gətirməsini sorğulamadan, kirayə götürülmüş avtomobillə Beyləqan rayonuna gəlməsi işin faktiki hallarına, həmçinin Təqsirləndirilən şəxs1 ifadəsinə də uyğun gəlmir. Bundan əlavə məhkəmə isitintaqı zamanı Təqsirləndirilən şəxs3 onlarla birlikdə Beyləqan rayonu ərazisinə getmədiyini bildirsə də ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Pərvizin avtomaşından düşməsindən təxminən 10 dəqiqə sonra avtomobilə tərəfə sərhədçilər yaxınlaşanda Təqsirləndirilən şəxs3 ona “sür qaçaq” demişdir. O, avtomaşını sürmüş və onlar oradan uzaqlaşaraq Bakı şəhərinə doğru yola düşmüşdürlər. Yolda olarkən Səma iranlı “Mehsan” adlı şəxslə danışarkən ağlayaraq Pərvizin sərhədçilər tərəfindən tutulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birgə hərrəkət etməsi iş materialları ilə, həmçinin Təqsirləndirilən şəxs3 aid “***-***-**-**” saylı mobil nömrənin anten dairəsinin Beyləqan rayonu ərazisndə olması da təsdiq edir. -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Pərviz və Kamranın narkotik vasitə götürmək üçün Beyləqan rayonuna getməsini bilmədiyini, onlarla birlikdə Beyləqan rayonuna getmədiyini getmədiyini bildirməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları göstərməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs3 həm məhkəmə istintaqında , həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə Beyləqan rayonuna getmədiyini bildirsə də yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, Pərvizin Beyləqan rayonunda avtomaşından düşməsindən təxminən 10 dəqiqə sonra avtomobilə tərəfə sərhədçilər yaxınlaşanda Təqsirləndirilən şəxs3 ona “sür qaçaq” demişdir. O, avtomaşını sürmüş və onlar oradan uzaqlaşaraq Bakı şəhərinə doğru yola düşmüşdürlər. Yolda olarkən Səma iranlı “Mehsan” adlı şəxslə danışarkən ağlayaraq Pərvizin sərhədçilər tərəfindən tutulduğunu bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs3 aid “***-***-**-**” saylı mobil nömrənin anten dairəsinin Beyləqan rayonu ərazisndə olması bu halı təsdiq etsə də Təqsirləndirilən şəxs3 müdafiəsi üçün dəlil gətirərək bildirmişdir ki, onun işlətdiyi qeyd edilən mobil nömrənin olduğu telefonu Təqsirləndirilən şəxs1 Beyləqan rayonuna gedərkən özü ilə götürmüşdür. Lakin bu hal ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2021-ci il tarixdən “Bakı şəhəri, Salyan şossesi, 12-ci km..” –də olmaqla Beyləqan rayonu istiqamətində olan müxtəlif ünvanlardakı anten dairələrinin əhatəsində, sonuncu dəfə isə həmin tarixədə saat 20:58:31-də “Beyləqan rayonu , Əhmədli kəndi” anten dairəsində olmuşdur. Bundan sonra isə yəni Təqsirləndirilən şəxs1 DSX-nin əməkdaşları tərəfindən saxlanıldığı andan ( xx.xx.2021-ci il, saat 21 radələri) Bakı şəhəri istiqamətində olan anten dairələrinin əhatəsində olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 verilmiş suala sonuncu cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 avtomobildən düşdükdən sonra onun bir telefonu (***-***-**-** saylı mobil nömrənin olduğu telefon) avtomaşında qalsa da Bakı şəhərinə gedib həmin telefonu Təqsirləndirilən şəxs3 qaytaranadək həmin telefondan istifadə etməmiş, həmin telefonla heç bir danışıq aparmamışdır. Lakin yuxarıda qeyd edilən diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə, 22:34:03 dəqiqədə **********15 saylı mobil nömrəyə zəng edilmiş, 71 saniyyə danışıq aarılmış, həmin vaxt mobil nömrənin anten dairəsi “Sabirabad rayonu , Qaragüney kəndi” olmuşdur. Bundan əlavə xx.xx.2021-ci il tarixdə, 22:41:29 dəqiqədə ********* saylı nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 308 saniyyə danışıq aparılmışdır, həmin vaxt Təqsirləndirilən şəxs3 aid mobil nömrə “Hacıqabul rayonu...” ünvanında olan anten dairəsinin əhatə dairəsində olmuşdur. Həmin gün sonuncu dəfə isə 23:12:10 dəqiqədə ********* saylı nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 208 saniyyə danışıq aparılmışdır, həmin vaxt Təqsirləndirilən şəxs3 aid mobil nömrə “Beynəlxalq Dəniz Ticarət limanı...” ünvanında olan anten dairəsinin əhatə dairəsində olmuşdur. Göstərilən hallarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Bakə şəhərinə qayıdarkən Təqsirləndirilən şəxs3 da onun yanında olmuş və o, bir neçə şəxsə istifadəsində olan mobil nömrə ilə zənglər etmiş və müxtəlif mobil nömrələrdən zənglər qəbul etmişdir. Bu da Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin həqiqəti əks etdirməsini, yəni Təqsirləndirilən şəxs3 Beyləqan rayonunda olmasını və Təqsirləndirilən şəxs1 tutulduqdan sonra iranlı “Mehsan” adlı şəxslə danışıqlar aparmasını tam sübut edir. Yuxarıda qeyd edilən hallarla müəyyən edilir ki, təqsirləndirilən şəxslər tərəfindən özlərini müdafiə üçün gətirdikləri dəlillər onların özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri - saxlanılarkən DSX-nin əməkdaşları tərəfindən onlara fiziki təzyiqlər edildiyi, həmçinin hədələndikləri üçün etirafedici ifadələr vermələri barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 DSX-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalmaları ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimləri ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri, istərsə də onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra hərbi qulluqçular tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfində qamışlıq ərazidə gizlədilmiş narkotik vasitələri əldə etmək üçün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə razılaşmış, Təqsirləndirilən şəxs2 cinayətin digər iştirakçıları ilə aralarında olan rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitənin əldə edilməsi üçün idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin əraziyə gətirmiş, Təqsirləndirilən şəxs1 avtomobildən düşüb narkotik vasitələri götürmək üçün getmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin pul qarşılığında külli miqdarda – narkotik vasitə olan metadov, tiryək, qurudulmuş marixuana və güclü təsir edən maddə əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olmaları, onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmələri sübuta yetirilmişdir. Məhkəmə iclasında çıxış etmiş dövlət ittihamçısı da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi təqsirləndirildikləri əməlin həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxslərin həmin maddə ilə cəzalandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə hesab edir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iş üzrə narkotik vasitələri və güclü təsir edən maddəni İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan, Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra Beyləqan rayonu ərazisində gizlədildiyi yerdən götürdüyünə görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi kimi iştirak etmişlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, X10 və X14 fadələri, “baxış keçirilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli protokollar, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, DSX-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 206.2-ci maddəsində isə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsində isə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkum olunmamışlar . (İİ cild, i.v. 84-85) Məhkəmə göstərilənlərə əsasən R Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 421 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 07 may 2022-ci il tarixli, 2295 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 192,82 manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 192,82 (bir yüz doxsan iki manat , səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq DSX-nın İstintaq və Təhqiqat İdarəsinin Maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 99,695 qram tiryək, 1679,7 qram qurudulmuş marixuana, təsir maddəsinin miqdarı 0,250 qram olan metadon və 390 həb şəklində təsir maddəsinin ümumi miqdarı 120 qram olan güclü təsir edən Gabapentininin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, mobil operatorlardan daxil olmuş 03 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 02 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il 06 ay il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 07 il 06 ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 192,82 (bir yüz doxsan iki manat , səksən iki qəpik) manat məbləğində pul bərabər qaydada tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq DSX-nın İstintaq və Təhqiqat İdarəsinin Maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 99,695 qram tiryək, 1679,7 qram qurudulmuş marixuana, təsir maddəsinin miqdarı 0,250 qram olan metadon və 390 həb şəklində təsir maddəsinin ümumi miqdarı 120 qram olan güclü təsir edən Gabapentininin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış mobil operatorlardan daxil olmuş 03 ədəd disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Hüseynov Hakimlər: Nizami Quliyev Aqil Musayev Düzdür: Hakim Nahid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar