Məhkəmə qərarları › İş №1(099)-46/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-46/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-46/2024 17.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X31, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, - xx xxx 1990-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməmiş, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun Niftalılar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda müvəqqəti məskunlaşmış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa Sinan adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, daşınması və saxlanması barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq N noyabr 2022-ci il tarixdə Sinan ona məlumat verdikdən sonra yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park” yaşayış kompleksindən Biləsuvar rayonu, Arazbarı kəndi ərazisinə gedərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsi 4-cü sərhəd zastavasının yerləşdiyi 28-ci sahənin arxa tərəfindən bir ədəd bağlamada olan külli miqdarda narkotik vasitəni N noyabr 2022-ci il tarixdə, saat 23 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə, ümumi təmiz çəkisi 4438,9 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, dövlət sərhəddini keçməmiş və sərhədçiləri onu İmişli rayonunda tutmuşlar. Arvadının müalicəsi ilə əlaqədar birlikdə İran İslam Respublikasının Biləsuvar şəhərində olarkən taksi sürücüsü kimi bildiyi Sinan adlı İran vətəndaşı ilə tanış olmuş, aralarında münasibət yaranmışdır. Sinanla arasında narkotik vasitə barədə telefon danışığı olmamış, əgər olubsa, araşdırılmağını bildirmişdir. N noyabr 2022-ci il tarixdə, saat 13 radələrində Sinan ona zəng vuraraq, İmişli rayonunda bağlama olacağını və həmin bağlamanı götürüb, Bakı şəhərinə aparmağını xahiş etmişdir. Sinana Bakıda olduğunu, avtomobilinin xarab olmasını, heç yerə gedə bilməyəcəyini, həmçinin yol pulu olmadığını bildirmiş, Sinan da ona bank hesabı kartının şəklini çəkib göndərməyini və kartına pul yükləyəcəyini demişdir. Sinanın dediyi bağlamada narkotik vasitə olmasından xəbəri olmamışdır. Elə həmin gün saat təxminən 16-da yaşadığı evdən çıxaraq tanımadığı taksi ilə İmişli rayonu ərazisinə getmişdir. Sinan bağlamanı Dövlət Sərhəd Xidmətinin əməkdaşından götürməyi ona bildirmişdir. Həmin sərhədçi ilə görüşmüş və əlini bağlamaya uzadaraq götürüb geri cevrildiyi anda, qəfildən Dövlət Sərhəd Xidmətinin hərbçiləri haradansa çıxaraq onu tutmuşlar. Görüşdüyü hərbiçi birdən-birə yoxa çıxmışdır. Sinanın dediyi ərazidəki sərhədçidən bağlamanı götürəndən sonra digər sərhədçilər tərəfindən saxlanılmışdır. Həmin bağlamada narkotik vasitə olmamışdır. Cavan oğlandır, ona lazım idi ki, özünü “zibilə” salıb, həyatını dörd divar arasında keçirtsin, deyə bildirmişdir. Təqsirləndirilən şəxs cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, arvadını İran İslam Respublikasına aparanda Sinan adlı taksi sürücüsü öz mobil telefon nömrəsini ona vermiş, aralarında münasibət yaranmışdır. Tanışı Sinan ondan İmişli rayonu ərazisindən “sumkanı” (çantanı) bir nəfərdən götürüb Bakı şəhərinə aparmağını xahiş etmişdir. Sinan “sumkanı” ona verən şəxsin Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğunu bildirmiş və sonuncu işdən çıxa bilmədiyi üçün, onun İmişliyə getməsini xahiş etmişdir. “Sumkanı” ona baş leytenant rütbəsində olan, adını bilmədiyi şəxs vermiş, həmin şəxs Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş və “02 nömrəli”, ağ rəngdə olan “Niva” markalı avtomobili idarə etmişdir. Sinanın göndərdiyi bağlamada narkotik vasitə olması barədə məlumatı olmamışdır. Sinan ona bağlamada qanunsuz nəsə olmadığını və narahat olmamasını bildirmişdir. Hadisə yerinə Bakıdan çıxıb getmişdir. Sərhədi keçməmiş, İmişli rayonunda, daha doğrusu İmişli rayonundan Biləsuvar rayonuna gedən yolda, Cəbrayıl qəsəbəsinə çatmamış, “Postahir” adlanan ərazidən üzü Bakıya tərəf gedən yolda, gecə saatlarında tutulmuşdur. Həmin ərazidə sərhəd zastavası olmamış, oraya kimin bağlama qoyduğunu bilməmiş, ümumiyyətlə oraları tanımamışdır. Saxlanıldığı yer çöllük ərazi olmuşdur. Əvvəllər Biləsuvar rayonundan keçib İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına gedirmiş. N noyabr 2022-ci il tarixdə sərhədçilər tərəfindən tutulub saxlanılanda gecə saat 11-12 olarmış. Sinan ona gündüz zəng etmiş, o isə oraya gecə getmişdir. Sərhədçi “sumkanı” ona vermiş, götürdüyü anda başqa sərhədçilər onu tutmuşlar, yəni hər şey bir anın içində baş vermişdir. Arxaya çevriləndə “sumkanı” verən şəxs artıq çıxıb getmişdir. Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu saxlayandan sonra “sumkanı” açmışlar və içərisindən “nəşə” aşkar edilmişdir. Saxlanılarkən üzərində başqa narkotik vasitə olmamışdır. Ümumiyyətlə, narkotik vasitənin istifadəsi və satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsinin eynisini məhkəməyə verdiyini bildirmişdir. Tutulanda vəkillə təmin olunmamış, tələb etsə də, təmin olunmamış, vəkildən imtina ərizəsi yazmamışdır. Latın qrafikalı əlifba ilə yazıb-oxumağı bilmir və yazıboxumasına köməklik göstərilməsi üçün mütəxəssis dəvət olunmamış, sənədlərdə adı mütəxəssis kimi qeyd olunmuş və məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid6 hadisə vaxtı görməmişdir. Vəkil gələndə ona sənədlərə qol çəkməsini demiş, lakin o, etmədiyi əmələ görə niyə qol çəkməli olduğunu ona bildirmişdir. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tutulanda ona qarşı fiziki gücdən istifadə edilərək, təzyiq göstərilmiş, təhqir olunmuşdur. Onu döyən və təhqir edənlərdən biri hərbiçi Şahid1 olmuşdur. Şahid1 bir dəfə görmüşdür. Onu yumruqla vurmuşlar, dişi sınmış və dodağı qanamışdır. Təxminən on bir nəfər sərhədçi tərəfindən tutulmuş, daha sonra sərhəd zastavasına aparılmış, gecəni zastavada keçirtmiş, səhər saatlarında ondan izahat alınandan sonra, Cəlilabad rayonunda yerləşən hərbi hissəyə aparılmış, orada bir-iki saat müddətdə “dizbatda” saxlanılmış, daha sonra avtomobillə Dövlət Sərhəd Xidmətinin Baş İdarəsinə aparılmışdır. Dövlət Sərhəd Xidmətinin əməkdaşlarından başqa onu heç kəs tutub saxlamamışdır. Onu saxlayanlardan iki nəfəri əsgər, digərləri isə gizir olmuşlar. Onunla danışan yekəpər, dolu bədənli gizir olmuş, nə tutularkən, nə də zastavaya aparılanda hal şahidləri iştirak etmişlər. Bir dənə də olsa sənədə qol çəkməmişdir. İşini aparan müstəntiq onun qardaşı Elşənə mobil telefonla zəng edərək pul müqabilində işini yüngülləşdirməyi demiş və qardaşından onun sənədlərə qol çəkməsini xahiş etmişdir. Bakı şəhərində olanda iki dəfə vəkilini görmüşdür. Müstəntiqə etirazını bildirsə də, vəkil istəmədiyini deməmişdir. Barəsində olan cinayət işinin ibtidai istintaqını aparan müstəntiq Talıb İsayev olmuşdur. İbtidai istintaq zamanı heç kəslə üzləşdirilməmişdir. Vəkili ilə o, sənədləri imzalamamışlar. Müstəntiqə eləmədiyi işə görə niyə imza çəkməli olduğunu bildirmişdir. İran vətəndaşı ilə arasında narkotik vasitələrin alqı-satqısı ilə bağlı söhbət olmamışdır. İranlı ilə olan telefon danışıqlarının əldə olunmasını xahiş etmiş, həmin danışıqlar əldə olunandan sonra hər şeyin aydın olacağını bildirmişdir. Sinanla arasında hərdən telefon danışıqları olmuş, amma narkotik vasitə barədə danışıqları olmamışdır. Onu tutan şəxslər hər şeyi yaxşı bilmişlər. Mobil telefonundakı “instagram” sosial şəbəkəsində olan yazışmalarını yoxlaya bilərdilər və əgər yoxlasaydılar belə bir danışıqların olmadığını biləcəkdilər. İstifadəsində 051 ***-**-** və 070 ***-**-** mobil telefon nömrələri olmuşdur. 070 ***-**-** mobil telefon nömrəsi dayısı Şəmsi Hüseynovun adına olmuş, üç ay müddətində həmin nömrəni işlətmişdir. 051 ***-**-** mobil telefon nömrəsi dostuna məxsus olmuş və həmin dostu da həbs edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, təxminən bir ay əvvəl “İnstagram” sosial şəbəkəsində Sinan adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, bir neçə gün yazışdıqdan sonra Sinandan istifadəsində olan nömrəsini istəmiş, sonuncu ona istifadəsində olan +**********76 nömrəsini vermişdir. Sinanla bir neçə gün istifadəsində olan 051 ***-**-** və 070 ***-**-** nömrələrlə həm zəng, həm də “WhatsApp” tətbiqi vasitəsilə bir neçə dəfə danışmışdır. N noyabr 2022-ci il tarixdə, saat 13 radələrində Sinan ona “WhatsApp” tətbiqi vasitəsilə zəng edərək, onun İmişli rayonu ərazisinə getməsini və ona məxsus çantanı götürüb Bakı şəhərinə aparmasını xahiş etmişdir. Sinanla bir ay ərzində dostluq etdiyi üçün və Sinanın ondan ilk dəfə xahiş etdiyini nəzərə alıb, onun dediyi əraziyə, yəni İmişli rayonuna getməyi qərara almışdır. N noyabr 2022-ci il tarixdə, saat 16-da yaşadığı Qaradağ rayonu, “X25”ndən 140 nömrəli marşuruta (avtobusa) minərək Qaradağ rayonuna getmiş, oradan da 1 (bir) manatlıq taksiyə minib, Qaradağ rayonu, Lökbatan dairəsi deyilən əraziyə gedərək, orada İmişli rayonuna gedən taksilərindən birinə əyləşib, İmişli rayonuna getmişdir. İmişliyə gedərkən yolda Sinan ona iki dəfə zəng etmiş, Sinana yolda olduğunu, İmişliyə çatanda zəng edəcəyini demişdir. N noyabr 2022-ci il tarixdə, saat 19 radələrində İmişli rayonuna çatmış, Sinana mesaj yazaraq İmişli rayonuna çatdığını bildirmişdir. Sinan da ona beş dəqiqə gözləməsini və həmin çantanın yerini deyəcəyini yazmışdır. Daha sonra Sinan onun “WhatsApp” nömrəsinə (070 406-14-14) məkan göndərmiş və o, İmişli rayonunda taksiyə minərək, Sinanın dediyi yerə getmişdir. Taksi ilə Sinanın dediyi yerə gedərkən, yolda Sinandan həmin çantanın içərisində nə olduğunu soruşduqda, sonuncu ona həmin çantanın içərisində marixuana olduğunu yazmışdır. Sinana narkotik vasitəni götürməyəcəyini dediyi zaman, Sinan ona “narahat olma, problem yoxdur, bağlamanı götür və Qaradağ rayonu ərazisində DYP-nin postunu keçdikdən sonra bir yerə qoy, şəklini, məkanı mənə göndər və kartının şəklini at sənə pul göndərəcəm” demişdir. Pula ehtiyacı olduğu üçün razılaşmışdır. Daha sonra həmin bağlamanı götürərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. X32 Respublikasının vətəndaşı olduğunu bilir, əvvəllər metamfetamin istifadə etmişdir, saxlanılan zaman ona qarşı qanundan kənar davranışa yol verilməmişdir. Sinan ona içərisində narkotik vasitə marixuana olan bağlamanı götürdükdən sonra Bakı şəhərinə qayıdaraq DYP-nin Qaradağ rayon postunu keçdikdən sonra oralarda bir yerə qoymasını, həmin bağlamanın şəklini və qoyduğu yerin məkanını ona göndərməsini, qarşılığında isə pul göndərcəyini demiş, həmin bağlamanın içərisində narkotik vasitə olan marixuana olduğunu desə də, amma miqdarı barədə nəsə deməmişdir. X18 yanında olanda Şahid1 orada görməmişdir (cild 01, i.v. 71-74). Təqsirləndirilən şəxs məhkəmədə elan olunan ifadəsini təsdiq etməmiş, belə məzmunda ifadə vermədiyini, həmin ifadəni müstəntiqin özünün yazdığını, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin doğru olduğunu, müstəntiqə verdiyi ifadənin həqiqəti əks etdirmədiyini bildirmişdir. Kişi kimi sözünün üstündə durmuş və müstəntiqin verdiyi sənədlərə imza etməmişdir. Oxuyub-yaza bilmədiyi üçün ifadəsinin altındakı əlyazma və imza ona məxsus deyildir. Müstəntiq onu dinləməmişdir. Döyülməyi barədə rəsmi olaraq heç kəsə ərizə ilə müraciət etməmiş, şikayət bildirməmişdir. Bakı İstintaq Təcridxanasına daxil olanda tibbi müayinədən keçirilmiş, bədənində xəsarətlər olmuşdur. Biləyində olan çapıq izləri əl qandalının izləri olmuşdur. Yanına prokurorluqdan heç kəs gəlməmişdir. Bağlamanı götürüb arxaya çevriləndə onu tutmuşlar. Bir anlıq bağlamanı ona verən şəxsə tərəf çönüb baxanda, onun artıq “Niva” markalı maşınla ərazidən uzaqlaşdığını görmüşdür. Sərhədçilərdən bağlamada nə olduğunu, tutulmasının səbəbini soruşmuş, onlar isə cavab verməmişlər. Qardaşı Elşənin məhkəmədə əlavə şahid qismində verdiyi ifadəsində sənədləri imzalamaması ilə bağlı bildirdiyi xüsusatlar doğrudur. Belə ki, müstəntiq onu məcbur etmişdir ki, sənədləri imzalasın, o isə imtina etmişdir. Qardaşı ilə görüşəndə də, ona heç bir sənədi imzalamayacağını bildirmişdir. İbtidai istintaq zamanı hazırki məhkəmə iclasında verdiyi məzmunda ifadə vermiş, lakin ifadəsi doğru yazılmamışdır. Son sözündə bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev bizlər üçün belə ədalətli dövlət yaratmışdır, ədalətli dövlətimizin də ədalətli hakimləri var və onların qarşısında hər şey aydınlaşıb, barəsində ədalətli qərar veriləcəyinə güvənir. Məhkəmə cinayət prosesi tərəflərini, həmçinin şahidlərin məhkəmədə verdikləri ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissəsinin 4-cü sərhəd zastavasında, baş leytenant rütbəsində xidmət edən Şahid1 ifadəsində göstərmişdir ki, N noyabr 2022-ci il tarixdə narkotik vasitələrin xidməti ərazidə olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı üzrə axşam saatlarından 29 noyabr 2022-ci il tarixə, saat 00:15-dək N nömrəli hərbi hissənin 4cü sərhəd zastavasının 28-ci sahəsində sərhəd naryadının üzvü, kapitan Şahid2 ilə birlikdə “pusqu” xidmətinə təyin edilmişdir. Xidmətdə olduğu vaxt, N noyabr 2022-ci il tarixdə, saat 23 radələrində İmişli rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətində avtomobilin hərəkət etdiyini, həmin avtomobilin Arazbarı kəndinə çatanda yolun kənarında dayandığını və içərisindən bir nəfərin düşüb, kolluq əraziyə doğru hərəkət etdiyini görmüşdür. Həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs hardasa 20- 25 metr kolluğa doğru hərəkət etmiş və kolluq ərazidən bir ədəd bağlamanı götürdükdən sonra tərəflərindən “Dayan” çağırış komandası verilmiş, Elçin saxlanılandan sonra kimliyi müəyyənləşdirilmiş və sonuncu əraziyə içərisində narkotik vasitə olan bağlamanı götürmək üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs əraziyə gətirən avtomobil dərhal getdiyi üçün sürücüsünü tutmaq mümkün olmamışdır. Sonra Təqsirləndirilən şəxs yaxınlıqda olan sərhəd zastavasına aparmışlar. Şahid1 məhkəmə iclasında cinayət prosesinin iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazi dövlət sərhəd xəttindən təxminən 1200-1300 metr aralı olmuşdur. Elçin hadisə yerinə avtomobil ilə gəlmiş, maşından düşüb, kolluq əraziyə daxil olmuş, maşının sürücüsü isə dərhal çıxıb getmişdir. Onlarda şəxsin haradan və necə gələcəyi barədə məlumat olmamışdır. Gecə qaranlıq olduğu və ərazi hündür qamışlarla örtülü olduğundan Elçini gətirən avtomobilin markasını və rəngini görə, maşını idarə edən şəxsin kimliyini müəyyən edə bilməmişlər, həmin şəxs ərazidən uzaqlaşmışdır. Elçinin avtomobildən düşdüyü yerdən tutulduğu yerə qədər 20-25 metr məsafə olmuşdur. Elçin kolluq əraziyə daxil olduqdan sonra əlində bağlama ilə birlikdə kolluq hissədən çıxıb qaçmaq istəyəndə, ona “Dayan” çağırış komandası verilmiş və o, artıq qaçmağa cəhd etməmiş, onu saxlamışlar. Elçinə qarşı tərəflərindən hər hansı bir formada xəsarət yetirilməmiş, Elçinin özünün də onlara qarşı hər hansı bir qanunsuz davranışı olmamışdır. “Dayan” komandası verilmiş və onu adi qaydada tutub saxlamışlar. Elçinin əlində bir ədəd bağlama olmuş və həmin bağlamada beş kiloqrama yaxın narkotik vasitə olmuşdur. Elçini tutub zastavaya gətirəndən sonra təhqiqatçıya təhvil vermişlər və dindirmə prosesini sonuncu aparmışdır. Onlar yalnız Elçini tutmuşlar, onun dindirilməsində isə iştirak etməmişdir. Əməliyyat qrupunun üzvləri bir neçə nəfərdən ibarət olmaqla, ayrıayrı qruplara bölünmüşlər. Şahid2la eyni qrupda iki nəfər olmaqla, X15 məxsus səhra geyimi formasında olmuşlar, digər ərazilərdə isə pusqu naryadı olmuşdur. Əraziyə xidməti avtomobillə gəlmişlər. Ərazinin fotoşəklinin çəkilməsi və videoçəkilişin aparılması təhqiqatçının səlahiyyətində olan işlərdir. Bilmişlər ki, bağlamada olan narkotik vasitədir, amma bağlamaya baxıb-baxmadıqlarını dəqiq xatırlamır. Elçini bağlama ilə birlikdə “komendaturaya” təhvil verəndən sonra çıxıb getmişlər. Şəxsin üzərinə axtarış və bağlamaya baxış keçirilməsində iştirak etməmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs barəsində olmuşdur. Əməliyyat məlumatının kimdən, haradan və nə vaxt daxil olması, narkotikin həmin əraziyə kimlər tərəfindən, hansı şəraitdə qoyulması barədə məlumatı olmamışdır. Elçinin tutulduğu yerə içərisində narkotik olan bağlamanı onlar qoymamışlar. Elçini döyməmiş, söyməmiş, hər hansı formada təhqir etməmişdir. Elçini əraziyə gətirən avtomobili saxlamağa cəhd göstərsələr də, bu mümkün olmamışdır. Ərazidən uzaqlaşan avtomobili təqib etmək və polis şöbəsinə məlumat vermək onun işi deyildir. Əməliyyat məlumatı onun olmamışdır. Əvvəlcə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə arasında üzləşdirmə aparılıb-aparılmamasını hadisədən təxminən bir il vaxt keçdiyinə görə xatırlamadığını desə də, sonra üzləşdirmə keçirilmədiyini bildirmişdir. Ondan komendaturada izahat və ifadə alınmış, müstəntiq Talıb İsayevə Bakı şəhərində, Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında ifadə verməmişdir. Müstəntiqə ifadə verdiyi vaxt təqsirləndirilən şəxs və sonuncunun vəkili yanında olmamışlar, tək dindirilmişdir. Dindirilərkən sənədləri imzalamışdır. X8 bir neçə dəfə yanına çağırdığı olmuş, getmiş amma, həmin vaxt Təqsirləndirilən şəxs onların yanında olduğunu xatırlaya bilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissəsi 1-ci sərhəd komendantlığının sabiq əməliyyat müvəkkili, hazırda həmin komendantlıqda komendant müavini vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edən Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, əməliyyat zamanı pusqu xidmətinin tərkibində olmuş, Təqsirləndirilən şəxs şəxsən tutmamış, naryad üzvü olmaqla Elçindən 15-20 metr aralı məsafədə olmuş, digər qrupun əməkdaşları onu tutub saxladıqdan dərhal sonra Şahid1lə ona yaxınlaşmışlar, Elçini tutulduğu yerdə sorğu-sual etdikdə, o özü narkotik vasitənin dalınca gəldiyini etiraf etmiş, amma narkotikin çəkisi barədə məlumatı yox imiş, hətta demişdir ki, “məni aldadıblar”, yəni ki, İranlı ona az mal göndərməli imiş, bağlamada o qədər çox narkotik olmalı deyilmiş. Daha sonra səhv etmirsə, təhqiqatçı gəlmiş, bağlama həmin yerdə açılmış və ağ rəngli “meşokun” içərisində, dörd-beş bağlama olmuşdur. İbtidai istintaq zamanı iş üzrə yalnız təhqiqatçıya izahat vermiş, başqa heç kimə ifadə verməmiş, Elçin tutulan gündən sonra onu bir daha heç vaxt görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, sərhəd zastavasında görmüşdür. Aralarında qohumluq əlaqəsi, ədavət və ya düşmənçilik yoxdur. Fermada çoban işləyir. Xatırlamadığı tarixdə, gecə saat 11-12 radələrində sərhədçilər gəlib onu götürərək zastavaya aparmış və orada ona bir nəfər şəxsin saxlanıldığını bildirmişlər. Həmin şəxs Elçin olmuşdur. Elçin xidməti otaqda oturmuş, qarşısındakı stolun üzərində bağlama, bağlamanın yanında isə qara rəngli markasını bilmədiyi mobil telefon olmuşdur. Elçinin əynində qara rəngli şalvar və qısaqol gödəkçə olmuşdur. Qapını açıb Elçini və bağlamanı göstərdikdən sonra onu fermaya qaytarmışlar. Şahid4 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əvvəllər hal şahidi kimi bənzər tədbirlərdə iştirak etməmişdir. Sərhədçilər fermaya gələrək ona komandirin çağırdığını, zastavada adam saxlanıldığını, hal şahidi kimi iştirak etməli olduğunu demişlər, o da etiraz etmədən onlarla getmişdir. Orada başqa hal şahidi də görmüş, lakin həmin şəxsi tanımamışdır. Zastavada çox sayda sərhədçi olmuşdur. Otaqda olanları göstərdikdən sonra təhqiqatçı ondan Elçini və bağlamanı görüb-görmədiyini soruşmuş, o da gördüyünü təsdiqləmişdir. Orada olarkən Elçinin qarşısındakı torbanın içinə baxılmamış, sadəcə torbanın ağzı açılıb yan çevrilmiş vəziyyətdə olmuş və içində üzəri yapışqan lentlərlə sarınmış vəziyyətdə bağlamaların olduğu görünmüşdür. Həmin bağlamaların içində konkret olaraq nə olduğunu görməmişdir. Ona torbanın içində narkotik vasitə olduğu, Təqsirləndirilən şəxs sərhədçilər tərəfindən saxlanıldığı və bu zaman əlində həmin torbanın olması bildirilmişdir. Həmin otaqda vəkil görməmişdir. Elçinə təsir və ya təzyiq olunmamış, onun vurulduğunu görməmiş, sadəcə Elçinin üzərinin palçıqlı olduğunu görmüşdür. Xidməti otaqda qırmızı stol və üzərində bağlamalar olmuşdur. İçəridə iki-üç dəqiqə dayanmışdır. Hal şahidi kimi ona hüquq və vəzifələri izah olunmamış, zastavadan başqa yerə aparılmamış, zastavanı tərk etdikdən sonra yenidən oraya qayıtmamışdır. Zastavadan çıxarkən ona hansısa sənədi imzalatmışlar, səhv etmirsə, bir yerə imza atmışdır. Sonradan onu dindirmək üçün heç kim çağırmamışdır. Hadisə ilə əlaqədar hansısa polis şöbəsinə getməmiş və ya ondan ifadə almağa heç kim gəlməmişdir. 2023-cü ilin yanvar ayında fermada olmuş, arabir evinə gedib-gəlmişdir. İstifadəsində 051 ***-**-** mobil nömrə var. Yaşadığı ev Biləsuvar qəsəbəsində yerləşir. Fermadan evə qədər məsafə uzaqdır, lakin zastavaya qədər bir kilometrə yaxın məsafə vardır. Elçinin saxlanıldığı zastava Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Biləsuvar rayonunda 4 saylı qaçqın şəhərciyində yaşadığı evdə istirahət edərkən sərhəd dəstəsinin təhqiqatçısı Zaur Kamilov mobil telefonuna zəng vuraraq, hal şahidi qismində 4-cü sərhəd zastavasının inzibati binasına dəvət etmişdir. Xidməti otaqda ona, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş, içərisində narkotik vasitə olan bağlamanı götürdüyü hadisə yerinə, hadisə yerindən aşkar edilərək götürülmüş qeyd olunan bağlamaya, həmçinin qeyd olunan şəxsin üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquq və vəzifələri izah olunmuş və razılığı alındıqdan sonra baxış başlanılmışdır. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs saxlanıldığı yeri əli ilə göstərmişdir. Həmin yer Biləsuvar rayonu, Arazbarı kəndi yaxınlığında olan ərazidir. Həmin yerə baxış zamanı Elçinin saxlanıldığı yerdə bir ədəd ağ rəngli bağlama aşkar edilmişdir. Elçin həmin aşkar edilmiş bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. Bununla da baxış başa çatmışdır. Bundan başqa Elçinin saxlanıldığı yerdən aşkar edilərək götürülmüş bağlamaya baxış keçirilmişdir. Bağlamaya baxış keçirilən zaman içərisindən sıx yapışqan lentlə sarılmış kiçik bağlamalar aşkar edilmişdir. Həmin bağlamalara baxış keçirilən zaman bağlamalarda kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə aşkar edilmişdir. Qeyd olunan maddələr çəkilmiş, marixuanaya bənzər maddə qablaşma ilə birlikdə çəkisi 5050 qram təşkil etmişdir. Narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa Elçinin şəxsi axtarışı keçirilən zaman üzərindən bir ədəd smartfon tipli, “Samsung” markalı mobil telefon aşkar edilmiş və qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra bütün bu hallar barədə müvafiq rəsmiləşdirmə işləri aparılmış və tərtib edilmiş protokollar iştirakçılar tərəfindən imzalanmışdır (cild 01, i.v. 169-171). Şahid4 ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona deyilənləri etməsi ilə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, məhkəmədə dediklərindən başqa hadisə olmamasını, cinayət işinin materiallarında adının qarşısında icra olunmuş imzaların ona məxsus olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında, gecə saat 23:00-00:00 radələrində ona zəng gəlmiş, hal şahidi qismində hərbi hissəyə dəvət olunmuş, oradakı xidməti otaqda Təqsirləndirilən şəxs, torbanı və içərisində üç-beş ağ rəngli bağlamanın olmasını görmüşdür. Bununla da baxış başa çatmış, az sonra çıxıb getmiş və əlavə olaraq heç nə xatırlamadığını bildirmişdir. Şahid3 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, ali təhsillidir, Azərbaycan Beynəlxalq Universitetini bitirmişdir. Təqsirləndirilən şəxs Elçin Niftaliyevi hadisədən qabaq tanımamış, onu bir dəfə sərhəd zastavasında, bir dəfə də, bundan öncəki məhkəmədə (cinayət işi digər məhkəmə tərkibinin icraatında olduğu vaxt) görmüşdür. Bu hadisəyədək əvvəllər hal şahidi qismində iştirak etməmiş, amma məhkəmədə dindirilmişdir. N noyabr 2023-cü ildə evdə olduğu vaxt, səhv xatırlamırsa, gecə saat 12-01 radələrində ona zəng gəlmiş və sərhəd xidmətinin əməliyyatçıları gəlib onu zastavaya çağırmışlar. Zastavadan zəng ediləndə nə üçün çağırıldığı bildirilmiş, yəni narkotik vasitə ilə şəxsin tutulduğu deyilmişdir. Əraziyə yaxın yerdə yaşadığı üçün hərbiçilər onu hal şahidi kimi oraya dəvət etmişlər. Hal şahidi kimi iştirak etmək üçün onu sərhədçi Şahid2 çağırmışdır. Fuadın nömrəsini əzbər bilmir. Onun evi zastavadan iki-üç kilometrlik məsafədədir. Əməliyyatçılar onun arxasınca avtomobillə gəlmişlər, lakin zastavaya onlarla deyil, öz avtomobili ilə təkbaşına getmişdir. Ona demişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitə götürdüyünə görə saxlanılmışdır. Zastavaya yaxınlaşıb özünü təqdim etmiş, əməliyyatçılar tərəfindən çağırıldığını bildirmişdir. Zastavanın həyətində çox sayda sərhədçi olmuş, onlarla görüşmüşdür. Zastavaya gələndə Elçini və bağlamanı görmüşdür. Elçin zastavanın inzibati binasının daxilində olmuşdur. Əvvəl Elçinin olduğu otağa daxil olmuş və onun oturduğunu görmüş, daha sonra digər otağa keçmişdir. Elçini görəndə onun üst-başı palçıq içində olmuşdur. Otaqda bir torba olmuşdur. Həmin torbanın içinə baxış keçirilməmiş, kənardan baxanda torbanın içində nə olduğu görünməmişdir. Torbanın açıq olub-olmadığını xatırlamır. Saxlanılmış şəxslə torba ayrı-ayrı otaqlarda olmuş, həmin otaqlar iç-içə olmuşlar. Elçinin saxlanıldığı əraziyə getməmiş, onu orada deyil, yalnız zastavanın içində olan inzibati otaqda görmüşdür. Zastavada hərbiçilər onun iştirakı ilə sənəd tərtib edib, imzalamasını istəmişlər, o da sənədi oxumuş, lakin sənədə imza atıb-atmadığını xatırlamamışdır. Ona hal şahidi kimi hüquq və vəzifələri izah edilməmişdir. Həmin vaxt ona qarşı hər hansı təsir olmamışdır. Zastavada Elçindən soruşulanlar, narkotik vasitənin dəqiq çəkisi barədə məlumatı yoxdur. Səhv xatırlamırsa, torbaya baxış keçirilən vaxt Elçin həmin torbanın ona məxsus olduğunu bildirmişdir. Elçinə qarşı fiziki təsir edilməsinin şahidi olmamışdır. Baxış zamanı hərbi hissədəki hərbçilərin sayı üç olmuş, onlardan başqa özü, təqsirləndirilən şəxs və digər hal şahidi olmuşlar. Sərhədçi Şahid2la, həmçinin kommendant və rəislə münasibəti olmuş, buna səbəb də heyvandarlıqla məşğul olmaqla, təsərrüfatının olması ilə əlaqədar imiş. Belə ki, heyvanlar bəzən nəzarətdə olan əraziyə, yəni hərbi hissənin ərazisinə daxil olmuş, bu barədə sərhədçilərə məlumat vermiş, onlar da ərazidən çıxarılmasına kömək edirmişlər. Zastavanın əməkdaşları heç bir etiraz etməyərək, heyvanların orada otlamasına şərait yaratmışlar. Heyvanları örüşə çıxaranda zastavanın ərazisinə sənədlə daxil olub çıxmışdır. Hal şahidi qismində iştirak etmək üçün çağırılanda, istəmədiyi halda iştirak etməyə bilərdi. Digər hal şahidi olan Şahid4 qəsəbə sakini kimi tanımış, lakin onun əvvəllər hal şahidi qismində iştirakı barədə məlumatı olmamışdır. İstifadəsində 050 ***-**- ** mobil nömrə olmuş, məlum hadisə ilə bağlı həmin nömrəyə zəng vurulmuşdur. Bu nömrəni uzun vaxtdır ki, istifadə edir. Ona göstərilən torbanın içərisində nə olduğunu bilməmiş, narkotik görməmiş, torbada narkotik vasitə olmasını hərbiçilərdən eşitmişdir. Torbanı görəndə, torbanın ağzı açıq olmuş, bağlamalar torbanın içərisindən çıxarılıb yerə qoyulmuş, baxıldıqdan sonra isə yerinə qaytarılmışlar. Bundan sonra o da çıxıb getmişdir. Bağlamalar onun yanında açılmamış, çəkilməsinin şahidi olmamışdır. Təhqiqatçıya verdiyi izahatından sonra başqa heç yerdə izahat verməmiş, izahatından sonra heç bir sənədə qol çəkməmişdir. Baxışdan sonra qol çəkib çıxıb getmişdir. Elçinin şəkilinin çəkilibçəkilməməsini görməsi barədə fikri yoxdur və onun saxlanıldığı yerdə olmamış, hərbi hissədə bir dəfə olmuşdur. Elçin saxlanılanda əynində qara rəngli şalvar və eyni rəngdə köynək olmuş, üst-başı da palçığa bulaşmışdır. Qış ayları imiş. Elçin saxlanılanda ona qarşı təzyiq, təsir göstərilməmiş, başı aşağı sakit davranmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə hal şahidi qismində 4-cü sərhəd zastavasının inzibati binasına dəvət edilmişdir. Xidməti otaqda ona Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitə olan bağlamanı götürdüyü hadisə yerinə, hadisə yerindən aşkar edilərək götürülmüş qeyd olunan bağlamaya, həmçinin qeyd olunan şəxsin üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquq və vəzifələri izah olunmuş və razılığı alındıqdan sonra baxış başlanılmışdır. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs saxlanıldığı yeri əli ilə göstərmişdir və həmin yer Biləsuvar rayonu, Arazbarı kəndi yaxınlığında olan ərazidir. Həmin yerə baxış zamanı Təqsirləndirilən şəxs saxlanıldığı yerdə bir ədəd ağ rəngli bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin aşkar edilmiş bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmiş, bununla da baxış başa çatmışdır. Bundan başqa Təqsirləndirilən şəxs saxlanıldığı yerdən aşkar edilərək götürülmüş bağlamaya baxış keçirilmişdir. Bağlamaya baxış keçirilən zaman içərisindən sıx yapışqan lentlə sarılmış kiçik bağlamalar aşkar edilmişdir. Həmin bağlamalara baxış keçirilən zaman bağlamalarda kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə aşkar edilmiş, qeyd olunan maddələr çəkilmiş, marixuanaya bənzər maddə qablaşma ilə birlikdə çəkisi 5050 qram təşkil etmişdir. Narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni götürmək üçün əraziyə gəldiyini demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilən zaman üzərindən bir ədəd smartfon tipli, “Samsung” markalı mobil telefon aşkar edilmiş və qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra bütün bu hallar barədə müvafiq rəsmiləşdirmə işləri aparılmış və tərtib edilmiş protokollar iştirakçılar tərəfindən imzalanmışdır (cild 01, i.v. 166- 168). Şahid3 ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona nə deyilibsə, onu da etməsi ilə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadələri arasındakı ziddiyyəti isə hadisədən xeyli müddət keçdiyi üçün dəqiq xatırlamaması ilə izah etmiş, son ifadəsinin doğru olduğunu, hal şahidi qismində iştirak etmək üçün təhqiqatçı Zaur Kamilov tərəfindən yox, sərhədçi Şahid2 tərəfindən çağırılmasını, məhkəmədə ona nümayiş etdirilmiş sənədlərdəki adının qarşısında olan imzaların tərəfindən icra edilmədiyini, həmin imzaları nə zaman çəkdiyini xatırlamadığını, zastavada olduğu gecə ona təqdim olunan sənədlərdə üç yerə imza etdiyini, lakin həmin sənədlərin nə barədə olduğunu xatırlamadığını, hazırki cinayət işi ilə bağlı Bakı şəhərində olmadığını, müstəntiq və ya başqa vəzifəli şəxsin ondan ifadə almadığını bildirmişdir. Məhkəmə iclasında səmimi ifadə verməsini, yəni həqiqəti danışmasını qeyd etmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Məktəbdə informatika müəllimi işləyir. X26 Xidmətinin əməkdaşları tərəfindən tutulması ilə bağlı məlumatı sosial şəbəkədən öyrənmişdir. X21 Xidmətinin “instagram” səhifəsindən xəbəri oxuyub, ona demişlər, hətta məlumatı çəkib “WhatsApp” tətbiq proqramı vasitəsilə onun mobil telefonuna göndərmişlər. İbtidai istintaq müddətində Dövlət Sərhəd Xidmətinin müstəntiqi, baş leytenant Talıb İsayevlə bir neçə dəfə mobil telefonla qardaşı Elçinlə bağlı danışmışlar. Müstəntiq qardaşının ona təqdim edilən heç bir sənədə imza etmədiyini, bunun nəticədə onların işlərini ləngitdiyini və onun üçün ziyan olduğunu bildirmişdir. Qardaşı ilə görüşə gedəndə müstəntiq ona Elçinin sənədlərə imza etməli oduğunu, əks halda onun üçün pis olacağını bildirmişdir. Müstəntiqlə mobil telefonda bir neçə dəfə danışmış və hər dəfə danışıqları baş tutanda müstəntiq ona, qardaşı Elçinin ona təqdim edilən sənədləri imzalayacağı halda yaxşı olacağını bildirmişdir. Həmin vaxt qardaşı Elçin ancaq arvadına zəng edirmiş, o da gəlinlərinə müstəntiqin Elçinə təqdim edilən sənədləri imzalamasını deməsini bildirmiş, Elçin isə arvadına törətmədiyi cinayətə görə niyə hansısa sənədləri imzalamalı olduğunu demişdir. Qardaşı tutulandan bir neçə ay sonra onunla istintaq təcridxanasında görüşmüş və ona əgər cinayət əməlini törədibsə, sənədləri imzalamasını, əks-halda alınmayacağını, imzaladığı təqdirdə işinin yaxşı gedəcəyini demiş, lakin qardaşı sənədləri imzalamayacağını, “nə olursa olsun” deyə bildirmişdir. Qardaşı ilə hansı tarixdə görüşdüyünü xatırlamamış, yay fəsli olduğunu bildirmişdir. İşi aparan müstəntiq Talıb İsayev özü ona zəng edib, dövlət tərəfindən Elçinə vəkil verildiyini demiş, o da cavabında vəkil təqdim olunubsa, onlara zəng etməsini və yaxud vəkilin əlaqə nömrəsini onlara verməsini bildirmiş, lakin müstəntiq vəkilin mobil telefon nömrəsini onlara verməmişdir. Vəkilin mobil telefon nömrəsini öyrənmək üşün çox çalışmış, lakin əldə edə bilməmişdir. Elçinin ibtidai istintaqdakı vəkilini görməmiş, onun başına gətirilənlər barədə Dövlət Sərhəd Xidmətinə, ümumiyyətlə, heç bir orqana rəsmi şəkildə müraciət etməmiş, müstəntiq və vəkilin şəffaf şəkildə işləyəcəklərinə inanmışdır. Ailə üzvləri ilə qardaşının işi ilə bağlı söhbət etmişdir, atası olmadığına görə evdə bir böyük kimi onu tanımışlar. Müstəntiq onunla mobil telefonla əlaqə saxlayıb danışmışdır, lakin həmin danışıqlarla bağlı səs yazıları əlində yoxdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə bağlı tanıyır, onunla qohumluq əlaqəsi, ədavət və ya düşmənçiliyi yoxdur. 2018-ci ildən Dövlət Sərhəd Xidmətində kadrlar şöbəsinin rəisi əvəzi vəzifəsində işləyir. N noyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissənin təhqiqatçısı vəzifəsini icra edən, kapitan Zaur Kamilov ona zəng vuraraq narkotik vasitə ələ keçirildiyini, bununla bağlı baxış keçiriləcəyini, saxlanılan şəxsin yazma-oxuma qabiliyyəti olmama ehtimalına görə izahatı ucadan oxumaq lazım ola biləcəyindən onun da mütəxəssis kimi iştirak etməli olduğunu bildirmişdir. Gecə saatlarında çağırılmışdır, lakin dəqiq vaxtı xatırlamır. Belə ki, həmin gün onun doğum günü olmuş, bunu qeyd etmək üçün yemək yedikdən sonra ona zəng gəlmişdir. Onu aparmaq üçün hərbi hissədən avtomobil göndərmişlər. Əvvəl hərbi hissəyə getmiş, oradan da Biləsuvar rayonunu keçib, İmişli istiqamətində gedərək hadisə yerinə çatmışdır. Evdən çıxıb hərbi hissəyə, oradan da hadisə yerinə getməsi, təxminən iyirmi-iyirmi beş dəqiqə vaxt aparmışdır. Hadisə yerinə çatanda orada kapitan Zaur Kamilov, başqa hərbi qulluqçular və tanımadığı mülki vətəndaşlar olmuşlar, saylarını xatırlamır. Hadisə yerində böyük bir “paket” olmuş, açıldıqda içindən beş-altı büküm çıxmışdır. Narkotik vasitə yumru bükümlərdə olmuşdur, lakin bükümlərin rəngini xatırlamır. Hadisə yerində video və ya foto çəkilişin aparıldığını görməmişdir. Hadisə yerində olarkən narkotik vasitənin kimə aid olduğunu bilmişdir. Belə ki, saxlanılan şəxsin yanında iki hərbi qulluqçu dayanıb, ona nəzarət etmişlər. Buna görə başqalarından seçildiyindən narkotik vasitənin həmin şəxsə aid olduğunu anlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs başında necə papaq olduğunu, əynində hansı paltarın olduğunu bilmir, ümumiyyətlə, bu kimi şeylərə diqqət etməmişdir. Hadisə yerində, ola bilsin ki, saxlanılan şəxsə suallar verilmişdir. Zastavaya saxlanılan şəxslə birlikdə deyil, sonradan getmişdir. Narkotik vasitə zastavaya gətirilmiş, baxış keçirilmiş və otaqların birində Elçindən izahat alınmışdır. Elçindən izahat alınanda o da iştirak etmiş, lakin onun hansı məzmunda izahat verdiyini xatırlamadığını bildirmişdir. Otaqda bükümlərin içərisinə baxış keçirildiyini görməmişdir. Ona üç-dörd sənəd vermişlər və həmin sənədləri saxlanılan şəxs üçün oxumuşdur. Elçinə izahatın məzmununu oxuyanda, o heç bir etiraz etməmiş və imzalamışdır. Elçinin izahatından başqa ona, daha hansı sənədləri oxuduğunu xatırlamır. Elçinin izahatı alınarkən, yanında müdafiəçisinin, mülki şəxslərin olubolmamasını, təqsirləndirilənin ona müdafiəçi təyin olunmasını istəyib-istəməməsi barədə deməsini xatırlamır. N noyabr 2002-ci il tarixdə, gecə saatlarında çağırılmış, zəruri prosedurlar başa çatanda artıq ayın 29-u olmuşdur. Tərtib olunmuş müvafiq sənədləri imzalamışdır. Cinayət işinin materiallarında olan və ona nümayiş etdirilən imzaların özünə məxsus olduğunu, mütəxəssis kimi hüquq və vəzifələrinin izah olunduğunu, yəni nə iş görməli olduğunun izah olunmasını bildirmişdir. Hadisə vaxtı onun üzərindəki mobil telefonda hansı nömrənin olduğunu xatırlamır. Ümumiyyətlə, əvvəllər istifadəsində 050 ***- **-** mobil nomrəsi olmuşdur, hazırda isə istifadəsində 050 ***-**-** mobil nömrəsi vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərdən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 29 noyabr 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-04). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin N noyabr 2022-ci il tarixli məktubu və 3-cü X19-Axtarış Şöbəsinin eyni tarixli raportundan görünür ki, N noyabr 2022-ci il tarixdə 4-cü sərhəd zastavasının arxa istiqamətində külli miqdarda narkotik vasitələrin gizlədilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş məlumat əsasında “pusqu” xidməti təyin olunmuş, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:30 radələrində İmişli rayonu, Arazbarı kəndi istiqamətində, İmişli-Biləsuvar yolunun kənarında avtomobildən düşüb, ərazidə olan torbanı götürərkən sərhəd naryadı tərəfindən saxlanılmış, torbanın daxilinə baxış keçirilərkən orada ümumi təmiz çəkisi bükümlə birlikdə 5050 qram narkotik vasitə olan marixuanaya bənzər maddələrin olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı həmin narkotik vasitəni götürmək məqsədi ilə gəldiyini bildirmişdir (cild 01, i.v. 07-08). 3-cü X19-Axtarış Şöbəsinin N noyabr 2022-ci il tarixli qərarının çıxarışından görünür ki, həmin tarixdə Biləsuvar rayonu, Arazbari kəndi istiqamətində (1-ci sərhəd komendantlığının 4-cü sərhəd zastavasının 28-29-cu sahələri) külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilərək Biləsuvar- İmişli avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsinin 39-cu kilometrliyində, yolun kənarında gizilədiləcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar rayonunun Arazbari kəndi istiqamətində əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, i.v. 09-10). Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin komandirinə ünvanladığı N noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, barəsində aparılan inzibati xəta haqqında iş üzrə vəkilə ehtiyacının olmadığını, hüquqlarını özünün müdafiə etmək istədiyini və vəkil tələb etməməsinin səbəbinin onun maddi çətinliyi ilə əlaqədar olmamasını bildirmişdir (cild 01, i.v. 11). N nömrəli hərbi hissənin N noyabr 2022-ci il tarixli qərar və protokollarından görünür ki, Təqsirləndirilən şəxs azərbaycan dilini bilməsi, lakin latın qrafikalı azərbaycan əlifbası ilə oxumaqda çətinlik çəkməsini nəzərə alaraq, ona latın və kiril qrafikalı azərbaycan əlifbasında sərbəst yazıb-oxuya bilən Şahid6 mütəxəssis qismində təyin edilmiş, sonuncuya hüquqları, vəzifələri, məsuliyyəti elan olunmaqla o, şəxsə təqdim olunmuşdur (cild 01, i.v. 12-15). N nömrəli hərbi hissənin N noyabr 2022-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə, saat 23:40-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Təqsirləndirilən şəxs inzibati qaydada tutulmuşdur (cild 01, i.v. 16). N nömrəli hərbi hissənin N noyabr 2022-ci il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür (cild 01, i.v. 17). N nömrəli hərbi hissənin N noyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokolu, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, baxış keçirilən yer N saylı nömrəli hərbi hissənin 4-cü sərhəd zastavasının 28-ci sahəsidir və ərazi düzənlik relyefə malikdir. Həmin istiqamətdə Biləsuvar rayonu, Arazbarı kəndi yaxınlığında Təqsirləndirilən şəxs saxlanıldığı kolluq sahədə bir ədəd ağ rəngli bağlama aşkar edilərək götürülmüş və Elçin həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir (cild 01, i.v. 18-22). N nömrəli hərbi hissənin N noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolu və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamaya baxış keçirilən zaman içərisindən 5050 qram kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə aşkar edilmişdir (cild 01, i.v. 23-24). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 29 noyabr 2022-ci il tarixli qərarları və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş və ona hüquqlarının müdafiəsi üçün öz ərizəsi əsasında dövlət hesabına müdafiəçi təyin olunmuşdur (cild 01, i.v. 31, 35, 40). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1358 nömrəli, 30 noyabr 2022-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli sintetik torbadakı beş ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamalarda ağ rəngli sellofan torbada ayrıayrılıqda təmiz çəkiləri 1631,8 qram, 1249,8 qram, 548,7 qram, 440,8 qram, 567,8 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 4438,9 qramdır və istifadə olunduqdan sonra qalıq çəkisi- 4438,65 qram istintaq orqanına geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir (cild 01, iş vərəqi 53-57). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 30 noyabr 2022-ci il tarixli qərarından görünür ki, narkotik vasitə olan ümumi təmiz çəkisi 4438,65 qram qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmışdır və həmin xidmətin istintaq və təhqiqat idarəsinin saxlanc yerində saxlanılır (cild 01, i.v. 58-89). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “mobil telefona baxış keçirilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli protokolundan görünür ki, N noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 051 ***-**-** nömrəli mobil telefon vasitəsilə telefonun yaddaşına qeyd edilməmiş +**********76 saylı nömrə ilə “WhatsApp” tətbiqi vasitəsilə N noyabr 2022-ci il tarixdə, saat 10:15-də üç halda, saat 12:20-də bir halda, saat 13:10-da iki halda, saat 16:10-da bir halda, 17:38-də bir halda, 19:10-da iki halda, saat 22:15-də bir halda həm zəng, həm də səs göndərməklə əlaqə yaradılmışdır (səs yazıları və mesajlar silinmişdir) (cild 01, i.v. 63). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 30 noyabr 2022-ci il tarixli, 000252 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 64-65). Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-539/2022 nömrəli, 30 noyabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli N noyabr 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 91-93). Dövlət Sərhəd Xidməti Əməliyyat-Axtarış Baş İdarəsinin “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemində (İAMAS) mövcud olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il, saat 08:25-də X11 Məntəqəsindən çıxışı, xx.xx.2019-cu il, saat 14:39-da X11 Məntəqəsinə girişi, xx.xx.2019cu il, saat 07:03 və xx.xx.2019-cu il, saat 07:17-də X11 Məntəqəsindən çıxışları, xx.xx.2019-cu il, saat 12:16-da X11 Məntəqəsinə girişi, xx.xx.2019-cu il, saat 03:29-da X11 Məntəqəsindən çıxışı, xx.xx.2019-cu il, saat 04:41-də X22 Məntəqəsinə girişi, xx.xx.2019cu il, saat 16:04-də X22 Məntəqəsindən çıxışı, xx.xx.2019-cu il, saat 09:28-də X22 Məntəqəsinə girişi, xx.xx.2019-cu il, saat 06:58-də X11 Məntəqəsindən çıxışı, xx.xx.2019cu il, saat 20:59-da X11 Məntəqəsinə girişi, xx.xx.2020-ci il, saat 02:08-də X22 Məntəqəsindən çıxışı, xx.xx.2020-ci il, saat 10:29-da X22 Məntəqəsinə girişi, xx.xx.2020-ci il, saat 09:36-da X11 Məntəqəsindən çıxışı, xx.xx.2020-ci il, saat 23:15-də X11 Məntəqəsinə girişi, xx.xx.2020-ci il, saat 22:21-də X22 Məntəqəsindən çıxışı, xx.xx.2020-ci il, saat 00:24-də X22 Məntəqəsinə girişi qeydə alınmışdır (cild 01, i.v. 141-142). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəz Bürosunun 08 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs beynəlxalq axtarışda olması barədə İNTERPOL-un “e-ASF” avtomatlaşdırılmış axtarış sistemi bazasında məlumat yoxdur (cild 01, i.v. 143). Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, i.v. 150). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X28 12048 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 01, i.v. 151). Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Qaradağ rayonu, Lökbatan Mənzil-Kommunal İstismar Sahəsinin 12 dekabr 2022-ci il tarixli, Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Xələfli Kənd İnzibati Ərazi Dairəsindən verilmiş 16 dekabr 2022-ci il tarixli arayışlar, xasiyyətnamələr, şəxsiyyət vəsiqələri, nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl rayonu, Niftalılar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda müvəqqəti məskunlaşmışdır, ailə tərkibi arvadı, xx.xx.2012 və xx.xx.2017-ci il təvəllüdlü övladları Rüfət Niftalıyev və Renat Niftalızadədən ibarətdir, müsbət xarakterizə olunur (cild 01, i.v. 153-155, 181-183, 220- 226). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X28 16 dekabr 2022-ci il tarixli, xx/xx-16180 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicə olmayıb və qeydiyyatda yoxdur (cild 01, i.v. 175). Dövlət Sərhəd Xidməti Əməliyyat-Axtarış Baş İdarəsinin 26 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, aparılmış agentura-əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əraziyə İran İslam Respublikasının vətəndaşı X6 tərəfindən gətirilməsi müəyyən edilmişdir (cild 01, i.v. 176). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 03 fevral 2023-cü il tarixli, 2718 nömrəli məktubla daxil olmuş CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 051 ***-**-** mobil nömrənin öz adına rəsmiləşdirilməsi, həmin nömrənin anten dairəsi məlumatlarına əsasən Təqsirləndirilən şəxs N noyabr 2022-ci il tarixdə, saat 16:39-dan saat 17:23-dək Abşeron rayonu, “Qobu” yaşayış kompleksində, saat 17:24-də Biləsuvar rayonu, 10-cu Cəbrayıl Qaçqın şəhərciyi, saat 18:04-dən 18:06-dək Qaradağ rayonu, Sədərək Ticarət- Lökbatan yolu, saat 19:48-də Sabirabad rayonu, Şəhriyar qəsəbəsi ərazisində olması, bundan başqa 29 yanvar 2022-ci il tarixdən 29 noyabr 2022-ci il tarixinədək olan müddətdə ayrı-ayrı vaxtlarda müxtəlif nömrələrlə arasında “Qaqa elə belke sen dediyinkimi eliyek? Sendeki, qalan patini verib pula cevirib telefonun ekranin deyisek. Sen oz teli isdet menimkinde ver ozum isdedim”; “Mend sene cekmeye pati verecem. He, qaqa ne deyisen? Eliyek sen diyeni, yoxsa necə..”; “Falqa varindi? Geti blokdayam”; “Ay qaqa mennen elaqe saxlade, dunen biz vewderin daliyca gedeciydik neqeder yiqdim acmadin. Senol bütün isder sarvat oldu. Ozumde dunennen lomkadan.”; “Qaqa o, pulu kartdan cıxardaqde. Danismisam men gedirem tema daliyca. Teli ac”; “Qaqa neynedin? Sennen xeber gozdurem evde”; “Afete kola vere bilersen?”; “Qaqa soz verme ecemiye, dinen hele alinmir qaqa”; “Mene biraz pati verde cekmeye, 2 gundu cekmirem senol draznit olmusam. Hardasan?”; “Weherdeyem Şenol pat ne... güya bilmirsen men 3 yatmiram duwmu”; “Booy saqolee, pulnan diyende, varidi, indi men cekmeye istedim yoxdu,? He birdeki menegore niye, hara surdumusem benzin vurmusam. 1 qepiy pulun cixmadan,”; “herdefe en azi 1,2 qram patin olub. Men tema goturmesem kim verer sene pulsuz patini, neyse , elcin istemirem seni sinadim. Bayaq evde sesin geldi, ama dedin deyin yoxdu evde. Men patinide qocaya gore isdirdim. Eybiyox. Tapacam men. Bilsem aqiz acmazdim. Ok saqol”; “Ber o, patilarin hamisi puldude qardasim olari saymirsanki, halal xosun olsun. Men billemki, isin gucun yox prablemin borcun var, onagore patiye deymirem”; “temani pul eliyib borclarini prablemini hell edesen. Halalindi, cunki, mene elemisen.”; “Qaqa terezi mende, gotur gelde bize tez”; “qaqa salam netersen danisa bilmirem emim yanimdadi, qaqa oraynan yiq danis gor pul vursaq tezbazar atabilecek. Danis qaqa mene yazde”; “qaqa oraynan danis dinen uzaqi saat 9 da diyecem kart atsin. men usaqi gozdurem gelsin gorusub gelem size evde ol qaqa”; “Vusal gelsem yari vere bilersen mene kola.”; “bu ne mesajdardi yazisan ayibdiye, menim heckesden qorxum yoxdu, indi durmusam yuxudan . narahat olma senol birde iranniya gore sene hecne demiyecem. saqo”; “lsun qocanin telefonuynan danisib gedib goturerem. adam elediyin adamin basina cirpmaz. mende cox seyler elemisem. hec temanin pulu cixmiyib hami uje tem”; “a isdiyir pulun cixartmamiş heckese vermiyecem. kim nece basa dusur dussun. heckesdende hecne gizletmirem.”; Ay indi Ruslan nazimden mal otumsen”; “Nazim tez gel menim abiyekdim elcindi cebrayili”; “Vusal aen balavin can varsa rasime biraz pati otur onunkun alib cekmisem beynim ... onan birde bele weye göre salam verenin öz payina varyoxun ...”; “Orxan birde deme.mene nese yaxwim Senol 1 Qiram duwdu elime verdim vusala balamin can yazdim qoz qoymadi mende verdim ona sen apar pul ver al pulsuz nene”; “Qaqa get ozum yigacam verecem birazdan”; cixacam Senol artixlamasiyla”; “Qaqa birinci arxadan ata bilersen Awaxi Soruwuram 2 deki daniwim yoxsam yox qaldim men qadasin alim her ikisin cavab ver iwim bilim ora getsem evezin”; “Afiq noldu guzgu bilem iwin coxdu amma guzgun goturmey lazimdir”; “Vusal saxol hurmetli ol qaqa elimden yaman tutdum”; “... 2 qiram yarim ozumdedir”; “... qutarmiwam ay beledi heledi her weyden melumatım dunen goturduyun zakilatqandanda bugunkunende abiyekde oturubsen gozduyuram guzgun getir isdeyen var y”; “animde oturub sen gozduyuram 50 manata bax getirmesen Senol senden AlaÇam 50 manati... 1sahad burdayam 10: 16 di”; “Evde deylem likbatandayam. Saxla temani gellem goturem. Bideki, adam var 8 dene isdiyir. Degor getire biler”; Ay qaqa o, bayaqki senol hec 2 de deyilmise ... . Gel bize qaqa orada yiqde bunu sene niye iki yari adiynan veribler. Belesey olar bes”; “qaqa biyaxki yanindaki uwaq vardi on gönder abiyekde qadan alim”; “Gelir gor olsa qaqana balaca das oturde elborcu gonder”; Qaqa qadan alim ora yiqib soruca bilersen? 2,..3 dene goturmek olar? Tezbazar. Mene he yox dinende. Ayniyon isdiyen var tema qalmadiki verem. Gozduremde qaqa”; “Kabinetivin tema vardi yatmisan otureceyidim sen”; “Qaqa qadan alim senol cox berk direnibde, usaqlar hereden biraz pul almisam. Ozumde olurem aqridan tema tapmisiq pul yoxdu meni yiqde qaqa”; “Qaqa senol cox pis veziyyetdeyem qurban olum berkde aqridayam bayaqdanda qapini doyur usaqlar aca bilmirem. Sen hardasanki, meni yiq qaqa”; “Qaqa.manim.zajqalkamlda.qoy.cola”; N noyabr 2022-ci il tarixdə isə 051 407-61-21 mobil nömrəsi ilə “qaqam at kart qadan alaram balamin olmuş sen yaniva gellem oyun zad yoxdu başqa nüse düşünmü”; “Qaqa hələ pul məndə deyil dedim deyir gələndə verəcəm başqa yerdəyəm”; “Qaqa hazir çaşinla münle gedib şehere gele bilirsen ypxsan yox düyirem belkem gelim goturum gedüy geley sen alinçirsa denen gelim goruşum qaydim he yox de” məzmunda yazışmaların olduğu müəyyən edilmişdir (CD diskdə olan məlumatlar çap edilərək iş materiallarına əlavə olunmuşdur) (cild 01, iş vərəqi 185-186). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən AZF/LGL-2279/23 nömrəli, 07 mart 2023cü il tarixli məktubla daxil olmuş CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** mobil telefon nömrəsinin X3 adına rəsmiləşdirilməsi göstərilmişdir. Bu faktı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində təsdiq etmiş və bildirmişdir ki, Şəmsi Hüseynov onun dayısıdır və həmin mobil nömrə üç ay müddətində onun istifadəsində olmuşdur. Həmin nömrənin anten dairəsi məlumatlarına əsasən Təqsirləndirilən şəxs N noyabr 2022-ci il tarixdə, Sabirabad, Saatlı rayonlarının, İmişli rayonunun Məzrəli, Çaxırlı, Aranlı kəndləri, Bəhrəmtəpə qəsəbəsi, Biləsuvar rayonunun Arazbarı ərazilərində olması, bundan başqa 29 yanvar 2022-ci il tarixdən 29 noyabr 2022-ci il tarixinədək olan müddətdə ayrı-ayrı vaxtlarda müxtəlif nömrələrlə arasında narkotik vasitələrin alqı-satqısı məzmununda yazışmaların olduğu müəyyən edilmişdir (CD diskdə olan məlumatlar çap edilərək iş materiallarına əlavə olunmuşdur); (cild 01, iş vərəqi 203-204). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 Şəxsin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 191 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub, lakin narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, i.v. 207-208). Məhkəmə Ekspertizası Mərkəzinin 5/1679 nömrəli, 27 yanvar 2023-cü il tarixli ekspert rəyi və ona əlavə olunmuş DVD diskdən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********17818, **********17816” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Həmin mobil smartfonun yaddaşından toplanmış halhazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 53 (əlli üç) manat 65 (altmış beş qəpik) məbləğdə müəyyənləşdirilmişdir (cild 01, i.v. 209-214). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 27 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı, smartfon tipli mobil telefon maddi sübut kimi tanınınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, i.v. 216). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Eskpertiza Mərkəzi” X28 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27 fevral 2023-cü il tarixli, 538 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. O, törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməyib, həmin dövrdə öz hərəkətlərinin faktiki xaraketrini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur və buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur və istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir (cild 01, i.v. 231-253). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 04 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qurudulmuş marixuananın ümumi təmiz çəkisi 4 kiloqram 438.9 qram qəbul olunmuşdur (cild 01, iş vərəqi 250-256). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 14 dekabr 2023-cü il tarixli, 3-16-17/38/2- 8509/2023 nömrəli məktubu və ona əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan 10921/2022 nömrəli tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, sağ said nahiyəsində köhnə çapıq toxumu müşahidə olunmuşdur (cild 02, iş vərəqi 95-100, 115-119). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi İmişli və Biləsuvar Rayon Məhkəmələrinin 12 və 18 yanvar 2024-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs barəsində N noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qanunuliyinin yoxlanılması barədə İmişli Rayon Məhkəməsində hər hansı bir qərar qəbul edilməmiş, sözügedən qərar Biləsuvar Rayon Məhkəməsinə daxil olmamışdır. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmənin 07 dekabr 2023-cü il tarixli qərarı əsasında əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/2 nömrəli, 30 yanvar 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1(099)-461/2023 nömrəli cinayət işinin 11-ci səhifəsindəki xx.xx.2022-ci il tarixli ərizədə, 15-ci səhifəsindəki xx.xx.2022-ci il tarixli “mütəxəssisin təqdim edilməsi haqqında” protokolda, 16-cı səhifəsindəki xx.xx.2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokolda, 17-ci səhifəsindəki xx.xx.2022-ci il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” protokolda, 19-20-ci səhifələrindəki xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokolda, 23-cü səhifəsindəki xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolda, 27-ci səhifəsindəki xx.xx.2022-ci il tarixli izahatda, 31-ci səhifəsindəki xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarda, 32ci səhifəsindəki xx.xx.2022-ci il tarixli ərizədə, 33-cü səhifəsindəki “şübhəli şəxsə vəkil siyahısının təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 39-cu səhifəsindəki “müdafiəçinin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 40-cı səhifəsindəki “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 41-43-cü səhifələrindəki xx.xx.2022-ci il tarixli protokolda, 44-cü səhifəsindəki “şübhəli şəxsə tutulma haqqında qərarın verilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, yazılı bildirişin verilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 45-ci səhifəsindəki “barəsində cinayət işi başlanmış şəxsə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6 (3) maddəsinin izah edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 46-cı səhifəsindəki cinayət işində etiraz edilə bilən şəxslər və istintaq qrupunun üzvləri barədə məlumatların cinayət prosesi iştirakçısına bildirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 47-50-ci səhifələrindəki xx.xx.2022ci il tarixli “şübhəli şəxsi dindirmə” protokolunda, 62-ci səhifəsindəki “şübhəli şəxsin ekspertiza rəyi ilə tanış edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokolda, 64-65-ci səhifələrindəki “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardakı, 66-67-ci səhifələrindəki “təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə” bildirişdə, 68-ci səhifəsindəki “təqsiləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə yazılı bildirişin və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının surətinin verilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 69-cu səhifəsindəki “barəsində cinayət işi başlanılmış şəxsə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6 (3) maddəsinin izah edilməsi haqqında” xx.xx.2022ci il tarixli protokolda, 70-ci səhifəsindəki “cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesi iştirakçısına bildirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 71-74-cü səhifələrindəki xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsi dindirmə” protokolunda, 81-84-cü səhifələrindəki 30.11 2022-ci il tarixli üzləşmə protokollarında, 90cı səhifəsindəki “təqsirləndirilən şəxsi həbsə almazdan əvvəl məhkəməyə təqdim edilən materiallarla tanış etmə haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 100-cü səhifəsindəki “təqsirləndirilən şəxsi ekspertizanın təyin edilməsi haqqında qərarla tanış etmə hüquqlarının izah edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokolda, 146-cı səhifəsindəki “təqsirləndirilən şəxsi ekspertizanın təyin edilməsi haqqında qərarla tanış etmə və hüquqlarının izah edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokolda, 217-ci səhifəsindəki “təqsirləndirlən şəxsi ekspertizanın rəyi ilə tanış etmə və hüquqlarının izah edilməsi barədə” xx.xx.2023-cü il tarixli protokolda, 249-cu səhifəsindəki “təqsirləndirilən şəxsi ekspertizanın rəyi ilə tanış etmə və hüquqlarının izah edilməsi barədə” xx.xx.2023-cü il tarixli protokolda Təqsirləndirilən şəxs adından olan imzalar- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 (bir yüz iyirmi yeddi) manat müəyyən olunmuşdur. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmənin 12 mart 2024-cü il tarixli qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 29 mart 2024-cü il tarixli, 6747 nömrəli məktubla daxil olmuş CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı iş üzrə Şahid4 istifadəsində olmuş 051 748-13-48 saylı mobil nömrənin anten məlumatlarından 2022-ci ilin N noyabr tarixində Biləsuvar rayonu, Cəbrayıl qaçqın şəhərciyi, 6-cı Cəbrayıl qaçqın şəhərciyi, İmişli rayonunun Hacırüstəmli, Aranlı ərazilərində; 2023cü ilin 27 yanvar tarixində bütün gün ərzində Biləsuvar rayonu, Cəbrayıl şəhərciyi, 6-cı Cəbrayıl qaçqın şəhərciyi, İmişli rayonu, 3 saylı qəsəbə, Hacırüstəmli, Çaxırlı, Xubyarlı Aranlı ərazilərində olması müəyyən edilmişdir (CD diskdə olan məlumatlar çap edilərək iş materiallarına əlavə olunmuşdur). Müdafiə tərəfinin məhkəmə tərəfindən təmin olunmuş vəsatəti əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi, habelə Silahlı Qüvvələrin 3-cü X19-Axtarış Şöbəsindən məhkəməyə daxil olmuş 13, 15 və 24 may 2024-cü il tarixli məktublarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması faktı üzrə qabaqlayıcı əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbiri keçirilmiş, tədbirin təxirəsalınmadan həyata keçirilməsi zərurəti yarandığından əvvəlcədən əməliyyat qeydiyyat işi açılmamışdır. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmənin 12 mart 2024-cü il tarixli qərarı əsasında Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 4/479 nömrəli, 07 may 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş cinayət işinin 17-ci vərəqindəki xx.xx.2022-ci il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” protokolun birinci vərəqinin arxa tərəfində “2” qrafasında “Şahid4” yazılarının qarşısında olan imza, 19-20-ci vərəqlərindəki xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokolun birinci vərəqində “Hal şahidləri; 1. Şahid4” qrafasında olan imza, vərəqin aşağı hissəsində soldan sağa dördüncü imza və ikinci vərəqində “Şahid4” yazılarının qarşısındakı imza, 23-cü vərəqindəki xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolda “Hal şahidləri; 1. Şahid4” qrafasında olan imza və aşağı hissəsində “Şahid4” yazılarının qarşısındakı imza, 169-170-ci vərəqlərində olan 27 yanvar 2023-cü il tarixli “şahidi dindirmə” protokolunun birinci vərəqinin aşağı hissəsində olan imza, ikinci-üçüncü vərəqlərində “şahid” və “imza” qrafalarında olan imzalar (altı ədəd imza) Şahid4 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 124 (bir yüz iyirmi dörd) manat müəyyən olunmuşdur. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmənin 11 iyun 2024-cü il tarixli qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 08 iyul 2024-cü il tarixli, 14467 nömrəli məktubla daxil olmuş CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı iş üzrə əlavə Şahid6 istifadəsində olmuş 050 987-85-86 və 050 344-34-84 saylı mobil nömrələrin onun adına rəsmiləşdirilməsi, anten məlumatlarından isə 050 987-85-86 nömrənin 2022-ci ilin 28-29 noyabr tarixlərində Cəlilabad rayonunun Privolniy və Göytəpə ərazilərində olması müəyyən edilmiş, həmin nömrə ilə N noyabr saat 23:32-dən 29 noyabr səhər saat 07:00-dək ərazi qeydə alınmamışdır. 050 987-85-86 saylı nömrənin göstərilən müddətdə sms mətnləri, 050 344-34-84 saylı mobil nömrənin zəngləri və sms mətnləri qeydə alınmamışdır (CD diskdə olan məlumatlar çap edilərək iş materiallarına əlavə olunmuşdur). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və məhkəmənin qərarı ilə sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-539/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarından və eyni tarixli məhkəmə iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi üçün həmin məhkəmədə saat 15:00-da keçirilmiş məhkəmə iclasında iştirak etmiş, özünü ona qarşı irəli sürülmüş ittihamla təqsirli bilmədiyini, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdim olunmuş vəsatət və təqdimatın təmin olunmamasını xahiş etmiş, bu barədə onun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair qərarda da göstərilmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 30 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 001029 nömrəli qərarından görünür ki, həmin qərarın “müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxsə elan olunması, qərarın latın qrafikalı əlifbada olan surətini alması və ittihamın mahiyyətinin elan olunması” hissəsi Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmamış, işin ibtidai istintaqını aparan müstəntiq “təqsirləndirilən şəxs imzalamaqdan imtina etdi” qeydini imzalamışdır. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmənin 04 iyul 2024-cü il tarixli qərarı əsasında Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 4/1117 nömrəli, 02 avqust 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş cinayət işinin 17-ci vərəqindəki xx.xx.2022-ci il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” protokolun sonunda “Hal şahidləri: 1.” Qrafasındakı imzadan, 19-20-ci vərəqlərindəki xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokolun birinci vərəqində “Hal şahidləri:” qrafasında “2 Şahid3” qrafasındakı və aşağı hissəsində soldan üçüncü imzadan, ikinci vərəqində “Hal şahidləri: qrafasında “Şahid3” yazılarından əvvəl yerləşən imzadan, 23-cü vərəqindəki xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolda “Hal şahidləri:” qrafasında “2 Şahid3” yazılarından əvvəl yerləşən imzadan və həmin protokolun aşağı hissəsində “Şahid3” yazıları qarşısındakı imzadan, 166-168-ci vərəqlərində olan 26 dekabr 2024-cü il tarixli “şahidi dindirmə” protokolunun birinci vərəqinin aşağı hissəsindəki imzadan, ikinci vərəqində “şahid” və “imza” qrafalarındakı, üçüncü vərəqindəki “şahid” imzalarından (beş ədəd imza) Şahid3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manat müəyyən olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin (təqsirləndirilən şəxs və onun müdafiəçisi) hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onunla müdafiəçisinə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə məhkəməyə vəsatətlərlə müraciət etmiş və irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni tanışı olan İran İslam Respublikasının vətəndaşı Sinan adlı şəxslə aralarında telefon danışıqları olsa da, bu danışıqların narkotik vasitə barədə olmaması, N noyabr 2022-ci il tarixdə, saat 13 radələrində Sinanın ona zəng vuraraq İmişli rayonunda bağlama olacağını və həmin bağlamanı Dövlət Sərhəd Xidmətinin əməkdaşından götürüb, Bakı şəhərinə aparmağı xahiş etməsi, Sinana yol pulu olmadığını bildirməsi nəticəsində sonuncunun ona bank hesabı kartının şəklini çəkib göndərməyi və kartına pul yükləyəcəyini deməsi, onun dediyi bağlamada narkotik vasitə olmasından xəbəri olmaması, elə həmin gün Sinanın dediyi baş leytenant rütbəsində olan, adını bilmədiyi hərbiçi ilə görüşüb, əlini sonuncuda olan bağlamaya uzadaraq götürüb arxaya çevrilən anda, qəfildən Dövlət Sərhəd Xidməti hərbçilərinin hardansa çıxaraq onu tutmaları, görüşdüyü hərbiçinin birdən-birə yoxa çıxması, sərhədi keçməməsi, İmişli rayonunda, daha doğrusu İmişli rayonundan Biləsuvar rayonuna gedən yolda, Cəbrayıl qəsəbəsinə çatmamış, “Postahir” adlanan ərazidən üzü Bakıya tərəf gedən yolda sərhəd zastavası olmayan ərazidə tutulması, ümumiyyətlə narkotik vasitənin istifadəsi və satışı ilə məşğul olmaması, tutulanda vəkillə təmin olunmaması, vəkildən imtina ərizəsi yazmaması, latın qrafikalı əlifba ilə yazıb-oxumağı bilmədiyi halda ona köməklik göstərilməsi üçün mütəxəssis dəvət edilməməsi, sənədlərdə adı mütəxəssis kimi qeyd olunmuş Şahid6 hadisə vaxtı görməməsi, tutulanda ona qarşı fiziki gücdən istifadə edilərək, təzyiq göstərilməsi (yumruqla vurmuşlar, dişi sınmış və dodağı qanamışdır) və təhqir olunması, onu döyən və təhqir edənlərdən birinin Şahid1 olduğu, nə tutularkən, nə də zastavaya aparılanda hal şahidlərinin iştirak etməsi, bir dənə də olsa sənədə qol çəkməməsi, işini aparan müstəntiqin onun qardaşı Elşənə mobil telefonla zəng edərək pul müqabilində işini yüngülləşdirəcəyini deməsi, məhkəmədə elan olunan ifadəsini təsdiq etmədiyi, ibtidai istintaq zamanı həmin məzmunda ifadə vermədiyi, həmin ifadəni müstəntiqin özünün yazdığını, oxuyub-yaza bilmədiyi üçün ifadəsinin altındakı əlyazma və imzanın ona məxsus olmaması, müstəntiqin onu dinləməməsi, Bakı İstintaq Təcridxanasına daxil olanda tibbi müayinədən keçirilərkən bədənində xəsarətlərin olması barədə dedikləri əsassız olaraq törətdiyi əməllərdə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəni onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” N noyabr 2022-ci il tarixli protokolda (vətəndaş Təqsirləndirilən şəxs həmin əraziyə narkotik vasitələr olan torbanı götürmək üçün gəldiyini bildirmişdir); N noyabr 2022ci il tarixli izahatında, 29 noyabr 2022-ci il tarixli “şübhəli şəxsi dindirmə protokolu”nda, 30 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsi dindirmə protokolu”nda müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində, ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini etiraf etmiş və həmin sənədləri imzalamışdır (hökmün təsviri hissəsində elan olunmuş ifadəsində bu barədə ətraflı göstərilmişdir). Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitə barədə 7/1358 nömrəli, 30 noyabr 2022-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi ilə tanış olarkən heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir. Bundan əlavə, ambulator X1 xx.xx.2023-cü il tarixli, 191 nömrəli rəyində Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə hallarının olması və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasının məsləhət görüldüyü qeyd olunmuşdur. Təqsirləndirilən şəxsin Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən hal şahidlərinin iştirak etməməsi, vəkil və mütəxəssislə təmin olunmaması barədə dediklərinə gəlincə, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarındakı sənədlərdə hal şahidləri kimi adları göstərilmiş Şahid4 və Şahid3 hər biri ayrı-ayrılıqda məhkəmədə ifadə verərkən N noyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissəsinin əməkdaşları tərəfindən hal şahidi qismində iştirak etmək üçün zastavaya çağırıldıqlarını, oraya gedib hal şahidi qismində iştirak etdiklərini, zastavadakı xidməti otaqların birində Təqsirləndirilən şəxs yanında torba ilə gördüklərini bildirmişlər. Bundan başqa, adı mütəxəssis kimi qeyd olunmuş Şahid6 məhkəmədə əlavə şahid qismində dindirilərkən, ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, N noyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissənin təhqiqatçısı vəzifəsini icra edən, kapitan Zaur Kamilov ona zəng vuraraq narkotik vasitə ələ keçirildiyini, bununla bağlı baxış keçiriləcəyini, onun da mütəxəssis kimi iştirak etməli olduğunu bildirmiş, əvvəl hərbi hissəyə getmiş, oradan da Biləsuvar rayonunu keçib, İmişli istiqamətində gedərək hadisə yerinə çatmış və Təqsirləndirilən şəxs yanında böyük bir “paketlə” orada olduğunu görmüş, ondan izahat alınmasında iştirak etmiş, təqdim olunan üç-dörd sənədin məzmununu saxlanılan şəxs üçün oxumuş, sonuncu da heç bir etiraz etmədən sənədləri imzalamışdır. Bundan əlavə, cinayət işinin materiallarında olan N nömrəli hərbi hissənin N noyabr 2022-ci il tarixli qərarları və protokollarından görünür ki, Təqsirləndirilən şəxs azərbaycan dilini bilməsi, lakin latın qrafikalı azərbaycan əlifbası ilə oxumaqda çətinlik çəkməsini nəzərə alaraq, ona latın və kiril qrafikalı azərbaycan əlifbasında sərbəst yazıb-oxuya bilən, 2018-ci ildən Dövlət Sərhəd Xidmətində kadrlar şöbəsinin rəisi əvəzi vəzifəsində işləmiş Şahid6 mütəxəssis qismində təyin edilmiş, sonuncuya hüquqları, vəzifələri, məsuliyyəti elan olunmaqla o, şəxsə təqdim olunmuş, habelə, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan hüquqlarının müdafiəsi üçün öz ərizəsi əsasında dövlət hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Mübariz Məmmədov vəkil qismində təyin olunmaqla təqdim olunmuşdur. Müdafiə tərəfinin hal şahidi Şahid3 N nömrəli hərbi hissənin hərbiçiləri ilə aralarında münasibətin olması, bir-birlərini tanıması, habelə mütəxəssis qismində təyin olunmuş Şahid6 Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğundan, onların iş üzrə müvafiq olaraq hal şahidi və mütəxəssis kimi iştiraklarının işdə maraqlı şəxs olduqları baxımdan yolverilməz olması və bunun da qanunvericiliyin tələblərinə zidd olması ilə bağlı məhkəmə qeyd edir ki, bu iddia tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsinə əsasən, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində pozuntuları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi hal şahidi qismində iştirak edə bilməyən şəxslərin dairəsi konkretləşdirilmişdir. Cinayət işinin materiallarından görünür ki, hal şahidi qismində dəvət olunmuş Şahid3 onun hal şahidi qismində iştirakını istisna edən hal yoxdur. Şahid3 hərbi hissənin əməkdaşları ilə münasibəti heyvandarlıq təsərrüfatı ilə məşğul olduğu yerin hərbi hissənin ərazisinə yaxın olması və heyvanlar hərbi hissənin ərazisinə keçəndə hərbiçilərin köməyi ilə geri qaytarılmasından ibarət olmuş, özü də heyvanları örüşə çıxaranda zastavanın ərazisinə sənədlə daxil olubçıxmışdır. Bundan başqa, həmin Məcəllənin 96-cı maddəsində qeyd olunur ki, mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir, cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər, cinayət prosesini həyata keçirən orqana zəruri kömək göstərilməsi üçün kifayət qədər biliyə və bacarığa malik olmalıdır (İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsində (mütəxəssis) həmçinin). Göründüyü kimi, qanunverici mütəxəssis qismində dəvət edilməli olan şəxslərin dairəsini məhdudlaşdırmır. Mütəxəssisin cinayət prosesində şəxsi marağının olmaması, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün təyin olunub-olunmamasını müəyyənləşdirmək isə cinayət prosesini həyata keçirən orqanın üzərinə düşən məsələdir. Əgər ibtidai istintaq orqanı şəxsi mütəxəssis qismində təyin edərkən qeyd olunan hallarla bağlı bir mane görmürsə, bu zaman həmin şəxsin mütəxəssis qismində təyin edilməsi qanunazidd hesab olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, o, mövcud ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş fiziki və psixoloji təsir-təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmişdir. Təqsirləndirilən şəxsin fiziki və psixoloji təsir-təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi o peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı tutarlı dəlillə əsaslandırmamış və izah etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində saxlanılarkən sərhədçilər, daha sonra isə müstəntiq tərəfindən fiziki və psixoloji təsir-təzyiqlərə məruz qalması barədə deməsinə əsasən onun saxlanılandan sonra istintaq təcridxanasına aparıldığı vaxt üzərində xəsarət olub-olmamasını müəyyənləşdirmək üçün verilmiş sorğuya alınmış cavabda ilkin tibbi müayinə zamanı Elçinin bədənində xəsarət aşkar olunmaması, sağ said nahiyəsində köhnə çapıq toxumu müşahidə olunması qeyd olunmuş, Elçin məhkəmədə ona ünvanlanmış suala cavabda həmin nahiyədəki çapığın əl qandalının izi olduğunu bildirmişdir. Bundan başqa, məhkəmədə şahid qismində dindirilən N nömrəli hərbi hissənin əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixoloji təsir göstərmədiyini bildirmiş, onun bu barədə dediklərini həmin hərbi hissənin digər əməkdaşı olan Şahid2 da təsdiq etmiş, hal şahidləri Şahid4 və Şahid3 da təqsirləndirilən şəxsi gördükləri müddətdə ona qarşı hər hansı fiziki və ya psixoloji təsir göstərilməsinin şahidi olmadıqlarını bildirmişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki, psixoloji təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin saxlanılarkən sərhədçilər tərəfindən fiziki, habelə ibtidai istintaq zamanı müstəntiq tərəfindən psixoloji təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun N noyabr 2022-ci il tarixli izahatının, şübhəli və təqsirləndirilən şəxs qismində 29-30 noyabr 2022-ci il tarixli ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadənin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə müdafiə tərəfinin iş materiallarının birinci cildinin 09-cu səhifəsindəki “əməliyyat tədbirinin keçirilməsi barədə” N noyabr 2022-ci il tarixli qərar (əməliyyat qeydiyyat işinin açılmaması, həmçinin qərarın qanuniliyinin yoxlanılmamasına görə), 11-ci səhifəsindəki Təqsirləndirilən şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə vəkilə ehtiyacının olmaması barədə N noyabr 2022-ci il tarixli ərizə, 13, 15-ci səhifələrindəki “mütəxəssisin hüquq və vəzifələrinin elan edilməsi haqqında”, “mütəxəssisin təqdim edilməsi” haqqında” N noyabr 2022-ci il tarixli protokollar, 16-cı səhifəsindəki “inzibatı qaydada tutma haqqında” N noyabr 2022-ci il tarixli protokol, 17-ci səhifəsindəki “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” N noyabr 2022-ci il tarixli protokol, 19-20-ci səhifələrindəki “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında" N noyabr 2022-ci il tarixli protokol, 23-cü səhifəsindəki “baxış keçirilməsi haqqında" N noyabr 2022-ci il tarixli protokol, 30-cu səhifəsindəki müstəntiqin ekspertlə telefon əlaqəsi saxlayaraq ekspertizaya təqdim edilmiş maddələrin növü və çəkisini öyrənməsi barədə 29 noyabr 2022-ci il tarixli protokol, 53-57ci səhifələrindəki 7/1358 nömrəli, 30 noyabr 2022-ci il tarixli ekspert rəyi və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair akt, 58-59-cu səhifələrindəki “maddi sübut kimi tanınma haqqında” 30 noyabr 2022-ci il tarixli qərar, 60-cı səhifəsindəki “şübhəli şəxsin keçirilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli qərar, 62-ci səhifəsindəki “şübhəli şəxsin ekspertiza rəyi ilə tanış edilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli protokol, 63cü səhifəsindəki “mobil telefona baxış keçirilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli protokol, 64-65-ci səhifələrindəki “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 noyabr 2022-ci il tarixli qərar, 67-68-ci səhifələrindəki “təqsirləndirilən şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında” bildiriş, 68-ci səhifəsindəki “təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə yazılı bildiriş və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surətinin verilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli protokol, 69-cu səhifəsindəki “barəsində cinayət işi başlanılmış şəxsə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6 (3) maddəsinin izah edilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli protokol, 70-ci səhifəsindəki “cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesi iştirakçısına bildirilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli protokol, 71-74-cü səhifələrindəki 30 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsi dindirmə” protokolu, 75-80-ci səhifələrindəki 30 noyabr 2022-ci il tarixli “şahidi dindirmə” protokolları (Şahid1 və Şahid2), 83-84-cü səhifələrindəki “üzləşdirmə protokolları”, 85-86-cı səhifələrindəki “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli vəsatət, 90-cı səhifəsindəki “təqsirləndirilən şəxsi həbsə almazdan əvvəl məhkəməyə təqdim edilən materiallarla tanış etmə haqqında” 30 noyabr 2022-ci il tarixli protokol, 100-cü səhifəsindəki “təqsirləndirilən şəxsi ekspertizanın təyin edilməsi haqqında qərarla tanış etmə və hüquqlarının izah edilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli protokol, 110-111, 114-115-ci səhifələrindəki “"xxxx" və "xxxx" şirkətlərindən məlumatların ələ keçirilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli vəsatətlər, 166-171-ci səhifələrindəki 26 dekabr 2022 və 27 yanvar 2023-cü il tarixli “şahidi dindirmə” protokollarının (Şahid3 və Şahid4) etibarsız olduqları və sübut kimi qəbul edilə bilmədiklərindən sübutlar siyahısından çıxarılması barədə vəsatətləri ayrı-ayrılıqda təhlil olunmalı və hüquqi qiymətləndirilməlidir. Məhkəmə heyəti, cinayət işi üzrə “əməliyyat tədbirinin keçirilməsi barədə” N noyabr 2022-ci il tarixli qərarın sübutlar siyahısından çıxarılmasına səbəb kimi göstərilmiş halı qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Eyni müddəa “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində də göstərilmişdir və hər iki norma dispozitiv xarakterlidir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində deyilir ki, əməliyyat-axtarış fəaliyyəti müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir və bu fəaliyyət insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir. Sözügedən Qanununun 11-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün səbəblər və əsaslar olmalıdır. Həmin səbəblərdən biri əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar, əsaslar isə istintaq orqanları, əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarıdır. Sözü gedən maddənin 4-cü hissəsində göstərilir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə istintaq orqanı və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarı cinayəti hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda qəbul oluna bilər. Həmin Qanunun 10-cu maddəsinin 5-ci hissəsindəki (əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər) tələb isə, bu maddənin 4-cü hissəsində (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan:şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər) nəzərdə tutulmuş hallara aiddir. Cinayət işinin materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin N noyabr 2022-ci il tarixli məktubu və 3-cü X19-Axtarış Şöbəsinin eyni tarixli raportundan göründüyü kimi, N noyabr 2022-ci il tarixdə 4-cü sərhəd zastavasının arxa istiqamətində külli miqdarda narkotik vasitələrin gizlədilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsindən məhkəməyə daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması faktı üzrə qabaqlayıcı əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbiri keçirilmiş, tədbirin təxirəsalınmadan həyata keçirilməsi zərurəti yarandığından əvvəlcədən əməliyyat qeydiyyat işi açılmamışdır ki, bu da qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının məzmunundan göründüyü kimi, qanunazidd hesab olunmur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə vəkilə ehtiyacının olmaması barədə ərizə, “inzibatı qaydada tutma haqqında”, “mütəxəssisin hüquq və vəzifələrinin elan edilməsi haqqında”, “mütəxəssisin təqdim edilməsi haqqında”, “şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında”, “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında", “baxış keçirilməsi haqqında" protokolların, 7/1358 nömrəli, 30 noyabr 2022-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktın, “maddi sübut kimi tanınma haqqında”, “şübhəli şəxsin keçirilməsi haqqında” qərarların, “şübhəli şəxsin ekspertiza rəyi ilə tanış edilməsi haqqında”, “mobil telefona baxış keçirilməsi haqqında” protokolların, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərar, “təqsirləndirilən şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında” bildiriş, “təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə yazılı bildiriş və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surətinin verilməsi haqqında”, “barəsində cinayət işi başlanılmış şəxsə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6 (3) maddəsinin izah edilməsi haqqında”, “cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesi iştirakçısına bildirilməsi haqqında”, “təqsirləndirilən şəxsi dindirmə” protokolları, “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında” vəsatət, “təqsirləndirilən şəxsi həbsə almazdan əvvəl məhkəməyə təqdim edilən materiallarla tanış etmə haqqında”, “təqsirləndirilən şəxsi ekspertizanın təyin edilməsi haqqında qərarla tanış etmə və hüquqlarının izah edilməsi haqqında” protokolların, "xxxx" və "xxxx" şirkətlərindən məlumatların ələ keçirilməsi haqqında vəsatətlərin bu sənədlərin saxtalaşdırılması, sonradan dəyişdirilməsi, qeyd olunan istintaq hərəkətlərinin böyük əksərinin keçirilmədiyi halda (bütün bu hərəkətlərin bir və iki gün ərzində keçirilməsi ağılabatan olmamasına görə), keçirilən istintaq hərəkətlərinin isə qanunvericiliyin tələblərinə uyğun olmadan aparılması, sonradan sənədləşdirilməsi, həmin sənədlərdəki imzaların təqsirləndirilən şəxs, habelə şahidlər tərəfindən icra olunmaması səbəbindən sübutlar siyahısından çıxarılmasını həmin sənədlərə dair ekspertiza rəyləri, şahid ifadələri və digər mötəbər sübutlar olduğundan qanunamüvafiq və əsaslı hesab etmir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/2 nömrəli, 30 yanvar 2024-cü il tarixli məhkəməxətşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1(099)-461/2023 nömrəli cinayət işinin birinci cildində olan sənədlərdə Təqsirləndirilən şəxs adının qarşısında olan imzalar onun özü tərəfindən icra olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq zamanı adının keçdiyi sənədlərdəki imzaların heç birinin ona məxsus olmaması, tərəfindən icra olunmaması barədə dedikləri həqiqəti əks etdirmir. Məhkəmə cinayət işinin materiallarında olan “mütəxəssisin hüquq və vəzifələrinin elan edilməsi haqqında”, “mütəxəssisin təqdim edilməsi haqqında” protokolların sübutlar siyahısından çıxarılmalı olmamasını hökmün Təqsirləndirilən şəxs ifadəsinin qiymətləndirilməsi hissəsində geniş əsaslandırmışdır. “Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında”, “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında", “baxış keçirilməsi haqqında" protokollardakı hal şahidləri Şahid4 və Şahid3 adlarının qarşısında olan imzaların onların özləri tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanması faktı Məhkəmə Ekspertizası Mərkəzinin 4/479, 4/1117 nömrəli, 07 may və 02 avqust 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizası rəylərində təsbit olunduğundan məhkəmə tərəfindən işin mübahisələndirilməyən halıdır. Lakin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər iki hal şahidi olan Şahid4 və Şahid3 hər biri ayrı-ayrılıqda məhkəmədə verdikləri ifadələrində bildirmişdilər ki, N noyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissəsinin əməkdaşları tərəfindən hal şahidi qismində iştirak etmək üçün zastavaya çağırılmış, oraya gedib hal şahidi qismində iştirak etmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs yanında torba ilə görmüşdürlər. Hal şahidləri Şahid4 və Şahid3 hadisə yerində, yəni təqsirləndirilən şəxsin saxlanıldığı yerdə olmamaları, bununla da hadisə yerinə baxış keçirilməsi və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməmələri, habelə torbanı, içindəki bağlamaları görsələr də, həmin bağlamaların içərisinə onların iştirakı ilə baxış keçirilməməsi, onlara hal şahidi kimi hüquq və vəzifələrinin izah olunmaması barədə məhkəmə bu nəticəyə gəlir ki, qeyd olunan hallar, yəni Təqsirləndirilən şəxs əlində torba ilə hərbi hissənin ərazisində saxlanılması onun özünün ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrindən, məhkəmədəki ifadəsindən (həmin əraziyə getməsi və sərhədçilər tərəfindən saxlanılması hissədə), habelə iş üzrə dindirilmiş digər şahidlər Şahid1, Şahid2, Şahid6 ifadələri, təqsirləndirilən şəxsin həmin sənədləri imzalaması və ekspertiza rəyi əsasında imzaların onun özü tərəfindən icra olunmasının təsdiq olunması, həmçinin həmin protokollara əlavə edilmiş fotoşəkillərlə öz təsdiqini tapdığından, bununla yanaşı baxış və götürmənin keçirilməsi qaydası, proses iştirakçılarına hüquq və vəzifələrin izah olunmaması kimi hallar pozuntu olsa da, prosessual pozuntular hesab olunduğundan və bunun da təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın mahiyyətini dəyişmədiyindən mühüm əsas kimi qəbul olunmur. Belə ki, cinayət işi üzrə şahidlər N nömrəli hərbi hissənin əməkdaşları Şahid1 və Şahid2 hər biri ayrı-ayrılıqda məhkəmə iclasındakı ifadələrində bildirmişdirlər ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazi dövlət sərhəd xəttindən təxminən 1200-1300 metr aralıda olmuş, Elçin avtomobildən düşüb kolluq əraziyə daxil olduqdan sonra əlində bağlama ilə birlikdə kolluq hissədən çıxıb qaçmaq istəyəndə, ona “Dayan” çağırış komandası verilmiş və o, artıq qaçmağa cəhd etməmiş, onu saxlamışlar. Elçinin əlində bir ədəd bağlama olmuş və həmin bağlamada beş kiloqrama yaxın narkotik vasitə olmuşdur. Elçini tutub zastavaya gətirərək təhqiqatçıya təhvil vermişlər. Əlavə Şahid6 N noyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissəyə çağırılarkən əvvəl hərbi hissəyə getməsini, oradan da Biləsuvar rayonunu keçib, İmişli istiqamətində gedərək hadisə yerinə çatması və Təqsirləndirilən şəxs yanında böyük bir “paketlə” orada olduğunu görməsini bildirmişdir. Məhkəmə həmçinin müdafiə tərəfinin hal şahidi Şahid4 və mütəxəssis Şahid6 istifadələrində olan mobil telefon nömrələrinin anten məlumatlarına əsasən N noyabr 2022-ci il tarixdə Samirin istifadəsində olan 051 748-13-48 saylı mobil nömrənin Biləsuvar rayonu, Cəbrayıl qaçqın şəhərciyi, 6-cı Cəbrayıl qaçqın şəhərciyi, İmişli rayonunun Hacırüstəmli, Aranlı ərazilərində, Elmanın istifadəsində olmuş 050 987-85-86 nömrənin isə Cəlilabad rayonunun Privolniy və Göytəpə ərazilərində olması, bu səbəbdən də onların Təqsirləndirilən şəxs saxlanıldığı yerdə olmamaları barədə iddialarını da əsaslı hesab etmir. Belə ki, Şahid4 istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairəsi Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin dislokasiya ərazisinin (iş materiallarında olan sənədlər, şahid ifadələri və elektron sistemdən görüntü əsasında Səmədabad, Arazbarı kəndləri) ətrafındakı ərazilərdir, Şahid6 istifadəsində isə qeyd olunan nömrədən başqa 050 344-34-84 saylı mobil nömrə də olmuşdur və hansı ki, həmin nömrə ilə aparılan zənglər və sms mətnləri qeydə alınmamışdır. Bundan başqa, Şahid6 istifadəsində olmuş 050 987-85-86 nömrəyə aid anten məlumatlarından həmin nömrə ilə 2022-ci ilin N noyabr tarixində, saat 23:32-dən, 29 noyabr səhər saat 07:00-dək giriş-çıxış zəngləri, sms yazışmaları aparılmaması da məlum olur. Şahid6 N nömrəli hərbi hissəyə məhz həmin vaxt çərçivəsində getdiyini bildirmişdir. Bundan başqa, Şahid4 istifadəsində olmuş mobil telefon nömrələrinin anten məlumatlarında göstərilmiş ərazilərlə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinin anten məlumatlarındakı ərazilər müəyyən hissədə üst-üstə düşmüşdür (İmişli rayonu, Aranlı). Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məktubların qeyd hissəsində göstərilmişdir ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə, yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Məhkəmə cinayət işinin materiallarında olan N nömrəli hərbi hissənin N noyabr 2022ci il tarixli məktubu və 3-cü X19-Axtarış Şöbəsinin eyni tarixli raportunda, habelə “baxış keçirilməsi haqqında” protokolunda Təqsirləndirilən şəxs saxlanılarkən üzərindəki torbanın içərisindəki bağlamalarda ümumi çəkisi 5050 qram narkotik vasitə olan marixuanaya bənzər maddənin aşkarlanmasının göstərildiyi halda ekspertizaya 4438,9 qram kütlənin təqdim edilməsi barədə onu qeyd edir ki, hadisə yerindəki kütlənin ilkin çəkisi ilə ekspert idarəsində çəkinin üst-üstə düşməməsi bu qəbildən olan cinayətlərdə rast gəlinən və pozuntu hesab olunmayan hallardandır. Belə ki, aşkarlanan kütlələrin çəkisi həmin anda istintaq orqanı əməkdaşları tərəfindən təxmini müəyyən olunduğu halda, ekspertiza idarəsinə təqdim olunanada, ekspertlər tərəfindən çəkilib, daha dəqiq qaydada sənədləşdirilir. Məhkəmə tərkibi müdafiə tərəfinin cinayət işinin materiallarında olan Dövlət Sərhəd Xidməti İstintaq İdarəsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 30 noyabr 2022-ci il tarixli qərarının, ittihamın mahiyyətinin ona elan olunması və qərarın latın qrafikalı surətini alması barədə sənədində təqsirləndirilən şəxslə müdafiəçisinin imzalarının olduğu, 000252 nömrəsi ilə qeydə alınmış qərarın təqsirləndirilən şəxsin barəsində məhkəmə nəzarəti qaydasında həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə göndərilən materiallarda olan nüsxələrində sözü gedən sənəddə təqsirləndirilən şəxsin və müdafiəçisinin imzalarının olmaması, müstəntiqin “təqsirləndirilən şəxs imzalamaqdan imtina etdi” qeydini imzalaması, qərarın nömrəsinin isə 001029 kimi qeyd olunmasını bu sənədlərin qəbulundan sonra ibtidai istintaq, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə ittihamın mahiyyəti barədə dəfələrlə izah olunması və onun elan olunmuş ittihamın mahiyyətini bildiyi barədə deməsi, bu barədə sənədləri imzalaması səbəbindən sübutlar siyahısından çıxarılmasına qanunamüvafiq hesab etmir. Belə ki, Dövlət Sərhəd Xidməti İstintaq İdarəsinin 30 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsi dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:55-dən 11:55-dək təqsirləndirilən şəxs qismində dindirilərkən protokolda “müstəntiqin 30 noyabr 2022-ci il tarixli qərarında göstərilmiş Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutlmuş cinayəti törətməkdə özümü təqsirli” qeydini “bilirəm” sözünü yazmaqla imzası ilə təsdiqləmiş, ona ünvanlanmış suala “bəli, elan edilmiş ittihamın mahiyyəti aydındır” cavabını vermişdir. İbtidai istintaq zamanı işin istintaqını aparan səlahiyyətli şəxslər tərəfindən verilmiş vəsatətlər, təqdimatlar, qəbul olunmuş qərarlarla bağlı məhkəmə qeyd edir ki, bu hallar qanunamüvafiqdir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 143.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Məhkəmə tərkibi hesab edir ki, müdafiə tərəfinin sübutlar siyahısından çıxarılmasını iddia etdiyi yuxarıda göstərilən sənədlərdəki çatışmazlıqlar Təqsirləndirilən şəxs ittiham olunduğu qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb, daşıması əməlini törətməsini, əməlinin düzgün tövsif edilməsini şübhə altına almayan prosessual pozuntulardır, hansı ki, cinayət işində olan və biri digəri ilə uzlaşan təkzibedilməz sübutlarla aradan qaldırılması mümkün hesab olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə müdafiə tərəfinin qeyd etdiyi sənədlərin sübut kimi qəbul edilməməsinə və sübutlar siyahısından çıxarılmasına mühüm bir əsas görmür. Belə ki, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən digər sübutlardan (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi izahat, şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi ifadələri, onun istifadəsində olan mobil telefon nömrələrinin anten dairələri, giriş-çıxış zəngləri, sms məzmunları, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid6 məhkəmədə verdikləri ifadələri) da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ondan aşkar olunmuş narkotik vasitənin ayrıayrılıqda qablaşdırılması və çəkisi həmin kütləyə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə cinayət işi üzrə əlavə şahid qismində dindirilmiş Şahid5 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara verdiyi ibtidai istintaq müddətində işin istintaqını aparan müstəntiq, baş leytenant Talıb İsayevlə bir neçə dəfə mobil telefonla qardaşı Elçinlə bağlı danışması, müstəntiqin ona qardaşının təqdim edilən heç bir sənədə imza etmədiyini, bunun da nəticədə onların işlərini ləngitdiyi, həm də Elçinin özü üçün ziyan olduğunu, sənədləri imzalayacağı halda isə yaxşı olacağını bildirməsi, ibtidai istintaq müddətində Elçinə təyin olunmuş vəkili görməyə dəfələrlə cəhd etsə də, müstəntiqin buna şərait yaratmaması kimi cavablarını məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunduğundan, eləcə də, onun təqsirləndirilən şəxsin qardaşı olması, bununla da təqsirləndirilənin cinayət məsuliyyətindən azad edilməsi məqsədi güdməsi ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadəni təqsirləndirilən şəxsin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Lakin, məhkəmə cinayət işinin materiallarında olan Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin müstəntiqin ekspertlə telefon əlaqəsi saxlayaraq ekspertizaya təqdim edilmiş maddələrin növü və çəkisini öyrənməsi barədə 29 noyabr 2022-ci il tarixli protokolu (iş materiallarında olan təqsirləndirilən şəxsdən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin çəkisi və növünün müəyyənləşdirilməsi üçün “məhkəmə-bioloji ekspertizasının təyin edilməsi haqqında” 29 noyabr 2022-ci il tarixli qərarın və kütlənin həmin tarixdə ekspertiza idarəsinə göndərilməsinə dair məktub olsa da, ekspertiza rəyində və aktda qərarın, kütlənin 30 noyabr 2022-ci il tarixdə təhvil alınması göstərildiyindən), şahidlər Şahid1 və Şahid2 barəsində 30 noyabr 2022-ci il tarixli “şahidi dindirmə” protokolları (hər iki şahid məhkəmədəki ifadələrində hazırki cinayət işi üzrə Dövlət Sərhəd Xidməti Aparatının Bakı şəhərində yerləşən inzibati binasında ifadə vermədikləri, yalnız N nömrəli hərbi hissədə izahat vermələri), Təqsirləndirilən şəxslə şahidlər Şahid1 və Şahid2 arasında 30 noyabr 2022-ci il tarixli “üzləşdirmə protokolları” (həm təqsirləndirilən şəxs hər iki üzləşdirmənin aparıldığı qeyd olunan 30 noyabr 2022-ci il tarixdə və vaxtda, yəni saat 14:30-14:50 və 15:00-15:50 radələrində barəsində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması ilə əlaqədar saat 15:00-da həmin məhkəmədə olmasını təsdiq edən məhkəmə iclas protokolu və qərarının olması, həm də üzləşdirmədə iştirakı göstərilən hər iki şahidin təqsirləndirilən şəxsi yalnız saxlanıldığı gün gördüklərini, bundan sonra ibtidai istintaq müddətində bir daha onunla üz-üzə gəlmədiklərini, ümumiyyətlə hazirki cinayət işi ilə bağlı Bakı şəhərində hansısa orqanın inzibati binasında olmamalarını bildirmələri), Şahid3 şahid qismində dindirilməsi barədə 26 dekabr 2022-ci il tarixli protokolu (şahidin həmin tarixdə Bakı şəhərində olmamasını bildirməsi, ifadənin əks olunduğu protokolda adının qarşısındakı imzaların onun tərəfindən icra olunmaması barədə məhkəmə-xətşünaslıq ekspertizasının rəyinin olması) və Şahid4 şahid qismində dindirilməsi barədə 27 yanvar 2023-cü il tarixli protokolu (şahidin həmin tarixdə Bakı şəhərində olmamasını bildirməsi, bu faktın onun istifadəsində olan 051 748- 13-48 mobil telefon nömrəsinin anten məlumatları ilə təsdiq olunması, habelə ifadənin əks olunduğu protokolda adının qarşısındakı imzaların onun tərəfindən icra olunmaması barədə məhkəmə-xətşünaslıq ekspertizasının rəyinin olması) sübut kimi qəbul olunmamalı və sübutlar siyahısından xaric edilməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə görə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 145.3-cü maddəsində nəzərdə tutulur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X4rşı” və bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən göstərilən sənədlərə istinad edilməsinin yolverilməz olduğunu nəzərə alaraq, həmin sənədlərin sübutlar siyahısından çıxarılmasını əsaslı sayır. Göstərilən hallarla bağlı məhkəmə tərkibi eyni zamanda bildirir ki, qeyd olunan istintaq hərəkətlərinin qanunda müəyyən edilmiş qaydalara uyğun aparılmaması, imzaların saxtalaşdırılması cinayət-prossesual qanunvericiliyin istintaq hərəkətlərinin aparılması qaydaları, protokolların tərtib edilməsi, şahidlərin, habelə hal şahidlərinin iştirakı ilə bağlı prossessual müddəalarının pozulmasına yol verildiyini göstərir. Buna görə də, qeyd olunan sənədləri tərtib edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin təhqiqatçısı vəzifəsini icra edən, kapitan X17 və Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, ədliyyə baş leytenantı X24 barəsində ayrıca xüsusi qərar çıxarılmalı, onların əməllərində vəzifə saxtakarlığı cinayətinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi və müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş prokuroruna və Dövlət Sərhəd Xidmətinə göndərilməlidir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarda o da qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı qeyd edilən Qərarında əks olunmuş hüquqi mövqeyə görə qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olması, onun məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahısının 12a bəndinə əsasən təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir (qanunun təqsirləndirilən şəxs tərəfindən cinayət əməllərinin törədildiyi zaman qüvvədə olan redaksiyasında). Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş, lakin həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs əməllərində həmin maddədə nəzərdə tutulan cinayət tərkibinin sübuta yetirilməməsi əsası ilə ittihamdan imtina etmiş, məhkəmənin 17 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, ambulator X1 rəyinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 4438,65 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli; cinayət işinin materiallarında saxlanılan bir ədəd smartfon tipli “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı; ibtidai istintaq, habelə məhkəmə istintaqı zamanı əldə edilmiş ekspertiza rəyləri, mobil telefon nömrələrinə dair məlumatların əks olunduğu CD disklər və digər sənədlərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 496 (dörd yüz doxsan altı) manat 65 (altmış beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni N noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 355, 356, 358 və 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı N noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 496 (dörd yüz doxsan altı) manat 65 (altmış beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 4438,65 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin; cinayət işinin materiallarında saxlanılan bir ədəd smartfon tipli “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın; ibtidai istintaq, habelə məhkəmə istintaqı zamanı əldə edilmiş ekspertiza rəyləri, mobil telefon nömrələrinə dair məlumatların əks olunduğu CD disklər və digər sənədlərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Nahid Hüseynov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar