Məhkəmə qərarları › İş №1(099)-46/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-46/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-46/2025 17.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1990-cı ildə Neftçal rayonu, Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada balıqçılıqla məşğul olan, məhkum olunmamış, Neftçala rayonun Kürkənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq Salyan rayonunun Arbatan kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının əvvəllərində mobil telefonla əlaqə saxlayıb tanış olduğu “Əli” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınmasına və satışına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd sellofan torbada ümumi təsiredici maddəsi 120 qram təşkil edən külli miqdarda-3000 ədəd narkotik vasitə olan metadon həblərin Neftçala rayonun Qoltuq kəndinin ərazisində, Xəzər dənizinin sahilində olan sahədə gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, 2024-cü ilin mart ayının ortalarında həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd sellofan torbada ümumi təsiredici maddəsi 120 qram təşkil edən külli miqdarda-3000 ədəd narkotik vasitə olan metadon həbləri götürüb satış məqsədi ilə qanunsuz olaraq olaraq əldə edib, saxlayıb daşıyaraq qeyd olunan cinayət əməlindən xəbərsiz, qayınatası Şahid4 yaşadığı Salyan rayonun Arbatan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə gətirib həmin narkotik vasitənin ümumi təsiredici maddəsi 116 qram təşkil edən 2900 ədəd metadon həbləri orada olan yarımtikilinin içərisində torpaq üzərinə qoyulmuş taxta qapının altında gizlədib saxlayıb, ümumi təsiredici maddəsi 04 qram təşkil edən 100 ədəd metadon həbləri isə üzərində saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən 21 mart 2024-cü il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra BNMİ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonun Arbatan kəndində yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən ümumi təsiredici maddəsi 04 qram təşkil edən 100 ədəd metadon həbləri, habelə həmin gün saat 10 radələrində Təqsirləndirilən şəxs qayınatası Şahid4 yaşadığı Salyan rayonun Arbatan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı həyətyanı sahədə olan yarımtikilidəki taxta qapının alt hissəsindən təsiredici maddəsi 116 qram təşkil edən 2900 ədəd metadon həbləri, cəmi ümumi təsiredici maddəsi 120 qram təşkil edən külli miqdarda-3000 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Neftçala rayonun Kürkənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq Salyan rayonunun Arbatan kəndində, qayınatası Şahid4 məxsus evdə yaşamış və balıq tutub satmaqla məşğul olmuşdur. Tutulmamışdan xeyli müddət əvvəl işləmək üçün Almaniyaya gedib orada yaşamış, tutulmamışdan təxminən üç ay əvvəl Azərbaycana qayıtmışdır. O, narkotik maddələrdən istifadə etməmiş və narkotik maddələrin satışı ilə də məşğul olmamışdır. 2024-cü ilin mart ayının əvvəllərində özünü iranlı kimi təqdim edən “Əli” adlı şəxslə telefonda vatsapla danışıqları olmuşdur. Özünün istifadəsində üzərində 055/583- 83-20 saylı mobil nömrə olan “Redmi” markalı mobil telefon olmuş və “Əli” adlı şəxs də onunla İrana aid telefon nömrələri ilə (+**********63 və +**********90) danışmışdır. “Əli” adlı şəxslə aralarında narkotiklə bağlı söhbətləri olmamışdır. 21 mart 2024-cü il tarixdə, səhər saatlarında yaşadığı evdən çıxıb mağazaya siqaret almaq üçün küçə ilə gedərkən polis əməkdaşları onu saxlayıb Salyan RPŞ-nə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində narkotik maddələr olmamışdır. Polis şöbəsində polis əməkdaşları ona qarşı təzyiqlər edərək təqdim olunan narkotik maddəni (metadon həblərini) üzərinə götürməsini tələb etmiş, o da razılaşıb polislərin təqdim etdiyi narkotik maddəni (metadon həblərini) cibinə qoymuşdur. Bundan sonra videoçəkilişlə üzərində axtarış aparılmış, həmin vaxt o, narkotik maddəni (metadon həblərini) cibindən çıxarıb polislərə təqdim etmişdir. Şifahi sorğu zamanı o, aşkar olunan narkotik maddənin (metadon həblərinin) özünə məxsus olmasını, iranlı “Əli” adlı şəxslə telefonla danışıb əldə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları onu yaşadığı evə, yəni Salyan rayonunun Arbatan kəndində yaşayan qayınatası Şahid4 evinə aparmış, orada özünün, vəkilin və qayınatası Şahid4 iştirakı ilə, həm də videoçəkilişlə evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədə olan yarımtikilinin içərisində yerdə olan taxta qapının altından bir ədəd sellofan torba, həmin torbanın içərisində iki ədəd bağlamada dərman həbləri (metadon həbləri) aşkar edilmişdir. Şifahi sorğu zamanı o, aşkar olunan dərman həblərinin (metadon həblərin) özünə məxsus olmasını, tutulmamışdan bir müddət əvvəl iranlı “Əli” adlı şəxslə telefonla danışıb əldə etdiyini bildirmişdir. Əslində isə “Əli” adlı şəxsi tanımamış, həmin şəxs ona narkotik maddə göndərməmiş, “Əli” adlı şəxsin dediyi yerdən narkotik maddəni götürüb başqa bir yerə qoymasına görə ona 3000 manat pul verəcəyi ilə onunla razılaşması olmamış, həmçinin “Əli” adlı şəxsin ona 2000 manat pul göndərilməsi ilə bağlı deyilənlər də doğru deyildir. Polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, polislərin dediyi kimi ifadə vermişdir. Polislərin ona qarşı belə hərəkət etmələrinin səbəbini bilmir. Daha sonra Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, tutulmamışdan bir müddət əvvəl, yəni 2024-cü ilin mart ayının əvvəllərində iranlı “Əli” adlı şəxslə telefonla danışdıqdan sonra Neftçala rayonun Qoltuq kəndinə gedib Xəzər dənizinin sahilində “Əli” adlı şəxsin dediyi yerdən içərisində narkotik maddə olan bir ədəd sellofan torbanı götürüb yaşadığı evə gətirmişdir. Həmin torbanın içərisində metadon həbləri olmuşdur. Bundan sonra 21 mart 2024-cü il tarixdə torbadan 100 ədəd metadon dərman həblərini götürüb cibinə qoymuş, sonra gecə saatlarında siqaret almaq üçün evdən çıxıb marketə tərəf gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə aparılmışdır. Polis şöbəsində üzərində aşkar olunan 100 ədəd metadon dərman həbləri və qayınatası Şahid4 yaşadığı evin həyətindəki yarımtikilinin içərisində olan taxta qapının altından aşkar edilib götürülmüş sellofan torbanın içərisində olan metadon həbləri özünə məxsusdur. O, həmin metadon həbləri tutulmamışdan bir müddət əvvəl iranlı “Əli” adlı şəxslə telefonla danışıb əldə etmiş, lakin bu maddələrdən heç kimə satmamış və bununla bağlı “Əli” adlı şəxsdən pul da almamışdır. Qeyd olunan narkotik maddəni əldə edib üzərində və yaşadığı evin həyətində olan yarımtikilinin içərisində taxta qapının altında gizlədib saxladığına görə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 2020-ci ildə işləmək məqsədi ilə Almaniyaya getmiş və orada olarkən İran vətəndaşları ilə tanış olmuşdur. Təxminən 3 aydan sonra o, Almaniyadan Azərbaycana qayıtmış, bir müddət Nefçala rayonun Kürkənd kəndində yaşadıqdan sonra ailəsi ilə birlikdə Salyan rayonun Arbatan kəndində yaşayan qayınatası Şahid4 yaşadığı evə köçüb orada yaşamışdır. 2024-cü ilin mart ayının əvvəllərində İran vətəndaşı olan “Əli” adlı şəxs İrana aid +**********63 və +**********90 saylı mobil telefon nömrələri ilə vatsapla onunla əlaqə saxlayıb onun telefon nömrəsini Almaniyada tanış olduğu İran vətəndaşlarından aldığını bildirmişdir. Söhbət zamanı “Əli” onunla razılaşacağı halda Azərbaycan Respublikasına narkotik maddə göndərəcəyini və həmin narkotiki götürüb dediyi ünvanlara aparıb qoyacağı halda onun kart hesabına pul göndərəcəyini bildirmiş, o da maddi durumu aşağı olması səbəbindən onunla razılaşmışdır. Tutulmamışdan təxminən 10 gün əvvəl “Əli” vatsapla onunla əlaqə saxlayıb narkotik vasitəni İrandan Xəzər dənizi vasitəsilə Neftçala rayonuna, tanışları vasitəsilə çatdırılacağını və deyəcəyi ünvandan götürüb başqa bir deyəcəyi ünvanlara qoyacağı halda ona 3000 manat pul verəcəyini bildirmiş, o da “Əli” ilə razılaşmışdır. Təxminən bir saatdan sonra “Əli” vatsapla onunla əlaqə saxlayıb Neftçala rayonun Qoltuq kəndində, Xəzər dənizinin sahilində içərisində narkotik maddə olan bir ədəd sellofan torba olduğunu, gedib həmin torbanı götürüb özündə saxlamağı və deyəcəyi ünvana qoymalı olduğunu bildirmişdir. Bundan sonra o, gecə saatlarında qayınatası Rahətə məxsus VAZ-2107 markalı avtomobillə Neftçala rayonun Qoltuq kəndinə gedib həmin ərazidə Xəzər dənizinin sahilindən “Əli”nin dediyi yerdən sellofan torbanı tapıb götürüb yaşadığı evə, yəni Salyan rayonun Arbatan kəndində yaşayan qayınatası Şahid4 yaşadığı evə gəlmiş və evin həyətdəki yarımtikilinin içərisinə girib sellofan torbanı orada olan taxta qapının altına qoyub gizlətmişdir. Götürdüyü torbanın içərisində 10 ədəd bağlama olmuş, sonradan həmin bağlamalardan 8 ədədini “Əli”nin dediyi yerlərə qoymuş və buna görə “Əli” onun (Təqsirləndirilən şəxs) göndərdiyi, qohumu Kəmaləyə məxsus plastik kart hesabına 2000 manat pul köçürmüş, 1000 manatı da sonra köçürəcəyini bildirmişdir. 21 mart 2024-cü il tarixdə evdə hamı yatdıqdan sonra o, həyətdəki tikilinin içərisində gizlətdiyi sellofan torbanın içərisində 100 ədəd metadon həblərini satmaq üçün götürüb cibinə qoymuş, qalanını isə bağlama qarışıq yenidən tikilinin içərisindəki qapının altında gizlətmişdir. Həmin tarixdə saat 07 radələrində yata bilmədiyinə görə siqaret almaq üçün evdən çıxıb marketə tərəf gedərkən mülki geyimli polis əməkdaşları onu saxlayıb narkotik vasitələr əldə edib saxlamaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğu bildirilib Salan RPŞ-nə aparılmışdır. Polis şöbəsində polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü əynindəki gödəkcəsinin cibində saxladığı 10 ədəd konvalyutda olan metadon həblərini çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi 10 ədəd konvalyutda 100 ədəd metadon həbləri olmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş 100 ədəd metadon həblərinin özünə məxsus olmasını və həmin metadon həblərini tanıdığı iranlı “Əli” adlı şəxsin dediyi yerdən tutulmamışdan təxminən 10 gün əvvəl gedib götürdüyünü və həmin maddəni “Əli”nin deyəcəyi ünvanlara qoyduqdan sonra “Əli”nin ona 3000 manat pul verməli olduğunu və həmin pulun 2000 manatını bank kartına köçürülməklə aldığını, götürdüyü narkotikin qalan hissəsinin də Salyan rayonun Arbatan kəndində qayınatası Şahid4 yaşadığı evinin həyətindəki yarımtikilinin içərisindəki taxta qapının altında gizlətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu yaşadığı evə aparmış, orada özünün, müdafiəçinin və qayınatası Şahid4 iştirakı ilə, həm də videoçəkilişlə həyətdə olan yarımtikiliyə baxış keçirilmişdir. Baxış zamanı özü yarımtikilinin içərisində olan taxta qapının altından bir ədəd sellofan torbanı götürüb polislərə təqdim etmişdir. Həmin torbanın içərisindən iki ədəd bağlamada metadon həbləri aşkar olunmuş, sonra metadon həbləri sayılmış 2900 ədəd olmuşdur. Şifahi sorğu zamanı o, aşkar olunmuş 2900 ədəd metadon həblərinin özünə məxsus olmasını və həmin metadon həbləri iranlı “Əli” adlı şəxsin dediyi yerdən götürüb saxladığını, sonradan onun deyəcəyi yerə qoymalı olduğunu və buna görə də “Əli”nin ona 3000 manat pul verməli olduğunu və həmin pulun 2000 manatını qohumu Kəmalə Rəhimovanın adına “Unibank”dan verilmiş bank kartına köçürülməklə aldığını, 1000 manatı da isi bitirdikdən sonra almalı olduğunu bildirmişdir. Aşkar olunmuş metadon həbləri qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, sonra sənədləşmə aparılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərindən, həmçinin yaşadığı evin həyətindəki yarımtikilinin içərisində olan taxta qapının altından aşkar edilmiş narkotik maddə (metadon həbləri) özünə məxsusdur. O, həmin metadon həblərini tutulmamışdan bir müddət əvvəl iranlı “Əli” adlı şəxslə telefonla danışıb əldə etmiş, lakin bu maddələrdən heç kimə satmamış və bununla bağlı “Əli” adlı şəxsdən pul da almamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, lakin narkotik maddə əldə edib üzərində və yaşadığı evin həyətində olan yarımtikilinin içərisində taxta qapının altında gizlədib saxladığına görə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, telefon danışıqlarına dair məlumatlar, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-nin BNMİ-nin əməkdaşıdır. 20 mart 2024-cü il tarixdə baş əməliyyat müvəkkili Şahid1 Salyan rayonun Arbatan kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış, 21 mart 2024-cü il tarixdə, saat 06 radələrində Salyan rayonun Arbatan kəndində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Salyan rayonun Arbatan kəndində yaşadığı evin yaxınlığında saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Salyan RPŞ-nə aparılmışdır. Polis şöbəsində BNMİ-nin təhqiqatçısı Yelmar Vahabov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin cibindən 10 ədəd konvalyutu çıxarıb təqdim etmiş, həmin 10 ədəd konvalyutda 100 ədəd metadon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 100 ədəd metadon həblərinin özünə məxsus olmasını və həmin metadon həblərini iranlı “Əli” adlı şəxsin vasitəsilə təxminən 10 gün əvvəl Neftçala rayonun Qoltuq kəndində Xəzər dənizinin sahilində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, sonra narkotik maddəni “Əli”nin deyəcəyi yerə qoymalı olduğunu və buna görə də “Əli”nin ona 3000 manat pul verməli olduğunu və həmin pulun 2000 manatını bank kartına köçürülməklə aldığını, 1000 manatı da sonra almalı olduğunu, həmçinin götürdüyü narkotik maddənin bir hissəsinin də Salyan rayonun Arbatan kəndində qayınatası Şahid4 yaşadığı evinin həyətdəki yarımtikilinin içərisindəki qapının altında gizlətdiyini bildirmişdir. Sonra aşkar olunmuş 100 ədəd metadon həbləri qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və protokol tərtib olunmuşdur. Bundan sonra həmin gün təhqiqatçı tərəfindən vəkilin (müdafiəçinin), Təqsirləndirilən şəxs və onun qayınatası Şahid4 iştirakı ilə, həm də videoçəkilişlə Şahid4 yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətdə olan yarımtikilinin içərisində taxta qapının altından bir ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisində bir neçə konvalyutda olmaqla cəmi 2900 ədəd metadon həbləri aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 2900 ədəd metadon həblərinin özünə məxsus olmasını və həmin metadon həblərini iranlı “Əli” adlı şəxsin vasitəsilə təxminən 10 gün əvvəl Neftçala rayonun Qoltuq kəndində Xəzər dənizinin sahilində gizlədilmiş yerdən götürdüyünü, sonra narkotik maddəni “Əli”nin deyəcəyi yerə qoymalı olduğunu və buna görə də “Əli”nin ona 3000 manat pul verməli olduğunu və həmin pulun 2000 manatını bank kartına köçürülməklə aldığını, qalan 1000 manatı da sonra almalı olduğunu bildirmişdir. Aşkar olunmuş metadon həbləri qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və yaşadığı evin həyətinə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kürəkənidir. Bir müddət olar ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onun Salyan rayonun Arbatan kəndində olan evində yaşamışdır. 21 mart 2024-cü il tarixdə Təvəkkülün polis əməkdaşları tərəfindən tutulması barədə məlumat almış, lakin onun nəyə görə tutulmasını bilməmişdir. Həmin gün səhər saatlarında bir qrup polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə gətirmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, polis əməkdaşları Təvəkkülü narkotiklə bağlı tutmuşlar. Sonra onun razılığı ilə, polis əməkdaşları tərəfindən Təvəkkülün, onun və başqa şəxslərin iştirakı ilə, həm də videoçəkilişlə yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təvəkkül həyətdək iyarımtikilinin içərisində olan taxta qapının altından bir ədəd sellofan torbanı çıxarıb polislərə təqdim etmişdir. Həmin torbanın içərisində tanımadığı dərman həbləri aşkar edilmişdir. Polis əməkdaşları soruşanda Təvəkkül həmin dərman həblərinin özünə məxsus olmasını, haradansa götürüb gətirib həmin yerdə gizlətdiyini bildirmişdir. Aşkar olunmuş dərman həbləri qablaşdırılıb polislər tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. İşdə olan, BNMİ-nin əməkdaşının 20 mart 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Salyan rayonunu Arbatan kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə edib Salyan rayonu ərazisində satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 21 mart 2024cü il tarixdə, saat 06 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonun Arbatan kəndində saxlanılıb Salyan RPŞ-nə gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 20 mart 2024-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X3 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Salyan Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 20 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 mart 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə BNMİ-nin TQ-nun təhqiqatçısı Yelmar Vahabov tərəfindən müdafiəçi Elnur Musayevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 100 ədəd metadon dərman həblərinə oxşar həblər aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan dərman həbləri özünə məxsus olmaqla iranlı “Əli” adlı şəxsin dediyi yerdən götürdüyünü və sonradan deyiləcək yerə bu maddəni qoyduqdan sonra ona 3000 manat pul verilməli olduğunu bildirmişdir. Aşkar olunmuş dərman həbləri qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Evə baxış keçirilməsi və götürmə haqqında” 21 mart 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə BNMİ-nin TQ-nun təhqiqatçısı Yelmar Vahabov tərəfindən polis əməkdaşları, müdafiəçi Elnur Musayev, şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid4 (Təqsirləndirilən şəxs qayınatası) iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonun Arbatan kəndində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin həyətyanı sahəsində olan yarımtikilinin içərisində yerdə-torpaq üzərinə qoyulmuş taxta qapının alt hissəsindən bir ədəd sellofan torbanın içərisində 2900 ədəd metadon həblərinə oxşar dərman həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan dərman həblərinin özünə məxsus olmaqla iranlı “Əli” adlı şəxsin dediyi yerdən götürdüyünü və sonradan deyiləcək yerə həmin maddəni qoyduqdan sonra ona 3000 manat pul verilməli olduğunu bildirmişdir. Aşkar olunmuş dərman həbləri qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 21 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə ... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, üzərində “Methadone 40” markalanma göstəricisi olan 10 (on) ədəd konvalyutda ümumilikdə 100 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 100 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi kütlə ... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı, üzərində “Methadone 40” markalanma göstəricisi olan 290 ədəd konvalyutda ümumilikdə 2900 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 2900 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 116 qram təşkil edir. (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Təqdim olunmuş cəmi 3000 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 120 qramdır və həmin həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edirlər. Ekspertiza tədqiqatından sonra qalıq ayrı-ayrılıqda 95 ədəd və 2890 ədəd metadon həbləri. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 22 mart 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq ayrı-ayrılıqda 95 ədəd və 2890 ədəd (cəmi 2985 ədəd) metadon həbləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə qəbulu halları olmuş, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 31 mart 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus olan “Redmi 12” markalı mobil telefonun üzərində 055/583-83-20 saylı mobil nömrə vardır və həmin nömrə ilə telefonda “Whatsapp” proqramı qeydiyyatdan keçmişdir. Telefonun vatsap sisteminin yaddaşında “+**********63” və “+**********90” saylı mobil telefon nömrələri ilə qeydiyyatdan keçmiş şəxsin mesajlaşma hissəsində aparılmış zənglər və mesajlar hər iki tərəfdən silinmişdir. Telefonun “Qalereya” tətbiqi sistemində bağlamalar, üzərində 472 rəqəmi yazılmış bağlamanın (içərisində narkotik vasitələr olması, o cümlədən metadon həblərinin olması güman edilən) fotoşəkilləri, habelə X4 (Təqsirləndirilən şəxs qohumu) adına verilmiş “Unibank”a məxsus 4098 0944 2304 6513 saylı bank kartının fotoşəkilləri vardır. İşdə olan, “Təqdim olunan çıxarışa baxış keçirilməsi haqqında” 21 may 2024-cü il tarixli protokolla müəyyən edilir ki, X4 (Təqsirləndirilən şəxs qohumu) adına verilmiş “Unibank”a məxsus 4098 0944 2304 6513 saylı bank kartına 13 mart 2024-cü il tarixdə 4669 manat pul köçürülmüş və həmin tarixdə bu məbləğ kartdan çıxarılmış və digər tarixlərdə də pul köçürmələri və pulun çıxarılması faktları vardır. İşdə olan, “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 22 may 2024-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından narkotik və psixotrop maddənin əldə edilmə mənbəyi ilə bağlı CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərindən və yaşadığı evin həyətindəki yarımtikilinin içərisində olan taxta qapının altından aşkar edilib götürülmüş metadon həblərinin ona məxsus olmaması, həmin maddələrin polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evin həyətindəki yarımtikilin içərisində olan taxta qapının altına qoyulması, “Əli” adlı şəxsi tanımaması və onun vasitəsilə narkotik maddə əldə etməməsi, “Əli” adlı şəxslə onun dediyi yerdən narkotik maddəni götürüb başqa bir yerə (ünvana) qoymasına görə ona 3000 manat pul verəcəyi ilə bağlı razılaşmalarının olmaması, “Əli” adlı şəxsin ona 2000 manat pul göndərməməsi, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün etirafedici (verilmiş ittihama uyğun) ifadələr verməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışın və baxışın keçirilməsinə dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərindən və yaşadığı evin həyətindəki yarımtikilinin içərisində olan taxta qapının altından aşkar edilib götürülmüş metadon həblərinin ona məxsus olmaması, həmin maddələrin polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evin həyətindəki yarımtikilin içərisində olan taxta qapının altına qoyulması, “Əli” adlı şəxsi tanımaması və onun vasitəsilə narkotik maddə əldə etməməsi, “Əli” adlı şəxslə onun dediyi yerdən narkotik maddəni götürüb başqa bir yerə (ünvana) qoymasına görə ona 3000 manat pul verəcəyi ilə bağlı razılaşmalarının olmaması, “Əli” adlı şəxsin ona 2000 manat pul göndərməməsi, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün etirafedici (verilmiş ittihama uyğun) ifadələr verməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən və yaşadığı evin həyətində olan yarımtikilinin içərisindəki taxta qapının altından aşkar olunmuş narkotik maddənin (metadon həblərinin) özünə məxsus olmasını və həmin narkotik maddəni sonradan ona deyiləcək ünvanlara çatdırması müqabilində pul əldə etmək məqsədi ilə üzərində və yaşadığı evin həyətindəki yarımtikilinin içərisində olan taxta qapının altında gizlədib saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxs Nahid Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metadon” olan maddə narkotik vasitədir. Metadonun 0,02 qramdan artıq hissəsi xeyli miqdar, 1,6 qramdan 160 qramadək hissəsi külli miqdar və 160 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 12-ci bəndində izah edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 3000 ədəd narkotik vasitə olan metadon həblərinin təsiredici maddəsinin ümumi miqdarı 120 qram olmaqla külli miqdar təşkil edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda metadonun bir hissəsini (100 ədədi) üzərində saxlayıb daşıması, qalan hissəsini (2900 ədədi) yaşadığı evin həyətində olan yarımtikilinin içərisində taxta qapının altında gizlədib saxlaması halları onun bu maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Bakı şəhəri, Salyan Rayon Məhkəməsinin 22 mart 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 mart 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Neftçala rayon İHB-nin Neftçala rayon Kürkənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli arayış-xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Neftçala rayonun Kürkənd kəndində qeydiyyatda olmaqla (faktiki olaraq Salyan rayonunun Arbatan kəndində yaşamış) yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Neftçala rayon İHB-nin Neftçala rayon Kürkənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli arayış və şəxsiyyət vəsiqələrinin (AZE 12295309 və AZE 12295308 №-li) surətləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və onun himayəsində 12 may 2013-cü il təvəllüdlü X2 və 17 oktyabr 2014-cü il təvəllüdlü X7 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 21 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan ayrı-ayrılıqda 95 ədəd və 2890 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ayrı-ayrılıqda 95 ədəd və 2890 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-114 (bir yüz on dörd) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar