Məhkəmə qərarları › İş №1(099)-460/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-460/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-460/2022 28.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olan, faktiki olaraq Sabirabad şəhəri S.Ə.Şirvani küçəsi ev 20-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin fevral ayının sonlarında Sabirabad rayonu Suqovuşan kəndində yaşadığı evin həyətyanı sahəsində, kustar üsulla hazırlanmış istixanada 1219 ədəd dibçəkdə əkmiş, həmin toxumlardan yetişmiş 1045 ədəd çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, həmçinin yaşadığı evin anbar kimi istifadə etdiyi otağında satış məqsədi ilə əldə etdiyi külli miqdarda ümumi təmiz çəkisi 3111,89 qram narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd sellofan torbanın içərisində 132 ədəd kibrit qutusunda və 08 ədəd sellofan torbalarda qanunsuz saxlamış, 10 mart 2022-ci il tarixdə Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətində kustar üsulla hazırlanmış istixanada 1219 ədəd dibçəkdə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi külli miqdarda – 1045 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 260,0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri və yaşadığı evin anbar kimi istifadə etdiyi otağında 01 ədəd karton qutuda 03 ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkisi – 220 qr, 440 qr, 240 qr, ümumi çəkisi 900,0 qram, 01 ədəd göy rəngli polietilen torbada və onun içərisində olan şəffaf polietilen torbada ümumi təmiz çəkisi 730,0 qram, 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 370,0 qram, 01 ədəd qara rəngli polietilen torbada və onun içərisində olan şəffaf polietilen torbada ümumi təmiz çəkisi 350,0 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf polietilen torbada 132 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 6,06qram, 6,26qram, 5,21qram, 5,47qram, 5,98qram, 7,29qram, 5,57qram, 6,42qram, 6,50qram, 4,99qram, 6,15qram, 6,02qram, 5,65qram, 6,10qram, 5,38qram, 6,09qram, 5,65qram, 6,22qram, 6,10qram, 5,58qram, 4,98qram, 6,09qram, 6,04qram, 5,59qram, 5,53qram, 5,25qram, 5,19qram, 5,34qram, 6,33qram, 5,68qram, 6,44qram, 5,95qram, 5,23qram, 5,85qram, 6,22qram, 6,31qram, 6,44qram, 6,34qram, 5,35qram, 5,60qram, 5,42qram, 6,14qram, 5,96qram, 5,72qram, 6,88qram, 5,57qram, 5,65qram, 6,49qram, 5,55qram, 6,77qram, 5,73qram, 4,67qram, 5,78qram, 5,75qram, 5,10qram, 5,31qram, 5,30qram, 5,02qram, 5,31qram, 6,12qram, 4,93qram, 5,55qram, 5,44qram, 5,96qram, 5,73qram, 6,19qram, 5,81qram, 5,52qram, 5,67qram, 5,39qram, 6,83qram, 5,57qram, 5,74qram, 6,64qram, 5,05qram, 5,97qram, 4,90qram, 6,65qram, 6,14qram, 6,26qram, 5,67qram, 5,74qram, 5,64qram, 5,22qram, 6,0qram, 5,13qram, 5,93qram, 6,02qram, 5,60qram, 5,50qram, 5,89qram, 6,28qram, 5,56qram, 5,48qram, 5,65qram, 5,46qram, 5,39qram, 5,41qram, 5,91qram, 5,95qram, 5,37qram, 5,57qram, 6,45qram, 5,52qram, 6,56qram, 5,56qram, 5,24qram, 5,13qram, 6,50qram, 5,53qram, 6,38qram, 4,55qram, 5,55qram, 6,45qram, 5,41qram, 5,57qram, 5,57qram, 5,65qram, 5,61qram, 6,84qram, 4,87qram, 5,28qram, 5,91qram, 6,56qram, 6,46qram, 6,10qram, 6,07qram, 6,12qram, 5,14qram, 5,19qram, 5,53qram, 5,60qram ümumi çəkisi 761,89 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd “constant” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç yerdə işləmir, uzun müddətdir narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən 2022-ci ilin oktyabr ayının əvvələrində at arabası ilə yaşadığı kəndin çöl sahəsinə saxladığı heyvanlar üçün ot yığmağa getmiş, otu yığıb qutardıqdan sonra evə qayıdarkən sahədə su kanalının kənarında yaşıl bitkilərin görsəndiyini görmüş və həmin bitkilərə tərəf getmiş, bitkilərin narkotik bitki çətənə kolları olmasını görmüş, həmin vaxt bitkilərə əl dəyməmiş və çıxıb getmişdir. Sonra üç gün gəlib həmin yerə baxmış, lakin bitkilərin sahibsiz olduğunu görmüş və orada olan yeddi ədəd çətənə kollarını dərib götürmüşdür. Həmçinin kolları götürdükdən sonra yerdə “Vinçester” markalı silah görmüş və onuda götürmüşdür. O, kolları və silahı yaşadığı evə gətirmiş, evdə silahı anbar kimi istifadə etdiyi otaqa qoymuş, çətənə kollarını isə evin həyətində olan tövlənin yanına qoymuşdur ki, orada qurusun. Bir müddət sonra həmin çətənə kollar qurumuş, o, qurumuş vəziyyətdə olan çətənə kollarını kibrit qutularına yığmış, qutulara yığa bilmədiyi hissəsini isə bir neçə polietilen sellofan torbalara yığaraq evdə anbar kimi istifadə etdikləri otaqda saxlamış, həmçinin çətənə kollarından qalmış toxumlarıda ayrıca yığaraq saxlamışdır. Özü də həmin çətənə bitkisindən alınmış qurudulmuş marixuanadan istifadə edirmiş. 2022-ci ilin fevral ayının axırlarında çətənə kollarından qalmış toxumları həyətyani sahəsində əkmək qərarına gəlmiş, bu səbəbdən evinin yan hissəsində tövlənin qarşısında uzunluğu 4 metr, eni 1,5 metr olan istixana düzəltmiş, sonra toxumları əkmək üçün hazır halda sellofandan hazırlanmış dibçəklərdən almış, iki gün ərzində həmin dibçəkləri qumla doldurmuş, çətənə toxumlarını dibçəklərə basdırmış və dibçəkləri istixanaya qoymuş, bütün dibçəklərə su tökmüş, istixanada istilik əmələ gəlməsi üçün oraya işıq da qoşmuşdur. Həmin işığı gecələr yandırırmış, gündüz vaxtları isə söndürürmüş. 10 mart 2022-ci il tarixdə o, dibçəklərə gedib baxdıqda orada əkdiyi toxumlardan bir çoxunda çətənə bitkisinin yetişdiyini görmüş, sonra həmin gün evdə olduğu zaman təxminən saat 13 radələrində polis əməkdaşları gəlmişlər, ona narkotik vasitələrin qanunsuz olaraq saxlanmasında şübhəli olduğunu bildirmişlər və təxirəsalınmaz qərarla yaşadığı evə baxış keçirləməsinin zəruriliyini izah etmişlər. O, onlara etiraz etməmiş, yaşadığı evə və həyətyani sahəsinə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmışdır. Sonra polis əməkdaşları iki nəfər hal şahidi və bir mütəxəssis dəvət etmişlər, onunlabirlikdəyaşadığı evin həyətyani sahəsinə, evinə baxış keçirtmişlər. Baxış zamanı həyətyani sahəsində istixanada dibçəklərə əkdiyi çətənə bitkiləri aşkar olunmuş, sonra evinin anbar kimi istifadə olunan otağında sellofanda saxladığı içərisində qurudulmuş marixuana olan kibrit qutularını və ayrı-ayrılıqda içərilərində qurudulmuş marixuana olan polietilen sellofanlar, həmçinin həmin otaqda saxladığı “Vinçester” markalı silah və onun üçün aldığı 11 ədəd patron, eyni zamanda elektron tərəzi aşkar edilmişdir. Aşkar olunanlar qablaşdırılaraq götürülmüş, o və iştirakçılar baxış ilə bağlı tərtib edilmiş protokolu doğru bilib imza etmişlər. Həmçinin o, maddi vəziyyətinin pis olduğu üçün yaşadığı evin həyətində əkdiyi çətənə bitkilərini yetişdikdən sonra qurudub satmasını, yaşadığı evdə saxladığı 132 ədəd kibrit qutusunda və 8 ədəd sellodan torbada saxladığı qurudulmuş marixuanaları da satmaq istəməsini,l akin hazırda heç kimə satmamasını, aşkar olunmuş elektron tərəzinin uzun müddətdir onda olduğunu,istifadə etmədiyi üçün otaqda saxladığını, “Vinçester” markalı silahı da çöl sahədə tapdığını, patronları isə özünün aldığını, lakin silahdan istifadə etmədiyini, yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkilər əkməsindən və evində narkotik vasitə saxlamasından ailə üzvlərinin xəbərinin olmadığını, polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq göstərilmədiyini bildirmişdir. Əməlindən peşmandir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdaşı X4 ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, yaşadığı evdə narkotik vasitə saxlaması və həyətyani sahəsində narkotik tərkibli bitkilərin əkibbecərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Baxış keçirilməsi üçün iki hal şahidi və aqronom-mütəxəssis dəvət olunmuşdur. Sonra Təqsirləndirilən şəxs yaşadığı Suqovuşan kəndindəki evinə getmişlər, həmin vaxtı Təqsirləndirilən şəxs özü həyətdə imiş. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə çətənə bitkilərini əkməsi və narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını bildirmişlər və tərəflərindən həyətyani sahəsinə, yaşadığı evə baxış keçiriləcəyini izah etmişlər. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra hal şahidlərinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, həyətyani sahədə olan istixanada 1219 dibçəklər, həmin dibçəklərdə 1045 ədəd çətənə bitkiləri, həmçinin dibçəklərin üzərində içərisində toxumlar olan 01 ədəd şüşə qab aşkar edilmişdir. Onlarla birlikdə gələn aqronom da çətənə bitkilərinə baxmış, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunması barədə rəy tərtib etmişmüstəntiqə vermişdir. Aşkar edilmiş dibçəklər və toxumlar olan 01 ədəd şüşə qab sintetik kisələrə yığılaraq qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra həyətdəki evə də baxış keçirilmiş, evə baxış zamanı, mətbəxtdən sonrakı anbar kimi istifadə edilən otaqda 01 ədəd polietilen torbada yığılmış 132 ədəd kibrit qutusunda, 01 ədəd karton qutunun içərisində və yanında olan ümumlikdə 08 ədəd polietilen torbalarda narkotik vasitə qurudulmuş marixuana, karton qutunun içərisində “constant” markalı elektron tərəzi,həmçinin həmin otaqda 01 ədəd silah və silaha məxsus 11 ədəd patron aşkar edilmiş, aşkar olunmuş narkotik vasitələr, elektron tərəzi, 01 ədəd silah və 11 ədəd patron qablaşdırılıb götürülmüşdür. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmiş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək şahid X1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdilər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 Mihadı oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Sabirabad ryonu, Suqovuşan kəndində yerləşən evinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması, saxlaması və əkib-becərməsi barədə məlumat aldıqlarını, yaşadığı evə baxış keçirəcəklərini bildirdik kə Təqsirləndirilən şəxs etiraz etməmişdir. Baxış zamanı həyətyani sahədə olan istixanada 1219 dibçəklərin olması, həmin dibçəklərdə 1045 ədəd çətənə bitkilərinin olması, həmçinin dibçəklərin üzərində içərisində toxumlar olan 01 ədəd şüşə qab aşkar edilmiş, baxışda iştirak edən aqronom da çətənə bitkilərinə baxıb, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Aşkar edilmiş dibçəklər və toxumlar olan 01 ədəd şüşə qab sintetik kisələrə yığılaraq qablaşdırılıb götürülmüşdür. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra həyətdəki evə də baxış keçirilmış, evə baxış zamanı, mətbəxtdən sonrakı anbar kimi istifadə edilən otaqda 01 ədəd polietilen torbada yığılmış 132 ədəd kibrit qutusunda, 01 ədəd karton qutunun içərisində və yanında olan ümumlikdə 08 ədəd polietilen torbalarda narkotik vasitə qurudulmuş marixuana, həmin karton qutusunun içərsində elektron tərəzi, həmçinin həmin otaqda 01 ədəd silah və silaha məxsus 11 ədəd patron aşkar edildi. Bundan sonra isə aşkar olunmuş narkotik vasitələr, 01 ədəd silah və 11 ədəd patron qablaşdırılaraq götürülmüşdür. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O, da digər iştirakçılar kimi protokolun doğru olmasını imza edərək təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 mart 2022-ci il tarixli, 18/302 nömrəli rəyində qeyd olunmuşdur ki, 1)Tədqiqata təqdim olunmuş üzərində: “...X3 yaşadığı evin həyətyani sahəsinə baxış...çətənə bitkilərinə oxşar...” sözləri və imzalar olan 18 ədəd sintetik torbada 1219 ədəd polietilen dibçəklərdə 1045 (min qırx beş) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-260,0 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqranomun rəyinə əsasən aşkar olunmuş ümumi sayı 1045 (min qırx beş) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. 2)Tədqiqata təqdim olunmuş üzərində: “...X3 həyətyani sahəsindən..içərisində toxumlar olan...” sözləri və imzalar olan 01 ədəd sintetik torbada karton qutunun içərisində olan 01 ədəd şüşə qabda ümumi çəkisi-1045 qram olan bitki toxumlarının tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur, onlar narkotik vasitələrə aid deyildir. 3) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin otağından..01 ədəd karton qutuda..” sözləri və imzalar olan 01 ədəd karton qutuda 03 ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkisi-220 qr, 440 qr, 240 qr, ümumi çəkisi-900,0 qram kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. 4) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin otağından..üzərində patron yazılmış..” sözləri və imzalar olan 01 ədəd göy rəngli polietilen torbada və onun içərisindəki 01 ədəd şəffaf polietilen torbada ümumi çəkisi-730,0 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 5) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin otağından..01 ədəd şəffaf polietilen torbada..” sözləri və imzalar olan 01 ədəd şəffaf poletilen torbanı açdıqda təmiz çəkisi-370,0 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 6) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin otağından..01 ədəd qara sellofan..” sözləri və imzalar olan 01 ədəd qara rəngli polietilen torbada və onun içərisindəki 01 ədəd şəffaf polietilen torbada ümumi çəkisi 350,0 qram olan kütlələr çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 7) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin otağından..132 ədəd kibrit qutusunda ..”sözləri və imzalar olan 01 ədəd şəffaf polietieln torbada 132 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri6,06qram, 6,26qram, 5,21qram, 5,47qram, 5,98qram, 7,29qram, 5,57qram, 6,42qram, 6,50qram, 4,99qram, 6,15qram, 6,02qram, 5,65qram, 6,10qram, 5,38qram, 6,09qram, 5,65qram, 6,22qram, 6,10qram, 5,58qram, 4,98qram, 6,09qram, 6,04qram, 5,59qram, 5,53qram, 5,25qram, 5,19qram, 5,34qram, 6,33qram, 5,68qram, 6,44qram, 5,95qram, 5,23qram, 5,85qram, 6,22qram, 6,31qram, 6,44qram, 6,34qram, 5,35qram, 5,60qram, 5,42qram, 6,14qram, 5,96qram, 5,72qram, 6,88qram, 5,57qram, 5,65qram, 6,49qram, 5,55qram, 6,77qram, 5,73qram, 4,67qram, 5,78qram, 5,75qram, 5,10qram, 5,31qram, 5,30qram, 5,02qram, 5,31qram, 6,12qram, 4,93qram, 5,55qram, 5,44qram, 5,96qram, 5,73qram, 6,19qram, 5,81qram, 5,52qram, 5,67qram, 5,39qram, 6,83qram, 5,57qram, 5,74qram, 6,64qram, 5,05qram, 5,97qram, 4,90qram, 6,65qram, 6,14qram, 6,26qram, 5,67qram, 5,74qram, 5,64qram, 5,22qram, 6,0qram, 5,13qram, 5,93qram, 6,02qram, 5,60qram, 5,50qram, 5,89qram, 6,28qram, 5,56qram, 5,48qram, 5,65qram, 5,46qram, 5,39qram, 5,41qram, 5,91qram, 5,95qram, 5,37qram, 5,57qram, 6,45qram, 5,52qram, 6,56qram, 5,56qram, 5,24qram, 5,13qram, 6,50qram, 5,53qram, 6,38qram, 4,55qram, 5,55qram, 6,45qram, 5,41qram, 5,57qram, 5,57qram, 5,65qram, 5,61qram, 6,84qram, 4,87qram, 5,28qram, 5,91qram, 6,56qram, 6,46qram, 6,10qram, 6,07qram, 6,12qram, 5,14qram, 5,19qram, 5,53qram, 5,60qram ümumi çəkisi 761,89 qramolan kütlələr çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 27 aprel 2022-ci il tarixli, 3/403 nömrəli rəyində qeyd olunmuşdur ki, İ. tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, «Vinçester» tipli, 12 klibrli, «Germanica» modelli, qəlibi «943876», lüləsi isə «266315» №-li, eyni modelli müxtəlif silahlardan komplektləşdirilmiş pompalı təklüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, istifadəyə (atəşə) yararlıdır, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmsişdir. İİ. Tədqiqata təqdim edilmiş 11 (on bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, həmçinin təqdim edilmiş ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patrondur, istifadəyə (atəşə) yararlıdır. Qeyd: Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 02 iyun 2022-ci il tarixli, 2891 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranana asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 10 mart 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sabirabad rayonu Suqovuşan kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman həyətyanı sahədəki istixanadan1219 ədəd dibçəkdə 1045 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 260 qram əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkiləri,dibçəklərin üzərində şüşə qabda ümumi çəkisi 1045 qram olan tərkibində narkotik aktivliyə malik komponentlər olmayanbitki toxumları, yaşadığı evin anbar kimi istifadə edilən otağındanümumi çəkisi 3111,89 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, “constant” markalı elektron tərəzi, 01 ədəd “Vinçester” tipli, 12 kalibrli tüfəng və 11 ədəd 12 kalibrli patronlar aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 10 mart 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyatyanı sahəsindən aşkar edilmiş 1219 ədəd dipçəklərə əkilmiş 1045 ədəd aqrotexniki qaydada narkotik xassəli bitkilər əkilib becərilmişdir. İş materiallarında olan 14 mart 2022-ci il tarixli «maddi sübutun tanınması haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 259,36 qram çətənə (kannabis) bitkisinin şitilləri, ümumi təmiz çəkisi 3111,34 qram qurudulmuş marixuanna və bir ədəd “constant” markalı elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabirabad RPŞ-in saxlama anbarına təhvil verilmişdir. İş materiallarında olan 15 iyun 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə Zahid Yadiarovun evindən aşkar edilərək götürülmüş «Vinçester» tipli, 12 klibrli, «Germanica» modelli, qəlibi «943876», lüləsi isə «266315» №-li, təklüləli yivsiz tüfəng və tüfəngə aid 12 kalibrli 11 (on bir) ədəd patronların Sabirabad RPŞ-nin nüvbətçi hissəsinə təhvil verilməsi və 1 ədəd şüşə qabda olan bitki toxumları narkotik vasitələrə aid edilmədiyindən və iş üçün əhəmiyyət kəsb etmədiyindən məhv edilməsi qərara alınmışdır. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli aktlardan görünür ki, «Vinçester» tipli, 12 klibrli, «Germanica» modelli, qəlibi «943876», lüləsi isə «266315» №-li, təklüləli yivsiz tüfəng və tüfəngə aid 12 kalibrli 11 (on bir) ədəd patronların Sabirabad RPŞ-nin nüvbətçi hissəsinə təhvil verilmiş və 1 ədəd şüşə qabda olan bitki toxumları narkotik vasitələrə aid edilmədiyindən və iş üçün əhəmiyyət kəsb etmədiyindən məhv edilmişdir. İş materiallarında olan 10 mart 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Sabirabad rayon məhkəməsinin 12 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 10 mart 2022-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabirabad rayon məhkəməsinin 24 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2, 237.1-ci maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 avqust 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və hazırda məhkumluğu ödənilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi çətənə bitkiləri və qurudulmuş marixuanna narkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3111,34 qram qurudulmuş marixuanna, 1045 ədəd çətənə (kannabis) bitkisinin şitilləri və bir ədəd “constant” markalı elektron tərəzi məhv edilməli, «Vinçester» tipli, 12 klibrli, «Germanica» modelli, qəlibi «943876», lüləsi isə «266315» №-li, təklüləli yivsiz tüfəng və tüfəngə aid 12 kalibrli 11 (on bir) ədəd patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 95 (doxsan beş) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 10 mart 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsi ilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 95 (doxsan beş) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3111,34 qram qurudulmuş marixuanna, 1045 ədəd çətənə (kannabis) bitkisinin şitilləri və bir ədəd “constant” markalı elektron tərəzi məhv edilsin. Sabirabad rayon polis şöbəsində saxlanılan - Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş «Vinçester» tipli, 12 klibrli, «Germanica» modelli, qəlibi «943876», lüləsi isə «266315» №-li, təklüləli yivsiz tüfəng və tüfəngə aid 12 kalibrli 11 (on bir) ədəd patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar