Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-460/2024 20.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, X4 və Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxxxx 1990-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Sabirabad Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 3 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü ilə Sabirabad Rayon Məhkəməsinin sözügedən hökmü ləğv edilərək Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, 09 avqust 2023-cü il tarixdə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olaraq cəzasının sonu 10 iyul 2024-cü il tarixinədək müəyyən edilmiş, çəkilməmiş cəzasının müddəti 1 (bir) il 1 (bir) ay 1 (bir) gün təşkil edən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının ərazisində olan Yaşar adlı şəxs və digərləri ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi, tamah niyyəti ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə əvvəlcədən ümumi razılığa gəlmiş, Yaşar və digərləri tərəfindən 1 (bir) ədəd ağ rəngli sellofan torbaya yığılaraq, üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış 1 (bir) ədəd bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi- 2100,0 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 1 (bir) ədəd bükülü halında olan külli miqdarda, yəni təmiz çəkisi 1800,0 qram narkotik vasitə hesab edilən tiryək, doxsan dörd list olmaqla, hər birində 10 ədəd, üzərində “Methadone 40” sözləri yazılan, ümumilikdə 940 ədəd olmaqla külli miqdarda, yəni təmiz çəkisi 37,6 qram tərkibində narkotik vasitə hesab edilən metadon maddəsi olan həbi və 1 (bir) ədəd vurucu-əzici xassəyə malik, istifadəyə yararlı, əldədüzəltmə üsulla beşbarmaq (kastet) tipində hazırlanmış soyuq silah hesab edilən predmeti Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələrarası avtomobil yolunun 4 saylı qəsəbə yaxınlığındakı parkın qarşısından keçən hissəsində yolun sağ tərəfində quraşdırılmış, üzərində “50” rəqəmi yazılmış “maksimum sürətin məhdudlaşdırılması” yol nişanından təxminən on beş metr sağ tərəfdə olan su çəni dirəyinin altında gizlədildikdən sonra, qəsdən satış məqsədi, tamah niyyəti ilə ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq istintaqa məlum olmayan şəxsin idarə etdiyi taksi ilə gələrək 12 yanvar 2024-cü il tarixdə, saat 01:00 radələrində Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələrarası avtomobil yolunun 4 saylı qəsəbə yaxınlığında olan parkın qarşısından keçən hissəsində yolun sağ tərəfində quraşdırılmış, üzərində “50” rəqəmi yazılmış “maksimum sürətin məhdudlaşdırılması” yol nişanından təxminən on beş metr sağ tərəfdə olan su çəni dirəyinin altından bir ədəd ağ rəngli sellofan torbada olan həmin narkotik vasitələri və soyuq silahı qanunsuz olaraq əldə etmiş, saxlamış və yol kənarında onu gözləyən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi avtomobil istiqamətində daşımış (gəzdirmiş), Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 12 yanvar 2024-cü il tarixdə, saat 01:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələrarası avtomobil yolunun 4 saylı qəsəbə yaxınlığında olan parkın qarşısından keçən hissəsində yolun sağ tərəfində quraşdırılmış, üzərində “50” rəqəmi yazılmış “maksimum sürətin məhdudlaşdırılması” yol nişanından təxminən on beş metr sağ tərəfdə olan su çəni dirəyinin altından bir ədəd ağ rəngli sellofan torbanı götürüb gəldiyi taksiyə geri qayıdan zaman saxlanılaraq polis şöbəsinə gətirilmiş, şəxsi axtarış keçirilən zaman saxlanarkən əlində olan 1 (bir) ədəd ağ rəngli sellofan torbaya yığılaraq, üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış 1 (bir) ədəd bükülü halında olan təmiz çəkisi 2100,0 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 1 (bir) ədəd bükülüdə təmiz çəkisi 1800,0 qram narkotik vasitə hesab edilən tiryək, 94 list olmaqla, hər birində 10 ədəd olan, üzərində “Methadone 40” sözləri yazılan ümumilikdə 940 ədəd olmaqla külli miqdarda, yəni təmiz çəkisi 37,6 qram tərkibində narkotik vasitə hesab edilən metadon maddəsi olan həb və 1 (bir) ədəd vurucu-əzici xassəyə malik olan, istifadəyə yararlı, əldədüzəltmə üsulla beşbarmaq (kastet) tipində hazırlanmış soyuq silah hesab edilən predmet aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mobil telefonda sosial şəbəkə vasitəsi ilə “Yaşar” adlı şəxslə tanış olmuşdur. Sabirabad rayonunda olarkən yay vaxtında Yaşar adlı iranlıdan şəxsi istifadəsi üçün “Methadone 40” həbi istəmiş, Yaşar da İmişli rayonunun ərazisində yerləşən “Şəkər zavodu”nun yanına gəlməsini və ona dərman verəcəyini bildirmişdir. 11 yanvar 2024-cü il tarixdə, saat 20:30da Sabirabad rayonunun Cavad kəndi ərazisindəki poçtun qarşısında əvvəllər tanımadığı “Azsamand” markalı taksiyə əyləşmiş, hadisə yerinə çatdıqdan sonra, həmin taksi çıxıb getmiş, bir dəqiqə müddətdə qaçaraq Yaşarın dediyi yerə, yəni “Şəkər zavodu”nun yaxınlığındakı ağacın dibinə yaxınlaşıb həbləri axtarmağa başlamış, bu vaxt, yəni, axşam 21-22 radələrində on iki-on üç nəfər polis əməkdaşı onu saxlayaraq Cəbrayıl Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində ona işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyi bildirilmiş, o da razılaşaraq sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanlandıqları suallara cavab olaraq bildirmişdir ki, onu tutan polis əməkdaşlarını əvvəllər tanımamışdır. İranlı ilə yalnız “Methadone 40” həbləri ilə əlaqədar söhbəti olmuşdur. Sonradan bilmişdir ki, İranlı adı ilə onunla əlaqə saxlayan “Yaşar” adlı adam Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı imiş. Əvvəllər metadon həblərindən istifadə etmiş, həmin həbləri tapmışdır. Yaşarla razılaşmasına əsasən beş list “Methadone 40” həbi götürəcəkdi. Avtomobildən düşəndə ətrafda adam görməmişdir. “Methadone 40” həblərini qoyulduğu yerdən tapa bilməmişdir, çünki, polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları onu tutmağa gələndə dörd maşında, on iki-on üç nəfər olmuşlar. Polis şöbəsinə ağ rəngli “Chevrolet Niva” markalı avtomobillə aparılmış, həmin maşını Elşad adlı polis əməkdaşı idarə etmiş, sonuncunun sağ tərəfində bir polis əməkdaşı, özünün isə sağ və sol tərəfində olmaqla iki polis əməkdaşı oturmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən Şahid2 həmin vaxtı maşında olmuşdur. Elşad və Turaldan savayı maşında olan digər polis əməkdaşlarını tanımamışdır. Saxlanılan andan şöbəyə aparılanadək olan zaman kəsiyində polislər onun üzərində baxış keçirməmişlər, şöbəyə aparılandan iki-üç saat sonra vəkil oraya gəlmişdir. Həmin vaxta kimi ona psixoloji və fiziki təzyiqlər olmuş, rəis və yaxud rəisi müavini Elşad adlı şəxs onun qarşısına, yəni, stolun üzərinə sellofan torba qoyub, onların dedikləri ilə razılaşmadığı təqdirdə ailə üzvlərini gətirib məsuliyyətə cəlb edəcəklərini bildirmişdir. Həmin torbanının içərisində nə olduğunu bilməmiş, sonradan içərisində “nəşə” və beşbarmaq olması bildirilmiş, o da həmin torbadan xəbəri olmadığını bildirərək öz etirazını bildirmişdir. Həmin vaxt onda ciddi xəsarət izləri olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilən şahidlər onu döymədikləri üçün döyülməyi barədə məhkəmədə hər hansı fikir səsləndirməmişdir. İstintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və həmin xəsarətlərlə bağlı verilən suala cavab olaraq döyüldüyünü bildirmişdir. Şöbəyə gətiriləndən üç saat sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış icra olunmuşdur. Üzərindən aşkar olunan xırda bükümdəki narkotik vasitə heroin ona məxsus olmuş və həmin bükümə görə tutulandan təxminən on beş-iyirmi gün sonra 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimələnmişdir. Baş verən qanunsuzluqlar barədə vəkilinə bildirmişdir. Saxlanıldığı vaxtdan sonra inzibati işlə bağlı məhkəmə qarşısına çıxmış, başqa heç bir sanksiyaya çıxmamışdır. Elşad adlı şəxs ona “İnstagram” və “WhatsApp” sosial şəbəkələri vasitəsi ilə əlaqə saxladığı adamın, yəni Yaşar adlı iranlının özü olduğunu bildirmişdir. Beşbarmaq ona məxsus olmamışdır. Ümumiyyətlə tutulana qədər onda hər hansı silah olmamışdır. Yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əlaqədar sənədləri imzalamışdır. Onu Elşaddan başqa adamlar da döymüşlər. İttihamda qeyd olunan kütlələr və qanunsuz predmet olan beşbarmağa toxunmamışdır. Hadisə vaxtı üzərində mobil telefon və istifadəsində 055 ***-**-** saylı mobil nömrə olmuşdur. Mobil telefonunda İran mobil operatoruna məxsus nömrələrin olmasına səbəb İranda qohum və tanışlarının olması ilə əlaqədardır. Mobil telefonundakı sms mətnləri kimlərəsə ərzaq alıb verməsi ilə bağlı olmuş, narkotik vasitələrin satışı ilə bağlı fəaliyyəti olmamış, tutulana qədər hansısa işdə gecə növbəsində işləməmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan olunmuşdur. O, həmin ifadəsində bildirmişdir ki, ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 228.4-cü maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilir. ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Narkotik vasitə hesab edilən metadon istifadə etmiş və buna görə də Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir neçə dəfə Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə tutulmuşdur. Təxminən bir ay əvvəl, yəni 2023-cü ilin dekabr ayının ortalarında “İnstagram” sosial şəbəkəsində dəqiq profilini xatırlamadığı, lakin adını “Yaşar” kimi bildirdiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, narkotik vasitə əldə etmək üçün onunla mesajlaşmış və sonuncu istifadəsində olan mobil telefon nömrəsini ona demişdir. İranlı Yaşarın verdiyi +98 911 *** **** nömrəsini telefonun kontaktına “Yaşar İr” adı ilə qeyd etmişdir. İranlı Yaşarla həmin vaxtdan “WhatsApp” ani yazışma proqramı vasitəsilə əlaqə saxlamış və sonuncu ona narkotik vasitə göndərəcəyini bildirsə də, sonra narkotik vasitə tapa bilmədiyini deyib göndərə bilməmişdir. 11 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində “WhatsApp” ani yazışma proqramı vasitəsilə iranlı Yaşar ona zəng edərək, əlində hazır narkotik vasitə hesab edilən metadon m40 olduğunu və ona göndərə biləcəyini demişdir. Yaşardan nə qədər pul qarşılığında satacağını soruşduqda, sonuncu ona beş list metadon m40 adlı narkotik vasitəni ümumilikdə 350 (üç yüz əlli) manat pula verəcəyini demişdir. İranlı Yaşarla razılaşmış və metadonu haradan götürə biləcəyini soruşmuş, Yaşar isə İmişli rayonu ərazisinə yaxın olan bir yerdə gizlədəcəyini və bu barədə ona konum göndərəcəyini demişdir. Həmçinin, ona “m10” proqramına aid nömrə yazıb göndərmiş və pulu həmin nömrəyə köçürməsini demişdir. Xatırlamadığı həmin nömrəyə Sabirabad rayonunda mağazaların birində “milliön” aparatı vasitəsilə 350 (üç yüz əlli) manat pul köçürmüş, daha sonra iranlı Yaşar ona narkotik vasitəni gizlətdiyi yerə aid konum və şəkillər göndərmişdir. Ona göndərdiyi konumda gizlətdiyi narkotik vasitələrdən beş list metadon m40 götürməsini və əlavə orada gizlətdiyi narkotik vasitələri də götürərək digər yerə aparıb şəklini çəkib göndərməsini demişdir. İranlı Yaşarla razılaşmış və Sabirabad rayonunun Cavad kəndində yerləşən poçtun qarşısında ağ rəngli “AzSamand” markalı avtomobilin dayandığını görüb ona yaxınlaşmış, taksi sürücüsünə onu İmişli rayonuna aparmağı xahiş etmiş, sürücü isə ona 30 (otuz) manat pul qarşılığında aparacağını bildirmişdir. Taksi sürücüsü ilə razılaşmış və avtomobildə qarşı oturacaqda bir nəfər şəxsin əyləşdiyini görmüşdür. Sürücü həmin şəxsin tanışı olduğunu deyərək, problem olmayacağı halda birlikdə getməsinə icazə verib-vermədiyini soruşmuş, sürücüyə heç bir problem olmadığını deyərək arxa sərnişin oturacağında əyləşmişdir. Tanımadığı sürücü avtomobili idarə etməyə başlamış və İmişli rayonuna çatandan sonra o, konuma uyğun olaraq hərəkəti davam etməsini demişdir. Həmçinin iranlı Yaşar ona köhnə “postqai” adlanan yerin yaxınlığına gəlməsini dediyi üçün o, sürücüyə avtomobili idarə etməsini demişdir. Hərəkət edərək İmişli rayonunun Qızılkənd kəndinin yanından “Cəbrayıl qəsəbələri” yazılan istiqamətdə dönərək hərəkət etməyə başlamışlar. Konuma uyğun olaraq “Cəbrayıl qəsəbələri”ndə dairəvi yol ayrıcından sola dönərək hərəkətlərini davam etdirmişlər. 12 yanvar 2024-cü il tarixdə, saat 01:00 radələrində konumun sonuna yaxınlaşan zaman üzərində “50” rəqəmi yazılmış yol nişanının yanında sürücüdən avtomobili saxlamasını xahiş etmiş, avtomobildən düşən zaman sürücü ona adamla görüşmək üçün gəldiyini, lakin həmin yerdə heç kimin olmadığını demişdir. Sürücüyə adam gələcəyini və görüşüb birlikdə gedəcəklərini demişdir. Sürücü avtomobili yol kənarında saxlamış və o, avtomobildən düşərək iranlı Yaşarın göndərdiyi şəkilə uyğun, yəni yol nişanından sağ tərəfdə təxminən on beş metr kənarda olan tualetin arxa hissəsindəki su çəni dirəyinin yanındakı ağ rəngli sellofanı götürmüşdür. Sellofana baxmadan götürüb avtomobilə qayıdan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Adını bilmədiyi taksi sürücüsü ona bir neçə şəxsin yaxınlaşdığını görüb avtomobili hərəkətə gətirərək qaçmağa başlamışdır. Həmin şəxslər ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən sonra üzərində şəxsi axtarış keçirilməsi üçün həmin yerin münasib yer olmadığına görə onlarla birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasına getməsi üçün dəvət etmişlər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri, həmçinin vəkil dəvət etmək hüququ izah olunmuşdur. Polis əməkdaşlarının təqdim etdiyi vəkillərin siyahısından vəkil X1 və sonuncu oraya gələndən sonra polis əməkdaşları ona üzərində videoçəklişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, etiraz etməmişdir. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuş ki, üzərində hər hansı bir əşya, o cümlədən qanunla qadağanedici əşya varsa, təqdim etsin. Həmin vaxt əynində olan qara rəngli klassik şalvarın sol ön cibində özünə məxsus “Honor X6” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən mobil telefonun kiliddən açılması xahiş edilmiş və o, telefonun parolunu yəni, 545454 rəqəmlərini yazaraq telefonu kiliddən açmışdır. Polis əməkdaşı tərəfindən ona məxsus telefon götürülərək stolun üzərinə qoyulmuşdur. Daha sonra o, əynində olan qış gödəkçəsinin sol yan cibindən rezinlə bağlanmış “Trendyol”dan sifariş verərək suvenir üçün aldığı yüz ədəd X6 məxsus saxta, yəni üzərində “geçersiz” sözləri yazılmış 100 (bir yüz) dollarlıq pul əskinasını təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin pullara baxış keçirilmiş və pulların həqiqətən də üzərində “geçersiz” sözləri yazıldığı müəyyən edilmişdir. Həmin pulları özü üçün suvenir kimi “Trendyol” onlayın sifariş yolu ilə aldığını bildirmişdir. Daha sonra əynində olan qara rəngli şalvarın sağ ön cibindən qırmızı rəngli kağız bükülünü təqdim edərək içində narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Həmin qırmızı kağızda olan bükülü polis əməkdaşı tərəfindən açılmış və içində açıq qəhvəyi rəngli toz halında spesifik iyi olan narkotik vasitəyə bənzər kütlənin olduğu aşkar edilmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulmuş, tapdığını bildirmişdir. Sonra həmin narkotik vasitə hesab edilən heroinə bənzər kütlə kağız bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisinin 0.37 qram olması müəyyən edilmişdir. Həmin bükülü baxış iştirakçılarının və onun iştirakı ilə birlikdə kağız zərfdə müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri baxış iştirakçıları, həmçinin onun və müdafiəçisi tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşlarına təqdim etdiyi əşyadan başqa üzərində hər hansı əşya, o cümlədən qanunla qadağan olunmuş heç bir predmet olmadığını bildirmişdir. Bundan sonra tanımadığı polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş və təqdim etdiyi bir ədəd mobil telefon, rezinlə sarınmış üzərində “geçersiz” sözləri yazılmış 100 ədəd dollarlıq pul əskinası və qırmızı kağızda bükülmüş narkotik vasitə hesab edilən heroinə bənzər kütlədən başqa heç nə aşkar edilməmişdir. Daha sonra iranlı Yaşarın ona göndərdiyi içində narkotik vasitələr və soyuq silah olan ağ rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı həmin sellofanda olan əşyaları haradan əldə etməsi barədə sual vermiş, cavabında həmin sellofan torbada narkotik və soyuq silah olduğunu və İranlı Yaşarın göndərdiyini, ona göndərilmiş konum və şəkilə uyğun gəlib “Cəbrayıl qəsəbələri” adlanan ərazidən götürdüyünü, habelə iranlı Yaşarla aralarında olan yazışmaların istifadəsində olan və polis əməkdaşlarına təqdim etdiyi “Honor X6” markalı mobil telefonun “WhatsApp” ani yazışma proqramında olduğunu bildirmişdir. Bundan sonra təkrarən mobil telefonun parolunu yazaraq kiliddən açmış və “WhatsApp” proqramına daxil olaraq “Yaşar İr” adı ilə qeyd etdiyi iranlı Yaşarla aralarında olan yazışmanı göstərmişdir. Həmin yazışmada iranlı Yaşarın onun üçün gizlətdiyi içində narkotik vasitələr və soyuq silah olan sellofan torbanın konumu və həmin yerə məxsus bir neçə şəkli göstərmişdir. Bundan sonra təqdim etdiyi ağ rəngli sellofan torba polis əməkdaşları tərəfindən açılmış, içərisindən iki ədəd üzəri şəffaf rəngli yapışqanla sarınmış qara rəngli bağlama, bir ədəd beşbarmağa bənzər dəmir əşya və üzərinə “Methadone 40” sözləri yazılan list tabletlər aşkar edilmişdir. Hər listdə 10 (on) ədəd həb olmaqla birinci olaraq qırx iki listdə 420 (dörd yüz iyirmi) həb, sonra növbəti qırx iki listdə 420 (dörd yüz iyirmi) həb və ardınca on ədəd listdə 100 (yüz) ədəd həb sayılaraq ümumilikdə 940 (doqquz yüz qırx) həb olan doxsan dörd ədəd list ağ rəngli sellofan torbaya yığılmışdır. Həblər olan ağ rəngli sellofan torba elektron tərəzidə çəkilmiş və ümumilikdə 591 qram olması müəyyən olunmuşdur. Həmin həblər ümumilikdə bir ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, baxış iştirakçıları, özü və müdafiəçisi tərəfindən imzalanmışdır. Daha sonra sellofan torbadan götürülmüş qara rəngli bükülülərdən bir ədədinin üst hissəsi bıçaqla kəsilmiş, həmin kütlənin yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 2133 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra ikinci qara rəngli bükümün üst hissəsi bıçaqla kəsilmiş və bükülüdə qara rəngli kəskin iyli, narkotik vasitə hesab edilən tiryəkə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzi üzərinə qoyulub çəkilmiş və çəkisi 2042 qram olduğu müəyyən edilmişdir. Bundan sonra ağ rəngli sellofan torbadan götürülmüş bir ədəd beşbarmağa bənzər əşya elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş və həmin əşyanın çəkisi 219 qram olduğu müəyyən edilmişdir. Bundan sonra sellofan torbadan götürülmüş içində narkotik vasitə hesab edilən tiryəkə bənzər kütlə olan qara rəngli bağlama, marixuanaya bənzər kütlə olan qara rəngli bağlama bir ədəd polietilen torbada, bir ədəd beşbarmağa bənzər əşya bir ədəd kağız zərfdə müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri baxış iştirakçıları, özü və müdafiəçisi tərəfindən imzalanaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra yenidən polis əməkdaşları ona həmin narkotik vasitələri haradan və hansı məqsədlə götürməyi barədə sual vermişlər, cavabında iranlı Yaşarın gizlətdiyi yerdən götürərək daşıyıb sonradan deyəcəyi ünvanda gizlədib həmin yerin şəklini çəkib atacağını bildirmiş, lakin, həmin sellofanı götürüb avtomobilə qayıdan zaman polis əməkdaşları onu həmin yerdə saxladıqları üçün iranlı ilə aralarında olan razılaşmaya əsasən həmin narkotik vasitələri başqa yerə apara bilməmişdir. Bundan sonra, bu barədə protokol tərtib edilmiş, baxış iştirakçıları, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində onu da qeyd etmişdir ki, həmin narkotik vasitələri və soyuq silahı 12 yanvar 2024-cü il tarixdə Yaşar adlı iranlı ilə aralarında olan razılaşma əsasında sonuncunun gizlətdiyi yerdən, yəni İmişli rayonu yaxınlığında yerləşən “Cəbrayıl qəsəbələri”ndə icra hakimiyyəti binasının qarşısından keçən yolun kənarında olan üzərində “50” sözlərini yazılmış maksimum sürət həddini göstərən yol nişanının yanından sağ tərəfdə olan su çəni dirəyinin altından götürüb, Yaşarın sonradan deyəcəyi ünvana çatdırmalıymış. Lakin polis əməkdaşları onu həmin yerdə saxladıqları üçün torbanı başqa yerə apara bilməmişdir. 12 yanvar 2024-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman üzərində olan qırmızı rəngli kağız bükülüdə olan heroini 10 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsində dəmiryolunun kənarı ilə gəzəndə tapmış, həmin heroindən bir dəfə istifadə etmiş, qalan hissəsini isə kağıza bükərək növbəti dəfə istifadə etmək üçün şalvarının cibində saxlamışdır. Bundan başqa, “Yaşar” adlı şəxsi nə tanımış, nə də görmüş, ancaq instagram sosial şəbəkəsində tanış olmuşdur, lakin hazırda onun instagram sosial şəbəkəsində adını dəqiq xatırlamamışdır. İranlı Yaşar narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş, narkotik vasitə istifadə etdiyi üçün onunla dostluq münasibəti yaratmış, onun istifadəsində olan +98 911 *** **** saylı nömrəni alıb kontaktına “Yaşar İr” adı ilə qeyd etmiş, onunla yalnız “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamış, yəni yazışmış və səsli zənglə danışmışdır. Özü 055 ***-**-** və 055 ***-**-** mobil telefon nömrələrini istifadə etmiş, “WhatsApp” ani yazışma proqramında +1(540) ***-**-** saylı nömrə ilə qeydiyyatdan keçmiş, öz istifadəsində olan nömrələrin heç biri ilə “WhatsApp” ani yazışma proqramı açıb istifadə etməmişdir. Bundan əlavə, narkotik vasitə götürmək üçün “Cəbrayıl qəsəbələri”nə gələn zaman Sabirabad rayonunun Cavad kəndində olduğu üçün həmin kənddə poçtun qarşısında dayanmış dəqiq nömrə nişanını bilmədiyi ağ rəngli “Azsamand” markalı avtomobilə yaxınlaşmış və sürücüdən onu, İmişli rayonuna aparmasını xahiş etmiş, həmin sürücünü və avtomobildə olan digər şəxsi ilk dəfə görmüş, onların şəxsiyyətləri barədə heç bir məlumatı olmamış, onların onun narkotik vasitə götürmək üçün “Cəbrayıl qəsəbələri”nə gəlməyindən xəbərləri olmamışdır. Taksi sürücüsünün təxminən 35-40 yaşlarında olduğunu zənn etmiş, başına papaq qoyduğu üçün onun saçının ağarıb-ağarmadığını bilməmiş, avtomobilin arxa sərnişin oturacağında əyləşdiyi üçün sürücünün sifətinə diqqətlə fikir verməmişdir. Polis əməkdaşları ona qarşı heç bir fiziki zor tətbiq etməmiş və başqa təsir göstərməmişlər (iş vərəqi 169-173). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsini təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadəsinin doğru olmasını, ifadələri arasındakı ziddiyyəti polis əməkdaşları tərəfindən ona göstərilən fiziki və psixoloji təzyiqlə əlaqələndirmiş və son sözündə məhkəmədən narkotik istifadəçisi olduğu üçün səmimi peşimançılıq çəkdiyini, anasının xəstə olmaqla qulluğa ehtiyacının olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsi və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik və ya ədavət, qohumluq əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı ona, 12 yanvar 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, onun ifşa edilməsi məqsədi ilə raportla rəhbərliyə məruzə edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün icazə verilməsini xahiş etmiş, bundan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, şöbənin X3 əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və konvoy hissəsinin polis nəfəri, polis serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Elə həmin tarixdə, saat 00:30 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış, əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması və daşıması ilə məşğul olmasına əsaslı şübhə doğuran Təqsirləndirilən şəxs həmin vaxt şöbənin xidməti ərazisinə aid olan Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələrarası avtomobil yolu ilə 3 saylı qəsəbədən 4 saylı qəsəbə istiqamətində “AzSamand” markalı və dəqiq dövlət nömrə nişanını görə bilmədikləri avtomobil ilə hərəkətini davam etdirən zaman “Şirvan post” adlanan dairəvi yolayrıcından əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomobil 4 saylı qəsəbə istiqamətində hərəkətini davam etdirərək, yolun Cəbrayıl rayonu İcra Hakimiyyətinin binasının qarşısından keçən hissəsində, üzərində “50” rəqəmi yazılmış maksimal sürət həddini göstərən yol nişanının yanında dayanmış, arxa sərnişin oturacağından Təqsirləndirilən şəxs düşərək yol kənarında olan avtomobil dayanacağının yanında yerləşən tualetin arxa tərəfindəki su çəni dirəyinin yanında nə isə axtarmağa başlamış və oradan ağ rəngli sellofan torbanı götürüb, avtomobilə qayıdan zaman Şahid1 və Şahid2lə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edərək, gəlişlərinin səbəbini izah etmişlər. Bu zaman yol kənarında dayanmış avtomobil hərəkət edərək getməyə başlamışdır. Həmin yerin şəraiti şəxsi axtarış və baxış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra raportu əsasında toplanmış materialın icrası rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Rauf Şahverənova həvalə edilmişdir. Həmin andan Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuş və özünün seçimi əsasında dəvət olunan vəkilin iştirakı ilə üzərində narkotik vasitə olması şübhəsi yarandığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, Mirhüseyin etiraz etməmiş və şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməyə başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində narkotik vasitə və yaxud qanunla qadağan edilmiş əşya varsa, təqdim etsin, o da əynində olan qara rəngli klassik şalvarın sol ön cibindən özünə məxsus “Honor X6” markalı mobil telefonu, qış gödəkçəsinin sol yan cibindən rezinlə bağlanmış “Trendyol”dan sifariş verərək suvenir üçün aldığını bildirdiyi yüz ədəd X6 məxsus saxta, yəni üzərində “geçersiz” sözləri yazılmış 100 (bir yüz) dollarlıq pul əskinasını, qara rəngli şalvarın sağ ön cibindən qırmızı rəngli kağız bükülünü çıxarıb təqdim edərək, bükülünün içərisində narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Həmin qırmızı kağızda olan bükülü açıldıqda içərisində açıq qəhvəyi rəngli toz halında spesifik iyi olan narkotik vasitəyə bənzər kütlənin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda, tapdığını bildirmişdir. Sonra həmin narkotik vasitə hesab edilən heroinə bənzər kütlə kağız bükülü ilə birlikdə elektron tərəzidə çəkilərək, ümumilikdə çəkisinin 0.37 qram olması müəyyən edildi və bükülü baxış iştirakçılarının iştirakı ilə birlikdə kağız zərfdə müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs saxlanan zaman əlində olan sellofan torbada nə olduğu və həmin torbanı kimdən, eləcə də haradan əldə edildiyi soruşulmuş, cavabında torbanı təqdim edərək, içində narkotik vasitələr və soyuq silah olduğunu, iranlı Yaşarın ona göndərdiyini və sonuncunun göndərdiyi konuma və şəkilə uyğun gəlib “Cəbrayıl qəsəbələri” ərazisindən götürəndən sonra başqa ünvanlara çatdırmalı olduğunu, Yaşarla aralarında olan yazışmaların istifadəsində olan və təqdim etdiyi “Honor X6” markalı mobil telefonun “WhatsApp” ani yazışma proqramında olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hətta mobil telefonunun “WhatsApp” proqramına daxil olaraq “Yaşar İr” adı ilə qeyd etdiyi iranlı Yaşarla aralarında olan yazışmanı da təqdim etmişdir. Həmin yazışmada iranlı Yaşarın onun üçün gizlətdiyi, içində narkotik vasitələr və soyuq silah olan sellofan torbanın konumunu və həmin yerə məxsus bir neçə şəkil göndərdiyi aydın olurdu. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torba tərəflərindən açılmış, içərisindən iki ədəd üzəri şəffaf rəngli yapışqanla sarınmış qara rəngli bağlama, bir ədəd beşbarmağa bənzər dəmir əşya və üzərinə “Methadone 40” sözləri yazılan list tabletlər aşkar edilmişdir. Hər listdə 10 (on) ədəd həb olmaqla birinci olaraq qırx iki listdə 420 (dörd yüz iyirmi), sonra növbəti qırx iki listdə 420 (dörd yüz iyirmi) və ardınca on ədəd listdə 100 (yüz) ədəd həb sayılaraq ümumilikdə 940 (doqquz yüz qırx) həb olan doxsan dörd ədəd list ağ rəngli sellofan torbaya yığılmışdır. Həblər olan ağ rəngli sellofan torba elektron tərəzinin üzərinə qoyularaq çəkilmişdir. Həmin sellofan torbada olan üzərinə “Methadone 40” sözləri yazılmış 940 (doqquz yüz qırx) həb olan doxsan dörd ədəd listin ümumilikdə 591 (beş yüz doxsan bir) qram olması müəyyən olunmuşdur. Həmin həblər ümumilikdə bir ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra sellofan torbadan götürülmüş qara rəngli bükülülərdən bir ədədinin üst hissəsi bıçaqla kəsilmiş, həmin kütlənin yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş, elektron tərəzidə çəkilərək 2133 qram olduğu müəyyən olunmuş, bir ədəd polietilen torbada müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. Sonra ikinci qara rəngli bükümün üst hissəsi bıçaqla kəsilmiş, bükülüdə qara rəngli kəskin iyili, narkotik vasitə hesab edilən tiryəkə bənzər kütlə olduğu müəyyən edilmiş, elektron tərəzidə çəkilərək 2042 qram olduğu müəyyən edilmiş, bir ədəd kağız zərfdə müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra ağ sellofan torabadan götürülmüş bir ədəd beşbarmağa bənzər əşya elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş və həmin əşyanın çəkisinin 219 qram olduğu müəyyən edilmiş, həmin əşya da kağız zərfdə müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və baxış iştirakçıları tərəfindən imzalanmışdır. Sonda şəxsi axtarış və baxış keçirilməsinə dair protokol tərtib olunaraq baxış iştirakçılarına ucadan oxunmuş və baxış iştirakçıları tərəfindən imzalanmışdır. Şahid3 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, iki ildir ki, cinayət axtarış fəaliyyəti ilə məşğul olur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs gəlməmişdən təxminən bir saat əvvəl ona daxil olmuş və məlumat Mirhüseyin adlı şəxsin gəlib narkotik vasitə götürəcəyi məzmunda olmuşdur. Mirhüseyinin içərisində olduğu avtomobilin parkın ətrafında üç dəfə dairə vurduğunu, buna görə də maşının əraziyə nabələd olmasından şübhələndikləri üçün maşının dayanmasını və Mirhüseyinin maşından düşməsini müşahidə etmişlər. Müşahidələri iyirmi-otuz dəqiqə çəkmişdir. Əvvəlcə Mirhüseyinin ərazidə yerləşən tualetə doğru getdiyini güman etmişlər, lakin onun tualetin yaxınlığından torba götürdüyünü görmüşlər. “Dayan” əmri verən kimi sürücü avtomobili sürüb getmiş, Mirhüseyin səslərini eşitdikdən sonra bir qədər gedib dayanmış, təlaşla əlindəki torbanı yerə atmış, lakin qaçmamışdır. Mirhüseyinin torbanı atdığı yerdən yola qədər beş-altı metr məsafə olmuşdur. Əməliyyat tədbiri zamanı videoçəkiliş apara bilməmişlər. Mirhüseyinə qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Hadisə yerinə gələn “AzSamand” markalı maşını onlar saxlamamış, həmin maşın özü dayanmışdır. Həmin avtomobilin nömrəsini görə bilməmişlər, çünki məsafə etibarı ilə maşın onlardan uzaqda olmuşdur. Həmin vaxtı yol patrul xidmətinə nabələd maşının saxlanılması istiqamətində məlumat verilməmiş, çünki yol patrul xidməti gecə saat 00:00 kimi həmin ərazidə xidmət aparmışdır. Hadisə yerinə gələn avtomobilin saxlanılmasında maraqlı olmuşlar, lakin onu saxlamaq mümkün olmamışdır, çünki əlavə maşınları olmamışdır. Lakin həmin maşının saxlanılması barədə ərazidə olan post-patrul xidmətinə məlumat vermişlər. Mirhüseyin hadisə yerinə gəldiyi maşının taksi olduğunu onlara bildirmiş, ona inanmışlar. Avtomobil uzaqlaşmamışdan əvvəl nə onları, nə də Mirhüseyini görmüşdür, çünki, aralarında məsafə çox olmuşdur. Belə ki, hadisə vaxtı avtomobillə Mirhüseyinin arasında on beş-iyirmi metr, onlarla isə on metr imiş. Mirhüseyinin hadisə yerinə hansı vəziyyətdə gəlməsini bilməmişdir. Maşından düşən şəxsin Mirhüseyin olmasını ona görə bilmişdir ki, əməliyyat məlumatında həmin hadisə yerinə gələcək şəxsin təkcə Mirhüseyin olması qeyd olunmuşdur. Həmin günü onlar əraziyə Mirhüseyindən savayı kiminsə gəlməsinin şahidi olmamışlar. Sellofan torbanın hara qoyulduğunu bilməmişlər, Mirhüseyin onu yerindən götürdükdən sonra görmüşlər. Həmin ərazidə yaşayış evləri olmamışdır. Bəlkə də, Mirhüseyinlə taksi sürücüsü arasında sövdələşmə olmuşdur ki, sonuncu o gəlmədiyi təqdirdə çıxıb-getsin. Sonradan avtomobili müəyyənləşdirə bilməmişlər, kameralar olmamışdır. Avtomobilin çıxıb getməsi ilə əlaqədar Mirhüseyinə sual verilməmişdir. Həmin avtomobilin tapılması barədə əməliyyat tapşırığı verilmiş, lakin keçirilən tədbirlər müsbət nəticə verməmişdir. Mirhüseyin ifadəsində həmin maşına Sabirabad rayonu ərazisində əyləşdiyini bildirmişdir. Dayandırma barədə müvafiq qərar onlara daxil olduğu təqdirdə həmin maşınla bağlı əməliyyat-qeydiyyat işi açılacaqdır. Avtomobilin nömrəsini bilməmişlər və yalnız marka əsasında onu müəyyən etmək mümkün deyildir. Maşın Biləsuvar istiqamətində hərəkət etmiş, oradan da İmişliyə getmək olarmış, lakin istiqaməti konkret müəyyənləşdirmək olmamışdır. Hadisə vaxtı onların xidməti maşını hadisə yerindən üç yüz metr məsafədə olmuşdur. “AzSamand” markalı avtomobillə bağlı Sabirabad Rayon Polis Şöbəsinə sorğu göndərmişlər. Mirhüseyin Biləsuvar rayonunun ərazisində saxlanılmış və şöbəyə gətirildikdən iyirmi-otuz dəqiqə sonra müdafiəçi gəlib çıxmış, müdafiəçi gələnə kimi onun üzərinə baxış keçirilməmişdir. Mirhüseyinin əlindəki torba tək adamın rahat götürə biləcəyi ölçüdə olmuşdur. Xidmət etdikləri ərazi kiçik olduğundan Mirhüseyini tapa bilmişlər, bundan başqa əraziyə daxil olan nabələd maşınları tanıyırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəbrayıl Rayon Polis Şöbəsi konvoy hissəsinin polis nəfəri, polis serjantı Şahid2 Şahid3 ilə oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, “AzSamand” markalı avtomobilin rəngi yadında deyildir, dövlət qeydiyyat nömrə nişanını isə görə bilməmişdir. Sözügedən maşın onlardan on beş-iyirmi metr məsafədə yanlarından keçib yüz əlli metr qarşıda dayanmış, həmin vaxt hava qaranlıq olmuşdur. Avtomobil keçərkən içindəkilərin onları görüb-görməsini bilməmişdir. Həmin avtomobuldən düşən şəxs maşından on beş-iyirmi metr uzaqlaşmışdır. Mirhüseyini saxlayanda onun maşınla arasında beş-on metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən əlində sellofan torba olmuş və həmin vaxt onlara qarşı heç bir narazılığı olmamışdır. Tərəflərindən Mirhüseyinə qarşı hər hansı zorakılıq tətbiq olunmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid Cəbrayıl Rayon Polis Şöbəsi X3 əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 Müxbir oğlu Şahid3 ilə oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobilin konkret olaraq hansı oturacağından düşdüyü barədə heç bir fikri yoxdur, ona qrupunun üzvləri birlikdə və eyni anda yaxınlaşmışlar. Həmin vaxt Mirhüseyin təlaşa düşmüş və nalayiq ifadələr işlətmişdir. Avtomobilin sürücüsü eşitdiyi səs-küyə görə hadisə yerindən uzaqlaşmışdır. Mirhüseyini şöbəyə gətirəndən nə qədər müddətə vəkilin gəldiyi yadında deyildir. Mirhüseyin ona fərdi söhbət zamanı metadon həbləri üçün hadisə yerinə gəldiyini, iranlının ona sellofan torbada metadondan əlavə tiryək və marixuana olduğunu, sonuncu iki kütləni yolda gedərəkən əraziyə atdıqdan sonra həmin yerin konumunu ona atmasını xahiş etdiyini bildirmişdir. Mirhüseyinə qarşı hər hansı zor tətbiq olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis X18 xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş, aidiyyatı üzrə şöbənin istintaq qrupuna göndərilmiş və icraata qəbul edilmişdir (iş vərəqi 01-02; 47-48). Cəbrayıl Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raport və protokollarından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonunda yerləşən 1-11 saylı qəsəbə ərazisində narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsi, saxlanması və qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış və o, həmin tarixdə, saat 00:00 radələrində Biləsuvar rayonu, 4 saylı qəsəbə yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, təxminən otuz dəqiqə müşahidə edildikdən sonra 4 saylı qəsəbədə yerləşən “Heydər Əliyev parkı”nın qarşında olan avtomobil dayanacağına doğru yaxınlaşaraq kolluq sahəyə girmiş, əlində fanarla nəisə axtarmış, sonra əlində ağ rəngli sellofan paketin olması görülmüş və dərhal saxlanılaraq şöbəyə aparılmışdır (iş vərəqi 04; 06-07). Cəbrayıl Rayon Polis X18 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə yaxın qohumuna məlumat verilməsi hüququ təmin olunmuşdur (iş vərəqi 08-10). Cəbrayıl Rayon Polis X18 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı sonuncunun əynində olan qara rəngli klassik şalvarın sağ ön cibindən qırmızı rəngli kağız bükülüdə təmiz çəkisi 0,057 qram olan narkotik vasitə hesab edilən heroin, şalvarın sol ön cibində 1 (bir) ədəd “Honor X6” markalı mobil telefon və əynində olan qış gödəkçəsinin sol yan cibindən rezinlə bağlanmış “Trendyol”dan sifariş verərək suvenir üçün aldığını bildirdiyi yüz ədəd X6 məxsus saxta, yəni üzərində “geçersiz” sözləri yazılmış 100 (bir yüz) dollarlıq pul əskinası aşkar olunaraq gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyinə görə götürülmüş, onun hadisə yerindən götürdüyü bir ədəd ağ rəngli sellofan torbanın içindən üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış bir ədəd bükülü halında olan külli miqdarda, yəni ümumi çəkisi 2133 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya, bir ədəd bükülü halında olan külli miqdarda, yəni çəkisi 2042 qram olan narkotik vasitə hesab edilən tiryəkə, doxsan dörd list olmaqla, hər birində 10 (on) ədəd üzərində “Methadone 40” sözləri yazılan, ümumilikdə 940 (doqquz yüz qırx) ədəd olmaqla külli miqdarda, yəni ümumi çəkisi 591 qram tərkibində narkotik vasitə hesab edilən metadon maddəsi olan həblərə bənzər kütlələr olması və bir ədəd ümumi çəkisi 219 qram olan soyuq silah edilən beşbarmağa bənzər əşyanın olduğu müəyyən olmuşdur. Şəxsi axtarış zamanı aparılan videoçəkilişi özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 26-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi X12 18/37-38 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...cibindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,057 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir; üzərində: “...Təqsirləndirilən şəxs təqdim etdiyi....tiryəkə bənzər....” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi 1800,0 qram olan tünd qəhvəyimtil rəngli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir; üzərində: “..Təqsirləndirilən şəxs təqdim etdiyi... marixuanaya bənzər...” sözləri yazılmış sintetik torbada olan 01 ədəd polietilen torbada təmiz çəkisi 2100,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonrakı narkotik vasitə olan heroinin 0,037 qram qalığı, tiryəkin 1799,90 qram qalığı, qurudulmuş marixuananın 2099,90 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik müəyyən edilmişdir (iş vərəqi 41-45). Cəbrayıl Rayon Polis X19 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 63-64). Cəbrayıl Rayon Məhkəməsinin 4(072)-001/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 86-88). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu, 17 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubu, qərar və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 3 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ləğv edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 3 (üç) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olaraq cəzasının sonu xx.xx.2024-cü il tarixinədək müəyyən edilmişdir (iş vərəqi 110-112; 175-176; 179-183; 190- 197). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.3-cü maddələrinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddədə göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən olunur. Cəbrayıl Rayon Polis X19 xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə olunmuş cədvəl və fotocədvəldən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd mobil telefona baxış zamanı həmin telefonun “Honor X6” markalı (smartfon tipli) olmaqla üzərində +**********99 və +**********29 saylı "xxxx" mobil operatoruna aid telefon nömrələri olması, həmin mobil telefonda X11 Virginia şəhərinə aid ərazi kodlu +1 (540) ***-**-** nömrə ilə qeydiyyatdan keçdiyi «WhatsApp» proqramı və qeydiyyatdan keçmədiyi “WhatsApp Business” proqramlarının olduğu müəyyən olunmuşdur. Sözügedən telefonun yaddaş kitabçası, zənglər siyahısı və mesajlar (sms-lər) bölməsinə baxış zamanı yaddaş kitabçasında İran İslam Respublikası mobil operatoruna aid “+98 911 892 3942” nömrəni “Yaşar İr” adı ilə kontakta əlavə etməsi, “WhatsApp” proqramında zənglər və mesajlar aşkar olunmuşdur. İran mobil operatoruna aid “Yaşar İr” adı ilə qeydiyyata aldığı “+98 911 892 3942” mobil nömrəsi Təqsirləndirilən şəxs istifadə etdiyi +1 (540) ***-**** saylı mobil nömrəyə “WhatsApp” proqramı vasitəsilə 10 yanvar 2024-cü il tarixdə, saat 01:42-də 33 saniyəlik, 10 yanvar 2024-cü il tarixdə, saat 01:51-də 55 saniyəlik, 11 yanvar 2024-cü il tarixdə, saat 02:08-də 01 dəqiqəlik, 11 yanvar 2024-cü il tarixdə, saat 02:43-də 29 saniyəlik “səsli zənglər”, 11 yanvar 2024-cü il tarixdə, saat 03:49da, saat 04:13-də, saat 04:30-da, saat 04:32-də, saat 04:33-də, saat 04:34-də, saat 04:35-də, saat 04:36-da “Buraxılmış səsli zənglər”, 11 yanvar 2024-cü il tarixdə, saat 04:37-də 13 saniyəlik “səsli zəng”, 11 yanvar 2024-cü il tarixdə, saat 04:38-də, saat 04:39da, saat 04:41-də, saat 04:42-də, saat 04:42-də, saat 04:42-də, saat 04:43-də, saat 04:56-da “Buraxılmış səsli zənglər”, 11 yanvar 2024-cü il tarixdə, saat 06:14-də “cavabsız video zəng”, 11 yanvar 2024-cü il tarixdə, saat 06:17-də 57 saniyəlik “video zəng”, 11 yanvar 2024-cü il tarixdə, saat 06:19-da 01 dəqiqəlik, 11 yanvar 2024-cü il tarixdə, saat 06:23-də 05 dəqiqəlik “səsli zənglər”, 11 yanvar 2024-cü il tarixdə, saat 18:38-də “Buraxılmış səsli zənglər”, 11 yanvar 2024-cü il tarixdə, saat 19:01-də 02 dəqiqəlik “səsli zəng”, 11 yanvar 2024-cü il tarixdə, saat 21:09-da, saat 21:14-də 05 (beş) dəfə, saat 21:15-də, saat 21:18-də, saat 21:20-də, saat 21:21-də, saat 21:22-də, saat 21:25-də 02 (iki) dəfə, saat 21:29-da 03 (üç) dəfə, saat 21:40-da, saat 21:43-də, saat 21:58-də 03 (üç) dəfə, saat 22:19-da, saat 22:35-də, saat 22:36-da 02 (iki) dəfə “Buraxılmış səsli zənglər”, 11 yanvar 2024-cü il tarixdə, saat 22:36-da 11 saniyəlik “səsli zəng”, 11 yanvar 2024-cü il tarixdə, saat 22:48-də 02 (iki) dəfə “Buraxılmış səsli zənglər”, 11 yanvar 2024-cü il tarixdə, saat 22:50-də 01 dəqiqəlik, saat 23:28-də 24 saniyəlik və saat 23:44-də 18 saniyəlik “səsli zənglər”, 12 yanvar 2024-cü il tarixdə, saat 00:03-də 02 (iki) dəfə, saat 00:08-də, saat 00:09-da 02 (iki) dəfə “Buraxılmış səsli zənglər”, 12 yanvar 2024-cü il tarixdə, saat 00:12də 40 saniyəlik “səsli zəng”, 12 yanvar 2024-cü il tarixdə, saat 00:14-də, saat 00:15-də 02 (iki) dəfə, saat 00:16-da, saat 00:17-də, saat 00:18-də 05 (beş) dəfə, saat 00:19-da, saat 00:20-də 06 (altı) dəfə, saat 00:21-də 06 (altı) dəfə, saat 00:22-də 03 (üç) dəfə, saat 00:23-də, saat 00:25-də 02 (iki) dəfə, saat 00:26-də 03 (üç) dəfə, saat 00:27-də 02 (iki) dəfə, saat 00:29-da 02 (iki) dəfə, saat 00:30-da 05 (beş) dəfə, saat 00:32-də 03 (üç) dəfə, saat 00:33-də, saat 00:35-də, saat 00:36-da, saat 00:37-də “Buraxılmış səsli zənglər”, 12 yanvar 2024-cü il tarixdə, saat 00:38-də 58 saniyəlik “səsli zəng”, 12 yanvar 2024-cü il tarixdə, saat 00:42-də, saat 00:43-də, saat 00:46-da “Buraxılmış səsli zənglər”, 12 yanvar 2024-cü il tarixdə, saat 00:47-də 59 saniyəlik “səsli zəng”, 12 yanvar 2024-cü il tarixdə, saat 00:49-da 03 (üç) dəfə, saat 01:43-də, saat 01:45-də, saat 02:03-də, saat 02:12-də 02 (iki) dəfə, saat 02:13-də, saat 02:29-da, saat 02:32-də, saat 02:33-də 02 (iki) dəfə, saat 02:39-da, saat 02:42-də, saat 02:46-da, saat 03:04-də və saat 03:05-də “Buraxılmış səsli zənglər” olması müəyyən olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs istifadə etdiyi +1 (540) ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” proqramının “Yox olan mesajlar” və ya “süreli mesajlar” bölməsi 24 saatlıq müddətə açıq olduğu üçün onun digər şəxslərlə aralarında olan yazışmalar 24 saatdan sonra silinmiş, lakin zənglərə aid bildirişlərin göründüyü müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus “Honor X6” markalı mobil telefonun kontaktlar (əlaqələr) qovluğuna baxış keçirilən zaman İran islam Respublikasına aid digər nömrələrin olduğu müəyyən edilmiş, həmin nömrələr kontaktlara əlavə edilmiş adlarla birlikdə ayrıca cədvəldə qeyd olunmuşdur. Bundan əlavə, həmin telefonun “Qalereya” adlı qovluğuna baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitə götürdüyü yerə uyğun gələn, yəni yolun sağ tərəfində quraşdırılmış, üzərində “50” rəqəmi yazılmış “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı, daha sonra həmin yol nişanından sağ tərəfdə yerləşən su çəni tərəfə istiqamətlənmiş yaşıl rəngli xətt və həmin su çənini havada saxlayan dirəklərin aşağısında gizlədilmiş ağ rəngli sellofan torbanı göstərən yaşıl rəngli ox ilə işarələnmiş şəkillərin olması, həmçinin pul köçürmələrinə aid çoxlu sayda qəbzlərin şəkillərinin olduğu müəyyən edilmiş, “Google Foto” adlı qovluğunda olan şəkil və videolara baxış keçirilən zaman həmin şəkil və videoların arasında narkotik vasitələrin çəkilərək ayrı-ayrı bükümlər halına gətirilməsi üçün elektron tərəzi və tərəzinin üzərində narkotik vasitələrin olmasın aid şəkillərin olduğu müəyyən edilməklə, həmin qovluğun “Sevimlilər” adlı yarımqovluğuna əlavə edilmişdir. Bundan başqa, həmin telefonda olan “Waze” adlı proqrama baxış keçirilən zaman müəyyən edildi ki, həmin proqramın axtarış bölməsində olan sonuncu axtarılmış və hərəkət edilmiş məkan 39.6962775 N, 48.0673652 S koordinatlar olduğu və həmin koordinatı internet üzərindən axtarış edərkən, həmin məkanın Biləsuvar rayon ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı qəsəbə yaxınlığında yerləşən parkın qarşısı ilə keçən avtomobil yoludur. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Honor X6” markalı telefonda X11 Virginia şəhərinə aid ərazi kodlu +1 (540) ***-**-** nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” proqramı ilə “Yaşar İr” adı ilə kontakta əlavə etdiyi İran İslam Respublikası mobil operatoruna aid “+98 911 892 3942” telefon nömrəsi arasında olan zənglər və yazışmalar, eyni zamanda kontaktlar bölməsində olan İran İslam Respublikasına aid aşkar edilmiş digər mobil nömrələrin, bundan başqa, həmin telefonun qalereyasından aşkar edilmiş narkotik vasitəni götürdüyü yerə aid şəkillər, həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda olan “Waze” proqramındakı sonuncu məkan, eyni zamanda “Google Foto” adlı qovluğundan aşkar edilmiş narkotik vasitələr və onların çəkilərək ayrı-ayrı bükümlər halına gətirilməsi üçün elektron tərəziyə aid şəkillər iş üçün əhəmiyyət kəsb etdiyindən vaxt ardıcıllığı ilə “12” ədəd vərəqədən ibarət A4 formatlı kağıza əks olunub götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 120-134). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstənanası” X32 xx.xx.2024-cü il tarixli, 1412 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır (iş vərəqi 136). Məhkəmə Ekspertizası Mərkəzi X12 18/44 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəməballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet əldədüzəltmə üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır və istifadəyə yararlıdır. Aparılmış tədqiqatın dəyəri 57 (əlli yeddi) manat 40 (qırx) qəpik müəyyən edilmişdir (iş vərəqi 137-140). Məhkəmə Ekspertizası Mərkəzi X12 18/44 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəməbioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan zərfdəki 94 ədəd, üzərində “Methadone 40” göstəricisi olan blister kəsiyində 940 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 37,6 qram təşkil edir. Ekspertiza tədqiqatından sonrakı narkotik vasitə olan metadon həbinin 935 ədəd qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir (iş vərəqi 141-145). Cəbrayıl Rayon Polis X19 xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində bildirmişdir (iş vərəqi 149-154). Cəbrayıl Rayon Polis X19 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 228.4, 234.4.1, 234.4.3-cü maddələrinə tövsif edilmiş və o, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 155-156; 159-161). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X28 Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb, xx.xx.2022-ci ildən “opioid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə beş illik dispanser qeydiyyatındadır (iş vərəqi 184). Sabirabad Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad şəhəri, M.Xəlilov küçəsi, ev 10 ünvanda yaşayır, ailə tərkibi anasından ibarətdir və yaşayış yeri üzrə nümayəndəliyə barəsində yazılı və ya şifahi şikayət daxil olmamışdır, müsbət xasiyyətləndirilir (iş vərəqi 199-200). xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Hublot” markalı qol saatı, bir ədəd üzük, yüz ədəd X6 məxsus saxta, yəni üzərində “geçersiz” sözləri yazılmış 100 (bir yüz) dollarlıq pul əskinası onun anası X10 qaytarılmışdır (iş vərəqi 201). Cəbrayıl Rayon Polis X19 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd ağ rəngli sellofan torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış bir ədəd bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 2100,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın tədqiqatdan sonrakı təmiz çəkisi 2099,90 qram qalığı, bir ədəd bükülü halında olan külli miqdarda, yəni təmiz çəkisi 1800,0 qram olan narkotik vasitə hesab edilən tiryəkin tədqiqatdan sonrakı təmiz çəkisi 1799,90 qram qalığı, hər birində on ədəd olmaqla doxsan dörd listdə üzərində “Methadone 40” sözləri yazılmış, təmiz çəkisi 37,6 qram olmaqla, ümumilikdə 940 ədəd tərkibində narkotik vasitə hesab edilən metadon maddəsi olan həblərin tədqiqatdan sonra qalan 935 ədədi və bir ədəd vurucu-əzici xassəyə malik olan, istifadəyə yararlı, əldədüzəltmə üsulla beşbarmaq (kastet) tipində hazırlanmış soyuq silah hesab edilən predmet maddi sübut kimi tanınmışdır (iş vərəqi 210- 211). Cəbrayıl Rayon Polis X19 xx.xx.2024-cü il tarixli "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, BKC/LGL-1564/24 nömrəli məktubla daxil olmuş CD diskə baxış keçirilməsi barədə protokolundan görünür ki, həmin diskdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********99 və +**********29 saylı mobil telefon nömrələri ilə xx.xx.2023-cü il tarixdə, saat 00:00:00-dan xx.xx.2024-cü il tarixə, saat 23:59:59-a kimi aparılan danışıqlara dair məlumatlar, sms-lər siyahısı, sms mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar göndərilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki. həmin diskə səkkiz ədəd qovluq əlavə edilmişdir. Diskdə olan birinci qovluq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** nömrəli mobil telefona daxil olmuş yazılı mesaj mətnlərindən bəhs edir. Həmin qovluqda olan mesajlara baxış zamanı Təqsirləndirilən şəxs göndərilmiş mesajlardan narkotik vasitələrin alqı-satqısına dair yazılmış mesaj mətnləri müəyyən edildiyi üçün həmin mesajlar seçilərək tarix ardıcıllığı ilə qeyd olunmuşdur: STAR FROM TO SMS TEXT T DATE MSİSDN MSİSDN xx-xx-2023 +**********42 +**********29 Qardawin bawina doner sen olenlerin 18:36:35 qebri gucun catdigi geder cekisin deqiq ele hec olmasa 3-4 gun bes elesin xx-xx-2023 +**********89 +**********29 X52 Gozlemekd, o X53 Gel 55 X59 Ya 06:13:33 Gozleyim meni Giceley Qoyma, menem Gece 5 De Gelib 6 X44 Bedbext xx-xx-2023 +**********89 +**********29 Eger O X34 X29, and X35 X60 12:21:47 Salamda Vermeyecem, menim X30, duran X74 xx-xx-2023 +**********89 +**********29 X61 Rasxod ,aqa O X24 Meni 06:00:27 Gecikdirdin 70 Manat Getdi 1 Geceye,yeni İmkan Varsa O X62 X63 Cetin Qala xx-xx-2023 +**********89 +**********29 X25 Suya, bu Raqifin Telefonudu, 21:54:14 gecikdiyime X75 Oldu, azi X54, gece X66 Alacam Onu, xx-xx-2023 +**********89 +**********29 X26 Kesirsen. X45 X36 X76 X55 Halal 05:15:33 Xowum ,he X77 Diyirem; Men 30 Manat xx-xx-2023 +**********89 +**********29 la Hereket Edende. X73 Vurduqum 05:15:38 Maldan 6 X16 Durub Verirdim ,az X40 X48 X49, xx-xx-2023 +**********89 +**********29 bes X67 Mene 02 X37 X68 Verisen 05:15:54 ,neyse X20 X38! xx-xx-2023 +**********89 +**********29 X64 X69 X56 X78 ? 06:15:22 xx-xx-2023 +**********89 +**********29 90 Manata 1.2 Qoymusan, sen 3 X50 07:09:17 X41 İteleyirsen. X70 X46 X57 ,men X71 Pul 90? xx-xx-2023 +**********37 +**********29 İndi ne oldu niye sondurdun ? prajalka 01:54:49 bawladi ? men diyirdim prajalka temiz qutardi day dime yeni bawlayirmiw neyney yataram lomka xx-xx-2023 +**********37 +**********29 ay imanun olsun dene yaziqame men 23:36:15 risk edirem burda 08 yoxdu amanat xx-xx-2023 +**********37 +**********29 aqa nece olacaq bu tema? men bu 03:01:46 amanatla qalsam ubutka oldacam, bunu vuracam 2 cetim qalib. axir vaxtlar ozumu qaz kimi hiss edirem . xx-xx-2023 +**********37 +**********29 bir kardew kardewim .siniyor ne diye? 19:25:56 torpaq oy oy oy .aqa ceddun hakqi lomkayam gelim amanata xx-xx-2023 +**********37 +**********29 prajalkani nizami kimi adam bir defe 09:34:02 verirdi .sense ebedi prajalka verirsen .ele et prajalkaya duwme xx-xx-2023 +**********37 +**********29 qaqa adam var onada gotrecem ordan 09:49:13 mene pul qalir .oda qacir uje gelmedin? xx-xx-2023 +**********27 +**********29 Qardas meni aqrldan niye oldurusen 22:57:56 yeke oqlansan menim elimde pulum Bundan başqa, diskdə olan üçüncü qovluq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon vasitəsilə göndərilmiş yazılı mesaj mətnlərindən bəhs edir. Həmin qovluqda olan mesajlara baxış zamanı Təqsirləndirilən şəxs göndərdiyi mesajlardan narkotik vasitələrə dair yazılmış mesaj mətnləri müəyyən edildiyi üçün həmin mesajlar seçilərək tarix ardıcıllığı ilə qeyd olunmuşdur: STAR FROM TO SMS TEXT T DATE MSİSDN MSİSDN xx-xx-2023 +**********99 +**********31 Nagarsan? Hardasan? Senol pulda var 06:40:44 mene 1dene amanat Verde mene xx-xx-2023 +**********99 +**********56 Salam Emioglu netersen bibi yemey 23:08:46 gondermisdi 1 qab butoy yiqdim acmadin narahat oldum vaxt tap yiq meni gozdeyirem xx-xx-2023 +**********99 +**********06 Bakidayam gunorta ya qayidacam 08:07:38 verecem amanatdi pul vurmusan yer desinler goturub qayidiram dunende 400manati firlatdilar Zaryatkam yoxdu burdan cixanda deyecem xx-xx-2023 +**********99 +**********14 Senol rayonda deyilem gelim qardashin 10:28:54 pay eder xx-xx-2023 +**********99 +**********14 Gel verim balaca ged elə mendede 17:14:34 vəziyyət pisdi xx-xx-2023 +**********99 +**********21 Bomba fursetdi 10 idi 320manata atirdı 20:45:37 ustune 1das 10kol+1das 320 xx-xx-2023 +**********99 +**********21 verirdi danisdim 1das 11 kola 320 m 20:45:38 Bundan başqa, diskdə olan dördüncü qovluq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona daxil olmuş yazılı mesaj mətnlərindən bəhs edir. Həmin qovluqda olan mesajlara baxış zamanı Təqsirləndirilən şəxs göndərilmiş mesajlardan narkotik vasitələrin alğı-satqısına dair yazılmış mesaj mətnləri müəyyən edildiyi üçün həmin mesajlar seçilərək tarix ardıcıllığı ilə qeyd olunmuşdur: STAR FROM TO SMS TEXT T DATE MSİSDN MSİSDN xx-xx-2023 +**********03 +**********99 Agam pis dilxoram senol weyde 20:41:27 duzeldi agam xx-xx-2023 +**********03 +**********99 Lomkyam mohkem 20:41:43 xx-xx-2023 +**********03 +**********99 Emoglu alnmrsa mene he yox de 5 21:04:25 manatim var gedim bawma care qilim agrnam seno emoglu xx-xx-2023 +**********89 +**********99 X79 35 Deyqedi Daniwdiqimiz ,15 Dq 02:04:29 Demiwdin .X31 X42 Meni Otuwdur ,he X47 xx-xx-2023 +**********89 +**********99 A Hecne, imkan X58 Cet Ver. 02:22:20 Veziyetden Cixim, mene Borc Olsun. Yada Mene 20 X65 Temiz Yari, birce Defe Aqa O X23 xx-xx-2023 +**********89 +**********99 X43 X72 Elimde 21:37:02 xx-xx-2023 +**********89 +**********99 X51 Oldu 23:02:07 xx-xx-2023 +**********11 +**********99 Seyid yari lazimdi varundi pulun 11:09:10 verirem xx-xx-2023 +**********21 +**********99 Qardawm cvb verde mene eger 22:11:51 cixmamsansa 20 list derman atacaqlae gitrerdjn xx-xx-2023 +**********13 +**********99 Miri yanimda adam var idi deye 23:49:03 utandim demeye sabah günorta Elnur pul atacaq mene imkan varsa mene 1 qam daw ver 150 manatin sabah catacaq Anam Anan cani xx-xx-2023 +**********16 +**********99 aqa cemi 17manat pulum var ,indi 23:21:59 fikirlew 3.5 maldan 380 manat pul cixardim i plus raqifde eleyib mende. qardaw cani yoxdu 17 cibdedi xx-xx-2023 +**********16 +**********99 var yoxun sikim malda yoxdu iki gundu 23:28:41 gelirem diye diye son qepiye kimi atdim nol uc heresinden qalmiwdi saxladim sen gelene kimi. oyda sen gelmedin ind xx-xx- +********** +********** Əmi oglu soyuqdu lomkadayam. 2024 07 99 uzaqdasan? 22:24:48 xx-xx-2024 +**********07 +**********99 Keciləsi deyilde bu sənə deyirem 22:46:46 lomacikiqdi. teki salamatciliq olsun (iş vərəqi 213-217). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X28 X21 X13 xx.xx.2024-cü il tarixli, 1034A nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlər və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 218-219). Şirvan Şəhər Polis X14 “sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin və inzibati materialın ayrılması barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; onun üzərindən aşkar edilib götürülmüş bir ədəd “Honor X6” markalı mobil telefon, həmin telefonda vaxt ardıcıllığı ilə köçürülmüş zənglər və yazılı mesajlar, eyni zamanda narkotik vasitələr və digər iş üçün əhəmiyət kəsb edən ekran şəkillərinin əks olunduğu A4 formatlı 12 (on iki) ədəd vərəq, istifadəsində olmuş mobil telefon nömrələri ilə aparılan danışıqlara dair məlumatların əks olunduğu bir ədəd CD disk, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı bir ədəd DVD disk maddi sübut hesab edilmiş; zənglərlə birlikdə yazılı mesajların əks olunduğu vərəqlərin və disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış; üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr və soyuq silah hesab edilən predmetin mənbəyinin, eləcə də onu hadisə yerinə gətirmiş “AzSamand” markalı avtomobili idarə edən şəxsin hazırki cinayət işi ilə əlaqəsinin olubolmamasını müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmış; üzərindən 0,057 qram narkotik vasitə olan heroinin aşkar edilməsi faktına görə hazırki cinayət işindən ayrıca icraata inzibati material ayrılmış və aidiyyatı üzrə göndərilmişdir (iş vərəqi 225-252; 254-256; 263-264). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş, adına tibbi kitabça açılmış, müayinə zamanı sağ körpücük nahiyəsində köhnə çapıqlar, hər iki aşağı ətraflarda postineksion yaralar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 15 (on beş) saat 30 (otuz) dəqiqə həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmaması, sosial şəbəkə vaitəsi ilə tanış olduğu X17 vətəndaşından şəxsi istifadəsi üçün “Methadone 40” həbi istəməsi, Yaşarın da İmişli rayonunun ərazisində yerləşən “Şəkər zavodu”nun yanına gəlməsini və ona dərman verəcəyini bildirməsi, 11 yanvar 2024-cü il tarixdə axşam saatlarında həmin yerə gəlməsi və avtomobildən düşüb narkotik vasitənin qoyuluğu yeri axtarakən saat 21-22 radələrində dörd maşında olmaqla on iki-on üç nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq Cəbrayıl Rayon Polis Şöbəsinə aparılması, şöbədə işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyi bildirildiyi üçün razılaşaraq sənədləri imzalaması, lakin sonradan işinin ona göstərilən təsir və təzyiq nəticəsində həmin Məcəllənin digər maddələrinə tövsif olunması, İranlı adı ilə onunla əlaqə saxlayan “Yaşar” adlı adamın Cəbrayıl Rayon Polis Şöbəsinin Elşad adlı əməkdaşının olması, vəkili gələnə qədər ona psixoloji və fiziki təzyiqlər göstərilməsi, rəis və yaxud rəisi müavini Elşad adlı şəxsin onun qarşısına, yəni, stolun üzərinə sellofan torba qoyub, onların dedikləri ilə razılaşmadığı təqdirdə ailə üzvlərini gətirib məsuliyyətə cəlb edəcəklərini bildirməsi, həmin torbanının içərisində nə olduğunu bilməməsi, sonradan içərisində “nəşə” və beşbarmaq olmasını bilməsi, ümumiyyətlə tutulana qədər onda hər hansı silah olmaması, İranlı ilə ona yalnız beş listdə metadon həbi göndərməsi barədə razılaşması, istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilərkən aşkar olunan xəsarətlərlə bağlı döyüldüyünü bildirməsi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür) aşkar olunmuş narkotik vasitələr və soyuq silah hesab edilən predmetlə (beşbarmaq) bağlı hər hansı narazılıq bildirməmiş, əksinə üzərindən aşkarlanan az miqdarda heroini Bakı şəhəri, Suraxanı rayonu. Bülbülə qəsəbəsində yerdən tapdığını, sellofan torbadakı narkotik vasitələr və beşbarmağı isə götürdükdən sonra istənilən yerdə yol nişanının yanına qoyub iranlı Yaşara məkan koordinatı göndərməli olduğunu səmimi etiraf etmiş, ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən kimi verdiyi ifadələrində də eyni məzmunlu ifadələr verərək, əlavə olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor tətbiq edilmədiyini və başqa bir təsir göstərilmədiyini bildirmişdir. O, hətta ifadələrində bildirdiyi xüsusatları ifadəsi hadisə yerində yoxlanılarkən bir daha təsdiq etməklə göstərmişdir. Bundan başqa, o, Cəbrayıl Rayon Məhkəməsinin barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmədə özünü təqsirli bilərək, törətdiyi əməldən peşiman olduğunu bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitələr və soyuq silah hesab olunan beşbarmaq barədə məhkəmə-bioloji, məhkəmə-kimyəvi və məhkəmə-ballistik ekspertizalarının rəyləri ilə tanış olarkən hər hansı bir vəsatəti və ya şikayəti olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təsir və təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə ilkin izahatında, şübhəli şəxs, təqsirləndirilən kimi verdiyi ifadələrində, habelə Cəbrayıl Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilərkən polis əməkdaşları tərəfindən saxlanılıb bölməyə gətirilərkən və sonrakı mərhələlərdə ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamasını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olduğu zaman fiziki və psixi təsir, təzyiqlərə məruz qalması barədə deməsinə əsasən onun saxlanılandan sonra istintaq təcridxanasına aparıldığı vaxt üzərində xəsarət olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə verilmiş sorğuya alınmış cavabda göstərilmişdir ki, onda müayinə zamanı sağ körpücük nahiyəsində köhnə çapıqlar, hər iki aşağı ətraflarda postineksion (inyeksiya nəticəsində yarana bilən) yaralar aşkar olunmuşdur ki, bu yaralar da döymə nəticəsində əmələ gələ bilməz. Bundan əlavə, təqsirləndirilən şəxs özü də istintaq təcridxanasına daxil olarkən aparılmış tibbi müayinə zamanı zədə almadığını bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiq və ya təsirlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir və ya təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd mobil telefona baxış zamanı aparılmış videoçəkilişdən məlum olmuşdur ki, həmin telefonda olan mobil nömrələrlə telefonun kontaktında “Yaşar İr” adı ilə qeyd olunmuş, habelə digər nömrələr arasında dəfələrlə zənglər, həmçinin “WhatsApp” zəngləri, sms-lər olmuş, yazılı mesaj mətnlərində narkotik vasitələrin alqı-satqısına dair yazılmış sms-lər müəyyən edilmişdir (bu barədə hökmün təsviri hissəsində geniş əks olunmuşdur). Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan narkotik vasitələrin qurudulmuş marixuana, tiryək, metadon kimi müxtəlif növdə olmaları, çəkiləri narkotik vasitələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində isə satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 14-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində milli geyim ləvazimatı hesab olunduğu ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silahlara konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan (nizə, döyüş baltası və s.), eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunsaklar, gürzlər, toppuzlar və s.) aid edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 102 və 146cı bəndlərinə əsasən tiryək və marixuana dövriyyəsi qadağan olunmuş, İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrdir; Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana külli miqdar; 111-ci bəndinə əsasən təmiz halda 1,6 qramdan 160 qramadək çəkidə metadon xeyli miqdar; 182-ci bəndinə əsasən təmiz halda 50 qramdan 5.000 qramadək çəkidə narkotik vasitə tiryək xeyli miqdar təşkil edir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bu mənada, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələr və psixotrop maddələrin satışında təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğu üçün peşimançılıq çəkməsini, anasının xəstə olmaqla qulluğa ehtiyacının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin və soyuq silah əldə etməsinə nəzərən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən, tamah məqsədilə törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara (residivin olması) əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının (Xəzər Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş və 09 avqust 2023-cü il tarixdə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olaraq cəzasının sonu 10 iyul 2024-cü il tarixinədək müəyyən edilmişdir) çəkilməmiş qalan hissəsi Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə, yəni hökmlərin məcmusu qaydasında hazırki hökmlə ona təyin edilən cəza ilə qismən birləşdirilməklə, üzərində qəti cəza müəyyənləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6 və 76.6.3-cü maddələrinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddənin tələbinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.2 və 15.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər hesab olunur. Eyni zamanda onun əməllərində cinayətin residivi müəyyən olunmuşdur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən 1 (bir) ədəd bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 2100,0 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananın tədqiqatdan sonrakı təmiz çəkisi 2099,90 qram qalığı, 1 (bir) ədəd bükülü halında olan külli miqdarda, yəni təmiz çəkisi 1800,0 qram narkotik vasitə hesab edilən tiryəkin tədqiqatdan sonrakı təmiz çəkisi 1799,90 qram qalığı, hər birində on ədəd olmaqla doxsan dörd listdə üzərində “Methadone 40” sözləri yazılmış, təmiz çəkisi 37,6 qram olmaqla, ümumilikdə 940 ədəd tərkibində narkotik vasitə hesab edilən metadon maddəsi olan həblərin tədqiqatdan sonra qalan 935 ədədi və bir ədəd vurucu-əzici xassəyə malik, istifadəyə yararlı, əldədüzəltmə üsulla beşbarmaq (kastet) tipində hazırlanmış soyuq silah hesab edilən predmet məhv edilməli; Təqsirləndirilən şəxs məxsus bir ədəd “Honor X6” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı; həmin telefonda vaxt ardıcıllığı ilə köçürülmüş zənglər və yazılı mesajlar, eyni zamanda narkotik vasitələr və digər iş üçün əhəmiyət kəsb edən ekran şəkillərinin əks olunduğu A4 formatlı 12 (on iki) ədəd vərəq, mobil telefon nömrələri ilə aparılan danışıqlara dair məlumatların əks olunduğu bir ədəd CD və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı bir ədəd DVD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 202 (iki yüz iki) manat 30 (otuz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 12 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edildiyi 3 (üç) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə, yəni hökmlərin məcmusu qaydasında hazırki hökmlə ona təyin edilən cəza ilə qismən birləşdirilməklə, o, qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 202 (iki yüz iki) manat 30 (otuz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən 1 (bir) ədəd bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 2100,0 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananın tədqiqatdan sonrakı təmiz çəkisi 2099,90 qram qalığı, 1 (bir) ədəd bükülü halında olan külli miqdarda, yəni təmiz çəkisi 1800,0 qram narkotik vasitə hesab edilən tiryəkin tədqiqatdan sonrakı təmiz çəkisi 1799,90 qram qalığı, hər birində on ədəd olmaqla doxsan dörd listdə üzərində “Methadone 40” sözləri yazılmış, təmiz çəkisi 37,6 qram olmaqla, ümumilikdə 940 ədəd tərkibində narkotik vasitə hesab edilən metadon maddəsi olan həblərin tədqiqatdan sonra qalan 935 ədədi və bir ədəd vurucu-əzici xassəyə malik, istifadəyə yararlı, əldədüzəltmə üsulla beşbarmaq (kastet) tipində hazırlanmış soyuq silah hesab edilən predmet məhv edilsin; Təqsirləndirilən şəxs məxsus bir ədəd “Honor X6” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın; həmin telefondan vaxt ardıcıllığı ilə köçürülmüş zənglər və yazılı mesajlar, eyni zamanda narkotik vasitələr və digər iş üçün əhəmiyət kəsb edən ekran şəkillərinin əks olunduğu A4 formatlı 12 (on iki) ədəd vərəq, mobil telefon nömrələri ilə aparılan danışıqlara dair məlumatların əks olunduğu bir ədəd CD və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı bir ədəd DVD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-460/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-460/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver