Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-461/2022 22.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1985-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 35-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-23,899 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb, daşıyaraq yaşadığı ünvan 1 ünvanına aparmış, daha sonra satışını realizə etmək üçün heroinin 9,808 qram hissəsini üzərində, 14,091 qram hissəsini yaşadığı evdə olan qaz sobasının altında gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra BNMİ-nin) əməkdaşları tərəfindən 27 aprel 2022-ci il tarixdə, saat 19 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Hüseynov küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə 9,808 qram heroin aşkar edilib götürüliüş, habelə onun yaşadığı Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 35 ünvanında olan evinə baxış zamanı evin otağında olan qaz sobanın altından bir ədəd bükümdə 14,091 qram heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 35 ünvanında yaşayır, heç bir yerdə işləmir. Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də marixuanadan istifadə etmişdir. Əvvəllər bir dəfə, 2018-cildə istifadəsi üçün narkotik maddə əldə edib saxladığına görə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 2020-ci ilin may ayında cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 27 aprel 2022-ci il tarixdə, axşam saatlarında Salyan rayonun “Plasmas” qəsəbəsində küçə ilə hərəkət edərkən iki nəfər polis əməkdaşı onu tutub yaşadığı ünvana (ünvan 2alar da, üstündə narkotik tapmamışlar. Həmin vaxt evdə 19 yaşlı qardaşı olmuş, polislər onu evdən çıxarmış, sonra özləri evə daxil olmuşlar. Evinə aparılan vaxt polislər onu maşında saxlamış, özü evə girməmiş, polis əməkdaşları evə girib özlərinin qoyduqları narkotiki götürüb çıxmış, sonra onu polis şöbəsinə aparmışlar. Bir az sonra qardaşı oğlu Ülvini də evdə tutub onun yanına, polis şöbəsinə gətirmişlər. Polis şöbəsində polis əməkdaşları qarşısına iki bükümdə heroin qoyub ona məxsus olmasını, həmin heroini üzərindən və yaşadığı evdən götürdüklərini demiş, o isə həmin heroinin ona məxsus olmamasını bildirmişdir. Həmin vaxt polis əmkdaşları ona qarşı təzyiqlər edərək üzərinə və yaşadığı evə qoyulmuş heroini boynuna götürməsini tələb etmiş, əks halda qardaşı oğlu Ülvini də ona qoşacaqlarını demiş, bundan sonra o, üzərində və yaşadığı ünvanda aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirmişdir. Əslində isə tutularkən üzərində, həmçinin yaşadığı evdə heroin olmamış, üzərindən və yaşadığı evdən götürülmüş heroin ona məxsus deyil, həmin heroini üzərinə və yaşadığı evə polislər qoymuşdur. Tutulandan sonra polis əməkdaşları ona qarşı təzyiqlər edərək üzərinə və yaşadığı evə qoyulmuş heroini boynuna götürməsini tələb etdiyindən, həm də qardaşı oğlu Ülvini də ona qoşacaqlarını dediklərindən o, üzərində və yaşadığı ünvanda aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirmişdir. Sonradan istintaq zamanı da ona qarşı olan təzyiqlərə görə eyni ifadə verərək üzərində və yaşadığı evdə aşkar olunmuş heroinin özünə məxsus olmasını demişdir. Polis əməkdaşlarının ona qarşı etdikləri zorakılıq barədə heç bir yerə şikayət etməmişdir. O, narkotik maddələrdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamış və narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 27 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Salyan şəhəri, Ə.Hüseynov küçəsi ilə yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən polis əməkdaşları onu saxlayıb X2 dövriyyəsində şübhəli olduğunu bildirib Salyan RPŞ-nə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış olmuş, həmin vaxt özü əynindəki şalvarın cibindən içərisində heroin olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisindən heroin aşkar olunmuşdur. Həmin heroin kütləsi elektron tərəzidə çəkilmiş, qablaşdırılıb polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş heroinin qalan hissəsinin yaşadığı ünvanda olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən özünün və müdafiəçinin iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin girişindəki otaqda olan istilik qaz sobasının altında gizlətdiyi bir ədəd sellefan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Baxış zamanı həmin bükümün içərisində heroin olduğu müəyyən edilmişdir. Aşkar olunan heroin elektron tərəzidə çəkildikdə çəkildikdən sonra qablaşdırılıb polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən və yaşadığı evdən aşkar olunmuş heroini bir həftə əvvəl Salyan şəhərindəki avtovağzal ərazisində yerdən tapdığını, həmin heroini həm öz istifadəsi üçün, həm də dost-tanışı istəyərkən onlara pay vermək üçün bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı evdə saxladığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, elan olunmuş ifadələrində göstərilən, yəni aşkar olunmuş heroini bir həftə əvvəl Salyan şəhərində, avtovağzal ərazisində yerdən tapdığını, həmin heroini həm öz istifadəsi üçün, həm də dost-tanışa pay vermək üçün üzərində saxladığını, həmçinin tapdığı heroinin bir hissəsini yaşadığı evdə saxlamasını bildirməsinə dair ifadələrində yazılanları təsdiq etmir. O, tutularkən üzərində, həmçinin yaşadığı evdə heroin olmamış, üzərindən və yaşadığı evdə aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini üzərinə və yaşadığı evə polis əməkdaşları qoymuşdur. O, tutulduqdan sonra polis əməkdaşları ona qarşı təzyiqlər edərək üzərinə və yaşadığı evə qoyulmuş heroini boynuna götürməsini tələb etmiş, əks halda qardaşı oğlu Ülvini də ona qoşacaqlarını dediklərinə görə o, üzərində və yaşadığı evdə aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirmişdir. O, narkotik maddələrdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilən ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, BNMİ-nin əməkdaşıdır. 27 aprel 2022-ci ildə Salyan şəhəri sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, həmçinin onların dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış və həmin gün saat 19 radələrində əməliyyat-axtarış tədbiri keçirilərək Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında küçədə (Salyan şəhərin Ə.Hüseynov küçəsində) saxlanılıb ona X2 dövriyyəsində şübhəli olduğunu bildirilib Salyan RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən bir büküm çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını billdirmişdir. Həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin heroin olduğunu, həmin heroini bir həftə əvvəl Salyan şəhərində, avtovağzal ərazisində yerdən tapdığını, aşkar olunmuş heroini həm öz istifadəsi üçün, həm dost-tanışa pay vermək üçün üzərində saxladığını, həmçinin tapdığı heroinin bir hissəsini yaşadığı evdə saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən vəkilin (müdafiəçinin) və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə (Salyan şəhəri, Ə.Hüseynov küçəsi ev 35-ə) baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs otaqdakı qaz sobasının altından bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, həmin heroini və üzərində aşkar olunmuş heroini bir yerdə bir həftə əvvəl Salyan şəhərində, avtovağzal ərazisində yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və evinə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Salyan şəhərində, əmisi Təqsirləndirilən şəxslə eyni ünvanda, bir evdə yaşayırlar. 27 aprel 2022-ci il tarixdə axşam saatlarında evdə tək olmuş, həmin vaxt bir qrup polis əməkdaşları evə gəlib evdə narkotik maddə axtarmış, bu zaman bir nəfər polis əməkdaşı cibində bir büküm narkotik çıxarıb evdən tapdığını demişdir. Həmin vaxt o, narkotik maddənin ona məxsus olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onu tutub maşına mindirib Bakı şəhərinə tərəf aparmış, lakin yolda maşını geri döndərib onu rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində bilmişdir ki, əmisi Şöhrəti də polislər tutmuşdur. Sonra polis şöbəsində narkotiklə bağlı o, əmisi ilə şifahi qaydada üzləşdirilmiş, həmin vaxt əmisi Şöhrət narkotikin özünə məxsus olmasını demişdir. Güman edir ki, polislər əmisi Şöhrətə təzyiqlər etdiyi üçün, həm də onu (Şahid3) tutacaqlarını dediklərinə görə əmisi Şöhrət evdən aşkar olunmuş narkotikin özünə məxsus olmasını deməyə məcbur olmuşdur. Polis əməkdaşları onu tutarkən əmisi Şöhrət evdə olmamış, əmisi Şöhrətin harada hansı şəraitdə tutulması barədə məlumatı yoxdur. İşdə olan, BNMİ-nin əməkdaşının 27 aprel 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuşdur. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 27 aprel 2022-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Salyan Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 27 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan, BNMİ-nin əməkdaşının 15 mart 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, daxil olmuş əməliyyat məlumatı əsasında CBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 35 ünvanın yaxınlığında saxlanılıb Salyan RPŞ-nə aparılmışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə BNMİ-nin təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən müdafiəçi Zaur Məmmədovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bükümün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində heroin olduğunu və həmin heroini Salyan rayonu ərazisində, avtomobil vağzalının yanından tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin yaşadığı ünvanda da həmin heroinin bir hissəsinin saxladığını bilirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və götürmə haqqında” 27 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə BNMİ-nin təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən müdafiəçi Zaur Məmmədov və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşıdığı Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 35 ünvanında olan evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin otağında quraşdırılmış istilik qaz sobanın altından bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bükümün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində heroin olduğunu və həmin heroini Salyan rayonu ərazisində, avtomobil vağzalının yanından tapdığını və özünün şəxsi istifadəsi üçün evində saxladığını bilirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş və baxışla bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “... şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazısı və imzalar olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 9,808 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “... şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə” yazısı və imzalar olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 14,091 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 23,899 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra cəmi qalıq heroin 23,699 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 14 may 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra ayrı-ayrı qablaşdırılmış cəmi qalıq- 23,699 qram heroin maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 30 may 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, xəstəxananın poliklinika şöbəsinin narkoloji kabitenində Təqsirləndirilən şəxs 2018-ci ildən “Tiryək narkomaniyası” diaqnozu ilə qeydiyyatda dayanır. İşdə olan, “Cinayət işin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 17 iyun 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından narkotik maddənin əldə edilmə mənbəyi barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutularkən üzərində, həmçinin yaşadığı evdə narkotik maddənin olmaması, üzərindən və yaşadığı evdə aşkar olunmuş heroinin ona məxsus olmaması, həmin heroini üzərinə və yaşadığı evə polis əməkdaşlarının qoyması, tutulduqdan sonra polis əməkdaşların ona qarşı təzyiqlər edərək üzərinə və yaşadığı evə qoyulmuş heroini boynuna götürməsinin tələb olunması, əks halda qardaşı oğlu Ülvini də ona qoşacaqlarının deyilməsinə görə üzərində və yaşadığı evdə aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirməsi, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində və yaşadığı evdə saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutularkən üzərində, həmçinin yaşadığı evdə narkotik maddənin olmaması, üzərindən və yaşadığı evdə aşkar olunmuş heroinin ona məxsus olmaması, həmin heroini üzərinə və yaşadığı evə polis əməkdaşlarının qoyması, tutulduqdan sonra polis əməkdaşların ona qarşı təzyiqlər edərək üzərinə və yaşadığı evə qoyulmuş heroini boynuna götürməsinin tələb olunması, əks halda qardaşı oğlu Ülvini də ona qoşacaqlarının deyilməsinə görə üzərində və yaşadığı ünvanda aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən və yaşadığı evdən aşkar olunmuş heroinin özünə məxsus olması göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Həmçinin Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları, yəni əmisi Təqsirləndirilən şəxslə eyni ünvanda, bir evdə yaşaması, 27 aprel 2022-ci il tarixdə axşam saatlarında evinə bir qrup polis əməkdaşının gələrək evdə narkotik maddə axtarmaları, bu zaman bir nəfər polis əməkdaşının cibindən bir büküm narkotik çıxarıb evdən tapdığını deməsi, polislərin əmisi Şöhrətə təzyiqlər etdiyi üçün, həm də onu (Şahid3) tutacaqlarını dediklərinə görə əmisi Şöhrətin evdən aşkar olunmuş narkotikin özünə məxsus olmasını deməyə məcbur olmasını güman etməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, şəxsi axtarış və baxışla bağlı protokollar və videoçəkilişlər, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənədlərlə, o cümlədən şəxsin yaşayış ünvanına aid sənədlərlə (həmin sənədlərdə Şahid3 ünvan 5-də Təqsirləndirilən şəxs isə Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 35-də yaşaması göstərilir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə tam təkzib olunduğundan məhkəmə Şahid3 həmin ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini sübut kimi qəbul etmir və onun bu ifadəsi törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim edilməsi kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 23,899 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda heroinin bir hissəsini yaşadığı ünvanda gizlədib saxlaması, bir hissəsini isə yaşadığı ərazidə küçədə üzərində saxlayıb daşıması onun həmin narkotik maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu vaxtdan-27 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmü və qararının surətləri ilə müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 15 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş və 07 iyul 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün icra orqanında müvafiq qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkib qurtardığı gündən bir il keçdikdən məhkumluğu olmayan hesab edilir) 01 iyun 2018-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edlimiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs olsa da, onun əməlində cinayətin residivi yoxdur. İşdə olan, Salyan rayon İHB-nın Salyan şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Hüseynov küçəsi ev 35-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə müsbət xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsnin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə onun yaşadığı ərazi üzrə xəstəxananın poliklinika şöbəsinin narkoloji kabitenində “Tiryək narkomaniyası” diaqnozu ilə qeydiyyata alınması nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmış cəmi 23,699 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə onun yaşadığı ərazi üzrə xəstəxananın poliklinika şöbəsinin narkoloji kabitenində “Tiryək narkomaniyası” diaqnozu ilə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmış cəmi 23,699 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-114 (bir yüz on dörd) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-461/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-461/2022
22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver