Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-461/2024 31.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər – Əliyev Əli Abdulla oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Niyammədin qızı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid, Təqsirləndirilən şəxs, müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri Melerator qəsəbəsi, ev 1, mənzil 15 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının əvvəllərində saat 15 radələrində İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən Şahid məxsus fərdi yaşayış evinin yataq otağında on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olaraq onun qızlıq pərdəsinin tamlığını pozmuş, bu hadisədən iki gün sonra, 2023-cü ilin iyul ayının əvvəllərində saat 15 radələrində İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən Şahid məxsus fərdi yaşayış evinin yataq otağında on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında arxa keçəcək dəliyi, yəni anal dəliyindən qeyri-təbii yolla cinsi əlaqədə olaraq təkrar seksual xarakterli digər hərəkətlər etmiş, bundan sonra 2023-cü ilin iyul ayının sonlarınadək müxtəlif günlərdə günorta saatlarında İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən Şahid məxsus fərdi yaşayış evinin yataq otağında on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təbii yolla təkrar iki dəfə, arxa keçəcək dəliyi, yəni anal dəliyindən qeyri-təbii yolla təkrar dörd dəfə, sonuncu dəfə isə 2023cü ilin iyul ayının sonlarında, eyni gündə günorta saatlarında təbii yolla bir dəfə, arxa keçəcək dəliyi, yəni anal dəliyindən qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olmaqla, Zərərçəkmiş şəxs ilə təkrar cinsi əlaqədə olmuş və ona qarşı təkrar seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər İmişli rayonunda komputer klubu işlətmiş, Zərərçəkmiş şəxs klubun qarşısında gəlib gedərkən görmüş və orada tanış olmuşdur. Sonradan Zeynəblə aralarında sevgi münasibəti yaranmış və onunla yaxınlıq etməyə başlamışdır. Zeynəbin evinə mütəmadi olaraq gedib gəlmişdir. Zeynəblə ilk dəfə onun evində könüllü cinsi əlaqədə olmuş, Zeynəbin bakirəliyini özü pozmuşdur. Zeynəblə ikinci dəfə öz evində cinsi əlaqədə olmaqla ümumilikdə onunla iki dəfə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Zeynəblə zorla deyil onun öz istəyi ilə cinsi əlaqədə olmuşdur. Zeynəbin evində cinsi əlaqədə olarkən Zeynəbin anası da evdə olmuşdur. Zeynəb ona yaşının 14 olduğunu demişdir. Zeynəblə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Zeynəbin hamilə olduğunu bilməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini təqsirləndirilən şəxs Teymur Gülaliyev törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Teymurla tanış olduqdan sonra sevgi münasibətində olmuşlar. Teymurla olan münasibətindən anası Vüsalənin xəbəri olmuşdur. Vüsalənin evdə olmadığı vaxtlarda Teymur onun yaşadığı evə gəlmiş, həmin vaxt evdə ikisi olmuşdur. Teymur onun boynundan öpmüş, Teymuru kənara itələmişdir. Lakin Teymur ondan əl çəkməmiş, onu yatağa aparmış və öpməyə başlamışdır. Teymur ona cinsi əlaqədə olmaq istədiyini bildirdikdə cavabında cinsi əlaqədə olmayacağını ona demişdir. İlk dəfə Teymurla 2023-cü ilin iyul ayının əvvəllərində günorta vaxtlarında öz evində cinsi əlaqədə olmuşdur. Teymura istəmədiyini desə də, Teymur onunla zorla cinsi əlaqədə olmuş, onun bakirəliyini pozmuşdur. Teymur yalandan onunla evlənəcəyini bildirərək onu aldatmışdır. Sonra Teymurdan hamilə qalmışdır. Bətnində olan uşağı altı aylıq olarkən şam kimi dərmandan istifadə edərək düşürmüşdür. Belə ki, şamı aptekdən ona vermədikləri üçün tanımadığı taksi sürücüsünə müraciət edərək ona uşağı saldırmaq üçün aptekdən həmin şamı aldırmış, sonra evə qayıtmışdır. xx.xx.2023-cü ildə gecə saat 3 radələrində iki ədəd şamı uşaqlıq yoluna yeritmiş, bundan sonra ağrıları başlamışdır, vəziyyəti pisləşdiyi üçün bətnində olan uşağı çıxartmaq üçün İmişli Rayon Xəstəxanasına yollanmış, xəstəxanada uşaq xaric edilmişdir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdjir ki, Teymurla barışmır, ondan şikayətçidir. Teymurla ümumilikdə 4 dəfə cinsi əlaqədə olmuşdur. Bakirəliyi pozulduqdan bir neçə gün sonra 2023-cü ilin iyul ayının əvvəllərində yaşadıqları İmişli rayonu T.İsmayılov küçəsində yerləşən evlərində Teymur onunla arxadan da cinsi əlaqədə olmuşdur. Daha sonra Teymur 2023-cü ilin iyul ayının sonlarında yaşadıqları İmişli şəhəri, T.İsmayılov küçəsində olan evlərində özünün razılığı ilə onunla arxadan cinsi əlaqədə olmuşdur. Teymur onu döymüş, bədənində bıçaq izləri olmuşdur. Həmin günü Teymur onunla qabaqdan da cinsi əlaqəda olmuşdur. Teymurla cinsi əlaqədə olarkən anası Vüsalə evdə olmamış, Teymurun gəldiyindən xəbəri olmamışdır. Teymur ona sonsuz olduğunu, uşağının olmayacağını bildirərək aldatmışdır. Atası Niyaməddin adam öldürdüyünə görə hazırda uzunmüddətli həbsdədir. Teymur cinsiyyət orqanını onun arxasına yeridəndə qan gəlmiş və o, ayaq yoluna keçib hər dəfəsində yuyunmuşdur. Teymurdan başqa heç kimlə cinsi əlaqəsi olmamışdır. Teymur həmin vaxtı onun 14 yaşının tamam olmadığını bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid ifadəsində göstərmişdir ki, o, DİN-nin 102 xidmətinə qızı Zərərçəkmiş şəxs zorlanması və İmişli rayon mərəkəzi xəstəxanasına aparması barədə məlumat vermişdir. Evdə olmadığı vaxtlarda 2023-cü ilin iyul ayının əvvəllərində Teymur onun yaşadığı evə gəlmiş və yaşadığı evdə qızı Zeynəbi yatağa salmış, Zeynəblə zorla cinsi əlaqədə olaraq bakirəliyini pozmuşdur. Zeynəbin onunla cinsi əlaqədə olmaq istəməmədiyinə Teymur məhəl qoymamışdır. Bunları ona qızı Zeynəb danışmışdır. Daha sonra, Zeynəbdən eşitmişdir ki, Teymur onunla yaşadıqları evdə müxtəlif vaxtlarda 3 dəfə cinsi əlaqədə olmuşdur. Qızı Zeynəb həmin cinsi əlaqə nəticəsində Teymurdan hamilə qalmış və 31 oktyabr 2023-cü il tarixdə qızı Zeynəbin halının pisləşdiyini görmüş, onu həkimə gətirəndə hamilə olmasını və bədənində olan dölün 18-19 həftəlik olmasını bilmişdir. Döl və cift qızı Zeynəbin bədənindən xaric olunmuş və ona məlum olmuşdur ki, qızı Zeynəb hansısa tanımadığı taksi sürücüsü vasitəsi ilə aptekdən ona hamiləliklə bağlı dərman alıb gətirməsini istəmiş və qızı həmin dərmanları qəbul etdiyindən bu hal baş vermişdir. Zeynəbin bəkarətinin həkimə gətirilən günə qədər pozulmasını və hamilə olmasını bilməmişdir. Qızı Zeynəbi zorlayan Teymur adlı şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə aparılarkən sonuncu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə dəfələrlə onunla təbii və qeyri təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibb ekspertizasının 04 noyabr 2023-cü il tarixli 827 №-li rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş və pozulma müddəti 2 (iki) həftədən artıqdır. Zərərçəkmiş şəxs 19 həftəlik hamiləlik olmuş və hamiləlik xx.xx.2023-cü il tarixdə İmişli RMX-nin ginekoloji şöbəsində düşüklə nəticələnmişdir. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yola cinsi əlaqədə olmanı göstərən əlamətlər (arxa keçəcək dəliyinin-anal dəliyin açıq olması, şüavari büküşlərin qismən hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsinin-sfinktorun bir qədər boşalması və sair) aşkar edilmiş, lakin arxa keçəcək dəliyinin girəcəyinin selikli qişasında və düz bağırsağın selikli qişasında hər hansı bir xəsarət olmadığı halda müddəti barədə fikir söyləmək mümkün deyildir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə–genetik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/848 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bətnindən xaric edilmiş dölün bioloji atası 99,99% ehtimalla Təqsirləndirilən şəxsdur (eyni yumurta əkizi istisna olmaqla). Məhkəmədə tədqiq edilmiş və işdə olan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 yanvar 2024-cü il tarixli 152 saylı rəyindən görünür: -məhkəmə-psixiatrik ekspertizası üzrə: Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət əməlinin törədildiyi zaman onda hər hansı psixi xəstəlik qeyd olunmamışdır, hazırda hər hansı psixi xəstəlik və əqli gerilik (kəmağıllıq) əlamətləri yoxdur. Öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək, qabiliyyətinə malikdir. İş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. -məhkəmə-psixoloji ekspertizası üzrə: Zərərçəkmiş şəxs əqli və psixi inkşafı, intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təfəkkürlü praktik yönümlüdür, analizetmə, ümumiləşdirmə kimi keyfiyyətləri normaya uyğundur. Nitqi ardıcıl, mühakimələri məntiqlidir. O, iş üçün əhəmiyət kəsb edən halların düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Baş vermiş hadisə ilə əlaqədar onun emosional sferasında hər hansı dəyişiklik (sıxıntı, gərginlik, narahahatçılıq və s.) müəyyən edilmir. Zərərçəkmiş şəxs ünsiyyətcilik, aktivlik və hər kəslə yaxşı yola getmək, adaptivlik kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təlqinə qapılmağa və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmir. Əqli-intellektual inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilən qanunazidd hərəkətlər zamanı müqavimət göstərə bilərdi. İşdə olan 31 oktyabr 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, xx xxxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs 31 oktyabr 2023-cü il tarixdə saat 11:05-də “Ağırlaşmasız natamam abort” diaqnozu ilə “İmişli Rayon Mərkəzi Xəstəxanası” X3 şöbəsinə daxil olmuş və onda 18-19 həftəlik hamiləliyin olduğu müəyyən edilmişdir. Tibbi müayinələr zamanı Zərərçəkmiş şəxs bətnindəki döl və cift təmizlənərək xaric edilmiş və döl genetik ekspertiza keçirilməsi üçün götürülmüşdür. İşdə olan «zərərçəkmiş şəxsin İfadəsinin yerində yoxlanılması haqqında» 6 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən yaşadığı evin yataq otağında Təqsirləndirilən şəxs ilə ilk dəfə və sonrakı günlərdə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğu yeri əyani surətdə göstərməklə ifadələrini bir daha təsdiq etmişdir. İşdə olan «təqsirləndirilən şəxsin İfadəsinin yerində yoxlanılması haqqında» 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağında sonuncu ilə cinsi əlaqədə olduğu yeri əyani surətdə göstərməklə ifadələrini bir daha təsdiq etmişdir. İşdə olan AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2009-cu ildə İmişli şəhərində doğulmuşdur. 16 mart 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs bətnindəki düşüklə nəticələnmiş döl iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün İmişli RPŞ-yə təhvil verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiəsi üçün dəlillər gətirərək ifadələrində zərərçəkmiş şəxs - yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmadığını, onunla yalnız könüllü olaraq iki dəfə təbii yolla cinsi əlaqədə olduğunu, Zeynəbə qarşı zor tətbiq etmədiyini, onu bıçaqla hədələmədiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatlara tənqidi yanaşaraq həmin ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmağa cəhd etmə və özünü müdafiə məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib olunan xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadələrində, habelə üzləşdirmə zamanı ifadəsində Təqsirləndirilən şəxs onunla 2023-cü ilin iyul ayında xatırlamadığı tarixlərdə 4 dəfə onunla cinsi əlaqədə olduğunu, Teymurdan başqa heç kimlə cinsi əlaqədə olmadığını, onun 14 yaşının tamam olmadığını Teymurun bildiyini, Teymurun onunla qeyri təbii yolla da cinsi əlaqədə olduğunu israrla təsdiq etmişdir. Eyni zamanda, işdə olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə də təsdiq olunur ki, Teymur Güləliyev Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqəda olmuşdur. Qeyd olunan xüsusatları Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən də təsdiq etmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının müvafiq rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Odur ki, məhkəmə, zərərçəkmiş şəxsin qeyd olunan ifadəsini uydurma kimi deyil, işin obyektiv hallarına uyğun olan həqiqət kimi qəbul edir. Beləliklə də, Təqsirləndirilən şəxs on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrar cinsi əlaqədə olması və ona qarşı seksual xarakterli digər hərəkətlər etməsi iş materiallarında olan təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, şahidin ifadəsi, ekspertizanın rəyləri və cinayət işinin digər sənədləri ilə təsdiq olunur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmayaraq hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zərərçəkmiş şəxsin ifadələrini, şahidin ifadəsini, ekspertizanın rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri cinayət təqibi üzrə Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən mötəbər sübut hesab edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və yuxarıda qeyd olunanlar məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün hər hansı bir əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşdə olan xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs on iki yaşına çatmasını, lakin on dörd yaşına çatmadığı bildiyi halda onunla cinsi əlaqədə olmasını və ona qarşı seksual xarakterli hərəkətlər etməsini dərk etmiş və bunu arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.4.1-ci maddəsində nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 18 yanvar 2024-cü ildə Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutulmuş, ona Azərbaycan Respublikası CM-nin 152.4.1-cü maddəsi ilə ittiham elan edilmiş, xx.xx.2024-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü ildən hesablanmışdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və İmişli RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs bətnindəki düşüklə nəticələnmiş döl hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2024-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və İmişli RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs bətnindəki düşüklə nəticələnmiş döl hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-461/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-461/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver