Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-463/2022 22.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Talışlı Röyalə Mirsaleh qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Salyan rayonu Quyçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu Quyçi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə yaşadığı Salyan rayonu Quyçi kəndində yerləşən evinin həyətyanı torpaq sahəsində ətrafı şiferlə bağlı olan yerdə 35 ədəd, böyürtkən və qamış kollarının içində isə 20 ədəd olmaqla ümumilikdə 55 ədəd, külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkməklə onlara aqrotexniki qaydada qulluq göstərib, yetişdirərək kultivasiya etmişdir. Bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 02 may 2022-ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən 55 ədəd yaş vəziyyətdə, yaşıl, kök üstə, ümumi çəkisi 250 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona CM-in 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 2021-ci ildə istifadə etdiyi qurudulmuş marixuananın toxumlarını yığmış və yaşadığı evdə saxlamışdır. 10 aprel 2022-ci il tarixdə həmin qurudulmuş marixuananın toxumlarını evinin həyətyanı sahəsində iki yerdə əkmişdir. Çətənə bitkiləri cücərdikdən sonra onlara qulluq edib suvarmağa başlamış, kolların diblərinin və ətrafını belləyərək yumşaltmış və alaq bitkilərindən təmizləmişdir. Bitkilərin sayının nə qədər olduğunu bilməmişdir. 2022-ci il may ayının 02-də saat 15 radələrində yaşadığı evin qarşısında küçədə dayandığı zaman polis əməkdaşları ona yaxınlaşıb yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməkdə və kultivasiya etməkdə şübhəli olduğunu bildirmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Orada narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli şəxs kimi tutulmuşdur. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya aşkar edilməmişdir. O, həyətyanı sahəsində çətənə bitkiləri əkdiyini etiraf etmiş və yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçisinin içtirakı ilə yaşadığı evin həyətinə gəlmişlər. Burada dəvət olunmuş hal şahidlərinin və aqronomun iştirakı ilə polis əməkdaşları tərəfindən həyətinə baxış keçirilmişdir. Baxış zamanı şiferlə örtülü olan yerdə 35 ədəd, böyürtkən və qamış kolları arasında isə 20 ədəd, yaşıl və köküstə olan çətənə bitkiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsindən əlavə məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sübutlarla kifayət qədər sybuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Salyan Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 may 2022-ci il tarixdə Salyan rayonu Quyçi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri həyata keçirilməklə həmin gün saat 15:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamış, ona qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduğunu izah edib rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri qanunsuz olaraq kultivasiya etməkdə şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və qanunsuz əşya aşkar olunmamışdır. Lakin o yaşadığı evin həyətində çətənə bitkiləri əkib becərməsini etiraf etmiş və evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə razı olması barədə ərizə təqdim etmişdir. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə mütəxəssisin iştirakı ilə baxış keçirilərkən həyətə daxil olduqda sağ tərəfdə 2 x 5 metr sahədə ətrafı şiferlə bağlı olan yerdə 35 ədəd, böyürtkən və qamış kollarının arasında isə 20 ədəd olmaqla cəmi 55 ədəd yaş halda, yaşıl, kök üstə, tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, onları 10 aprel 2022-ci il tarixdə əkdiyini və becərdiyini bildirmişdir. Həmin bitkilər köklərindən çıxarılmaqla qablaşdırılıb götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilən Salyan Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etdi. Baxış keçirilməsi və götürmə aparılması barədə 02 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 2 x 5 metr sahədə, ətrafı şiferlə bağlı olan yerdə 35 ədəd, böyürtkən və qamış kollarının içində, torpaq sahəsində isə 20 ədəd yaş halda, kök üstə, yaşıl rəngli, tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 03 may 2022-ci il tarixli, 18/484 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 55 ədəd, yaş vəziyyətdə, ümumi çəkiləri 250,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmə-narkoloji ekspertizasının 05 may 2022-ci il tarixli, 542 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən, başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.1, 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və hazırkı cinayət əməlini törədərkən məhkumluğu ödənilmişdir. İş materiallarında olan arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Quyçi kəndində yaşayır, ailəlidir, himayəsində 1996, 1999 və 2005-ci illərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs iş üzrə 02 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində Salyan Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və barəsində istintaq orqanı tərəfindən həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kültivasiya etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 02 may 2022-ci il tarixdən 04 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan 55 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidır. Ekspertiza xərci 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 02 may 2022-ci il tarixdən 04 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilən cəzadan çıxılsın və onun üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalında həbsə alınsın, saxlanılması və Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan 55 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi iləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-463/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-463/2022
22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver