Məhkəmə qərarları › İş №1(099)-465/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-465/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-465/2024 06.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/19, mənzil 23-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda 2,455 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 09:20-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri M.M.Axund küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılarkən qeyd olunan çəkidə psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, psixotrop maddə metamfetamindən istifadə edir. 25 yanvar 2024-cü il tarixdə saat 09 radələrində polis işçiləri onu Lənkəran şəhərində bazarın yaxınlığında saxlayaraq rayon polis şöbəsinə apararkən üzərində psixotrop maddə metamfetamin olmamışdır. 25 yanvar 2024-cü il tarixdə polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən aşkar olunan metamfetamin üzərinə polis işçiləri tərəfindən qoyulmuşdur. O, 2,455 qram metamfetamini əldə etməmişdir. Polis işçiləri ona CM-nin 234.1-ci maddəsi ilə məhkəmyə veriləcəyini vəd etmişlər, həm də üzərinə 1 kiloqram narkotik qoymaqla hədələmişlər. Bu səbəbdən də məcbur olub üzərində videoçəkilişlə şəxsi axtaış aparılarkən psixotop maddənin özünə məxsus olmasını demişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində göstərmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə, Astara qazelləri dayanan yerdə olarkən orada tanımadığı şəxsdən bir bükümdə təxminən 2,5 qrama yaxın metamfetamin almışdır. Həmin şəxsə metamfetaminə görə 20 manat pul vermişdir. Daha sonra metamfetamini cibinə qoymuşdur ki, istifadə edər. Həmin gün saat 09 radələrində Lənkəran şəhəri M.M.Axund küçəsi ilə piyada gedərkən polis işçiləri tərəfindən saxlanılmışdır. Şöbənin inzibati binasında üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış aparılarkən üzərində olan metamfetamini təqdim etmiş və onu “Böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlamasını göstərmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istitntaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Lənkəran Şəhər Rayon X2 mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 25 yanvar 2024-cü il tarixdə Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/19, mənzil 23-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə saat 09:20-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri M.M.Axund küçəsində piyada hərəkətdə olarkən saxlanılmışdır. Rayon polis şöbəsinə dəvət edilməklə üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış aparılarkən üzərində qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində metamfetamin olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərində qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış bir ədəd bükümün içərisinə baxdıqda bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin metamfetamin olduğunu, həmin kütləni səhər saatlarında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını göstərmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər, onu üzərinə 1 koloqram narkotik maddə qoymaqla hədələməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. 25 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə, psixotrop maddə metamfetaminəbənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin kütləni Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2024-cü il tarixli, 19/67 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,455 qram olan, ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 59 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotiklərin qəbulu nəticəsində yaranmış taksikomaniya xəstəliydən məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 71 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 169 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs qeydiyyatda deyildir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixli qərarla ona Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya haqqında qərarının 2.4 bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşayış yerindən müsbət səciyyələnir. Təqsirləndirilən şəxs iş üzrə 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 26 yanvar 2024-cü il tarixdə ona CM-nin 234.1-1-ci maddəsi ilə ittiham verilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2,455 qram psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmaması, üzərinə metamfetaminin polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəlsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun 25 yanvar 2024-cü il tarixdən 26 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 1 (bir) gün cəzaçəkmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbsə alınmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin başlanğıcı həbsə alındığı gündən, yəni 06 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2,355 qram metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 60 (altmış manat) təsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 yanvar 2024-cü il tarixdən 26 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınıb ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2024-cü il tarixən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2,355 qram metamfetamin məhv edilsin. Ekspertiza xərci 60 (altmış manat) təsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar