Məhkəmə qərarları › İş №1(099)-466/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-466/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-466/2022 19.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müəllim-pedaqoq X2 iştirakı ilə, xx xxxxxxxx 2005-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1, Xətai rayonu 3 saylı uşaq evində qeydiyyatda olmaqla, Saatlı rayonunun Əlisoltanlı kəndində qaçqınlar və məcburi köçkünlər şəhərciyində yerləşən 170 saylı evdə yaşamış, barəsində 02 dekabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərər çəkmiş şəxsə qarşı zor tətbiq etməklə və sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş və onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmiş, yəni zorlamağa cəhd etmişdir. Belə ki, o, 29 noyabr 2021-ci ildə, saat 12 radələrində qonaq kimi müvəqqəti olaraq yaşadığı babası Şahid4 məxsus Saatlı rayonu, Əlisoltanlı kənd ərazisindəki qaçqın və köçkünlərin məskunlaşdığı şəhərcik, ev 170 ünvanında yerləşən fərdi yaşayış evində hər hansı şəxsin olmaması ilə bağlı yaranmış münasib və real şəraitdən istifadə edib zahiri görünüşü və ailə münasibətləri ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmadığını biləbilə xx xxxx 2012-ci il təvəllüdlü xalası qızı Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlib, cinsi ehtirasını təbii və qeyri-təbii yolla təmin etmək kimi cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə həmin evdə Zərərçəkmiş şəxs olduğu otağa daxil olub qorxudaraq əqli inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, eləcə də hadisə zamanı keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək, ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək sonuncunu üzərində mələfə örtülü döşək olan çarpayının üzərinə uzadaraq müqavimətini qırdıqdan sonra əvvəlcə sonuncunun şalvar və tumanını, daha sonra öz şalvar və tumanını aşağıya çəkib gərginləşmiş cinsiyyət orqanını fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə zorla yeridib sonuncunun arxa keçəcək dəliyinin girəcəyində selikli qişada qansızmalara səbəb olmaqla, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı qəsdən fiziki zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmaq məqsədilə həmin yerdə beli üstə uzadaraq gərginləşmiş cinsiyyət orqanını fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeritmək istəyərkən sonuncuya böyük və kiçik cinsiyyət dodaqlarında qansızmalara səbəb olan xəsarətlər yetirmiş, bu zaman zərər çəkmişin qohumu X3 otağa daxil olmasından sonra cinayətkar niyyətini sonadək həyata keçirə bilməyib bilavasitə öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qəsdən zorlamağa, yəni onun üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29,149.3.3 və 150.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmamış, ona toxunmamış, polis əməkdaşları tərəfindən yazılmış ifadələrinə onlardan qorxduğu üçün imza etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin və qanuni nümayəndənin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 29,149.3.3 və 150.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ilkin ifadəsində göstərmişdir ki, xalası Məryəmin qızı Zərərçəkmiş şəxs ilə 29 noyabr 2021-ci ildə saat 12 radələrində Saatlı rayonunun Əlisoltanlı kəndində onların evində olarkən televizor otağında olan xalçanın üzərində təbii və qeyri-tibbi yolla cinsi əlaqədə olmuş, Mələklə cinsi əlaqədə olan zaman ona zor tətbiq etməmiş, onunla öz istəyi ilə cinsi əlaqədə olmuş, Mələk ona heç bir müqavimət göstərməmiş, eləcə də o, Mələyə hər hansı bir xəsarət yetirməmiş, Mələyin onun tərəfindən zorlanması ilə bağlı ifadəsində göstərdiklərinin hamısının yalan olduğunu və belə bir şey olmadığını bildirmiş və məhkəmədən onu həbsdən azad etməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində qanuni nümayəndəsi və müəllim-pedaqoqun iştirakı ilə dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Nihat onun xalası oğludur. Nihat onlara qonaq gəlmiş, onlarda olan gün onunla bir yerdə televizor otağındakı xalçanın üzərində uzanmış, sonra Nihat öz paltarını və onun paltarını çıxarıb başından tutub yerə sıxıb cinsi orqanını onun arxa keçəcəyinə salıb çıxarmış, həmin vaxt Nihat onu incitmiş, o, bərk qışqıraraq ondan əl çəkməyini demiş, Nihat çox güclü olmuş, sonra cinsi orqanını onun qabaq cinsi orqanına keçirmək istəyərkən bacısı Ayşən məktəbdən evlərinə gəlib onları bir yerdə görmüş, həmin vaxt Nihat tez paltarını geyinib həyətə çıxmış, Nihat ona qarşı elədiyini heç kimə söyləməməyi demiş, kiməsə deyərsə “ağzını cıracağını” döyəcəyini deyib sağ ayağı ilə sol böyründən təpiklə vurmuş, anası evə gələndən sonra Nihatın ona qarşı elədiyi hərəkətlər haqqında hər şeyi ona demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 29 noyabr 2021-ci ildə saat 17 radələrində Xədicə ona zəng vuraraq Nihatın azyaşlı qızıMələyi zorladığını demiş, evə gələn zaman qızları Mələk və Ayşən, eləcə də anası Saibə ilə söhbət edərkən anası da Xədicənin dediklərini təsdiqləmiş, bunu eşidib DİN-nin102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, sonra polis əməkdaşları gələrək evə baxış keçirib bəzi əşyaları sənədləşdirib götürmüşlər. Təqsirləndirilən şəxs qızına qarşı əxlaqsız hərəkətlər etdiyinə görə onu bağışlamadığını bildirmiş və məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 29 noyabr 2021-ci ildə saat 13 radələrində məktəbdən çıxıb evlərinə gəlmiş, koridorunun qapısı açıq olmuş, Xədicəgilin yatdığı otaqdan yüksək səslə musiqi səsi gəldiyini eşidib otağın qapısını bir az açdıqda, Xədicənin yatdığı divanın üzərində Mələyin üzü üstə yerə uzandığını, Nihatın isə Mələyin üstündə olduğunu, həmin vaxt Mələyin şalvarı ayağının aşağısına çəkilmiş, üzərində isə ağ rəngli qısaqol mayka, Nihatın üzərində isə qara rəngli tuman olmuş, Mələk qışqıraraq “nənə, bacı, ana” deyə səslənmiş, Nihat Mələyin başından tutmuş, bir az sonra Nihat Mələyi beli üstə uzadıb onunla cinsi əlaqədə olaraq onu zorlamış, Nihatın cinsi orqanından döşəyin üzərindəki mələfəyə, yastığın üzərinə və palazın üzərinə ağ rəngli maye tökülmüş, Nihat palazın üstündən həmin mayeni silmiş, sonra paltarlarını geyinib evdən çıxıb getmiş, saat 14 radələrində Xədicə, nənəsi Saibə evə gəlmiş, Mələk qorxudan əsmiş, nənəsinə bu barədə Xədicə danışmış, nənəsinin əhvalı pisləşmiş, nənəsi Nihatı hədələyərək onun doğma xalası qızını zorladığını söyləmiş, axşamüstü bibisi Məryəm evə gələrək polisə hadisə barədə xəbər vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 29 noyabr 2021-ci ildə saat 14 radələrində məktəbdən evə gəlmiş, evə girəndə yatdığı otaqda Nihatın yüksək səslə mahnı qoşub oynadığını, Mələyin Ayşənlə həmin otaqda sakitcə oturduğunu, Mələyin qorxmuş, saralmış vəziyyətdə əsdiyini görmüş, Mələkdən nə baş verdiyini soruşduqda sonuncu kəkəliyərək Nihatın onu yanına çağıraraq şalvarını aşağıya çəkib onunla arxadan və qabaqdan yatdığı divanın üzərində zorla cinsi əlaqədə olduğunu söyləmiş, Ayşən də bacısı Mələyin dediklərini təsdiqləyərək baş verənləri gözü ilə gördüyünü demiş, divanın üstündəki döşəyin mələfəsində və yastıq üzündə ağ rəngli ləkələr görmüş, bundan sonra Nihata heç nə deməmiş, təxminən 5 dəqiqə sonra nənəsi Saibə evə gəlmiş, nənəsinə bu barədə danışdıqda o özündən getmiş, Nihat qorxusundan evdən qaçıb getmiş, nənəsi ayıldıqdan sonra Mələkdən hadisəni soruşmuş, Mələk isə ağlayaraq yenidən Nihat tərəfindən zorlandığını ona söyləmiş, axşamüstü anası evə gəlmiş, hadisə barədə polisə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 29 noyabr 2021-ci ildə saat 15 radələrində işdən evə evə qayıtmış, Xədicə ona Nihatın Mələyi zorladığını deyərkən Xədicəyə inanmamış, Mələyi yanına çağırıb olanları soruşmuş, Mələk də Xədicənin dediklərini təsdiqləyərək Nihatın onu zorladığını demiş, Mələkdən olanları ətraflı soruşakən Mələk ona Xədicənin yatdığı divanda Nihatın ilk əvvəl üzü döşəyə onu arxasından, sonra isə beli üstə uzadıb cinsiyyət orqanından zorladığını, çox qışqırdığını, qorxduğunu demiş, Nihatı evdə olan digər otağa aparmış, Nihata çox əsəbiləşmiş, “Mələyi niyə zorlamısan, o sənin xalanın qızıdır, ay oğraş sən bunu necə etdin” deyərək hirslənib Nihatın üzündən sillə vurmuş, Nihat evdən çıxıb qaçıb getmiş, onlar yatağa baxarkən yastıqda və mələfədə sperma izləri olmuş, hadisə barədə qızı Məryəmə zəng edərək bildirmiş, qızı isə hadisə barədə polisə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraatı zamanı, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 30 noyabr 2021-ci il tarixli, 355 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, qızlıq pərdəsinin anotomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqədə olmağa imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi girəcəyində selikli qişada qansızmalar, böyük və kiçik cinsiyyət dodaqlarında qansızmalar küt əşyanın/əşyaların/, ola bilsin ereksiya vəziyyətində olan kişi cinsiyyət üzvünün təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2021-ci i il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədəni səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 356 nömrəli rəyindən görünür ki, “2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizasına əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm. a/.Müayinə zamanı sol said nahiyəsində qeyd olunmuş, çapıqlardan əlavə, bədən səthində digər hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadı. Tibbi sənədlər olmadığından çapıqların konkret olaraq əmələ gəlmə müddəti haqqında fikir söyləmək mümkün deyil. b/ Müayinə olunanın xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Potensiya simptomları müsbətdir.”. İş materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 934/2021-MTBŞ saylı rəyindən görünür ki, “Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ)/təqdim olunan sənədə əsasən/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa/H/(İİİ), onun ağız suyunda “B” və “H” antigenləri vardır. Ekspertizaya təqdim edilmiş Qanuni nümayəndə2 təqdim etdiyi bir ədəd mələfə və balış üzündə ağız suyu aşkar olundu. Bu ləkələrdə ağız suyunun qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı. Bu ağız suyu ləkələri ABO sistemi üzrə Balfa\H\(İİİ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs tumanı və Təqsirləndirilən şəxs tumanı üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı, “A” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Balfa \H\(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs (əgər onun qanında müşayiətçi “H” antigeni varsa) və ya Təqsirləndirilən şəxs Zakir oğluna (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs tumanı üzərində sperma ləkələri aşkar olundu. Bu ləkələrdə spermanm qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı. Bu sperma ləkələri ABO sistemi üzrə Balfa\H\(İİİ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxsmn arxa keçecək möhtəviyyatı olan tamponu üzərində zəif intensivlikdə qan alındı. Bu ləkələrdən hazırlanmış məhlullarda zülal aşkar olunmadığı üçün, qanın növünü təyin etmək mümkün olmadı. Təqdim olunmuş Qanuni nümayəndə2nm təqdim etdiyi bir ədəd döşək, Zərərçəkmiş şəxsmn arxa keçecək möhtəviyyatı olan tamponu, ona məxsus şalvar, qısaqol kofta və tuman, Təqsirləndirilən şəxs məxsus şalvar, uzunqol köynək və tuman üzərində ağız suyu aşkar olunmadı. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, qısaqol kofta və tuman, Təqsirləndirilən şəxs məxsus şalvar və uzunqol köynək üzərində spermatozoidlər aşkar olunmadı. Təqdim olunmuş Zərərçəkmiş şəxsmn qısaqol koftası, Təqsirləndirilən şəxs şalvarı üzərində qan, Zərərçəkmiş şəxsmn şalvarı, Təqsirləndirilən şəxs uzunqol köynəyi üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Təqdim olunmuş Qanuni nümayəndə2 təqdim etdiyi bir ədəd döşək, mələfə və balış üzü, Zərərçəkmiş şəxsmn arxa keçecək möhtəviyyatı olan tampon, ona məxsus şalvar, qısaqol kofta və tuman, Təqsirləndirilən şəxs məxsus şalvar, uzunqol köynək və tuman üzərində təsvir edilmiş ifrazatlardan başqa digər ifrazatlara şübhəli ləkələr aşkar olunmadı. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, qısaqol kofta və tuman, Təqsirləndirilən şəxs məxsus şalvar, uzunqol köynək və tuman üzərində tər aşkar olunmadı. Təqdim olunmuş Zərərçəkmiş şəxs şalvarından götürülmüş 3 ədəd obyekt insan bədəninin qısa tüklərinə aiddirlər. Tüklərin tədqiqatına dair metodik tövsiyələrə görə müqayisəli morfoloji tədqiqat eyni reqion tükləri ilə aparıldığından, göstərilən halda bu tədqiqatı aparmaq mümkün olmadı. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta və tuman üzərində tükəbənzər liflər aşkar olunmadı. Təqdim olunmuş Zərərçəkmiş şəxs arxa keçecək möhtəviyyatı olan tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır.”. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 4193/K nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilallar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi.” İş materiallarında olan məhkəmə-lifli materiallar ekspertinin 19 yanvar 2022-ci il tarixli 6/5581 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş - Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən alt tumanın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər.”. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasının 02 fevral 2022-ci il tarixli 11/511 nömrəli rəyindən görünür ki, xx xxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əsas fərdi-psixoloji xüsusiyyətləri rəyin tədqiqi hissəsində (səh.4) təsvir edilmişdir. xx xxxx 2012ci il təvəllüdlü Zərərçəkmiş şəxs əqli inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik deyildir. xx xxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs psixi-emosional halında hadisədən əvvəl hər hansı əhəmiyyətli dəyişiklik baş verməmiş, hadisə zamanı və hadisədən sonra isə o, qorxu ilə müşayiət olunan emosional gərginlik halını keçirmişdir. xx xxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əqli inkaşfında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunur.”. İş materiallarında olan məhkəmə-trasoloji ekspertinin 21 yanvar 2022-ci il tarixli 3/2096 nömrəli rəyindən görünür ki, “Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Həmin zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Təqdim edilmiş şalvarın səthində olan zədənin rəyin tədqiqi hissəsində göstərilən səbəbdən hansı şəraitdə yaranmasını dəqiq müəyyən etmək mümkün deyil. Lakin, bir hal kimi, bu zədələrin qərarın təsviri hissəsində göstərilən şəraitdə də yaranması istisna edilmir. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin, tumanın, Təqsirləndirilən şəxs məxsus uzunqol köynəyin, şalvarın, tumanın səthində zədə yoxdur.”. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 14 fevral 2022-ci il tarixli, 373 saylı rəyindən görünür ki, “Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində istintaqın ekspertlər qarşısında qoyulan suallara ambulator şəraitdə cavab vermək çətin olması, Təqsirləndirilən şəxs törətdiyi əməl zaman və hazırki psixi vəziyyətinin düzgün qiymətləndiməsi məqsədi ilə ətraflı və uzun müddətli müayinə tələb etdiyini nəzərə alaraq onun stasionar məhkəmə psixiatrik ekspertizasına göndərilməsi zəruridir.”. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 04 may 2022-ci il tarixli, 52 saylı rəyindən görünür ki, “Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməmişdən əvvəl və həmin cinayət əməlini törədərkən yüngül dərəcəli əqli gerilikdən (debillik dərəcəsində oliqofreniya) əziyyət çəkmişdir. Yüngül dərəcəli əqli gerilik adətən erkən uşaqlıqdan nəzərə çarpan, şəxsin intellektual inkişaf prosesi davam etdikcə müəyyən qədər yubanma şəklində özünü göstərən bir patologiyadır. Təqsirləndirilən şəxs həmin patologiya intellektual inkişafın erkən dövründən yaranmışdır. Təqsirləndirilən şəxs hazırda yüngül dərəcəli əqli geriliyə xas olan bəzi əlamətlər davam edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Buna görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür, Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkarlanan yüngül dərəcəli əqli gerilik ona ittiham cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı əlamətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün sualın birinci hissəsinə cavab vermək ümumən düzgün deyildir. Sualın ikinci hissəsinə cavab olaraq bildiririk ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hövsələsizlik, primitivlik, qıcığa qarşı həssaslıq, konfliktə meyillilik, dezadaptivlik, laqeydlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mühakimələrində səthilik, primitivlik, təfəkkürünün ümumiləşdirmə və analizetmə proseslərinin zəif çıxış etməsi, təhlil-tərkib prosseslərinin primitivliyi, maraq dairəsinin məhdudluğu, verilən sadə tapşırıqları yerinə yetirməkdə çətinlik çəkməsi, vacib tarixi hadisələr və məlumatlardan bixəbər olması, elmi biliklərinin kasadlığı aşkar olunmaqla intellektual imkanlarının aşağı səviyyədə olması, psixoloji yaşının yaş xüsusiyyətlərinə uyğun olmaması müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli və psixi inkişafında müəyyən edilən gerilik əlamətləri onu qərarın təsviri hissəsində qeyd olunan hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd olunan hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır.”. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 30 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Saatlı rayonu, Əlisoltanlı kənd ərazisindəki qaçqın və köçkünlərin məskunlaşdığı şəhərcik, ev 170 ünvanında yerləşən fərdi yaşayış evinin otağıdır, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı cinsi zorakılığa yol verdiyi yer olaraq məhz həmin otaqda yerləşən çarpayını (divan adlandırır) göstərmişdir. İş materiallarında olan götürmə və baxış keçirilməsi aparılması haqqında 29 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxtı əynində olan və sonuncu tərəfindən könüllü istintaq təqdim edilən bir ədəd qara rəngli uzunqol, yaxası düyməli, “Oddo S” etiketli köynək, bir ədəd tünd göy rəngli, “Philipp Plbin” etiketli cins şalvar və üzərində “Trend” yazısı olan tünd göy-qara rəngli tuman götürülmüşdür. İş materiallarında olan götürmə və baxış keçirilməsi haqqında 29 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Qanuni nümayəndə2 təqdim etdiyi və hadisə zamanı qızı 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli şalvar, ağ rəngli qısaqol köynəyi və ağ rəngli tuman, həmçinin Təqsirləndirilən şəxs sonuncunu zorladığı divanın (çarpayının) üzərində olan balınc üzü, mələfə və döşək götürülmüşdür. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qan nümunələri, ağız suyu (tüpürcək) və tük nümunələri götürülmüşdür. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən (təqsirləndirilən şəxsin məhkəməyədək icraatı zamanı qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakı ilə qismən etirafedici, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin, eləcə də şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 29, 149.3.3 və 150.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin tövsifi məsələsini müzakirə edərək onun əməllərini Azərbaycan Respublikası CM-in 29, 149.3.3 və 150.3.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 29, 149.3.3 və 150.3.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. CM-in 84-cü maddəsində göstərilir ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası CM-in 84.2 və 85.1.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edə bilər. Azərbaycan Respublikası CM-in 86.1-ci maddəsinin tələbinə əsasən «yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən «Uşaq hüquqları haqqında» konvensiyanın eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli, 4 nömrəli qərarının tövsiyyələrini də nəzərə almışdır. Belə ki, «Uşaq hüquqları haqqında» konvensiyanın 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə diqqət uşaq mənafeyinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbir sosial təminat məsələləri ilə məşğul olan dövlət idarəsi və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 37-ci maddəsinin b) bəndində göstərilir ki, «heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanunauyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müddət ərzində tətbiq edilir». Qeyd edilən Plenum qərarının 11-ci maddəsində göstərilir ki, məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və bundan sonra Azərbaycan Respublikası CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi və ya onun şərti məhkum olunması üçün əsaslar müəyyən olunmadı. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən 3 saylı uşaq evində böyümüş, hazırda ünvan 2ar və məcburi köçkünlər şəhərciyində yerləşən 170 saylı evdə yaşamış, yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də onun uşaq olmasını, ilk məhkumluğunu həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 30 noyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Saatlı rayon məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 30 noyabr 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətmiş və hazırda da o, yetkinlik yaşına çatmamışdır. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-in 85.5.1-ci maddəsinə əsasən ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı rayon prokurorluğanda saxlanılan Təqsirləndirilən şəxs məxsus uzunqol köynək, cins şalvar və göy-qara rəngli alt tumanı, Təqsirləndirilən şəxs götürülmüş saç və tüpürcək nümunələri, Qanuni nümayəndə2 tərəfindən təqdim edilmiş hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş şalvar, qısaqol köynək və tuman, habelə balınc üzü, mələfə və döşək, Zərərçəkmiş şəxs arxa keçəcəyindən götürülmüş yaxma nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından onun yetərli gəliri və başqa əmlakı olmadığı üçün məhkəməyədək icraat zamanı keçirilmiş ekspertizaların dəyəri olan 314 (üç yüz on dörd ) manat 16 qəpik məbləğində məhkəmə məsrəfi ondan tutulmamalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 149.3.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 29, 149.3.3-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza – 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 30 noyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı rayon prokurorluğanda saxlanılan Təqsirləndirilən şəxs məxsus uzunqol köynək, cins şalvar və göy-qara rəngli alt tumanı, Təqsirləndirilən şəxs götürülmüş saç və tüpürcək nümunələri, Qanuni nümayəndə2 tərəfindən təqdim edilmiş hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş şalvar, qısaqol köynək və tuman, habelə balınc üzü, mələfə və döşək, Zərərçəkmiş şəxs arxa keçəcəyindən götürülmüş yaxma nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəflərini ödəməkdən azad edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar