Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-466/2023 23.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri – Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X8 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1991-ci ildə Cəlilabad rayonu, Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə, xx xxxxxx 1988-ci ildə Cəlilabad rayonu, Mikayıllı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, Səttərxan küçəsi ərazisində satış məqsədi olmadan özünün istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,901 qram narkotik vasitə heroini 20 (iyirmi) manat pulun qarşılığında qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 19 yanvar 2023-cü il tarixdə, saat 20:30-da Cəlilabad RPŞ-nin əməkdaşlarının Cəlilabad şəhəri, Azərbaycan küçəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,382 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə heroinin bir hissəsini, yəni 0,901 qramını 19 yanvar 2023-cü il tarixdə tanışı Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Təqsirləndirilən şəxs2 20 manat müqabilində satmış, 19 yanvar 2023-cü il tarixdə, saat 20:30-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, Azərbaycan küçəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə heroin əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş, 31 yanvar 2023-cü il tarixdə, saat 19:30-da keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Ağaşov X2 şəhəri, Səttərxan küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi atarış aparılan zaman əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,481 qram heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə heroindən istifadə etmişdir. Özü Cəlilabad rayonunda maşın ustası işləyir. xx.xx.2023-cü ildə işdə çıxıb hərbi komissarlığın yanı ilə gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə gətirilmişdir. Orada üzərin axtarmışlar, lakin üzərindən heçnə çıxmamışdır. Sonra isə ona demişlər ki, “sən bunu etmisən, onu etmisən”. O isə həmin vaxt ona verilən sənədlərə qol çəkmişdir. Daha sonra bir qram malı verib bildirmişlər ki, artıq qol çəkmisən bunu üstünə götürməlisən. O da polis əməkdaşları ilə razılaşmışdır. Həmin vaxt ona qarşı heç bir fiziki təzyiq edilməyib, yalnız təhdid edilmişdir. Sənədləri imzalayarkən isə istifadəçi kimi saxlanılması barədə olmasını bilib. Saxlanılmasına səbəb odur ki, Təqsirləndirilən şəxs1la bir yerdə olduğuna görə, guya ondan mal almış, birlikdə görmüşlər onu. Özü maşın ustasıdır, Təqsirləndirilən şəxs1la həmin gün günorta saat 14:00-15:00-da görüşmüşdür. Görüşməkdə məqsədi o olmuşdur ki, Ağaşov onun üçün mal tapsın, o da istifadə etsin. Lakin Ağaşov ona özü mal satmayıb, Ağaşova pul verib, sonuncu da gedib onun üçün mal alıb gətirib. Həmin gündə Ağaşovla məhz bu məqsədlə görüşüb, ona 10 manat pul verib, Ağaşov da onun üçün gedib narkotik alıb gətirib verib. Ağaşov ona 10 manat qarşılığında bir çet heroin alıb verib, həmin heroini də iş yerində istifadə edib. Ağaşov özündən ona narkotik satmayıb, vasitəçi kimi kimdənsə alıb gətirib. Saxlanılarkən isə həmin narkotiki istifadə etdiyindən üzərindən heçnə olmamış, polis isə olanları bildiyindən, demiş ki, belə olsun. Sonraki məhkəmə baxışı iclaslarında isə Təqsirləndirilən şəxs2 verilmiş sualları cavablandırarkən isə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində bir çet narkotik vasitə heroin olduğunu, lakin həmin heroinin çəkisinin az olduğunu, üzərində olduğu heroinin isə tərəfindən çəkilmədiyini, miqdarını təxmin etdiyini, məhkəmə baxışında sərbəst ifadəsində isə üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmasını bildirməsinin isə səbəbini izah edə bilməmiş, barəsində qərar qəbul edilərkən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən usta kimi işlədiyi avtomobillərin təmiri sexindən çıxıb yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən evə piyada gedərkən Cəlilabad şəhəri, Azərbaycan küçəsi ərazisində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi bir büküm narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitə onun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 19 yanvar 2023-cü il tarixdə əvvəllər tanıdığı Cəlilabad şəhəri, “Kirovka” adlanan ərazidə, yəni Cəlilabad şəhəri, Səttərxan küçəsində yaşayan Tofiq adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində almışdır. Əvvəllər bir neçə dəfə Tofiqdən narkotik vasitə əldə etmişdir. Tofiqin narkotik vasitə istifadəçisi olduğunu bildiyindən narkotik vasitə əldə etmək üçün ona müraciət etmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2, həmin ifadələrini təsdiq etmədiyini, ifafələrini polis əməkdaşlarının yazdığını, özünün isə imzaladığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək bildirmişdir ki, o, 11-12 il Rusiya Federasiyasında yaşamışdır. Orada olduğu dövrdə ona onlayn təklif etmişlər ki, heroin götürsün, o da götürmüşdür. Bu səbəbdən heroini o vaxtdan tanımışdır. Müharibə vaxtı Azərbaycana gəlmişdir. Belə ki, həmin vaxt iki qardaşı oğlu və bir bacısı oğlu müharibədə olub. Qardaşı oğlu şəhid olub, bacısı oğlu isə qazidir. Razzaqı maşın ustası kimi tanımışdır. Razzaq onun maşınını düzəldib, mehriban olmuşlar. Razzaq saxlanılan gündən qabaq onunla görüşmüşdür. Razzaq ondan borca pul istəmiş, o isə özündə olmadığından bacısı oğlundan 20 manat götürüb Razzaqa borc vermişdir. Razzaq borcu söz verdiyi vaxtda qaytarmadığından ona sms yazmış ki, gətirib pulu versin. Razzaq heç vaxt narkotik alması üçün ona 10 manat pul verməyib, Razzaqa narkotik almamış, ona narkotik verməmişdir. Ümumiyyətlə heç vaxt heç kimə narkotik vasitə verməmiş və satmamışdır. Polis əməkdaşları onu xx.xx.2023-cü ildə saxlamış, saxlanılarkən isə üzərində narkotik vasitə olmuşdur. Həmin narkotik balaca bükümdə olmuş, çəkisi isə bir qramdan biraz çox olarmış. Üzərindən aşkar edilmiş narkotiki tanımadığı bir şəxsin qarşısında yerə siqaret qutusu qoyub getdikdən sonra, həmin qutunu götürdükdə aşkar etmiş, öz istifadəsi üçün isə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs2 heç bir vaxt narkotik vasitə satmamış, yaxud verməmişdir. Təqsirləndirilən şəxs2 dedikləri yalan və böhtandır. Sonraki məhkəmə baxışı iclasında isə Təqsirləndirilən şəxs1 isə üzərindən aşkar edilmiş narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyini bildirdiklərini, sonradan isə Razzaq işin üstünə açdıqlarını, bu işə ciddi yanaşılmasını, özünün subay olduğunu, hazırda isə nişanlandığını, ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərini qismən etiraf etmələrinə baxmayaraq onların qeyd olunan cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla tam təsdiq olunur. Belə ki, işin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Cəlilabad Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması ilə məşğul olması ilə bağlı RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən 19 yanvar 2023-cü il tarixdə şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin gün saat 20:30 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsində piyada hərəkətdə olan zaman saxlanılmış və şöbəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs2 da onların dəvətinə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 üzərinə video-çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Cəlilabad şəhər sakini, Cəlilabad şəhəri, “Kirovka” adlanan ərazidə yaşayan Tofiq adlı şəxsdən 20 manat pul verməklə şəxsi istifadə məqsədilə əldə etdiyini bildirmişdir. Daha sonra əməliyyat yolu ilə Tofiq adlı şəxsin Cəlilabad şəhəri, Səttərxan küçəsində yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. 31 yanvar 2023-cü il tarixdə, saat 19:30-da Ağaşov X2 şəhəri, Səttərxan küçəsi ilə piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılıb, rayon polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs1 da onların dəvətinə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə video-çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qəhvəyi rəngli gödəkçınin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmiş və həmin bükülüyə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəyə bənzər kütləni xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Cəlilabad şəhəri, Səttərxan küçəsi ərazisində yerləşən “Ulduz” marketin yaxınlığından piyada hərəkət edən zaman yerdən tapdığını və həmin narkotik vasitəni istifadə etməsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxslər saxlanılarkən və polis şöbəsində olarkən heç bir etiraz etməmişlər, özləri səmimi olaraq törətdiyi əməli etiraf etmişlər. Onlara qarşı tərəflərindən saxlanılarkən və polis şöbəsində olarkən heç bir təsir və təzyiq edilməmişdir, üzərlərinə narkotik vasitə qoyulmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Cəlilabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Razzaq İmran oğlunun narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (c 1, v 4). İşdə olan, «Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 19 yanvar 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Cəlilabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur (c 1, v 6-7). İşdə olan, «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur (c 1, v 13). İşdə olan, «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (c 1, v 30-31). İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2023-cü il tarixli, 19/86 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “ Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1(bir) bükümdə narkotik vasitəyə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,901 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0,901 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq -0,851 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir (c 1, i.v 37-39). İşdə olan, 20 yanvar 2023-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 19 yanvar 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” disk və ondan aşkar edilərək götürülmüş təmiz çəkisi 0,901 qram narkotik vasitə olan heroin məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq 0,851 qram çəkidə olan heroin cinayət işi üzrə maddi sübut hesab edilmiş 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmiş, narkotik vasitə heroin isə saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir (c 1, v 51-52). İşdə olan, 21 yanvar 2023-cü il tarixli MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Cəlilabad RPŞ-nin MSY-dən azad edilmişdir (c 1, v 65-66). İşdə olan, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, KGTGL markalı mobil telefon işlək və saz vəziyyətdə Təqsirləndirilən şəxs2 təhvil verilmişdir (c 1, v 71). İşdə olan, «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 19:45-də şübhəli şəxs qismində tutulmuşdur (c 1, v 76). İşdə olan, «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən çıxardıb təqdim etdiyi üzərində bir ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı sonuncunun üzərindən bir ədəd “Micromax X401” markalı mobil telefon aşkar edilərək götürülmüşdür (c 1, v 93-94). İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli, 19/134 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 büküm narkotik vasitə heroinə bənzər kütlə...” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,481 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə...” və “Təqsirləndirilən şəxs2 məxsus 1 büküm heroin, Rəy №19/86...” sözlər və imzalar olan iki ədəd zərflərdəki ümumilikdə 2 büküm heroinlər kimyəvi komponent tərkiblərinə görə birbirləri ilə eynidirlər. Heroinin təmiz çəkisi – 1,481 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq -1,431 qramdır. Heroinin təmiz çəkisi-0,851 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq-0,801 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir (c 1, i.v 105-108). İşdə olan, xx.xx.2023-cü il tarixli üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, Kirovka adlanan ərazidə yerləşən məscidin yaxınlığında 20 manat müqabilində narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 aldığını sonuncunun üzünə qarşı demişdir (c 1, i.v 112-113). İşdə olan, 01 fevral 2023-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 31 yanvar 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” disk və ondan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,481 qram narkotik vasitə olan heroin məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq 1,431 qram çəkidə olan heroin cinayət işi üzrə maddi sübut hesab edilmiş 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmiş, narkotik vasitə heroin isə saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir (c 1, v 115-116). İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 yanvar 2023-cü ildən hesablanmışdır (c 1, i.v 138-141) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 124 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur (c 1, i.v 145) İşdə olan, xx.xx.2023-cü il tarixli Cəlilabad RİHB-nın X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi arvadı xx.xx.2009-cu il təvəllüdlü və xx.xx.2011-ci il təvəllüdlü qızlarından ibarətdir, barəsində nümayəndəliyə yaşadığı dövrdə heç bir ərizə və şikayət daxil olmamışdır (c 1, i.v 170-171). İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işi Nizami RPİ-nin icraatındadır (c 1, i.v 174-175). İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Ağaşov X2 Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir (c 1, i.v 178-179, 203). İşdə olan, xx.xx.2023-cü il tarixli Cəlilabad RİHB-nın Cəlilabad Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağaşov X2 şəhəri, Səttarxan küçəsi 33 ünvanında qeydiyyatdadır, barəsində nümayəndəliyə heç bir təşkilatdan şikayət xarakterli məktub daxil olmamışdır (c 1, i.v 209- 210). İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 360 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (c 1, i.v 211). İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 X12 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair pxisi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmir (c 1, i.v 218-220). İşdə olan, 01 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və eyni zamanda Təqsirləndirilən şəxs2 satmış olduğu narkotik vasitə olan heroini kimdən və hansı yolla əldə etməsini müəyyən etmək üçün hazırki cinayət işindən ayrıca cinayət işinin ayrılması nəzərə alınmış, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd “Micromax X401” markalı mobil telefonun Cəlilabad RPŞ-nin sübutların saxlanılması otağında saxlanılması nəzərə alınmışdır. (c 1, i.v 227-239). İşdə olan, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-218/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 01 il 04 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin bu hökmü və hökmün icrası barədə göstərişi 21 iyun 2023-cü il tarixdə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs2 24 iyun 2023-cü il tarixdə şöbədə qeydiyyata götürülmüşdür. Ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 17 avqust 2023-cü il tarixə 01 ay 23 gün cəza çəkmiş 01 il 03 ay 05 gün cəzasını çəkərək davam edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdikləri müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə heroin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona təhdidlər edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir, eyni zamanda hadisə günü Təqsirləndirilən şəxs1 10 manat pul verib, Təqsirləndirilən şəxs1 ona 10 manat qarşılığında bir çet heroin alıb verib, həmin heroini də iş yerində istifadə edib. Təqsirləndirilən şəxs1 özündən ona narkotik satmayıb, vasitəçi kimi kimdənsə alıb gətirib. Təqsirləndirilən şəxs1 müdafiəsi üçün gətirdiyi dəlillər: üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı bir şəxsin qarşısında yerə siqaret qutusu qoyub getdikdən sonra, həmin qutunu götürdükdə aşkar etmiş, öz istifadəsi üçün isə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs2 heç bir vaxt narkotik vasitə satmamış, yaxud verməmişdir. Məhkəmə ilki öncə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs2 özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı öncə təhqiqatçının suallarına cavab olaraq söylədiyi səsli nitqində təqdim etdiyi narkotik vasitənin özünə məxsus olduğunu, onu Kirovka kəndində Tofiqdən 20 manata aldığını, ay yarım olarki narkotik vasitə istifadə etdiyini, bundan əvvəl də üç-dörd dəfə Tofiqdən narkotik vasitə aldığını, daha sonra müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində özünün də Tofiqə zəng vurub narkotik vasitə istədiyini, Tofiqin də olanda ona zəng vurduğunu, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərin edilmədiyini, narkotik vasitəni saxlanıldığı gün saat dörd radələrində aldığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər, bu fakt Təqsirləndirilən şəxs2 tərəfindən də təsdiq edilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz pis rəftar və təhdid nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 işin məhkəmə baxışı zamanı tutulduqdan sonra pis rəftara, təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində bildirdiyi yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 47-49), xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v 62-64, 160-161) qismində verdiyi ifadələri, üzləşmədə dindirmə protokolu (cild İ – i.v. 112-113), şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, eləcə də Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı hadisə barədə söylədiyi səsli nitqi (o, ittihamda göstərilən xüsusatları, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu, onu Kirovka kəndində Tofiqdən 20 manata aldığını, ay yarım olarki narkotik vasitə istifadə etdiyini, bundan əvvəl də üç-dörd dəfə Tofiqdən narkotik vasitə aldığını, daha sonra müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində özünün də Tofiqə zəng vurub narkotik vasitə istədiyini, Tofiqin də olanda ona zəng vurduğunu, narkotik vasitəni saxlanıldığı gün saat dörd radələrində aldığını bildirmiş) ilə tam təkzib olunur. Belə ki, həmin ifadələrdə və istintaq hərəkətində təqsirləndirlən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmasını və həmin narkotik vasitəni 20 manat qarşılığında Təqsirləndirilən şəxs1 aldığını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün ifadələrində polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə heroinin qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təhdidlərə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Bundan məhkəmə baxışının sonraki iclaslarında da Təqsirləndirilən şəxs2 verilmiş sualları cavablandırarkən saxlanılarkə üzərində həqiqətəndə bir büküm (bir çet) narkotik vasitə heroin olduğunu təsdiq etmiş, məhkəmə istintaqında isə ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü və digər Təqsirləndirilən şəxs1 məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs2 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs2 qeyd olunan ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu və həmin narkotik vasitəni saxlanıldığı gün 20 manat qarşılığında Təqsirləndirilən şəxs1 aldığını, şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Təqsirləndirilən şəxs1 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı ifadələrində bildirdiyi üzərindən aşkar edilmiş narkotik vasitə heroini öz istifadəsi üçün üzərində saxlaması, Təqsirləndirilən şəxs2 heç bir vaxt narkotik vasitə satmaması, yaxud verməməsi barədə bildirdiyi xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı hadisə barədə söylədiyi səsli nitqi, eləcə də ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələr, üzləşmədə dindirmə protokolu, maddi sübutlar, ekspertiza rəyləri (xüsusilə hər iki təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinlərin kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olması barədə), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Hazırkı hökmdə yuxarıda sadalanan sübutları məcmu halında qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ittihamları tam təsdiq edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları araşdıraraq onun Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaması ilə bağlı qeyd etdiklərinin həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Ona görə də, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs1 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməl CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməl isə CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə sonradan baxışı zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyini bildirmələri, sonradan isə Razzaq işinin üstünə açmaları barədə bildirdiklərini məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Bu səbəbdən də məhkəmə həmin ifadələri yuxarıda göstərilən sübutlarla tam təkzib edilməsi qənaətinə gəlir və sübut kimi qəbul etmir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş və əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Ona görə də təqsirləndirilən şəxslər müvafiq olaraq CM-nin 234.4.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən, onun bu əməli cinayətin residivini yaradır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halı (Təqsirləndirilən şəxs2 münasibətdə və cəzanı ağırlaşdıran halı (Təqsirləndirilən şəxs1 münasibətdə), habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, azadlığın məhdudlaşdırılması kimi alternativ cəza da nəzərdə tutulmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məhkəmə bir neçə məsələni qeyd etməyi zəruri hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs bu cinayət əməlini törətməmişdən əvvəl cinayət məsuliyyətinə cəlb edilsə və ona azadlığın məhdudlaşdırılması kimi alternativ cəza verilsədə, həmin cəza onun islah etməyə kifayət etməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəlidir və dövlət tərəfindən ona bundan əvvəl törətdiyi cinayət əməlinə görə güzəşt edilməsinə baxmayaraq, o, bu güzəştə məhəl qoymamış, əksinə olaraq yeni cinayət törətmişdir. Bu hallar da onun şəxsiyyətini səciyyələndirən hallar kimi qəbul edilməlidir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 1(007)-218/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş 01 (bir) il, 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 07 (yeddi) ay, 14 (on dörd) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 07 (yeddi) ay, 14 (on dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin ediləcək cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, hazırki cinayət işi üzrə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə təqsirli bilindiyi az ağır cinayət olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini onun barəsində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırki hökm üzrə ona təyin ediləcək cəza ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Cəlilabad RPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da o, 02 (iki) gün həbsdə olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 19 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. Habelə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs olunmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 isə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 31 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və Təqsirləndirilən şəxs2 ərazi Narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs1 ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-nin sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 0,801 qram heroin və 1,431 qram heroin məhv edilməli, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən video görüntüləri özündə saxlayan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş və Cəlilabad RPŞ-nin sübutlar otağında saxlanılan bir ədəd “Micromax X401” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 (bir yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 62 (altmış iki) manat, 50 (əlli) qəpik olmaqla tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 1(007)-218/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş 01 (bir) il, 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 07 (yeddi) ay, 14 (on dörd) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 07 (yeddi) ay, 14 (on dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 19 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X7 Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-nin sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 0,801 qram heroin və 1,431 qram heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən video görüntüləri özündə saxlayan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş və Cəlilabad RPŞ-nin sübutlar otağında saxlanılan bir ədəd “Micromax X401” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 (bir yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 62 (altmış iki) manat, 50 (əlli) qəpik olmaqla tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-466/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-466/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver