Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-466/2025 09.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1972-ci ildə Lənkəran rayonun Port-İliç (Liman) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, Liman şəhəri, N.Nərimanov küçəsi, ev 6-da qeydiyyatda olmaqla ünvan 1-da yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib 2025-ci ilin aprel ayının sonlarında yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində, ətrafı mişar daşı ilə əhatələnmiş sahədə torpağı şumlayıb həmin toxumları qanunsuz olaraq əkmiş, onlardan bitən külli miqdarda- 80 (səksən) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Daxil olmuş məlumat əsasında 05 iyun 2025-ci il tarixdə, saat 09:50 radələrində Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin X9 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin həyətyanı sahəsinə baxış zamanı evin arxasında, ətrafı mişar daşı ilə əhatələnmiş sahədə külli miqdarda-80 (səksən) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada fəhləliklə məşğul olmuşdur. O, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır, hazırki vaxtadək ağ ciyərindən xəstədir, uzun müddətdir ki, “nəşə” adlanan narkotikdən (marixuanadan) istifadə etməyə başlamış, başqa narkotiklərdən istifadə etməmişdir. Əvvəllər bir dəfə, 2010-cu ildə istifadəsi üçün çətənə kolu əkib-yetişdirdiyinə görə məhkum olunmuşdur. Xeyli müddət əvvəl Bakı şəhərində fəhləliklə məşğul olan vaxtlarda tanışlarından kimdənsə bir ədəd kibrit qutusunda çətənə bitkisinin toxumlarını əldə etmişdir. Marixuana istifadəçisi olduğundan qərara almışdır ki, özündə olan çətənə toxumlarını yaşadığı evin arxasındakı sahədə əkib istifadəsi üçün çətənə kolu yetişdirsin. Bu məqsədlə o, 2025-ci ilin aprel ayının sonlarında yaşadığı evin arxasında, torpaq sahəsində bir yer hazırlayıb torpağı şumlayıb çətənə toxumlarını həmin yerə səpmişdir. Həmin yerin ətrafını mişar daşları ilə divar halında bağlamışdır ki, kənardan içərisi görünməsin. Bir müddət sonra əkdiyi toxumlardan 80 ədəd çətənə kolun şitilləri bitmiş və o, vaxtaşırı həyətində bağda işləyərkən həmin şitilləri də suvarmaqla qulluq etmişdir. 05 iyun 2025-ci il tarixdə, səhər saatlarında Liman şəhərində yol ilə velosipedlə çörək almağa gedərkən bir neçə polis əməkdaşı onu saxlayıb narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirmiş, sonra elə həmin yerdə polislər onun üstünü axtarmış və cibində istifadəsi üçün saxladığı az miqdarda “nəşə” (marixuana) aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş “nəşə”nin (marixuananın) həyətinqdə əkdiyi çətənə kolunun yarpaqları olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onu yaşadığı evin həyətinə aparmış və o, həyətində çətənə kolları əkdiyi yeri polislərə göstərmişdir. Bundan sonra özünün iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkilişlə həmin yerə baxış keçirmiş və yaşadığı evin arxasında olan sahədə, ətrafı mişar daşları ilə bağlanmış yerdə 80 ədəd çətənə kolu aşkar edilmişdir. Sonra polislər tərəfindən həmin çətənə kolları torpaqdan çıxarılıb qablaşdırılıb götürülmüşdür. Aşkar olunmuş çətənə kollarını özü şəxsi istifadəsi üçün əkibyetişdirmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşıdır. 05 iyun 2025-ci il tarixdə ona Liman şəhəri, M.İbayev küçəsi ev 39-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və yaşadığı ünvanda çətənə bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılaraq əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, həmin gün səhər saat 09 radələrində Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs əməliyyat qrupu tərəfindən saxlanılıb ona narkotik vasitələr saxlamaqda və çətənə bitkiləri əkib-becərməsində şübhəli olduğu izah edilmiş, sonra saxlandığı yerdə videoçəkilişlə Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs cibindən bir bükümdə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin marixuana olduğunu və şəxsi istifadəsi üçün cibində saxladığını bildirmiş, həmçinin yaşadığı evin həyətində istifadəsi üçün çətənə kolları əkdiyini də etiraf etmişdir. Aşkar olunmuş kütlə qablaşdırıb götürülmüş, bundan sonra əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana (Liman şəhəri, M.İbayev küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətinə) aparılmış, orada əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə həyətə və həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs göstərdiyi yerdə, yəni yaşayış evinin arxasında, ətrafı mişar daşları ilə bağlanmış sahədə torpağa əkilmiş vəziyyətdə olan 80 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Baxışda iştirak edən aqronommütəxəssis aşkar olunan bitkilərə baxıb bu bitkilərin çətənə kolları olduğunu bildirmişdir. Sonra aşkar olunmuş həmin bitkilər torpaqdan çıxarılıb qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs isə polis şöbəsinə gətirilmişdir. Bundan sonra aparılmış əməliyyataxtarış tədbiri ilə bağlı müvafiq protokol tərtib olunmuş, daha sonra götürülmüş maddi sübutlar və saxlanmış şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində yoxlama və həyətinə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, ali təhsilli aqronomdur və uzun müddətdir ki, bitkiçilik üzrə aqronom-mütəxəssis kimi işləyir. 05 iyun 2025-ci il tarixdə, səhər saatlarında polis əməkdaşlarının xahişi ilə Liman şəhərində Cəfər adlı şəxsin həyətinə baxış keçirilməsində aqronom-mütəxəssis kimi iştirak etmişdir. Baxış zamanı həyətdə 80 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilər çətənə bitkisi olmaqla onlara aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilmişdir. Sonra o, həmin bitkilərlə bağlı “Mütəxəssis rəyi” tərtib edib istintaqa təqdim etmişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin Liman PB-nin 05 iyun 2025-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və yaşadığı ünvanda çətənə bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və fərdi yaşayış evinə baxış keçirilməsinə dair” 05 iyun 2025-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 09:50-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Liman şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılıb ona narkotik vasitələr saxlamaqda və çətənə bitkiləri əkib-becərməsində şübhəli olduğu izah edilmiş, sonra saxlandığı yerdə videoçəkilişlə üzərində yoxlama aparılmış və yoxlanılması zamanı əynində olan gödəkcənin sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin marixuana olduğunu və şəxsi istifadəsi üçün cibində saxladığını bildirmiş, həmçinin yaşadığı evin həyətində istifadəsi üçün çətənə kolları əkdiyini etiraf etmişdir. Aşkar olunmuş kütlə qablaşdırıb götürülmüşdür. Daha sonra əməliyyat tədbiri davam etdirilərək əməliyyat qurup tərəfindən Təqsirləndirilən şəxs və aqronom-mütəxəssis Şahid5 iştirakı ilə, habelə videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Liman şəhəri, M.İbayev küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilmişdir. Baxış zamanı evin arxa hissəsində, ətrafı mişar daşları ilə əhatələnmiş yerdə, təxminən 2,5 metr enində, 4 metr uzunluğunda taxta parçası ilə çərçivəyə alınmış sahədə, 10-35 sm hündürlüyündə 80 ədəd çətənə bitkisinə bənzər bitkilər aşkar edilib qablaşdırılıb götürülmüşdür. Əməliyat-axtarışının keçirilməsi zamanı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, 05 iyun 2025-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən Liman şəhəri, M.İbayev küçəsi ev 39 ünvanında olan, Təqsirləndirilən şəxs məxsus evin həyətyanı torpaq sahəsində evin arxa hissəsində mişar daşları ilə əhatələnmiş sahəyə münbit torpaq və qum tökülmüş, xüsusi qulluq edilmiş, yəni dibləri yumşaldılmaqla suvarılmış cəmi 80 (səksən) ədəd 10-35 sm hündürlüyündə bitkilər narkotik tərkibli çətənə bitkiləridir və onlar aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 05 iyun 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “....” ad soyadlar və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-3,625 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “80 ədəd çətənəyə bənzər bitki ...” sözlər və imzalar olan bir ədəd kisədəki, ümumi sayı 80 (səksən) ədəd, ümumi təmiz çəkisi-1915,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 20 avqust 2025-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra 3,525 qram narkotik vasitə olan qurudulmuş marixuana və 80 ədəd çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə istintaq hərəkətlərinin aparılması ilə bağlı videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 09 iyun 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 30 avqust 2025-ci il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərində bir bükümdə 3,625 qram narkotik vasitə olan marixuananın aşkar edilməsi ilə bağlı olan xüsusat üzrə onun barəsində (CPM-nin 39.2.1-ci maddsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə) CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair videoçəkilişlə və buna aid protokolla tam təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və kultivasiya etməsi cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 16 ədəd və ya ondan artıq olduqda külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 80 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdardadır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda-80 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 07 iyun 2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 iyun 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 may 2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 09 gün müddəti cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 08 oktyabr 2015-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Lənkəran ŞİHB-nın Liman şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri, N.Nərimanov küçəsi, ev 6-da qeydiyyatda olmaqla ünvan 1-da yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Lənkəran ŞİHB-nın Liman şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2019-cı il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə və bir yetikinlik yaşına çatmayan uşağın olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə təqsirkarın törətmiş olduğu cinayətin xarakteri və yüksək ictimai təhlükəlilik dərəcəsini, işin halları, eləcə də əvvəllər eyni xarakterli cinayəti törətməklə məhkum olunmasına baxmayaraq islah olunmaması və yenidən bu cinayət törətməsini məhkəmə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının müddəti orta həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməklə narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 80 (səksən) ədəd çətənə (kannabis) bitkiləri və 3,525 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-60 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 80 (səksən) ədəd çətənə (kannabis) bitkiləri və 3,525 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-466/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-466/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver