Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-467/2024 23.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1979-cu il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə 1,283 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, həmin çəkidə psixotrop maddənin 0,687 qramını üzərində saxlamaqla daşımış, qalan 0,596 qramını isə 24 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsində tanışı Şahid3 əvvəlcədən aralarında olan danışıq əsasında 35 manat pul müqabilində satmış, 25 dekabr 2023-cü il tarixdə saat 22:00-da Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, S.Zeynalov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,687 qram psixotrop maddə metamfetamin və 25 dekabr 2023-cü il tarixdə saat 21:00-da Şahid3 keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, S.Zeynalov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərində saat 21:50-dən 22:10-dək müddət ərzində video çəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış və götürmə zamanı üzərindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,596 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə 0,409 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, 25 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsində tanışı Şahid3 əvvəlcədən aralarında olan danışıq əsasında 35 manat pul müqabilində satmış, 25 dekabr 2023-cü il tarixdə saat 21:00-da Şahid3 keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, S.Zeynalov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərində saat 21:50-dən 22:10-dək müddət ərzində video çəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış və götürmə zamanı üzərindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,409 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, onu 13 noyabr 2023-cü ildə küçədən tutub aparıblar. Daha sonra Şirvan prokuroru işini araşdırıb, xitam eləyib onu buraxmışdır. 12 gün sonra isə 25 dekabr 2023-cü ildə Elnura taksi kimi zəng vurub harada olduğunu soruşmuş, o isə demiş ki, “dayan flan yerdə gəlirəm”. Elnur isə həmin vaxt bölmədə olmuş, soruşmuşlar ki, “kimdi zəng vuran”, Elnur isə onun adını dediyindən gəlib tutublar. Elnur onun qonşusudur, taksi sürücüsüdür, onu aparması üçün zəng vurmuşdur. Lakin polislər həmin vaxt gəlib onu aparmışlar. Polislər ora elə Elnurun maşınında gəlmişlər. Saxlanılarkən isə üzərində heçnə olmamışdır. Ona sənədləri 234.1-lə imzaladıb, sanksiya seçiblər, sonra isə Elnuru gətirib üzünə durquzmuşlar. Guya ki, Elnura mal satıb. Lakin elə bir şey olmayıb. Özünün telefon danışığı var zəng vurub Elnura heçnə deməmişdir. Özünü isə polis əməkdaşları əvvəl tutub, sonra isə buraxıldığından gəlib yenidən tutublar. Ona heç kim əl vurmayıb, döyməyib, müstəntiqə ifadə vermiş, 234.1-lə olan sənədləri də imzalamışdır. Saxlanıldığı vaxt isə üzərində heçbir narkotik olmamışdır. And içir ki, belə bir şey olmayıb, özü heçkimə mal satmamış, Elnuru döyüb üzünə durquzublar, məhkəmədə isə o hər şeyi səmimi etiraf etmişdir. İşinə düzgün baxılıb, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 3 gün əvvəl Şirvan şəhərində yaşadığı küçədə gəzərkən yerdən bir ədəd kağız büküm tapmış, həmin sellofan bükümü açıb içərisinə baxdıqda içərisində psixotrop maddə olmasını görmüş və istifadə etmək üçün özü ilə götürmüşdür. 25 dekabr 2023-cü il tarixdə saat 18 radələrində o, tanışı Şahid3 ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Elnurun istifadəsində olan mobil nömrəsinə zəng edərək, ondan psixotrop maddə metamfetamin almaq istədiyini bildirmiş, bu zaman Elnur telefonda ona demişdir ki, yaşadığı məhəllənin yanında gözləsin, ona xəbər edəcəkdir. O, Elnurla yaşadığı şəhərin S.Zeynalov küçəsinə düşmüş və orada Elnuru gözləməyə başlamışdır. Həmin gün saat 22 radələrində o, şəhərin S.Zeynalov küçəsində olarkən Şirvan PŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində psixotrop maddələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılmasında ötəri onu polis șöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və birlikdə Șirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkan ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər keçdikdən vəkil İlqar Tapdıqov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümü təqdim etmiş, həmin büküm onun və digər iştirakçıların iştirakı ilə açılıb içərisinə baxıldıqda, içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən başqa heç bir qanunsuz əşya, predmet və ya başqa vasitə aşkar edilməmişdir. Şifahi suallara cavab olaraq üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan kütləni yaşadığı məhəllədə yerdən tapdığını bildirmiş, daha sonra protokol tərtib olunmuş, o da, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Bundan başqa o bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satış ilə məşğul olmamış, o, Şahid3 narkotik vasitə və ya psixotrop maddə almamış, birinci səfər olmuşdur ki, onunla danışıb, psixotrop maddə almaq istəmiş, lakin ala bilməmiş, o, Şirvan șəhər PŞ-nə gətirildikdən sonra ona müdafiaçi təyin olunmuş, Şirvan şəhər PŞ-də heç bir fiziki və mənəvi təzyiq olunmamışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, əməliyyatçılar nə deyib elə də ifadə verdiyini, ifadələrini oxumadan imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özü saxlanılmamışdan qabaq tutulmuşdur. Daha sonra onun özünü tutmuşlar şöbədə boynuna narkotik qoymuşlar. Sonra da məcbur etmişlər ki, həmin narkotiki guya Raufdan alıb. Amma Raufdan heçnə almamışdır. Onu sıxmışlar ki, Rauf tutulmalıdır. Saxlanıldıqdan sonra şöbədə qaşısına seçim qoymuşlar ki, ya bir kq malı üstünə götürəsən, ya da ki, üstündən çıxanı götürüb deməlisən ki, Raufdan almışam. Özü də məcbur qalıb Raufdan almağını deməyi seçmişdir. Raufla istintaq vaxtı da üzləşdirilmiş, orada da üzünə qarşı narkotiki ondan aldığını demişdir. Səbəb isə qorxmağı olmuş, səhv etmişdir. 24 və 25 dekabr tarixlərində Raufla görüşməmiş, bütün bunları ona məcbur dedirdiblər. Rauf tutulanda görmüşdür. Belə ki, onu şöbədən öz maşınına mindirib aparıblar və orda Rauf tutulmuşdur. Raufu isə onun telefonu ilə tutublar, həmin vaxt Rauf ona zəng vurmuşdur. Rauf zəng vuranda isə polisdə olmuşdur. Şahid3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Şahid3 bildirmişdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Narkotik vasitə olan heroini iynənin əzələyə və damara inyeksiya vasitəsilə, psixotrop maddə olan metamfetamini isə tüstüsünü ciyərə çəkməklə istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onunla aralarında münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs təxminən 1 həftə əvvəl azadlığa buraxılmışdır. Rauf azadlığa buraxıldıqdan sonra Raufla Şirvan şəhərində söhbət edən zaman Rauf mənə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu və əgər istəyirsə ona da narkotik vasitə və psixotrop maddə sata biləcəyini demişdir. Həmin gün Raufla sağollaşdıqdan sonra o, evə getmiş, o da, narkotik vasitələrdən və psixotrop maddələrin daimi istifadəçisi olduğu üçün 24 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Raufu yenidən yaşadığı küçədə görən zaman ondan psixotrop maddə olan metamfetamin almaq istədiyini bildirmişdir. Rauf da ona olduğu yerdə dayanmağını bildirmişdir. O da küçədə Raufu gözləmişdir. Bir qədər sonra Rauf onun olduğu yerə geri qayıtmışdır. Rauf ona psixotrop maddə olan metamfetamin gətirdiyini və həmin psixotrop maddə olan metamfetamini 35 manata ona sata biləcəyini demişdir. O, Raufla razılaşmış və Raufa 35 manat pul vermişdir. Rauf da cibindən çıxararaq ona 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin vermişdir. O, Raufdan almış olduğu psixotrop maddə olan metamfetamini cibinə qoymuş və evə getmişdir. Raufdan almış olduğu psixotrop maddə olan metamfetamini istifadə etməmişdir. 25 dekabr 2023-cü il tarixdə saat 18 radələrində o, təkrar Raufa zəng edərək ondan narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Rauf yenidən ona telefonda yaşadığı küçədə gözləməyini bildirmişdir. O da, evdən çıxaraq küçədə Raufu gözləmiş, bir qədər sonra Rauf onun yaşadığı küçəyə gəlmiş, o, Raufla görüşmüşdür. Rauf ona narkotik vasitə olan olan heroin gətirdiyini və həmin narkotik vasitə olan heroini 35 manata ona sata biləcəyini demişdir. O, Raufla razılaşmış və Raufa 35 manat pul vermişdir. Rauf da cibindən çıxararaq ona 1 ədəd bükümdə narkotik vasitə olan heroin vermişdir. O, Raufdan almış olduğu psixotrop maddə olan metamfetamini cibinə qoymuş, həmin vaxt Raufdan almış olduğu metamfetamin də onun üzərində olmuş, 25 dekabr 2023-cü il tarixdə tarixdə saat 21 radələrində o, yaşadığı Şirvan şəhəri, S.Zeynalov küçəsində gəzən zaman özünü şübhəli apardığına görə polis işçiləri ona yaxınlaşıb ona onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər. O, onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığınla onun üzərinə şəxsi-axtarış keçirilmiş, şəxsiaxtarış zamanı əynindəki şalvarının sağ yan cibində özü qəbul etmək üçün saxladığı 01 ədəd bükümün içərisində narkotik vasitə olan heroin 01 ədəd bükümün içərisində psixotrop maddə olan metamfetamini aşkar edib götürmüşlər. Sorğu zamanı o, üzərindən aşkar olunmuş 01 ədəd bükümün içərisində narkotik vasitə olan heroin 01 ədəd bükümün içərisində psixotrop maddə olan metamfetamini 24 dekabr 2023-cü il tarixdə və 25 dekabr 2023-cü il tarixdə yaşadığı Şirvan şəhəri, S.Zeynalov küçəsində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ayrı-ayrılıqda hər büküm 35 manat olmaqla 70 manata aldığını bildirmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Şahid3 oğlu, həmin ifadələrini təsdiq etmədiyini, bunların hamısının polislərin təzyiqi ilə öyrədilmiş ifadələr olduğunu, sonradan isə həmin ifadələrini dəyişdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 25 dekabr 2023-cü il tarixdə ona məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla məşğul olur. Bununla əlaqədar tərəfimdən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 25 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsində əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və ona yaxınlaşıb, Şirvan şəhər PŞ-nə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onu Şirvan şəhər PŞ-nə dəvət etmişlər. PŞ-də Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs da əynində olan şalvarın cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, məlumatı realizə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs xidməti Niva markalı avtomobillə şöbəyə gətirmişlər, maşında özü, digər polis əməkdaşı Kamran və Təqsirləndirilən şəxs olub. Elnur adlı şəxs kimdirsə onu tanımır. Təqsirləndirilən şəxs küçədə yaxınlaşıb saxlamışlar, özü hər şeyi səmimi etiraf edib. Ona qarşı heç bir təsir və ya təzyiq edilməyib. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-dan faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. (c İ, i.v 25) İşdə olan, şəxsi axtarış və götürmə haqqında 25 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər PŞ-nin əməkdaşları tərəfindən PŞ-nə gətirilib üzərində axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. (c İ, i.v 29-31) İşdə olan, Materialların məhkəmə ekspertizasının 26 dekabr 2023-cü il tarixli, 18/1141 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində:“... Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümündə təmiz çəkisi-0,687 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf olundu-0,05 qr, qalıq 0,637 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 37-39) İşdə olan, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-336/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 62-66) İşdə olan, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-274/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 29 gün A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şirvan Apelyasiya məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci ildə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-nin xx.xx.2022-ci il tarixli Amnistiya qərarının 4 bəndinə əsasən cəzası 06 ay azaldılmış və azad olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı cəzasının çəkilməmiş hissəsindən 02 ay vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023cü ildə cəza müddəti başa çatmışdır. (c İ, i.v 69-71, 72-76) İşdə olan, “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 18-1-35/2-35/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsinin narkoloji kabinetində “Tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. (c İ, i.v 78) İşdə olan, Şirvan ŞİHB-nın 1 Nömrəli Sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 79-80) İşdə olan, Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili İsmayıl Səfərlinin xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Şahid3 üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 104) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Şahid3 ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili İsmayıl Səfərli tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 105-106) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 həmin tarixdə saat 21:00-dan faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. (c İ, i.v 120-121) İşdə olan, şəxsi axtarış və götürmə haqqında 25 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən PŞ-nə gətirilib üzərində axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər və 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. (c İ, i.v 125- 126) İşdə olan, materialların məhkəmə ekspertizasının 26 dekabr 2023-cü il tarixli 18/1142 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində:“... Şahid3 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,409 qram qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi-0,596 qram ağımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf olundu (heroin)-0,05 qr, qalıq 0,359 qr, tədqiqata sərf olundu (metamfetamin)-0,05 qr, qalıq 0,546 qr. (c İ, i.v 132-134) İşdə olan, üzləşdirmə aparılması barədə 27 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, Şahid3 üzləşdirmə zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanışı Təqsirləndirilən şəxs pul qarşılığında aldığını əyani olaraq sonuncunun üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs isə ifadəsini təsdiq etmişdir. (c İ, i.v 136-138) İşdə olan, materialların məhkəmə ekspertizasının 15 mart 2024-cü il tarixli 3-16- 16/2-18/289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus metamfetaminlə X4 məxsus metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata sərf olundu-0,05 qr, qalıq 0,587 qr. Tədqiqata sərf edildi-0,05 qr, qalıq-0.496 qr. (c İ, i.v 144-145) İşdə olan, məhkəmə narkoloji ekspertizasının 27 yanvar 2024-cü il tarixli 507 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 159-160) İşdə olan, 03 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tətqiqatından sonrakı metamfetaminlərin 0,587 qram, 0,496 qram və heroinin 0,359 qram qalığı, 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və narkotik vasitə, psixotrop maddələrin qalığı saxlanılması üçün Şirvan ŞPŞ-nin saxlanc anbarına verilməsi qərara alınmışdır. (c İ, i.v 179-185) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanıldığı gün 25 dekabr 2023-cü ildə Elnura taksi kimi zəng vurub çağırmış, Elnur isə həmin vaxt bölmədə olmuş, polislər isə Elnurun maşınında gəlib onu aparmışlar, daha sonra Elnuru gətirib ona qarşı ifadə verməyə məcbur etmişlər. Saxlanılarkən üzərində heç bir narkotik olmamış, heç kimə, eləcə də Elnura narkotik maddələr satmamışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 46-47) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 55-56) şəxs qismində verdiyi ifadələrində, eləcə də video-çəkiliş vasitəsilə baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin maddəni yaşadığı evin yaxınlığından tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründəki ifadələrindən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, yəni üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində aşkar edilmiş psixotrop maddə metamfetaminin ona aid olduğunu bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış psixotrop maddə metamfetamin ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq 25 dekabr 2023-cü il tarixli şəxsi axtarış keçirilməsinə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan video-görüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, Təqsirləndirilən şəxs üzərində hər hansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar tərəfindən, habelə onun özü tərəfindən video-görüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmiş, təqsirləndirilən şəxsin özü də məhkəmə istintaqı zamanı bu kimi hallarla bağlı hər hansı bir iddia irəli sürməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu imzalamaqla yuxarıda göstərilən psixotrop maddə metamfetaminin özünə məxsus olmasını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını təsdiq etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs aşkarlanmış psixotrop maddə metamfetaminin ona aid olmadığını mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Lakin, Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı da vermiş olduğu ifadələrində heç vaxt heç kəsə narkotik vasitə və ya psixotrop maddə satmadığını, aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini iddia etmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsini inandırıcı saymayaraq belə hesab edir ki, o, qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şahid3 barəsində daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu saxlanılmış və üzərindən 0,409 qram narkotik vasitə heroin və 0,596 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Faktla bağlı Şahid3 barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı o, həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü ildə, narkotik vasitə heroini isə xx.xx.2023cü ildə, yəni ayrı-ayrı vaxtlarda hər dəfə 35 manata Şirvan şəhəri ərazisində yaşadığı küçədə alaraq özündə saxladığını bildirmiş, eyni zamanda göstərilənləri sonuncu ilə üzləşmə zamanı ifadəsində (üzləşdirmə istintaq hərəkəti videoçəkilişlə həyata keçirilmiş) birbaşa Təqsirləndirilən şəxs üzünə deməklə ifadələrini təsdiq etmiş, bununla da Təqsirləndirilən şəxs ifşa etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, eləcədə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində heç vaxt nə Şahid3, nə də ki, başqa bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını iddia etmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrini inandırıcı saymayaraq belə hesab edir ki, o, qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 15 mart 2024-cü il tarixli 3-16-16/2-18/289 nömrəli ekspert rəyi ilə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamin ilə Şahid3 aşkar edilmiş psixotrop maddə metamfetaminin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olması Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı tərəfindən Şahid3 hər hansı bir narkotik vasitə və ya psixotrop maddə satmaması ilə bağlı verdiyi ifadələri bir daha təkzib edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət törədilərkən qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram külli miqdarının aşağı həddi isə 2 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarın 14-cü bəndində qeyd olunur ki, şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 16 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən ağır cinayət törətdiyindən məhkəmə cinayətin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmasını, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin çəkisini və növünü, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 234.4.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 25 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsinin narkoloji kabinetində “Tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,587 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, videogörüntülərin yazıldığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 dekabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan 0,587 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş videogörüntülərin yazıldığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-467/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-467/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver