Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-467/2025 14.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Sabirabad rayon Suqovuşan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum edilmiş, Sabirabad rayon Suqovuşan kəndində qeydiyytda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in (bundan sonra CM-nin) 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 mart 2025-ci il tarixdə saat 21 radələrində yaşadığı Sabirabad rayon Suqovuşan kəndində yerləşən evində arvadı X2 ondan xəbərsiz «CORN» markalı mobil telefon işlətdiyini və kimləsə telefonda danışdığını bilib sonuncudan həmin telefonu haradan əldə etməsini, kiminlə danışmasını soruşmuş, Şahid3 mobil telefonu qonşuları Zərərçəkmiş şəxs verdiyini, sonuncu ilə danışdığını bildirdiyindən o, Zərərçəkmiş şəxs bu məsələni aydınlaşdırmaq məqsədi ilə yaşadığı evin həyətinə çağırmış, təxminən 20 dəqiqədən sonra onlara gəlmiş Zərərçəkmiş şəxs arvadı Şahid3 ilə nə kimi əlaqələrinin olmasını soruşub sonuncuya telefon alıb verməsini bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs deyilənləri inkar etsə də, o inanmamış, qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs həmin vaxt masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçaqı ilə iki dəfə vuraraq sonuncuya sol arxa qoltuqaltı xətt üzrə 5-ci qabırğa səviyəsində döş boşluğuna keçməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid və hemopnevmotoraksla müşayiət olunan, sol qoltuqaltı xətt üzrə 6-7-ci qabırğa səviyəsində döş boşluğuna keçən bir ədəd yara ilə müşayiət olunan həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindiriən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə Sabirabad rayonu Suqovuşan kəndində yaşayır. 28 mart 2025-ci il tarixdə saat 19 radələrindən anası Əntiqə ilə arvadı Jalənin evdə mübahisələrini eşitmiş və anasından mübahisə etmələrinin səbəbini soruşduqda anası Jalənin onlardan gizli olaraq mobil telefon işlətdiyini və onun telefonla danışmasını gördüyünü demişdir. Həmin vaxt Jalənin əlində mobil telefon olduğunu görmüş, onun əlindən telefonu alaraq ondan telefonu ona kimin alıb verdiyini soruşmuşdur. Jalə telefonu ona kim alıb verdiyini demək istəməmişdir. Lakin Jaləni döyərək ona telefon alıb vermiş şəxsin adını deməsini tələb etmişdir. Jalə ona telefonu qonşuları Zərərçəkmiş şəxs alıb verdiyini demişdir. Bundan sonra anası Əntiqəyə məxsus mobil telefonla Zərərçəkmiş şəxs zəng edərək onlara gəlməsini və onunla işi olduğunu demişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Zərərçəkmiş şəxs onların həyətinə gəlmişdir. Elnurdan arvadına telefon alıb verməsi barədə soruşduqda sonuncu Jaləyə telefon alıb vermədiyini bildirmişdir. Bununla bağlı Elnurla aralarında mübahisə yaranmış, mübahisə zamanı sillə, yumruq və təpiklə Elnuru vuraraq döymüş, həmin vaxt həyətlərində yığılmış qab-qaşığın yanında bıçaq olduğunu görərək bıçağı götürüb Elnurun sol kürək nahiyəsindən vurmuşdur. Elnuru bıçaqla vurandan sonra xəsarət yetirdiyini bilərək bıçağı götürdüyü yerə atıb sonra sifətindən bir dəfə də sillə ilə vurmuşdur. Bundan sonra isə Elnurun atası Hümbətə zəng edərək həyətlərində oğlu Elnuru bıçaqla vurub xəsarət yetirdiyini və gəlib Elnuru aparmasını demişdir. Təxminən 5 dəqiqədən sonra Elnurun atası Hümbət və anası onların həyətinə gələrək Elnuru onların həyətindən aparmışlar. O, polis şöbəsinə getmək üçün həyətə çıxmış və bu zaman artıq polis işçilərinin onu aparmaq üçün gəldiklərini görmüş və onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı ev onların evinin yaxınlığında yerləşir. Təqsirləndirilən şəxs arvadı Jalə ilə onun münasibəti olmamış və ona telefon alıb verməmişdir. 28 mart 2025-ci il tarixdə saat 19 radələrindən sonra evlərinin yaxınlığında yerləşən çayxanasında olduğu zaman Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək onlara gəlməsini, onunla işi olduğunu demişdir. O, çayxanadan çıxıb piyada Məhərrəmgilin həyətinə getmişdir. Məhərrəm onun yanına gələrək arvadı Jalədə mobil telefon tutduqlarını, Jaləyə həmin telefonu onun alıb verdiyini demişdir. O isə Məhərrəmə onun arvadına mobil telefon alıb vermədiyini, arvadı ilə onun heç bir əlaqəsinin olmadığını demişdir. Məhərrəm onunla mübahisə etmiş, ona yalan danışdığını demişdir. Sonra Məhərrəm pilləkənin yaxınlığında olan stolun üzərindən bıçaq götürərək qəflətən bıçaqla sol qoltuqaltı nahiyəsindən 2 dəfə vuraraq ona xəsarət yetirmiş və sifətindən bir sillə vurmuşdur. Bu anda atası Hümbət oraya gəlmiş və onun xəsarət aldığını görüb əmisi Kərəm Ramazanova zəng edərək tez avtomobili ilə oraya gəlməsini demişdir. Az sonra əmisi Kərəm idarə etdiyi avtomobil ilə hadisə yerinə gəlmiş və onu avtomaşına qoyaraq Sabirabad rayon mərkəzi xəstəxanasına, oradan isə Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada cərrahi əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxsla barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Ondan heç bir tələb və şikayəti yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, oğlu Təqsirləndirilən şəxs, onun arvadı Jalə və uşaqları ilə Sabirabad rayonu Suqovuşan kəndində bir evdə yaşayırlar. Gəlini Jalənin mobil telefonu olmamışdır. 28 mart 2025-ci il tarixdə axşam üstü Jalə ilə evlərində olarkən Jalənin öz otağında telefon ilə danışdığını bilmişdir. Bu səbəbdən Jalə ilə aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı Məhərrəm evə daxil olmuş və oğluna Jalədə telefon aşkar etdiyini demişdir. Məhərrəm Jalədən ona telefonu kimin alıb verdiyini soruşmuşdur. Jalə məcburiyyət qarşısında qalaraq telefonu ona qonşuluqda yaşayan Zərərçəkmiş şəxs alıb verdiyini demişdir. Məhərrəm zəng edib Elnuru həyətlərinə çağırmışdır. Elnur bir neçə dəqiqədən sonra onların həyətinə gəlmişdir. Məhərrəm Elnura nə üçün arvadı Jaləyə telefefon alıb verdiyini demişdir. Elnur Jaləyə telefon alıb vermədiyini demişdir. Məhərrəmlə Elnur arasında mübahisə yaranmışdır. O, mübahisə baş verdiyini görüb kənarlaşaraq DİN-nin 102 xidmətinə zəng edərək mübahisə barədə məlumat vermiş və Məhərrəmlə Elnurun yanlarına qayıdarəkən artıq Məhərrəmin stolun üzərindəki bıçağı götürərək Elnura xəsarət yetirdiyini, Elnurun paltarının qana bulandığını görmüşdür. Məhərrəm Elnurun atası Hümbətə zəng edib həyətlərinə çağırmış, bir neçə dəqiqədən sonra Hümbət gələrək Elnurun xəsarət aldığını görmüş və onu avtomaşınla xəstəxanaya aparmışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, evləri Təqsirləndirilən şəxs evlərinin yaxınlığında yerləşəir. Oğlu Zərərçəkmiş şəxsla Məhərrəmin arvadı Jalənin aralarında hər hansı əlaqənin olması barədə məlumatı yoxdur. 28 mart 2025-ci il tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında su arxının üstündə olarkən Təqsirləndirilən şəxsgilin həyətində oğlu Elnurla Məhərrəmin mübahisə səslərini eşitmişdir. Tez arvadı Nailə Ramazanova ilə birlikdə piyada Məhərrəmgilin həyətinə gedərkən Elnur və Məhərrəmin həyətdə olduqlarını, Elnurun sol kürək nahiyəsindən qan axdığını görmüş və Məhərrəmin onu bıçaqla vurub xəsarət yetirdiyini başa düşmüşdür. X4 zəng edib ona avtomobili ilə təcili Məhərrəmgilin həyətinə gəlməsini demişdir. Təxminən 10 dəqiqədən sonra Kərəm avtomobili ilə Məhərrəmgilin həyətinə gəlmişdir. Elnuru Kərəmin avtomobilinə əyləşdirib xəstəxanaya aparmışlar. Məhkəmə-tibbi ekspertizasının 06 may 2025-ci il tarixli, 170 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qoltuqaltı xətt üzrə 6-7-ci qabırğa səviyəsində döş boşluğuna keçən bir ədəd yara, sol arxa qoltuqaltı xətt üzrə 5-ci qabırğa səviyəsində döş boşluğuna keçməyən bir ədəd yara kəsici-deşici alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə hemopnevmotoraksla müşayiət olunan, sol qoltuqaltı xətt üzrə 6-7-ci qabırğa səviyəsində döş boşluğuna keçən bir ədəd yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir.Digər sol arxa qoltuqaltı xətt üzrə 5-ci qabırğa səviyəsində döş boşluğuna keçməyən bir ədəd yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-soyuq silahlar ekspertizasının 11 may 2025-ci il tarixli, 18/365 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 aprel 2025-ci il tarixli, 1292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və ya kəmağıllıq müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş ziyanın tamamilə ödənilməsi, Təqsirləndirilən şəxsla barışması, ondan şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28 noyabr 2024-cü il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Sabirabad Rayon Kürkəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2019 və 2023-cü illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. Həmin nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı şikayətin daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CMnin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CMnin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 28 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. Ekspertiza xərci 34 manat 38 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan bir (bir) ədəd bıçaq məhv edilsin. Ekspertiza xərci 34 (otuz dörd) manat 38 (otuz səkkiz) qəpik Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-467/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-467/2025
14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver