Məhkəmə qərarları › İş №1(099)-468/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-468/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-468/2023 19.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X5 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1961-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məkum olunmamış, Lənkəran şəhəri, Hacılar küçəsi ev 1/5-d qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında Lənkəran rayonunda istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,886 qr və 6,114 qram, ümumi təmiz çəkisi 12,0 qram olub külli miqdar təşkil edən ağ rəngli, kristal formada olan psixotrop maddə metamfetamini əldə edərək, həmin psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 01 fevral 2023-cü il tarixdə saat 15:20-də keçirdikləri əməliyyat tədbirləri zamanı Lənkəran şəhəri, 20 yanvar küçəsində piyada hərəkət edərkən saxlanılaraq ünvan 1 ünvanında yeləşən polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə psixotrop maddə metamfetamin əynində olmuş qara rəngli idman gödəkçəsinin sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 01 fevral 2023-cü il tarixdə onu Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları saxlayaraq polis şöbəsinə aparmışlar. Orada vəkilin və hal şahidlərinin iştirakları ilə üzərinə axtarış keçirmişlər. Axtarış zamanı onun üzərindən iki bükümdə 12 qram metamfetamin götürmüşlər. Lakin həmin metamfetaminlər ona aid olmamışdır. Onu polis əməkdaşları onun üzərinə qoymuşlar. Həmin vaxt ona heç bir təsir və ya təzyiq olunmamışdır. Lakin onu nəzarətə verəcəklərini dediklərindən o yazılanlarla razılaşmışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər məhkum edilməmişdir. Lənkəran şəhəri Hacılar küçəsi 1/5-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər məhkum edilməmişdir. Narkotik vasitələrin istifadəsi ilə məşğul olsa da satışı ilə məşğul olmur. Təxminən, 3 ay öncə Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində 2 bükümdə 50 manata psixotrop maddə metamfetamin almışdır. Lakin istifadə etməyib üzərimdə saxlamışdır. Bədənində ağrıların olacağı təqdirdə istifadə etməyi fikirləşmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 01 fevral 2023-cü il tarixdə saat 15:20 Lənkəran şəhəri, 20 yanvar küçəsi ilə hərəkətdə olan zaman zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşaraq, özlərinin polis əməkdaşı olduğunu tədim edib və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirib onu polis Lənkəran polis şöbəsinə aparmışlar. Polis şöbəsinin intibati otaqlarının birində ona hüquqlarımın müdafiə edilməsi məqsədilə vəkil X3 dəvət edilmiş və hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin və tanımadığı iki mülki şəxsin iştirakları ilə foto çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Sonra ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra təhqiqiatçı tərəfindən üzərinə şəxsi axtış keçirilərkən əynində olmuş qara rəngli idman gödəkçəsinin sol yan cibindən içərisində iki ədəd şəffaf rəngli bükümədə ağ rəngli, kristal formalı maddə və 1 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinaları cəmi 129 manat pul aşkar olundu. Həmin gödəkçənin sağ yan cibindən isə 80 qəpik pul aşkar edildi.Sonra həmin pul vəsaitləri təhqiqatçı tərəfindən mənə qaytarıldı. Aşkar olunmuş 2 ədəd bükümdə olan maddəyə baxış zamanı onların psixotrop maddə metamfetamin olmasını bildirdim və həmoin bükümlər stolun üzərində qoyuldu. Həmin bükümlər elekton tərəzidə çəkildi mənə çəkiləri təqdim olundu, beləki həmin bükümlərin ümümi çəkisi 12,50 qarm olması məlum oldu. Həmin büküm zərfə qoyulub, möhrlənərək, qablaşdırlıdı. Mən və müdafiəçim tərəfindən zərflərin üstü imzalandı. Psixotrop maddə metamfetamin bükümlərinin ona məxsus olduğunu, şəxsi istfadə məqsədilə üzərinə saxladığını və həmin maddələrin satışı ilə məşğul olmadığını, polis tərəfindən saxlanılarkən və saxlandıqdan sonra işgəncəyə, fizki və ya pisixi təsirə məruz qalmadığını göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş qismən etirafedici ifadəsi ilə yanaşı dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübut, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Lənkəran şəhəri, Hacılar küçəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələri əldə edib saxlaması, üzərində gəzdirməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də bu barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 01 fevral 2023-ci il tarixdə, saat 15:20 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri, 20 yanvar küçəsində saxlanılaraq üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib, onu Lənkəran Şəhər- Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada vəkilin və hal şahidlərinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. O da əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş 2 büküm, 129 manat 80 qəpik pul aşkar olunmuşdur. Aşkar olunmuş iki bükümə baxış zamanı içərisində ağ rəngli, kristal formada psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 12,50 qram olmuşdur. Sonra götürülmüş kütlələr məhkəmə-kimyəvi ekspertizaya göndərilməsindən ötrü zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümlərdə metamfetamini şəxsi istifadəsi üçün Lənkəran şəhəri “Kiçik Bazar” ərzasində tanımadığı şəxsdən 3 ay öncə 50 manata aldığını bildirmişdir. Aşkar olunmuş 2 bükümdə kütlələr kağız paketə qoyularaq qablaşdırılmışdır. Sonra da bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Dindirilmiş şahidlər Şahid2, Şahid4 və Şahid3 Naib oğlu Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Dindirilmiş Şahid5 ifadəsində bidlirmişdir ki, o, 01 fevral 2023-cü il tarixdə saat 15 radələrində Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi kimi digər hal şahidi Samirlə birlikdə iştirak etmişlər. Şəxsi axtarış zamanı onun əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən şəffaf rəngli sellofanda olan 2 ədəd bükümdə metamfetaminə bənzər kütlə və pul aşkar olunmuşdur. İki ədəd aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş və çəkilərinin 12.50 qram olması məlum olmuşdur. Həmin bükümlər iştirakları ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki büküm maddənin ona məxsus olduğunu bildirmişdir. Sonra da bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, onlar da protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə ittiham və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan olunmuş gəlməyən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o 01 fevral 2023-cü il tarixdə saat 15 radələrində Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi kimi digər hal şahidi Qabillə birlikdə iştirak etmişlər. Şəxsi axtarış zamanı onun əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən şəffaf rəngli sellofanda olan 2 ədəd bükümdə metamfetaminə bənzər kütlə və pul aşkar olunmuşdur. İki ədəd aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş və çəkilərinin 12.50 qram olması məlum olmuşdur. Həmin bükümlər iştirakları ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki büküm maddənin ona məxsus olduğunu bildirmişdir. Sonra da bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, onlar da protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Cinayət işi mareteriallarında olan 25 fevral 2023-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-ci il tarixdə saat 15:20-də Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, 20 yanvar küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirilmiş onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən şəffaf sellonan bükümdə iki ədəd prsixotrop maddə metamfetamin bükümləri aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş psixotrop maddə bükümləri elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq aşkar olunmuş metamfetamin bükümlərini Lənkəran şəhəri, “Kiçik Bazar” ərazisində tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işi materiallarında olan 25 fevral 2023-ci il tarixli, 19/1208 nömrəli məhkəmə-kimyəvi ekpertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “ Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə təmiz çəkiləri -5,886 qr; -6,114 qr, ümumi təmiz çəkisi 12,0 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 18 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 12 qram metamfetamin maddi sübut kimi tanınmaqla saxlanması üçün Lənkəran ŞRPŞ-ə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 fevral 2023-cü il tarixli, 118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmur. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması görülür. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Lənkəran şəhəri, Hacılar küçəsi 1/5-də yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadəçisi və satışı ilə məşğuldur. Onun üzərindən aşkar olunmuş 2 bükümdə psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib üzərində saxlamışdır. Aşkar edilmiş metamfetamini Lənkəran şəhəri “Kiçik Bazar” ərazisindən tanımadığı şəxsdən 50 manata aldığını bildirsə də, keçirilmiş əməliyyat tədbirləri zamanı onun narkotik vasitə aldığı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 01 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən hazırki cinayət işindən cinayətin mənbəyi ilə əlaqədar olaraq başqa bir cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində üzərindən aşkar edilib götürülmüş iki bükümdə metamfetaminin ona aid olmadığını, həmin maddəni polis əməkdaşlarının onu üzərinə qoyduqlarını bildirmişdir. Məhkəmə onun bu ifadəsinin özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olmaqla məhkəmədə elan olunmaqla tədqiq edilmiş onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi işin hallarına uyğun gələn ifadəsi, dindirilmiş şahidlərin ifadələri, axtarış və götürmə haqqında istintaq hərəkəti protokolu ilə təkzib olunduğundan həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdar təşkil edən psixotrop maddə metamfetaminin müxtəlif çəkidə olmaqla əhəmiyyətli dərəcədə çox olması halını nəzərə alaraq hesab edir ki, qeyd edilən kütlələri o məhz satış məqsədi ilə əldə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 1963-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 fevral 2023-cü tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıda göstərilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, işin vəziyyətini, cəzanı ağırlaşdıran hal olmamaqla, cəzanı yüngülləşdirən halın olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 01 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 12 qram çəkidə metamfetamin məhv edilməlidir. İş üzrə məhkəmə xərci 60 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 318, 344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyşdirilməsin. O ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 12 qram çəkidə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci 60 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu gündən (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar