Məhkəmə qərarları › İş №1(099)-468/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-468/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-468/2025 06.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədli Ənnağı Əbdül oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1998-ci ildə Lənkəran rayonu, Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, Astara Rayon Məhkəməsinin 1(018)-17/2024 saylı, 23 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-825/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 15 (on beş) gün hissəsini çəkmək üçün X8 müəssisəsinə keçirilmiş, 27 dekabr 2024-cü il tarixdən 11 saylı X8 Müəssisəsində cəza çəkmiş, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, 28 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 4(049)-32/2025 nömrəli, 30 may 2025-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Xidmətin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə, 06 noyabr 2025-ci il tarixdə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 1 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə qapalı məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2025-ci ilin mart ayının ortalarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs2 ilə 16 mart 2025-ci il tarixdə, saat 08 radələrində ünvan 1 ünvanında görüşərkən mənzilin qapısını döymüş şəxsiyyəti müəyyən edilməyən şəxslərin polis əməkdaşları olduğunu, onların gizli münasibətlərindən məlumatlı olduqlarına görə ailə üzvləri arasında rüsvay olacaqlarını və mənzilə gəlmiş polis əməkdaşlarına pul verəcəyi halda onların münasibətlərindən heç kimin xəbər tutmayacağını yalandan bildirmiş, bundan qorxu hissləri keçirmiş Zərərçəkmiş şəxs2 guya hər hansı bankdan adına kredit götürsə həmin kredit məbləğini özünün qaytaracağına dair yalan vədlər verib, Zərərçəkmiş şəxs2 aldadaraq özünə inandırıb etibarını qazandıqdan sonra, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan maddi qazanc əldə etmək məqsədi ilə sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, Zərərçəkmiş şəxs2 18 mart 2025-ci il tarixdə "xxxx" ASC-nin Lənkəran filialından kreditə götürdüyü 1400 (min dörd yüz) manat məbləğində pul vəsaitini bank filialının qarşısında sonuncudan qəbul etməklə ələ keçirib, şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 1400 (min dörd yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən 18 mart 2025-ci il tarixdə axşam saat 17-18 radələrində ona zəng etmiş tanışı Zərərçəkmiş şəxs2 həmin gün saat 14 radələrində əri X3 X9 ilə birlikdə yaşadığı ünvan 2 ünvanında iş yoldaşı Zərərçəkmiş şəxs1 onunla sevgi münasibəti saxlamasından şübhələndiyinə görə mobil telefonla video çəkiliş aparmaqla yumruq-təpiklə döyərək şüşə butulkanı zorla düz bağırsağın arxa keçəcək (anus) nahiyəsinin daxilinə yeritmələri barədə məlumatı aldıqdan sonra, Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək qərarına gəlib, bu məqsədlə 2025-ci ilin mart ayının sonunda Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsini işlədiyi Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən “BEST-TARİM” çay fabrikinin nəzarət buraxılış məntəqəsindən öyrənərək, “WhatsApp” ani mesajlaşma mübadilə sistemindən sonuncuya zəng edib, dəvəti ilə onunla həmin gün saat 17 radələrində Lənkəran şəhəri, X16 küçəsində yerləşən eyni adlı parkın yanında görüşərək, sonuncuya məxsus “Mercedes Benz C180” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əyləşib, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 əri Müşfiq Cəfərovun digər şəxslə birlikdə onu döyüb arxa keçəcək nahiyəsinə zorla şüşə butulka yeritmələrindən məlumatlı olduğunu və bunun video görüntülərini əldə etdiyini yalandan bildirib, həmin video görüntələri sosial platformalarda paylaşmaqla, haqqında həmin rüsvayedici məlumatları yayacağı ilə hədələyib, sonuncudan hədə-qorxu ilə 3000 (üç min) manat məbləğində pul tələb etmiş, ona yalnız 2000 (iki min) manat pul verə biləcəyini deyən Zərərçəkmiş şəxs1 ilə razılaşaraq ondan növbəti gün, yəni 2025-ci ilin mart ayının sonunda saat 17 radələrində Lənkəran şəhəri, Vidadi küçəsində sonuncuya məxsus “Mercedes Benz C180” minik markalı avtomobilin salonunda 2000 (iki min) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə, yəni haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakı olan 2000 (iki min) manat məbləğində pulu ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən 2025-ci ilin aprel ayının əvvəlində Zərərçəkmiş şəxs1 eyni qaydada hədələməklə haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etmək qərarına gələrək, bu məqsədlə həmin gün “WhatsApp” ani mesajlaşma mübadilə sistemindən sonuncuya zəng edib, dəvəti ilə onunla saat 16 radələrində Lənkəran şəhəri, X16 küçəsində yerləşən “dəmir yolu vağzalı”nın yanında görüşərək, sonuncuya məxsus “Mercedes Benz C180” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əyləşib, Zərərçəkmiş şəxs1 əvvəl verdiyi 2000 (iki min) manat pulun az olduğunu bildirib, guya özündə saxladığı Zərərçəkmiş şəxs2 əri Müşfiq Cəfərovun digər şəxslə birlikdə onu döyüb arxa keçəcək nahiyəsinə zorla şüşə butulka yeritmələrinin əks olunduğu video görüntüləri sosial platformalarda paylaşmaqla, haqqında həmin rüsvayedici məlumatları yayacağı ilə yenidən hədələyib, sonuncudan hədə-qorxu ilə təkrarən 250 (iki yüz əlli) manat məbləğində pul tələb etmiş, onun tələbi ilə razılaşan Zərərçəkmiş şəxs1 növbəti gün, yəni 2025-ci ilin aprel ayının əvvəlində saat 17 radələrində Lənkəran şəhəri, Şirəli Axundov küçəsində sonuncuya məxsus “Mercedes Benz C180” minik markalı avtomobilin salonunda 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs1 təkrar hədə-qorxu ilə, yəni haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakı olan 250 (iki yüz əlli) manat məbləğində pulu ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən 2025-ci ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs1 eyni qaydada hədələməklə haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etmək qərarına gələrək, bu məqsədlə həmin gün “WhatsApp” ani mesajlaşma mübadilə sistemindən sonuncuya zəng edib guya özündə saxladığı Zərərçəkmiş şəxs2 əri Müşfiq Cəfərovun digər şəxslə birlikdə onu döyüb arxa keçəcək nahiyəsinə zorla şüşə butulka yeritmələrinin əks olunduğu video görüntələri sosial platformalarda paylaşmaqla, haqqında həmin rüsvayedici məlumatları yayacağı ilə yenidən hədələyib, sonuncudan hədə-qorxu ilə təkrarən 200 (iki yüz) manat məbləğində pul tələb etmiş, onun tələbi ilə razılaşan Zərərçəkmiş şəxs1 növbəti gün, yəni 2025-ci ilin aprel ayının ortalarında saat 17 radələrində Lənkəran şəhəri, Şirəli Axundov küçəsində sonuncuya məxsus “Mercedes Benz C180” minik markalı avtomobilin salonunda 200 (iki yüz) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs1 təkrar hədəqorxu ilə, yəni haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakı olan 200 (iki yüz) manat məbləğində pulu ələ keçirmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 182.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ondan 1-2 yaş böyükdür və anası ilə birlikdə çay fabrikində işləyir, o, tutulmamışdan qabaq onunla tanış olmuşdur. Onu taksi sürücüsü kimi tanımışdır. 2024-cü ilin dekabr ayının 21-i cəza çəkmə müəssisəsindən azad edildikdən sonra cücə alıb böyüdərək satmaqla məşğul olmuşdur. Maddi vəziyyəti aşağı olduğuna görə biznesini genişləndirmək istəmiş və ona görə Zərərçəkmiş şəxs1 borca pul istəmişdir. Pulu hədəqorxu ilə almamışdır. Polislər onu öyrədiblər, çünki Araza pisliyi dəyməmişdir. İlk öncə Arazla Lənkəran şəhərində fəaliyyət göstərən 4 nömrəli orta məktəbin yaxınlığında olan bankdan kredit götürməyə getsələr də kredit ala bilməmişlər. İranə onun anasının iş yoldaşıdır. Anasının iş yoldaşları ilə birlikdə o, da göz aydınlığına onlara gəlmişdir. Anasının sözlərinə əsasən İranənin yaşadığı evə ilk dəfə satmaq üçün ördək aparmış və 8 mart bayramı münasibəti ilə pulunu almamışdır. Sonra yenə İranənin evinə satmaq üçün cücə aparmış və pulunu almışdır. Həmin gündən də İranə ilə münasibəti yaranmışdır. Ona pul lazım olduğuna görə ondan pul istəmişdir. İbtidai istintaqda onun ifadəsində olan İranə ilə münasibətə dair hissəsi həqiqəti əks etdirmir. Onlar kirayə tutduğu mənzildə olarkən qapını döyənlər polislər yox, həmin yaşayış binasının sakinləri olan iki gənc oğlan olmuşdur. İranə gedəndən sonra o, də həmin şəxslərlə söhbət etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bir günlük kirayə tutduğu evə Zərərçəkmiş şəxs2 ilə söhbət etməyə getmişlər, bir-birlərini tanımaq istəmişdir. Həmin ev tanışının olmuşdur. Onların arasında sevgi münasibəti olmamışdır. Zərərçəkmiş şəxs2 o, həbsdən azad olunduqdan sonra tanımışdır. İranə ona demişdir ki, Araz taksi sürücüsü kimi onu 2-3 dəfə avtomobillə evə aparıb və ona qatıq-süd gətirib satmışdır. Buna görə də əri şübhələnmişdir. İranə ona əri Müşfiqin Araza qarşı etdiyi butulka hərəkətləri barədə danışmışdır. Pulu alanda Araz ona demişdir ki, pulu faizə alıbdır. Arazdan ümumilikdə 2450 manat məbləğində borc pul almışdır. Arazdan nə vaxt pul aldığını dəqiq xatırlamır. Pulu 3 dəfəyə almış, birinci dəfə 2000 manat, ikinci dəfə 250 manat, üçüncü dəfə isə 200 manat almışdır. 2000 manat məbləğində pulu aldıqdan 10 gün sonra 250 manatı almış, daha 10 gün sonra da 200 manatı almışdır. Arazdan pul almağı ilə bağlı anasına məlumat verməmişdir. Araz ona mobil telefon vasitəsi ilə zəng edərək pulu demişdir ki, pulu verməsə polisə şikayət edəcək, o, də demişdir ki, ondan niyə şikayət edirsən get sənin başına o oyunu açanlardan şikayə et. Borcunu ailə üzvləri ödəmişdir. Evlərində adam çox olduğundan rahat danışa bilmədiyi üçün İranəyə görüşməyi təklif etmiş, o, da etiraz etməmişdir. Söhbət zamanı İranə əri ilə aralarında problem olduğunu bildirmişdir. Mənzilin qapısını döyən şəxslərin kim olduqlarını bilməyib, onlar iki nəfər olmuşdur. Onlar demişlər ki, mənzildən çıxıb getməsələr polisə şikayət edəcəklər, çünki o, binaya qadın gətirmişdir. Ona görə də həmin şəxslərlə mübahisəsi düşmüşdür. O, həmin şəxslərə bildirmişdir ki, özü heç yerə qaçmır, qadını yola salıb qayıdıb onlarla söhbət edəcəkdir. Həmin hadisədən iki gün sonra İnarədən borc pul istəmişdir. Pul barədə anasının məlumatı olmamışdır. İranə ona yazıb oxuya bilmədiyi üçün onunla birlikdə banka getməsini istəmişdir. Bankdan 1500 manat məbləğində kreditə pul götürmüş, həmin puldan 50 manat bank faizi tutulmuş, 50 manat isə İranədə qalmışdır. Banka olan borcu 2-3 aya bağlayacağına söz vermişdir. İranə bank kartını da ona vermişdi ki, onlardan başqa heç kimin kredit barədə məlumatı olmasın. Kartın balansında 500 manat məbləğində pul olsa da həmin kartın pin kodunu bilmədiyi üçün həmin vəsaitdən istifadə etməmişdir. Kartın pin kodunu bilmiş olsa da belə həmin puldan icazəsiz istifadə etməzdi. İranədən evin qapısını döyən şəxslərin polis olması adı ilə hədə-qorxu gəlib pul istəməmişdir. İranə ondan may ayının 27-si banka olan borcun ödəməsini tələb etmişdir. Müstəntiq onun ifadəsini alarkən demişdir ki, birinci Araz ondan şikayət edibdir. İbtidai istintaqda ifadəsini oxumamış, yalnız ittiham aktı ona veriləndə nədə ittiham olunduğunu bilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata məhkəmədə baxılarkən etiraf edici ifadə verməsinə səbəb məhəkmədən sonra yenə də Lənkəran RŞPŞ-nin MSY-ə aparılacağından və ona zor tətbiq ediləcəyindən qorxması olmuşdur. Cəza çəkmə müəssisəsindən azad edildikdən sonra 5 ay ərzində iki dəfə yalandan narkotik vasitə istifadəçisi kimi Lənkəran ŞRPŞ-nə aparılmışdır. Arazın mobil telefon nömrəsini çay fabrikinin işçilərindən almışdı. Arazın işlədiyi yer onların yaşadığı evə yaxındı. O, anası və Araz heç vaxtı bir maşında harasa getməmişlər. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş 30 may 2025-ci il tarixli ifadəsindən görünür ki, o, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, valideyinləri ilə birlikdə Lənkəran rayonu Sütəmurdov kəndində yaşayır. O, Lənkəran şəhərində yerləşən bərbər dükanında bərbər işləyirmiş. O, oğurluq cinayəti törətdiyi üçün məhkum olunmuş və Masallı rayonu ərazisində yerləşən 11 saylı X8 Müəssisəsində cəza çəkir. X17 rayonu Sütəmurdov kəndi ərazisində yerləşən "BEST-TARİM" çay fabrikində fəhlə işləyir. O, həmin çay fabrikində fəhlə işləyən Zərərçəkmiş şəxs2 təxminən 6 aydır ki, tanıyır. İranə ilə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Araz da həmin çay fabrikində fəhlə işləyir. O, 2024-cü ilin dekabr ayında 16 saylı Cəzaçəkmə Müəssisəsindən çıxandan bir neçə gün sonra anası Samirənin iş yoldaşları onu görmək üçün yaşadıqları evə gəlmişlər. Sonradan ona məlum olmuşdur ki, İranə də onların yaşadıqları evə gəlmişdir. 2025-ci ilin fevral ayının təxminən əvvəllərində tanımadığı bir mobil telefon nömrəsindən istifadəsində olan mobil telefon nömrəsinə zəng gəlmişdir. O, telefon açıb zəngə cavab verəndə bir qadın ona, danışanın anası Samirənin iş yoldaşı İranə olduğunu, ona saxlamaq üçün ördək quşu gətirməyini bildirmişdir. O, həmin ərəfələrdə ördək və cücə al-veri ilə məşğul olmuşdur. O da İranə ilə razılaşmış və 4-5 gündən sonra İranənin evinə 4 ədəd ördək aparıb İranəyə vermiş, amma pulunu almamışdır. Təxminən 10 gündən sonra İranə ona zəng edərək, ondan toyuq cücələri istəmişdir. O da 15 ədəd toyuq cücələrini aparıb evində İranəyə vermişdir. İranə buna görə ona 25 manat pul vermiş və o, yaşadığı evə qayıtmışdır. Həmin günü axşam saatlarında İranə istifadəsində olan mobil telefon nömrəsinin "Whatsapp"dan onun istifadəsində olan mobil telefon nömrəsinin "Whatsapp"ına "salam necəsən" səsli mesajını göndərmişdir. O da İranəyə "salam yaxşıyam, siz necəsiniz" mesajını göndərmişdir. Həmin gündən etibarən İranə ilə "Whatsapp"da mesaj vasitəsi ilə danışıb söhbət etməyə başlamışdır. İranə bir dəfə telefonda ona, əri Müşfiqlə bir yataqda yatmadığını, Müşfiqin başqa qadınlarla gəzdiyini və uşaqlarına görə bir evdə yaşadıqlarını bildirmişdir. Həmçinin, İranə ona yaraşıqlı oğlan olduğunu və şəkillərini gördüyünü, subay olsaydı ona ərə gələcəyini telefonda bildirmişdir. İranənin bu sözləri ona xoş gəlmişdir. Bir dəfə İranə gecə vaxtı ona telefonda işə gedəcəyini bildirib, arxasınca avtomobil gələnədək, onu görmək üçün yaşadığı məhləyə dəvət etmişdir. O da piyada onun yaşadığı məhləyə gələ bilməyəcəyini, başqa vaxtı istəsə görüşməyi bildirmişdir. İranə də onunla razılaşmış və bağlı bir məkanda görüşməyi ona təklif etmişdir. O da İranə ilə razılaşmış və qərara gəlmişdir ki, İranə ilə tanışı Cavidin tək kirayədə yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən mənzilində görüşsün. Saat 08 radələrində İranə "Al market"in yanına gəlmiş birlikdə binanın asfalt yola tərəf olan 1-ci blokundan binaya daxil olmuş və 2-ci mərtəbəyə qalxmışlar. Sonra isə sağ tərəfdə yerləşən Cavidin kirayədə yaşadığı mənzilin qapısını açarla açıb mənzilə daxil olmuşlar. O, İranə ilə öz razılığı əsasında həmin mənzildə cinsi əlaqə olmuşdur. O, həmin günü İranədən 1500 manat pul istəmişdir. İranə də pulunun olmadığını, amma bankdan götürüb ona verə biləcəyini bildirmişdir. 2-3 gün sonra İranə ona zəng edərək, yazıboxumağı bilmədiyini, səhər onunla banka getməsini istəmişdir. Səhərisi gün Bank of Baku bankının qarşısına gedərək İranə ilə orada görüşmüşlər. İranə bankdan kreditə 1500 manat pul götürmüş və onlar bankdan küçəyə çıxmışlar. İranə ona 1400 manat pul verərək, 50 manatın komissiya haqqına çıxıldığını və 50 manatın da özünə lazım olduğunu bildirmişdir. O, pulu İranədən alandan sonra işlədiyi bərbər dükanına getmişdir. İranə bankdan götürdüyü pula görə ona verilmiş sənədləri və bonsu kartını ona vermişdir və həmin kartda 500 manat pul olmuşdur. Amma, o, bonsu kartından həmin pulları çıxartmamışdır. Həmin günü, saat 17-18 radələrində İranə ona zəng edərək, əri Müşfiqin Arazla onun danışığını tutduğunu və buna görə də ona zəng etməməyini bildirmişdir. Həmçinin İranə telefonda ona, həmin günü, günorta saatlarında əri Müşfiqin dostu Zaurla birlikdə, iş yoldaşı Arazı yaşadıqları evə gətirdiklərini və evlərində Arazı döydüklərini, Arazın arxa keçəcək anus dəliyinə şüşə butulka soxduqlarını bildirmişdir. O da qorxusundan bir də onunla əlaqə saxlamamağını İranəyə bildirmişdir. O, mobil telefon nömrəni tullamışdır. Həmin gündən etibarən İranə ilə əlaqə saxlamamışdır. 2025-ci ilin mart ayının axılarında qərara gəlmişdir ki, Arazla görüşüb ondan pul alsın. O, çay fabrikinin qarşısına getmiş və buraxılış məntəqəsindən Arazın hazırda xatırlamadığı mobil telefon nömrəsini götürmüşdür. Sonra isə o, işlədiyi bərbərxanaya qayıtmış və bərbərxanada müştərilərə görə işlətdiyi ***-***-**-** mobil telefon nömrəsinin "Whatsapp"ı ilə Arazın hazırda xatırlamadığı mobil telefon nömrəsinin Whatsappına zəng etmiş və onunla H.Aslanov Xiyabanın yanında görüşmüşdür. O, Arazın maşınına oturmuş və Araza demişdir ki, "səni İranənin əri Müşfiq tanışı Zaurla birlikdə yaşadığı evə aparmış və döydükdən sonra götünə butulka soxmuşlar, belə bir hadisə olub?". O, da ona etiraf edərək həmin hadisənin baş verdiyini bildirmişdir. O, Araza demişdir ki, ona 3.000 manat pul verməsə bu söhbəti yayacağını, əgər ona 3.000 manat pul verərsə söhbətin aralarında qalacağını bildirmişdir. Araz da qorxmuş və ona, 3.000 manat pul düzəldib verəcəyini, amma bu söhbətin aralarında qalacağını bildirmişdir. O, səhərisi günü Araza zəng edərək, pulun hazır olub-olmadığını soruşmuşdur. Araz da ona, 2000 manat pul düzəltdiyini və ona zəng edib pulu ona verədəyini bildirmişdir. O, həmin günü saat 18 radələrində Arazla Sütəmurdov kəndi ərazisində yerləşən çayqırağına yaxın olan Lənkəran şəhərinin adını bilmədiyi küçəsində görüşmüş və Arazın avtomobilinin içərisində Arazdan 2000 manat pulu almışdır. Sonra isə Araza, bu söhbətin aralarında qalacağını bildirmişdir. O, həmin yerə tanımadığı bir taksi maşını ilə getmiş və tanımadığı taksi sürücüsünün onun Arazdan pul almağından məlumatı olmamışdır. Bir neçə gündən sonra yendən Arazdan pul alıb xərcləmək qərarına gəlmişdir. O, yenidən Araza zəng edib onunla İcra Hakimiyyətinin binasının yaxınlığında ondan 250 manat pul almışdır. Bir neçə gündən sonra yenə də Arazdan pul alıb xərcləmək qərarına gəlmiş və Araza zəng edib, ondan yenə də İcra Hakimiyyətinin binasının yaxınlığında 200 manat pul almışdır. (iş vərəqə 84-86) Məhkəmə iclasında ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, ifadəsini bildirdiyi kimi versə də, müstəntiq ifadəsini başqa şəkildə yazıb. Polis əməkdaşlarının onunla qərəzli davranmasına səbəb keçmiş şəxsi həyatı ilə bağlıdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, adı Lənkəran rayon Sütəmurdov Bələdiyyəsində fəhlə vəzifəsində getsə də bərbər işləmiş və əlavə olaraq cücə saxlamaqla da məşğul olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ilə bağlı onun mobil telefonunda heç bir rüsvayedisi məlumat olmayıb və ona qarşı da heç bir hədəqorxu gəlməmişdir. Mobil telefonu müstəntiqdə olub, araşdırılıb və elə bir video telefonda aşkar edilməyibdir. Evin tək oğludur, subaydır, yolunu gözləyəni var, ailə həyatı qurmaq istəyir. Tutulması, ağır cəza alması tək onun bədbəxtçiliyi yox, həm də o biri tərəfin də bədbəxtçiliyinə gətirib çıxardır və bu da ailənin dağılmasına səbəb olur. Anasının səhhəti yaxşı deyil, özü isə şəkər xəstəliyindən əziyyət çəkir. Barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməyərək inkaredici ifadə vermiş və bu səbəbdən də onun məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduqları ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq edilmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs belə məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs anası Samirə ilə eyni çay fabrikində işləyir. Samirənin oğlu həbsdən çıxandan sonra qadın iş yoldaşları ilə bir yerdə Samirəgilin evinə gözaydınlığına getmişdir. O, qadınlardan bir qədər tez getmişdir. Samirə ondan xahiş etmişdir ki, təkdir, süfrənin hazırlanmasında ona kömək etsin. İlk dəfə Əyyubu orada görmüşdür. Əyyubun 28 yaşı olduğunu bildiyi üçün özündən balaca bilib onun üzündən öpmüş və hətta Samirəyə gülə-gülə demişdir ki, nə qəşəng oğlun var. Məclisdən sonra qonaqlarla bir yerdə çıxıb getmişdir. Samirə ilə söhbət əsasında bilmişdir ki, oğlu Əyyub cücə satışı ilə məşğul olur, Samirəyə cücə almaq istədiyini demişdir. Onun mobil telefonunun nömrəsini Əyyuba anası Samirə vermişdir. O, Əyyuba zəng etməmiş və onun mobil telefonunun nömrəsini də bilməmişdir. Əyyub onun istifadəsində olan mobil telefona zəng edərək özünü təqdim etmişdir. Əyyub ona demişdir ki, şəhərə tərəf gedir, onda 5 ədəd ördək balası var. O, da uşaqları ilə bir yerdə küçəyə çıxaraq Əyyubdan ördək balalarını götürmüşdür. Həmin vaxt Əyyub onların itinə baxmaq üçün evlərinin həyətə daxil olmuş və uşaqları ilə bir qədər söhbət etdikdən sonra çıxıb getmişdir. O, Samirəyə bir qadın kimi öz problemlərini danışmışdır. Ona sonradan məlum olmuşdur ki, Əyyub anasının WhatAppını öz telefonuna köçürməklə onun Samirə ilə yazışmasından xəbərdar olmuşdur. Arazı 10 ildən çoxdur ki, iş yoldaşı kimi tanıyır. Əri Arazla bağlı problemə görə işlədiyi çay fabrikinə gedərək onun bütün əşyalarını əlindən almışdır. O, da üzərində olan 100 manat məbləğində pulu Samirəyə saxlamaq üçün vermişdir ki, yoldaşı onu evdən qovduğu halda, Bakı şəhərində yaşayan valideyinlərinin yanına getmək üçün nəqliyyat pulu olsun. Əyyubla saat 09:00 radələrində yaşayış binasının yanında görüşərək birlikdə mənzilə daxil olmuşlar, mənzildə təqribən 1 saat qalmışlar və həmin vaxtı mənzilin qapısı döyülmüş, Əyyubdan soruşmuşdu ki, mənzil kimindir, o, da demişdir ki, bura pozğunxanadı. O, Əyyuba onu normal evə söhbət etməyə aparacağını dediyini onu pozğunxanaya niyə gətirdiyini soruşmuşdur. Əyyubun dediyinə görə mənzilin qapısını döyənlər polis əməkdaşlarıdır. Sonra onlar mənzildən çıxaraq yaşadıqları evə getmişlər. Daha sonra dəfələrlə Əyyuba zəng edərək həqiqətən də qapını döyən şəxslərin polis əməkdaşları olub-olmadığını soruşmuş, o, da polis əməkdaşları olduğunu və ondan 3000-4000 manat məbləğində pul tələb etdiklərini ona demişdir. O, oxumağı və yazmağı bilmədiyinə görə kredit götürmək üçün Əyyubu özü ilə banka aparmışdır. Bankdan 1500 manat məbləğində kredit götürmüş, həmin puldan 50 manat komissiya haqqı tutulmuş, 50 manat özü götürümüş, qalan 1400 manatı isə Əyyuba vermişdir. 1500 manat kredit məbləğinə görə bank faizi və gecikdirməyə görə hesablanmış dəbbə ilə birlikdə banka 1950 manat məbləğində borcu var. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, faizi ilə birlikdə banka 1950 manat məbləğində pul ödəməlidir. Təqsirləndirilən şəxs ondan 1400 manat məbləğində pulu qapını döyən polis əməkdaşlarına vermək adı ilə almışdır. Onda sübut kimi WhatApp yazışmaları var. Daha sonra Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, videogörüntü ilə bağlı Əyyuba heç nə deməmiş, əri videonu Samirəyə göstərərək demişdir ki, bax Araz onun namusuna sataşdığına görə onu bu hala salmışdır. O, da Samirə ilə dərdləşəndə Əyyub yazışmaların hamısını görmüşdür. Əyyub ərinin qabağını kəsərək ona demişdir ki, Arazı döydüyünə görə o ürəyində zədə alıb və buna görə 2000 (iki min) mant məbləğində pul lazımdır, əri də ona demişdi ki, Araza pul lazımdırsa özü ona niyə bu barədə demir, bundan sonra Əyyub ərinin gözünə iki həftə görünməmiş, əri ona demişdir ki, Əyyub onun əcəli olacaq, o, da ərinə demişdir ki, işin olmasın o, özü Əyyubun anası ilə danışacaq, o, da bu barədə Samirə ilə danışıb məsələni yoluna qoymuşdur. Onun qaynanası Əyyubgilə gedəndə bilmişdi ki, Əyyub Arazdan pul alıbdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2025-ci ilin mart ayın axırlarında Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxta kimi Əyyubu tanımayıbdır. Həmin günü saat 17-18 radələrində Əyyubla Lənkəran şəhərində vağzalın yaxınlığında görüşmüşdür. Əyyub ona demişdir ki, İranənin ərinin ona qarşı etdiyi hərəkətin videosu onda var, ona 3.000 (üç min) manat məbləğində pul verməlidir, verməsə həmin videonu yayıb onu ifşa edəcəkdir. Ona görə də məcbur qalıb Təqsirləndirilən şəxslə birlikdə bir-iki banka gedərək kredit götürmək istəmiş, lakin atası bankdan kredit götürərkən ona zamin durduğu üçün kredit götürə bilməmişdir. Həmin günün axşamı qardaşı Faiqə zəng edib ondan avtomobilini təmir elətdirmək adı ilə 2.000 (iki min) manat məbləğində pul istəmişdir. Qardaşı Faiq bir gün sonra Bakı şəhərindən taksi sürücüsü vasitəsi ilə ona 2.000 (iki min) manat məbləğində pul göndərmiş, o, həmin pulu sürücüdən qəbul etdikdən sonra Əyyubla Lənkəran şəhərinin yaxınlığında çay qırağında görüşüb ona vermişdir. 10-15 gün sonra Əyyub yenidən ona zəng edərək videonu yayacağı hədəsi ilə ondan 250 (iki yüz əlli) manat məbləğində pul tələb etmişdir. O, məcbur qalıb Əyyuba dediyi 250 (iki yüz əlli) manat məbləğində pulu ona vermişdir. Yenə də 10-15 gün keçdikdən sonra Əyyub onun mobil telefonuna zəng edərək videonu yayacağını deyərək ondan 200 (iki yüz) manat məbləğində pul tələb etmişdir. O, məcbur qaldığı üçün Lənkəran rayon İcra Hakimiyyətinin binasının qabağında Əyyuba 200 (iki yüz) manat məbləğində pulu vermişdir. Ümmilikdə Əyyub ondan 2450 (iki min dörd yüz əlli) manat məbləğində pulu hədə-qorxu gələrək almışdır. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, Əyyubdan onda olan videonu göstərməsini tələb etsə də o, imtina etmişdir. Əyyub ona video ilə bağlı hər şeyi dəqiqliklə dediyinə görə o, də qorxaraq onunla görüşməyə razı olmuşdur. Əyyubla danışanda o, İranənin, Müşfiqin və Zaurun adını çəkmişdir. Əyyubu əvvəllər tanımamış, onu mart ayın 18-dən sonra tanımışdır. Onun mobil telefonunun nömrəsini kimdən aldığını bilmir. Əyyub ilk dəfə ona zəng edəndə adını ona demədən onunla görüşmək istəmişdir. Polis şöbəsinə müraciət edəndən sonra onun adının Əyyub və anasının iş yoldaşı olduğunu bilmişdir. Əyyubun anası Samirə Əyyubun ondan pul alması barədə soruşmuş o, da Əyyubu tanımadığını bildirmişdir. Sonra bilmişdir ki, Samirə Əyyubun anasıdır. Əyyubun ona olan 2450 manat borcunu cəzaçəkmə müəssisəsinin əməkdaşı kimi tanıdığı şəxs ödəmişdir. Ona görə də Əyyuba qarşı heç bir tələbi və şikayəti yoxdur. Əyyuba verdiyi pulu faizə götürdüyünü ona görə demişdir ki, Əyyub bir daha ondan hədə-qorxu ilə pul tələb etməsin. Əyyub ondan təkrar pul istəyəndə o, demişdir 2000 (iki min) manat məbləğində pul verərkən onlar razılaşmışlar ki, o, pulu alandan sonra videonu siləcəksən o, isə demişdir ki, ona pul lazımdır. O, polisə şikayət etməyib, onu polis şəbəsinə çağırıblar. Müşfiqlə Zaur tutulandan sonra o, polisə şikayət etmişdir. Əyyub həmin videogörüntünü kimdən və hardan əldə etməsi barədə ona heç bir məlumat verməmişdir. Əyyuba 2000 (iki min) manat məbləğində pul verəndə şərtləşmişlər ki, Əyyub videonu heç kinə göstərməyəcək və siləcəkdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Əyyub valideyinləri ilə arasının dəydiyi üçün evlərinə gedə bilmədiyini, ona görə də qalmağa yerinin olmadığı üçün onun kirayə yaşadığı ünvan 1-da qalmaq istədiyini demiş, o, da razılıq vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, özü həmin mənzildə 2-3 il olar ki, kirayə qalır. Evli olsa da mənzildə tək yaşamışdır. Hazırda həmin mənzil başqa adama satılmışdır. Qonşulardan heç kim ona mənzilə qadın gətirilməsi ilə bağlı irad bildirməyibdir. Əyyub ona demişdir ki, guya polislər evin qapısını döymüşlər. Onu bu məsələyə görə polisə çağırmayıblar. Mənzilin açarını Əyyuba verəndən sonra narahatçılıq olmasın deyə özü mənzildən getmişdir. Açarı bir gün əvvəl gecə vaxtı Əyyuba vermiş, növbəti günü səhər saat 10-11 radələrində açar ona geri qaytarılmışdır. Məhkəmə istintaqında dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. 2025-ci ilin mart ayının axırı qardaşı Araz ona zəng edərək avtomobilinin təmiri ilə bağlı pul istəmişdir. O, Bakı şəhərində işləyir, həmin vaxt özündə pul olmadığından tanışlarından borc alaraq qardaşına taksi ilə 2000 (iki min) manat məbləğində pul göndərmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 əri X3 digər şəxslə birlikdə onu döyüb arxa keçəcək nahiyəsinə zorla şüşə butulka yeritmələrindən məlumatlı olduğunu və bunun video görüntülərini əldə etdiyini yalandan bildirib, həmin video görüntələri sosial platformalarda paylaşmaqla, haqqında həmin rüsvayedici məlumatları yayacağı ilə hədələyib, Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə pul tələb etməklə, 2025-ci ilin mart ayının sonundan, 2025-ci ilin aprel ayının ortalarınadək olan müddət ərzində Lənkəran şəhər ərazisində sonuncunun cəmi 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə ələ keçirməsinə dair müraciəti əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılmışdır.(i.v.1-2) -Zərərçəkmiş şəxs1 tərəfindən Lənkəran ŞRPŞ-nə ünvanlanmış 28 may 2025-ci il tarixli ərizədən görünür ki, 2025-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs onunla Dəmiryolu vağzalında görüşmüş və ona Müşfiqlə Zaurun onu döyüb arxa keçəcək nahiyəsinə zorla şüşə butulka yeritmələrindən məlumatlı olduğunu və bunun video görüntülərinin əlində olduğunu 3000 manat pul verməsə videonu yayıb onu rüsvay edəcəyi hədəsi ilə hədələyib ayrı-ayrı vaxtlarda ümumilikdə 2450 manat pulunu ələ keçirmişdir.(i.v.8) -“Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olduğu üçün tutulmuşdur.(i.v.25-26) -“Təqdim etmə, götürmə və baxış keçirilməsi barədə” 29 may 2025-ci il tarixli protokoldan və cədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinin kserosurətindən görünür ki, kreditin məbləği 1500 manat, faiz dərəcəsi 28,9 % illik, müddəti 20 ay, verilmə tarixi 18 mart 2025-ci ildir.(i.v.48-49) -Zərərçəkmiş şəxs2 tərəfindən Lənkəran ŞRPŞ-nə ünvanlanmış 29 may 2025-ci il tarixli ərizədə göstərilmişdir ki, iş yoldaşı X1 Əyyub Aris oğlu onu söhbət etmək üçün, 16 mart 2025-ci il tarixdə saat 09 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində 2-ci mikrorayon ərazisində yerləşən “AL Market”in yanında olan binanın qarşısına çağırmış, onlar görüşdükdə nömrəsini xatırlamadığı evə daxil olduqdan sonra qapı döyülmüş Təqsirləndirilən şəxs ona paltar şkafında gizlənməyi polislərin gəldiyini demiş o, qorxudan şkafa girmiş, sonra Əyyub ona gəldikləri evin pozgun qadınların kişilərlə gəldiyi ev olduğunu, çıxıb ev getməsini demiş, o, həmin evdən çıxıb evinə getmiş, bir-iki saat sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək “sənin ərin və mənim atamın bilməməsi üçün polislərə 5000-7000 manat pul vermək üçün ona pul lazım olduğunu” demişdir. O, Əyyuba pulunun olmadığını bildirmiş, Əyyub isə “sən bankdan kredit götür ver mənə, söz verirəm krediti özüm ödəyəcəm” demişdir. O, Əyyuba inanaraq 18 mart 2025-ci il tarixdə saat 10-11 radələrində evdən çıxıb Əyyubun onu gözlədiyi "xxxx" bankının qarşısına getmiş və bankdan 1500 manat kreditə pul götürmüş, pulun 50 manatını komissyon haqqına çıxmışlar 50 manatını isə özünə götürməklə 1400 manat məbləğində pulu Əyyuba vermişdir. Əyyub onu aldadaraq hər ay kredit pulunu ödəməmişdir. O, Əyyubdan 1400 manat pulunu tələb etsə də o, pulu qaytarmamış Əyyub onu aldadaraq dələduzluq yolu ilə 1400 manat pulunu ələ keçirmişdir. Əyyub barəsində qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v.50) -“Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 29 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Müqabil oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.51) -“Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 may 2025-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 guya özündə saxladığı Zərərçəkmiş şəxs2 əri X3 digər şəxslə birlikdə onu döyüb arxa keçəcək nahiyəsinə zorla şüşə butulka yeritmələrinin əks olunduğu video görüntüləri sosial platformalarda paylaşmaqla, haqqında həmin rüsvayedici məlumatları yayacağı ilə hədələyib, Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə pul tələb etdiyi yer Lənkəran şəhəri, X16 küçəsində yerləşir və Zərərçəkmiş şəxs1 2025-ci ilin mart ayının sonunda saat 17 radələrində özünə məxsus “Mercedes Benz C180” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə 2000 (iki min) manat pul aldığı Lənkəran şəhəri, Vidadi küçəsində yerləşən yeri, 2025-ci ilin aprel ayının əvvəlində saat 17 radələrində özünə məxsus “Mercedes Benz C180” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə 250 (iki yüz əlli) manat və 2025-ci ilin aprel ayının sonunda saat 17 radələrində özünə məxsus “Mercedes Benz C180” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə 200 (iki yüz) manat pul aldığı Lənkəran şəhəri, Şirəli Axundov küçəsində yerləşən yeri göstərir.(i.v.59-64) -“Cinayt əməlinin tövsif edilməsi haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə cinayət əməli Cinayət Məcəlləsinin 181.2-ci maddəsindən, həmin Məcəllənin 182.2.2-ci madəsinə tövsif olunmuşdur.(i.v.72-73) -“Təqsirləndirilən şəxs qismində cəlb etməklə ittihamın elan olunması haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci madəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.(i.v.75-77) -30 may 2025-ci il tarixli “üzləşmə dindirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs isə demişdir ki, “mən Araza Zərərçəkmiş şəxs2 əri Müşfiq Cəfərovun digər şəxslə birlikdə onu döyüb arxa keçəcək nahiyəsinə zorla şüşə butulka yeritmələri barədə məndə onun videosu olduğunu deməmişəm, düzdü Arazdan onu rüsvay edəcəyimi deyib pul tələb etmişəm”.(i.v.88-92) -“Məhkəmə tibbi ekspertizası”nın 30 may 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.(i.v.100- 102) -Lənkəran Rayon Məhkəməsinin 4(049)-32/2025 nömrəli, 30 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 may 2025-ci il tarixdən hesablanmışdır.(i.v.105-110) -Zərərçəkmiş şəxs1 Müqabil oğlunun 03 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 2450 manat ziyanı, atası Aris Baxşiyev tamamilə ödəmişdir.(i.v.125) -“Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.126) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı X8 Müəssisəsinin 10 iyun 2025-ci il tarixli, 3-16-17/53/2-134/2025 saylı məktubu ilə cinayət işinə əlavə olunmuş materialdan görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 1(018)-17/2024 saylı, 23 yanvar 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə, əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmaqla, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının 1/3 hissəsindən çoxunu Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində çəkdikdən sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarı ilə cəzasının 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün çəkilməmiş qalan hissəsini çəkmək üçün X8 müəssisəsinə keçirilmiş, 27 dekabr 2024-cü il tarixdən 11 saylı X8 Müəssisəsində cəza çəkmiş və 28 may 2025-ci il tarixə cəzasının 7 (yeddi) ay 25 (iyirmi beş) gün çəkilməmiş hissəsi qalmışdır.(i.v.142-159) -“Lənkəran Şəhər Psixiatriya Xəstəxanası” X11 11 iyun 2025-ci il tarixli, 465 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyil.(i.v.161) -“Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edərək, 18 mart 2025-ci il tarixdə saat 10-11 radələrində Zərərçəkmiş şəxs2 məxsus 1400 (min dörd yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi yer Lənkəran şəhəri, X16 1 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-nin Lənkəran filialının binasının qarşısında yerləşir.(i.v.162-164) -“Cinayət əməlinin tövsif edilməsi haqqında” 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə cinayət əməlləri Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən, həmin Məcəllənin 178.1 və 182.2.2-ci maddələrinə tövsif edilmişdir.(i.v.198-199) -“Təqsirləndirilən şəxs qismində cəlb etməklə yenidən ittihamın elan olunması haqqında” 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Cinayət Məcəlləsinin 178.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur.(i.v.202-204) -“Sübutların qiymətləndirilməsi haqqında” 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Mersedes Benz C180 minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs2 təqdim etdiyi kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinin kserosurəti, Təqsirləndirilən şəxs dindirilməsi barədə videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk, hadisə yerlərinə baxış keçirilməsi haqqında protokollar və protokollara əlavə edilmiş fotoşəkillər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olmuş, Mersedes Benz C180 minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Zərərçəkmiş şəxs1 saxlanılmışdır.(i.v.242-258) İşə əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-468/2025 nömrəli, 06 noyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində bəraətverici əsas olmadan zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə aid hissədə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində həmin maddə ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli, 2 nömrəli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmə cinayətlərinə dair işlərin baxılmasında qanunun tələblərinə ciddi əməl edilməsinə, cinayətin törədilməsində iştirak etmiş şəxslərin hər birinin cinayətin törədilməsində rolunun və təqsirlilik dərəcəsinin müəyyən edilməsinin zəruriliyinə cəlb edilsin. X12 1-1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. X12 1-2-ci bəndində göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür. X12 3-ci bəndində göstərilmişdir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. X12 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində göstərilmiş cinayətlərdən hər hansı birini törətmiş, lakin həmin cinayətə görə məhkum edilməmiş və cinayət məsuliyyətindən azad edilməmiş şəxs əvvəl törədilən cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyi halda hədə-qorxu ilə tələb etmə cinayətini törədərsə, bu halda birinci əməl (əgər əvvəlki əməl CM-in 182.1-ci maddəsi ilə ehtiva olunan cinayət deyilsə) Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə, hədə-qorxu ilə tələb etmə isə cinayətlərin təkrar törədilməsi əlaməti üzrə - Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, yəni bu cinayətlərin məcmusu kimi tövsif edilməlidir. Təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində Cinayət Məcəlləsinin 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə Cinayət Məcəlləsinin 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan Cinayət Məcəlləsinin 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir. Cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimaitəhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi bildirir ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Məhkəmə istintaq nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 1 nəfər zərərçəkmiş şəxsi üç dəfə hədələyərək onun pullarını ələ keçirmişdir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. X13 18-ci bəndində göstərilmişdir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 02 iyun 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il 2 nömrəli qərarında göstərilmişdir ki, təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrıayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində Cinayət Məcəlləsinin 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə Cinayət Məcəlləsinin 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan Cinayət Məcəlləsinin 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli qərarında qərara almışdır ki, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Məhkəmə tərkibi bildirir ki, cinayətin təkrar törədilmiş hesab edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi faktı müəyyən edilməlidir. Bu fakt təkrarlığın təqsirkar şəxsdə mənfi xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini etiva edir. Təqsirkar şəxsin müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun ictimai təhlükəliliyini sübut edir. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün:- məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatlar yaymaması, ondan hədə-qorxu gələrək pul tələb etməməsi və ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 182.2.2ci maddəsi ilə olan ittihamı bütövlükdə mübahisələndirərək həmin ittihamı əsassız hesab etmişdir və buna əsas kimi təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 taksi sürücüsü kimi tanıdığını, maddi vəziyyəti aşağı olduğuna görə biznesini genişləndirmək üçün Zərərçəkmiş şəxs1 borca pul aldığı ilə bağlı göstərdiyi hallar ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, zərərçəkmiş şəxsin ifadəsi və toplanmış digər sübutların məcmusu ilə təkzib edilir. Müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı hər hansı bir əsaslı dəlillər gətirə bilməmiş yalnız ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Məhkəmə tərkibi ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqsirləndirilən şəxsə ittihamda göstərilən tarixlərdə və məbləğlərdə pul vəsaitlərinin verilməsi işin mübahisəsiz halıdır. Başqa sözlə, zərərçəkmiş şəxs tərəfindən ümumilikdə 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxsə verilməsi halı məhkəmə istintaqı ilə də müəyyən edilməklə tərəflər həmin halı mübahisələndirməmişdir. Tərəflərin mübahisələndirdiyi hal qeyd edilən pul vəsaitlərinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən hədə-qorxu ilə tələb edilərək alınması ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əri X3 X9 ilə birlikdə yaşadığı ünvan 2 ünvanında iş yoldaşı Zərərçəkmiş şəxs1 onunla sevgi münasibəti saxlamasından şübhələndiyinə görə mobil telefonla video çəkiliş aparmaqla yumruq-təpiklə döyərək şüşə butulkanı zorla düz bağırsağın arxa keçəcək (anus) nahiyəsinin daxilinə yeritmələri ilə bağlı video onda var, ona 3.000 (üç min) manat məbləğində pul verməlidir, verməsə həmin videonu yayıb onu ifşa edəcəkdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun barəsində yaya biləcəyi rüsvay edici məlumatlardan ehtiyat edərək sonuncunun hədə-qoxularına boyun əyib Təqsirləndirilən şəxs dediklərinə əməl edəcəyi təqdirdə həmin məlumatları yaymayacağını və ondan əl çəkəcəyini düşünərək özü və qardaşından borc götürməklə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən zərərçəkmiş şəxslərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - İş materiallarında olan və məhkəmədə araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 09 iyun 2025-ci il tarixli tələbnamə və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 1(018)-17/2024 saylı, 23 yanvar 2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2024cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün hissəsini çəkmək üçün 11 saylı X8 Müəssisəsinə keçirilmişdir. (i.v.123-124) -Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Sütəmurdov kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 28 avqust 2025-ci il tarixli, 265 nömrəli arayışından və 07 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, ailə tərkibi valideynlərindən və bacısından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v.240-241) İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 1(018)-17/2024 saylı, 23 yanvar 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə, əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmaqla, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının 1/3 hissəsindən çoxunu Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində çəkdikdən sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarı ilə cəzasının 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün çəkilməmiş qalan hissəsini çəkmək üçün X8 müəssisəsinə keçirilmiş, 27 dekabr 2024-cü il tarixdən 11 saylı X8 Müəssisəsində cəza çəkmiş və 28 may 2025-ci il tarixə cəzasının 7 (yeddi) ay 25 (iyirmi beş) gün çəkilməmiş hissəsi qalmışdır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxmış məhkəmənin ittiham hökmü qanuni qüvvəyə minmiş və məhkum edilmiş Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti başa çatmamışdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin 18.4-cü maddəsində əvvəllər Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə (məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum edildikdə) və yaxud 18.4-cü maddəsində göstərilən hallara aid olduqda (yəni, şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan-islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə) residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair” 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olubolmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cinayətlərin residivi olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X6rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti ittiham olunduğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı X8 Müəssisəsinin 10 iyun 2025-ci il tarixli, 3-16-17/53/2-143/20025 nömrəli məktubuna əlavə edilmiş arayışdan görünür ki, Astara Rayon Məhkəməsinin 1(018)-17/2024 saylı, 23 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün hissəsini çəkmək üçün 11 saylı X8 Müəssisəsinə keçirilmiş, 27 dekabr 2024-cü il tarixdən 11 saylı X8 Müəssisəsində cəza çəkmiş, 28 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulanadək, cəzasının 7 (yeddi) ay 25 (iyirmi beş) gün hissəsi çəkilməmiş qalmışdır.(i.v.146) Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 1(018)-17/2024 saylı, 23 yanvar 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasınını çəkilməməiş qalan 7 (yeddi) ay 25 (iyirmi beş) gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə birləşdirilərək ona hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 28 may 2025-ci il tarixdən hesablanmalı Lənkəran Rayon Məhkəməsinin 4(049)-32/2025 nömrəli, 30 may 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli, Təqsirləndirilən şəxs dindirilməsi barədə videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk, hadisə yerlərinə baxış keçirilməsi haqqında protokollar və protokollara əlavə edilmiş fotoşəkillər icraat materiallarının saxlanıldığı müddət ərzində iş materialarında saxlanılmalı, Mersedes Benz C180 minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməməsi, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-1, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Astara Rayon Məhkəməsinin 1(018)-17/2024 saylı, 23 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib ona qəti olaraq təyin olunmuş, 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan 28 may 2025-ci il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 4(049)-32/2025 nömrəli, 30 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs dindirilməsi barədə videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk, hadisə yerlərinə baxış keçirilməsi haqqında protokollar və protokollara əlavə edilmiş fotoşəkillər icraat materiallarının saxlanıldığı müddət ərzində iş materialarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Mersedes Benz C180 minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia verilməməsi, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar