Məhkəmə qərarları › İş №1(099)-47/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-47/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-47/2022 28.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Nəbiyev Cəlil Cabbar oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 müdafiəçiləri - Şirvan Regional Vəkil Bürosunun vəkili X1, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçiləri - Şirvan Regional Vəkil Bürosunun vəkili X2, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1969-cu ildə Sabirabad rayonu Həşimxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Həşimxanlı kəndində qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşamış, hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1983-cü ildə Sabirabad rayonu Həşimxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Həşimxanlı kəndində qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşamış, hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 149.2.1 və 157.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sisitemindən istifadə etməklə qapalı məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 12 iyun 2021-ci il tarixdə saat 22 radələrində, yaşadığı Sabirabad rayonu Həşimxanlı kəndində təşkil edilmiş toy məclisində yeyib-içdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində olmaqla, qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinsi ehtiraslarını təmin etmək məqsədi ilə həmin kənddə yaşayan Zərərçəkmiş şəxs evində tək olmasını bilib həmin ünvana gəlmişlər. Nazil Məmmədova onlara qapını açmaqdan imtina etdikdə Təqsirləndirilən şəxs1 təpiklə vurub qapının kilidini sındıraraq, zor tətbiq etməklə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə mənzilə daxil olmuş, Təqsirləndirilən şəxs2 da onun arxasınca içəri keçmiş, otaqda hər ikisi Zərərçəkmiş şəxs yaxınlaşıb cinsi əlaqədə olmaq istədiklərini bildirərək paltarlarını soyunmasını tələb etmişlər. Zərərçəkmiş şəxs onların bu tələbini yerinə yetirməkdən imtina etdiyinə görə Təqsirləndirilən şəxs1 onun üzərinə hücum etmiş, Təqsirləndirilən şəxs2 isə otaqdan çölə çıxaraq qapının önündə dayanıb növbəsini gözləmiş, Təqsirləndirilən şəxs1 otaqda Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrindən vurub zor tətbiq etməklə, sol döşün yuxarı bayır kvadratından, sağ arxa qoltuq xətti üzrə böyrək səviyyəsində, sol baldırın orta 1/3-də bayır səthdə qançırlar, boyunun ön səthində, sağ və sol dirsək oynağının arxa səthində, sol diz oyanğının ön səthində sıyrıqlarla müşayiət olunan sağlamlığına zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirib müqavimətini qırmaqla, əyninə geydiyi paltarlarını zorla çəkib çıxararaq yataq otağındakı çarpayının üzərinə yıxıb, gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edərək cinsi ehtirasını təmin etməklə, onu zorlamış, sonra çölə çıxmışdır. Bundan sonra, öz növbəsini gözləyən Təqsirləndirilən şəxs2 da içəri daxil olub yataq otağındakı çarpayının üzərinə yaxınlaşmış, Nazilənin ona müqavimmət göstərməsinə baxmayaraq gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edərək cinsi ehtirasını təmin etməklə onu zorlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü yalnız Zərərçəkmiş şəxs evinə gecə vaxtı özbaşına girməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs tanıyır, onunla münasibətləri olmuşdur. 27 fevral 2021-ci il tarixdə həmkəndlisi Əfqanın oğlunun sünnət toy məclisində iştirak edərək yeyib-içdikdən sonra əmisi oğlu Əvəzlə saat 17 radələridə Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər. Hər ikisi də sərxoş olmuşlar. Nazilənin özü onu qəbul etmişdir. Həmin vaxt Nazilə evdə tək olmuş, onu heç kim görməmişdir. Bir qədər Naziləgildə oturmuş, onunla könüllü cinsi əlaqədə olmuş, sonra isə çıxıb getmişdir. Təxminən 3-4 gün sonra evdə olarkən Zərərçəkmiş şəxs onun tərəfindən zorlandığı üçün polis şöbəsinə şikayət etdiyini eşitmişdir. İlkin izahatında Zərərçəkmiş şəxs zorlaması barədə göstərdiyi xüsusatları təsdiq etmir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin izahatı ilə məhkəmədə verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə öz xətti ilə yazdığı 17 iyun 2021-ci il tarixli etirafedici izahatı elan olunmuşdur. Belə ki, o, həmin etirafedici izahatında göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə axşam vaxtı həmkəndlisi Əfqanın həyətində sünnət toy məclisində əmisi oğlu Əvəzlə birlikdə yeyib-içdikdən sonra saat 22 radələrində sərxoş vəziyyətdə məclisdən çıxan zaman Əvəz ondan hara gedəcəyini soruşmuş, cavabında Əvəzə Naziləgilə gedəcəyini demişdir. Nazilənin yanına getməkdə məqsədi onunla cinsi əlaqədə olmaq olmuşdur. Nazilənin yaşadığı evə çatdıqda onu çağırmış, lakin Nazilə onu evinə buraxmadığı üçün evin giriş qapısını dartıb açmış və içəri daxil olmuşdur. Nazilə həmin vaxt alt paltarında olmuş və onunla cinsi əlaqəda olmaq istədiyini demiş, lakin Nazilə bu təklifdən imtina etdiyi üçün əsəbləşib onu döymüş və zorla Nazilənin əynindəki paltarları dartıb əynindən çıxartmışdır. Nazilə müqavimət göstərsə də,sonradan gücü çatmadığı üçün ona təslim olmuşdur. Nazilə ilə cinsi əlaqəda olan zaman Əvəz otağa daxil olmuş, Nazilə Əvəzə otaqdan çıxmasını tələb etmiş, lakin Əvəz otaqdan çıxmamışdır. Öz “işini” yekunlaşdırdıqdan sonra otaqdan çölə çıxmış, Əvəz isə Nazilə ilə bir otaqda qalmışdır. Sonra oradan uzaqlaşıb getmiş və içəridə nə baş verdiyindən məlumatı olmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onunla bir kənddə yaşayan Zərərçəkmiş şəxs tanıyır. Hadisə baş verdiyi gün 12 iyun 2021-ci il tarixdə axşam vaxtlarında tanışı Əfqanın həyətində keçirilən sünnət toyunda qohumu Faiqlə yeyib-içmiş, sərxoş olmuşdur. Məclisdən çıxıb sərxoş vəziyyətdə qohumu Təqsirləndirilən şəxs1la birlikdə Nazilə Məmədovanın evinə getmişlər. Faiqlə Nazilənin oturub söhbət etdiklərini görmüşdür. Sonra da Faiqə “çıxaq gedək” demiş və birlikdə evlərinə tərəf yollanmışlar. Nazilənin Faiq tərəfindən zorlandığını görməmişdir. Özü də Naziləni zorlamamışdır. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə verdiyi 17 iyun 2021-ci il tarixli izahatı və ifadələri elan olunmuşdur. Belə ki, o, həmin izahatında və ifadələrində göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə saat 22 radələrində həmkəndlisi Əfqanın həyətində keçirilən sünnət məclisində Faiqlə birlikdə yeyib içdikdən sonra Faiq evə gedəcəyini demiş və onlar ayrılmışlar. Sonra Faiqi güdməyə başlamış və onun Nazilənin evi istiqamətinə yollandığını görmüşdür. Faiq Nazilənin evinə daxil olduqdan sonra içəridən Nazilənin qışqırıq səslərini eşitmiş, bundan sonra evə daxil olmuş, Faiqin Naziləni vurub yatağa yıxdığını görmüşdür. Faiq onu gördükdə evdən çıxıb getməyini demiş, Nazilə dərhal işığı yandırmış və onun lüt, Faiqin isə yarıçılpaq olduğunu görmüşdür. Faiqin Nazilədən əl çəkmədiyini görüb evdən çıxıb getmişdir. Nazilənin evində olsa da onu zorlamamış, onunla cinsi əlaqədə olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Onların törətdikləri cinayət əməlləri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu ilə birlikdə Sabirabad rayonu Həşimxanlı kəndində yaşayır. Faiqi və Əvəzi həmkəndlisi kimi tanıyır, onlarla əvvəllər heç bir düşmənçiliyi, ədavəti və yaxınlığı olmamışdır. Hadisə baş verdiyi gün 12 iyun 2021-ci il tarixdə saat 22 radələrində gecə vaxtı Faiq içkili halda onun yaşadığı evə gəlib qapını döymüş, lakin onu içəri buraxmamış, bundan sonra Faiq qapını sındıraraq içəri daxil olub onunla cinsi əlaqəda olmaq istədiyini bildirmişdir. Lakin, Faiqə imtina etmiş və bundan sonra Faiq ona zor tətbiq edərək itələyib çarpayının üstünə yıxmış, paltarını cırıb əynindən çıxartmış və onunla zorla cinsi əlaqədə olmuşdur. Faiqə müqavimmət göstərsə də, ona gücü çatmamışdır. Faiq “işini” görüb çıxdıqdan sonra Əvəz evə daxil olmuş və onunla zorla cinsi əlaqədə olmuşdur. Hadisədən sonra bir neçə gün şokda olmuş, üç gündən sonra DİN-nin “102” xidmətinə zorlanması barədə şikayət etmişdir. Əvvəllər heç vaxt Faiq və ya Əvəzlə cinsi əlaqədə olmamışdır. Hadisə günü evdə tək olmuşdur. Zorlanma nəticəsində bədənində xəsarətlər əmələ gəlmişdir. Əvəzin və Faiqin məhkəmədə dedikləri yalandır. Onlardan şikayətçidir, Faiqə və Əvəzə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir, onları bağışlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nazilə kənddə qonşuluqda yaşayır. 16 iyun 2021-ci il tarixdə axşam vaxtı Nazilə onlara gəlmiş, həmin vaxt oğlu Murad da evdə olmuşdur. Bir qədər söhbət etdikdən sonra Nazilə gedərkən onun ayaqlarının topuq hissəsində xəsarətlər görmüş, Nazilədən bu xəsaratələri neçə aldığını soruşmuş, Nazilə əvvəlcə ona yıxıldığını bildirmiş, sonra oğlu Murad ona gəzən söz-söhbətə görə Nazilənin bir neçə gün əvvəl Faiq və Əvəz tərəfindən zorlandığını eşitdiyini bildirmişdir. Bu barədə Nazilədən soruşmuş, o, həqiqətən də Faiq və Əvəz tərəfindən zorlandığını demişdir. Naziləyə polisə şikayət etməyi məsləhət görmüş və oğlu Muradın mobil telefonu ilə Nazil 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir.Sonradan bu barədə kənd camaatından da soruşmuşdur. Hadisə baş verdiyi gün Nazilənin evində hər hansı bir səs-küyün gəlməsini eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nazilə onlarla qonşuluqda yaşayır. Kənd sakinlərindən eşitmişdir ki, bir neçə gün əvvəl həmkədliləri Faiq və Əvəz toyda yeyib içdikdən sonra sərxoş vəziyyətdə Naziləgilə getmişlər, sonra onlar Naziləni döyərək zorlamışlar. 16 iyun 2021-ci ildə Nazilə onlara gəlmiş, anası Nardanxatun da evdə olmuş, Nazilə çıxıb gedərkən anası onun ayağında xəsarətlərin olduğunu görmüş, bu barədə soruşduqda Nazilə əvvəlcə yıxıldığını bildirmiş, sonra anasına Nazilənin zorlandığını dedikdə anası bu barədə Nazilənin özündən soruşmuş, Nazilə də həqiqətən də Faiq və Əvəz tərəfindən zorlandığını demişdir. Anası Naziləyə bu barədə DİN-nin 102 xidmətinə zəng edib şikayət etməsini demiş, Nazilə də onun mobil telefonu ilə həmin xidmətə zəng edib zorlanması barədə şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 14 iyun 2021-ci il tarixdə saat 9 radələrində Bolmarketdə Nazilə ilə rastlaşmış, Nazilə ondan Faiq adında tanışının olub-olmadığını soruşmuş, Naziləyə Faiq adında tanışı olduğunu bildirmiş və Faiqə zəng edib onu Bolmarketin yanına çağırtdırmışdır. Nazilə Faiqi tanıyaraq gecə evinə gələn şəxsin o, olduğunu və onun tərəfindən zorlandığını demişdir. Faiq orada həmin vaxt sərxoş olduğunu və özündə olmadığını, Naziləni döyüb zorladığını etiraf etmişdir. Orada Naziləyə “sən də Faiqi vur” demiş, Nazilə Faiqə bir sillə vurmuş və oradan aralanıb marketə getmişdir. Sonra Faiqə «get Naziləyə yalvar-yaxar elə ki, səndən şikayət etməsin, yoxsa səni tutacaqlar» deyərək ona məsləhət vermişdir. Faiq oradan uzaqlaşmışdır. Bir neçə gün keçdikdən sonra eşitmişdir ki, X7 zorlamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə Əfqanın oğlunun sünnət toy məclisində iştirak etmiş, orada Faiq, Əmrah və digər şəxslər də olmuşlar. Bir qədər yeyib-içmişlər, spirtli içki qəbul etmişlər və sonra məclisdən çıxıb evə getmişdir. 14 iyun 2021-ci il tarixdə saat 11 radələrində Bolmarketin yaxınlığında Faiqin kirvəsi Möhübbətlə söhbət etdiklərini görmüşdür. Bir saatdan sonra Möhübbətlə görüşmüş, sonuncu ona Faiqin və Əvəzin sərxoş vəziyyətdə iki gün əvvəl Naziləni döydüklərini və evində zorladıqlarını bildirmişdir. Sonra polis şöbəsinə çağırılmış və baş vermiş hadisə ilə bağlı izahatı alınaraq sərbəst buraxılmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 iyun 2021-ci il tarixli 356 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol döşün yuxarı bayır kvadratından, sağ arxa qoltuq xətti üzrə böyrək səviyyəsində, sol baldırın orta 1/3-də bayır səthdə qançırlar, boyunun ön səthində, sağ və sol dirsək oynağının arxa səthində, sol diz oyanğının ön səthində sıyrıqlar bərk küt əşyanının təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddətləri 12 iyun 2021-ci il tarixə uygun gəlir və sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks məhkəmə-trasoloji və liflt ekspertizanın 27 avqust 2021-ci il tarixli 3/1353; 6/3370 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus donun, tumanın üzərində rəyin təsviri hissəsində şərh olunan zədələr fiziki qüvvənin təsirindən yarana bilən sökülmə, cırılma zədəsidir. Təqdim edilən digər geyim əşyalarını üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəçiklərinin arasında Zərərçəkmiş şəxs donunun üzərində aşkar edilmiş tüng göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 şalvarının tərkib liflərinə uygun gəlir; - Zərərçəkmiş şəxs donunun üzərində aşkar edilmiş açıq göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 şalvarının tərkib liflərinə uygun gəlir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan kompleks ambulator məhkəmə psixoloji və psixiatrik ekspetizasının 15 iyul 2021-ci il tarixli 1543 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərini mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliklə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə onda psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə:- Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs2 inadkarlıq, məsuliyyətsizlik, başqasının hiss və yaşantılarına qarşı biganəlik, kobudluq, özünü müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs2 ünsiyyətçillik, inadkarlıq, emosionallıq, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl zamanı iş üçün əhəmiyyətli hesab olunan halları düzgün qavramaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 təlqiqə qapılmağa və başqalarını təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs2 özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Lakin o, özünü müdafiə etmək məqsədi ilə baş vermiş hadisənin bəzi təfərrüatlarını öz xeyrinə uygun tərzdə dəyişərək danışa bilir. O, baş vermiş hadisə zamanı etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarında olmuşdur. Baş vermiş hadisə zamanı onda psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamış, hadisə zamanı emosional oyanıq vəziyyətində olmuş, həmin halın yaranması alkoqol sərxoşluğu fonunda cinsi tələbatını ödəmək istəyi ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs2un əqli-intellektual imkanları və idrak proseslərinin xüsusiyyətlərinə uygun olaraq qərarın təsviri hissəsində qeyd edilmiş hadisə zamanı yaranmış şəraitin mahiyətini tam dərk etmək və davranışının ola biləcək nəticələrini proqnozlaşdırmaq iqtidarında olmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəmə psixoloji və psixiatrik ekspetizasının 15 iyul 2021-ci il tarixli 1544 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərini mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəliklə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə onda psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 inadkarlıq, məsuliyyətsizlik, başqasının hiss və yaşantılarına qarşı biganəlik, kobudluq, özünü müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs1 inadkarlıq, emosionallıq, laqeyidlilik, özünü müdafiə etməyə meyillilik, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl zamanı iş üçün əhəmiyyətli hesab olunan halları düzgün qavramaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 təlqiqə qapılmağa və başqalarını təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs1 özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Lakin o, özünü müdafiə etmək məqsədi ilə baş vermiş hadisənin bəzi təfərrüatlarını öz xeyrinə uygun tərzdə dəyişərək danışa bilir. O, baş vermiş hadisə zamanı etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarında olmuşdur. Baş vermiş hadisə zamanı onda psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamış, hadisə zamanı emosional oyanıq vəziyyətində olmuş, həmin halın yaranması alkoqol sərxoşluğu fonunda cinsi tələbatını ödəmək istəyi ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs1un əqli-intellektual imkanları və idrak proseslərinin xüsusiyyətlərinə uygun olaraq qərarın təsviri hissəsində qeyd edilmiş hadisə zamanı yaranmış şəraitin mahiyətini tam dərk etmək və davranışının ola biləcək nəticələrini proqnozlaşdırmaq iqtidarında olmuşdur. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “ifadələrinin yerində yoxlanılması” haqqında protokollara əsasən, onlar Zərərçəkmiş şəxs, Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən, bir otaqdan ibarət evini göstərib, evin taxtadan olan qapısını hansı qaydada açıb içəri daxil olmalarını, həmin vaxt Zərərçəkmiş şəxs otağın hansı tərəfində olmasını, eləcə də Təqsirləndirilən şəxs2 həmin otağa hansı qaydada girməsini, Naziləni otağın hansı hissəsində görməsini əyani şəkildə göstərmişlər. İş materiallarında olan 17 iyun 2021-ci il tarixli şifahi ərizə protokolundan görünür ki, Zərərçəkmiş şəxs 12 iyun 2021-ci il tarixdə evdə tək olarkən həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyülərək zorlanması barədə məlumat vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq hərəkətlərinin protokollarını, o cümlədən: Zərərçəkmiş şəxs paltarlarına “baxış və götürmə ”, Təqsirləndirilən şəxs2 paltarlarına “götürmə və baxış keçirilməsi ”, Təqsirləndirilən şəxs1 paltarlarına “götürmə və baxış keçirilməsi” haqqında 13 iyul 2021-ci il tarixli, 17 iyun 2021-ci il tarixli hadisə yerinə “baxış keçirmə və götürmə” haqqında protokolları, habelə 16 sentyabr 2021-ci il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokolları iş üzrə təqsirləndirilən şəxslərin təqsirliliyini təsdiq edən sübut növləri kimi qəbul edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarında olan Sabirabad RİHB-nin Həşimxanlı kənd İƏDÜ nümayəndəliyinin 2 avqust 2021-ci il tarixli 333 və 334 N-li arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 24 may 2004-cü il təvəllüdlü Kənan adında oğlu, Təqsirləndirilən şəxs2 himayəsində 24 may 2004-cü il təvəllüdlü Mehman adında oğlu və 1 yanvar 2006-cı il təvəllüdlü Aytac adında qızı vardır. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli Sabirabad Rayon Məhkəməsinin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində Sabirabad rayonu Həşimxanlı kənd sakini Nəzilə Məmmədovanın evinə gəlsələr də belə ona qarşı zor tətbiq etməmələrini və onu zorlamadıqlarına göstərmişlər. Məhkəmə onların ifadələrinin bu hissəsində göstərdikləri xüsusatları cinayət məsuliyyətindən yaınmağa cəhd etmə kimi və özlərini müdafiə etmək məqsədi ilə verdikləri yalan və uydurma ifadələr kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zorlamasına dair ilkin etirafedici izahatını, hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 güdərək onun Zərərçəkmiş şəxs evinə daxil olması və sonra evdən qışıqırıq səslərinin gəlməsinə dair ilkin etirafedici izahatında göstərdiyi xüsusatı, habelə Zərərçəkmiş şəxs ifadələrini, Zərərçəkmiş şəxs döşündə, boynunda, sa axa qoltuqaltı nahiyyəsində, sağ və sol dirsəklərində, sol dizində, sol baldır səthində aşkar olunmasına dair məhkəmə-tibbi eskpertizasının rəyini, həmçinin, Zərərçəkmiş şəxs donunun üzərində aşkar edilmiş tünd göy rəngli pambıq liflərin cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şalvarlarının tərkib liflərinə uyğun gəlməsinə dair məhkəmə trassoloji ekspertizanın rəyini və cinayət işində olan digər sənədləri obyektiv hallarına uyğun gəldiyi üçün təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdikləri ilkin izahatlarını, habelə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs iradəsi ziddinə onun yaşadığı evə daxil olub zərərçəkmiş şəxsə zor tətbiq etməklə onunla cinsi əlaqəda olmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-nin 149.2.1 və 157.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığına zərər vurulur, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərədə tutulan mənzil toxunulmazlığı hüququ pozulur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1cü maddəsində nəzərdə tutulan cinayət əməli “ağır” cinayət növünə aiddir. Həmin maddənin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.2-ci maddəsi isə “böyük ictimai təhlükə törətməyən” cinayət növünə aiddir. Həmin maddənin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən, onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, o cümlədən təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində bir uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində iki uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məhkumluq haqqında tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası “ümumi rejimli” cəza çəkmə müəssisəsində çəkilməlidir. Maddi sübutlar ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olmaqla Sabirabad rayon prokurorluğunda maddi sübutların saxlama otağında saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş və istintaq zamanı götürülmüş bir ədəd don və bir ədəd tuman, Təqsirləndirilən şəxs2 əynində olmuş və götürülmüş bir ədəd şalvar və bir ədəd köynək, Təqsirləndirilən şəxs1 əynində olmuş və götürülmüş bir ədəd şalvar və bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hər birinə ayrı-ayrılıqda 13 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, “tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırılması hüququna malikdir. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, “təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığınını faktiki məhdudulaşdırıldığı andan hesablanmalıdır (mad. 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir” (mad. 158.6). İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 13 iyul 2021-ci il tarixdən məhdudlaşdırılmışdır. Barələrində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri (ekspertiza xərci) 200 manat təşkil edir. Həmin məbləğ təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 100 manat tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 - 349, 351 - 353, 356, 358, 381, 383 - 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 149.2.1 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 149.2.1-ci maddəsilə 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 157.2-ci maddəsilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 iyul 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 149.2.1 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 149.2.1-ci maddəsilə 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 157.2-ci maddəsilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 iyul 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınıb hazırda Sabirabad rayon prokurorluğunda saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd don və bir ədəd tuman, Təqsirləndirilən şəxs2 əynində olmuş və götürülmüş bir ədəd şalvar və bir ədəd köynək, Təqsirləndirilən şəxs1 əynində olmuş və götürülmüş bir ədəd şalvar və bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri (ekspertiza xərci) 200 manat təşkil edir. Həmin məbləğ təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 100 manat tutulmaqla dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya apelyasiya şikayəti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar