Məhkəmə qərarları › İş №1(099)-47/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-47/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-47/2023 07.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, K.Kazımov küçəsi ev 20-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci il aprel ayının əvvəllərində İran İslam Respublikasında olan şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi saxlanılması, daşınması, İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitəni Azərbaycan Respublikası ərazisində qəbul edərək satışını həyata keçirməyi əvvəlcədən vəd etmiş, cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü ümumi cinayətkar niyyətə uyğun olaraq əldə etdiyi 1ədəd bağlamada 339,658 qram-külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək qaçalmaçılıqla keçirməklə Bakı şəhərində yerləşən Dərnəgül şossesin ərazisində ağacın altına gətirib, orada gizlədərək narkotik vasitəni gizlətdiyi yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə həmin yerə gedib, oradan 339,658 qram narkotik vasitə heroini götürməklə ümumi niyyətlə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində daşıyaraq yaşadığı Lənkəran şəhərinə gətirmiş və satışını realizə etmək üçün elektron tərəzi ilə birlikdə üzərində saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatları əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşlarının 21 aprel 2022-ci il tarixdə, saat 18 radələrində keçirdikləri əməliyyat təbdirləri zamanı yaşadığı Lənkəran şəhəri K.Kazımov küçəsi 20 saylı evin qarşısında saxlanılaraq regional şöbənin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış keçirilərkən göstərilən çəkidə narkotik vasitə heroin əynindəkm idman gödəkçəsinin sol döş cibindən və üzərində narkotik vasitə heroinin izləri olan, işlək vəziyyətdə elektron tərəzi isə əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü narkotik istifadəçisi kimi təqsirli bilərək göstərdi ki, ailəsi ilə Lənkəran şəhərində yaşamaqla narkotik vasitə heroindən istifadə etmişdir. Əvvəllər cəzaçəkmə müəssisəsində cəza çəkərkən İran vətəndaşı ilə tanış olmamışdır. 2022-ci ilin təxminən mart ayında Lənkərandan Bakı şəhərinə gedərkən avtomaşında iranlı şəxslə tanış olmuşdur. Həmin iranlı Bakı şəhərində yaşamışdır. Bakı şəhərində işlədiyi zaman həmin şəxslə telefon vasitəsi ilə əlaqə saxlamaqla iki-üç dəfə öz istifadəsi üçün narkotik vasitə almışdır. İranlı onunla İran İslam Respublikasına aid olan telefon nömrəsi ilə əlaqə saxlamışdır. İranlı narkotiki «20 Yanvar» metro stansiyası ilə «Koroğlu» metro stansiyası arasında bir yerə qoymuş, o isə narkotik vasitəni həmin yerdən götürmüşdür. İranlı ona sonuncu dəfə 2022-ci ilin aprel ayının əvvəllərində narkotik vasitə göndərmişdir. O, 18 aprel 2022-ci il tarixdə Bakı şəhərindən Lənkəran şəhərinə yaşadığı evə gəlmişdir. O, Lənkəran şəhərində də öz istifadəsi üçün narkotik vasitə almış, lakin narkotik vasitənin satışı ilə məşğul olmamışdır. 21 aprel 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin qarşısında olduğu zaman polis işçiləri evinin həyətinə gələrək onu saxlamış və regional polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində heç bir narkotik vastə olmamışdır. Polis işçiləri ona iranlı ilə telefonla danışdığını bildirmişlər. O isə üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir.Polis işçiləri onun cibinə narkotik vasitə qoymuş və sonra da videoçəkiliş aparmışlar. Polis işçiləri ona təzyiq etdiklərinə görə videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu demişdir. İstintaq zamanı isə onu aldadaraq ifadəsinə imza etdirmişlər. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrdən istifadə etməsinə görə əvvəllər azadlıqdan məhrum edilmişdir. Cəzaçəkmə müəssisəsində cəza çəkərkən Məhəmməd adlı iran vətəndaşı ilə tanış olmuşdur. Məhəmmədlə ona İran İslam Respublikasından tanışı Baba adlı şəxsin Azərbaycan Respublikası ərazisinə gizli yolla külli miqdarda narkotik vasitələr gətirə biləcəyini və onun vasitəsi ilə narkotik vasitələri nisbətən ucuz əldə edə biləcəyini demişdir. Baba adlı iran vətəndaşının nömrəsini götürmüşdür. Azadlığa buraxıldıqdan sonra yenidən narkotik maddələrdən istifadə etməyə başlamışdır. O, ölkə ərazisinə narkotik vasitələri gətirib həm istifadə etmək, həm də satıb digər tələbatlarını həll etmək qərarına gəlmişdir. Bu məqsədlə 2022-ci ilin aprel ayının əvvəllərində İran İslam Respublikasında olan Baba adlı şəxsə məxsus olan 98-***-***-**-** telefon nömrəsinə Whatsap ani mesajlaşma sistemi ilə zəng edib telefon nömrəsini Məhəmməd adlı şəxsdən aldığını bildirmiş və ona narkotik vasitə heroin göndərməsini demişdir. Həmin şəxs vəd etdiyi narkotik vasitələri hazırda ölkə ərazisinə gətirə bilmədiyini, gətirəcəyi halda ona xəbər edəcəyini bildirmişdir. 2022-ci ilin aprel ayının 17-də iranlı şəxs ona Whatsap ani mesajlaşma sistemi vasitəsilə ona zəng edərək təxminən 400 qrama yaxın “kakos”, yəni narkotik vasitə heroini adamları vasitəsilə göndərə biləcəyini, həmin maddəni ona 3000 manata satacağını bildirmiş və pulunun olub-olmadığını soruşmüşdür. O isə iranlıya ilkin olaraq 1500 manat pul göndərə biləcəyimi, qalan pulu da narkotik vasitəni əldə edib satdıqdan sonra göndərəcəyini bildirmişdir. Baba adlı İran vətəndaşı da onunla razılaşmışdır. 18 aprel 2022-ci il tarixdə saat səhər saat 09 radələrində Baba adlı şəxs yenidən zəng edərək, narkotik vasitə heroini adamları vasitəsi ilə Bakı şəhərinə gətirdiyini, heroini «20 Yanvar» metro stansiyasından «Korğolu» metrosu stansiyasına gedən yolda-Dərnəgül yolunda 2-ci keçin yaxınlığında ağacın yanında gizlətdirdiyini bildirmişdir. O, həmin günü axşam saatlarında Baba adlı şəxsin dediyi yerə gedib bir orada olan bir ədəd torbanı götürmüş, torbaya baxdıqda içərisində bir bağlamada heroin olduğunu görmüşdür. Həmin günü Bakı şəhərindən yaşadığım Lənkəran şəhərindəki evinə qayıtmışdır. Müəyyən qədər həmin vasitələrdən istifadə etmişdir. Üzdən tanıdığı, lakin adını bilmədiyi narkotik istifadəçilərinə həmin heroindən bir neçə büküm satmışdır. Yaşadığı evdə ailə üzvləri görməsin deyə həmi bükümü və çəkmək üçün istifadə etdiyi elektron tərəzini cibimdə gəzidirmişdir. 21 aprel 2022-ci il tarixdə saat 18 radələrində həmin narkotik vasitə heroini paltarının ciblərinə qoyub yaşadığı evdən çıxmışdır. Lənkəran şəhəri K.Kazımov küçəsi ilə hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçirilməsindən ötrü regional şöbəyə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişldir. Orada təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş və huquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılarkən ona üzərində qanunla qadağan olan hər hansı əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd elektron tərəzini, sol döş cibimdən bir bağlamada heroini və şalvarı cibndən “Xiaomi” markalı mobil telefonunu təqdim etmişdir. Daha sonra üzərimə şəxsi axtarış keçirilmiş, digər qanunla qadağan edilmiş predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş 1 bükümdə heroin bağlaması elektron tərəzidə çəkilmiş və çəkisinin 360 qram olması məlum olmaışdır. Həmin büküm və elektron tərəzi zərfə qoyularaq götürülmüşdür. O, verilən sullara cavab olaraq həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün iran vətəndaşı Baba adlı şəxsdən 1500 manata Bakı şəhəri Dərnəgül yolu ərazisindən əldə etdiyini, həm də satmaq fikrinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İcraatına Lənkəran şəhəri K.Kazımov küçəsi ev 20-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib saxlaması, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa edilməsi üçün onun rəhbərliyi ilə polis əməkdaşları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirləri keçirməklə 21 aprel 2022-ci il tarixdə saat 18:00 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri K.Kazımov küçəsində saxlamışlar. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsinə şübhələr olduğunu bildirmiş və üzərində şəxsi axtarış aparılması üçün polis şöbəsinə dəvət etmişlər. Regional şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, müdafiəçi dəvət olunmuş, üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmasından əvvəl üzərində qanunsuz əşya və predmet vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd elektron tərəzini, sol qoltuq cibində bir ədəd sellofan bükülüdə heroini və şalvarının sol yan cibindən bir ədəd “Xiomi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. O, heroini 5 saylı cəza çəkmə müəssisəsində cəza çəkərkən Məhəmməd adlı iranlı məhkum yoldaşının vasitəsçiliyi ilə tanış olduğu Baba adlı iran vətəndaşının göndərdiyini, Bakı şəhərində «Koroğlu» metro stansiyasından «20 Yanvar» metro satnsiyası istiqamətində Dərnəgül yolu adlanan ərazidə ağacın yanında götürdüyünü, bunun qarşılığında ona 1500 manat pul göndərdiyini bildirmişdir. Həmin bağlama elektron tərəzidə çəkilmiş, çəkisinin 360 qram olması məlum olmuşdur. Üzərində aşkar olunan maddə, elektron tərəzi və telefonu götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərməmişlər. Saxlanılarkən özü səmimi olaraq narkotik vasitənin özünə məxsus olduğunu, cəzaçəkmə müəssisəsində tanış olduğu iranlı Məhəmmədin vasitəsi ilə əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs evində yox, evinin yaxınlığında küçədə saxlamışlar. Həmin vaxt onun üzərində telefon və elektron tərəzisi də olmuşdur. Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşı Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş və Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə 21 aprel 2022-ci il tarixli protokoldan və məhkəmə iclasında nümayiş etdirilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. O, əynindəki idman gödəkçəsinin sağ yan cibindən bir ədəd eletron tərəzi, sol qoltuq cibindən bir ədəd sellofan bükülünü və «Xiaomi» markalı mobil telefonu çıxarıb təqdim etmiş, bükülünün içərisində kokos olduğunu, kokosun özünə məxsus olduğunu, kokosu həbsdə tanış olduğu Məhəmməd adlı iranlının vasitəsi ilə tanış olduğu iranlı Baba adlı şəxs tərəfindən tutulmasından üç-dörd gün əvvəl Bakı şəhərində «Koroğlu» metro stansiyası ilə «20 Yanvar» metro stansiyası istiqamətində Dərnəgül Yolu adlanan ərazidə ağacaın altına qoyulduğunu, vhatsapp proqramı vasitəsi ilə əlaqə saxlamaqla həmin yerdən götürdüyünü, narkotikin müqabilində Baba adlı şəxsə bank kartı vasitəsi ilə 1500 manat pul göndərdiyini, 1500 manat isə borclu qaldığını, sonra göndərməli olduğunu, narkotik vasitəni hissə-hissə istifadə etmək üçün əldə etdiyini, satış məqsədinin olmadığını və hər hansı şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefona baxış keçirilməsi haqqında 24 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrədən istifadə edilmişdir. Mobil telefonun Whatsapp ani mesajlaşma sisteminin zəng bölümündə İran İslam Respublikası opertatoruna məxsus və “Baba” adı altında qeyd olunmuş +98-905-705-4570 mobil nömrəsi ilə 08 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək zəngləşməsi aşkar olunmuşdur. Bundan başqa Whatsapp ani mesajlaşma sisteminin mesaj bölümündə İran İslam Respublikası opertatoruna məxsus və “Baba” adı altında qeyd olunmuş +98-905-705-4570 mobil nömrəsi ilə 21 aprel 2022-ci il tarixdə saat 10:26-dan 17:35-dək həmin şəbəkə vasitəsilə səsli mesajları müəyyən olunmuşdur. Materialların məhkəmə ekspertizasının 19/489 nömrəli, 22 aprel 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd bükülüdə təmiz çəkisi 339,658 qram olan, qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd elektron tərəzisinin üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 499 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertizasının 23 aprel 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarının 2.4-cü bəndi tədbiq edilməklə cəzadan azad edilməsi qərara alınmışdır. 5 saylı cəzaçəkmə müəssisəsinin 07 fevral 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs amnistiya verilməsi barədə qeyd olunan qərara əsasən xx.xx.2021-ci il tarixdə 5 saylı cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Odur ki, onun məhkumluğu da üzərindən götürülmüşdür. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdın görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2016-cı ildə doğulmuş bir azyaşlı uşağı vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs iş üzrə 21 aprel 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında olan şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə qaçaqmalçılıq yolu ilə göndərilməli olan narkotik vasitəni Azərbaycan Respublikasında qəbul edəcəyini, satışını həyata keçirəcəyini və əvəzində 3000 manat pul ödəyəcəyini əvvəlcədən vəd etməsi, bundan sonra qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitə heroini ona deyilən yerdən ümumi cinayətkar niyyətə uyğun olaraq götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, yzərində saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi - 21 aprel 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində faktiki olaraq narkotik vasitənin olmaması, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və polis işçiləri tərəfindən ona təzyiq göstərildiyindən narkotik vasitənin özünü məxsusluğunu bildirməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kim qiymətləndirir və səbut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmaqla üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə narkotik vasitəni təqdim edir, özünə məxsus olduğunu, Məhəmməd adlı iranlının vasitəsi ilə tanış olduğu İran İslam Respublikası Baba adlı şəxs tərfindən göndərilməsini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Həmçinin 5 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisədə cəza çəkərkən İran İslam Respublikası vətəndaşı X2 adlı şəxs də həmin müəssisədə cəza çəkmişdir. Bu isə Təqsirləndirilən şəxs 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxslə və onun vasitəsi ilə həmin ölkənin vətəndaşı olan Baba adlı şəxslə tanış olması, narkotik vasitəni sifarişi əsasında Baba adlı şəxsin göndərməsi barədə ifadəsi ilə uyğunluq təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsində birgəicraçı kimi iştirak etməmiş, narkotik vasitəni Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətində köməkçi kimi iştirak etmişdir. Odur ki, qaçaqmalçılıq cinayətinə münasibətdə onun əməli CM-nin 206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla iş materallarına əlavə edilmiş, şəxsi axtarış barədə 1 ədəd DVD disk cinayət işində saxlanılmalı, Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 339,608 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilməli, «Xiaomi» markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə qaytarılmalıdır. Ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bahidir oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 339,608 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin. «Xiaomi» markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilsin. Ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar