Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-47/2024 19.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Neftçala rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Neftçala rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 141,521 qram çəkidə narkotik vasitə olan heroini ( bundan sonra –heroin) əldə edib üzərində daşıyaraq saxlamış, 31 yanvar 2023-ci il tarixdə saat 11:10 radələrində Neftçala Rayon Polis Şöbəsinin (bundan sonra – Neftçala RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhərinin mərkəzi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində selofan kəsiyinə bükülmüş bir ədəd bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı, çəkisi 141,521 qram, külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə təxminən saat 10:30 radələrində öz işlədiyi telefon mağazasında olarkən Neftçala RPŞ-nin rəis müavini Cəbrayıl adlı şəxs və yanında 10 nəfərə yaxın polis əməkdaşı mağazadan içəri girmişlər və onun telefonunu götürmüşlər, bundan sonra o, nə məsələ olduğunu soruşmuş, lakin ona cavab verilməmişdir və onu qara rəngli “KİA” markalı avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Burada onu rəis Vüsal Şəbəndiyevin otağına aparmışlar və rəis ona bildirmişdir ki, “sənin cibinə narkotik qoyulacaq, onu boynuna götür, əgər götürməsən narkotikə şükür edəcəksən” o, isə narkotikin ona aid olmadığını bildirib buna razılaşmamışdır. Bundan sonra onu otaqdan çıxarmışlar, başqa otağa salmışlar və bir neçə polis əməkdaşı onunla söhbət aparmış, lakin o, razılaşmamışdır. Daha sonra leytenant rütbəli Əhməd adlı polis əməkdaşı narkotiki gətirmiş, Həsənabaddan olan polis əməkdaşına demişlər ki, narkotiki onun cibinə qoysun. O, heç vaxt narkotik istifadə etmədiyini, heç vaxt narkotiklə əlaqəsi olmadığını deyib yenə də buna etiraz etmiş, iki oğlu olduğunu bildirmiş, lakin həmin şəxs narkotiki onun gödəkçəsinin sol yan cibinə qoymuşdur. Həmin vaxt əlləri qandalla bağlı olduğundan həmin narkotiki cibindən götürüb kənara ata bilməmişdir. O, Neftçala rayonunda namazqılan kimi tanındığı halda narkotiklə tutulmasını çox pis hal kimi qəbul etmiş, bir daha buna razılaşmadığını bildirmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, polis əməkdaşlarından biri onun cibindən özlərinin qoyduğu narkotik vasitəni çıxarıb stolun üstünə qoymuşdur. Həmin vaxt onun üzərinə videoçəkilişlə baxışı bir neçə dəfə keçirmişlər, birinci dəfə dayanmadan danışdığı üçün yenidən videoçəkiliş aparmışlar. Buna görə də o, heç bir sənədə imza çəkməmişdir. Hesab edir ki, namaz qılıb dinlə məşğul olduğundan, məscidə yaxın yerdə dükanı olduğundan onu saxlamış, məsuliyyətə cəlb etmişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı Cəlal adlı polis əməkdaşı cibindən narkotik vasitəni çıxarmışdır. O, sahibkardır, imkanı da yaxşı olmuş, narkotik satmağa heç bir ehtiyacı olmamış, narkotik də çəkməmişdir. O, heç vaxt cibində 150 qrama yaxın heroin mağazada oturub gözləməzdi ki, gəlib onu tutsunlar. Əlləri qandalda olduğu üçün cibində olan narkotiki götürüb kənara ata bilməmişdir. Ona qarşı polis şöbəsində hər hansı fiziki təzyiq olmamışdır. Onun cibinə narkotik vasitəni adını bilmədiyi serjant rütbəli polis əməkdaşı qoymuşdur. Onu təxminən saat on birin yarısı yaxud on birə qalmış gətirmişlər, üzərinə şəxsi axtarışı isə polis şöbəsinə gətirildikdən iki saat sonra keçirmişlər. Onun saxlanıldığı mağazada da şəxsi axtarışı keçirmək üçün şərait olmuşdur. Şəxsi axtarış zamanı isə qollarında qandal olmadığı halda narkotiki ona görə cibindən çıxarıb atmamışdır ki, ona qarşı təzyiq edilmişdir. Belə ki, ona deyilmişdir ki, əgər narkotiki kənara atarsa evinə gedib evindən narkotik vasitə çıxaracaqlar. Videoçəkiliş zamanı üzərindən narkotik vasitə çıxarıldıqdan sonra həmin narkotik vasitənin ona aid olmamasını bildirmiş, lakin həmin videoçəkiliş kəsilmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı oğlan uşaqlarının olmasını, narkotik vasitələrlə əlaqəsinin olmamasını, narkotik vasitə istifadə etməməsini və üzərində aşkar edilmiş bükümün onun üzərinə qoyulduğunu nəzərə alaraq ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, Neftçala rayonu Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyatı məlumatı əsasında 31 yanvar 2023-cü il tarixdə saat 11:10 radələrində Kərimov X2 şəhəri ərazisində saxlanılmış, polis şöbəsinə gətirilmiş və onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən sellofan kəsiyinə bükülmüş bir ədəd büküm Şahid2 tərəfindən aşkar edilərək, təhqiqatçiya təqdim edilmiş, bükümə baxıldıqda içində heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatda sonuncunun narkotik vasitələrin satışında şübhəli olması bildirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin ona aid olmadığını demişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı da narkotik vasitənin ona aid olmadığını deyibdeməməsi yadında deyil. Videoçəkiliş polis əməkdaşı tərəfindən keçirilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəllər də bir neçə mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat təxminən saat 11 radələrində Neftçala şəhərində olub, lakin küçə yadında qalmayıb. Təqsirləndirilən şəxs şəhərin mərkəzi hissəsində yolun kənarında olarkən saxlanılmış, saxlanıldığı yerdən polis şöbəsinə 10-15 dəqiqə məsafə olmuşdur və Xəyyam şöbəyə gətirilib təhqiqatçıya təhvil verilmişdir. O, nə şöbə rəisinin otağına, nə də başqa bir otağa salınmamış, üzərinə narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs Neftçala şəhəri ərazisində - İcra Hakimiyyətinə, bazara gedən yolda, bazara yaxın yerdə saxlanılmışdır. Təqsirləndirilən şəxs dedikləri yalandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da oğlu Şahid1 ilə eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hər hansı fiziki təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs saxlayarkən üç nəfər olmuşlar, Xəyyamı saxlayarkən yanında heç kim olmamışdır. Xəyyam saxlanılarkən ona əməliyyatçı yaxınlaşmış, nə deməsini eşitməmişdir. Saxlanıldıqdan sonra xidməti maşınla Xəyyamı polis şöbəsinə aparıb növbətçi hissəyə təhvil vermişlər, onu başqa hər hansı otağa salmışlar. Təqsirləndirilən şəxs saat 10-12 arasında, günü birinci yarısında saxlanılmış, saxlanıldıqdan sonra 6-7 dəqiqəyə polis şöbəsinə aparılmışdır. Vəkil də şöbənin yanında qaldığından qısa müddətdə şöbəyə gəlmişdir. Şəxsi axtarış zamanı təhqiqatçının göstərişinə əsasən Xəyyamın üzərində axtarış aparmışdır. Xəyyamın üzərinə tam axtarış keçirmiş, ayaqqabılarına baxış keçirib-keçirməməsi yadında qalmayıb, aşkarladığı bükümü təhqiqatçıya təqdim etmişdir. İlk məhkəmə iclasında Xəyyamın cibindən narkotiki Xəyyamın özünün çıxarmasını desə də videoçəkilişə baxdıqdan sonra yadına düşmüşdür ki, Xəyyamın cibindən narkotik vasitəni polis əməkdaşı kimi özü aşkar etmişdir. Xəyyam cibindən narkotik vasitə çıxarılarkən həmin narkotik vasitənin ona aid olmamasını, istifadə etmədiyini bildirmişdir. Zərfin üzərinə imza etdikdən sonra həmin bükümü təhqiqatçı zərfin içinə qoymuş və ekspertizaya göndərmək üçün qablaşdırmışdır. Bükümü açmasalar da bükümdən içindəki vasitənin heroinə bənzər olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin İTB-nin polis nəfəri Şahid3 da oğlu Şahid1la eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Neftçala şəhəri ərazisində, səhv etmirsə 20 yanvar küçəsində - H.Əliyev Mərkəzinin, Təzə Bazarın yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən hər hansı anlaşılmazlıq olmamış, Xəyyam onlarla getməyə razılaşmışdır. Xəyyama yaxınlaşdıqdan təxminən 2 dəqiqə sonra avtomobilə əyləşib polis şöbəsinə getmişlər. Polis şöbəsinə çatdıqda Xəyyamı növbətçi hissənin otağına aparmışlar, çəkiliş də növbətçi hissədə olmuşdur. Təqsirləndirilən şəxs növbətçi hissənin otağından başqa hər hansı başqa otağa aparmamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə təhqiqatçı tərəfinən qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı Xəyyamın nə deməsi yadında olmamışdır. Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verdikdən təxminən 10-15 dəqiqə sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə telefon dükanı olmuş, lakin həmin dükan Təqsirləndirilən şəxs aid olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində saxlamasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 31 yanvar 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 03-14; 31- 32) - 31 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Neftçala rayon sakini Təqsirləndirilən şəxs saat 11:10-da Neftçala şəhəri ərazisində saxlanılaraq saat 11:20-də Neftçala RPŞ-yə gətirilmişdir. (i.v. 14 ) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 15; 33) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən sellofan kəsiyinə bükülmüş 01 ədəd bükülü aşkar edilmiş, həmin bükülüdə heroinə bənzər kütlələrin olması müəyyən edilmişdir. (i.v. 31-32) - 31 yanvar 2023-cü il tarixli raportdan görünür ki, şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş qərar və protokollara heç bir əsas gətirmədən, heç bir tutarlı səbəb göstərmədən imza etməyəcəyini bildirmişdir. (i.v. 36) -Materialların məhkəmə ekspertizasının 01 fevral 2023-cü il tarixli, 18/114 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş və üzərində : “.../imza etməkdən imtina etdi/Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-141,521 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.43-46) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 52-53) - Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(053)-8/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 69-71) -13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Xəyyam Məmmədovun üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 141,471 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış, Neftçala RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. (i.v. 81) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 fevral 2023-cü il tarixli, 128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olub. Lakin, asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 118) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - məhkəmə video-texniki ekspertizasının 11 mart 2024-cü il tarixli, 3-16-16/2-4/84 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “PRİNCO” markalı DVD-R diskdə qeydə alınmış “K.Xəyyam” adlı videofonoqramda audioaxının videoaxına sintezi, kadrlararası və kadrdaxili montaj əlamətləri, eləcə də yazılışın davamlılığının pozulması müəyyən olunmadı. “K.Xəyyam” adlı videofonoqramın ilkin olub-olmamasını, eləcə də hər hansı ilkin videofonoqramın hissəsinin olub-olmamasını tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. - Neftçala RPŞ-dən daxil olmuş 24 yanvar 2024-cü il tarixli məktuiba əlavə edilmiş DVD-R diskdə olan fayllara məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin fayllardan birincisi iş materioallarına əlvə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən çəkilmiş videoçəkilişdir, ikinci faylda isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən aşkar edilmiş heroinə bənzər kütlənin qablaşdırılmasının videogörüntüləridir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində hər hansı miqdarda narkotik vasitə olmadığını, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə heroinin onda olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyulması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, əlləri bağlı olduğundan cibinə qoyulmuş heroini çıxarıb kənara ata bilməmişdir. Lakin cinayət işi materiallarrına əlavə edilmiş “şəxsi axtarış” keçirilməsi istintaq hərəkəti protokoluna əlavə edilmiş CD diskdə olan videoçəkilişə baxış keçirilərkən də müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əlləri hər hansı vasitə ilə bağlanmmaış, açıq olmuş və ona qarşı hər hansı kənar təsir olmamışdır. Lakin belə olduğu halda belə Təqsirləndirilən şəxs cibində olan narkotik vasitəni çxarıb kənara atmamış, həmiçinin videoçəkiliş zamanı polis əmədaşı tərəfindən cibindən narkotik vasitə çıxarılarkən hər hansı bir hala etiraz etməmiş, həmin narkotik vasitənin ona aid olmadığını bildirməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 01 büküm heroin polis əməkdaşı tərəfindən götürülümüş, sonuncunun üzərinə hər hansı polis əməkdaşı və ya digər şəxs ttərəfinən narkotik vasitə qoyulmamışdır. Bundan əlavə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 fevral 2023-cü il tarixli, 120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olub, lakin, asililiq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunmur. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılması üçün hakim qarşısına çıxarılan Təqsirləndirilən şəxs hər hansı hala etiraz etməmiş, üzərində aşkar edilmiş heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını bildirməmiş, hər hansı şikayət etməmişdir. Hazırkı halda məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrini eləcə də, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. - Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisinin başqa bir dəlili isə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin açılıb baxış keçirilməməsi və müvafiq qaydada qablaşdırılmamasıdır. Məhkəmə qeyd edilən dəlilə müasibət bildirərək hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 245.8-ci maddəsinə əsasən Axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş videogörüntülərdən görünür ki, həqiqətən də sonuncunun üzərindən bir əddə bükülü aşkar olunmuş, həmin kütlə çəkilmiş, növbəti videoda isə həmin kütlə kağız zərfə qoyulmaqla götürülmüşdür. Həmçinin istintaq hərəkəti zamanı aşkar olunmuş kütlənin müvafiq qaydada qablaşdırılıb möhürləndiyi birinci videoda görünməsə də ikinci videoda görünümüş, bundan əlavə cinayət işinə əlavə edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli rəyinin “tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat” hissəsindən görünür ki, tədqiqat obyektləri ağ kağız üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №113” dairəvi möhür əksi ilə möhürlənmiş vəziyyətdə 01 ədəd ağ rəngli kağız zərfdə daxil olmuş, qablaşdırmanın tamlığının pozulması əlamətləri müəyyən edilmir. Tədqiqata təqdim olunmuş üzərində “.../imza etməkdən imtina etdi/Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 141,521 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu hal həmin kütlənin istintaq hərəkəti zamanı videoçəkliş bitdikdən sonra müvafiq qaydada qablaşdırıldığını və möhürlənərək götürüldüyünü təsdiq edir. Bundan əlavə Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunun qeyd olunan normasına əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı zamanı yol verlmiş pozuntu o halda kobud pozuntu hesab olunur ki, icraatın sonrakı gedişində onu aradan qaldırmaq və ya həmin pozuntu ilə əldə olunmuş materialın mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmasın. Cinayət işi materialları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə 31 yanvar 2022-ci ildə keçirilən şəxsi axtarış zamanı götürülmüş bir ədəd bükülü tərəzidə çəkilməsə də, kağız zərfə qoyulmuş və həmin zərf tamlığı pozulmadan ekspertiza tədqiqatına təqdim olunmuşdur. Müdafiə tərəfi həmin narkotik vasitə – heroinin mövcudluğunu cinayət təqibi zamanı heç vaxtı inkar etməmiş, lakin həmin heroinin Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişlər. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Əliquli oğlunun üzərinə 31 yanvar 2023-cü ildə keçirilən şəxsi axtarış zamanı götürülmüş narkotik vasitə – heroinin açılıb baxış keçirilməməsi müəyyən olunsa da, bu hal Cinayət-Prosessual Məcəlləsinin 125.2.7ci maddəsi baxımından kobud pozuntu sayıla və əldə edilmiş sübutun cinayət işi üzrə sübut kimi qəbul edilməməsinə əsas ola bilməz. Buna görə də məhkəmə tərkibi hesab edir ki, müdafiə tərəfinin yuxarıda qeyd edilən dəlili də əsassız sayılmaqla qəbul edilməməli, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin protokolu və həmin zaman əldə edilmiş bir ədəd bükülü sübut kimi qəbul edilməlidir. - Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisinin başqa bir dəlili isə Təqsirləndirilən şəxs işlədiyi telefon mağazasının daxilində polis əməkdaşları tərəfindən saxlanılmasıdır. Məhkəmə qeyd edilən dəlilə müasibət bildirərək hesab edir ki,həm cinayət işi materiallarında, həm də məhkəmə istintaq zamanı dindirilmiş şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs Neftçala şəhəri ərazisində daha dəqiq isə Neftçala şəhərinin mərkəzində saxlanıldığını bildirmişlər. Həmçini ifadə vermiş şahidlər Təqsirləndirilən şəxs saxlanıldığı küçəni tam xatrlamadıqlarını bildirsələr də sonuncu Neftçala şəhəri ərazisndə - 20 yanvar küçəsində, daha dəqiq Təzə Bazara gedən yolda saxladıqlarını bildirmişlər. Beləliklə həm şahidlərin, həm də təqsirləndirlən şəxsin ifadələrindən göünür ki, Təqsirləndirilən şəxs işlədiyi mağazasının yaxınlığında saxlanılmışdır . Təqsirləndirilən şəxs saxlanılddığı yerin işlədiyi mağazanın içərisi olmasını bildirsə də bu hal cinayət işi üzrə müəyyən edilmiş halların şübhə altına alınmasına hər hansı əsas vermir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı tamamilə mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. - ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik satışı ilə məşğul olmaması ilə bağlı göstərdiyi hissəsi isə 31 yanvar 2023-cü il tarixdə üzərində saxladığı heroinin şəxsi istifadə niyyətində olmasını istisna edən şəxsi istifadə miqdarından 943 dəfə, külli miqdarından isə 70 dəfədən çox olan 141,521 qram ümumi təmiz çəkidə olması, beləliklə də onun gündəlik istifadə miqdarından dəfələrlə çox miqdarda olması onun heroin satışını həyata keçirmək məqsədinə birbaşa işarə etməsindən ibarət işin faktiki halları ilə tam təkzib edilir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, vətəndaşların çox olduğu yerdə cibində saxlaması onun məhz həmin maddənin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/114 saylı saylı rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 fevral 2023-cü il tarixli, 128 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-ci il tarixdə Sumqayıt Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 335.1ci maddəsi ilə təqsirli bilinib CM-in 62-ci maddəsi tətbiq edilməklə 11.000.000 manat cərimə cəzasına məhkum edilmişdir. (i.v 95-96) Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxsdir. - Neftçala rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi həyat yoldaşı, xx.xx.2015-ci il və xx.xx.2017-ci il təvəllüdlü olmaqla iki azyaşlı oğlanlarından ibarətdir. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 93-94) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 31 yanvar 2023-cü il tarixdən hesablanmalı və Neftçala Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 120 saylı nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 249 (iki yüz qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 249 (iki yüz qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 141,471 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 199 (bir yüz doxsan doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 141,471 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-47/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-47/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver