Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-47/2025 05.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Şumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, “Yaşıl Dərə” adlanan yaşayış massivində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1983-cü il tarixdə Qubadlı rayonu, Mahruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, Qubadlı rayonu, Mahruzlu kəndi qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 12-ci Mikrorayon, “Okean” şadlıq sarayının arxasında “Gecə qondu” məhəlləsində yaşamış barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə külli miqdarda narkotik vasitələri şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikası vətəndaşı olduğu güman edilən Mehdi adlı şəxs və qeyrilərindən əldə etmək məqsədilə 28 fevral 2024-cü il tarixdə saat 21:07-də istifadəsində olmuş "xxxx" ASC-yə aid 4189 8000 8080 8692 nömrəli bank kartından iranlı Mehdi adlı şəxsin göstərişi ilə ünvan 3 ünvanında qeydiyyatda olan Şahid5 adına olan 5239 1517 0747 3958 saylı bank kartına 500 (beş yüz) manat məbləğində pul köçürdükdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi “Toyota Pirus” markalı 50DP823 dövlət qeydiyyat nişanlı avtomobillə ona göndərilmiş ünvana gələrək, Biləsuvar-Bəhrəmtəpə magistral yolununun 54-cü kilometrindən dönərək Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə istiqamətində gələn zaman olan “Əzizbəyov” adlı su kanalının üzərindən keçən körpüyə çatan kimi sağ tərəfdə kanalın yaxınlığında quraşdırılan elektrik paylayıcı qurğunun (trasformatorun) yaxınlığından qara rəngli sellofan torbada 440,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 110,0 qram olan narkotik vasitə hesab edilən tiryək və 240 (iki yüz qırx) ədəd, ümumi təmiz çəkisi 9,6 qram külli miqdarda narkotik vasitə hesab olunan metadonu götürərək qanunsuz olaraq əldə edib saxlayaraq gəldikləri avtomobilə tərəf daşıyarkən Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 01 mart 2024-cü il tarixdə saat 19:40 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyd edilən ünvanda asfalt yolun kənarında, Təqsirləndirilən şəxs2 isə maşında saxlanılaraq Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilmiş, üzərilərində şəxsi axtarış və Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli sellofan torbaya baxış keçirilən zaman sonuncunun əlindəki qara rəngli sellofan torbada olan 2 (iki) ədəd olmaqla 1 (bir) ədəd kiçik ölçüdə olan qara rəngli polietilen torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış bükülü halında xaşxaş bitkisindən kustar üsulla alınmış külli miqdarda, yəni təmiz çəkisi 110,0 qram olan narkotik vasitə hesab edilən tiryək, 1 (bir) ədəd böyük ölçüdə olan qara rəngli polietilen torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış bükülü halında çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış xeyli miqdarda, yəni 440,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana və 2 (iki) ədəd üzəri yapışqan lentlə sarılmış bağlamanın hər birində 12 ədəd olmaqla cəmi 24 ədəd bisterdə hər bisterdə 10 ədəd olmaqla ümumilikdə cəmi 240 (iki yüz qırx) ədəd dərman tabletlərinin tərkibində külli miqdarda, yəni ümumi təmiz çəkisi 9,6 qram olan narkotik vasitə hesab edilən metadon aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur, heç vaxt da olmamışdır, iranlı Mehdi adlı şəxslə hadisədən 1 ay əvvəl tanış olmuş, danışıqlarına əsasən, “Mehdi” ona öz istifadəsi üçün, 500 manat qarşılığında 50 qram narkotik vasitə marixuana göndərəcəkmiş. Razılığa əsasən “Mehdi”-nin göndərdiyi karta 500 manat pul göndərmiş və sürücülük hüququ olmadığı üçün narkotik vasitəni götürmək üçün, Təqsirləndirilən şəxs2 onunla birlikdə Biləsuvar rayonuna mebel işi ilə bağlı gedib-gedə bilməyəcəyini soruşmuş, sonuncu razı olmuş, “Mehdi”-nin göndərdiyi konuma uyğun olaraq Biləsuvar ərazisi istiqamətində getmişlər. Deyilən yerə çatdıqda torbanın böyük olduğunu görmüş, torbaya çatan anda polis əməkdaşları onu saxlamış və şöbəyə aparmışlar. Şöbədə videoçəkiliş zamanı torbanın onun olmadığını, 50 qram narkotik vasitə marixuana götürmək üçün həmin yerə getdiyini bildirmişdir. Vəkili sonradan çağırmışlar, o gələnə qədər onu döymüşlər və vəkil gəldikdən sonra da ona vəkillə danışmağa imkan yaratmamışlar. O, Şüvəlana həbsxanaya gətirildikdən sonra polis əməkdaşlarından prokurorluğa şikayət etmişdir. Sürücülük hüququ olmadığından ona maşını sürməyə adam lazım olmuş, əslində o, başqa adamla gələcəkmiş, lakin, həmin şəxsin son anda işi çıxdığından, Təqsirləndirilən şəxs2 onunla gəlməyi təklif etmiş, lakin, gəlməyinin əsl səbəbini ona bildirməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitədən xəbəri olmamış, o, mebel ustası olduğundan, Faiqə işi ilə bağlı getdiyini bildirmişdir. Saxlayanda Faiqi də döymüşlər, həmin maddələr ilə ona da ittiham elan etmişlər. O, Təqsirləndirilən şəxs2 onu polis saxladığı təqdirdə qaçmasını desə də, Faiq onu ciddi qəbul etməmiş, “niyə qaçmalıyam ?” demiş və saxlanılanda da qaçmamışdır. Məhkəmədə həbs qətimkan tədbiri seçilən zaman da 50 qram narkotik vasitə marixuana götürmək üçün getdiyini bildirmiş, tutulan vaxtdan indiyədək də həmin ifadəni vermişdir. Hər dəfə narkotik vasitə almağa adam tapa bilmədiyi üçün birdəfəlik öz istifadəsi üçün alıb saxlamaq istəmişdir, bu məqsədlə 500 manat pul vermişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə əməlini qismən etiraf edərək göstərmişdir ki, “...O, avtomobildən düşən zaman Təqsirləndirilən şəxs2 “bura narkotik vasitə götürmək üçün gəlmişəm, sən avtomobili burda saxlama, sür get qabaqdan dön gəl, əgər mənə polis yaxınlaşdığını görsən sürüb gedərəsən” sözləri demiş və su kanalının kənarı ilə 20-30 metr getmişdir. Orada olan elektrik dirəyinin dibində olan qara rəngli torbanı götürmüşdür. O, həmin yerə gedənə kimi də Təqsirləndirilən şəxs2 avtomobillə irəlidən dönmüş və gəlib o, düşdüyü yerdə dayanmışdır. O, gəldiyi avtomobilə yaxınlaşan zaman bir neçə nəfər kolların arasından çıxmış və həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. O, qaçmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır...” (C-İ, i.v. 88-91) Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyətin səbəbini polis əməkdaşlarının ona təzyiq etməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs şəxsi istifadə məqsədilə narkotik vasitə əldə etmək istədiyini bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, saxlanılan vaxta qədər xlor işi ilə məşğul olmuşdur, hadisə günü Təqsirləndirilən şəxs1 ona zəng edərək 20 manat pul lazım olduğunu bildirmiş, nə səbəbə istədiyini soruşduqda “Qadir” adlı şəxsin onun maşınını sürəcəyini, işi ilə bağlı Biləsuvara gedəcəklərini demişdir. Onun Tehranın sürücülük hüququna məhdudiyyət qoyulması barədə məlumatı olmuşdur. Daha sonra Tehran maşınının nasaz olduğunu bildirərək, “Qadir”-in maşını sürə bilməyəcəyini deyib, onunla gedə bilibbilməyəcəyini soruşmuş, o da razılaşmışdır. Tehran mebel işi ilə məşğul olmuş, ona da işi ilə bağlı Biləsuvara getdiyini demişdir, Biləsuvar istiqamətində naviqatorla Tehranın dediyi yolla sürmüş, Səmədabada çatana yaxın Təqsirləndirilən şəxs1 ona ayaqyoluna getmək üçün maşından düşəcəyini və ona sürüb qarşıdan dönüb qayıtmağını demiş, qayıdandan sonra polis əməkdaşlarının Tehranı saxladığını görmüşdür. Maşından düşəndə Tehran ona “məni polis tutsa sürüb gedərsən” deyəndə bu sözləri ciddi qəbul etməmiş, zarafat olduğunu düşünmüşdür. O, Tehranın əlində torba görməmişdir. Narkotik dolu torbanı ancaq polis şöbəsində görmüşdür. Polislər onları saxlayanda maşın sönülü vəziyyətdə olmuş, ancaq işıqları yanılı olmuşdur. Bundan sonra onu da şöbəyə aparmışlar. Şöbədə olarkən narkotik vasitə barədə heç bir məlumatının olmadığını demiş, ancaq ona əvvəllər narkotiklə bağlı məhkumluğu olduğuna görə şübhəli olduğunu, təqsiri olmazsa, buraxacaqlarını bildirmişlər. Vəkili polislər təyin etmiş, vəkillə danışmağa şərait yaradılmamışdıdr. Telefonundan aşkar edilən “ürəyim şey çəkmək istəyir, imkan var bir dənə şey zad eliyək” məzmunlu mesajlar narkotik vasitə ilə bağlı olmuşdur. Aludəçisi olmasa da, arabir narkotik vasitələrdən istifadə edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək 03 mart 2024-cü il tarixli ifadəsində törətdiyi cinayət əməlini qismən etiraf edərək göstərmişdir ki, “...Təqsirləndirilən şəxs1 avtomobildən düşən zaman ona “bura narkotik vasitə götürmək üçün gəlmişəm, sən avtomobili burda saxlama, şübhə yaranacaq, sür ged qabaqdan dön gələrsən, əgər məni polis tutduğunu görsən sürüb qaçarsan” sözləri demişdir. O da razılaşmış və avtomobili idarə edərək, gedib irəlidən dönüb qayıdıb gələrək, Təqsirləndirilən şəxs1 avtomobildən düşən yerdə saxlamışdır. ( C- İ, i.v. 97-99) Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyətin səbəbini ibtidai istintaqda elə ifadə verməməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 01 mart 2024-cü il tarixində ona əməliyyat məlumatı daxil olmuş, məlumat şöbə rəhbərliyinə məruzə olunmuş və onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlamışlar. Şəxsləri magistral yoldan götürüb vizual formada müşahidə aparmışlar. O, Tehranın saxlanılmasında iştirak etmişdir, Faiq onun görmə məsafəsindən uzaqda olmuşdur, o, Faiqi görməmiş, lakin, X17 Əliyevin maşından kənarda olduğunu demişdir, Tehran qaçmağa cəhd göstərmişdir, şöbəyə qayıdanda avtomobili Şahid2 idarə etmişdir, Faiqi öz maşını ilə aparmışlar, Tehran isə başqa maşınla aparılmışdır, şəxsləri şöbəyə aparanda narkotik vasitə Tehranın əlində olmuşdur, şöbədə onların üzərinə baxış zamanı narkotik vasitə aşkarlanmışdır. Narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs1 iranlı şəxs ilə əlaqəsi olduğunu, onun atdığı konumla gəldiyini, Təqsirləndirilən şəxs2 isə həmin yerə çatmağa 10 kilometr qalmış narkotik vasitədən xəbərinin olduğunu bildirmişdir. Aşkar edilmiş narkotik vasitənin dəyəri təxminən 500 manat olardı. O, şəxslərə qarşı hər hansı zor tətbiq edilməsi halına şahid olmamışdır, vəkilləri ilə ünsiyyətdə olmağa şərait yaradılmışdır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, Şahid4 tədbirdə iştirak etməmişdir. İş üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 01 mart 2024-cü il tarixində axşam saatlarında Şirvan post adlanan yerə “Toyota Prius” markalı avtomobil yaxınlaşmış, onlar avtomobili müşahidəyə almışlar, şəxsləri qəsəbənin girəcəyindən müşahidəyə götürmüşlər, müşahidə zamanı şübhəli şəxslər bir-birini səsləməmişlər, Təqsirləndirilən şəxs1 avtomobildən düşərək yol kənarında kolluğa tərəf getmiş və əlində torba ilə qayıtmışdır, həmin vaxt Təqsirləndirilən şəxs2 avtomobildə omuş, qaçmağa cəhd etməmişdir. Şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları şöbəyə dəvət etmişlər, şöbəyə qayıdanda şəxslərin gəldiyi maşını o sürmüşdür, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Tədbirdə Şahid4 da tədbirdə iştirak etmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş şahid X4 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 2024-cü il 1 mart tarixində Şahid1 daxil olmuş əməliyyat məlumatına əsasən, şəxsləri müşahidəyə götürmüşlər, “Toyota Prius” markalı avtomobil 3 və 4 saylı qəsəbə ərazisi arasında yerləşən dairəvi yoldan dönüb saxladıqdan sonra, sonradan adını bildiyi Tehran adlı şəxs maşından düşüb piyada hərəkət etməyə başlamış, həmin vaxt sonradan tanıdığı Faiq adlı şəxs maşını idarə edərək dairəvi döngə istiqamətində hərəkət edərək geriyə dönmüş və körpünün sol istiqamətində saxlamışdır. O ərəfədə bağlamanı götürüb qayıdan Tehran adlı şəxs və maşında olan Faiq adlı şəxs onlar tərəfindən saxlanılmışdır. Tehran narkotiki elektrik qovşağının ətrafından götürmüşdür, qaranlıq olduğundan dəqiq görməmişdir, Faiq maşını sürüb qayıtdıqdan sonra, Tehran maşına oturmamış, onlar tərəfindən saxlanılmışdır, o, Faiqi saxlamışdır, o, Faiqə yaxınlaşanda Tehran artıq saxlanılmışdır, Faiqin maşının işlək vəziyyətdə olub-olmamasını xatırlamır, amma işıqları yanılı olmuşdur, şəxsi axtarışda iştirak etmiş, şəxslərin üzərindən yox, Tehranın əlindəki torbadan narkotik vasitə aşkarlanmışdır, təqsirləndirilən şəxslərin üzərinə narkotik qoyulmamışdır, onlar döyülməmişdir, Faiq maşından kənarda olmuşdur, əməliyyat zamanı o, kolluqda gizlənmişdir, şöbəyə aparanda həmin maşını Şahid2 idarə etmişdir, şəxsləri şöbəyə aparanda əlləri qandallı olmuşdur, vəkil təxminən yarım saata gəlmişdir, həmin vaxta qədər növbətçi hissənin qarşısında gözləmişlər, vəkillə təklikdə görüşmüşlər, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid4 ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Cəbrayıl RPŞ-də əməliyyat üzrə rəis müavini vəzifəsində işləyir, əməliyyat məlumatı Şahid1 daxil olmuş, ona və aidiyyəti şəxslərə məruzələr edilmiş, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunda o üzv olmamış, lakin, tədbirə nəzarət üçün getmişdir, şəxslər polis əməkdaşları tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürüb maşına qayıdan zaman yaxalanmışdır, şəxslər şöbəyə gətirilib təhqiqatçıya təhvil verilmiş, vəkillə təmin olunmuş, bundan sonrası istintaqın işi olmuşdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ( təqsirləndirilən şəxslərin (qismən), şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və onlara əlavə edilmiş diskləri, bank məlumatlarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Şübhəli şəxsin tutulması haqqında» 01 mart 2024-cü il tarixli, 32 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:40-da ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 19-20) - «Şübhəli şəxsin tutulması haqqında» 01 mart 2024-cü il tarixli, 41 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə saat 21:30-da ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 40-41) - «Şəxsi axtarış və götürmə barədə» 01 mart 2024-cü il tarixli, 35 nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 оğlunun üzərindən üzərində ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələri olan 1 (bir) ədəd “Redmi 9S” markalı, üzərində mobil telefon nömrəsi olmayan 1 (bir) ədəd “Samsung Galaxy A8” markalı və 1 (bir) ədəd “Samsung Galaxy” markalı telefonlar, həmçinin də, Təqsirləndirilən şəxs1 оğlunun əlində olan 1 (bir) ədəd qara rəngli olmaqla ağız hissəsi yapışqan lentlə bağlanmış selofan torbadan 1 (bir) ədəd böyük və 1 (bir) ədəd kiçik ölçülü olmaqla qara rəngli selofan torbaya yığılaraq üzəri yapışqan letlə sarılmış 2 ədəd bükülü və 2 (iki) ədəd yapışqan letlə sarınmış bir neçə həb olan list aşkar olunmuş, narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya və narkotik vasitə hesab olunan tiryəkə bənzər kütlələr ayrı-ayrılıqda qablaşdırması ilə birlikdə elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd böyük ölçülü qablaşdırlma içində olan narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə 469 (dörd yüz altımış doqquz) qram və 1 (bir) ədəd kiçik ölçülü qablaşdırlma içində olan narkotik vasitə hesab olunan tiryəkə bənzər kütlə ilə birlikdə 122 (yüz iyirmi iki) qram olduğu, eyni zamanda, 2 (iki) ədəd bağlama formasında yapışqan letlə sarınmış hər bir bükülüdə 12 ədəd olmaqla cəmi 24 ədəd üzərində “..Methadone-40..” sözləri yazılan bisterdə hər bisterdə 10 ədəd olmaqla ümumilikdə cəmi 240 (iki yüz qırx) ədəd tərkibində narkotik vasitə hesab edilən metadon olması etimal olunan həb aşkar olunaraq iş üçün əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırıldıqdan sonra götürülmüş, şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. (C-İ, i.v. 28- 30) - «Şəxsi axtarış və götürmə barədə» 01 mart 2024-cü il tarixli, 44 nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 оğlunun üzərindən 1 (bir) ədəd üzərində “Rimo” sözləri yazılan elektron qəlyanı, üzərində “Citizen” sözləri yazılan qara rəngli pul qabı, həmin pul qabıın içindən ona məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, “Hyundai 30” markalı 77 FB345 dövlət qeydiyyat nişanlı avtomobilə aid qeydiyyat şəhadətnaməsi, ona məxsus “Leobank”a aid 4098 5844 7839 8793 nömrəli plastik kart, idarə etidyi “Toyota Pirus” markalı avtomobilin açarı, üzərində ***-***-**-** saylı mobil nömrəsi olan “Redmi 8A” markalı mobil telefon, ev və iş yerinin açarları, gümüş üzük və bilərzik, 2 (iki) ədəd müqəddəs daşı və kağız və dəmir əskinazlarla olmaqla ümumilikdə cəmi 144 (yüz qırx dörd) manat məbləğində pul aşkar olunmuş, Toyota Pirus” markalı avtomobilə məxsus açar, ümumilikdə cəmi 144 (yüz qırx dörd) manat məbləğində pul və üzərinə “Rimo” sözləri yazılan bir ədəd elektron qəlyan ona geri qaytarılmış, lakin mobil telefon və digər əşyalar iş üçün əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 оğlunun üzərindən narkotik vasitə və ya psixotrop maddə, eyni zamanda qanunla qadağan olunmuş digər əşya və ya predmet aşkar olunmamış və şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər əks olunan bir ədəd disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. (C-İ, i.v. 49-51) - «Baxış keçirilməsi haqqında» 01 mart 2024-cü il tarixli, 45 nömrəli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-DP- *** dövlət qeydiyyat nişanlı avtomobildən narkotik vasitə və ya psixotrop maddə, eyni zamanda qanunla qadağan olunmuş digər əşya və ya predmet aşkar olunmamış və baxış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər əks olunan bir ədəd disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. (C-İ, 52-54) - 03 mart 2024-cü il tarixli müvafiq qərarlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (C-İ, i.v. 102-103, 115-117) - Cəbrayıl Rayon Məhkəməsinin 03 mart 2024-cü il tarixli, 4(072)-2/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, təqdimata baxılarkən Təqsirləndirilən şəxs2 hazırki iş üzrə məhkəmə baxışında bildirdikləri məzmunda ifadə vermişdir. (C-İ, i.v. 144-146) - Cəbrayıl Rayon Məhkəməsinin 03 mart 2024-cü il tarixli, 4(072)-3/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, barəsində təqdimata baxılarkən Təqsirləndirilən şəxs1 əməlindən peşmançılıq keçirərək, CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. (C-İ, i.v. 148-150) - “Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspretizası”-nın 02 mart 2024cü il tarixli, 3-16-16/2-18/233-234 nömrəli rəyində göstərilmişdir ki, 1) Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 təqdim etdiyi..tiryəkə bənzər...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi-110,0 qram olan tünd qəhvəyimtil rəngli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 2) Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 təqdim etdiyi..marixuana bənzər...” sözləri yazılmış 01 ədəd polietilen torbada təmiz çəkisi-440,0 qram olan bitki məşəli kütlə təribində narkotik narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə qurudulmuş marixuanadır. Tiryək-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə tətbiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Marixuana(kannabis)-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə tətbiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). (C-İ, i.v. 72-76) “Məhkəmə-kimyəvi ekspretizası”-nın 02 mart 2024-cü il tarixli 3-16-16/2-6/1275 nömrəli rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №147” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs1 təqdim etdiyi psixotrop maddəyə bənzər metadon 40 sözləri yazılmış...” yazılar, soyad və imzalar olan zərfin içərisində üzərində “..Methadone-40..” yazıları olan 24 ədəd bilisterdə hər blisterdə 10 ədəd olmaqla ümumilikdə 240 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman tabletləri kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə - metadondur. 240 ədəd tabletdə metadon təsiredici maddəsinin ümumi miqdarı 9,6 qram (üzərindəki göstəriciyə əsasən bir tabletdə 0,04 qram) təşkil edir. (C-İ, 223-227) - «Mobil telefona baxış keçilməsi haqqında» 13 mart 2024-cü il tarixli, 148 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy” markalı (smatfon tipli) mobil telefonun yaddaş kitabçasınа, zənglər siyahısına və mesajlar (SMSlər) bölməsinə baxış keçirilmiş, lakin baxış zamanı həmin mobil telefonun yaddaş kitabçasında və zənglər siyahısında iş üçün əhəmiyyət kəsb edə biləcək telefon nömrələri, həmçinin mesajlar (SMS-lər) bölməsində iş üçün əhəmiyyət kəsb edə biləcək mesaj (SMS) aşkar olunmamışdır. (C-İ, i.v. 188) - «Mobil telefona baxış keçilməsi haqqında» 28 mart 2024-cü il tarixli, 156 saylı protokoldan görünür ki, şəxs Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A8” (Android tipli) markalı mobil telefonun yaddaş kitabçasına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun yaddaş kitabçasında digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Faiq xlor +994 70 861 27 90” saylı mobil nömrəsi qeyd olunduğu müəyyən olunmuş, lakin baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun zənglər siyahısında iş üçün əhəmiyyət kəsb edən telefon zəngləri, eyni zamanda, mesajlar (SMS-lər) bölməsində, həmçinin, WhatsApp” proqramıda iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir informasiya məyyən edilməmişdir. (C-İ, i.v 198) - «Mobil telefona baxış keçilməsi haqqında» 23 mart 2024-cü il tarixli, 168 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Redmi Note 9S” (Android tipli) markalı mobil telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun yaddaş kitabçasında İran İslam Respublikasının operatoruna məxsus olan və özünü Mehdi kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “X26?? +98 937 008 1267” saylı, həmçinin, İran İslam Respublikasının operatoruna məxsus olan, lakin şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxsin istifadə etdiyi “Eli 1 +98 990 870 1050” saylı, “Mehriban +98 990 848 9792” saylı və “X27 İş +98 991 147 4783” saylı, eyni zamanda, “Azerfon” mobil operatoruna məxsus olan və hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Faiq 039 +994 70 861 27 90” saylı mobil telefon nömrələri qeyd olunduğu və həmin nömrələrlə əlaqə saxlanıldığı aşkar olunmuşdur. İran operatoruna məxsus X27 İş” və “Mehriban” adlı şəxslərlə iş üçün əhəmiyyət kəsb edən hər hansı yazışma müəyyən edilməmişdir. Belə ki, həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirlən zaman İran İslam Respublikasının operatoruna məxsus olan və özünü Mehdi kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “X26?? +98 937 008 1267” saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Redmi Note 9S” (Android tipli) markalı mobil telefon arasında xx.xx.2024-cü il tarixdə saat 18:49-dan xx.xx.2024-cü il tarixə saat 19:59a kimi əlaqə olduğu, bu əlaqə zamanı İran İslam Respublikasının operatoruna məxsus olan və özünü Mehdi kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “X26?? +98 937 008 1267” saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Redmi Note 9S” (Android tipli) markalı mobil telefona xx.xx.2024-cü il tarixdə saat 18:49-da 0:05 (beş saniyə) dəqiqə olmaqla “qardaş iki yüz, Azərbaycanın o başı bu başı heç iki yüz kilometr deyil” sözləri səslənən, lakin saat 18:52-də 0:03 (üç saniyə) dəqiqə və saat 18:53-də 0:02 (iki saniyə) dəqiqə olmaqla sözləri eşidilməyən cəmi 03 (üç) ədəd səsli mesaj, eyni zamanda, xx.xx.2024-cü il tarixdə saat 18:53-də “Sabr elə atr” sözləri, saat 18:54-də “Atr hindi darxma” sözləri, saat 19:07-də “Tez xabar ela, Qozdeyaram” sözləri, saat 19:36 “??” işarəsi, saat 19:44-də “?” işarəsi və saat 19:59-da “??” işarəsi, həmçinin, xx.xx.2024-cü il tarixdə saat 19:07-də narkotik vasitələrin gizlədildiyi yeri dəqiq göstərən “konum”, saat 19:07-də narkotik vasitələri elektrik paylayıcı qurğunun (trasformatorun) yaxınlığında gizlədiyini qırmızı rəngli ox işarəsi ilə göstərən, həmin elektrik paylayıcı qurğuya (trasformatora) tərəf dönməli olduğu yerdə quraşdırılmış “Təhlükəli döngə” xəbərdarlıq yol nişanının və “Təhlükəli döngə” xəbərdarlıq yol nişanından narkotik vasitələrin gizlədildiyi elektrik paylayıcı qurğunun (trasformatorun) yaxınlığını qırmızı rəngli ox işarəsi ilə göstərən fotoşəkli göndərildiyi, eyni zamanda xx.xx.2024-cü il tarixdə saat 19:43-də və saat 19:59-da cavablanmamış zəng etdiyi müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Redmi Note 9S” (Android tipli) markalı mobil telefondan “WhatsApp” proqramı vasitəsilə İran İslam Respublikasının operatoruna məxsus olan və özünü Mehdi kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “X26?? +98 937 008 1267” saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 18:51-da 0:11 (on bir saniyə) dəqiqə olmaqla “5 dəqiqəyə demək olar ki, ordayam. Atsın də denən noldu. Gec olur, hava da qaralır” sözləri, saat 18:52-də 0:06 (altı saniyə) dəqiqə olmaqla “atdığın səsə qulaq as qardaş, heç nə başa düşmək olmur, xışıldıyır, nə atmısan heç nə bilinmir” və saat 18:54-də 0:07 (yeddi saniyə) dəqiqə olmaqla “özün təzədən o atdığın səsə qulaq as, gör nəsə başa düşürsən, xışıldayır. Heç nə başa düşmürəm. səs gəlmir axı” səslənən cəmi 3 (üç) ədəd səsli mesaj, eyni zamanda, saat 18:54-də “?” işarəsi göndərildiyi, bundan başqa, həmin tarixdə, saat 18:37-də0:26 (iyirmi altı saniyə), saat 19:43-də və 19:59-da olmaqla cəmi 3 (üç) dəfə audio zənglə danışdıqları müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Redmi Note 9S” (Android tipli) markalı mobil telefonun mesajlar (SMS-lər) bölməsinə baxış keçirilmiş, lakin baxış zamanı sonuncuya məxsus mobil telefonun mesajlar (SMS-lər) bölməsində iş üçün əhəmiyyət kəsb edə biləcək daxil olmuş və ya göndərilmiş mesaj (SMS) mətinləri aşkar olunmamışdır. ( C-İ, i.v. 208-215) - Təqsirləndirilən şəxs2 məxsus “Redmi A8” (Android tipli) markalı mobil telefonda olan “WhatsApp” proqramında zənglər və mesajlar bölməsinə baxış protokolundan görünür ki, həmin mobil telefonun “WhatsApp” proqramında mesajlar bölməsinə baxış keçirlən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070 *** ** ** saylı mobil telefon nömrəsi ilə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Tehran +994 70-706-21-31” saylı mobil telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdə saat 13:43-dan xx.xx.2024-cü il tarixə saat 07:27-ə kimi əlaqə olduğu, bu əlaqə zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070 *** ** ** saylı mobil telefon nömrəsindən digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Tehran +994 70-706-21-31” saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 13:43-də və saat 21:10-da zəng etdiyi, lakin zəng siyahısı silindiyi, xx.xx.2024-cü il tarixə saat 07:27-ə isə Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 0:17 (on yeddi saniyə) dəqiqə olmaqla “sabahın xeyir ay qaqa, nə var, nə yox, nətəhərdi vəziyyət? Ay qaqa nə oldu, səndən bir xəbər çıxamdı, maşını da vurmuşam, vəziyyət xarabdı qa. Gör neyniyə bilirsən. Vəziyyət kötüdü, dünən tezdən maşını vurdum vaqzalın kruqunda” səslənən cəmi 1 (bir) ədəd səsli mesaj göndərildiyi müəyyən edilmişdir. Həmçinin, bu əlaqə zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Tehran +994 70-706-21-31” saylı mobil telefon nömrəsindən digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070 *** ** ** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 16:59-da zəng olunsa da, sonuncu telefon zəngə cavab vermədiyi, həmçinin, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 00:48-də “Qaldı səhərə” sözləri yazılan cəmi 1 (bir) ədəd yazılı mesaj göndərildiyi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070 *** ** ** saylı mobil telefon nömrəsi ilə şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxsin istifadə etdiyi “Orxan +994 55 830 35 01” saylı mobil telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdə saat 05:54-dən xx.xx.2024-cü il tarixə saat 16:45-ə kimi əlaqə olduğu, bu əlaqə zaman şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadə etdiyi “Orxan +994 55 830 35 01” saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070 *** ** ** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 05:54-də “salam”, saat 05:59da “Qaqaa”, xx.xx.2024-cü il tarixdə saat 00:20-də “Qaqa”, saat 00:27-də “Ay yetimm, kartof soğan gətirim sene”, saat 00:27-də “Evdesen?”, saat 00:30-da “Ok”, saat 00:31-də “Gec gələrsən?”, xx.xx.2024-cü il tarixdə saat 09:39-da “Alo”, saat 09:35-də “Qaqa, Kartofu necə verim?, xx.xx.2024-cü il tarixdə saat 00:21-də 0:16 (on altı saniyə) dəqiqə olmaqla “Ay Fayo, qaqa üstümdə pulum-param qalmayıb, iş görmüşəm, işdən çıxmışam, səhərə alacağım var qaqa pulum-param yoxdu. Ürəyim şey çəkmək istəyir, imkan var bir dənə şey-zad şey eləyək mesajlarının olduğu olduğu müəyyən edilmişdir. (C-İ, i.v. 231- 236) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxnası” X14 daxil olmuş 29 mart 2024-cü il tarixli 3986 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmayıblar. (C-İİ, i.v. 91) - “Ambulator məhkəmə psixiatrik ekspretizası”-nın 09 aprel 2024-cü il tarixli, 981 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda metasimulyasiya qeyd edilir, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli ARCM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (C-İİ, i.v. 160-162) - Ambulator məhkəmə-narkoloji ekspertizasının 16 mart 2024-cü il tarixli, 1792 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (C-İİ, i.v. 163-164) - Ambulator məhkəmə-narkoloji ekspertizasının 16 mart 2024-cü il tarixli, 1794 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (C-İİ, i.v. 165-166) - «Maddi sübut kimi tanıma haqqında» 30 aprel 2024-cü il tarixli, 277 nömrəli qərardan görünür ki, aşkar olunaraq götürülmüş külli miqdarda, yəni təmiz çəkisi – 110,0 qram olan narkotik vasitə hesab edilən tiryəkin tədqiqatdan sonrakı 109,90 qram çəkidə qalığı və xeyli miqdarda, yəni təmiz çəkisi – 440,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın tədqiqatdan sonrakı 439,90 qram çəkidə qalığı, həmçinin, tərkibində külli miqdarda, yəni 9,6 qram narkotik vasitə hesab edilən metadon olan üzərində “Methadone-40” yazıları olan 24 ədəd bilisterdə hər blisterdə 10 ədəd olmaqla ümumilikdə 240 (ikiyüz qırx) ədəd dərman həbinin tədqiqatdan sonrakı 216 (iki yüz on altı) ədəd sayda qalığı cinyət işi üzrə maddi sübut hesab edilərək saxlanıması üçün Cəbrayıl RPŞ-nin saxlancına verilməsi nəzərə alınmışdır. (C-İİ, i.v. 98-99) - «Sübutların qiymətləndirilməsi haqqında» 21 may 2024-cü il tarixli, 325 nömrəli qərardan görünür ki, "xxxx" MMC-nin 03 aprel 2024-cü il tarixli məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri və abunəçilərə dair məlumatların əks olunduğu bir ədəd CD disk, "xxxx" MMC-nin 05 aprel 2024-cü il tarixli məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri və abunəçilərə dair məlumatların əks olunduğu bir ədəd CD disk, "xxxx" MMC-nin 05 aprel 2024-cü il tarixli məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri və abunəçilərə dair məlumatların əks olunduğu bir ədəd CD diskin maddi sübut kimi tanınınaraq cinayət işinin materiallarına əlavə olunması və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Redmi Note 9S” markalı və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Redmi A8” markalı mobil telefonların maddi sübut kimi tanınaraq Cəbrayıl Rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. (C-İİ, i.v. 174-241) - Müdafiə tərəfinin vəsatətlərinə əsasən məhkəmənin müvafiq qərarları ilə əldə edilmiş 16 aprel 2025-ci il, 17 iyun 2025-ci il tarixli bank məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı və hazırda cəzaçəkmə müəssisəsində olan tanışı Şahid6 məxsus, lakin, faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadəsində olan müvafiq bank kartından 28 fevral 2024-cü il tarix, saat 9:07:59 PM (21:07:59)-da ünvan 3 ünvanında qeydiyyatda olan Şahid5 adına olan 5239 1517 0747 3958 saylı bank kartına 500 manat pul vəsaiti göndərmişdir. Kapital Bankdan daxil olmuş 12 iyun 2025-ci il tarixli məktubdan görünür ki, 28 fevral-10 mart 2024-cü il tarixlərdə nağdlaşdlrma aparılmadığından, görüntüləri təqdim etmək mümkün deyildir. Kapital Bankdan daxil olmuş 26 avqust 2025-ci il tarixli məktubdan görünür ki, 5239 1517 0747 3958 saylı bank kartı ***-***-**-** saylı nömrə üzərində mobil tətbiq qeydiyyatı aparılmış, həmin nömrə ünvan 3 ünvanında qeydiyyatda olan Şahid5 məxsusdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfinin dəlilləri: Təqsirləndirilən şəxs1 şəxsi istifadə məqsədilə 50 qram narkotik vasitə götürmək üçün getmiş, Təqsirləndirilən şəxs2 bu barədə öncədən məlumatı olmamış, yalnız avtomobildən düşərkən polislər onu saxlayacağı təqdirdə qaçmasını Təqsirləndirilən şəxs2 bildirmiş, Təqsirləndirilən şəxs2 bunu ciddi qəbul etməmiş, ümumiyyətlə cinayətdən xəbəri olmamış, Təqsirləndirilən şəxs1 narkotik vasitənin onun əldə etmək istədiyindən çox olduğunu görüb götürməmiş, narkotik vasitəni götürmədən polislər tərəfindən yaxalanmış, döyülərək narkotik vasitə üzərinə qoyulmuşdur, əldə etmək istədiyi narkotik vasitəni satış niyəti olmamışdır, o, narkotik vasitə istifadəçisidir, satışı ilə məşğul deyil.
1. Belə ki, əvvəla, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının qanunsuz hərəkətlərindən müvafiq orqana şikayət etsələr də fakt öz təsdiqni tapmamış, bundan başqa, barələrində həbs qətimkan tədbirinə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs1 vəkili onun özünü təqsirli bilərək, törətdiyi əməldən peşman olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 isə ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 ona narkotik vasitə əldə etmək məqsədi ilə Biləsuvar rayonu ərazisinə gəlməsi barədə heç bir söz deməmişdir. Lakin Biləsuvar rayonu ərazisində Tehranın mobil barədəda kiminləsə "konum-yer" məsələləri ilə bağlı "Whatsapp" danışığı zamanı ondan şübhələnmiş, eləcə də hadisə yerinə çatmağa təxminən 3-4 km., qalmış Tehran ona bu barədə məlumat vermişdir. Hətta Tehran ona polis əməkdaşları tərəfindən saxlanılarsa, avtomobili sürüb getməsini demişdir. O, Tehrana cavabında onu tək qoymayacağını bildirmişdir. Onu da qeyd etmişdir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmiş və təzyiqə məruz qalmamışdır.
2. Təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs1 şəxsi istifadə məqsədilə narkotik vasitə əldə etmək üçün gedəcəyindən Təqsirləndirilən şəxs2 məlumatının olmaması, əslində Biləsuvar rayonuna başqa şəxslə gedəcəyi, son gün həmin şəxsdə alınmadığı üçün Təqsirləndirilən şəxs2lə getməsinə dair dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin dəlil iş materialları ilə təkzib edilir. Belə ki, telefon məlumatlarına dair diskdən görünür ki, tutulduqları gün-xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 7 dəfə, Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 7 dəfə zəng etmiş, ümumilikdə şəxslər həmin gün 14 dəfə telefon danışığı həyata keçirmiş, həmin tarix, saat 07:27-də “sabahın xeyir ay qaqa, nə var, nə yox, nətəhərdi vəziyyət? Ay qaqa nə oldu, səndən bir xəbər çıxmadı, maşını da vurmuşam, vəziyyət xarabdı qa. Gör neyniyə bilirsən. Vəziyyət kötüdü, dünən tezdən maşını vurdum vaqzalın kruqunda”, 08:04-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “məni yığ, maşını vurdum, gəlmədin sən” yazmış, həmçinin, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Tehran +994 70-706- 21-31” saylı mobil telefon nömrəsindən digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070 *** ** ** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 16:59-da zəng olunsa da, sonuncu telefon zəngə cavab vermədiyi, həmçinin, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 00:48-də “Qaldı səhərə” mesajı yazdığı müəyyən edilmişdir. Mesajlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında tutulduqları gündən 2 gün əvvəldən tutulana qədər intensiv danışıqlar olmuş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 nəticə maraqlanmış, 29 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “qaldı səhərə” mesajı yazmış, səhəri gün də şəxslər narkotik vasitə əldə edərkən polislər tərəfindən tutulmuşlar. Təqsirləndirilən şəxslər həmin mesajlarla bağlı ağlabatan cavab verə bilməmişdir.
3. Təqsirləndirilən şəxs1 narkotik vasitənin onun əldə etmək istədiyindən çox olduğunu görüb götürməməsi, narkotik vasitəni götürmədən polislər tərəfindən yaxalanması, döyülərək narkotik vasitənin üzərinə qoyulması ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin dəlillər də iş materialları ilə təkzib edilir. Belə ki, şəxsi axtarış protokolundan görünür ki, narkotik vasitə dolu torba Təqsirləndirilən şəxs1 əlindədir, o, həmin torbanı götürmədiyini mübahisələndirməmiş, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması nəticəsində torbanı götürməsi də iş materiallarından görünmür.
4. Məhkəmə Təqsirləndirilən şəxs1 əldə etmək istədiyi narkotik vasitəni satış məqsədilə əldə etməməsi, onun narkotik vasitə istifadəçisi olması, narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı dəlillərinə, ümumiyyətlə təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın əməlin “satış məqsədi ilə” törədilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin dəlillər iş materiallarına əsasən əsaslı hesab edilərək, ittihamın həmin hissəsi iş materialları ilə təsdiq olunmur. Belə ki, təqsirləndirilən şəxslər həmçinin, onunla ittiham olunmuşlar ki, onlar şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası ərazisində olan Mehdi adlı şəxs və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda, yəni təmiz çəkisi 110,0 qram olan narkotik vasitə hesab edilən tiryəki, xeyli miqdarda, yəni təmiz çəkisi 440,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı və külli miqdarda, yəni təmiz çəkisi 9,6 qram olan narkotik vasitə hesab edilən metadonu qəsdən satış məqsədi ilə ümumi cinayətkar niyətə və razılaşmaya uyğun olaraq qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışlar. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 5 qramdan-500 qrama qədər hissəsi xeyli miqdar hesab olunur. Həmin siyahıya əsasən “metadon” dərman həbi narkotik vasitədir və onun 1,6 qramdan artıq hissəsi külli miqdar hesab olunur. Həmin siyahəya əsasən “tiryək” narkotik vasitədir və onun 50 qramdan artıq hissəsi külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2025-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin, iş materiallarından görünür ki, narkotik vasitələrin hər növü bir bükümdədir, çəkilib xırda bağlamalara bükülməmişdir, onların çəkilməsi üçün avadanlıq aşkar edilməmiş, alıcı ilə hər hansı formada razılıq əldə edilməmiş, təqsirləndirilən şəxslərin narkotik vasitə istifadə etmələrinə dair digər şəxslərlə yazışmaları olduğu onlara məxsus telefon yazışmalarından aydın görünsə də, satışı ilə məşğul olması, kiməsə əvəzsiz verməsi, bir sözlə, narkotik vasitələrin qanunsuz yayılması ilə bağlı mesajlara rast gəlinməmişdir. Təqsirləndirilən şəxs1 tutulduğu vaxtdan məhkəmə istintaqının sonuna kimi narkotik vasitəni şəxsi istifadə etmək məqsədilə Biləsuvar rayonuna gəldiyini bildirmiş, bu məqsədlə narkotik vasitəni əldə etdiyi şəxsin göndərdiyi hesaba 500 manat pul göndərdiyi iş materialları ilə sübuta yetirilmişdir. Narkotik vasitəni əldə etmək məqsədi barədə ibtidai istintaqdakı ifadələri ilə məhkəmədəki ifadələri uzlaşır. Bundan əlavə, iş üzrə dindirilmiş şahid polis əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslərdən aşkar edilmiş narkotik vasitələrin təxmini dəyəri elə 500 manat olardı. Bundan əlavə, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 mart 2024-cü il tarixli, 1792 və 1794 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin istifadə etmə halları olmuş, lakin, hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs2 isə opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikasının 1998-ci ildə qoşulduğu BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında Vahid Konvensiyası”na görə tiryək və metadon narkotik vasitələrin opioid qrupuna aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 yalnız 50 qram qurudulmuş marixuana əldə etmək niyəti barədə dəlilləri əsassızdır, Faiq Şirinovun opioidlərdən asılılığı vardır, tiryək və metadon narkotik vasitələrin opioid qrupuna aiddir, nəticədə X11 rayonuna Təqsirləndirilən şəxs1lə birlikdə gəlməyinin marağının narkotik vasitələridən şəxsi istifadə məqsədilə olması işdən aydın görünür. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı madddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Yuxarıda təhlil olunan sübutların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründəki qismən etirafedici ifadələri iş üzrə digər sübutlarla təsdiq olunur, onların məhkəmədəki ifadəsinin, yəni, Təqsirləndirilən şəxs1 50 qram narkotik vasitə marixuana götürmək üçün həmin əraziyə getməsi, Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə narkotik vasitə barədə məlumatının olmaması, polis əməkdaşları tərəfindən onlara təzyiq göstərilməsi, döyülmələri nəticəsində narkotik vasitəni üzərlərinə götürməyə məcbur qalmaları ilə bağlı hissəsi isə iş materialları ilə təsdiq olunmur. Odur ki, məhkəmə tərkibi təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələrinin müvafiq hissəsini qeyri-inandırıcı, özünümüdafiə xarakterli və qeyrimötəbər hesab edərək, onların ibtidai istintaq dövründəki Təqsirləndirilən şəxs1 şəxsi istifadə məqsədilə narkotik vasitə əldə etmək üçün gəldiyi, Təqsirləndirilən şəxs2 də həmin məqsədlə Təqsirləndirilən şəxs1 gəldiyini bilməsinə dair ilkin etirafedici ifadələrini mötəbər sübut kimi qəbul edir. Həmçinin, iş üzrə dindirilmiş şahidlərin ifadələri iş materiallarında olan sübutlarla təsdiq edildiyindən, onları ittihamın digər sübutları ilə birlikdə mötəbər sübut kimi nəzərə alır. Məhkəmə ittihamın qiymətləndirilməsi ilə bağlı həmçinin, aşağıda göstərilən hüquq normalarını da nəzərə alır: Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki: Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın 440,0 qram, tiryəkin 110,0 qram və metadonun 240 (iki yüz qırx) ədəd, ümumi təmiz çəkisinin 9,6 qram olmasını, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitələrin başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etmələri və ya satış niyətində olmalarına dair hər hansı mötəbər məlumat (məsələn, istifadələrində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), narkotik vasitələrin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün təqsirləndirilən şəxslərin yaşadıqları evdə axtarış aparılmaması, göstərilən halların ümumi məcmusunun Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələrin əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətlərinin hər iki şəxsin şəxsən istifadə etmək niyəti ilə əhatə olunması və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütlələrə münasibətdə satış niyətində olmaları barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xeyrinə təfsir edilməli olması, iş üzrə törətdikləri cinayət əməllərinin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmədiyi, təqsirləndirilən şəxslərin əməllərinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın CM-in 234.4.1-ci maddəsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Göründüyü kimi təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmələri öz təsdiqini tapmamış, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə cinayət tərkibinin yaranması üçün subyektiv cəhət ödənilmir, onlar birlikdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmişlər. Qanunun mənasından da göründüyü kimi, satış məqsədi olmadan qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılıb daşınması CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratmır, şəxslər hər biri törətdikləri əmələ görə icraçı kimi məsuliyyətə cəlb edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməmiş, onların külli miqdarda narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib, saxlamaqla daşımaları məhkəmə istintaqında tədqiq olunmuş təkzibedilməz sübutlarla sübuta yetməmiş, lakin, külli miqdarda narkotik vasitələri şəxsi istifadə məqsədilə əldə edib, saxlamaqla daşımaları sübuta yetmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittiham Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli, onlar həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Bundan başqa, qeyd edilməlidir ki, müdafiə tərəfinin vəsatətlərinə əsasən məhkəmənin müvafiq qərarları ilə əldə edilmiş 16 aprel 2025-ci il, 17 iyun 2025-ci il tarixli bank məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni əldə etdiyi hadisə vaxtı və hazırda cəzaçəkmə müəssisəsində olan tanışı Şahid6 məxsus, lakin, faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadəsində olan müvafiq bank kartından iranlı Mehdi adında şəxsin göstərişi ilə 28 fevral 2024-cü il tarix, saat 21:07:59-da ünvan 3 ünvanında qeydiyyatda olan Şahid5 adına olan 5239 1517 0747 3958 saylı bank kartına 500 manat pul vəsaiti göndərmişdir. Kapital Bankdan daxil olmuş 12 iyun 2025-ci il tarixli məktubdan görünür ki, 28 fevral-10 mart 2024-cü il tarixlərdə nağdlaşılrma aparılmadığından, görüntüləri təqdim etmək mümkün deyildir. Kapital Bankdan daxil olmuş 26 avqust 2025-ci il tarixli məktubdan görünür ki, 5239 1517 0747 3958 saylı bank kartı ***-***-**-** saylı nömrə üzərində mobil tətbiq qeydiyyatı aparılmış, həmin nömrə ünvan 3 ünvanında qeydiyyatda olan Şahid5 məxsusdur. Adı qeyd edilən şəxsin əlavə şahid qismində dindirilməsi üçün məhkəmə iclasları dəfələrlə təxirə salınmış, məhkəmənin məcburi gətirmə qərarının icrası olaraq Yevlax RPŞ-nin 09 oktyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, şəxs həmin ünvanda yaşamır. Bundan başqa, məhkəmənin müvafiq məktubuna cavab olaraq Cəbrayıl Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, aparılmış müvafiq cinayət işindən mənbəyə görə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılmış digər cinayət işi CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Şahid5 əməlində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün cinayət işinin materiallarından müvafiq sənədlər ayrılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, telefona baxış və telefon məlumatlarına dair diskə baxış keçirilməsi haqqında müvafiq protokollar, məhkəmənin qərarlarına əsasən əldə edilmiş bank məlumatlarına dair yazılı sübutlar, maddi sübutlar və digər istintaq sənədləri ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 12 mart 2024-cü il tarixli, 3-13-12/2-43904/24 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (C-İ, i.v. 187) - DİN-in BƏSİİ-dən verilmiş 23 mart 2024-cü il tarixli, 3-13-12/2-51973/24 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 05 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (C-İ, i.v. 229-230) - X20 4a məhəllə üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş arayış, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 “Yaşıl Dərə” X20, 4a ünvanında yaşamış, ailə tərkibi həyat yoldaşı X5, oğlu 03 may 2012-ci il təvəllüdlü X12, oğlu 01 iyun 2013-cü il təvəllüdlü X8 və qızı 02 aprel 2016-ci il təvəllüdlü X2 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (C-İ, i.v.189-196) - Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının Mahruzlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli arayış görünür ki, Təqsirləndirilən şəxs2 X3 müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi həyat yoldaşı X9, oğlu X16 və qızı X6 ibarətdir. Xasiyyətnamədən qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazidə məişətcə qüsursuzdur, yüksək əxlaqi keyfiyyətlərə, ictimai yerlərdə yüksək davranış qaydalarına malikdir, ərazi dairəsinin nümunəvi sakinidir, yaşadığı ərazi üzrə müsbət xarakterizə edilmişdir. (C-İ, i.v. 203-207) Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı övladının olmasını ARCM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 ARCM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 ARCM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son üçdə ikisindən az ola bilməz. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 CM-in 234.1-1-ci maddəsi ilə təhlükəli residivə görə 5 il 4 aydan aşağı həddə cəza təyin edilə bilməz. Məhkəmə cəza təyinində Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəza siyasətinin humanistləşdirilməsinə dair formalaşmış təcrübəni, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Beləliklə, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər ARCM-in 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, həm təqsirləndirilən şəxslərin ailəsi onların varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunsun, həm də cəza təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ibtidai həbs müddətləri cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, şübhəli şəxs qismində tutulduqları 01 mart 2024-cü il tarixdən hesablanmalı barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, CM-in 93-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63,90 (altmış üç manat doxsan) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63,90 (altmış üç manat doxsan) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Faiq Şirin oğludan müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Cəbrayıl RPŞ-də saxlanılan- çəkisi 109,90 qram olan narkotik vasitə tiryək, 439,90 qram olan narkotik vasitə qurudulmuş marixuana, 216 (iki yüz on altı) ədəd dərman həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 1 (bir) ədəd “Redmi Note 9S” markalı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 1(bir) ədəd “Redmi 8A” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılmalı, 18 mart 2024-cü il tarixli qəbzlə Təqsirləndirilən şəxs1 məxsus 2 ədəd Samsung Galaxy markalı telefonun atası Vasif Əliyevə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 2(iki) ədəd CD disk cinayət işini materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (ARCM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2025-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan- çəkisi 109,90 qram olan narkotik vasitə tiryək, 439,90 qram olan narkotik vasitə qurudulmuş marixuana, 216 (iki yüz on altı) ədəd dərman həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 1 (bir) ədəd “Redmi Note 9S” markalı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 1 (bir) ədəd “Redmi 8A” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılsın. 18 mart 2024-cü il tarixli qəbzlə Təqsirləndirilən şəxs1 məxsus 2 ədəd Samsung Galaxy markalı telefonun atası Vasif Əliyevə qaytarılması nəzərə alınsın. "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 2(iki) ədəd CD disk cinayət işini materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci kimi - 63,90 (altmış üç manat doxsan) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qayada tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Oruc Cəlilov