Məhkəmə qərarları › İş №1(099)-470/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-470/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-470/2023 03.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə3, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 və zərərçəkmiş şəxsin nümayəndəsi, Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxxx 2007-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, 4-cü sinif təhsilli, Cəlilabad rayonu, Axtaxana kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində nəzarət altına verrmə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: xx xxxxxxx 2007-ci ildə doğulmuş, yetkinlik yahına çatmayan, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının ortalarında tanışı, xx xxxxxxxx 2009-cu ildə doğulmuş, cinayət məsuliyyətinə cəlb olunması üçün cinayət qanununda nəzərdə tutulmuş yaş həddinə çatmamış Şahid1 ilə razılaşaraq xx xxx 2013-cü ildə doğulmuş, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə uşaqbazlıq hərəkətləri etmək qərarına gəlib, Cəlilabad rayonu Axtaxana kəndində kənd arasında “Bənd” deyilən yerdə atasına məxsus olan atı evlərinə aparmaq istəyən Zərərçəkmiş şəxs yaxınlaşaraq Şahid1lə birlikdə onu ağaclıq sahədə yerə yıxıb Zərərçəkmiş şəxs aktiv müqavimətini qırmaq üçün ona zor tətbiq edərək əlini və ayağını ot kiplərinin bağlandığı iplə, yüksək səslə qışqırmasının qarşısını almaq üçün ağzını parça ilə bağladıqdan sonra Şahid1 ilkin olaraq Zərərçəkmiş şəxs əynində olan şalvarı və alt paltarını aşağıya endirməsini, sonra özünün əynində olan şalvarını və alt paltarını aşağıya endirib Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona zor tətbiq edib sərtləşmiş cinsi orqanını (penisini) sonuncunun arxa keçəcək dəliyinə (anus dəliyi) bir neçə dəqiqə ərzində salıb-çıxartmaqla uşaqbazlıq hərəkətləri etməsini gözləmiş, daha sonra özü əynində olan şalvarını və alt paltarını aşağıya endirib Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona zor tətbiq edib sərtləşmiş cinsi orqanını (penisini) sonuncunun arxa keçəcək dəliyinə (anus dəliyi) bir neçə dəqiqə ərzində salıbçıxartmış, bununla da o, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq edib, ona qarşı uşaqbazlıq hərəkətləri etmişdir. Bundan sonra o, 2022-ci ilin iyul ayının ortalarında yenə tanışı Şahid1 ilə razılaşaraq xx xxx 2013-cü ildə anadan olmaqla onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə təkrar uşaqbazlıq hərəkətləri etmək qərarına gəlib, Cəlilabad rayonu, Axtaxana kəndində kənd arasında “Quzeyin başı” deyilən yerdə hərəkətdə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq Şahid1lə birlikdə onu nil ağaclarının əkildiyi sahəyə aparıb onun aktiv müqavimətini qırmaq üçün ona zor tətbiq edərək əlini və ayağını ot kiplərinin bağlandığı iplə, yüksək səslə qışqırmasının qarşısını almaq üçün ağzını parça ilə bağladıqdan sonra Şahid1 ilkin olaraq Zərərçəkmiş şəxs əynində olan şalvarı və alt paltarını aşağıya endirməsini, sonra özünün əynində olan şalvarını və alt paltarını aşağıya endirib Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona zor tətbiq edib sərtləşmiş cinsi orqanını (penisini) sonuncunun arxa keçəcək dəliyinə (anus dəliyi) bir neçə dəqiqə ərzində salıb-çıxartmaqla uşaqbazlıq hərəkətləri etməsini gözləmiş, daha sonra özü əynində olan şalvarını və alt paltarını aşağıya endirib Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona zor tətbiq edib sərtləşmiş cinsi orqanını (penisini) sonuncunun arxa keçəcək dəliyinə (anus dəliyi) bir neçə dəqiqə ərzində salıb-çıxartmış, bununla da o, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq edib, ona qarşı təkrar uşaqbazlıq hərəkətləri etmişdir. Bundan başqa, o, 20 noyabr 2022-ci ildə tanışı Şahid1 ilə razılaşaraq xx xxx 2013-cü ildə anadan olmaqla onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə təkrar uşaqbazlıq hərəkətləri etmək qərarına gəlib Cəlilabad rayonu, Axtaxana kəndində kənd arasında “üçüy” deyilən yerdə hərəkətdə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq Şahid1lə birlikdə onu ağaclarının əkildiyi sahəyə aparıb onun aktiv müqavimətini qırmaq üçün ona zor tətbiq edərək əlini və ayağını ot kiplərinin bağlandığı iplə, yüksək səslə qışqırmasının qarşısını almaq üçün ağzını parça ilə bağladıqdan sonra Şahid1 ilkin olaraq Zərərçəkmiş şəxs əynində olan şalvarı və alt paltarını aşağıya endirməsini, sonra özünün əynində olan şalvarını və alt paltarını aşağıya endirib Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona zor tətbiq edib sərtləşmiş cinsi orqanını (penisini) sonuncunun arxa keçəcək dəliyinə (anus dəliyi) bir neçə dəqiqə ərzində salıb-çıxartmaqla uşaqbazlıq hərəkətləri etməsini gözləmiş, daha sonra özü əynində olan şalvarını və alt paltarını aşağıya endirib Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona zor tətbiq edib sərtləşmiş cinsi orqanını (penisini) sonuncunun arxa keçəcək dəliyinə (anus dəliyi) bir neçə dəqiqə ərzində salıbçıxartmış, bununla da o, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq edib, ona qarşı təkrar uşaqbazlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs qarşı heç bir uşaqbazlıq hərəkətləri etməmişdir. Zərərçəkmiş şəxs qarşı uşaqbazlıq olunmasından xəbəri yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Ataxana kəndində atası Qabil, anası Ramilə və nənəsi Qızılgül ilə birlikdə yaşayır. Cəlilabad rayonu Axtaxana kənd ibtidai məktəbində 4-cü sinfini bitirmişdir. Atası Qabil yaşadığı kənddə fərdi təsərrüfatla məşğul olur. Belə ki, iri və xırdabuynuzlu heyvanları saxlayaraq çörək pulunu qazanır. Onun oxuduğu məktəb ibtidai təhsil verdiyindən o, 4-cü sinifi bitirdikdən sonra təhsilini davam etdirə bilməmişdir. Hazırda valideynlərinə bacardığı işləri görməkdə köməklik göstərir. Onlarla bir kənddə yaşayan Qanuni nümayəndə1 və onun ailə üzvləri ilə onun valideynləri arasında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Tam əksinə qohum və həmkəndli kimi münasibətiləri normal olmuşdur. Rahibin oğlu Zərərçəkmiş şəxs məktəblidir. Onu əvvəllər tanımışdır. Onunla münasibəti olmamışdır. Ceyhun ondan çox balaca olduğundan onunla ünsiyyət yaratmamışdır. Digər həmkəndlisi Şahid1 isə onunla həmyaşıddır. Onunla dostluq münasibətləri vardır. Həmişə birlikdə olmuşdur. Kənd ərazisində oyun oynayıb vaxtını keçirmişdir. Lakin qeyd etdiyi kimi Ceyhunun yaşı az olduğundan onunla heç vaxt oynamamışlar. Təxminən bir neçə ay bundan öncə evdə olan zaman Ceyhunun atası Rahib onun atası Qabillə mobil telefonda əlaqə saxlayıb güya onun və Şahid1 azyaşlı oğlu Ceyhunun əlini və qolunu bağlayıb paltarlarını çıxararaq ona qarşı tərbiyəsiz hərəkətlər etdiklərini bildirmişdir. Atası Qabil ondan bu barədə soruşduqda and-aman edib belə bir hərəkət etmədiyini demişdir. Daha sonra Ceyhunun atası Rahib və babası Oktay onları evlərinə dəvət etmişlər. O, atası Qabil, Şahid1 və onun atası Səhhət Rahibgilə getmişlər. Həmin vaxt orada olan şəxslər ondan və Rəhimdən belə bir hərəkət edib etmədiklərkini soruşmuşlar. O və Rəhim and-aman edərək belə bir hərəkət etmədiklərini demişdir. O, günün əksər hissəsini atasının yanında olmuşdur. Atası Qabil belə tərbiyəsiz hərəkətlər edəcəyi təqdirdə onu cəzalandıracağını hər dəfə demişdir. Bu səbəbdən heç vaxt belə bir hərəkət etməmişdir. Rəhim və o, Ceyhuna qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Ceyhunun atası Rahib onların barəsində böhtan xarakterli məlumat vermişdir. Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı uşaqbazlıq hərəkətləri etməsini inkar etsə də, onun cinayət əməli məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan ekspert rəyləri, istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs əvvəlki ifadəsində Təqsirləndirilən şəxs ona qarşı uşaqbazlıq etmədiyini göstərsə də, məhkəmədə verdiyi sonuncu ifadəsində göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, atası Rahib, anası Tünzalə, qardaşı Ramal və bacısı Üfanə ilə birlikdə yaşayır. Özü məktəblidir. Cəlilabad rayon Axtaxana kənd ibtidai məktəbində 4-cü sinif şagirdidir. Babası Oktayın yaşadığı ev onların evindən təxminən bir kilometr irəlidə yerləşir. Bəzən babası Oktayın yanına getmişdir. Bəzi vaxtlarda məktəbdən çıxan zaman yaxın olduğu üçün babası Oktaygilə gedib onlarla qalmışdır. Onlarla bir kənddə yaşayan Səhhətin oğlu Rəhim və Qabilin oğlu Ramin ilə münasibəti olmayıb. Onun ailə üzvləri ilə onun valideynləri arasında düşmənçilik olmamışdır. İlk dəfə 2022-ci ilin iyun ayının ortalarnda yaşadığı evdə olan zaman atası Rahib özünə məxsus olan atın evdən getdiyini və kənddə “Bənd” deyilən ərazidən həmin atı tutub evə gətirməsini ona demişdir. Həmin gün saat 10 radələrində o, atasının yanından uzaqlaşıb “Bənd” adlanan əraziyə getmişdir. Həmin yolun ətrafı ağaclıqdan ibarət olmuşdur. Ortada isə avtomobil yolu vardır. Həmin yolla örüş sahəsinə tərəf getmişdir. Bu zaman ağaclıq hissədən səs gəldiyini eşitmişdir. Arxaya dönən zaman Raminin arxa hissədən ağaclıqdan çıxıb onun üstünə qaçdığını görmüşdür. O, qorxub qaçmaq istəyən zaman Rəhim onun qarşısına çıxmışdır. Onlar hər ikisi onu tutmuşlar. Ramin onu tutduqdan sonra əli ilə ağzını bağlamışdır. Daha sonra onu ağaclıq olan hissədə yerləşən otluq sahəyə aparmışlar. Rəhim əgər səsini çıxarsa, onu döyəcəyini demişdir. O, qorxusundan səsini çıxara bilməmişdir. Otluq sahədə onu yerə yıxmışlar. Orada ot kiplərinin bağlandığı iplə onun əlini arxadan və ayağını bağlamışlar. Ramin onu ayaq üstə qaldırıb qara rəngli parça ilə ağzını bağlamışdır. O, bundan sonra qışqıra bilməmişdir. Rəhim onun əynində olan şalvarını yarıya qədər aşağı salmışdır. Hər ikisi onun qolundan tutub meşəlik hissədə olan ağacın yanına gətirmişlər. Onun sinəsini ağaca sıxıb ot kiplərinin bağlandığı iplə onu ağaca bağlamışlar. Ramin onun yanından kənara çəkilmişdir. Rəhim isə əynində olan şalvarı və tumanı aşağı endirmişdir. Rəhim cinsi orqanını oynatmağa və onun arxa nahiyəsinə sürtməyə başlamışdır. Az keçdikdən sonra sərtləşmiş cinsi orqanını onun arxa keçəcək dəliyinə salmağa başlamışdır. Ona möhkəm ağrı verdiyindən qışqırmışdır. Lakin ağzı bağlı olduğu üçün səsi çıxmamışdır. Rəhim ona sala bilmədiyini demişdir. Ramin isə Rəhimə tüpürcəyi ilə sürüşkənlik yaratmasını demişdir. Rəhim Raminin dediyi kimi tüpürcəyini cinsi orqanına və onun arxa keçəcək nahiyəmə vurmuşdur. Daha sonra öz cinsi orqanını yavaş-yavaş arxa keçəcək dəliyinə salıb çıxarmağa başlamışdır. 2-3 dəqiqə sonra Rəhim ondan uzaqlaşmışdır. Şalvarını əyninə geyinmişdir. Bundan sonra Ramin əynində olan şalvarı və tumanını aşağı endirmişdir. Rəhim oradan az uzaqlaşmışdır. Ramin isə cinsi orqanını onun bədəninə sürtməyə başlamışdır. Bir neçə dəqiqə eyni hərəkəti etdikdən sonra tüpürcəyini sərtləşmiş cinsi orqanına vurub onun arxa keçəcək dəliyinə salmışdır. Bir neçə dəqiqə salıb çıxardıqdan sonra ondan uzaqlaşmışdır. Ramin paltarını əyninə geyinmişdir. Biraz keçdikdən sonra onu ağacdan açmışlar. Əlində və ayağında olan ipləri açıb şalvarını qaldırmışlar. Rəhim və Ramin ona bu barədə heç kimə bir söz deməməyini tapşırmışlar. Əks təqdirdə onu döyəcəklərini bildirmişlər. Bundan əlavə əgər atası Rahib bilsə, onu döyəcəyini demişlər. Həmin gün çox qorxmuşdur. Bu səbəbdən heç kimə bu barədə məlumat verməyəcəyini demişdir. Oradan uzaqlaşdıqdan sonra yaşadığı evə qayıtmışdır. Bu barədə isə heç kimə məlumat verməmişdir. 2022-ci ilin iyul ayının ortalarında saat 13 radələrində atası Rahiblə birlikdə yaşadıqları evdən çıxıb babası Oktayın yaşadığı evə getmişdir. Yaşadığı kənddə “Quzeyin başı” adlanan ərazidə hərəkətdə olan zaman Ramin və Rəhimin yolun ətrafında gəzdiyini görmüşdür. Onlar görən kimi qaçaraq onun yanına gəlmişlər. O, qorxduğu üçün yerindən belə tərpənə bilməmişdir. Rəhim onun qolundan tutub yenidən eyni pis hərəkəti ona qarşı edəcəklərini bildirmişdir. Ramin və Rəhim hərəsi onun bir qolundan tutub yolun kənarında olan nil ağaclarının əkildiyi ağaclığa aparmışlar. Ağaclıqda yenə də onu yerə yıxıb ot kiplərinin bağlandığı ipi Rəhim ciblərindən çıxarıb onun qolunu arxa hissədən və ayağını bağlamışlar. Ramin isə cibindən qara rəngli parçanı çıxarıb ağzını bağlamışdır. Rəhim onun əynində olan şalvarını və tumanını aşağı hissəyə çəkmişdir. Daha sonra onu orada olan nil ağacına ot kiplərinin bağlandığı iplə bağlamışlar. İlkin olaraq Rəhim əynində olan şalvarını və tumanını aşağı endirmişdir. Rəhim cinsi orqanını onun arxa nahiyəsinə sürtməyə başlamışdır. Bir müddət sonra tüpürcəyini sərtləşmiş cinsi orqanına vurub zorla onun arxa keçəcək nahiyəsinə salmağa başlamışdır. O, ağrı hiss edib qışqırmaq istəsə də, Rəhim əli ilə onun ağzını sıxmağa başlamışdır. 2-3 dəqiqə təxminən Rəhim cinsi orqanını onun arxa keçəcək dəliyinə salıb-çıxarmışdır. Daha sonra tumanı və şalvarını geyinib ondan uzaqlaşmışdır. Onun ardı ilə Ramin əynində olan şalvarını və tumanını aşağı endirmişdir. Cinsi orqanını əli ilə tutub oynatmağa başlamış, az keçmiş tüpürcəyini sərtləşmiş cinsi orqanına vurub sərtləşmiş cinsi orqanını onun arxa keçəcək dəliyinə zorla salmışdır. O, qışqırmaq istəyən zaman Ramin də Rəhim kimi əli ilə onun ağzını tutmuşdur. Ramin 2-3 dəqiqə ərzində sərtləşmiş cinsi orqanını onun arxa keçəcək dəliyinə salıb çıxarmışdır. Ramin bundan sonra paltarlarını geyinib ondan uzaqlaşmışdır. Biraz keçdikdən sonra onu ağacdan açmışlar. Onlar onun əlində və ayağında olan ipləri açdıqdan sonra o, şalvarını və tumanını yuxarı qaldırmışdır. Rəhim və Ramin ona bu barədə heç kimə bir söz deməmək barədə tənbeh etmişlər. Əks təqdirdə atası Rahibin onu cəzalandıracağını demişlər. Onlarla razılaşmış və oradan uzaqlaşıb babası Oktayın yaşadığı evə gəlmişdir. Babası Oktay onu görən kimi nə olduğunu soruşmuşdur. Çünki o, qorxmuş vəziyyətdə olmuşdur. Babası Oktayın sualına Ramin və Rəhimin onun arxası ilə qaçıb qorxutduqlarını, lakin onları söyərək qaçdığını demişdir. Başqa heç bir problemin olmadığını bildirmişdir. Bu barədə isə heç kimə heçnə deməmişdir. Bundan bir neçə ay sonra 20 noyabr 2022-ci il tarixdə babası Oktaygildə olan zaman babası xəstə olduğunu və dərman almaq üçün evdən çıxdığını bildirmişdir. O, evdə qala bilmədiyindən babası Oktayın arxası ilə piyada şəkildə çıxıb atası Rahibin olduğu evə tərəf yola düşmüşdür. Atası Rahibin qaldığı evin yaxınlığında “üçüy” adlanan dərəlikdən keçən zaman Ramin və Rəhimin atla dayandığını görmüşdür. Onlar gördükdən dərhal sonra atları bağlayıb ona tərəf qaçmağa başlamışlar. O, qaçsa belə onu tutacaqlarını bildiyi üçün yerimdə dayanmışdır. Rəhim və Ramin ona yaxınlaşıb qolundan tutmuşlar. Həmin yerin ətrafı ağaclıq olduğundan orada ətrafda heç kim olmamışdır. Bu səbəbdən Ramin və Rəhim onu yerə yıxmışlar Rəhim cibində saxladığı ot kiplərinin bağlandığı ipləri çıxarıb onun əlini və ayaqlarını bağlamağa başlamışdır. Ramin isə cibində olan qara rəngli qarça ilə onun ağzını bağlamışdır. Onun üzü üstə yerdə olmuşdur. İlkin olaraq Rəhim əynində olan şalvarı və tumanı aşağı endirmiş, bundan sonra onun üstünə uzanmışdır. Ramin həmin vaxt kənarda dayanıb onlara baxmışdır. Rəhim tüpürcəyini sərtləşmiş cinsi orqanına vurub zorla onun arxa keçəcək dəliyinə salıb çıxarmağa başlamışdır. 3-4 dəqiqə eyni hərəkəti davam etdirib üstündən qalxmışdır. Şalvarını və tumanını yuxarı qaldırıb kənara çəkilmişdir. Ondan sonra Ramin əynindəki şalvarı və tumanı aşağı endirmişdir. Onun üzü yerə tərəf uzanmışdır. Ramin həmin vəziyyətdə onun üstünə uzanmışdır. Ramil tüpürcəyini sərtləşmiş cinsi orqanına vurub zorla onun arxa keçəcək dəliyinə salıb çıxarmağa başlamışdır. 3-4 dəqiqə eyni hərəkəti davam etdirib üstündən qalxmışdır. Şalvarını və tumanını yuxarı qaldırıb kənara çəkilmişdir. Biraz keçdikdən sonra onun ayağında və əlində olan ipləri açmışdır. O, paltarlarını yuxarı qaldırmışdır. Raminlə Rəhim ona tapşırıb bu barədə heç kimə söz deməməyi əks təqdirdə atası Rahibin onu cəzalandıracağını demişdir. O, onlarla razılaşmışdır. Yaşadığı evə gedib atasına qorxusundan heçnə deməmişdir. Lakin qorxduğu üçün gecələri rahat yata bilməmişdir. Babasıgildə qalan zaman nənəsi Növrəstə ondan hansı səbəbdən belə olduğunu soruşmuşdur. Ona baş verən hadisələr barədə nənəsinə danışmışdır. Bu səbəbdən qorxduğunu bildirmişdir. Bundan sonra babası Oktay atası Rahibə bu barədə məlumat vermişdir. Atası isə Cəlilabad rayon polis şöbəsinə ərizə yazmışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Qanuni nümayəndə2 və Qanuni nümayəndə3 bir həmkəndli kimi uzun müddətdir tanıyır. Həmin şəxslərlə münasibətləri yaxşı olmuşdur. Oğlu Qanuni nümayəndə1 onun rəhmətə gedən atasına məxsus evdə yaşayır. O, isə kəndin digər hissəsində özünə fərdi yaşayış evi tikmişdir. Yaşadığı ev kənd məktəbindən təxminən 50 metr irəlidə yerləşir. Bu səbəbdən nəvəsi Zərərçəkmiş şəxs məktəbdə oxuduğundan onunla birlikdə yaşamışdır. Evdə özü, arvadı Nörəstə və nəvəsi Ceyhun birlikdə qalmışlar. Təxminən 2022-ci ilin iyun ayında evdə olan zaman nəvəsi Ceyhunun qaçaraq qorxmuş vəziyyətdə evə daxil olduğunu görmüşdür. Ceyhundan nə baş verdiyini soruşmuşdur. Ceyhun həmkəndlisi Səhhətin oğlu Rəhim və Qabilin oğlu Raminin onun arxası ilə qaçıb onu qorxutduqlarını, özünün isə onları söyərək qaçdığını bildirmişdir. Ceyhunu başa salıb dalaşmamaq barədə xəbərdar etmişdir. Lakin həmin vaxtdan sonra Ceyhunun narahat halda gəzdiyini görmüşdür. Ona dəfələrlə nə baş verdiyini soruşsa da, Ceyhun bir söz deməmişdir. Lakin həmin vaxtdan sonra Ceyhunun tək harasa gedib gəlməyə ehtiyat etdiyini görmüşdür. Oğlu Rahibin evinə gedən zaman Ceyhun evdə tək qalmasın deyə özü ilə aparmışdır. Yolu üzərində Rəhim və Raminin Ceyhuna baxaraq güldüklərini görmüşdür. Ceyhundan nə baş verdiyini soruşmuş, lakin ona heçnə olmadığını demişdir. Ceyhunun həmin vaxt qorxduğunu hiss etmişdir. Bu söhbətin üzərindən bir neçə müddət keçdikdən sonra Ceyhunun gecələr yatan zaman narahat olduğunu, yuxudan qorxmuş vəziyyətlərdə oyandığını görmüşdür. X6 söhbət edərkən X4 və Qabilin oğlu Raminin ona qarşı zorakı hərəkətlər etdiklərini və onunla zorla əlaqədə olduqlarını bildirmişdir. Həmin gün Səhhəti, Qabili və hər ikisinin oğlunu evinə dəvət etmişdir. Bu barədə onlara deyib düzgün danışmaqlarını istəmişdir. Rəhim və Ramin belə bir hadisənin olmadığını demişlər. Bundan sonra oğlu Rahibə hüquq mühafizə orqanlarına məlumat verməsini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Cəlilabad rayon Axtaxana kənd ibtidai məktəbində 4-cü sinifi bitirmişdir. Onlarla bir kənddə yaşayan Qanuni nümayəndə1 və onun ailə üzvləri ilə onun valideynləri arasında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Qohum və həmkəndli kimi münasibətləri normal olmuşdur. Rahibin oğlu Zərərçəkmiş şəxs məktəblidir. Onu əvvəllər tanımışdır. Onunla münasibəti olmamışdır. Ceyhun ondan çox balaca olduğundan onunla ünsiyyət yaratmamışdır. Digər həmkəndlisi Təqsirləndirilən şəxs isə onunla həmyaşıddır. Onunla dostluq münasibətləri vardır. Həmişə birlikdə olmuşlar. Kənd ərazisində oyun oynayıb vaxtlarını keçirmişlər. Lakin Ceyhunun yaşı onlardan az olduğundan onunla heç vaxt oynamamışlar. Ceyhuna qarşı təklikdə və ya Təqsirləndirilən şəxs ilə birlikdə heç bir seksual xarakterli hərəkətlər, o cümlədən uşaqbazlıq etməmişlər. Təxminən bir neçə ay bundan öncə o, evdə olan zaman Ceyhunun atası Rahib atası Səhhətlə mobil telefonda əlaqə saxlayıb güya onun və Təqsirləndirilən şəxs onun azyaşlı oğlu Ceyhunun əlini və qolunu bağlayıb paltarlarını çıxararaq ona qarşı tərbiyəsiz hərəkətlər etdiklərini bildirmişlər. Atası Səhhət ondan bu barədə soruşduqda and-aman edib belə bir hərəkət etmədiyini demişdir. Daha sonra Ceyhunun atası Rahib və babası Oktay onları evlərinə dəvət etmişdir. O, atası Səhhət, Təqsirləndirilən şəxs və atası Qabil Rahibgilə getmişlər. Həmin vaxt orada şəxslər odnan və Ramindən belə bir hərəkət edib etmədiklərini soruşmuşlar. O və Ramin belə bir hərəkət etmədiklərini demişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən X5 göstərdi ki, Şahid1 onun oğludur. Təqsirləndirilən şəxs atası Qabili və Zərərçəkmiş şəxs atası Rahibi həmkəndliləri kimi tanımışdır. Oğlu Rəhimin və Qabilin oğlu X3 qarşı əxlaqsız hərəkətlər etməsini əvvəllər eşitməmişdir. Bir neçə ay əvvəl Ceyhunun atası Rahib ona mobil telefonla zəng edib oğlu Rəhimin və Qabilin oğlu Ramin onun azyaşlı oğlu Ceyhunun əlini və qolunu bağlayıb paltarlarını çıxararaq ona qarşı tərbiyəsiz hərəkətlər etdiklərini bildirmişdir. Bu barədə oğlu Rəhimdən soruşmuş, Rəhəim Ceyhuna qarşı heç bir tərbiyəsiz hərərəktlər etmədiklərini demişdir. Təqsirləndirilən şəxs və oğlu Rəhim X2rşı seksual xarakterli hərəkətlər etmələri barələ məlümatı üoxdur. Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Şahid1lə birlikdə ona qarşı hər üç halda uşaqbazlıq hərəkətləri etdikləri yerləri göstərmiş və hadisəni izah etmişdir. Məhkəmə-tibbi ekspertizasının 07 fevral 2023-cü il tarixli, 72 nömrəli rəyinə əsasən Azyaşlı Zərərçəkmiş şəxs hər hansı bir xəsarət aşkar olunmamış, onda onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının 22 fevral 2023-cü il tarixli, 98 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının 22 fevral 2023-cü il tarixli, 99 nömrəli rəyinə əsasən Şahid1 cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Şahid1 xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 14 fevral 2023cü il tarixli, 413 saylı rəyinə əsasən azyaşlı Zərərçəkmiş şəxs hadisədən əvvəl və hadisə anında hərəkətinin faktiki xarakterini dərk etmək, özünü idarə etmək, hadisəni faktiki qavramaq iqtidarında olmuş, onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik qeyd olunmur, psixi vəziyyətinə görə baş vermiş hadisənin mahiyyəti üzrə düzgün izahat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur, ünsiyyətçilik, emosional sabitlik, tez inanmaq, sadəlövhlük kimi xarakterik xüsusiyyətlərə malikdir, ona qarşı seksual xarakterli məcburi hərəkətlər törədilərkən emosional vəziyyətində situasiya ilə əlaqəli qorxu həyəcan yarana bilərdi. Zərərçəkmiş şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamış, azyaşlı olması ilə əlaqədar ona qarşı törədilən əməlin mahiyyətini tam dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmamışdır. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 22 fevral 2023cü il tarixli, 498 saylı rəyinə əsasən Şahid1 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 22 fevral 2023cü il tarixli, 499 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs qanuni numayəndəsinin iştirakı ilə verdiyi ərizəsində Təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını göstərmsişdir. İşdə olan 12 aprel 2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildə doğulmuşdur. Cəlilabad rayon Axtaxana kənd ibtidai məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ildə məktəbə daxil olmuş, 2018-ci ildə məktəbin 4-cü sinfini bitirmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2013cü il tarixdə doğulmuşdur. Cəlilabad rayon Axtaxana kənd ibtidai məktəbi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki,Zərərçəkmiş şəxs 2019-cu ildə həmin məktəbin 1-ci sinfinə daxil olmuş, məktəbdə oxuduğu müddətdə özünü nümunəvi aparmışdır.Hazırda məktəbin 4-cü sinfində oxuyur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid1 xx.xx.2009-cu ildə doğulmuşdur. Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs qarşı uşaqbazlıq etmiş Şahid1 cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası cinayət Qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmadığından ibtidai istintaq zamanı 21 aprel 2023-cü il tarixli qərarla onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi məqsədi ilə cinayət işindən ayrılmış material yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilmişdir. Təqsirləndirilən şəxs iş üzrə 22 aprel 2023-cü il tarixli qərarla CM-nin 150.3.3-cü maddəsi ilə ittiham verilməklə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası cinayət Qanunu ilə müəyyən edilmiş yaş həddinə çatmayan tanışı Şahid1 ilə birlikdə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı onun köməksiz vəziyyətindən istifadə edərək və zor tədbiq etməklə təkrar uşaqbazlıq etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarını, yəni Zərərçəkmiş şəxs obyektiv və qərəzsiz ifadələrini, məhkəmə-tibb ekspertinin rəyinə əsasən zərərçəkmiş şəxsdə qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətlərinin olmasını və digər halları nəzərə alaraq Təqsirləndirilən şəxs və onunla birlikdə Zərərçəkmiş şəxs qarşı uşaqbazlıq etmiş Şahid1 zərərçəkmişə qarşı heç bir uşaqbazlıq etməməmələri barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, hebelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə və zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalında həbsə alınmalı, CM-nin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində cəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən hesablanmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 85-ci və 60.1-ci maddələrinin tələblərini nəzərə alır. Belə ki, azadlıqdan məhrum etmə cəzası yetkinlik yaşına çatmayan şəxslərə on ildən çox olmayan müddətə təyin edilə bilər. Bundan əlavə CM-nin 61.1-ci maddəsinin tələbinə əsasən cəzanı həmin Məcəllənin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hal mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu CMnin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddəti on ilin dörddə üçündən, yəni yeddi il altı aydan artıq ola bilməz. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1 və 42.1.2, 344-347; 349; 350-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar