Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-470/2024 04.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2016-cı il tarixli, 1 (089)-202/2016 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 7 (007)-827/2022 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 17 (on yeddi) gün hissəsindən şərti olarq vaxtından əvvəl azad edilmiş, 16 sentyabr 2022-ci ildə cəza müddəti başa çatmış, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 4də qeydiyyatda olmaqla yaşamış, 04 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 06 yanvar 2024-cü il tarixli, 4(049)-1/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus olan 86 nömrəli yaşayış evinin həyətinə çəpərdən tullanma yolu ilə qanunsuz daxil olmaqla, həyətdə yerləşən saxlanc yeri kimi istifadə olunan tövlənin kilidi olmayan qapısını açma yolu ilə açıb tövləyə qanunsuz daxil olub orada saxlanılan, Zərərçəkmiş şəxs məxsus 250 manat dəyərində, 1 (bir) ədəd su motorunu və hər birinin qiyməti 50 manat, ümumi qiyməti 200 manat təşkil edən 4 (dörd) ədəd 3 metr uzunluğunda 50 mm diametrində alüminium materialdan hazırlanmış boru olmaqla Zərərçəkmiş şəxs cəmi 450 manat qiymətində əmlakını yaşayış sahəsində yerləşən saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən 1 ədəd bükümdə külli miqdarda-2,398 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 04 yanvar 2024-cü il tarixdə saat 18:00-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Lənkəran şəhəri, Ə.Vahid küçəsində saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş həmin külli miqdarda-2,398 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü qismən təqsirli bilərək demişdir ki, oğurluq cinayət əməlini törətmişdir, narkotik vasitə və psixotrop maddə metamfetamin istifadəçisidir, saxlanılan zaman üzərində az miqdarda, yəni 0,5 qram psixotrop maddə metamfetamin olmuş, üzərində 2,398 qram psixotrop maddə metamfetamin olmamışdır. 20 ildir narkotik vasitə və psixotrop maddə istifadə edir. Narkotik vasitə və psixotrop maddə almaq üçün pulu olmadığından 02 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq edərək narkotik vasitə almaq qərarına gəlmişdir. Həyətə daxil olduqdan sonra sol tərəfdə yerləşən malqara olmayan tövlənin kilidi olmayan qapısından içəri daxil olmuşdur. Qapının girişinin yaxınlığında bir ədəd su motorunu və 4 ədəd 3 metr uzunluğunda alüminium boruları əlinə götürüb, həyətə girdiyi çəpərdən küçəyə tullamış və özü də həmin çəpərə dırmaşıb küçəyə tullanmışdır. Oğurladığı əşyaları yaşadığı evə gətirmiş, 03 yanvar 2024-cü il saat 16 radələrində həyat yoldaşı evdə olmayan vaxtda həmin əşyaları yəni su motorunu 4 ədəd boru ilə birlikdə sellofan paketə qoyub Lənkəran rayon Göyşaban kəndində yerləşən Adilin metal qəbul sexinə gedib orada oğurladığı əşyaları ümumilikdə 31 manata satmışdır. Həmin gün narkotik vasitə axtarsa da, tapa bilmədiyi üçün evinə gəlmişdir. 04 yanvar 2024-cü il tarixdə səhər saat 10 radələrində yaşadığı evdən Lənkəran şəhərində yerləşən «Böyük bazar» adlanan bazara getmiş, orada tanımadığı şəxsdən 20 manata psixotrop maddə metamfetamin almış, üzərindən bir az da istifadə etmişdir. Qalan psixotrop maddə metamfetamini üzərində saxlamışdır. 04 yanvar 2024-cü il tarixdə saat 18:00 radələrində Lənkəran şəhəri, Ə.Vahid küçəsində piyada yaşadığı evinə gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olduğu üçün onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkil ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki şalvarının sol yan cibinə qoyduğu psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə 0,5 qram olmuşdur. Üzərindən aşkar olunmuş 2,398 qram psixotrop maddə metamfetamin özünün deyildir. Yazılan ifadələri oxumadan imzalamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin 0,5 qram deyil, 2,398 qram olmasının səbəbini bilməmişdir. Psixotrop maddə metamfetamini alan zaman çəkməmişdir, sadəcə olaraq 20 manatlıq psixotrop maddə metamfetamin almışdır. Üzərindən də bir az istifadə etmişdir. Çəkilişdən əvvəl də əməliyyatçılar onun üzərində axtarış aparmışlar. Şəxsi axtarış zamanı çəkilən psixotrop maddə metamfetaminin çəkisinin hansı səbəbdən artıq gəlməsini bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs qismində cəlb olunmağı barədə qərarla tanış olmuşdur. Tutduğu əməlindən peşmandır. Özünü təqsirli bilir. Lənkəran rayon Narkoloji dispanserdə qeydiyyatda durur. Psixi xəstəliklərdən əziyyət çəkmir. Narkotik vasitələrin aludəçisidir. Hər gün psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etməyəndə bədənində ağrıları olur və psixotrop maddə axtarıb tapmaq məcburiyyətində qalır. İstifadə etdiyi psixotrop maddələri Lənkəran şəhər ərazisində təsadüfən rastlaşdığı, adını və ünvanını bilmədiyi şəxslərdən alır. 02 yanvar 2024-cü il tarixdə bədənində ağrıları olmuşdur. Maddi durumu da çətin olmuş, pulu olmamışdır. Psixotrop maddə metamfetamin qəbul etmək istəmişdir. Bu məqsədlə yaşadığı evdən küçəyə çıxmışdır. Fikirləşmiş ki, qohumu Lənkəran şəhəri, Nəsimi küçəsində yaşayan Zərərçəkmiş şəxs evinə qonaq getsin. Həmin gün, yəni 02 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı evinin həyət qapısına getmiş, qapını açan zaman qapının bağlı olduğunu görmüş, bilmiş ki, evdə heç kim yoxdur. Fikirləşmişdir ki, həyətə girib oradan oğurluq edərək pul əldə edib narkotik vasitə alıb istifadə etsin. Ona görə də mişar daşları ilə hörülmüş çəpərə dırmaşmış, həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra sol tərəfdə yerləşən malqara olmayan tövlənin kilidi olmayan qapısından içəri daxil olmuşdur. Ətrafa göz gəzdirmişdir. Qapının girişinin yaxınlığında bir ədəd su motorunu və 4 ədəd 3 metr uzunluğunda alüminium boruları əlinə götürüb, həyətə girdiyi çəpərdən küçəyə tullamış və özü də həmin çəpərə dırmaşıb küçəyə tullanmışdır. Oğurladığı əşyaları götürmüş yaşadığı evinə gəlmişdir. Yaşadığı evin həyətində həmin əşyaları gizlətmişdir. 03 yanvar 2024-cü il tarixdə saat 16 radələrində həyat yoldaşı evdə olmayan vaxtda həmin əşyaları, yəni su motorunu 4 ədəd boru ilə birlikdə sellofan paketə qoyub həyətdən çıxmışdır. Boruları paketə qoyanda əli ilə əymiş ki, torbaya yerləşsin. Daha sonra avtobus ilə Lənkəran rayonu, Göyşaban kəndində yerləşən Adilin metal qəbul sexinə gedib orada oğurladığı əşyaları ümumilikdə 31 manata satmışdır. Həmin gün narkotik vasitə axtarsa da, tapa bilmədiyi üçün evinə gəlmişdir. Lakin 04 yanvar 2024-cü il tarixdə səhər saat 10 radələrində yaşadığı evdən Lənkəran şəhərində yerləşən «Böyük bazar» adlanan bazara getmişdir. Bazar ərazisində bir şəxslə rastlaşmışdır. Həmin şəxsi ilk dəfə idi ki, görmüşdür. Söhbət əsnasında bir-birilərinin narkoman olduqlarını bilmişlər. Həmin şəxs adını ona deməmişdir. Həmin şəxslə söhbət zamanı psixotrop maddə istəmişdir. Həmin şəxs də ona üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan neçə qram psixotrop maddə metamfetamin istədiyini soruşanda o həmin şəxsə demiş ki, 20 manat pulu var, həmin pulun müqabilində ondan psixotrop maddə istəmişdir. Həmin tanıdığı şəxs də ona 2 qramdan bir az çox psixotrop maddəni 20 manata satmışdır. Üzdən tanıdığı həmin şəxsdən aldığı 1 bükümdə psixotrop maddə metamfetamini əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoyub yaşadığı evinə gəlmişdir. Əldə etdiyi metamfetamindən bir qədərini itifadə etmişdir. Qalan metamfetamini də istifadə edəcəkmiş. Lakin 04 yanvar 2024-cü il tarixdə saat 18:00 radələrində Lənkəran şəhəri Ə.Vahid küçəsində piyada küçə ilə yaşadığı evinə gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra üzərində narkotik vasitələr gəzdirməyində şübhəli olduğu üçün onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkil ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki şalvarının sol yan cibinə qoyduğu psixotrop maddə olan 1 ədəd sellofan bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin psixotrop maddə elektron tərəzidə çəkilmiş, çəkisi 2,71 qram olmuş, sonra zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərini o və vəkili Ədalət Muradov imzalamışlar. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ona məxsusdur. Həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün almışdır. Psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı heç bir hədə-qorxu gəlinmədiyini, hər hansı fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində az miqdarda psixotrop maddə metamfetamin olması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (üzərində az miqdarda psixotrop maddə metamfetamin olması) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 02 yanvar 2024-cü il tarixdə həyətlərindəki tövlədən hər birinin qiyməti 50 manat olan dörd ədəd 50 mm-lik diametrli alüminium materialdan olan boruların və bir ədəd 250 manat qiymətində su nasosunun oğurlanması barədə Azərbaycan Respublikası DİN-in «102» çağrı zəng mərkəzinə məlumat bildirmişdir. Bundan sonra Lənkəran ŞRPŞ-nin əməkdaşları onların evinə gəlib oğurluq olan tövləyə baxış keçirtmişlər və müvafiq sənədləşmələr aparmışlar. Sonradan bilmişdir ki, 02 yanvar 2024-cü il tarixdə saat 20 radələrində onlar qohum evində qonaq olan vaxtda, evdə heç kimin olmamasından istifadə edən dayısı oğlu Təqsirləndirilən şəxs həyətlərinə girib tövlədə saxlanılan ona məxsus dörd ədəd aliminium borunu və bir ədəd su nasosunu oğurlamışdır. Ona ümumilikdə 450 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı ödəmişdir və Valehlə barışmışdır. Valehə qarşı heç bir şikayət və tələbi yoxdur. Dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Baləddin oğlu ifadəsində bildirmişdir ki, əməliyyat müvəkkili Şahid1 ünvan 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 04 yanvar 2024-cü il tarixdə raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən Şahid1, əməliyyat müvəkkili Şahid3 və ondan ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 18:00 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ə.Vahid küçəsində yaşadığı evinin yaxınlığında yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, onun iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə ağ rəngli, kristial formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 2,71 qram olmuşdur. Sonra metamfetaminə bənzər həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 04 yanvar 2024-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi Bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 20 manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin qohumu Zərərçəkmiş şəxs həyətindəki tövlədən alüminium boruları və su nasosunu oğurlayıb Lənkəran rayonu, Göyşaban kəndində metal yığılan sexə 31 manata satdığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün yalan ifadə vermişdir, heç kim onun üzərindən aşkar olunan psixotrop maddə metamfetamini dəyişdirməmişdir. Dindirilmiş Şahid4 Sərrəf oğlu ifadəsində bildirmişdir ki, Lənkəran rayonu, Göyşaban kəndində yerləşən dəmir metal sexində işləyir. 03 yanvar 2024-cü il tarixdə Lənkəran şəhər sakini olan Təqsirləndirilən şəxs işlədiyi sexə gəlib 4 ədəd əzilmiş alüminium boruları və bir ədəd su nasosunu sexə gətirib özünün olduğunu, evində lazım olmadığını bildirmişdir. O da metalları ümumən 31 manata almışdır. Sonradan həmin metalların oğurluq əşyalar olduğunu bilmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 05 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdə saat 18:00 radələrində Lənkəran şəhəri Ə.Vahid küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilməsi, inzibati binada barəsində şəxsi axtarış keçirilən zaman üzərindən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilib qablaşdırılaraq götürülməsi faktı əsasında Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsində toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-42) -«şübhəli şəxsin tutulması haqqında» 04 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.15) -«şəxsi axtarış keçirilməsi haqqında» 04 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən, bir ədəd sellofan bükümdə, ilkin çəkisi 2,71 qram olan psixotrop maddə metamfetamin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs həyətindəki tövlədən 4 ədəd boru və 1 ədəd su nasosunu da oğurladığını səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, polis şöbəsinə gətirilərkən ona qarşı heç bir hədə-qorxu gəlinməmiş, hər hansı fiziki və ya psixi zor tətbiq olunmamışdır.(i.v.28-30) -«məhkəmə-kimyəvi ekspertizası»nın 05 yanvar 2024-cü il tarixli 19/04 nömrəli rəyindən görünür k, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən metamfetaminə bənzər (bir) büküm aşkar edilib.....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi- 2,398 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir.(i.v.39-42) -«materialın cinayət işinə bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Lənkəran şəhər, Nəsimi küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evinin həyətindəki tövlədən alüminium materialdan hazırlanmış 4 ədəd 3 metr uzunluğunda boruları və bir ədəd su nasosunu oğurlamışdır. Ona görə də icraatda olan HK-1-27 saylı material, 06 yanvar 2024-cü tarixdə icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilərək, eyni qərarla Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-1-ci maddələrinə tövsif edilməklə istintaq həmin maddələrlə davam etdirilmişdir.(i.v.48-49) -Lənkəran ŞRPŞ-nin məsul növbətçisi, polis leytenantı Fuad Rzazadə tərəfindən tərtib olunmuş 04 yanvar 2024-cü il tarixli məlumatda göstərilmişdir ki, Lənkəran şəhəri, Nəsimi küçəsi, ev 86-da yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** nömrəli telefonla DİN-nin «102» xidmətinə zəng edərək, 2 gün əvvəl dayısı oğlu Təqsirləndirilən şəxs tərəfindən həyətində su motorunun və alüminium borular oğurlanmasını, həmin şəxsin ünvan 4-də yaşadığını (əlaqə nömrəsi ***-***-**-**) bildirmişdir.(i.v.51) -Zərərçəkmiş şəxs tərəfindən Lənkəran ŞRPŞ-yə ünvanlanmış 04 yanvar 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, 02 yanvar 2024-cü il tarixdə saat 20-21 radələrində Lənkəran şəhəri, Nəsimi keçəsi, ev 86-da yerləşən həyətindəki tövlədən su motoru (işlənmiş) və ümumi uzunluğu hərəsi 03 metr olmaqla 4 ədəd diametri 50 mm olan borular dayısı oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Bu barədə tədbir görülməsini xahiş etmişdir.(i.v.52) -«baxış keçirilməsi haqqında» 04 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran şəhəri, Nəsimi küçəsi, ev 86-da yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən saxlanc yeri kimi istifadə olunan tövlədir.(i.v.53-55) -Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin sədri X5 tərəfindən verilmiş 06 yanvar 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunmuş 1 ədəd «SHİMGE» markalı artizean su nasosunun (su motoru) qiyməti 250 manatdır. Qeyd olunmuş 4 ədəd 50 mm diametrlik olan, hər biri üç metr olmaqla alüminium borularının 1 metrinin qiyməti 16 manat olmaqla cəmi qiyməti 192 manatdır.(i.v.68) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 06 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 06 yanvar 2024-cü il tarixli, 4 (049)-1/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 yanvar 2024cü il tarix, saat 18:00-dan hesab edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib göstərmişdir ki, əvvəllər 3 dəfə, əsasən oğurluq və narkotik vasitələrin qəbulu ilə bağlı məhkum olunmuş və sonuncu dəfə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum edilmiş, 2022-ci ildə azadlığa çıxmışdır. Özü vərəm xəstəsi və Hepatit C daşıyıcısıdır, lakin əlilliyi yoxdur. Məhkəməyə təqdim olunan materiallarla tanış olmuşdur. Özünü oğurluq etməkdə təqsirli bilmişdir. Qohumunun evindən, heç kimin olmadığından istifadə edərək narkotik vasitə almaq üçün oğurluq etmişdir. Lakin polis şöbəsində üzərindən çıxan narkotik vasitə ona məxsus deyildir. Həmin narkotik vasitə onun üzərinə sonradan qoyulmuşdur. Buna görə vəsatətə və təqdimata etiraz edib təmin olunmamasını məhkəmədən xahiş etmişdir.(i.v.69-70, 87-91) -«ifadənin yerində yoxlanılması barədə» 06 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, törətdiyi oğurluq cinayətinin baş vermə mexanizmini ardıcıl olaraq göstərərək ifadəsində bildirdiklərini bir daha təsdiq etmişdir.(i.v.92-94) -«ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 08 yanvar 2024-cü il tarixli, 4 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v.96) -Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi 19 fevral 2024-cü il tarixli, 225 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir.(i.v.118) -«sübutların qiymətləndirilməsi haqqında» 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 2,398 qram olan ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 2,298 qram qalığı, həmçinin şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmış, psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır.(i.v.165-171) Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: -məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin 2,398 qram deyil, 0,5 qram olması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə-kimyəvi ekspertizasının rəyi, məhkəmə iclasında şahid qismində dindirilmiş şahid ifadəsi, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində üzərindən aşkar olunmuş psixotrop maddənin elektron tərəzidə çəkilərək çəkisinin 2,71 qram olduğunu bildirmişdir. «Şəxsi axtarış keçirilməsi haqqında» protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən, bir ədəd sellofan bükümdə, ilkin çəkisi 2,71 qram olan psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. «Məhkəmə-kimyəvi ekspertizası»nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən metamfetaminə bənzər (bir) büküm aşkar edilib.....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-2,398 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi-2,398 qram olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X7 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin çəkisinin 0,5 qram olması hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin, şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış keçirilməsi haqqında» protokoldan və ona əlavə edilmiş videoçəkiliş, «məhkəmə-kimyəvi ekspertizası»nın rəyi, «baxış keçirilməsi haqqında» protokol, «ifadənin yerində yoxlanılması barədə» protokol, «ambulator məcburi-narkoloji tibbi yoxlama»nın rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış ekspertiza tədqiqatına sərf olunduqdan qalıq qalan 2,298 qram təşkil edən psixotrop maddə metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 04 mart 2024-cü il tarixli tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2016-cı il tarixli, 1 (089)-202/2016 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2016-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 7 (007)- 827/2022 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 17 (on yeddi) gün hissəsindən şərti olarq vaxtından əvvəl azad edilmişdir. 16 sentyabr 2022-ci ildə cəza müddəti başa çatmışdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmişdir.(i.v.121-131) -Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı X4 və xx.xx.1998-ci il təvəllüdlü oğlu- X3 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs 07 may 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də ondan heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cinayət işi üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2016-cı il tarixli, 1 (089)-202/2016 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 7 (007)-827/2022 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 17 (on yeddi) gün hissəsindən şərti olarq vaxtından əvvəl azad edilmiş, 16 sentyabr 2022-ci ildə cəza müddəti başa çatmışdır. Göründüyü kimi onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan az ağır və ağır cinayətləri törətmiş Təqsirləndirilən şəxs əməlləri əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin 18.4-cü maddəsində əvvəllər Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə (məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum edildikdə) və yaxud 18.4-cü maddəsində göstərilən hallara aid olduqda (yəni, şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan-islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə) residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair» 8 iyul 2008ci il tarixli və «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Hökmün təsviri-əsaslandırıcı hissəsində müvafiq əsaslar gətirilməklə cinayətlərin residivinin Cinayət Məcəlləsinin 18-ci maddəsində nəzərdə tutulmuş məhz hansı növünün müəyyən olunduğu qeyd edilməlidir. Cinayət Məcəlləsinin 18-ci maddəsinin mənasına görə residivin müəyyən edilməsi ilə əlaqədar şəxsin əvvəlki hökmlə təqsirli bilindiyi cinayətdə icraçısı olması və yaxud cinayətin törədilməsində təhrikçi, köməkçi, təşkilatçı qismində iştirak etməsi, həmin cinayətin başa çatmış cinayət olubolmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan 7 iyun 2019-cu il tarixli qərarına əsasən məhkəmə baxışının hədlərini müəyyən edən Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsi cəzanı ağırlaşdıran halların müəyyən edilməsi məsələsində məhkəməni ibtidai araşdırmanı aparmış orqanın mövqeyindən asılı etmir və məhkəmə cəzanı ağırlaşdıran halları, o cümlədən cinayətlərin residivini ittiham aktında göstərilib-göstərilməməsindən asılı olmayaraq cəzanı ağırlaşdıran hal qismində müəyyən edə və cəzanın təyin edilməsi zamanı nəzərə ala bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin residivini yaratmasını və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin isə cinayətlərin təhlükəli residivini yaratmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halcinayətlərin təhlükəli residivi olduğundan, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır və ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə və təhlükəli residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 yanvar 2024-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 06 yanvar 2024-cü il tarixli, 4(049)-1/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2016-cı il tarixli, 1 (089)-202/2016 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin olunmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qrarı ilə narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyi nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan (polinarkomaniyadan) məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,298 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 04 yanvar 2024-cü il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 06 yanvar 2024-cü il tarixli, 4(049)-1/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan (polinarkomaniyadan) məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,298 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-470/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-470/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver