Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-470/2025 06.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 05 yanvar 1993-cü ildə Goranboy rayonun Nadirkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 7, mənzil 37-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu “Tohid” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddənin əldə olunması, saxlanması və daşınaraq qrupun digər üzvlərinə çatdırılmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd kisədə qablaşdırılmış külli miqdarda-15515 qram narkotik vasitə olan qurudulmuş marixuananın Astara rayonun ərazisində gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 19 aprel 2025-ci il tarixdə, saat 05 radələrində idarə etdiyi “Opel Omega” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedib orada gizlədiyi yerdən bir ədəd kisədə qablaşdırılmış külli miqdarda-15515 qram narkotik vasitə olan qurudulmuş marixuana götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, həmin narkotik vasitəni idarə etdiyi avtomobilin arxa yük yerinə qoyub saxlayıb daşımaqla Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən hissəsində hərəkətdə olmaqla daşıyarkən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 726 saylı stasionar postunda yol patrul xidməti inspektoru tərəfindən saxlanılıb avtomobilə ilkin baxış zamanı avtomobilin yük yerində bir ədəd kisənin içərisində narkotik maddə olması müəyyən edilib, bu barədə aidiyyəti üzrə məlumat verildikdən və bu məlumat DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olduqdan sonra, həmin gün saat 11 radələrində qeyd olunan məlumat əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Omega” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək avtomobilin arxa yük yerində bir ədəd kisədə qablaşdırılmış 15 ədəd bağlamada ayrıayrılıqda 1040 qram, 1035 qram, 1040 qram, 1015 qram, 1045 qram, 1030 qram, 1045 qram, 1020 qram, 1020 qram, 1030 qram, 1035 qram, 1025 qram, 1105 qram, 1020 qram və 1010 qram olmaqla cəmi külli miqdarda- 15515 qram (15 kq 515 qram) narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 7, mənzil 37 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonunun Digah qəsəbəsində fərdi yaşayış evində yaşamaqla rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin idarə etdiyi “Opel Omega” markalı, **-DJ-*** qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də marixuanadan istifadə etmişdir. Bir dəfə narkotik maddə əldə etməsinə görə məhkum olunmuşdur. Tutulmamışdan bir müddət əvvəl sosial şəbəkə vasitəsi ilə özünü iranlı “Tohid” kimi təqdim edən şəxslə tanış olmuş, sonradan həmin şəxslə istifadəsində olan mobil telefonla vatsapda danışıqlar aparmışdır. İstifadəsində üzərində 077/549-44-34 və 077/270-25-24 saylı mobil telefon nömrələri olan “İnfinix” mobil telefonu olmuşdur. “Tohid” adlı şəxslə vatsapda danışarkən bu şəxs ona Astara rayonun ərazisindən olan marixuananı götürüb Bakı şəhərində deyəcəyi yerə qoysa bunun qarşılığında ona 5000 manat pul verəcəyini bildirmiş, o da maddi sıxıntıları olduğu üçün bu təkliflə razılaşmışdır. Sonuncu dəfə “Tohid” adlı iranlı ilə 18 aprel 2025-ci il tarixdə vatsapla əlaqəsi olmuş, iranlı ona içərisində narkotik vasitə olan bağlamanı qoyulduğu yerin ünvanını göndərmiş, həmin yer Astara rayonun ərazisi olmuşdur. Həmin gün gecə saatlarında arvadı Şahid2 yalandan guya tanış bir müştərinin sifarişi ilə Astara rayonuna gedib sənəd götürəcəyini bildirib onunla birlikdə Astara rayonunan getməsini demiş, sonra arvadı Ayseli və iki azyaşlı uşağını da götürüb Astara rayonuna getmişdir. Avtomobil nasaz olduğu üçün avtomobili aşağı sürətlə idarə etmiş və 19 aprel 2025-ci il tarixdə, səhər saatlarında Astara rayonu ərazisinə çatıb iranlının göndərdiyi konumda göstərilən yerə gedib ordan içərisində marixuana olan bir ədəd sintetik kisəni götürüb avtomobilin arxa yük yerinə qoymuş, sonra idarə etdiyi avtomobillə geri-Bakı şəhəri istiqamətinə hərəkət etmişdir. Həmin gün səhər saatlarında (19 aprel 2025-ci il tarixdə, saat 08 radələrində) polis postunda (BDYPİ-nin 726 saylı stasionar postunda) yol polisi əməkdaşı avtomobili saxladıb sənədlərini yoxlamağa başlamış, həmin vaxt həyəcanlandığı üçün özünü itirmiş və verilən suallara qarışıq cavab vermiş, polis əməkdaşı ondan narkotik vasitənin təsiri altında olub-olmadığını soruşmuş, o da narkotikdən istifadə etmədiyini demişdir. Polis əməkdaşı onun cavabından və hərəkətlərindən şübhələnib avtomobilə baxış keçiriləcəyini demiş, o da etiraz etməmişdir. Sonra avtomobili postun yanında saxlanılmış, onu saxlayan polis əməkdaşı avtomobilin açarını ondan götürmüş, bundan sonra həmin polis əməkdaşı, özünün və orada olan digər polis əməkdaşlarının iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində olan kisə aşkar olunmuşdur. Polis əməkdaşı ondan kisənin içərisində nə olmasını soruşmuş, o da marixuana olduğunu bildirmişdir. Sonra polis əməkdaşları posta həkim çağırıb onu tibbi müayinədən keçirmişlər. Bir neçə saatdan sonra mülki geyimli bir neçə polis əməkdaşı posta gəlmiş, sonra həmin polis əməkdaşları videoçəkilişlə yenidən onun avtomobilinə baxış keçirmiş və avtomobilin yük yerindən bir ədəd kisə və həmin kisələrin içərisində 15 ədəd bağlamada marixuana kütlələri aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, avtomobilində aşkar olunmuş kisədə olan marixuananı tanış olduğu İran vətəndaşının dediyi yerdən- Astara rayonun ərazisində götürüb avtomobilə qoyduğunu, həmin narkotik maddəni Bakı şəhərinə aparıb deyiləcək yerə qoyduqdan sonra iranlının ona 5000 manat pul verməli olduğunu bildirmişdir. O, tanış olduğu iranlı ilə danışıb pul əldə etmək məqsədi ilə bir ədəd kisədə narkotik vasitəni götürüb idarə etdiyi avtomobilə qoyub daşımasına görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, BDYPİ-nin əməkdaşıdır. O, 19 aprel 2025-ci il tarixdə Ələt-Astara avtomobil yolunun 143-cü kilometrliyində yerləşən YPX-nin 726 saylı stasionar postunda xidmətdə olarkən səhər saat 08 radələrində Ələt istiqamətində hərəkət edən “Opel Omega” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sənədlərinin yoxlanılması üçün tərəfindən postda saxlanılmışdır. Sürücü özünü təqdim edib Təqsirləndirilən şəxs Yasər oğlu olduğunu bildirmiş, həmçinin avtomobildə bir qadın və iki azyaşlı uşaq olmuşdur. Avtomobilin sənədlərini yoxlayarkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığını, həyəcanlandığını və tərlədiyini görmüş, həmçinin, avtomobildən kəskin iy gəldiyini hiss etmişdir. Sonra o, sürücüyə avtomobilə baxış keçirəcəyini bildirmiş, o da etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində bir ədəd kisədə qurudulmuş marixuana kütlələri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs torbadakı narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Aşkar olunmuş torbada olan marixuana kütlələri götürməmiş, avtomobilin yük yerində saxlanmışdır. Bundan sonra baxışla bağlı protokol tərtib olmuş, daha sonra isə aşkar olunmuş faktla bağlı məlumatı raportla yuxarı rəhbərliyə məruzə etmişdir. Həmin gün səhər saatlarında (19 aprel 2025-ci il tarixdə, saat 11 radələrdə) BMCMİ-nin bir qrup əməkdaşı posta gəlmiş, onlara saxlanmış şəxs Təqsirləndirilən şəxs və ona məxsus “Opel Omega” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil təqdim edilmişdir. Bundan sonra BMCMİ-nin əməkdaşları, onun və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə “Opel Omega” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerində sellofan torbanın içərisində marixuana olduğunu bildirmiş, sonra avtomobilin arxa yük yeri açılmış və yük yerində bir ədəd kisənin içərisində 15 ədəd bağlamalarda marixuana kütlələri aşkar olunmuşdur. Avtomobilin salonunda və Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını, sosial şəbəkədə tanış olduğu İran vətəndaşından aldığını və Bakı şəhərinə aparıb deyiləcək yerə çatdırdıqdan sonra ona 5000 manat pul veriləcəyini bildirmişdir. Aşkar olunmuş marixuana kütlələri elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr qablaşdırılıb BMCMİ-nin əməkdaşları tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. BMCMİnin əməkdaşları posta gələn vaxtadək, yəni səhər saat 11 radələrinədək Təqsirləndirilən şəxs məxsus avtomobil YPX-nin 726 saylı stasionar postunun həyətində, Təqsirləndirilən şəxs isə polis əməkdaşlarının nəzarəti altında postun inzibati binasında saxlanmışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra BMCMİ-nin) əməkdaşıdır. 19 aprel 2025-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsindən (bundan sonra BDYPİ-dən) daxil olmuş məlumat əsasında (BDYPİ-nin Yol Patrul Xidməti Alayının 11-ci taqımının komandiri Qurban Gülməmmədovun 19 aprel 2025-ci il tarixli “Raport”u) özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün səhər saatlarında əməliyyat qrupu Təqsirləndirilən şəxs saxlanıldığı Ələt-Astara avtomobil yolunda yerləşən BDYPİ-nin 726 saylı YPX-nin stasionar postuna getmişdir. Orada YPX-nin əməkdaşları əməliyyat qrupuna saxlanmış şəxs Təqsirləndirilən şəxs və həmin şəxsə məxsus “Opel Omega” markalı avtomobili təqdim etmişlər. Bundan sonra təhqiqatçının rəhbərliyi ilə, əməliyyat qrupunun və orada olan digər polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə “Opel Omega” markalı avtomobilə (**-DJ-*** qeydiyyat nişanlı avtomobilə) baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerində sellofan torbanın içərisində marixuana olduğunu bildirmiş, sonra avtomobilin arxa yük yeri açılmış və yük yerində bir ədəd sintetik kisənin içərisində 15 ədəd bağlamada marixuana kütlələri aşkar olunmuşdur. Avtomobilin salonunda və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını, bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu İran vətəndaşından aldığını və Bakı şəhərinə aparıb iranlının dediyi yerə çatdırdıqdan sonra ona 5000 manat pul veriləcəyini bildirmişdir. Aşkar olunmuş marixuana kütlələri elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. İşdə olan, BDYPİ-nin YPXA-nın 11-cu taqımının komandirinin 19 aprel 2025-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, həmin tarixdə, saat 08:55-də Ələt-Astara avtomobil yolunun Masallı rayonun ərazisindən keçən 143-cü kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 726 saylı stasionar postunda Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Omeqa” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs özünü şübhəli apardığından, habelə avtomobildən kəskin narkotik vasitə olan qurudulmuş marixuananın qoxusu gəldiyindən Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilə baxış keçirilmiş və avtomobilin yük yerində bir ədəd sintetik kisədə qurudulmuş marixuana aşkar edilmişdir. İşdə olan, BMCMİ-nin əməkdaşının 19 aprel 2025-ci il tarixli “Raport”u və “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 19 aprel 2025-ci il tarixli protokolla müəyyən edilir ki, BDYPİ-nin Yol Patrul Xidməti Alayının 11-ci taqımının komandiri Qurban Gülməmmədovun 19 aprel 2025-ci il tarixli “Raport”u ilə daxil olmuş məlumata əsasən BNMİ-nin BŞ-nin təhqiqatçısı Arif Rzayev tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Omeqa” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük hissəsində bir ədəd sintetik kisə və həmin kisənin içərisində 15 ədəd bağlamada narkotik vasitə olan marixuanaya oxşar kütlələr aşkar edilib götürülmüşdür. Baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 20 aprel 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Omeqa” markalı, **-DJ-*** qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş ...” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada 15 (on beş) ədəd üzəri skoçla bağlanmış sellofan bağlamalarda (12 ədəd ağ rəngli, 3 ədəd qara rəngli sellofan bağlama) ayrı-ayrılıqda təmiz çəkiləri-1040 qram, 1035 qram, 1040 qram, 1015 qram, 1045 qram, 1030 qram, 1045 qram, 1020 qram, 1020 qram, 1030 qram, 1035 qram, 1025 qram, 1105 qram, 1020 qram, 1010 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkis-15515 qramdır. Təqdim edilmiş 15 ədəd sellofan bağlamda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 15513,5 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 03 iyun 2025-ci il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 077/270-25-24 saylı və 077/549-44-34 saylı mobil nömrələrin anten məlumatlarında Təqsirləndirilən şəxs 19 aprel 2025-ci il tarixdə, saat 01:49:05-dən saat 08:07:02-dək Astara rayonun ərazisində (Astara rayonunun Şahağacı, Ojakəran, Təngərüd, Ərçivan, Seləkəran, Şuvi, Məscidməhəllə, Ovala, Pəlikəş və Şiyəkəran kəndlərinin və Astara şəhəri ərazisinində) olması müəyyən edilmişdir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 10 iyul 2025-ci il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İnfinix” markalı mobil telefonun “Qalereya” bölməsində fotoşəkillər, o cümlədən 19 aprel 2025-ci il tarixdə qeydə alınmış Astara rayonun Sım kəndinin yaxınlığında yerin (narkotik vasitənin qoyulduğu yerin) ünvanını göstərən fotoşəkil olması müəyyən edilmişdir. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 24 aprel 2025-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 15513,5 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut DİN-in BMCMİ-nin maddi sübutlar otağında saxlanılır. Habelə baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 may 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 02 sentyabr 2025-ci il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi mənbə barəsində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid3 və Şahid1 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3 və Şahid1 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən baxışla bağlı videoçəkiliş və protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis” (o cümlədən qurudulmuş marixuana) olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan 500 qramadək hissəsi xeyli miqdar, 500 qramdan artıq 50000 qramadək külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 12-ci bəndində izah edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs götürülmüş 15515 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar təşkil edir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxsin cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onun niyyəti külli miqdarda-15515 qram qurudulmuş marixuananın 5000 manat müqabilində qrupun digər üzvlərinə çatdırılması olmuşdur ki, məhkəmə həmin əməli onun bu narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 aprel 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmünün və qərarının surətləri ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 04 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Lənkəran Rayon Məhkəməsinin 04 mart 2026-cı il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci maddəsinə əsasən 27 noyabr 2025-ci il tarixli hökmlə təyin edilmiş və çəkilməmiş 01 il 04 ay 03 gün cəza 06 ay azaldırılaraq üzərində 10 ay 03 gün müddətə azadlıqdan məhrumetmə saxlanılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs 27 noyabr 2025-ci il tarixli hökmdə göstərilən cinayət əməlini hazırki iş üzrə olan cinayət əməlindən əvvəl törətməsi və həmin əməlinə görə 27 noyabr 2025-ci il tarixli hökmlə məhkum olunması nəzərə alınaraq məhkəmə hesab edir ki, qeyd olunan hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu olsa da, hazırki iş üzrə törədilmiş cinayət əməlinə (19 aprel 2025-ci il tarixdə cinayət törədərkən Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır) münasibətdə o, məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. İşdə olan, Mingəçevir şəhər MKTK-nin 08 may 2025-ci il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda daimi yaşamamışdır. İşdə olan, AZ-İV 579233 və AZ-İV 967283 №-li doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 08 mart 2021-ci il təvəllüdlü X5 və 21 fevral 2024-cü il təvəllüdlü Axundov Yasər Hikmət oğlu vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 66.5 və 66.3-cü maddələrinin müddəalarına əsasən, Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi Lənkəran Rayon Məhkəməsinin 04 mart 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci maddəsinə əsasən 06 ay azaldırılaraq üzərində saxlanılmış 10 ay 03 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və DİN-in BMCMİ-nin maddi sübutlar otağında saxlanılan 15 kq 513 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “İnfinix” markalı mobil telefon aparatı arvadı Aysel Mirzəyevaya (ünvan: Xaçmaz rayonun Köhnə Xaçmaz kəndi) təhvil verilməli, habelə iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-72 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən, Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi Lənkəran Rayon Məhkəməsinin 04 mart 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci maddəsinə əsasən 06 ay azaldırılaraq üzərində saxlanılmış 10 (on) ay 3 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübutlar olan və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan 15 kq 513 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilməklə saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “İnfinix” markalı mobil telefon aparatı arvadı X1 (ünvan: Xaçmaz rayonun Köhnə Xaçmaz kəndi) təhvil verilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxış və götürmə ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-72 (yetmiş iki) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-470/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-470/2025
06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver