Məhkəmə qərarları › İş №1(099)-471/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-471/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-471/2022 26.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əflatun oğlunun iştirakı ilə xx xxxxxxx 1989-cu ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonunun Mamusta kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən çətənə (kannanis) bitkisinin toxumlarını əldə etmiş və 2022-ci ilin aprel ayının əvvəllərində Lənkəran rayonunun Mamusta kəndində yerləşən, qonşusu X3 məxsus olmaqla müvəqqəti istifadəsinə verilmiş həyətyanı sahədə həmin toxumları qanunsuz olaraq torpağa əkmiş və bu toxumlardan cücərib bitmiş, tərkibində narkotik maddələr olan külli miqdarda-37 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş məlumata əsasən 23 may 2022-ci il tarixdə, saat 19 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs müvəqqəti istifadəsində olan həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə külli miqdarda-37 (otuz yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, ailəsi, o cümlədən xəstə anası və atası ilə birlikdə Lənkəran rayonunun Mamusta kəndində yaşayır. Himayəsində iki azyaşlı uşağı, ruhi xəstə olan anası və iki dəfə infarkt keçirmiş ürək xəstəsi olan atası vardır. Arvadı evdar qadındır, özü rəsmi olaraq işləməsə də, təsərrüfat işləri, həm də fəhləliklə məşğul olmuşdur. 2008-2009cu illərdə Tərtər rayonunda hərbi xidmətdə olarkən yanında əsgər yoldaşı şəhid olmuş, həmin vaxt o, psixoloji sarsıntı keçirmiş və nitqində qüsur meydana gəlmişdir.Hərbi xidmətdən sonra o, qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Marixuananı tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Pulu olanda istifadə etmiş, olmayanda istifadə etməmişdir.Marixuana almağa imkanı olmadığına görə fikirləşmişdir ki, çətənə bitkisi əkib, qurudub istifadə etsin. Ona görə də son vaxtlar marixuanadan istifadə edərkən çətənə toxumlarını atmamış, özündə saxlamışdır.2022-ci ilin aprel ayının əvvəllərində əldə etdiyi çətənə toxumları qonşusu Xəyyam Muradovun evinin həyətində bir yer tapıb torpağa əkmişdir. Qonşusu Xəyyam uzun illərdir ki, ailəsi ilə birlikdə Rusiyada yaşayır. Xəyyam evin və həyətin baxımsız qalmaması üçün müvəqqəti olaraq baxması üçün ona vermişdir. O, toxumları əkmək üçün əvvəl həyətin bir hissəsində tikan və kol bitmiş sahəni təmizləyib həmin yerə toxumları cərgə ilə əkmişdir. Əkdiyi toxumdan 37 ədədi cücərib çıxmış və o, vaxtaşırı həmin bitkilərə su verməklə onlara qulluq etmişdir.23 may 2022-ci il tarixdə, axşam saatlarında həyətinə bir qrup polis əməkdaşları gəlib ona həyətində çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu və həyətinə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir.Həmin vaxt o, öz həyətində yox, qonşusu Xəyyamın həyətində çətənə bitkisi əkib-yetişdirdiyini etiraf etmiş və polis əməkdaşlarını qonşusu Xəyyamın həyətinə aparıb orada çətənə bitkiləri əkildiyi yeri göstərmişdir. Bundan sonra polis əməkdaşları özünün iştirakı ilə və videoçəkillişlə həmin yerə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları qonşusu Xəyyamın həyətində özünün göstərdiyi yerdə 37 ədəd çətənə bitkisi aşkar edilib götürmüşdür. Aşkar olunan çətənə bitkiləri 15-20 sm hündürlüyündə olmuşdur. Polis əməkdaşları tərəfindən aşkar edilmiş çətənə kolları torpaqdan çıxarılmış, sonra sayılıb bir ədəd kisəyə qablaşdırılıb götürülmüşdür.O, yalnız özünün şəxsi istifadəsi üçün çətənə bitkilərini əkib-yetişdirmiş və buna görə də əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 23 may 2022-ci il tarixdə Lənkəran rayonunun Mamusta kəndində yaşayan Təqsirləndirilən şəxs həyətində qanunsuz olaraq çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumat daxil olmuş və bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılaraq təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.Həmin gün axşam saat 19 radələrində əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana, Lənkəran rayonunun Mamusta kəndinə getmişdir. Təqsirləndirilən şəxs yaşadığı həyətə daxil olduqdan sonra təhqiqatçı X10 həyətində qanunsuz olaraq çətənə bitkiləri əkibyetişdirməkdə şübhəli olması və həyətinə baxış keçiriləcəyi bildirilmiş, Emil də etiraz etməmişdir.Baxış keçirilməyə başlayarkən Emil öz həyətində yox, qonşusunun həyətində çətənə bitkisi əkdiyini bildirmişdir, Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Emilin göstərdiyi yerdə, kolların arasında təmizlənmiş sahədə 37 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə bitkiləri özünün istifadəsi üçün əkib-yetişdirdiyi, həmin həyət sahəsinin qonşusu Xəyyam adlı şəxsə məxsus olduğunu bildirmişdir. Sonra aşkar olunmuş 37 ədəd çətənə kolları kökündən çıxarılıb bir ədəd torbaya qablaşdırılıb götürülmüşdür. Daha sonra keçirilmiş tədbirlə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 23 may 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Lənkəran rayonunun Mamusta kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahədə çətənə kolları əkib-becərməsi əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 23 may 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Vurğun Məmmədov tərəfindən Təqsirləndirilən şəxs və aqranom-mütəxəssis Söhrab Əskərovun iştirakı ilə və videoçəkilişlə Lənkəran rayonunun Mamusta kəndində Təqsirləndirilən şəxs göstərdiyi əraziyə (qonşusu X3 məxsus olmaqla müvəqqəti istifadəsinə verilmiş həyətyanı sahəsinə) baxış keçirilmişdir. Baxış zamanı həmin sahədə 37 ədəd çətənə koluna oxşar bitkilər aşkar edilib qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkliş 01 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, 23 may 2022-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən Lənkəran rayonunun Mamusta kəndində həyətyanı sahədə aşkar edilmiş, Təqsirləndirilən şəxs əkib-becərdiyi narkotik tərkibli bitki olan 37 ədəd çətənə (marixuana) koluna aqro-texniki qaydada qulluq edilmiş, yəni dibi boşaldılmış, suvarılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 24 may 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi həyətyanı torpaq sahəsinin 37 ədəd çətənə bitkisinə bənzər bitkilər .” sözlər və imzalar olan bağlamadakı ümumi sayı 37 (otuz yeddi) ədəd, ümumi təmiz çəkisi 1310 qram olan yaş vəziyyətdə bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir.Aqronomun (mütəxəssisin) rəiynə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 04 iyun 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 37 ədəd çətənə (kannabis) bitkisi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Habelə baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 may 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarının tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Lənkəran ŞİHB-nın Mamusta kənd İƏD üzrə Nümaynədəliyinin və Lənkəran rayon Mamusta Bələdiyyəsinin 21 və 24 iyun 2022-ci il tarixli arayışları ilə müəyyən edilir ki, qeyd olunan torpaq sahəsi (Təqsirləndirilən şəxs çətənə bitkilərini əkibyetişdirdiyi torpaq sahəsi) Lənkəran rayonunun Mamusta kəndində qeydiyyatda olan X3 məxsusdur. Xəyyam Muradov hazırda Rusiya Federasiyasında yaşayır və fərdi yaşayış evini və torpaq sahəsini müəvəqqəti istifadə üçün qonşusu Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və hissələrini toplamaqla kultivasiya etməsi cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” və “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in ölçü vahidlərisayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 37 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri külli miqdarda əkib-yetişdirib, kultivasiya etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-23 may 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilinib 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Habelə Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 68-ci maddəsi tətbiq edilərək qəti olaraq 04 ay müddətə azadlıqdan məhrumetmə czasına və 2500 manat cərimə cəzasına məhkum edilmiş, 05 oktyabr 2013-cü ildə cəzasının sonu ilə azad olunmuş və o, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya haqqında qərarının 1.8-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən məhkəmə hesab edir ki, qeyd olunan hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan, Lənkəran rayonun Mamusta kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Mamusta kəndində qeydiyyatda olmaqla ailə üzvləri, o cümlədən iki azyaşlı uşağı (2014-cü il təvəllüdlü X7 və 2017-ci il təvəllüdlü X8) ilə birlikdə həmin ünvanda yaşamaqla yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə nümunəvi davranışına görə kənd sakilərinin hörmətini qazanmışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 23 may 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 37 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 may 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Rayon-Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 37 (otuz yeddi) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar