Məhkəmə qərarları › İş №1(099)-471/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-471/2023

18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-471/2023 18.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlu, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Kürdəmir rayonu Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində, həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olmaqla yaşadıqları Kürdəmir rayonu Yenikənd kəndində yerləşən mağazaya sərxoş vəziyyətdə gələrək orada Zərərçəkmiş şəxs əvvəldən aldığı ərzaq mallarına görə borclu qaldığı 40 (qırx) manat pulu ödəmədiyi halda yenidən nisyə spirtli içki araq istəmiş, lakin Zərərçəkmiş şəxs ona aldığı mallara görə borclu olduğunu və borcu qaytardıqdan sonra araq verə biləcəyini dedikdə israrla öz niyyətinə nail olmaqdan ötrü onu nalayiq söyüşlərlə söyüb təhqir edərək, aralarında mübahisə yarandıqdan sonra yaşadığı evə gedib oradan özünə məxsus təyinatı istintaqa məlum olmayan bir ədəd bıçağı götürməklə yenidən Zərərçəkmiş şəxs məxsus mağazaya gələrək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, eləcədə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayət edilən qərəzli xuliqanlıq hərəkətləri etməklə, heç bir əsaslı səbəb olmadan ona nisyə araq verməməsini bəhanə edərək xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçağı çıxarıb silah qismində tətbiq edib Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə qəsdən zərbə vuraraq ona qarnın ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, böyük piyliyin zədələnməsi ilə müşayət olunan ağırlıq dərəcəsinə görə yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittmiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kürdəmir rayonunda yaşayır, fəhləliklə məşğuldur. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır. X1 rayonu, Yenikənd kəndində işlətdiyi ərzaq mağazasından alış-veriş etmiş, Qorxmaza 48 manat borcu qalmışdır. 28 oktyabr 2022-ci il tarixdə fəhlə kimi işləyib 10 manat pul qazanmış, bu pula başqa bir mağazadan araq alıb evdə içmiş, sonra Qorxmazın mağazasına gedərək nisyə araq almaq istəmiş, borcu olduğu üçün Qorxmaz ona araq verməmiş, aralarında mübahisə baş vermiş, Qorxmaz onu söymüşdür. Bundan qəzəblənmiş və oda Qorxmazı söymüşdür. Hirsi soyumadığından Qorxmazı bıçaqla vurmaq qərarına gəlmişdir. Yaşadığı evə gedib özünə məxsus mətbəx bıçağını götürüb Qorxmazın mağazasına qayıtmış və Qorxmazın qarnından bıçaqla bir neçə dəfə zərbə vurmuş, hadisə yerindən uzaqlaşmış, bıçağı su kanalına atmış, təxminən bir saatdan sonra mağazadan bir qədər aralı polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, əməlindən peşmandır, polisə könüllü təslim olmamışdır, Qorxmazı vuranda mağazada onlardan başqa heç kim olmamışdır. Hadisə vaxtı içkili olmamışdır. Qorxmazı öldürmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək hadisə baş verən zaman mağazada Səməndər adında tanışının da olduğunu, Qorxmazı bıçaqla vurduqdan sonra Səməndərin onu mağazdan bayıra çıxartdığını, yenidən mübahisəni davam etdirmək üçün mağazaya daxil olduğunu, həmin vaxt orada olan həmkəndlisi Amilin və Səməndərin onu çölə çıxartdıqlarını, mağazanın qarşısında Dəmirlə rastlaşıb Qorxmazı bıçaqla vurmasını dediyini göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri iş üzrə özünün məhkəmədə və ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, habelə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Yenikənd kəndində ərzaq mağazası işlədir. Həmkəndlisi Təqsirləndirilən şəxs ona əvvəllər aldığı ərzaq məhsullarından 40 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Valeh mağazaya gəlib ondan nisyə araq istəmiş, lakin borcu olduğu üçün ona araq verməmişdir.Aralarında mübahisə baş vermiş, bir-birlərinə nalayiq sözlər demişlər, Valeh harasa çıxıb getmişdir. Təxminən 10 dəqiqə sonra Valeh mağazaya qayıtmış, onun arxasınca tanışı Səməndər də mağazaya daxil olmuşdur. Valeh piştaxtanın arxasın keçib ona yaxınlaşıb əlindəki bıçaqla onun qarnından bir dəfə vurmuş, hadisə vaxtı yanlarında olan Səməndər Valehə əsəbləşərək Valehə mane olmuş, sonuncu ona ikinci zərbəni vura bilməmiş və mağazadan çıxıb getmiş, sonra mağazaya Amil daxil olmuşdur. Hadisədən sonra arvadı mağazaya gəlmiş və onu xəstəxanaya aparmışlar. Orada bir neçə gün stasionar şəratidə müalicə almışdır. Hazırda səhhəti yaxşıdır, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı bir şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir rayonu,Yenikənd kənd sakini Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs spirtli içkiyə meyilli olan şəxsdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində siqaret almaq üçün Qorxmazın kənddə işlətdiyi mağazaya girmiş, həmin vaxt Valeh də mağazaya girib piştaxtanın arxasına keçib kassanın arxasında duran Qorxmaza yaxınlaşıb qəflətən onu qarnından bıçaqla vurmuş, dərhal onlara yaxınlaşaraq Valehin Qorxmaza ikinci zərbəni vurmağa mane olaraq onları bir –birindən aralayıb Valehi çölə çıxartmışdır. Valeh yenidən mübahisəni davam etdirmək üçün mağazaya daxil olmaq istədikdə onu içəri girməyə qoymamış, həmin vaxt Amil adında tanışı da oraya gəlib çıxmışdır. Valehi mağazaya girməyə qoymamışlar, bundan sora o, hadisə yerindən uzaqlaşmışdır. Sonradan mağazaya Qorxmazın arvadı gəlib çıxmış, onu xəstəxanaya aparmışlar. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisəyə səbəb- Valehin Qorxmaza pul borcu olduğu üçün Qorxmaz ona nisyə araq verməmiş, buna görə də aralarında mübahisə baş vermiş, Valeh Qorxmazı söyərək onu bıçaqla vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir rayonu,Yenikənd kənd sakini Şahid2 ifadəsində xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Qorxmazın kənddə işlətdiyi mağazaya daxil olub Valehin mağazanın çölündə giriş qapısının yanında dayanıb əlində bıçağın olduğunu, həmkəndlisi Səməndərin isə mağazanını içərisində olduğunu, piştaxtanın arxasında mağazanın satıcısı Qorxmazın isə əli ilə qarnını tutduğunu görmüşdür. Səməndən Valehə acıqlanaraq oradan çıxıb getməsini tələb etmişdir. Valeh ona Qorxmazı bıçaqla vurduğunu demiş və oradan uzaqlaşmışdır. Valeh bıçağı da özü ilə aparmışdır. Sonradan hadisə yerinə həmkəndlisi Dəmirin də gəldiyini görmüşdür. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisəyə səbəb- Valehin Qorxmaza pul borcu olduğu üçün Qorxmaz ona nisyə araq verməmiş, buna görə də aralarında mübahisə baş vermiş, Valeh Qorxmazı bıçaqla vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir rayonu Yenikənd kənd sakini Şahid3 Əbil qızı ifadəsində göstərmişdir ki, əri Qorxmaz yaşadıqları evin yaxınlığında ərzaq mağazası işlədir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində ərinin işlətdiyi mağazaya gəlmiş, Qorxmazın qarnından qan axdığını görüb nə baş verməsini soruşmuş, Qorxmaz ona bir neçə dəqiqə əvvəl Valehə nisyə araq vermədiyini üçün aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Valehin onu bıçaqla qarnından vurduğunu bildirmişdir. Dərhal Qorxmazı xəstəxanaya çatdırmışdır. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı mağazada həmkəndlisi Səməndər olmuş, səməndər Valehi çölə çıxarmış, sonra mağazaya Amil gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir rayonu Yenikənd kənd sakini Şahid4 ifadəsində göstərmişdir ki, Qorxmaz onun doğma qardaşıdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qardaşının Valeh adında kənd sakini tərəfindən bıçaqlandığını eşitmiş və dərhal mağazaya getmiş, mağazada yerdə qan ləkələri görmüşdür. Qorxmaz dərhal xəstəxanaya çatdırılmış və ona tibbi yardım göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 648 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətləri vardır: qarnın ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, böyük piyliyin zədələnməsi ilə. Qeyd olunan xəsarət iti uca və iti kənara malik olan alətin(əşyanın) təsirindən törənmişdir. Törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğundur. Ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli hal olduğu üçün sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizanın xx.xx.2023-cü il tarixli 7/85 saylı rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağ bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin(bıçağın) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan zədənin lokalizasiyasına görə demək olar ki, xəsarət yetirilən zaman o, müxtəlif qarşılıqlı vəziyyətdə olmaqla, iz törədən alətin tiyəsi zərərçəkmişə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 131 nömrəli rəyinə əsasən: -Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı bir ruhi-əsəb xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında, yəni anlaqli olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər-hansı bir ruhi - əsəb xəstəliyi keçirmir. Onun tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. -Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və.s) olmamışdır.İş materiallarında olan xx.xx.2022-ci il tarixli «baxış keçirilməsi və götürmə haqqında» protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Kürdəmir rayonu,Yenikənd kəndində yolun sol tərəfində yerləşən, bir mərtəbəli, qapısı ağ rəngli plastikdən hazırlanmış qapılardan, içərisində iki ədəd, çöl hissəsində bir ədəd təhlükəsizlik kamerası olan Qorxmaz Qarayevə məxsus mağazadır. Baxış zamanı hadisə yerində olan nəzarət müşahidə kamerasında qeydə alınmış hadisənin baş verməsi görüntüləri müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Qarayev X3 rayonu Yenikənd kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazada onu qəsdən bıçaqla vurduğu yeri və ifadəsində göstərdiyi xüsusatları bir daha əyani olaraq orada təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X6 alınmış məktubundan görünür ki, Qarayev X3 rayon Mərkəzi xəstəxanası PHŞ-nin Poliknika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində yaşadığı Kürdəmir rayonu Yenikənd kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazada, aralarında nisyə araq verilməməsi ilə bağlı mübahisə zamanı yaranmış şəxsi münasibətlər zəmnində münaqişə və dava-dalaş zamanı, onu söydüyü üçün əsəbləşib özü ilə gətirdiyi bıçaqla həmkəndlisi Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə qəsdən zərbə vuraraq ona xəsarət yetirmişdir. Hadisə baş verən zaman hadisəni həmkəndliləri Şahid1 görmüş, hadisədən təxminən 1-2 dəqiqə sonra Təqsirləndirilən şəxs mağazada olarkən mağazaya həmkəndliləri Şahid2 gəlmiş, Təqsirləndirilən şəxs əlində bıçaq olmasını və Zərərçəkmiş şəxs qarın nahiyyəsində xəsarət olmasını, həmçinin Valehin əlindəki həmin bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsindəki xəsarəti yetirdiyini bilmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs həmkəndlisi X4 özünə məxsus avtomobillə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparmışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində Zərərçəkmiş şəxs qəsdən vuraraq xəsarət yetirdiyi bir ədəd bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli «videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, xx.xx.2022-ci ildə saat 17:40 radələrində yaşadığı kənd ərazisində yerləşən mağazada Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirən zaman hadisə yeri olan mağazadakı müşahidə kamerasının yaddaşından götürülmüş və diskə köçürülərək baxış keçirilmişdir. İş materiallarında olan 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə zamanı əynində olmuş 01 ədəd qəhvəyi rəngli uzunqol köynək və hadisə zamanı hadisə yerində olan müşahidə kamerasında qeydə alınmış içərisində videogörüntü olan 01 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən və sübut xarakteri daşıdığından maddi sübut kimi tanınmış, 01 ədəd qəhvəyi rəngli uzunqol köynək saxlanması üçün RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş və içərisində videogörüntü olan 01 ədəd disk isə cinayət işində saxlanılmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlil gətirərək hadisə baş verən zaman mağazada hər hansı bir kənar şəxsin olmadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdikləri bu xüsusata tənqidi yanaşaraq xuliqanlıq cinayətinə münasibətdə onun ifadəsinin bu hissəsini işin obyektiv hallarına uyğun olmayan, xuliqanlıq cinayətinə münasibətdə məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş mağazanın müşahidə kamerasının videogörüntüsündən görünür ki, hadisə baş verən zaman mağazada Şahid1 da olmuş, sonuncu onları aralamağa çalışır, Valeh isə piştaxtanın arxasına keçərək Qorxmazı bıçaqla vurduqdan sonra Səməndər ona mane olaraq tutub danlaya-danlaya mağazadan çölə çıxarır, bu zaman içəriyə Şahid2 daxil olur, Valeh isə oradan çıxıb gedir. Müşahidə kamerasında qeyd olunanları məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs, habelə şahidlər Şahid1 və Şahid2 da təsdiq etmişlər. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı hadisə baş verən an mağazada ondan və zərərçəkmişdən başqa həmkəndlisi Şahid1 da olmasını, sonuncunun onu itələyib çölə çıxarması, sonradan isə Şahid2 da hadisə yerinə gəlib çıxmasına dair xüsusatlar üzrə vermiş olduğu etirafedici ifadəsini, habelə mağazanın müşahidə kamerasının videogörüntüsünü, şahidlər Şahid1 və Şahid2 analoji ifadələrini, ekspertizanın rəylərini, istintaq hərəkətlərinin protokollarını, fotocədvəlləri ittihamın qanuni və əsaslı həlli üçün Təqsirləndirilən şəxs xuliqanlıq cinayətinə münasibətdə təqsirliliyini təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmiş və onun bu əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddələr üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alıır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 126.2.4-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına, CM-nin 221.3-cü maddəsi “az ağır” cinayətlər kateqoriyasına aiddir. CM-nin 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materiallarında olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.2.4 və 221.3-cü maddələrində müəyyən edilmiş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Həmin müddəanın tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb məhkəmə hesab edir ki, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 126.2.4 -cü maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 11 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 8 il 3 aydan artıq olmamalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları tam və qismən toplamaq yolu ilə CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və o, cəzasını çəkməlidir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası “ümumi rejimli” cəza çəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarında olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuş, 31 oktyabr 2022ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində 31 oktyabr 2022-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu – 29 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, “tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırılması hüququna malikdir. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, “təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (mad. 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir” (mad. 158.6). Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində: «məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003cü il tarixli qərarının, habelə “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə maddi sübut olan və hazırda Kürdəmir RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd qəhvəyi rəngli uzun qol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisə yerinə baxış zamanı nəzarət müşahidə kamerasından götürülmüş içərisində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu zaman qeydə alınmış görüntü olan 01 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 29 oktyabr 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və hazırda Kürdəmir RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd qəhvəyi rəngli uzun qol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisə yerinə baxış zamanı nəzarət müşahidə kamerasından götürülmüş içərisində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu zaman qeydə alınmış görüntü olan 01 ədəd disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi andan) Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Hakimlər: Cavid Səfərli Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar