Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-471/2024 27.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Astara Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1982-ci ildə Astara rayonu Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Astara rayonu Çayoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə saat 23:40 radələrində Astara rayonu Çayoba kəndində yerləşən “Ceyran Plaza” şadlıq evinin həyətində həmin toy şənliyində qonaq olan həmkəndlisi Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə təhqir edib vurduqdan sonra aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yüngül dərəcəli sərxoşluq vəziyyətində avtomobildən götürdüyü bıçaqla həmkəndlisi Zərərçəkmiş şəxs döş qəfəsinin sol nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hematoraks, emfizema, daxili və xarici qanaxma ilə müşahidə olunan döş qəfəsinin 1 ədəd kəsilmişdeşilmiş yarası xəsarətini yetirməklə həyat üçün təhlükəli olan qəsdən sağlamığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur. 02 fevral 2024-cü il tarixdə Astara rayonun Çayoba kəndində yerləşən “Ceyran Palace” şadlıq evində sinif yoldaşının oğlunun toyunda Zərərçəkmiş şəxsla zarafatlaşan zaman, sonuncunun xətrinə dəymiş. Belə ki, Şamil ustadan danışmış, o isə zarafatla Şamilə demişdir ki, “ustaya elə də güvənmə, yaxşı usta deyil”. Şamil isə ona demişdir ki, “çıxaq qırağa sözüm var”. Daha sonra onlar çölə çıxaraq, avtomobillərin yanında Zərərçəkmiş şəxs ona söyüş söymüş, namus, qeyrət söyüşü söyüb, “ustaya pis deyənin var yoxu belə-belə” demiş, onu vurmuşdur. Şamil birinci onun sifətinə vurmuş yumruqla, vurandan sonra yerə yıxılmışdır. Bundan sonra ayağa qalxmış, onları ayırmışlar, başa salmışlar ki, belə etmə, aparmışlar restoranın qabağına. Şamil onu orada görəndə yenidən qızışmış və şadlıq evinin qabağında yenidən dava etmişlər, o, da savaşaraq təpik vurmuşdur. Bundan sonra avtomobilinin “bardaçokunda” olan balaca bıçağı götürüb, Zərərçəkmiş şəxs bədəninin bilmədiyi nahiyəsinə bıçaqla zərbə vurmuş. Həmin vaxt Şamil onun üstünə gəldiyindən bıçağı açmış, harasına vurduğunu bilməmişdir. İçkili olduğundan bıçağın dəyməsini bilməmiş və həmin bıçağı ayaq yoluna atmışdır. Tanışları onu ayırıb, evə göndərmiş və həmin axşam isə polis gəlib onu evdən aparmışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, məhkəmədən onun şəkər və asma xəstəsi olmasını, ona köməklik edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin əməlini etiraf etməsi ilə yanaşı, onun qeyd olunan cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla da, tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 fevral 2024-cü il tarixdə qonşusunun oğlunun toyunda “Ceyran Palace” şadlıq evində Təqsirləndirilən şəxslə zarafatlaşarkən, bir-birilərinin xətirlərinə dəyərək çölə çıxmışlar. Çöldə avtomobillərin yanında mübahisə edərək, dava ediblər və bunun nəticəsində Təqsirləndirilən şəxs bir zərbə yetirmişdir. Aralarında zarafat usta söhbəti ilə başlamış, İntizara söyüş söyməyin içkili olduğundan xatırlamır, lakin birinci İntizarı sinəsindən vurmuş, o isə yerə yıxılmışdır. Daha sonra evə getmək istəyərkən, restoranın həyətində Təqsirləndirilən şəxs ona bıçaqla döş qəfəsinə bir zərbə yetirmiş və onun qardaşı oğlu avtomobillə onu evə aparmışdır. Evdə heç kimə bildirmək istəməmiş, lakin pisləşdiyindən qonşular gəlib onu xəstəxanaya aparmışlar. Xəstəxanada ona iynə vuranda ayılmış və əməliyyat olmasının zəruri olduğunu ona bildirmişlər, lakin o razı olmayıb, evə qayıtmışdır. Ertəsi gün qarnı şişdiyindən xəstəxanaya gedib, əməliyyat olunub. Mübahisə usta barədə zaraftca danışıqdan başlamış. O, İntizara söyüş söyməyini xatırlamamış. Birinci o İntizarı vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs onunla barışmış, ona vurulmuş zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, həmçinin onun iki uşağının olmasına görə ona cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, hadisə 02 fevral 2024-cü il tarixdə “Ceyran Palace” şadlıq evinin qabağında olmuş. Həmin vaxt onların məhəlləsindən toy edirlərmiş. O, siqarət çəkməyə çölə çıxmış və İntizarla Şahbazın mübahisə edərək dalaşmaqlarını görüb, sonuncuları ayırmışdır. Şamil İntizarı vurmuş, sonra İntizar Şamili vurmuşdur. Daha sonra isə bir-birinə söyüş söymüşlər, lakin Şamilin bıçaqla vurulmağını görməmişdir. Daha sonra restoranın içərisinə keçmişdir. O, restorandan çıxanda, birinci Şamilin vurmağını, sonra isə İntizarın təpik vurmasını görmüşdür. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, özü taksi sürücüsüdür. Hadisə Ceyran restoranının qarşısında olmuşdur. Həmin vaxt özü də restoranın qarşısında müştəri gözləmişdir. Görmüş ki, Şamil və İntizar dava edir. X8 vurmuş, daha sonra İntizar Şamili təpiklə vurmuşdur. Sonra görmüş Şamil gəlib ona məxsus maşının qapısını dartıb çıxarmaq istəyir. Özü isə Şamilə bunu etməməsini, dəyməməsini demiş, Şamil isə çıxıb getmişdir. Bundan başqa isə heçnə görə bilməmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 02 fevral 2024-cü il tarixdə “Ceyran Palace” şadlıq evində toyda olmuşdur. Restorandan çıxıb yaxınlıqda çay içərkən görmüş ki, camaat qaçır, nəsə dava düşüb. Özü də çıxıb həmin tərəfə qaçmışdır. Orada Şamil və İntizarın dava etdiyini görüb onları ayırmışlar. Bundan sonra gedib çayxanada yenə oturmuş, lakin dava yenidən başlamışdır. Bir daha çayxanadan çıxıb onları ayırmışlar, onlar çıxıb getmiş, özü də evinə getmişdir. Sabahısı gün isə eşitmişdir ki, Şamil xəsarət alıb. İntizarın Şamili bıçaqla vurmasını görməmişdir. İfadələr arasında ziddiyyətlər olduğundan Şahid1 məhkəmə istintaqında ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan olunub tədqiq edilmiş, həmin ifadəsində Şahid1 bildirmişdir ki, həmkəndlisi Anar Qulamov xx.xx.2024-cü il tarixdə öz oğluna Astara rayonu Çayoba kəndində yerləşən “Ceyran” restoranında toy şənliyi keçirmişdir. Təxminən saat 23:30 radələrində toyda iştirak edən həmkəndliləri Şahid4 və adlarını xatırlamadığı digər şəxslərlə restoranın həyətində çay içirmişlər. Həmin restoranın həyətindən səs gəldiyini eşidib səs gələn tərəfə baxdıqda Çayoba kənd sakinləri İntizarla Şamilin bir-biriləri ilə mübahisə etdiyini və bir-birilərinin ünvanına nalayiq sözlər işlətdiyini görmüşdür. Onlar oradan çıxıb onları ayırdıqdan sonra İntizara iradını bildirərək Şamilin sərxoş olduğu üçün danışığını bilmədiyini deyib İntizara çıxıb getməsini demişdir. Bundan sonra yenə çay içmişlər. Bir qədər sonra İntizarla Şamilin yenə bir-biriləri ilə mübahisə etməyə başlamışlar. Həmin vaxt Şamil İntizarı vurub yerə yıxmışdır. İntizar da ayağa qalxdıqdan sonra təpiklə Şamili vurmuşdur. Təvəkkül bildirmişdir ki, həmin vaxt olduğu yerlə onların mübahisə etdiyi yer arasında təxminən 10-15 metr məsafə olmuşdur. Onlara yaxınlaşıb İntizara yenə iradını bildirərək çıxıb getməsini demişdir. Daha sonra yenə oradan uzaqlaşmışdır. Bir neçə dəqiqə sonra Şamil yenə İntizara tərəf getdiyini görmüşdür. Həmin vaxt İntizar isə öz avtomobilinin yaxınlığında olmuşdur. Şamil İntizara tərəf getdikdən sonra onlar yenə birbiriləri ilə dalaşmağa başlamışdır. Orada olan tanımadığı şəxslər Şamili ayırmağa çalışmışlar. Təvəkkül də ona yaxınlaşdıqda Şamilin döş qəfəsinin sol hissəsindən qan gəldiyini görmüşdür. Bundan sonra İntizarı axtarmağa başlamışdır. İntizarın kənarda olduğunu görüb ona yaxınlaşmışdır. Həmin vaxt İntizar ona Şamili bıçaqla vurduğunu demişdir. O, İntizardan nəyə görə belə etdiyini soruşaraq bıçağın harada olduğunu soruşmuşdur. İntizar isə bıçağı ona göstərməyərək bıçağın onda olmadığını deyib ondan uzaqlaşaraq restoranın həyətindəki sanitar qovşağına tərəf getmişdir. Həmin vaxt Şamil həyətdəki Şahid4 “AzSamand” markalı avtomobilən tərəf gedib onun arxa qapısını açaraq yerindən çıxarmağa çalışmışdır. O, elə başa düşmüşdür ki, Şamil avtomobilin qapısını çıxarıb onunla İntizarı vurmaq istəmişdir. Bir neçə dəqiqə sonra İntizar sanitar qovşağından qayıtdıqda ondan yenə də bıçağın harada olduğunu soruşmuşdur. O da bıçağı sanitar qovşağına atdığını deyib və maşınına minib çıxıb getmişdir. Bundan sonra o da oradan çıxıb getmişdir. Həmin hadisə xx.xx.2024 cü il tarixində Astara rayonu Çayoba kəndində yerləşən “Ceyran” restoranının həyətində baş vermişdir. Hadisə ümumilikdə təxminən 20-30 dəqiqə davam etmişdir. X9 arasında baş vermiş 3-cü dəfəki dava-dalaş təxminən 5 dəqiqə davam etmiş və həmin vaxt orada tanışı Şahid4 və adlarını xatırlamadığı şəxslər olmuşdur. Həmin mübahisə Şamil tərəfindən başlanılmışdır. Belə ki, Şamil uca səslə İntizarın ünvanın nalayiq sözlər işlətmişdir. Mübahisə zamanı Şamil əvvəlcə İntizarı vuraraq yerə yıxmışdır. Daha sonra İntizar təpiklə Şamili vurmuşdur. Lakin İntizarın bıçaqla Şamili vurmağının şahidi olmamışdır. İntizar özü ona Şamili bıçaqla vurduğunu dedikdən sonra o bilmişdir. İfadəsi elan olunduqdan sonra Şahid1 elan olunmuş ifadəsinin doğru olduğunu və təsdiq etdiyini, hadisəni hazırda tam yadında saxlamadığını bildirmişdir. İşdə olan, Astara RPŞ-nin məsul növbətçisi Nicat Əliyevin xx.xx.2024-cü il tarixli HK- 1 № 120 nömrəli məlumatından görünür ki, Astara RMX-dan tibb bacısı Fətəliyeva zəng edərək, Zərərçəkmiş şəxs “döş qəfəsinin açıq yarası” diaqnozu ilə xəstəxanaya daxil olduğunu bildirmişdir. (c İ, i.v 4) İşdə olan, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, HK-1/120 saylı araşdırma materialı ilə əlaqədar olaraq Astara RMX-nın tibb bacısı X1 iştirakı ilə təqdim edilmiş 01 ədəd köynəyə baxış keçirilmişdir. Həmin köynək Zərərçəkmiş şəxs məxsusdur. Köynəyin sol tərəfindən ürək nahiyyədə yayılmış formada qana bənzər ləkə və 01 ədəd 02 sm ölçüdə kəsilmiş-deşilmiş zədə olması aşkar edilmişdir. (c İ, i.v 6-8) İşdə olan, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli, 575 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. (c İ, i.v 11) İşdə olan, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Astara rayonu, Çayoba kəndində yerləşən “Ceyran Palace” şadlıq evidir. (c İ, i.v 12-13) İşdə olan, şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 18) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(018)-7/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 fevral 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 50-52) İşdə olan, ifadələrin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə dava-dalaş etdikləri, sonuncuya xəsartə yetirdiyi və bıçağı atdığı yerləri göstərmişdir. (c İ, i.v 65-69) İşdə olan, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 74) İşdə olan, Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizdən görünür ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. (c İ, i.v 93) İşdə olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan xx.xx.2024-cü il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 112-113) İşdə olan, ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 675 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllıq və sair xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterili məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. (c İ, i.v 115-116) İşdə olan, Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 109/2024- MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu O/İ/-dir (axtarış vəsiqəsinin kserosurətinə əsasən.) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigenti alındı. Aqqlyutinin isə alınmadı. Bu qan ləkələri AB0 sistemi O alfa beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (c İ, i.v 121-124) İşdə olan, Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 72/2024-MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus köynəyin ön sol yan hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, kəsici kənarı olan deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. (c İ, i.v 126-127) İşdə olan, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 90 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Qulamhüsyen oğlunun bədəni üzərində – döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hematoraks, emfizema, daxili və xarici qanaxma ilə müşahidə olunan döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə iti kənarlı və ya uclu alətlə döş qəfəsi nahiyyəsinə vurma nəticəsində əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (c İ, i.v 128- 130) İşdə olan, Astara RİHB-nın Pensər kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, xx.xx.2005-ci il və xx.xx.2007-ci il təvəllüdlü uşaqlarından ibarətdir. Barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. (c İ, i.v 139-140) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,120.1, 126.2.4, 221.3, 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati təsir tədbirləri görülməsi üçün qəbul edilmiş qərarın nüsxəsinin Astara RPŞ-nin İTB-yə göndərilməsi, Zərərçəkmiş şəxs əynində olan bir ədəd göy rəngli köynəyin cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Astara RPŞ-nə təhvil verilməsi qərara alınmışdır. (c İ, i.v 143-150) İşdə olan, tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək Astara RMX PHŞ-in Poliklinika şöbəsinin endikrinoloji kabnetində “Şəkərli diabet tip İ insulindən asılı” olan diaqnozu ilə dispanser qeydiyyatında durur, ikinci dərəcəli müddəsiz əlildir. (c İİ, i.v 49-52) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs avtomobildən götürdüyü bıçaqla həmkəndlisi Zərərçəkmiş şəxs döş qəfəsinin sol nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hematoraks, emfizema, daxili və xarici qanaxma ilə müşahidə olunan döş qəfəsinin 1 ədəd kəsilmişdeşilmiş yarası xəsarətini yetirməklə həyat üçün təhlükəli olan qəsdən sağlamığına ağır zərər vurması iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı ödəməsini, CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə hadisələrin təsadüfü axını zəminində cinayət törətməsini, İİ dərəcəli əlil olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, dəymiş ziyanın ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 04 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Astara RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd göy rəngli köynək məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 04 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Astara RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd göy rəngli köynək məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-471/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-471/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver