Məhkəmə qərarları › İş №1(099)-472/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-472/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-472/2024 27.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, F.Eynullayev küçəsi, ev 13-də qeydiyyatda olmaqla Şirvan şəhəri, Əzizbəyov küçəsi, ev 37-də yaşamış, 21 dekabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 4(032)-327/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Şirvan Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 4(032)- 91/2024 nömrəli qərarı ilə həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə uzadılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan mənbədən, tarixdə və vaxtda külli miqdarda-6,909 qram psixotrop maddə metamfetamini əldə edib 8 ədəd bükümə ayırmaqla, 0,335 qramını üzərində daşımaqla, qalan 6,574 qramını isə yaşadığı Şirvan şəhəri, M.Əzizbəyov küçəsi, ev 37-də yerləşən fərdi yaşayış evində saxlamış, 21 dekabr 2023-cü il tarixdə saat 10:00-da Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Əzizbəyov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib saat 12:25-dən saat 13:05-dək olan müddət ərzində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarının sol yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen bükümdə təmiz çəkisi-0,335 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin tarixdə saat 14:55-dən saat 15:45-dək olan müddət ərzində yaşadığı Şirvan şəhəri, M.Əzizbəyov küçəsi, 37-də yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq dəstinin üzərindən rəngli qutunun içərisindən 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,307 qr, 0,300 qr, 0,309 qr, 0,250 qr, 0,259 qr, 0,305 qr, 4,844 qr, ümumi çəkisi-6,574 qram eyni tərkibli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə deyil özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bildiyini demişdir. Üzərindən aşkar olunan psixotrop maddə metamfetamin özünə məxsusdur, evində isə 01 bükümdə 6 qram psixotrop maddə metamfetamin olmuşdur. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini, evindən aşkar olunan psixotrop maddə metamfetamindən götürmüşdür. Evindən aşkar olunan psixotrop maddə metamfetamini hissələrə bölməmiş, həmin metamfetaminin kim tərəfindən hissələrə bölünməsini bilməmişdir. Psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün almışdır. İbtidai istintaq zamanı da metamfetamini İran İslam Respublikası vətəndaşından öz istifadəsi üçün aldığını demişdir. Metamfetamini 17 dekabr 2023-cü il tarixdə Bakı şəhərindən alaraq gətirmiş, lakin 21 dekabr 2023-cü ildə tutulmuşdur. Kiməsə metamfetamin satmamışdır, ibtidai istintaq zamanı da narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olduğunu deməmişdir. Polis şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulduğunu ona demişdilər. Evindən aşkar olunmuş 2 (iki) ədəd tərəzi ona məxsus olmamışdır. Hər dəfə metamfetamindən istifadə edən zaman hansı miqdarda metamfetamindən istifadə etməsini bilməmişdir. Yaşadığı evdən aşkar olunmuş 1 ABŞ dolları və lampa özünə məxsusdur, ancaq siqaretlər özünə məxsus deyildir. İbtidai istintaqı aparan müstəntiq də ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, metamfetamini Bakı şəhərindən almışdır. Aldığı 01 büküm metamfetamin evindən aşkar olunmuşdur. Polis əməkdaşları evinə girərək onu saxlamışlar. Metamfetamin evində divanın altında olmuşdur. Metamfetaminin kim tərəfindən hissələrə bölünməsini bilməmişdir. İki azyaşlı uşağı vardır. Polis əməkdaşları evə girən zaman evdə tək olmuş və azyaşlı uşaqlarına baxmışdır. Arvadı həmin vaxtı nənəsigildə olmuşdur. Polis şöbəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ifadə verməmiş, həmin ifadəni yalnız ittiham aktında oxumuşdur. İfadəsində psixotrop maddə istifadəçisi olduğunu demişdir. Polis şöbəsində verdiyi ifadəsini oxumadan imzalamışdır. Cinayət işinin materiallarında olan ifadələrindəki imzalar özünə məxsusdur. Evindən aşkar olunmuş 02 ədəd elektron tərəzi özünə məxsus olmamışdır. Məhkəmə iclası zamanı ona təqdim olunan elektron tərəzi evindən aşkar olunmuş tərəzilərdir. Tərəzilərin kim tərəfindən evinə qoyulmasını bilməmişdir. Polis şöbəsində heç kim onu döyməmiş, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər ruhiəsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə olunmamış, əvvəllər məhkum olunmamışdır və hal-hazırda işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, uzun müddətdir psixotrop maddələrdən istifadə edir və Şirvan şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. 2023-cü ilin avqust ayında «Tik-tok» sosial şəbəkəsində İran islam Respublikasının vətəndaşı Əvəz adlı şəxslə tanış olmuş, «Tik-tok» sosial şəbəkəsində Əvəzlə danışan zaman sonuncu ona psixotrop maddələrin satışı ilə məşğul olduğunu, ona da pul qarşılığında psixotrop maddə sata biləcəyini demişdir. O, da psixotrop maddələrin satışı ilə məşğul olduğu üçün Əvəzlə «WhatsApp» ani mesajlaşma programı ilə tez-tez danışmağa başlamış, aralarında olan razılaşmaya uyğun olaraq o, Əvəzin dediyi, hazırda nömrələrini xatırlamadığı plastik kart hesabına 700 manat pul göndərmişdir. 17 dekabr 2023-cü il tarixində Əvəz «WhatsApp» ani mesajlaşma proqramında ona mesaj yazaraq ona göndərdiyi 700 manat pulun qarşılığında Bakı şəhəri, Yasamal rayonu «Alatava» adlanan ərzazidə yolun kənarında olan zibil qabının yanında içərisində 20 qram psixotrop maddə metamfetamin qoyulmuş sellofan torba olmasını bildirmişdir. Bundan sonra Əvəz həmin yerin dəqiq koordinatlarını ona «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə göndərmişdir. 17 dekabr 2023-cü il tarixdə o, qeyd olunan yerə getmiş və Əvəzin ona dəqiq koordinatlarını göndərdiyi zibil qabının yanından sellofan torbanı götürmüş və onu yaşadığı Şirvan şəhəri, Əzizbəyov küçəsi, ev 37 ünvanında yerləşən evinə gətirmişdir. Evdə sellofan torbanın içərisində olan psixotrop maddə olan metamfetamini çəkən zaman onun çəkisinin 20 qram olması məlum olmuş, bundan sonra həmin psixotrop maddə olan metamfetamini yaşadığı evdə gizlətmiş və Şirvan şəhərində tanıdığı şəxslərə satmağa başlamışdır. 21 dekabr 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Şirvan şəhəri, Əzizbəyov küçəsində yerləşən evinin yaxınlığında küçədə piyada gəzdiyi vaxt onun üzərində 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olmuş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə Şirvan ŞPŞ-yə gəlmişdir. Polis şöbəsində olarkən hüquqlarının müdafiəçi üçün ona vəkillərin siyahısı təqdim olunmuş, o, da həmin siyahıdan müdafiəçi X1. X9 gəldikdən sonra ona hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı, axtarışın videomüşahidə vasitəsi ilə aparılacağı və buna etirazının olubolmadığı soruşulduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə, polis əməkdaşı tərəfindən ona üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməsi təklif edilmişdir. O, da həmin vaxt əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxararaq təqdim etmiş, həmin 01 ədəd büküm açılıb içərisinə baxıldıqda içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğulara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan kütlə psixotrop maddə metamfetamindir, qalan hissəsini evində saxlamışdır. Bundan başqa üzərindən başqa heç bir qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə aşkar olunmamışdır. Sonra vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunmuş kütlə müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, o, həmin protokol ilə tanış olaraq orada imza etmiş, ondan başqa vəkil və polis əməkdaşları da həmin protokola imza etmişlər. Bundan başqa, 21 dekabr 2023-cü il tarixdə, onun, müdafiəçinin, polis əməkdaşlarının iştirakları ilə yaşadığı ünvan 1 ünvanda baxış keçirilmiş, baxış zamanı yaşadığı fərdi yaşayış evində olan yataq dəstinin üzərində olan kağız qutunun içərisindən 02 ədəd elektron tərəzi və həmin qutuya bitişik balaca kağız qutunun içərisindən 07 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin 02 ədəd elektron və 07 ədəd bükümdə olan kütlə ona məxsus olmuş, İran vətəndaşı Əvəz adlı şəxsdən 700 manat pul müqabilində almışdır. Sonra vəkil və polis əməkdaşlarının iştirakı ilə aşkar olunmuş 07 ədəd bükümdə olan kütlə və 02 ədəd elektron tərəzi müvafiq qaydada qablaşdırılmış, daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş o, həmin protokol ilə tanış olaraq orada imza etmiş, ondan başqa vəkil və polis əməkdaşları da həmin protokolda imza etmişlər. Bundan başqa o, bildirmişdir ki, qısa müddətdir ki, narkotik vasitələrin və psixotrop maddələrin satış ilə məşğul olmuş, həmin 08 bükümdə psixotrop maddə metamfetamini İran vətəndaşı Əvəz adlı şəxsdən 700 manat pul müqabilində almış, həmin iki ədəd elektron tərəzi vasitəsi ilə narkotik vasitələri və psixotrop maddələri çəkmək üçün istifadə etmiş, Şirvan ŞPŞ-yə gətirildikdən sonra ona müdafiəçi təyin olunmuş, Şirvan ŞPŞ-də ona heç bir fiziki və mənəvi təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs ilkin izahatında və şübhəli şəxs qismində verdiyi ifadəsində də Şirvan şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu demişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində və yaşadığı ünvanda narkotik vasitələrin və psixotrop maddələrin saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 21 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Şirvan ŞPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 ilə birlikdə Şirvan şəhəri, Əzizbəyov küçəsinə gedərək Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs əvvəl getmək istəməsə də sonradan onların təkliflərini qəbul etmiş və onlarla birlikdə ŞPŞ-yə getmişdir. ŞPŞ-də Təqsirləndirilən şəxs vəkil seçmiş, vəkil gəldikdən sonra üzərində videoçəkliş ilə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxararaq təqdim etmiş, həmin 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 01 ədəd sellofan bükümdə olan kütlə psixotrop maddə metamfetamindir, həmin maddəni «Tik-tok» sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından aldığı 20 qram metamfetamindən ayıraraq üzərində saxladığını, qalan psixotrop maddəni isə yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq götürülmüş, tərtib olunan protokol imzalanmışdır. Həmin tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana baxış keçirilmiş, fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağında olan yataq dəstinin üzərində qutunun içərisindən 07 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 02 ədəd elektron tərəzi, həmçinin 02 ədəd lampa, 15 ədəd siqaret dənəsi, 02 ədəd bank kartı, 01 ədəd bükülmüş 1 ABŞ dolları pul əskinazı və 02 ədəd alışqan aşkar olunmuşdur. Aşkar edilmiş 07 ədəd bükümdə olan kütlə, 02 ədəd elektron tərəzi və aşkar edilmiş digər əşyalar qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman maddi imkanı zəif olduğu üçün narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu özü etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs kiməsə psixotrop maddə satmasını realizə edə bilməmişlər. Təqsirləndirilən şəxs yaşadığı küçədə, təxminən evindən bir-iki ev aralıda saxlamışlar. Təqsirləndirilən şəxs yaşadığı evdən, çox küçəyə çıxan olmamışdır. Təqsirləndirilən şəxs tutulmamışdan təxminən 2 ay əvvəl narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmağa başlamışdır. Dindirilmiş Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermiş, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu özü etiraf etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 2 (iki) ədəd tərəzi, onun özünə məxsus olmuşdur. Aşkar olunmuş metamfetamin hissələrə bölünmüş vəziyyətdə olmuşdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında» 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə, saat 10:00-da Şirvan şəhəri, Əzizbəyov küçəsində yaşadığı evin yaxınlığında hərəkət edərkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan boz rəngli idman şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evinə baxış keçirilən zaman oradan 07 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 02 ədəd elektron tərəzi, 15 ədəd fərqli növdən siqaret dənələri, 02 ədəd lampa və 01 ədəd bükülmüş 1 ABŞ dolları pul əskinazı aşkar olunaraq götürülməsi faktı əsasında Şirvan ŞPŞ-nin Təhqiqat bölməsində toplanmış ilkin araşdırma materialları əsasında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır.(i.v. 1-55) -Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən Şirvan ŞPŞ-nin rəisinə ünvanlanmış 21 dekabr 2023-cü il tarixli «raport»dan görünür ki, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə qanunsuz yolla əldə etdiyi narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur.(i.v. 4) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 21 dekabr 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:55-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.29) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 21 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet, döyüş sursatı və ya başqa qanunsuz hər hansı bir əşya olduğu halda onları könüllü surətdə təqdim olunması təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində psixotrop maddə olan metamfetamin var. Daha sonra şübhəli şəxsin Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadı. Elektron tərəzi vasitəsilə həmin psixotrop maddəyə bənzər kütlə çəkilən zaman onun çəkisinin 0,36 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddəni kimdən və haradan əldə etməsi soruşulduqda bildirmişdir ki, o, 17 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda «Tik-tok» sosial şəbəkəsində tanış olduğu, özünü ona İran İslam Respublikasının vətəndaşı Əvəz kimi təqdim edən şəxsdən 20 qram psixotrop maddə olan metamfetamin almasını, onun bir qədərini üzərində saxlamasını bildirmişdir. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd sellofan büküm götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlaması barədə soruşulduqda bildirmişdir ki, yaşadığı ünvan 6 ünvanında psixotrop maddə metamfetamini qanunsuz olaraq saxlayır.(i.v.33-35) -Təqsirləndirilən şəxs tərəfindən Şirvan ŞPŞ-nin rəhbərliyinə ünanlanmış 21 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, 21 dekabr 2023-cü il tarixdə yaşadığı Şirvan şəhəri, Əzizbəyov küçəsində yerləşən fərdi yaşayış sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir.(i.v.38) -«baxış keçirilməsi haqqında» 21 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Əzizbəyov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin yataq dəstinin üzərində qutunun içərisindən 07 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 02 ədəd elektron tərəzi, 02 ədəd lampa, 15 ədəd siqaret dənəsi, 02 ədəd bank kartı, 01 ədəd bükülmüş 1 ABŞ dolları pul əskinazı və 02 ədəd alışqan aşkar olunaraq götürülmüşdür.(i.v.39-43) -«məhkəmə kimyəvi ekspertizası»nın 21 dekabr 2023-cü il tarixli, 18/1136 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs... üzərindən...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,335 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində: «...Təqsirləndirilən şəxs yaşadığı...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 07 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrlıqda təmiz çəkiləri-0.307 qram, 0,300 qram, 0.309 qram, 0,250 qram, 0,259 qram, 0,305 qram. 4.844 qram, ümumi çəkisi-6,574 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs yaşadığı ünvandan...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 02 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş üzərində: «...Təqsirləndirilən şəxs yaşadığı ünvandan...» sözləri yazılmış və imzalar olan kağız paketdəki: 02 ədəd şüşə lampadan düzəldilmiş qəlyan»-ın, 01 ədəd içərisində izlər olan «1 dolar»-lıq pul əskinazından düzəldilmiş borucuğun içərisində və 10 ədəd siqaret filterində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikohissəcikləri normal çəki təşkl etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. 15 ədəd siqaret dənəsinin 14 ədədinin içərisində olan kütlə narkotik vasitələrə aid deyildir, birinin içərisi boşdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm, yaşadığı evdən aşkar olunmuş 07 büküm, cəmi 08 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata sərf edildi-0,4 qr (hər ob- 0,05 qr), qalıq-6,509 qram.(i.v.50-54) -«cinayət işi üzrə əməlin tövsif edilməsi barədə» 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunmuşdur.(i.v.63-64) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Şirvan Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 4(032)-327/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahat verərək bildirmişdir ki, özünü qismən təqsirli bilir, əvvəllər məhkum olunmamışdır. Satıb pul qazanmaq istəmədiyini, ancaq narkotik vasitədən istifadə etdiyini bildirmişdir. 21 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Əməlindən peşmandır, həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir.(i.v.66-67, 85-89) -Şirvan Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 5(032)-359/2023 nömrəli qərarından görünür ki, müraciət qismən təmin edilmişdir. Şirvan ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» 21 dekabr 2023-cü il tarixli qərarında nəzərdə tutulmuş ünvan 6 ünvanında yerləşən «fərdi yaşayış evinə qanunvericlikdə nəzərdə tutulmuş qaydada baxış keçirilməsi» hissəsində qanuni hesab edilmişdir.(i.v.106-107) -«Şirvan Şəhər Mərkəzi Xəstəxanası» X10 verilmiş 15 yanvar 2024-cü il tarixli, 18-1- 35/2-50/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur.(i.v.109) -«ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 27 yanvar 2024-cü il tarixli, 506 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.140-141) -«sübutların qiymətləndirilməsi haqqında» 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, 21 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvandan və üzərindən aşkar edilmiş 08 ədəd bükümdə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra 6,509 qram qalığı, 02 ədəd elektron tərəzi, 02 ədəd lampa, 15 ədəd siqaret dənəsi, 02 ədəd bank kartı, 01 ədəd bükülmüş 1 ABŞ dolları pul əskinazı maddi sübut kimi tanınmış, saxlanılması üçün Şirvan Şəhər PŞ-nin saxlanc anbarına verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə aparılması haqqında» istintaq hərəkəti icra edilərkən aparılmış videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Əzizbəyov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə «baxış keçirilməsi» istintaq hərəkəti icra edilərkən aparılmış videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmışdır.(i.v.154-161) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən və yaşadığı evindən aşkar olunmuş psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmaması, psixotrop maddə metamfetamindən özü üçün istifadə etməsindən ötrü üzərində və evində saxlaması, metamfetamini hissələrə özünün bölməməsi, 2 (iki) ədəd tərəzinin özünə məxsus olmaması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndinə əsasən metamfetamin isə psixotrop maddə hesab edilir. Siyahılara əsasən metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-6,909 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, həmin çəkidə psixotrop maddə metamfetamini 08 ədəd bükümə ayırması, 0,335 qramını üzərində daşıması, 0,307 qram, 0,300 qram, 0,309 qram, 0,250 qram, 0,259 qram, 0,305 qram, 4,844 qram, ümumi çəkisi-6,574 qramı yaşadığı Şirvan şəhəri, M.Əzizbəyov küçəsi, ev 37-də yerləşən fərdi yaşayış evində saxlaması, həmin maddələri çəkmək üçün evində 2 (iki) ədəd işlək vəziyyətdə elektron tərəzi saxlaması, evində axtarış keçirilən zaman aşkar edilib qablaşdırılaraq götürülməsi, «məhkəmə kimyəvi ekspertizası»nın rəyinə əsasən 2 (iki) ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri olması psixotrop maddələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütlələri satış məqsədi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə və evindən aşkar edilmiş ayrı-ayrı bükümlərə bükülmüş psixotrop maddə metamfetaminə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Belə ki, cinayət işinin materiallarında olan Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən Şirvan ŞPŞ-nin rəisinə ünvanlanmış 21 dekabr 2023-cü il tarixli «raport»dan görünür ki, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə qanunsuz yolla əldə etdiyi narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları da Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, Təqsirləndirilən şəxs özü saxlanılan zaman da narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu etiraf etdiyini bildirmişlər. Təqsirləndirilən şəxs ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Şirvan şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu deyərək etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş üzərində psixotrop maddə metamfetaminin izləri olan 2 (iki) ədəd elektron tərəziyə baxış keçirən zaman həmin elektron tərəzilərdən birinin işlək vəziyyətdə olması, digər elektron tərəzinin isə işlək vəziyyətdə olmaması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Əzizbəyov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə «baxış keçirilməsi» istintaq hərəkəti icra edilərkən aparılmış videogörüntü məhkəmə istintaqı zamanı nümayiş etdirilən zaman məhkəmədə işləmədiyi müəyyən olunan elektron tərəzinin qablaşladırılan zaman zərfin içərisində ekran işğının yandığı müəyyən olunmuşdur. Məhkəmə istintaq zamanı müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-6,909 qram psixotrop maddə metamfetamini əldə edib, həmin çəkidə psixotrop maddə metamfetamini 8 ədəd bükümə ayırmaqla, 0,335 qramını üzərində daşımaqla, qalan 6,574 qramını isə yaşadığı Şirvan şəhəri, M.Əzizbəyov küçəsi, ev 37-də yerləşən fərdi yaşayış evində saxlamış, 21 dekabr 2023-cü il tarixdə saat 10:00da Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şivan şəhəri, Əzizbəyov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarının sol yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen bükümdə təmiz çəkisi-0,335 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin tarixdə saat 14:55-dən saat 15:45-dək olan müddət ərzində yaşadığı Şirvan şəhəri, M.Əzizbəyov küçəsi, ev 37-də yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq dəstinin üzərindən rəngli qutunun içərisindən 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,307 qram, 0,300 qram, 0,309 qram, 0,250 qram, 0,259 qram, 0,305 qram, 4,844 qram, ümumi çəkisi-6,574 qram eyni tərkibli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin «X3rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişmə prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və ona əlavə edilmiş videoçəkiliş, «baxış keçirilməsi haqqında» protokol və ona əlavə edilmiş videoçəkiliş, «məhkəmə kimyəvi ekspertizası»nın rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin qalığı, elektron tərəzilər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.93-94) -Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X11 Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 yanvar 2023-cü il tarixli, 160 nömrəli arayış, 07 nömrəli xasiyyətnamədən və işdə olan digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, F.Eynullayev küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşamış, ailəlidir, himayəsində iki azyaşlı uşağı- 15 may 2021-ci il təvəllüdlü Nigar Orucova, 31 dekabr 2022-ci il təvəllüdlü Leyla Orucova adlı qızları vardır və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.12-14, 102-103) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 dekabr 2023-cü il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 4(032)-327/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, «ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 6,509 qram təşkil edən psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzi, 2 (iki) ədəd lampa, 15 (on beş) ədəd siqaret dənəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 2 (iki) ədəd bank kartı, 1 (bir) ədəd bükülmüş 1 ABŞ dolları pul əskinazı hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə aparılması haqqında» istintaq hərəkəti icra edilərkən aparılmış videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Əzizbəyov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə «baxış keçirilməsi» istintaq hərəkəti icra edilərkən aparılmış videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 21 dekabr 2023-cü il tarixdən hesablansın. Şirvan Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 4(032)-327/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi-6,509 qram təşkil edən psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzi, 02 (iki) ədəd lampa, 15 (on beş) ədəd siqaret dənəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs məxsus 2 (iki) ədəd bank kartı, 1 (bir) ədəd bükülmüş 1 ABŞ dolları pul əskinazı hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə aparılması haqqında» istintaq hərəkəti icra edilərkən aparılmış videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Əzizbəyov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə «baxış keçirilməsi» istintaq hərəkəti icra edilərkən aparılmış videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar