Məhkəmə qərarları › İş №1(099)-473/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-473/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-473/2023 04.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X3 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi– Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, vətəndaş Təqsirləndirilən şəxs – xx xxxxxx 1971-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, xx.xx.2023-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2023-cü il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda narkotik vasitə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının ortalarında Lənkəran şəhəri ərazisində, istintaqa dəqiq məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 4 ədəd bükümdə, ayrı-ayrılqda təmiz çəkiləri- 0,583 qram, 0,513 qram, 0,579 qram, 0,619 qram və ümumi təmiz çəkisi- 2,294 qram olub külli miqdar təşkil edən, “tiryək”dən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə “heroini” əldə edərək üzərində saxlamaqla daşımışdır. 23 fevral 2023cü il tarixdə, saat 19:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, M.M.Axund küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi-axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 4 ədəd sellofan bükümlərin içərisindən həmin çəkidə narkotoik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Lənkəran şəhəri Ü.Hacıbəyov küçəsi ev 35-də yaşayır. O, 2014-cü ildə CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş və həbsdən 2015-ci ildən azad edilmişdir. O, həbsdən çıxdıqdan bir müddət sonra narkotik vasitə qəbul etməsə də sonradan qəbul etməyə başlamışdır. O, uzun müddətdir ki, narkotik vasitə olan “heroini” qızdırıb çəkməklə qəbul edir. Onun üzərindən aşkar olunmuş 4 bükümdə narkotik vasitə olan “heroin” ona məxsusdur. O, həmin “heroini” tutulduğu gün gündüz saatlarında “5 saylı orta məktəbin” yaxınlığında təsədüfən rastlaşdığı, ona adının Loğman olduğunu deyən şəxsdən 80 manata şəxsi istifadəsi üçün almışdır. 23 fevral 2023-cu il tarixdə, saat 19 radələrində Lənkəran şəhəri, M.M.Axund küçəsi ilə evinə tərəf gedərkən küçədə 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların polis əməkdaşı olduğunu bilmişdir. Bundan sonra, həmin şəxslərdən biri ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onu avtomaşınla Lənkəran şəhərində yerləşən Lənkəran polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, “şübhəli şəxs” qismində tutularaq, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt, şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsini bildirmişdir. Bu təklifdən sonra o, əynindəki şalvarının sol yan cibində gizlətdiyi 4 ədəd selofan bükümdə olan “heroini” çıxarıb təqdim edərək bükümlərin içərisində narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. O, təqdim etdiyi 4 ədəd bükümlərə təhqiqatçı tərəfindən baxış keçirildikdə bükümlərin içərisində “heroin” aşkar edilmişdir. Sonra təhqiqatçı tərəfindən “heroin” bükümləri elektron tərəzidə çəkildikdə “heroin”in çəkisi 2,45 qram olmuşdur. Sonra həmin “heroin” zərfə qoyularaq, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalamışlar. O, törətdiyi əmələ görə peşmandır. Polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolun məzmunu ucadan oxunduqda doğru bilib imzalarla təsdiq etmişlər.o, bildirir ki, Loğman adlı şəxslə “5 saylı orta məktəbin” yaxınlığında təsədüfan rastlaşmışdır. Həmin şəxs ona adının Loğman olduğunu demişdir. Onun konkret olaraq hansı ünvanda yaşadığını və ad soyadını dəqiq bilmir. O, həmin “heroini” şəxsi istifadəsi üçün almışdır. O, “heroin”dən heç kəsə satmamış və heç kəsədə istifadə etmək üçün verməmişdir. O, mobil telefondan istifadə etmir. Polis əməkdaşları tərəfindən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Onun heç bir ciddi və psixi xəstəliyi yoxdur. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, 23 fevral 2023-cu il tarixdə, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla arasında heç bir münasibəti olamamışdır. O, Təqsirləndirilən şəxs barəsində daxil olmuş həmin məlumat barədə polis şöbəsinin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 23 fevral 2023-cü il tarixdə şöbənin rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Həmin vaxt, əməliyyat qrupuna polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və PPXB-nin polis nəfəri, polis serjantı X2 da cəlb edilmişlər. Polis Şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. 23 fevral 2023-cü il tarixdə, saat 19:40-da Təqsirləndirilən şəxs onlar tərəfindən Lənkəran şəhəri, M.M.Axund küçəsində saxlanılmışdır. Həmin vaxt, ona özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirilmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə onun tərəfindən polis şöbəsinin rəisinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinin təhqiqatçısı polis baş leytenantı Emil Baxışov tərəfindən “şübhəli şəxs” qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə polis nəfəri Mehti Zeynallı tərəfindən aparılan video çəkilişlə onun üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsiaxtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt, Təqsirləndirilən şəxs da əynində olan cins şalvarının sol yan cibindən 4 ədəd sellofan bükümü çıxardıb təqdim edərək bükümlərin içərisində olan “heroin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı təqdim etdiyi bükümə baxış keçirəndə bükümün içərisində “heroin”ə bənzər maddə aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsla sorğu-sual edildikdə o, təhqiqatçıya həmin büküm ona məxsus olduğunu, həmin bükümləri tutulduğu gün 5 saylı orta məktəbin yaxınlığında Loğman adlı şəxsdən 80 manata alaraq şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə çəkisi- 2,45 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs aşkar olunmuş həmin “heroin” zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfində şəxsiaxtarış keçirilsədə onun üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs oxunmuşdur. Protokola iştirakçılar tərəfindən heç bir irad, təklif deyilməmiş, protokolun məzmunu doğru bilinib imzalarla təsdiq edilmişdir. Şəxsi-axtarış zamanı polis nəfəri Mehti Zeynallı tərəfindən aparılmış videoçəkiliş 1 ədəd “DVD” diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Təqsirləndirilən şəxs əldə etdiyi narktoik vasitənin mənbəsini müəyyən etmək mümkün olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə CAB-nə məlumat daxil olmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş, CAB-nin əməliyyat müvəkkili Şahid2 oğu da əməliyyat müvəkkili Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işinin materiallarında olan, şəxsi-axtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 4 ədəd bükümdə narkotik vasitə olan “heroin” aşkar edilərək götürlür. O, həmin narkotik vasitənin “heroin” olmasını və özünə məxsus olduğunu təsdiq edir. Cinayət işinin materiallarında olan, məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2023-cü il tarixli, 19/227 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri -0,583 qram; -0,513 qram, -0,579 qram, -0,619 qram, ümumi təmiz çəkisi -2,294 qram olan maddə “tiryək”dən kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”dirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş, ambulator məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2023-cü il tarixli, 224 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Lənkəran şəhər Psixatriya xəstəxanasına edilmiş sorğu nəticəsində Qasımov X1 şəhər Psixatriya xəstəxanasında qeydiyytda olmadığı müəyyən edilmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2,294 qram çəkidə narkotik vasitə olan “heroini” əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə tədbirlər görülərək müvafiq istiqamətdə əməliyyat-axtarış tədbirləri görülməsi üçün Lənkəran ŞRPŞ-nin CAB-nə tapşırıq verilmişdir. Daxil olmuş raportda göstərilmişdir ki, keçirilmiş tədirlərlə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan “heroin”in mənbəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narktoik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar öz təsdiqini tapmamışdır. Bu barədə CAB-na Təqsirləndirilən şəxs narktoik vasitlərin satışı ilə məşqul olması barədə hər hansı bir təsdiqedici məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 23 fevral 2023-cü il tarixdə, saat 19:55-də istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 25 fevral 2023-cü il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, yaşayış üzrə verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xasiyyətləndirilimişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Qasımov X1 Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 10 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə deyil özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Təqsirləndirilən şəxs gətirdiyi dəlillərin istintaq zamanı yoxlanılması göstərir ki, onun üzərindən aşkar olunaraq götürülmüş “heroin”in ümumi çəkisi- 2,294 qram, yəni qanunverciliyə əsasən külli miqdar olması Təqsirləndirilən şəxs göstərdiyi dəlilləri təkzib edir. Ona görə də iş üzrə Təqsirləndirilən şəxs istintaq zamanı gətirdiyi dəlillər özünü müdafiə kimi qiymətləndirilərək əsassız olduğuna görə rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsi özünün cinayəti qismən etirafedici ifadələri, şahid ifadələri, maddi sübut, şəxsi axtarış və götürmə protokolu, həmin protokola əlavə edilmiş “DVD” disk, ilkin təhqiqat materialları, məhkəmə-narkoloji və məhkəməkimyəvi ekpertizaların rəyləri, maddi sübut və rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs Balakşi oğlunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdəki qalıq çəkisi- 2,134 qram narkotik vasitə olan “heroin” məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Təqsirləndirilən şəxs Balakşi oğlunun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyərinə görə 65 (altmış beş) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs Balakşi oğlunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdəki qalıq çəkisi- 2,134 qram narkotik vasitə olan “heroin” məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Təqsirləndirilən şəxs Balakşi oğlunun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyərinə görə 65 (altmış beş) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. X4 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkum Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar