Məhkəmə qərarları › İş №1(099)-474/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-474/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-474/2023 31.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkid Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı ildə Sabirabad rayonu Aleksandrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 4700 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib idarə etdiyi “VAZ-21154 minik” markalı, **-RN-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 03 dekabr 2022-ci il tarixdə saat 12 radələrində həmin avtomobili Sabirabad rayonu ərazisində idarə edərkən yol hərəkəti qaydalarını pozması səbəbindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti alayının 12-cı taqımının əməkdaşları tərəfindən saxlanılaraq idarə etdiyi avtomobillə Sabirabad rayonu Nizami kəndi ərazisində yerləşən 729 saylı posta dəvət edilib avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 01 ədəd sintetik torbada 4700 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1220,330 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib, 5,330 qramını bir ədəd kibrit qutusunda qablaşdırıb, üzərində saxlamaqla daşımış, qalan 1215 qramını isə iki ədəd sellofan torbalarda qablaşdırıb yaşadığı Sabirabad rayonu Şəhriyar kəndində yerləşən fərdi yaşayış evində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:40-da Sabirabad rayonu, Şəhriyar kəndində saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilən zaman 5,330 qram narkotik vasitə qurudulmuş marixuana bir ədəd kibrit qutusunda olmaqla əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra isə 21 fevral 2023-cü il tarixdə saat 01:30-da Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən 1215 qram, külli miqdarda və eyni tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 610 qram və 605 qram olmaqla iki ədəd sellofan bağlamalarda və bir ədəd elektron tərəzi evin yataq otağından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilərək göstərdi ki, onun bağ sahəsində yabanı halda bitmiş çətənə bitkilərini yığıb qurutmaqla qurudulmuş marixuana əldə etmişdir. Lakin həmin marixuana keyfiyyətsiz olduğuna görə 03 dekabr 2022-ci il tarixdə marixuananı avtomobilinə qoyaraq atmaq məqsədi ilə apardığı zaman polis işçiləri tərəfindən saxlanılmış və qurudulmuş marixuana avtomobilində aşkar olunmuşdur. Həmin məsələ ilə bağlı olaraq barəsində cinayət işi başlansa da, sonradan azadlığa buraxılmışdır. Azadlıqda olduğu müddətdə bağ sahəsindən yenidən çətənə bitkilərini toplayaraq qurutmuş və yaşadığı evə gətirmişdir. Qurudulmuş marixuananın az hissəsini isə üzərində saxlamışdır. 21 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmaqla Sabirabad rayon polis şöbəsinə aparılmışdır. Üzərində şəxsi axtarış aparılan zaman qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra isə yaşadığı evdə polis işçiləri tərəfindən axtarış aparılarkən evdə saxladığı qurudulmuş marixuana və elektron tərəzi aşkar olunmuşdur. Lakin onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. Öz istifadəsi üçün əldə etmiş və saxlamışdır. Şəxsi təsərrüfatfnda olan göldə balıq yetişdirməklə məşğul olmuş və balıq satışından əldə etdiyi 6710 manat məbləğində pul da 21 fevral 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılarkən götürülmüşdür. Özünə məxsus avtomobili girov qoymaqla faizə pul götürmüşdür. Həmin pulu avtomobilini girovluqdan çıxarmaq üçün toplayıb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, təxminən 20 ildir narkotik vasitədən istifadə edir. Sabirabad rayonu Şəhriyar kəndində özünə məxsus balıq gölü vardır və orada müxtəlif balıqlar yetişdirərək satmaqla məşğul olmuşdur. 2022-ci ilin sentyabr ayında yaşadığı kəndin yaxınlığından keçən su kollektorunun kənarında özünə məxsus göl sahəsinə tərəf piyada gəzən zaman yol kənarında 06 ədəd yabanı şəkildə bitmiş narkotik tərkibli çətənə bitkilərinin olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bitkilərin çətənə bitkisi olduğunu bilmiş və həmin çətənə bitkilərinin köklərini torpaqdan çıxarmaqla bitkilərin hissələrini özü ilə gətirdiyi sintetik torbaya yığmışdır. Daha sonra yığdığı çətənə kollarından bir qədərini siqaretə doldurmaqla çəkdikdən sonra həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasından əmin olmuşdur. Daha sonra həmin bitkinin hissələrini gələcəkdə istifadə etmək üçün özündə saxlamışdır. Bundan sonra həmin bitkinin hissələrini yığdığı sintetik torbanı özü ilə götürmüş və yaşadığı evə apararaq evində olan otaqda gizlətmişdir. Çətənə bitkisinin hissələrini qurutmuş, daha sonra isə vaxt keçdikcə həmin qurudulmuş marixuanadan siqaretə doldurub çəkməyə başlamışdır. Bir müddət sonra həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən aşkar olunmasından qorxduğu üçün, həmin sintetik torbanı idarə etdiyi “VAZ 21015” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq başqa yerdə gizlətmək məqsədilə avtomobili Sabirabad rayonu Şəhriyar kənd yolunda idarə etməyə başlamışdır. 03 dekabr 2022-ci il tarixdə saat 12 radələrində idarə etdiyi avtomobillə kənd ərazisində özünə məxsus balıq gölünə tərəf hərəkət edərkən avtomobilin dövlət nömrə nişanı üzərində olmadığına görə yol polisi tərəfindən saxlanılmış və yaxınlıqda yerləşən 729 saylı stasionar posta aparılmışdır. Orada barəsində protokol tərtib olunmuş, sərxoşluğu yoxlanılmışdır. Sonra isə polis işçiləri avtomobilin dövlət nömrə nişanının harada olmasını soruşduqda o, avtomobilin dövlət qeydiyyat nişanını yük yerinə qoyduğunu bildirmişdir. Yol patrul xidmətinin əməkdaşları ondan həmin dövlət qeydiyyat nişanını təqdim etməyini xahiş etmişlər. Avtomobilin yük yerini açmış və orada olan dövlət qeydiyyat nişanını yol patrul xidməti əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt yol patrul xidmətinin əməkdaşları avtomobilin yük yerində 01 ədəd sintetik torbada olan narkotik vasitə qurudulmuş marixuananın olduğunu görmüş və bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat vermişlər. Şöbənin əməkdaşları oraya gəlmişlər. Hal şahidlərinin və onun özünün iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Bundan başqa yetişdirdiyi narkotik xassəli çətənə kollarının hissələrini toplayıb qurutmuş, narkotik vasitənin bir hissəsini elə balıq təsərrüfatı ilə məşğul olduğu ərazidə qaldığı evdə saxlamış, bir hissəsini isə idarə etdiyi avtomobildə saxlamışdır. 2022ci ilin dekabr ayında avtomobilində qurudulmuş marixuana aşkar olunması ilə əlaqədar olaraq barəsində cinayət işi başlanılmış, bir müddət həbsdə olsa da, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməklə yenidən azadlığa buraxılmışdır. 2022-ci ilin dekabr ayında tutulduğu zaman yaşadığı evə baxış keçirilmədiyi üçün evdə saxladığı narkotik vasitə aşkar edilməmiş, azadlıqda olduğu müddətdə ondan istifadə etmişdir. 20 fevral 2023-cü il tarixdə evində saxladığı narkotik vasitə qurudulmuş marixuanadan öz istifadəsi üçün bir kibrit qutusuna doldurub üzərində saxlamışdır. Həmin gün saat 22:40 dəqiqədə Sabirabad rayonu, Şəhriyar kəndində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, müdafiəçi ilə təmin edilmiş, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmağa başlanılmışdır. Bu zaman ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunmuşdur. O, əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Qutuya baxış keçirilərkən oradan qurudulmuş marixuana aşkar edilmişdir. Sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı “İphone” markalı mobil telefon, özünə aid şəxsiyyət vəsiqəsi, 6710 manat pul, bir ədəd açar aşkar olunmuşdur. Təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilərək qablaşdarılmış və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Sorğu zamanı aşkar olunmuş qurudulmuş marixuananın özünə məxsus olduğunu, marixuananı yaşadığı evin həyətyani sahəsində yetişdirdiyi çətənə kolundan əldə etdiyini, tanışlarına narkotik vasitə satdığını və bağışladığını, həmçinin Sabirabad rayonu Şəhriyar kəndində yaşadığı fərdi yaşayış evində də qurudulmuş marixuana olduğunu və evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər. Evə baxış keçirilərkən yataq otağındakı masanın üzərində olan bir ədəd elektron tərəzini, iki ədəd sellofanda olan narkotik vasitə qurudulmuş marixuanaları təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra elektron tərəzi ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımın baş inspektoru, Şahid7 ifadəsində göstərdi ki, 03 dekabr 2022-ci il tarixdə Yol Patrul Xidməti Alayının 12-ci tağımın baş inspektoru Şahid6 və 12-ci tağımın komandiri Şahid8la 729 saylı postda xidmət apardıqları zaman “VAZ 2115” markalı, avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması və avtomobilin üzərində qeydiyyat nömrə nişanları olmaması səbəbindən avtomobili saxlamışlar. Sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozduğundan posta gətirilmiş və barəsində inzibati qaydada protokol tərtib olunmuşdur. Sürücü avtomobilin qeydiyyat nişanının avtomobilin yük yerində olduğunu bildirdiyindən yük yerinə baxarkən orada torbada narkotik vasitəyə oxşar kütlənin olmasını görmüşlər. Ona görə də bu barədə X5 şöbəsinə məlumat verilmişdir. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları və müstəntiq posta gəlmişlər. Hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 01 ədəd sintetik torbada qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmçinin orada avtomobilə məxsus dövlət qeydiyyat nişanı aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş 01 ədəd sintetik torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə sintetik kisəyə yığılaraq qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar edilmiş çətənə bitkilərini özünun istifadəsi üçün saxladığını bildirmiş, bundan sonra aşkar baxışın keçirilməsinə dair protokol tərtib olunmaqla ucadan oxunmuş, protokol düzgün yazıldığı üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Baş X6 İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımın inspektoru Şahid6 da Şahid7la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, 03 dekabr 2022-ci il tarixdə Sabirabad rayonu ərazisində, Hacıqabul-Bəhrəmtəpə avtobobil yolunda yerləşən 729 saylı yol polisi postunda saxlanılmış, Təqsirləndirilən şəxs məxsus “VAZ 2115” markalı avtomobilə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı avtomobilin yük yerindən bir ədəd sintetik torbada xeyli miqdarda qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 20 fevral 2023-cü il tarixdə Sabirabad rayonu Şəhriyar kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Sabirabad rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirləri həyata keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Şəhriyar kəndində olması barədə məlumat daxil olduğundan həmin gün Sabirabad rayonuna getmişlər. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Sabiradan rayonu Şəhriyar kəndində yaşadığı evində olması barədə məlumat daxil olmuşdur. Həmin gün saat 22:40-da qeyd olunan ünvanda olan zaman piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlamışlar. Ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını bildirməklə rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, üzərində videoçəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Bundan əlavə onun üzərində mobil telefon, pul, şəxsiyyət vəsiqəsi və açar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddələri yaşadığı evin həyətindən yetişdirdiyi narkotik tərkibli bitkilərdən əldə etdiyini, tanıdığı şəxslərə narkotik vasitələrdən verdiyini və yaşadığı evdə də həmin maddələrdən olduğunu deyərək evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Daha sonra videoçəkiliş dayandırılmaqla hərkəsə nümayiş etdirilmiş, sonda bu barədə protokol tərtib olunmuş, protokol düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini qeyd edərək, bu barədə ərizə yazmış və yaşadığı evə getmişlər. Oraya çatan zaman evin qarşısında dayanan şəxsiyyəti sonradan onlara məlum olan Şahid3 müşahidə edilmiş və onun da iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış başlanılmışdır. Bu zaman təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əşya varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs evin yataq otağında narkotik vasitə marixuana olduğunu bildirərək, onları yataq otağına dəvət etmiş, yataq otağına daxil olan zaman orada olan masanın üzərində 02 ədəd sellofan bükümü və bir ədəd elektron tərəzinin olması müşahidə edilmişdir. Bağlamalara baxış zamanı orada narkotik vasitə qurudulmuş marixuana olması məlum olmuş, bağlamalar və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırmış, protokol tərtib olunmuş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır. 21 fevral 2023-cü il tarixdə saat 01:30 radələrində dayısına məxsus evdə olduğu zaman dayısı Zəfər və polis əməkdaşları evə gəlmişlər. Onun və dayısının iştirakları ilə polis əməkdaşları tərəfindən evə baxış keçirilməyə başlanılmış və baxış zamanı dayısı özünün yaşadığı, evin ikinci mərtəbəsindəki otaqdan 02 ədəd bağlamanı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Bağalamalara baxış keçirilən zaman oradan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, həmin vaxta kimi dayısı Təqsirləndirilən şəxs yaşadıqları evdə narkotik vasitə saxlamasından məlumatı olmamışdır. Baxış və götürmə aparılması barədə 03 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük hissəsindən bir ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması haqqında 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan əlavə onun üzərindən özünə məxsus olan 6710 (altı min yeddi yüz on) manat məbləğində pul götürülmüşdür. İbtidai istintaq zamanı Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş müstəntiqi X2 18 aprel 2023-cü il tarixli qərarı ilə həmin 6710 manat məbləğində pul vəsaiti iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinə təhvil verilmişdir. Evə baxış keçirilməsi və götürmə haqqında 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evin yataq otağından 02 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edildiyindən götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 04 dekabr 2022-ci il tarixli, 18/1279 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş 01 ədəd torbada təmiz çəkisi 4700 qram olan kütlə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-bioloji ekspertizasının 21 fevral 2023-cü il tarixli, 7/264 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,330 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 ədəd ağ rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş birinci sellofan bağlamada təmiz çəkisi 610 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İkinci sellofan bağlamada 605 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-tibbi ekspertizasının 26 dekabr 2022-ci il tarixli 4686/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2533 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, 25 yaşından etibarən narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. 20 fevral 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 20 fevral 2023-cü il tarixli qərarı Sabirabad Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə qanuni hesab edilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 26 gün müddətə azadlığın məhdudlaşdarılması cəzasına məhkum olunmuş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin cəzadan 03 ay 09 gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2004, xx.xx.2005 və xx.xx.2007-ci illərdə doğulmuş uşaqları vardır. Respublika Psixatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əzəz olunmuş və 20 fevral 2023-cü il tarixdə yenidən şybhəli şəxs kimi tutulmuş və tbarəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qəraprı ilə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Zəfər Çəfərovun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı təkrar əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, habelə təqsirliliyi kifayət qədər subuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə narkotik vasitənin miqdarını nəzərə alaraq Təqsirləndirilən şəxs onda aşkar olunan qurudulmuş marixuananı öz istifadəsi üçün əldə etməsi və satış məqsədinin olmaması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, iş üzrə 03 dekabr 2022-ci il tarixdən hal hazıradək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 dekabr 2022ci il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsin əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 5920,33 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməlidir. 02 ədəd disklər isə cinayət işinin materiallarında saxlanılmalıdır. 21 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı aşkar edilmiş və iş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsində saxlanılan 6710 manat məbləğində pulun cinayət yolu ilə əldə edilməsi müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs ailəsinə verilməlidir. Ekspertiza xərci 177 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Haxvedi oğlu Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 5920,33 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. 02 ədəd disklər isə cinayət işinin materiallarında saxlanılsın. 21 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı götürülmüş və maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsində saxlanılan 6710 (altı min yeddi yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs ailəsinə verilsin. Ekspertiza xərci 177 (yüz yetmiş yeddi) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar