Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-475/2024 04.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1988-ci ildə Lənkəran rayonu, Təngivan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Təngivan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbinə zidd olaraq sürücülük vəsiqəsi, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Vaz-21041» minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu Təngivan kəndi ərazisindən keçən torpaq örtüklü yolda daş karxanası istiqamətində 15 km/saat sürətlə hərəkətdə olduğu zaman, hərəkəti istiqamətində sağ tərəfdə olan gölməçəyə girməmək üçün avtomobili yolun soluna daha çox yaxın idarə edib yolu keçmək istəyərkən, sürücü olaraq hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı və idarə etdiyi avtomobilin yolda dayanaqlı hərəkətini təmin etməli, bununla da, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin «yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar» tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddələrin tələblərini pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz- 21041» minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili yoldan çıxararaq yolun sol kənarında olan yarğana aşırmış, onun nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs olaraq yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan avtomobilin qabaq oturacağında oturmuş Zərərçəkmiş şəxs sol gicgah sümüyünün xətti yerdəyişməmiş sınığı, sol beyin yarımkürəsində epidural hematoma və əzilmə ocağı, sol almacıq sümüyünün sınığı, sol gicgah-təpə nahiyəsində dərialtı hematoma, sol təpəgicgah nahiyəsində əzilmiş yara kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarətlər alaraq sağlamlığa ağır zərər vurulmasına, avtomobilin arxa oturacağında oturmuş zərərçəkmiş şəxs X5 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik, sol təpə-alın sümüyünün basılmış qəlpəli sınığı, baş beynin əzilməsi, alın-təpə nahiyəsində əzilmiş-cırılmış yaradan ibarət xəsarətlər alıb, alın-təpə sümüyünün sınığı və baş beynin əzilməsi nəticəsində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində demişdir ki, Lənkəran rayonu, Təngivan kəndində yerləşən daş karxanası kimi fəaliyyət göstərən "xxxx" MMC-də anbardar işləyir. Avtomobili və sürücülük vəsiqəsi olmamışdır. 24 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində anbardan çıxıb karxananın həyətində olan zaman həmkəndlisi Zərərçəkmiş şəxs karxananın həyətində görmüşdür. Həmin karxanadan kənarda feyxoa bağları vardır. Həmin feyxoa bağları Lənkəran rayonu, Təngivan kənd sakinlərinə məxsusdur. Feyxoa bağlarına gedən yol da karxananın həyətindən keçir. Həmin feyxoa bağlarında Xurşudun da feyxoa ağacları vardır. Xurşud onu görüb demişdir ki, karxanaya məxsus «Vaz-21041» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə feyxoa aparmaq istəyir. Həmin avtomobil karxanaya məxsusdur. Xurşud müdriyyətdən xahiş etmişdir ki, həmin avtomobillə feyxoa yükləyib aparsın. Karxananın direktoru da ona icazə vermişdir. Xurşud ondan xahiş etmişdir ki, özü avtomobili sürə bilmir, avtomobili karxananın həyətinə kimi sürsün, sonra ora müştəri gələcək və feyxoanı satacaqdır. Xurşudla razılaşmışdır. Avtomobilə əyləşmiş və avtomobili feyxoa bağlarına sürmüş, orada avtomobilə 3-4 kisə feyxoa yükləmişlər. X8 adlı şəxs də orda olmuşdur. Umud da gəlmək istədiyini demişdir. O, Umudun da gəlməsinə etiraz etməmişdir. Umud avtomobildə arxa oturacaqda, Xurşud isə qabaq sərnişin tərəfdə əyləşmişdir. Avtomobili təxminən 200-300 metr sürüb karxananın həyətinə gətirib ora müştəri gəlib feyxoanı aparmalı idi. Feyxoa kisələri də avtomobilin baqaj hissəsində olmuşdur. Avtomobili işlək vəziyyətə gətirib sürməyə başlamışdır. Yol torpaq olmaqla, palçıqlı olmuşdur. Yolun sol tərəfi yarğan, sonra isə çay yatağı və qazılmış vəziyyətdə olmuşdur. Hardasa təxminən 3 metr dərinlikdə olmuşdur. Avtomobili torpaq yolla təxminən 15 km/saat sürətlə idarə etmişdir. Təxminən 50-60 metr sürəndən sonra yolun sağ tərəfi gölməçə olduğundan avtomobili yolun sol tərəfi ilə yəni azacıq quraqlıq yolla sürmək istəmişdir. Bu zaman avtomobilin qabaq sol təkəri yarğanın üstünə çıxmış və qəfildən avtomobil yolun sol tərəfində olan qazılmış yerə, yəni yarğana düşmüşdür. Avtomobil yarğana düşən kimi çevrilmiş və dam hissəsi aşağı, təkərlər isə yuxarı vəziyyətdə dayanmışdır. Yarğanda çay daşları olmuşdur. Avtomobilin şüşələri sınmışdır. Həmin vaxt hüşu başından çıxmışdır. Bir neçə dəqiqədən sonra özünə gəlmiş və görmüşdür ki, Xurşud üstünə düşüb, Umud da arxa oturacaqda uzanmış vəziyyətdə qalıb səsi çıxmır. Xurşudun baş nahiyəsi qanlı olmuşdur. Avtomobildən çıxmış və qazılmış yerdən çıxıb karxanaya gəlib orada olanlardan yardım istəmişdir. Həmin vaxt bir neçə şəxs gəlib Xurşud və Umudu avtomobildən çıxartmışlar. Xurşud və Umudu xəstəxanaya aparmışlar. O da dərhal əynindəki paltarlarını dəyişib xəstəxanaya getmişdir. Xəstəxanada bilmişdir ki, Umud artıq vəfat etmiş, Xurşud isə baş nahiyəsindən xəsarət almışdır. Hadisə baş verəndə kənarda heç kimi görməmişdir. Özü avtomobildən çıxıb köməyə adam çağırmışdır. Avtomobilin yoldan çıxıb çay yatağına düşməsinə səbəb yolun bir tərəfi gölməçə olması olmuşdur. Həm də yolun sol tərəfi azca quru olduğundan istəmişdir ki, avtomobili azca sol tərəfdən sürsün. Nəticədə avtomobil yoldan çıxıb qəfildən yarğana düşmüşdür. Həmin vaxt avtomobili təxminən 15 km/saat surətlə idarə etmişdir. Avtomobili idarə edəndə avtomobildə olanlardan heç kim ona təsir göstərməmişdir. Avtomobili idarə edən zaman ehtiyatsızlıqdan yarğana aşırtdığı üçün əməlindən peşman olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Umud Əliyev onun törətdiyi cinayət əməli nəticəsində ölmüşdür, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, sonuncuların ondan heç bir şikayət və tələbləri olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla şərti cəza verilməsini xahiş etmişdir. Dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində bildirmişdir ki, 2023-cü ilin iyul ayından Lənkəran rayonu, Təngivan kəndində yerləşən «Qum-çınqıl» istehsal müəssisəsində fəhlə işləyir. X4 onun atasıdır. Mərhum X17lə bir evdə yaşamışlar. X17 də həmin müəssisədə fəhlə işləmişdir. Təqsirləndirilən şəxs da onunla həmkəndlidir və sonuncu da həmin müəssisədə anbardar işləyir. Müəssisənin yəni, karxananın yaxınlığında Təngivan kənd sakinlərinə məxsus feyxoa bağları vardır. Həmin feyxoa bağlarına getmək üçün çox vaxt kənd sakinləri karxananın ərazisindən keçib gedirlər. 24 oktyabr 2023-cü il tarixdə işə getməmiş, ancaq X17 səhər işə getmişdir. Təxminən saat 17 radələrində ona xəbər çatmışdır ki, Təngivan kənd ərazisində feyxoa bağlarının yaxınlığında avtomobil yarğana aşmış və atası xəsarət aldığı üçün xəstəxanaya aparılmışdır. Dərhal Lənkəran rayon Mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada X17in öldüyünü bilmişdir. Orada eşitmişdir ki, həmin gün saat 17 radələrində Təngivan kənd sakini Loğman Şükürov, karxanada işləyən Təqsirləndirilən şəxs xahiş etmişdir ki, karxanaya məxsus «Vaz-21041» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə feyxoa bağlarından yığdığı feyxoaları karxananın həyətinə kimi gətirsin sonra həmin feyxoaları gəlib oradan aparacaqlar. Xaqani də həmin avtomobillə karxananın yaxınlığında yerləşən feyxoa bağlarına getmiş, orada avtomobilə 3-4 kisədə feyxoa qoyub geri qayıdanda avtomobil yoldan çıxaraq yarğana aşmış, nəticədə arxa oturacaqda əyləşmiş X17 vəfat etmiş, Loğman isə xəsarət almışdır. Təqsirləndirilən şəxs və yaxın qohumları mərhum X17in yas mərasimində iştirak etmişlər və dəymiş ziyanı ödəmişlər. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Valeh Əliyev bildirmişdir ki, X17in heç bir xəstəliyi olmamışdır. X17 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yoldan çıxaraq yarğana aşması nəticəsində almış olduğu xəsarətlərdən ölmüşdür. Xaqaniyə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, adı Xurşud olsa da, el arasında onu «Loğman» deyə çağırırlar. Lənkəran rayonu, Təngivan kəndində yerləşən daş karxananın yaxınlığında ona məxsus pay torpaq sahəsində feyxoa ağacları əkmişdir. Payız aylarında həmin feyxoa ağaclarından məhsulları yığıb satır. Həmin feyxoa bağlarına gedən yol daş karxananın içərisindən keçir. Avtomobil yolu ordan keçir, piyada yolu isə ayrıdır. 24 oktyabr 2023-cü il tarixdə təxminən saat 09 radələrində feyxoa yığmaq üçün feyxoa bağlarına getmişdir. Günorta yeməyini də orda yemişdir. Həmin feyxoaları 3-4 kisələrə yığmışdır. Həmin gün saat 17 radələrində işini bitirdikdən sonra karxananın həyətinə gəlib orada həmkəndlisi olan Xaqani adlı şəxsdən xahiş etmişdir ki, avtomobillə həmin feyxoa kisələrini evinə kimi aparsın və sonra onları satacaqdır. Həmin daş karxanasına məxsus «Vaz-21041» markalı avtomobil vardır. Həmin vaxtı X8 də orda olmuşdur. Xaqani avtomobili sürüb feyxoa bağlarına getmişlər. Orada 3-4 kisə feyxoaları avtomobilin baqaj hissəsinə yükləmişdir. Sonra o, qabaq oturacaqda sərnişin tərəfdə, Umud Əliyev isə arxa oturacaqda əyləşmişdir. Xaqani avtomobili sürməyə başlamışdır. Feyxoa bağlarından daş karxanasının həyətinə kimi yol torpaq yolu olmuşdur. Xaqani avtomobili sürüb daş karxananın həyətinə çatmağa az qalmış qəfildən avtomobil yoldan çıxıb yarğana düşmüş və daha sonra heç nədən xəbəri olmamışdır. Təxminən bir neçə gün sonra «Lənkəran Rayon Mərkəzi Xəstəxanası»nda ayılmışdır. Başının təpə nahiyəsindən xəsarət almışdır. Həmin hadisədə avtomobildə olan X8 isə almış olduğu xəsarətlərdən ölmüşdür. Hadisənin baş verməsinə səbəb, sürücü Xaqani avtomobili idarə edən zaman yolun quru hissəsindən sürmək üçün avtomobili azca yolun soluna verdiyindən avtomobilin yarğana aşması olmuşdur. Xaqani ilə barımış, sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Xaqaniyə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 24 oktyabr 2024-cü il tarixdə təxminən saat 19 radələrində Lənkəran-Lerik avtomobil yolunda bölmənin YPX inspektoru polis baş serjantı Şahid3 ilə xidmətdə oluğu zaman Lənkəran rayonu, Təngivan kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alıb dərhal hadisə yerinə getmişlər. Hadisə Lənkəran rayonu, Təngivan kəndində yerləşən daş karxananın yaxınlığında feyxoa bağlarına gedən yolda baş vermişdir. Hadisə yerinə çatanda görmüşdür ki, «Vaz-21041» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil feyxoa bağlarından daş karxanası istiqamətinə gələn torpaq yoldan çıxaraq yarğana aşmışdır. «Vaz-21041» markalı avtomobil yarğanda ban hissəsi üstə dayanmış, şüşələri sınmış və əzilmiş vəziyyətdə olmuşdur. Həmin vaxt onlara məlum olmuşdur ki, avtomobili idarə edən Lənkəran rayonu, Təngivan kənd sakini Təqsirləndirilən şəxsdur. Avtomobildə sürücü Xaqanidən başqa iki şəxs olmuşdur. Onlar Lənkəran rayonu, Təngivan kənd sakinləri Zərərçəkmiş şəxs və Umud Əliyev olmuşlar. Umud Əliyev və Zərərçəkmiş şəxs hər ikisi xəsarətlər almışlar, Umud Əliyev isə aldığı xəsarətlərdən ölmüşdür. Onlar hadisə yerinə gedəndə avtomobil yarğana aşmış vəziyyətdə olsa da, orada heç kim olmamışdır. Artıq Xurşud və Umudu xəstəxanaya aparmışlar. Hadisə yerinə müstəntiq gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Həmin vaxt sürücü Xaqani də ora gəlmişdir. Müəyyən olunmuşdur ki, sürücü Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan «Vaz-21041» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə feyxoa bağlarından çıxıb daş karxana istiqamətində təxminən 15 km/saat sürətlə hərəkətdə olarkən hərəkət istiqamətində sağ tərəfdəki gölməçəyə girməmək üçün avtomobili yolun soluna daha çox yaxınlaşdırıb həmin yeri keçmək istəyərkən avtomobil sol tərəfdən torpağın üzərindən keçməklə yoldan çıxaraq təxminən 3 metr dərinliyi olan yarğana düşmüş, nəticədə avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs xəsarətlər almış və Umud Əliyev isə aldığı xəsarətlərdən ölmüşdür. Hadisə yerinə baxış keçirilən zaman yol örtüyü quru olmuş, hadisə yerində yolun bir hissəsində gölməçə olmuş, avtomobilin yük yerində isə 3-4 balaca kisələrdə feyxoa olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 21 oktyabr 2023-cü il tarixli protokol, tərtib olunmuş sxem, fotocədvəldən görünür ki, hadisə Lənkəran rayonu, Təngivan kəndində yerləşən feyxoa bağlarından daş karxanası istiqamətində olan torpaq örtüklü yolda baş vermiş, «Vaz-21041» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxıb yarğana aşmış vəziyyətdə ban hissəsi üstündə qalmışdır.(i.v.4-15) -«sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə»nin 24 oktyabr 2023-cü il tarixli, 000761 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı avtomobili ayıq vəziyyətdə idarə etmişdir.(i.v.16) -«meyitə baxış keçirilməsi haqqında» 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə nəticəsində Umud Əliyevin başının alın-sol təpə nahiyəsində 5,0x2,0 sm ölçüdə kənarları nahamar, qurtaran ucları küt, mənfəzi açıq, mənfəzindən qan axıntısı müşahidə olunan əzilmiş-cırılmış yara, alın-sol təpə sümüyünün açıq basılmış qəlpəli sınığı, baş beyin yara ətrafında səpələnməsi aşkar edilmişdir. Meyitin xarici müayinəsində digər xəsarət aşkar edilməmişdir. Meyitin fotoşəkilləri çəkilmişdir. Umud Əliyevin meyiti xarici müayinə olunduqdan sonra yaxın qohumları meyitin daxili müayinə olunmasına etirazlarını bildirib, meyitin daxili müayinə olunmasına imkan verməmişlər.(i.v.17-25) -Lənkəran şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 06 noyabr 2023-cü il tarixli, 10692 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir.(i.v.41) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Umud Əliyev zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.46) -«zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında» 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Valeh Əliyev zərərçəkmiş şəxs Umud Əliyevin hüquqi varisi qismində tanınmışdır.(i.v.51-52) -«məhkəmə-tibb ekspertizası»nın 30 dekabr 2023-cü il tarixli, 1281 nömrəli rəyindən görünür ki, mərhum Umud Əliyevin bədənində -sol təpə-alın sümüyünün basılmış qəlpəli sınığı, baş beynin əzilməsi, alın-təpə nahiyəsində əzilmiş-cırılmış yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24 oktyabr 2023-cü il tarixdə sərnişin olduğu minik avtomaşını çay yatağına aşması zamanı avtomaşın salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Umud Əliyevin ölümünə-alın-təpə sümüyünün sınığı və baş beynin əzilməsi səbəb olmuşdur.(i.v.73-75) -«cinayət işi üzrə icraatın dayandırılması haqqında» 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən dayandırılmışdır.(i.v.82) -Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran Rayonlarası Qeydiyyat İmtahan və X6 alınmış 31 yanvar 2024-cü il tarixli, 3-13-16-5/2-888/20204 nömrəli məktubda göstərilmişdir ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayonu Təngivan kənd sakini Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur.(i.v.86) -«məhkəmə-tibbi ekspertizası»nın 29 fevral 2024-cü il tarixli, 208 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində -sol gicgah sümüyünün xətti yerdəyişməmiş sınığı, sol beyin yarımkürəsində epidural hematoma və əzilmə ocağı, sol almacıq sümüyünün sınığı, sol gicgah-təpə nahiyəsində dərialtı hematoma, sol təpəgicgah nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24 oktyabr 2023-cü il tarixdə sərnişin olduğu minik avtomaşınının aşması zamanı avtomaşın salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.(i.v.87-89) -«məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası»nın 15 yanvar 2024-cü il tarixli, 8/27 nömrəli rəyində göstərilmişdir ki, «Vaz-21041» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutmalı və həmin maddənin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Göstərilən vəziyyətdə sürücü Təqsirləndirilən şəxs hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı və idarə etdiyi «Vaz-21041» markalı avtomobilin yolda dayanaqlı hərəkətini təmin etməli, yolun sol kənarında yarağan yerləşməsini nəzərə alaraq idarə etdiyi avtomobili sola istiqamətləndirərkən bu manevri elə aparmalı idi ki, avtomobilin yoldan sola çıxması baş verməsin. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz-21041» markalı avtomobili Təngivan kəndi ərazisindən keçən torpaq örtüklü yolda daş karxanası istiqamətində 15 km/saat sürətlə hərəkət etdirərkən hərəkəti istiqamətində sağ tərəfdə olan gölməçəyə girməmək üçün avtomobili yolun soluna daha çox yaxın idarə etməsi və həmin yeri keçmək istəyərkən avtomobilin yoldan çıxaraq yolun sol kənarında olan yarağana aşması faktları onu izah edir ki, mövcud hadisənin baş verməsi sürücü Təqsirləndirilən şəxs hərəkət təhlükəsizliyini təmin etməyən idarəetmə hərəkətləri ilə əlaqədar olmuşdur. Ona görə də; «Vaz-21041» markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Vaz-21041» markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.(i.v.90- 93) -«cinayət işi üzrə icraatın təzələnməsi haqqında» 30 mart 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir.(i.v.94) -«sübutların qiymətləndirilməsi haqqında» 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, Bərdə rayonu, İmirli kənd sakini X1 mülkiyyətində olmaqla Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi «Vaz-21041» minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və Lənkəran rayonu, Təngivan kəndində yerləşən daş karxanasında saxlanılması nəzərə alınmışdır.(i.v.103-111) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan elan edilmişdir. (i.v.113-115) -«qətimkan tədbiri seçmək haqqında» 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (i.v.137-138) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün:- məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokol, tərtib olunmuş sxem, fotocədvəl, «məhkəmə yol-nəqliyat hadisəsi ekspertizası» nın rəyi, «məhkəmə-tibb ekspertizası»nın rəyi, Təqsirləndirilən şəxs hadisəni törətdiyi «Vaz-21041» minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut kimi tanınması, digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il Qərarında tövsiyə olunur: Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.42) -Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Şovu kənd İƏD-i üzrə nümayəndəsi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli, 12-35/93 nömrəli arayışdan, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Şovu kəndində ailəsi ilə birlikdə yaşayır. Himayəsində üç az yaşlı- 21 noyabr 2012-ci il təvəllüdlü Məhəmməd Sudjayev adlı oğlu, 01 noyabr 2013-cü il təvəllüdlü İradə Sudjazadə adlı qızı və 04 aprel 2018-ci il təvəllüdlü İranə Sudjazadə adlı qızı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v.96-102) Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Valeh Əliyev 17 may 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxslə barışmış, ona maddi və mənəvi zərər dəymiş 4000 (dörd min) manat ödənilmiş, yas mərasimində iştirak etmiş, Təqsirləndirilən şəxs həbs olunmasını istəməmiş, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs 17 may 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxslə barışmış, onadan şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində az yaşlı uşaqlarının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, əməlini etiraf etməklə peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyəti, ailə, maddi və sosial vəziyyətini Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cinayət işi üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı bir mövcud olduğu halda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunun müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 8 il olduğundan ona həmin cəzanın dörddə üçündən artıq azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməz. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar Təqsirləndirilən şəxs şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəza ilə bağlı cəzaçəkmə müəssisəsinin növünə münasibət bildirərək qeyd edir ki, «Azərbaycan Respublikası CM-in 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli qərarına əsasən şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törədilən-Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə təyin olunacaq əsas cəzanın-azadlıqdan məhrum etmənin müddəti 5 ildən artıq olmadığından, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan elan edilmişdir. «Qətimkan tədbiri seçmək haqqında» 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut qismində tanınmış Təngivan kəndində yerləşən daş karxanasında saxlanılan «VAZ-21041»minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə rayonu, İmirli kənd sakini X3 qaytarılmalıdır. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Məhkəmə tərkibi, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiqinə zərurət yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bu iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Göründüyü kimi cinayət işi üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin, hökmün bu hissədə icrası yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış Təngivan kəndində yerləşən daş karxanasında saxlanılan «Vaz-21041»minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisinə qaytarılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-475/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-475/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver