Məhkəmə qərarları › İş №1(099)-475/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-475/2025

07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-475/2025 07.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X20 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – Hüseynli Misrabim Məmməd oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X16, X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Altes Plaza” Vəkil bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.2000-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış Beyləqan şəhəri, Mikayıl Müşviq küçəsi ev 17-də qeydiyyatda olmaqla Beyləqan rayonu, Aşıqalılar kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 noyabr 2025-ci il tarixdə saat 12:45-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin uçot kartoçkası ilə X14 mülkiyyətində olmaqla xx.xx.2024-cü il tarixli 542239 nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “QAZ 330210 Yük” marka-modelli, **-BS- *** dövlət qeydiyyat nişanlı avtomobillə 05 dekabr 2024-cü il tarixdə, saat 19:20 radələrində Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun Beyləqan rayonunun Aşıqalılar kəndinin ərazisindən keçən 18-ci kilometrliyində Şahsevən kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin “Yolayrıcından kənarda sola və geriyə dönərkən relsiz nəqliyyat vasitələrinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq qeyd olunanlara riayət etməyib sola, yəni Şahsevən kəndi istiqamətində yolun sol tərəfində yerləşən “Hacıoğlu” yanacaq doldurma məntəqəsinin ərazisinə doğru dönrəkən qarşıdan gələn X15 idarə etdiyi “VAZ 21214 Urban Minik” marka-modelli, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyib onun hərəkət istiqamətində yoluna çıxaraq həmin avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan “VAZ 21214 Urban Minik” markamodelli, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Həziyevə “Alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti, qapalı sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağ said sümüklərinin aşağı üçdə-birinin fraqmentləri yerini dəyişmiş qapalı sınıqları, bədən səthinin çoxsaylı yaraları, qançır və sıyrıqları” diaqnozlu həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin avtomobildə sərnişin qismində əyləşmiş X32 isə “Alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti, qapalı sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağ bud sümüyünün yuxarı üçdə-birinin fraqmentləri yerini dəyişmiş qapalı sınığı, alt çənə sümüyünün fraqmentləri yerini dəyişmiş açıq sınığı” diaqnozlu həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək, Emin Həziyevin “Baş beyin toxumasının əzilməsi, ağır travmatik şok” diaqnozlu xəsarətlərdən hadisə yerində, Rəvan Həziyevin isə “Baş beyin toxumasının əzilməsi, ağır travmatik şok” diaqnozlu xəsarətlərdən “Beyləqan rayon Mərkəzi Xəstəxanası” X42ndə ölümlərinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o hadisə baş verən gün istifadəsində olan “Qazel” markalı avtomobillə Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunda hərəkətdə olarkən onun hərəkət istiqamətindən solda yerləşən yanacaq doldurma məntəqəsinə daxil olmaq üçün sola dönərkən qarşıdan avtomobil gəldiyini görmüş, lakin həmin avtomobilin ondan təxminən 300-400 metr uzaqlıqda olmasını görüb təhlükəsiz şəkildə yanacaq doldurma məntəqəsinə daxil ola biləcəyini düşünmüş, buna görə də, sola doğru hərəkətini davam etdirmiş, bu zaman qarşıdan gələn avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra o, avtomobildən yerə enmiş, onun idarə etdiyi avtomobillə toqquşan avtomobilin “Niva” markalı avtomobil olduğunu, avtomobildə iki nəfər şəxsin olduğunu görmüşdür. O, sürücünü avtomobildən yerə endirmişdir. Həmin vaxt avtomobilin ön sərnişin oturacağında əyləşmiş şəxs yaralı olsa da sağ olmuşdur. Hadisə yerində olan şəxslər onu xəstəxanaya aparmışlar. Hadisə zamanı o özü də xəsarət almışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, o təxminən səkkiz-doqquz il müddətdir ki, avtomobil idarə edir. O, qarşıdan gələn avtomobilin ön işıqlarını görmüş, avtomobilin ondan uzaq məsafədə olmasını düşünmüş, həmin avtomobilin yüksək sürətlə hərəkət etməsini güman etməmişdir. Buna görə də avtomobillə hərəkətini davam etdirmişdir. O, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etmiş, onlara maddi yardım göstərmişdir. Məhkəmədə son sözlə çıxış edən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışdığını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək dövlət təltifləri ilə tətif olunmasını qeyd edərək ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, Qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxs X15 hüquqi varisi X16 ifadəsində göstərmişdir ki, mərhum Emin Həziyev onun oğludur. O, hadisənin baş verməsini kənd sakinlərindən eşitmiş, hadisə yerinə getdikdə oğlu Eminin və nəvəsi Rəvanın xəstəxanaya aparıldığını öyrənmişdir. Xəstəxana da isə ona hər ikisinin yol-nəqliyyat hadisəsi zamanı aldıqları xəsarətlərdən vəfat etdiklərini bildirmişlər. Verilən suallara cavab olaraq Bəxtiyar Həziyev bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla barışmışdır, ondan heç bir şikayəti və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım göstərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxs X21 hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, mərhum Rəvan Həziyev onun oğlu, Emin Həziyev isə həyat yoldaşıdır. Hadisə zamanı o evdə olmuş, qohumlarından Emin və Rəvanın yol-nəqliyyat hadisəsi zamanı vəfat etmələrini eşitmişdir. Verilən suallara cavab olaraq X8 göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla barışmışdır, ondan heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün kənddə küçədə olarkən mərhum Emin Həziyevin idarə etdiyi “Niva” markalı avtomobillə yüksək sürətlə hərəkət edib asfalt yola çıxdığını və sürətini artıraraq evinə doğru getdiyini görmüş, həmin istiqamətdə bir neçə dəqiqə piyada hərəkət etdikdən sonra qarşıda yol-nəqliyyat hadisəsi baş verdiyini mərhum Emin Həziyevin idarə etdiyi “Niva” markalı avtomobilin “Qazel” markalı avtomobillə toqquşduğunu görmüşdür. Avtomobildə sərnişin qismində əyləşmiş və hadisə zamanı xəsarət almış Rəvanı xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin DYP bölməsinin inspektoru vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, hadisə günü o, Şahid4 ilə birlikdə ərazidə patrul xidməti apararkən radiostansiya vasitəsilə Şahsevən- Əhmədli-Dünyamalılar avtomobil yolunun Aşıqalılar kəndindən keçən hissəsində yolnəqliyyat hadisəsi baş verməsi haqqında məlumat verilmiş və onlar dərhal yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getmişlər. Hadisə yerinə çatdıqda “Qazel” markalı avtomobillə “Niva” markalı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəi baş verdiyini görmüş, hadisə yerinin mühafizəsini təmin etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin DYP bölməsinin inspektoru vəzifəsində işləyən Şahid4 Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisənin baş verməsini kənddə olarkən eşitmiş, dərhal hadisə yerinə getmişdir. O, hadisə yerinə çatdıqda mərhum Emin Həziyevin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, Təqsirləndirilən şəxs atası ilə birlikdə Emini avtomobilə qoyaraq xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, hadisə günü kənddə olarkən yol-nəqliyyat hadisəsinin baş verməsini eşitmiş və hadisə yerini getmişdir. Hadisə yerinə çatdıqda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxslər artıq xəstəxanaya aparılmış, o polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən hal şahidi kimi iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 şahid X4 ilə oxşar məzmunlu ifadə verərək hadisənin bilavasitə şahidi olmadığını, hadisə yerinə baxış keçirilən zaman hal şahidi qismində iştirak etdiyini qeyd etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, “Cinayət işinin başlanması, icraata götürülməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Beyləqan RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Rübail Hidayətli tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində X22 və X21 ölmələri faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması, icraata qəbul edilməsi, iz üzrə X22 və X21 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (Cild 1, i.v. 1;) İşdə olan, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 05 dekabr 2024cü il tarixli protokoldan, fotoşəkillərdən, sxemdən və videogörüntülərdən görünür ki, yolnəqliyyat hadisəsi Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun Beyləqan rayonu, Aşıqalılar kəndindən keçən 18-ci kilometrliyində, kənd ərazisində yerləşən “Hacıoğlu” yanacaqdoldurma məntəqəsinin qarşısında baş vermişdir. Avtomobil yolunun eninin 5,96 metr olması, toqquşma nöqtəsinin yolun sağ tərəfindən 1 metr məsafədə yerləşməsi müəyyən edilmişdir. (Cild 1, i.v. 7-31;) İşdə olan, “Meyitə baxış keçirilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, X15 meyitinin müayinəsi zamanı bədəni üzərində sağ qaş nahiyəsində 2,5x0,3 sm, sağ diz oynağının yuxarı üçdə-birinin ön səthində 1,5x0,5 sm, sağ diz oynağının bayır səthində 3x0,2 sm və 1,5x0,5 sm, çənəaltı nahiyədə, sağda 1,3x0,2 sm ölçülərdə, kənarları qeyri-düzgün, bucaqları küt, birləşdirici toxuma atmaları ilə müşayiət olunan yar, alın nahiyəsinin tüksüz hissəsində, ortada 4,5x4 sm ölçüdə, qeyribərabər qırmızımtıl-çəhrayımtıl rəngdə, qeyri-kəskin hüdudlu və qeyri-müəyyən formalı qançır fonunda, səthi ətraf zədələnməmiş dəri səviyyəsindən çökək, qurumuş, qırmızımtıl rəngdə fasiləli sıyrıq, sağ saidin aşağı üçdə-biri patoloji hərəkətli olması, sağ diz oynağının ön səthində 3x2,2 sm ölçüdə, səthi ətraf zədələnməmiş dəri səviyyəsindən çökək, qurumuş. qırmızımtıl rəngdə sıyrıq aşkar edilmişdir. (Cild 1, i.v. 32-36;) İşdə olan, “Meyitə baxış keçirilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, X21 meyitinin müayinəsi zamanı bədəni üzərində alın nahiyəsinin tüksüz hissəsində, ortada 4,0x3 sm ölçüdə, qeyri-bərabər qırmızımtıl-çəhrayımtıl rəngdə, qeyri-kəskin hüdudlu və qeyri-müəyyən formalı qançır, alt çənə nahiyəsində 3x0,2 sm ölçüdə, kənarları qeyri-düzgün, bucaqları küt, birləşdirici toxuma atmaları ilə müşayiət olunan yara, yara mənfəzində çənə sümüyünün patoloji hərəkətliliyi qeyd olunması, sağ bud sümüyünün yuxarı üçdə-biri patoloji hərəkətli və deformasiyalı olması aşkar edilmişdir. (Cild 1, i.v. 37-40;) İşdə olan, 05 dekabr 2024-cü il tarixli 987 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2024-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. (Cild 1, i.v. 41;) İşdə olan, sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2024cü ildən 07 noyabr 2034-cü ilə qədər B1,B,C1,C kateqoriyalı, BD913185 nömrəli sürücülük vəsiqəsi qeydə alınmışdır. (Cild 1, i.v. 55;) İşdə olan, 542239 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs 01 il müddətinə, 28 oktyabr 2025-ci ilədək “QAZ-330210 Yük” marka-modelli **-BS-*** dövlət-qeydiyyat nişanlı avtomobili üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər verilmişdir. (Cild 1, i.v. 57-58;) İşdə olan, 10 noyabr 2022-ci il tarixli, 102530 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. (Cild 1, i.v. 59;) İşdə olan, İ-58430 nömrəli, İ-21353 və İ-8565 nömrəli vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə, “Füzulinin azad olunmasına görə” medalı ilə, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (Cild 1, i.v. 60-63;) İşdə olan, 07 dekabr 2024-cü il tarixli Baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, X1 hadisə baş verən zaman idarə etdiyi “VAZ-21214 Urban Minik” marka-modelli, **-DK-*** dövlət-qeydiyyat nişanlı avtomobil tünd yaşıl rənglidir. Avtomobilin qabaq ön hissəsi tamamilə əzilərək yararsız vəziyyətə düşmüşdür. Avtomobilin ön buferi, ön işıqları hadisə nəticəsində məhv olmuşdur, avtomobilin öndə yerləşən sağ və sol qanadları, ön kapot əzilmişdir. Avtomobilin mühərrik yuvasında yerləşən mühərrik və digər hissələr əzilib yararsız vəziyyətə düşmüş və avtomobilin salonuna doğru sıxışmışdır. Avtomobilin qabaq alın şüşəsi, sağ və sol yan şüşələri sınmışdır. Avtomobilin sağ və sol qapısı əzilmişdir. Avtomobilin digər hissələrində hər hansı zədə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ- 330210 Yük” marka-modelli, **-BS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilmiş, avtomobilin ön sağ işıqları, ön buferi əzilərək məhv olmuşdur. Ön sağ qanad, sağ və sol qapılar, mühərrik yuvası, ön kapotu, avtomobilin oturacaq hissəsinin damı əzilərək sağ tərəfdən sağa doğru sıxışmış vəziyyətdədir. Avtomobilin ön alın şüşəsi, sol yan şüşəsi sınmışdır, salonda yerləşən oturacaqlar, monitor yararsız vəziyyətə düşmüşdür. (Cild 1, i.v. 86-91;) İşdə olan, 07 dekabr 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarət etdiyi “QAZ-330210 Yük” marka-modelli **-BS-*** dövlət-qeydiyyat nişanlı avtomobilin və X1 idarə etdiyi “VAZ 21214 Urban Minik” marka-modelli **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanması üçün Beyləqan rayon Polis şöbəsinin duracağına yerləşdirilməsinin nəzərə alınması qərara alınmışdır. (Cild 1, i.v. 92;) İşdə olan, 09 dekabr 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş zərərçəkmiş şəxs X15 hüquqi varisi qismində yaxın qohumu-atası X9 tanınması qərara alınmışdır. (Cild 1, i.v. 110;) İşdə olan, 09 dekabr 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş zərərçəkmiş şəxs X21 hüquqi varisi qismində yaxın qohumu-anası X5 tanınması qərara alınmışdır. (Cild 1, i.v. 122;) İşdə olan, 10 dekabr 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan, fotoşəkillərdən və sxemdən görünür ki, Təqsirləndirilən şəxs etdiyi “QAZ- 330210 Yük” marka-modelli, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə X15 idarə etdiyi “VAZ-21214 Urban Minik” marka-modelli, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmazdan əvvəl “VAZ-21214 Urban Minik” marka-modelli, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili gördüyü an həmin avtomobilin olduğunu hesab etdiyi və özünün idarə etdiyi avtomobilin olduğu yerləri, həmçinin avtomobillərin toqquşduğu yeri təqdim edərək göstərmiş, Təqsirləndirilən şəxs ifadələri ilə ziddiyyət aşkar edilməmişdir. (Cild 1, i.v. 133- 136;) İşdə olan, 16 dekabr 2024-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, i.v 138;) İşdə olan, Beyləqan RİHB-nın Aşıqlılar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kəndin ictimai işlərində fəal iştirak edir, özünün səmimiliyi və ünsiyyətliyi ilə kənd əhalisinin böyük hörmətini qazanmışdır. Əvvəllər barəsində hər hansı cinayət işi olmamışdır. Təqsirləndirilən şəxs aşağıdakı tərkibdə ailə üzvləri vardır:

1. Atası: X23.

2. Anası: X29.

3. Qardaşı: X25.

4. Qardaşı: X30. (Cild 1, i.v. 141-142;) İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X45 İdarəsinin 26 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X45 İdarəsinin Ağcabədi Regional Qeydiyyat İmtahan və X28 daxil olmuş 26 dekabr 2024-cü il tarixli, 3-13-16-1/2-618/2024 nömrəli məktuba əsasən Baş X45 idarəsi Qeydiyyat-imtahan idarəsinin komputer-uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adında 07 noyabr 2024-cü ildən 07 noyabr 2034-cü ilə qədər B1,B,C1,C kateqoriyalı, BD913185 nömrəli sürücülük vəsiqəsi qeydə alınmışdır. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. (Cild 1, i.v. 143;) İşdə olan, Məhkəmə-Tibbi Ekspertiza və X19 X42 Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli, 34/24 nömrəli rəyindən görünür ki, X15 meyitinin müayinəsi zamanı alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti, qapalı sınıqları, baş beyin toxumasının əzilməsi; beyin qişa və mədəciklərinə qansızma, sağ said sümüklərinin aşağı üçdə-birinin fraqmentləri yerini dəyişmiş qapalı sınıqları: bədən səthinin çoxsaylı yaraları, qançır və sıyrıqları aşkar olunmuşdur. X1 meyitində aşkar olunmuş xəsarətlər, ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X15 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. (Cild 1, i.v. 148-152;) İşdə olan, Məhkəmə-Tibbi Ekspertiza və X19 X42 Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli, 35/24 nömrəli rəyindən görünür ki, X21 meyitinin müayinəsi zamanı alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti, qapalı sınıqları; baş beyin toxumasının əzilməsi; beyin qişa və mədəciklərinə qansızma; sağ bud sümüyünün yuxarı üçdə-birinin fraqmentləri yerini dəyişmiş qapalı sınığı; alt çənə sümüyünün fraqmentləri yerini dəyişmiş açıq sınığı aşkar olunmuşdur. X6 meyitində aşkar olunmuş xəsarətlər, ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X6 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki. X21 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. (Cild 1, i.v. 154-158;) İşdə olan, "xxxx" MMC-nin 25 yanvar 2025-ci il tarixli, 074 nömrəli və 25 yanvar 2025-ci il tarixli, 075 nömrəli ziyan aktlarından görünür ki, “QAZ-330210 Yük” markamodelli **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5000 (beş min) manat maddi zərər, “VAZ-21214 Urban Minik” marka-modelli **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 7500 (yeddi min beş yüz) manat maddi zərər dəymişdir. (Cild 1, i.v. 172-173;) İşdə olan, Məhkəmə-Tibbi Ekspertiza və X19 X42 tərəfindən veriilmiş 17 yanvar 2025-ci il tarixli, 111/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (Cild 1, i.v. 175-177;) İşdə olan, Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 aprel 2025-ci il tarixli, 8/74 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “QAZ-330210 Yük” marka-modelli 40-85-630 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissələrinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ-21214 Urban Minik” marka-modelli, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü X15 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində "Yol hərəkət haqqında" Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 Maksimum sürəti məhdudlaşdırılması" yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. (Cild 1, i.v 179-182;) İşdə olan, 22 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, i.v 193-194;) İşdə olan, 22 iyun 2025-ci il tarixli təqsirləndirlən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 1, i.v 221;) İşdə olan, 10 iyul 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Beyləqan rayonu, Aşıqalılar kəndində yerləşən “Hacıoğlu” yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kamerasının görüntüsünün çəkilərək götürülmüş videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı DVD diskin içərisində bir ədəd videogörüntünün olması, görüntünün 00:25 dəqiqə intervalında olması, görüntünün yuxarı sol hissəsində “xx-xx-2024 c.a 19:18:03”, ekranın sağ aşağı hissəsində “Camera 04” yazılarının olması, görüntünün 9-cu saniyəsində yanacaqdoldurma məntəqəsinin qarşısında əks istiqamətlərdən iki avtomobilin gəlməsi, görüntünün 10-cu saniyəsində həmin avtomobillərin yanacaqdoldurma məntəqəsinin yan tərəfində toqquşması, toqquşmadan sonra yanğın çıxması, görüntünün 15-ci saniyəsində yanacaqdoldurma məntəqəsinin binasından bir nəfər şəxsin çıxması, toqquşma baş vermiş tərəfə baxaraq yenidən binaya daxil olması, dərhal yenidən binadan çıxması müəyyən edilmişdir. (Cild 1, i.v 229;) İşdə olan, 10 iyul 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Beyləqan rayonu, Aşıqalılar kəndində yerləşən “Hacıoğlu” yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kamerasının görüntüsünün çəkilərək götürülmüş videogörüntüsü olan 01 ədəd DVD diskin cinayət işi üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (Cild 1, i.v. 230;) İşdə olan, 26 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X15 və X21 yaşayış yerləri Beyləqan rayonu, Əhmədli kəndi kimi oxunması, yol-nəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolunun Şahsevən-Əhmədli- Dünyamalılar avtomobil yolu kimi oxunması, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin markası “QAZ 330210 Yük” marka- modelli, **-BS-*** dövlət qeydiyyat nişanlı, Emin Həziyevin idarə etdiyi avtomobilin markası “VAZ-21214 Urban Minik" marka-modelli, **-DK-*** dövlət qeydiyyat nişanlı olaraq oxunması qərara alınmışdır. (Cild 2, i.v. 22-35;) İşdə olan, 08 sentyabr 2025-ci il tarixli qəbzlərdən görünür ki, “QAZ-330210 Yük Minik” marka-modelli **-BS-*** dövlət-qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs, “VAZ 21214 Urban Minik” marka-modelli **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə X11 təhvil verilmişdir. (Cild 2, i.v. 48-49;) İşdə olan, Beyləqan rayon 1 saylı notariat ofisinin Xüsusi notariusu X26 tərəfindən təsdiq edilmiş **********089 və **********090 nömrəli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri X16, X10 Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. (Cild 3) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 9-cu hissəsinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-nin 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-nin tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Həmin Plenum qərarının 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPMnin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-nin 263.3-cü maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-nin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti nəqliyyat vasitəsini idarə edən, cinayət əməlini törədənədək 16 yaşı tamam olmuş fiziki anlaqlı şəxs ola bilər. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun həm ibtidai istintaq zamanı, həm də məhkəmə istinaqı zamanı verdiyi ifadələri, həmçinin şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, “Hacıoğlu” yanacaq doldurma məntəqəsinin nəzarət kamerası tərəfindən qeydə alınmış videogörüntülər, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan iki şəxsin ölümünə və bir şəxsin isə sağlamlığına ağır dərəcəli zərər vurulmasına səbəb olması tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, Müharibə veteranı olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə əsasən (zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə edilməsinə və cəzasını ağırlaşdıran hallar müəyyən edilməməsinə görə) Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.3-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) aydan artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-nin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs gənc yaşından Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmət keçməsi (2020- 2023-cü illər), Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində manqa komandiri kimi iştirak edərək döyüş əməliyyatlarında göstərdiyi xidmətlərə görə dövlət təltifləri - “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunması, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ondan heç bir şikayət və tələbinin olmaması, ilk dəfə ehtiyatzılıqdan törədilmiş cinayət əməlinə görə məsuliyyətinə cəlb olunması, gəncliyi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınmaqla ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə minimum həddə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilmiş məqsədləri təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini yol hərəkəti qaydalarını pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə maddi sübut olan 1 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “QAZ-330210 Yük” marka-modelli **-BS-*** dövlət-qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs və mərhum X17 məxsus “VAZ 21214 Urban Minik” marka-modelli **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə X11 təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin, hökmün bu hissədə icrası yaşayış yeri üzrə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ- 330210 Yük” marka-modelli **-BS-*** dövlət-qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs və X1 idarə etdiyi “VAZ 21214 Urban Minik” marka-modelli **- DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə X11 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Beyləqan rayonu, Aşıqalılar kəndində yerləşən “Hacıoğlu” yanacaqdoldurma məntəqəsinin nəzarət kamerası tərəfindən qeydə alınmış videogörüntünün olduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar