Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-476/2025 03.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X19, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Saatlı rayonu, Oktyabrabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Saatlı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 1(055)-30/2025 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, evli, fərdi qaydada kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu, Şirinbəyli kəndində qeydiyyatda olmaqla orada yaşamış, 16 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 4(055)-14/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 120.2.1, 120.2.11, 181.2.1 və 181.3.3-cü maddələri ilə, xx xxxxxx 2005-ci il tarixdə Saatlı rayonu, Şirinbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu, Şirinbəyli kəndində qeydiyyatda olmaqla orada yaşamış, 16 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 4(055)-13/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 saxlanılan Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11, 181.2.1 və 181.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 05 fevral 2025-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qonşusu olan X2 məxsus əmlakı quldurluq yolu ilə ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan sağlamlığına ağır zərər vuraraq basqın etmək və qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar qəsdən öldürmək niyyəti ilə Mirhəsən Seyidovu aldadıb istifadələrində olan avtomobilə mindirib öldürdükdən sonra üzərində olan pul vəsaitləri və aksiz markasız siqaretlərini götürüb cinayət hadisəsini gizlətmək məqsədi ilə ayağına daş bağlayaraq kənd ərazisində yerləşən çöllük sahədəki şor kollektora atmaq qərarına gəlib niyyətini reallaşdırmaq üçün öz cinayətkar planını oğlu Təqsirləndirilən şəxs2 danışıb razılaşdıqdan sonra sonuncu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən əldə etdikləri razılıq əsasında birgə icraçı olmaqla aralarında bölüşdürülmüş rollara əsasən o, 05 fevral 2025-ci il tarixdə yaşadıqları Saatlı rayonu, Şirinbəyli kəndində yerləşən evin həyətyanı sahəsində oğlu Təqsirləndirilən şəxs2la birgə istifadələrində olan “Vaz-21061 minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaqlarını zərərçəkmişdən gizlənməsi məqsədilə çıxarmış, həmçinin Mirhəsən Seyidovu boğaraq öldürmək və cinayətin izlərini gizlətmək məqsədilə yaşadığı evin saxlanc yerindən götürdüyü dəmir məftil hissəsini və evin giriş darvazasının qarşısından götürdüyü 1 ədəd mişar daşını avtomobilin salonuna qoymuş, bundan sonra o, Təqsirləndirilən şəxs2la bölüşdürülmüş rollara uyğun olaraq avtomobilin salonunda arxa oturacaqlarını çıxardığı hissədə gizlənmiş, Təqsirləndirilən şəxs2la birlikdə həmin gün saat 20 radələrində sonuncunun idarə etdiyi yuxarıda qeyd olunan avtomaşınla Mirhəsən Seyidovun orada olmasını ehtimal etdikləri və zərərçəkmişin adəti üzrə mütəmadi olaraq getdiyi Saatlı rayonu, Şirinbəyli kəndinin ərazisində olan kafenin yerləşdiyi əraziyə çatıb yaxın məsafədə gözləməyə başlamışlar, bir müddət sonra sonuncunun içərisində çox sayda aksiz markasız siqaretlərin olmasını ehtimal etdikləri 1 ədəd qara rəngli torba ilə kafedən çıxdığını görüb onun göstərişi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Mirhəsən Seyidovu güdərək hər hansı şəxsin və müşahidə kamerasının olmadığını bildikləri kənd ərazisində zərərçəkmişin yanına avtomobillə gəlmiş, Təqsirləndirilən şəxs2 Mirhəsən Seyidovu aldadaraq evə getdiyini bildirib aparmağı təklif etmiş, sonuncu həmin təkliflə razılaşıb avtomobilin ön sərnişin oturacağına əyləşdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobili qonşuluqda yaşadıqları ev istiqamətində idarə etmiş, o isə müvafiq avtomaşının arxa sərnişin oturacağında gizləndiyindən və həmin hissədə olan pəncərələr tünd qara rəngli örtüklə üzlənmiş vəziyyətdə olduğundan Mirhəsən Seyidov onu görməmiş, bir qədər irəlilədikdən sonra Təqsirləndirilən şəxs2 əvvəlcədən əldə etdikləri razılığa uyğun olaraq avtomobili asfalt yoldan çıxararaq tanışından sənəd götürmək bəhanəsi ilə kəndin çöllük sahəsi istiqamətində idarə etmiş, Saatlı rayonu, Şirinbəyli kənd inzibati ərazi dairəsi daxilində olan kəndin kənar yolu ilə gedən çöl sahəsi istiqamətində biraz irəlilədikdən sonra saat 21 radələrində o, avtomobil hərəkətdə olarkən avtomobilin arxasında gizləndiyi yerdən qəfil qalxaraq Mirhəsən Seyidovu quldurluqla əlaqədar qəsdən öldürmək və əmlakını ələ keçirmək məqsədi ilə həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək əlində olan dəmir məftillə sonuncunun arxadan boyun üzvlərini sıxıb dərəcəsinə görə beyin qan dövranının pozulması nəticəsində həyat üçün təhlükəli, ölümə səbəb olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik bir qat qapanan stranqulyasiya şırımı xəsarəti yetirərək baş vermiş mexaniki asfiksiya nəticəsində qəsdən həyatdan məhrum etmiş, daha sonra planlarına uyğun olaraq Təqsirləndirilən şəxs2 avtomaşını çöllük sahəyə tərəf idarə edərkən o, zərərçəkmişi kollektora atarkən istifadə etmək üçün çöllük sahədən əlavə olaraq 1 ədəd beton parçası və dəmir məftil telləri götürmüş, daha sonra anten dairəsini itirmək məqsədi ilə Mirhəsən Seyidovun istintaq tərəfindən aşkar olunmayan mobil telefonunu qıraraq Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu avtomobili saxlayaraq mobil telefonu çöllük ərazidə olan kollektora atmış, daha sonra təxminən avtomobillə 10 km məsafə getdikdən sonra rayonun Şirinbəyli kəndinin inzibati ərazi dairəsinə daxil olan çöllük sahədəki şor su kollektorunun yanında dayanaraq Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmişin meyitinin əynində olan paltarlarını çıxardıqdan sonra Mirhəsən Seyidovun şalvarının cibində olan 1500 manat pulu və sonuncunun avtomobilə minərkən əlindəki torbada olan ümumi dəyəri 243 manat 70 qəpik olan aksiz markası ilə markalanmamış siqaretləri quldurluq yolu ilə ələ keçirmiş, bundan sonra oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə meyitin qarın boşluğuna və ayağına avtomaşına qoyduğu 1 ədəd mişar daşını və beton parçasını zərərçəkmişi boğarkən istifadə etdiyi və çöl sahədən götürdüyü məftil hissələri ilə bağlayaraq meyiti ərazidə olan şor su kollektoruna atmış, daha sonra avtomobillə oradan birgə ayrılaraq təxminən 2 km məsafədə yerləşən yulğun kolunun dibində cinayətin izlərini itirmək məqsədi ilə zərərçəkmişin paltarlarının üzərinə benzin tökərək yandırmış, bununla da o, Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qonşuları Mirhəsən Seyidovun əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib sağlamlığına ağır zərər vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar qəsdən öldürmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində demişdir ki, onun Mirhəsən ilə 4 ildən çoxdur mübahisəsi davam edirdi. Özlərinə və qohumlarına xəbər göndərmişdir ki, Mirhəsən onunla yola getmir. Mirhəsənin arvadı onun atasıyla doğma əmioğlu əmiqızı olmuşlar. Heç bir söyüşü söyməmiş, zərəçəkmiş şəxsin hüquqi varisi düz danışmamışdır. Mirhəsən həmişə ondan polis əməkdaşlarına məlumat vermişdir. Heyvan alıb həyətinə gətirmiş, Mirhəsən gedib polis əməkdaşları ilə əlbir onu tutdurmuşdur. Heyvan oğurluğu ilə əlaqədar onu polis şöbəsinə çağırmışlar, onu döymüşlər və onun 30000 manatını almışlar. Daha sonra heyvanlarını almışlar. Oğluna narkotik vasitə yükləməsinlər deyə ziyanları ödəmişdir. Əməliyyatçı polis şöbəsində demişdir ki, bunu qonşusu satmışdır. Mirhəsəndən onu niyə polis əməkdaşlarına satdığını deyəndə Mirhəsən səsini uçaldırdı. Çöldə heyvanlara yem almağa gedən zaman yolda Mirhəsən ilə rastlaşmışlar, oğlu Elçinə “bunu götür maşına aparaq çöldə bununla söhbət edək, bu kənddə səsin atır başına” demişdir. Mirhəsəni maşına götürmüşlər, Mirhəsən onu söyməyə başlamışdır. Daha sonra Mirhəsən “102” xidmətinə zəng etmək istəyərkən telefonu əlindən almış, əlini Mirhəsənin ağzına basıb, maşına oturtmuş, bu vaxtı Mirhəsənin tərpənmədiyini görmüşdür. Ekspert rəyi çıxmışdır ki, Mirhəsən ürək çatışmamazlığından ölmüşdür. Həmin vaxtı tək olmuş, Elçin yanında olmamışdır. Yarı yolda Elçinə “sən get mən özüm söhbət edərəm” demişdir. Daha sonra maşınını qabağa sürmüş, Mirhəsənin ayılması üçün üz-gözünə su vurmuşdur. Mirhəsən ayılmadığı üçün teli bağlayıb su kollektoruna atmışdır ki, cinayətin üstü açılmasın. Əməliyyatçılar Elçini döyüb ona məcbur etmişlər ki, Elçin özünündə onun yanında olduğunu, onun Mirhəsəni telle boğduğunu desin. Mirhəsəni tellə boğmamışdır. Mirhəsənə qarşı quldurluq etməmişdir. Müstəntiqə də ifadə verən zaman da demişdir, lakin müstəntiq ondan düzgün ifadə almamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, heyvanlarına yem almağa gedən zaman Mirhəsənlə rastlaşmışdır. Mirhəsənlə rastlaşan zaman hava qaralmış, saatı tam xatırlamamışdır. Elçinlə heyvanlarına yem almağa getmişdir. Heyvanlara yem almağa “Vaz-21061” markalı maşınla getmişdir. Maşını Elçin idarə etmiş, özü isə arxa oturcaqda oturmuşdur. Maşının arxa oturacağını yemləri maşının salonuna yığmaq üçün çıxarmışdır. 3-4 meşok yem alacaqmış, meşokları yük yerinə qoysa idi “baqaj” tutmazmış. Həmişə arxa oturacaqda əyləşmiş, heç vaxt qabaqda oturmamışdır. Yem almağa gedən zaman Elçinə “geri dön pivə alaq evə gedək, sonra özüm gedib yem alaram” demişdir. Fikrini dəyişməyinə səbəb ərazidə əməliyyatçıların olmağı olmuşdur. Maşının sənədləri düz olmamış, həmin vaxt kənddə polislər gəzmiş, YPX-i əməkdaşları sənədi olmayan maşınları sürücülərin əlindən almışlar. Kəndin içinə kimi gəlmişlər, kənddə pivəxana olmuş, onlar pivə almaq istəsələrdə pivəxana bağlı olmuşdur. Daha sonra Elçinə sür gedək evin yanından mağazadan pivə alaq və evə gedək demişdir. Yem almaq üçün səhər getmələrini fikirləşmişdir. Evlərindən pivəxanaya qədər olan məsafə təxminən 1 km olardı. Evə qayıdan zaman Mirhəsən kəndin içi ilə piyada hərəkət etdiyini görmüş, Elçinə maşını saxla bunu götür maşına demiş, Elçin ata lazım deyil demiş, Elçinə Mirhəsəni maşına götürməsini yenidən demişdir. Mirhəsənlə bir-iki kəlmə söhbət edəcəyini, kənddə söhbət edən zaman Mirhəsənin səsini ucaltdığını demişdir. Elçin maşını Mirhəsənin yanında saxlamış, otur maşına sənəd var götürək qayıdarıq geriyə demiş, həmin vaxtı Mirhəsən maşının qabaq oturacağında əyləşmişdir. Mirhəsən maşına minən zaman onu görmüş, həmin vaxtı Mirhəsən onunla danışmamışdır. Mirhəsənin onunla münasibəti olmasa da Elçinlə münasibəti olmuşdur. Mirhəsən maşına əyləşən zaman maşının arxa qapısını açmış, ancaq həmin vaxtı onu görüb-görməməsini bilməmişdir. Maşının şüşələri pilonkalıdır, kənardan maşının içi görünməmişdir. Mirhəsən onu kənardan görə bilməzdi. Mirhəsən maşına oturduqdan və kəndi çıxdıqdan sonra Elçinə maşını saxla düş maşından demişdir. Sənədi götürəcəkləri yer evlərindən əks istiqamətdə olmuş, əks istiqamətə gedən zaman Mirhəsən bir söz deməmişdir. Maşınında məftil, tel, manqal, somavar, kömür, balta, bıçaq olmuş, maşını çöl maşınıdır və hər şeyi vardır. Məftili maşına çoxdan qoymuş, məftil həmin vaxt maşının yük yerində olmuşdur. Mirhəsəni kəndin içərisində kənara, çöllük sahəyə çıxarmışlar. Sənəd götürmək istəməmişlər, Mirhəsənə sənəd götürməyi yalandan demişlər. Mirhəsəni çöllük sahəyə söhbət etmək üçün aparmışdır. Elçinə maşını saxla deyəndə Mirhəsən səndə maşındasan demişdir. Mirhəsən nə üçün onu gətirdiklərini soruşmuş, Mirhəsənə kənddə söhbət etmək olmur, səsini atırsan başına bura söhbət etməyə gətirmişik demişdir. Elçinə maşını saxlamasını və maşından düşməsini demiş, Elçin də maşından düşmüşdür. Elçin onun Mirhəsənlə olan münasibətini bilmişdir. Elçinə nə demişdirsə Elçində onu etmişdir. Mirhəsənə əməliyyatçı deyir səni qonşun satıb, nə üçün onu satdığını demişdir. Mirhəsən birinci boynuna almamış, daha sonra əcəb etdiyini demişdir. Mirhəsənlə əvvəlcə maşında danışmış, Mirhəsən maşından düşdükdən sonra “102-ə zəng edib səni belə-belə edərəm” demiş, Mirhəsənə eləmə burada polis yoxdur deyib telefonu onun əlindən almışdır. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə yaşadığı kənddə olmuşdur. Mirhəsənlə hadisədən 4 il qabaq sözsöhbəti olmuşdur. Mirhəsənlə satdığı evə görə mübahisəsi olmuşdur. Mirhəsən evi satdığını demiş, o da evi almaq istəmiş, daha sonra razılaşa bilməmişlər. Evi 8000 manata razılaşmışlar, sonra mübahisələri düşmüş, o da evi ala bilməmişdir. Mirhəsən atasının əmisi qızının əri olmuşdur. Münasibətləri pozulduqdan sonra Mirhəsən onun evini güdürmüş, kənddə onun haqqında xoşagəlməz sözlər danışmışdır. Mirhəsən iki il qabaq onun evini güdmüşdür. Mirhəsənin arvadı rəhmətə gedən vaxt onun pulu ilə arvadının yasını vermişdir. Mirhəsənin əvvəllər siqaretinə kimi almışdır. Baş vermiş hadisədən qabaq heyvan almış, hayvanları kəsmək üçün gətirmiş, Mirhəsən həmin vaxt heyvanları görmüşdür. Aldığı heyvanların bir hissəsini satmış, birini kəsən vaxt Mirhəsən bunu görüb polis əməkdaşlarına məlumat vermişdir. Aldığı heyvanlar oğurluq olmuş, oğurluqdan 20-25 gün qabaq heyvanları almışdır. Polis əməkdaşları onu polis şöbəsinə aparmış və onu polis şöbəsində asıb döymüşlər. Polis əməkdaşları onu döyən zaman ürəyinin getdiyini düşünmüş, öz aralarında bunu qonşularında olan qoca kişi satıb demişlər. Mirhəsən onu 30000 manata qədər ziyana salmışdır. Polis şöbəsində döyülməyi ilə bağlı və heyvanlarının alınması ilə bağlı heç bir yerə şikayət etməmişdir. Müstəntiqə 10000 min manat pul vermiş, 48 saatdan sonra müstəntiq onu buraxmışdır. Mirhəsəni öldürməyinin səbəbi onun barəsində polis əməkdaşlarına məlumat verməsi olmuşdur. Heyvanları özü oğurlamamış, başqa adam oğurlamışdır. Mirhəsən kənddə və məhəllədə onunla söyüşlə danışmışdır. Mirhəsəni əvvəlcədən qəsdən həyatdan mərhum etmək planı olmamışdır. Elçinlə bu barədə heç bir danışığı olmamış, Elçin Bakı şəhərində yaşamışdır. Elçin həmin gün ya da bir gün qabaq rayona gəlmişdir. Mirhəsənlə söyüşlə danışmışlar, Elçin söyüşləri eşitməsin deyə Elçini evlərinə göndərmişdir. Elçin maşından düşdükdən sonra kənddə getdi, maşın olduğu yerdə qalmışdır. Mirhəsən onu söyən zaman ağzından tutmuş, bu zaman Mirhəsən özündən getmişdir. Həmin vaxtı Mirhəsən ona müqavimət göstərməmişdir. Mirhəsənin boğazında olan izlər suya atanda yaranmışdır. Mirhəsənin boğazına tel bağlamışdır. Mirhəsənin boğazına teli sonuncu dayandığı yerdə bağlamışdır. Mirhəsənin əyin paltarlarını və öz paltarlarını maşına yığıb gətirib kolun dibində yandırmışdır. Burada məqsədi heç nəyin bilinməməsi olmuşdur. Mirhəsənin paltarlarını yandıran zaman onun cibinə baxmamış, həmin vaxt cibə baxmaq yada düşməmişdir. Mirhəsənin siqaretləri olmuş, siqaretlər maşında qalmış, siqaretlərin yanında həmçinin 2-3 kartda olmuşdur. Siqaret olan yerdə pul olmamışdır. Mirhəsənə qarşı quldurluq hadisəsi törətməmiş və Mirhəsənə qarşı belə bir niyyəti olmamışdır. Anasına verdiyi 1500 manat pul satdığı heyvanın pulu olmuşdur. Heyvanları yanvarın axırlarında satmış, dəqiq vaxtı xatırlamamışdır. Heyvanları həmkəndlisi Vaqif adlı şəxsə satmışdır. Öz paltarlarını yandıran zaman pul olmamış, pulları evdə saxlamışdır. Məhkəməyə çıxağacağı üçün 1500 manat pulu anasına saxlamaq üçün vermişir. Onları hadisə yerinə ilk dəfə əməliyyatçılar aparmışlar, həmin vaxt hadisə yerində prokurorluq əməkdaşları olmamışlar. Əməliyyatçılar onu qorxutmaq üçün qulağının yanında atəş açmışlar. Onları səhərə yaxın saat 4-də hadisə yerinə aparmışlar. Təzyiqlər olduğu üçün ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı bildirmişdir ki, o, hadisə barədə heç bir psixi və fiziki təzyiqə məruz qalmadan könüllü ifadə verərək 18 fevral 2025-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş, Saatlı rayon Şirinbəyli kəndində oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə ona məxsus fərdi yaşayış evində yaşamış, 2001-ci ildə X11 ilə rəsmi nikahdan keçməklə evlənmiş, birgə nikahlarından 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 2002-ci il təvəllüdlü Mənzər (Abbasova) Osmanova adlı iki övladı dünyaya gəlmiş, Mənzər həmkəndlisi X16 ilə 6 il əvvəl evlənmiş, iki azyaşlı övladı olmuş, qızı evləndikdən bəri həmin kənddə ayrı yaşamış, arvadı X11 təxminən 7-8 ay əvvəl evi tərk edib atasının Şirinbəyli kəndində yerləşən evinə getmiş, o, Sücayətlə rəsmi olaraq boşanmamış, Sücayətin evi tərk etmə səbəbi onun Sücayətə xəyanət etməsi olmuş, qonşuluqda yaşayan Şahid2 ilə münasibəti olmuş, Leyla Bakı şəhərinə köçdükdən sonra da onun Leyla ilə münasibəti davam etmiş, o, mütəmadi olaraq Leylanın evinə gedib gəlmiş, bundan da Sücayətin xəbəri olmuş, Sücayət ondan dəfələrlə bu yoldan əl çəkməyini istəsə də o, əl çəkə bilməmişdir. Bundan başqa qeyd etmişdir ki, o, 2006-cı ildə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Sabirabad rayon məhkəməsinin qərarı ilə barəsində ittiham hökmü çıxarılmış, 3 il azadlıqdan məhrum edilmiş, bundan başqa, Saatlı RPŞ-də Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə barəsində cinayət işi üzrə istintaq yekunlaşaraq bu yaxınlarda baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Mahiyyəti üzrə qeyd etmişdir ki, 25 yanvar 1959-cu il təvəllüdlü X5 onun yaxın qonşuluğunda yaşamış, kənddə mağazaların birində nəzarətçi işləmiş, Mirhəsən həmçinin də qanunsuz olaraq aksiz markasız siqaret də satmaqla məşğul olmuşdur. Mirhəsən ilə münasibətləri son 2 il ərzində pozulmağa başlamış, ilk olaraq Mirhəsən evini satmaq istəmiş, o, Mirhəsənə həmin vaxtlarda, yəni 2021-2022-ci illər ərzində evi satın almaq istədiyini bildirmiş və evin sənədlərinin qaydasında olubolmadığını soruşmuş, Mirhəsən ona evi 10 min manata satmaq istəmiş, yekunda 8 min manata razılaşmışlar. Razılaşma gedişində ona bəlli olmuşdur ki, Mirhəsənin ona satmaq istədiyi ev və həyətyanı torpaq sahəsi Mirhəsənin adına olmamış, bunu ona Mirhəsənin və onun da atasının əmisi oğlu olan Azər demiş, belə ki, həmin evin sənədləri 2006-cı ildən Mirhəsənin oğulluğu kimi tanıdığı Coşqunun adına rəsmiləşdirilmiş, Azər ona Coşqunun deməsinə görə evin özünün olduğunu və onun evə yaxın durmamağını bildirmiş, bundan sonra o, bu söhbəti Mirhəsənə bildirmiş, Mirhəsən qohumlarını təhqir edib evin ona məxsusluğunu bildirsə də, onlar razılaşmamış, bundan sonra araları mülkə görə soyumuşdur. Çünki o Mirhəsəndən evini və həyətyanı sahəsini ala bilməmiş, bundan sonra Mirhəsən də onunla pis olmuş, belə ki, onun oğurluqla bağlı Saatlı RPŞ-də yuxarıda göstərdiyi maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməyinə səbəb də Mirhəsən olmuş, onun barəsində 2024-cü ilin axırlarında Saatlı RPŞ-ə oğurluqla bağlı məlumat vermiş, bunu o, kənd camaatından öyrənmiş, buna görə onun dəymiş ziyanları ödəməyə 10-15 min manata yaxın xərci çıxmış, bunun da günahı Mirhəsəndə olmuşdur. Bundan başqa Mirhəsən onun evinin sirrini, yəni arvadı Sücayətlə olan söz söhbətini, yəni Leylayla olan xəyanət məsələsini qonşu olduğundan eşidib kənddə başqa şəxslərə demiş, sonuncu dəfə də Mirhəsənə xəbərdarlıq etmişdir ki, onun evinin söhbətini başqa yerdə deməsin. Bu zaman Mirhəsənlə sözlü mübahisəsi olmuş, bütün bunlar onda Mirhəsənə qarşı aqressiya yaratmışdır. O, 2 aydır ki, Mirhəsəni öldürməyi düşünmüş, lakin fikrini qətiləşdirməmiş, qorxmuş və münasib şərait fikirləşmişdir. Çünki Mirhəsənin bu kimi hərəkətləri onda qıcıq yaratmış, ilk başda heçkəsə bir söz deyə bilməmiş, lakin müvafiq əməli tək törədə bilməyəcəyindən ən yaxını olan birgə yaşadığı oğlu Elçinə öz fikirlərini bölüşmüş, 2025-ci ilin fevral ayının 2-3 tarixləri aralığında evində olarkən Elçinə Mirhəsəni öldürmək istədiyini, bunu tək edə bilməyəcəyini və ona kömək etməsini bildirmiş, Elçin onun Mirhəsəni nə üçün öldürmək istədiyini az-çox bilmiş, çünki yuxarıda sadaladığı hallardan, yəni istər ailə məsələsi, istər ev, istərsə də onu RPŞ-yə xəbərləməsindən oğlu agah olmuş, bununla bağlı Elçin ona belə bir əməldən çəkinməyini ilk başda söyləmiş və ikisinin də sonda tutulacağını qeyd etmiş, o, 1-2 gün daha fikirləşmiş, yekunda 2025-ci ilin fevral ayının 5-də saat 15 radələrində Elçinlə evdə olarkən Mirhəsəni öldürmək fikrinin qəti olduğunu, çünki Mirhəsənin onu söydüyünü, etdiklərini şöbəyə xəbər verdiyini, bunun heyfini ondan alacağını bildirib ondan kömək etməyini istəmiş, o, bu fikrini Elçinə dedikdə ilk başda Elçin onunla razılaşmamış, evi tərk edib getmiş, daha sonra axşam vaxtı, yəni saat 19 radələrində o, Elçinə zəng vurub evə çağırmış, o, təkidlə Elçinə bu işi görəcəyini demiş, əgər işin üstü açılsa öz boynuna da götürəcəyini bildirib Elçinə ürək-dirək vermiş, həmçinin üstünün açılmayacağını da bildirməklə əminlik yaratmışdır. O, məcbur qalıb oğlu Elçini razı salmış, çünki ona həm kömək lazım olmuş, həm də etibar edəcəyi başqa şəxs olmamışdır. O, Elçinə planını danışmış və “İlk əvvəl Mirhəsəni güdək heç kəsin olmadığı yerdə maşına (öz istifadəsində olan **-CA-*** dövlət qeydiyyat nişanlı, Vaz-21061 markalı) mindirək. Sən yolu sürərsən bir bəhanəylə onu maşına əyləşdirərsən. Mən də arxa oturacaqda gizlənərəm heç kəsin olmadığı yerdə dəmir yanmış simlə onu boğaram sonra da aparıb kimsəsiz çöllükdə şor kollektoruna atarıq” sözlərini demiş, Elçin də bu planla razılaşmış, o, rahat gizlənsin deyə avtomobilin arxa oturacağını çıxartmış, öldürəndən sonra Mirhəsəni ayağına bağlayıb suya atmaqda istifadə etmək üçün oraya 1 ədəd kubik (mişar daşı) qoymuş və boğmaq üçün bir ədəd uzunluğu 2-3 metr olan dəmir nazik məftil (yanmış sim) götürmüş, arxa oturacağa yerləşdirmiş, arxa oturacağı çıxarıb həyətin içinə atmış, tam hazır olduqdan sonra plana başlamışdır. Mirhəsənin harda olduğunu bilməmiş, lakin uzun illər qonşu yaşadığından az-çox kənddə yemək yediyi kafeni, siqareti satdığı yerləri tanımışdır. O və oğlu Elçin təxminən saat 20 radələrində Mirhəsəni kənddə yerləşən həmişə yemək yediyi kafenin kənarında gözləməyə başlamış, bir müddət sonra Mirhəsən Oruc adlı şəxsin kafesindən çıxmış, Mirhəsənin bir az irəliləməsini gözləmişlər, məqsədləri kafedə əgər kimsə varsa onların maşınının Mirhəsənə yaxınlaşdığını, Mirhəsəni avtomobilə mindirərkən heç kəsin görməməsi olmuş, kafenin yanından keçəndə kiminsə olub-olmadığını görməmiş, Mirhəsən bir qədər də irəlilədikdən sonra o və Elçin maşınla arxadan Mirhəsənin yanına yaxınlaşmış, oğlu Elçin evə getdiyini Mirhəsəni də apara biləcəyini deyib aldadıb avtomobilə əyləşdirmiş, Mirhəsən də razılaşmış, avtomobilin ön sərnişin oturacağına əyləşmiş, o, arxada gizlənmiş, avtomobillə bir az irəliləyib torpaq yola dönmüş, Mirhəsən Elçindən haraya getdiyini soruşmuş, Elçin bir nəfərdən sənəd götürəcəyini demiş, Mirhəsən onu arxada hələ də görməmiş, o da səsini çıxarmamış, bir az da torpaq yolda xeyli irəlilədikdən sonra saat təxminən 21 radələrində o, arxadan uzanıb Mirhəsənə “Sən niyə məni getdin satdın?, El-obada məni biabır etdin, dedim axı mənə dəymə” sözlərini işlətmiş, Mirhəsən ona yaxşı etdiyini bildirmiş, bundan sonra o, qəflətən evdən götürdüyü dəmir məftili (yanmış sim) Mirhəsənin boynuna arxadan salmış, Mirhəsənə “Yaxşı etməyin axırı budur, adama belə göstərərlər” ifadəsini işlətmiş, Mirhəsən nəsə deyə bilməmiş, Elçin də yavaş yavaş irəliləmiş, təxminən 2 dəqiqə sonra Mirhəsən ölmüş, onları heç kəs görməmiş, elə oradan da Mirhəsəni kanala atmaq üçün çöllük əraziyə tərəf getmiş, çöllük ərazidə olan beton kanalına çatan zaman Elçin avtomobili saxlamış, o da yerdən ağır beton parçası götürmüş və avtomobilə qoymuş, bir az irəlilədikdən sonra o, Mirhəsənin telefonunu cibindən çıxarmış, telefon köhnə sadə mobil telefon olmuş, o, həmin telefonu əli ilə parçalamış və tullaması üçün də Elçinə vermiş, Elçin də avtomobildən enib telefonu kollektora tullamış, bunu etməkdə məqsədi Mirhəsənin telefonunun anten məlumatlarının itməsi olmuş, daha sonra bir qədər irəlilədikdə çöl sahədə yolun qırağında yerdə dəmir setka görmüş, maşından düşüb 2-3 ədəd setkanın dəmir tellərin çıxartmış, daha sonra təxminən çöllük sahədə 10 km irəlilədikdən sonra heç kəsin gəlmək ehtimalı olmayan bir yerdə avtomobili saxlamış, Mirhəsən avtomobilə minərkən əlində bir sellofan torba, torbanın içində də Mirhəsinin satdığı çox sayda aksizsiz siqaretlər olmuşdur. Elçinlə birlikdə Mirhəsənin meyitini yerə endirmiş, bu zaman saat təxminən 22 radələri olmuş, o, Elçinə “bunun paltarlarını çıxaraq birdən batmaz” demiş, həm də paltarların çürüməməsindən ehtiyat etmiş, daha sonra Mirhəsənin şalvarını, tumanını paltosunu, köynəyini və ayaqqabısını çıxartmış, əynində alt isti köynək və maykası qalmış, həmin paltarları ona görə saxlamışdır ki, meyiti rahat daşıya bilsinlər, Mirhəsənin şalvarının cibindən o, 1500 manat pul, 3-4 ədəd plastik kart, bir də siqaret tapmış, daha sonra Mirhəsəni boğduğu məftillə kubiki qarın boşluğuna və yoldan tapdığı beton parçasını da yoldan götürdüyü dəmir tellər vasitəsilə ayaqlarına bağlamış və Elçin qollarından, o da ayaqlarından tutub şor kollektoruna atmış, kubik və beton parçasını ona görə bağlamışdır ki, suyun üzünə Mirhəsənin meyiti çıxmasın. Daha sonra oradan ayrılmış, təxminən 2-3 km sonra bir yulğunluqda dayanmış, Mirhəsəndən soyundurduqları paltarları və ayaqqabını yolun kənarında olan yulğun kolunun dibinə qoymuş, Elçin paltarların üzərinə maşında hər zaman ehtiyatda saxladığı benzini tökmüş və o kol kos gətirib yandırmış, paltarlar yanıb qurtardıqdan sonra evə geri qayıtmışlar. Evdə Mirhəsənin əlində olan sellofan torbanın içindəki plastik qabda olan siqaretləri həyətdə olan saman yığınının altına basdırmış, həmin vaxt Elçin də yanında olmuş, bununla bağlı heç kəsə heç nə deməmişlər, səhəri gün o, Bakı şəhərinə gedib Leylayla görüşmüş, Leylanın kartına yolda olarkən Mirhəsənin meyitindən götürdüyü 1500 manat pulu atmış, sonra da Bakıda olarkən həmin pulu çıxarıb götürmüş, bunu etməkdə məqsədi üzərində pulun Bakıya gedənə qədər qalmaması olmuş, Leylaya da “kim məni soruşsa deyərsən ki 04 fevral 2025-ci il tarixdən mənimlə birlikdədir” sözünü tapşırmış, lakin cinayət törətdiyi ilə bağlı və pulun mənbəyi ilə bağlı Leylaya heç nə deməmiş, bunu etməkdə məqsədi cinayət günü kənddə olmadığının şahidi olması olmuş, daha sonra təxminən 10 fevral günü rayona-kəndə geri qayıtmışdır. Ona görə qayıtmışdır ki, oğurluq cinayəti ilə bağlı şöbədə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə bağlı zəruri sənədlərə imza çəksin. Rayona gələndə müvafiq pul vəsaiti də üzərində olmuş, anası Solmaz qardaşı İmdadla birlikdə onun evinə həmin ərəfədə qonaq gəlmiş, o, anasına inək satdığını bildirib 1500 manat pulu da bir bağlamada anası Şahid1 saxlaması üçün vermiş, anası da pulu götürüb getmişdir. Avtomobili hadisədən sonra heç vaxt sürməmiş, o və Elçin 15 fevral 2025-ci il tarixdə Saatlı rayon polis şöbəsinə dəvət edilmiş, Elçinlə birlikdə şöbəyə gəlmiş, ona sual verən zaman çox qorxduğu üçün hər şeyi etiraf etmiş və Mirhəsəni öldürdüyünü qeyd etmişdir. O, törətdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, qonşusu Mirhəsən Seyidovu məftillə boğub öldürmək səbəbi onun ailə münasibətlərinə qarışması, Saatlı RPŞ-yə törətdiyi oğurluq əməlini xəbərləməsi, həmçinin çəpər qonşusu olmaqla ona torpağı satmaması olmuş və əgər satsaydı öz ərazisini genişləndirə bilərmiş. Mirhəsəni öldürüb yoxa çıxartmaqla bütün sıxıntılarının keçəcəyini, boş evi də sonradan rahat şəkildə əldə edə biləcəyini hesab etmiş, Mirhəsənin onu polisə satması təkcə onun təqsirləndirilən şəxs qismində cəlb edilməsinə səbəb olmamış, eləcə də etdiyi əməl nəticəsində Saatlı RPŞ-dəki istintaq gedişatında natura şəkilində 10-15 min manat məbləğinədək zərərçəkmişlərə vurduğu ziyanları ödəməyə xərci çıxmış, bunun da səbəbkarı onu xəbərləyən Mirhəsən olmuşdur. Hadisə 05 fevral 2025-ci il tarixdə, təxminən saat 21 radələrində, Şirinbəyli kəndinin çöl sahəsində istifadələrində olan oğlunun həmin vaxt idarə etdiyi “VAZ 2106” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin salonunda baş vermiş, Mirhəsən Seyidovu qətlə yetirdikləri zaman istifadə etdiyi dəmir məftil hissəsini evində uzun müddətdir ki, alıb saxladığı bir rulon məftildən kəlbətinlə kəsib götürmüş, dəmir məftil hissələrini kəsib götürdüyü həmin rulon hazırda da yaşadığı evin anbarında saxlamış, eyni zamanda Mirhəsəni öldürdükdən sonra batması üçün götürdüyü 1 ədəd mişar daşını da evinin çöl darvazasının ağzından götürmüşdür. Mirhəsən Seyidovu öldürdüyü ərəfədə və ondan sonra sonuncuya qarşı hər hansı nalayiq ifadə söyləməmiş, habelə öldürdükdən sonra üzərində hər hansı alçaldıcı hərəkətlər və zor tətbiq etməmişdir. Ona təqdim edilən 1 ədəd mişar daşı və 1 ədəd beton parçası və onların üzərində olan məftillərin hadisə günü Mirhəsən Seyidovu məhz həmin məftillər vasitəsilə evdən götürdüyü həmin mişar daşı və çöl sahədən götürdüyü həmin beton parçası ilə öldürüb şor kollektorunda basdırmış, o, oğlu Elçinlə birlikdə plana uyğun Mirhəsəni avtomaşınına mindirərkən, habelə yolda olarkən və öldürüb daha sonra şor kollektoruna atarkən, paltarları yandırarkən və digər cinayət əməli ilə bağlı olan hərəkətləri edərkən başqa heç kəs olmamış, cinayətin üstünün açılmaması üçün bütün bunları düşünmüşdür. O, hadisə zamanı Mirhəsəni boğub öldürərkən, habelə digər hərəkətlər əsnasında hər hansı bir xəsarət almamış, cinayət əməlini törədən zaman nə o, nə də oğlu Elçin sərxoş olmamışdır. O, ***-***-**-**, Elçin isə ***-***-**-** mobil nömrəsini işlətmiş, asan imza olan ***-***-**-** saylı mobil nömrə, eyni zamanda adına olmaqla lakin uzun illərdir ki, istifadə etmədiyi ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələri də mövcud olmuşdur. X34 ilə ona xəyanət etməsinə görə evi 6-7 aydır ki, tərk edib getmiş, buna səbəb Mirhəsənin onun ailə sirrini, yəni Leylayla xəyanət etməyini kənddə camaata danışması, nəticədə Sücayətin bundan tam əmin olması olmuşdur. Hadisədə oğlu Təqsirləndirilən şəxs2 rolu ondan ibarət olmuşdur ki, o, tək halda Mirhəsəni gizlin aparıb öldürə bilməzmiş və ona tam əminliklə əlbir olacağı yaxını lazım olmuş, Elçinin də bu işdə rolu Mirhəsəni aldadıb avtomobilə əyləşdirməsi, avtomaşını sürməsi, Mirhəsəni öldürdükdən sonra birlikdə şor kollektoruna atıb izi itirmək olmuşdur. Mirhəsən Seyidovu öldürdükdən sonra üzərindən aşkar etdiyi 1500 manat pul vəsaitini nə səbəblə götürdüyünü izah edə bilməmiş, ona ziyan vurmağa görə 1500 manat pul vəsaitini götürməmiş, sadəcə pulu görmüş və götürmüşdür. Təqsirləndirilən şəxs2 Mirhəsənin paltarlarını soyundurarkən 1500 manat pul vəsaiti tapdığını və götürdüyünü görmüş, lakin həmin puldan o, Elçinə heç bir vəsait verməmişdir. O, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 əlavə ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası CMnin 120.2.1, 120.2.11, 181.2.1 və 181.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə dindirilərkən özünü həmin maddələrlə təqsirli bilmədiyini, özünü yalnız Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edərək ifadələrində bildirmişdir ki, mərhum Mirhəsən Seyidovla qonşudur, son zamanlarda onunla münasibətləri pisləşmiş, bunun səbəbi Mirhəsənin onun evini, hərəkətlərini güdməsi və onu oğurluq hadisəsi ilə bağlı polisə satması olmuşdur. 05 fevral 2025-ci il tarixdə, təxminən saat 17 radələrindən sonra oğlu Elçinə zəng vurmuş, onu şəxsi təsərrüfatında olan keçilərə arpa almaq üçün evə çağırmış, Elçin gəldikdən sonra onunla birlikdə istifadəsində olan Vaz-21061 markalı avtomobillə kənd mərkəzinə yola düşmüş, maşını Elçin idarə etmiş, yolda Elçinə “gəl qayıt arxaya gedək pivə alaq” demiş, Elçin də avtomobili Nurəddinin kafesinə sürmüş, kafe bağlı olduğundan Elçinə gedək başqa yerdən pivə alaq demiş, yolda Mirhəsənə rast gəlmiş, Elçinə “bunu götür bir az söhbət edim” demiş, Elçin ilk vaxtı “ata ehtiyac yoxdu evə gedək” demiş, o isə israr etdikdən sonra Mirhəsəni avtomobilə mindirmiş, Mirhəsən onun avtomobildə olduğunu bilməmiş, bir az çöl sahəsinə irəlilədikdən sonra arxadan Elçinə “Elçin maşını saxla düş evə get” demiş, Mirhəsən həmin vaxtı onu görmüş, Elçin avtomobildən enmiş, artıq o Mirhəsənlə tək qalmış, avtomobilin içərisində olarkən ona “sən niyə məni polisə satmısan” demiş, Mirhəsən də “əcəb etmişəm satmışam” deyə cavab vermiş, bununla da mübahisələri başlamış, o qapını açıb yerə enmiş, avtomobildən düşən zaman oğlu Elçinin öskürək səsini eşitmiş, Elçinin getmədiyini görüb ona acıqlanaraq “sənə evə rədd ol dedim, evə get” demiş, sonra Mirhəsənin yanına gəlmiş, Mirhəsən telefonla polisə (102) zəng vurmaq istəmiş, bu zaman o əli ilə telefonu vurub yerə salmış, Mirhəsən yenə ona söyüş söyməyə başlamış, o Mirhəsənin söyüş söyməməsi üçün ağzından tutmuş və onu bir əli ilə avtomobilin içərisinə basmış, əsəbi halda Mirhəsəni o vəziyyətdə nə qədər saxladığını bilməmiş, bu zaman Mirhəsən halsızlaşmış, maşının qapısını örtüb özü də sükana oturub çöllüyə tərəf getmiş, avtomobillə təxminən 300 metr irəli getmiş, su kanalının yanında avtomobili saxlamış, Mirhəsənin üzünə su vurmuş, sonra avtomobili çöllük tərəfə bir az da sürmüş, yolda saxlayıb kubik götürmüş, təxminən 20-30 km aralanıb kollektorun kənarına gəlmiş, orada setka telini Mirhəsənin ayağına bağlamış, orada olan daşı da ayağına bağlamış, sonra simin bir ucunu onun boğazına bağlamış, kubik və daş qarışıq sürükləyən zaman paltarları əynindən sıyrılıb çıxmış, məftil də boğazını sıxmış, ona görə məftili təkrar boğazından açmış, daha sonra Mirhəsəni suya atmış, paltarları baqaja yığmış, paltarları yolda gələrkən yandırmış, onun üzərindən pul götürməmiş, avtomobili sürüb Elçinin yanına gəlmiş, körpünün yanında Elçini görmüş, Elçin avtomobilə minmiş, həmin vaxt əynində bir mayka və bir tuman olmuş, iz itirmək üçün onları da yandırmış, Elçin onu bu vəziyyətdə görsə də heç nə soruşmamış, birlikdə gedib dönər almış, daha sonra evə getmiş, hamama girib yuyunmuş, sonra Elçinə avtomobildə nə varsa gətirməyini tapşırmış, Elçin avtomobildən sellofanları gətirmiş, selofanlarda olan siqaret və kartları tövlənin yanında basdırmış, səhəri gün Bakıya getmiş, 13 aprel 2025-ci il tarixdə evə gəlmiş, onu polis şöbəsinə çağırdıqlarına görə şöbəyə getməzdən qabaq Elçinə hadisəni danışmış, Mirhəsəni öldürdüyünü demiş, ona heç kəsə heç nəyi deməməsini tapşırmış, şöbədə olarkən ona təzyiq göstərilmiş, o da hadisəni etiraf etmiş, şöbədə hadisədə Elçinin iştirak etmədiyini bildirmiş, lakin sonra oğlu Elçinin onunla birlikdə Mirhəsənin öldürülməyində iştirak etməyini etiraf etdiyini eşitmiş, həmin etirafın mahiyyətini bilə bilməmiş, Mirhəsəni tək öldürmüş, Elçin bu hadisədə iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 ilkin hadisə yerinə baxış keçirilən, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən, ifadəsi yerində yoxlanılan zaman hadisəni oğlu Təqsirləndirilən şəxs2la birgə törətdiyini etiraf etməyi, hadisənin baş vermə mexanizmini ətraflı və məntiqli şəkildə izah etməyi, lakin hazırda isə verdiyi ifadə də ilkin göstərdiyi xüsusatları tam təkzib etməklə məntiqi ardıcıllığa uyğun olmayan ifadə verməyi ilə bağlı ziddiyyətlərlə əlaqədar sual verilən zaman Təqsirləndirilən şəxs1 hazırki ifadəsi ilə keçmiş ifadəsi arasında zidiyyət olmadığını, oğlu Elçinin Mirhəsəni öldürməkdə heç bir iştirakı olmadığını, ona heç bir köməklik göstərmədiyini, əgər ilkin istintaqda Elçin etiraf edibsə buna məcbur edildiyini, polis əməkdaşları ona və Elçinə qarşı fiziki zor tətbiq etdiklərini, 05 fevral 2025-ci il tarixdə Mirhəsəni avtomobilə mindirən zaman öldürmək niyyəti olmadığını, Mirhəsəni öldürməkdə hər hansı tamah məqsədi olmadığını, bu hadisədən 3 il 6 ay əvvəl o evini satmaq istəyərkən bir qonşu kimi onun evini almaq istədiyini, razılaşdıqlarını, atasının əmisi nəvəsi Coşqun Səfərovun həmin evi almağına mane olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham üzrə özünü təqsirli biləməyərək ifadəsində demişdir ki, 4 fevral ya da 5 fevral 2025-ci il tarixdə Bakı şəhərindən rayona gəlmişdir. Kənddə olan zaman atası ona zəng edib yanına getməyini demişdir. Atası keçilərə arpa almaqlarını demişdir. Atasıyla arpa almağa gedən zaman atası sürücülük vəsiqələrinin olmadığını bildirərək geri qayıtmalarını, sonra gedib yem alacağını demişdir. Qayıdıb gələn zaman atası pivə almağı demiş, maşını saxlayıb mağazaya yaxınlaşmış, lakin mağaza bağlı olmuşdur. Qayıdan zaman Mirhəsəni görmüşdür. Atası ona maşını saxla Mirhəsəni götür maşına, Mirhəsənlə söhbət etmək istədiyini və Mirhəsənin onu polis əməkdaşlarına satdığını demişdir. Etiraz etsə də atası Mirhəsəni maşına götürməyini demişdir. Maşını saxlayıb Mirhəsəni maşına götürdükdən sonra bir az getmişlər, bu zaman atası maşını saxla düş get demiş, o da maşını saxlayıb çıxıb getmişdir. Evin açarı və mobil telefonu maşında qalmış, həmin vaxtı evə gedə bilməmişdir. Atası 13 fevral 2025-ci il tarixdə Mirhəsəni öldürdüyünü demiş, o isə atasına nahaq belə etdiyini demişdir. Atasını gecə ilə Bakı şəhərinə yola salmışdır. Atası nə olubsa onluq olduğunu demişdir. 15 fevral 2025-ci il tarixdə atası ilə onu polis şöbəsinə çağırmışlar, atasını kameraya salmışlar, polis əməkdaşları nə bilirsə danışmağını demişlər, o da heç nə danışmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Mirhəsəni maşına götürən zaman atası ilə bir yerdə evdən çıxmışlar. Axşam saat 17-18 radələrində evdən çıxmışlar. Atası ilə bir yerdə keçiləri üçün arpa almağa getmişlər. Evdən çıxanda sürücülük vəsiqələrinin olmadığını bilmişlər. Yolda atası qayıtmalarını dediyi üçün qayıtmışdır, atasının sözündən çıxmamışdır. Arpa alıb maşına yükləcəkləri üçün maşının arxa oturacağını atası ilə bir yerdə çıxarmışlar. Atası maşının arxa hissəsində oturmuşdur. Maşının qabaq sərnişin oturacağını çıxarmamışlar. Atasının arxada və ya qabaqda oturmasının ona heç bir aidiyyəti olmamışdır. Mirhəsəni məktəbin qabağında olan kafenin qabağında asfalta çıxan yolda görmüşlər. Mirhəsən evinə tərəf gedən zaman atası maşını saxla bunu götür demişdir. Mirhəsən qabaqlarına təsadüfən çıxmış, Mirhəsənlə münasibəti yaxşı olmuşdur. Mirhəsəni görən zaman onun əlində selofan torba olmuşdur. Maşını saxlayıb Mirhəsəni maşına dəvət edən zaman Mirhəsən onunla razılaşıb maşına əyləşmişdir. Mirhəsən maşına əyləşən zaman hava qaranlıq olmuş, maşının içərisi qaranlıq olduğu üçün Mirhəsən atasının maşında olduğunu bilməmişdir. Evdən çıxan zaman atası özü ilə evdən heç nə götürməmişdir. Mirhəsən maşına əyləşdikdən sonra evə tərəf getməmiş, əks tərəfə çöllüyə getmişlər, sənəd olduğunu, götürüb qayıdacağını demişdir. Atası maşında danışandan sonra Mirhəsən atasının maşında olduğunu bilmişdir. Həmin vaxtı Mirhəsən atasına heç bir reaksiya verməmişdir. Atası ona maşını saxla düş get demiş, o, da maşını saxlayıb düşüb getmişdir. O, maşından düşdükdən sonra evə tərəf getmiş, atasıgil çıxıb getmış, daha sonra atası qayıdıb evə gəlmişdir. Atası ilə bir yerdə dönər almağa getmişlər, sonra qayıdıb evə gəlmişlər. Evə qayıtdıqdan sonra atası ona Bakı şəhərinə getdiyini, soruşan olsa Bakı şəhərində olduğunu deməyini bildirmişdir. 09 fevral 2025-ci il tarixdə əməliyyatçılar gəlib onu aparmışlar. Evlərindən çıxan kartlar və siqaret bağlamaları maşında gəlmişdir. Siqaret bağlaması tövlənin qabağında olan peyinin altından aşkarlanmışdır. Yəqin ki, atası həmin siqaretləri peyinin altında gizlətmiş, başqa heç kim ora qoya bilməzdi. Pul vəsaitini görməmiş, Mirhəsənin öldürülməsində iştirak etməmişdir. Polis şöbəsində onu asmışlar. Müstəntiq ifadəsinin yerində yoxlanmasını aparmış, həmin vaxtı videoçəkliş olmuşdur. İfadəsinin yerində yoxlanılması zamanı da ona təzyiq olunmuşdur. 10000 manat pul götürməmişdir. Prokurorluqda ifadə verən zaman atası yanında olmamış, atası da ifadə verən zaman o, atasının yanında olmamışdır. Müvəqqəti saxlama yerində atası ilə bir yerdə olmamışlar. Müstəntiq ifadəni gətirib buna imza çək demiş, imza çəkmədikdə imzala atanı buraxaq demişlər. Buna görə ifadəsinə imza çəkmişdir. Mirhəsən maşına əyləşən zaman atası Mirhəsənə salam verməmişdir. Onları birinci dəfə hadisə yerinə gecə saat 3-4 radələrində aparmışlar. Onları hadisə yerinə Fuad, Eldəniz və adlarını bilmədiyi əməliyyatçılar aparmışlar. Fuad ona “gör atan haranı deyir həmin sözləri sən də videoçəklişdə deyərsən” demişdir. Prokurorluq əməkdaşları səhəri gün saat 11 radələrində onları hadisə yerinə aparmışlar. Mirhəsənin öldürülməsində iştirak etməmişdir. Atası Mirhəsənlə danışmamış, atası ona Mirhəsəni öldürmək fikri olmağını deməmişdir. Atası qayıdıb evə gələndə atasının üzərində alt paltarı var idi. Atasından bu nə geyimdir deyə soruşmuş, ancaq atası heç bir suala cavab verməmişdir. Atası hamama girib-çıxandan sonra Bakı şəhərinə getdiyini demişdir. Prokurorluq əməkdaşları onları hadisə yerinə çıxarmamışdan əvvəl polis əməkdaşları onları hadisə yerinə aparmışlar. Polis şöbəsindən çıxdıqdan sonra polis əməkdaşı Fuad Elşadı qabaqda aparın hadisə yerini göstərsin demişdir. Onu başqa maşında hadisə yerinə aparmışlar. Hadisə yerinə getdikdən sonra Cinayət Axtarış Bölməsinin rəisi ona meyid burdadır, paltarlar filan yerdə yandırılıb telefonlar da filan yerdədir sabah videoçəklişdə deyərsən demişdir. Pulla bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 barəsində bəraət höküm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı bildirmişdir ki, hadisə barədə heç bir psixi və fiziki təzyiqə məruz qalmadan sərbəst və könüllü ifadə verərək 18 fevral 2025-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş, atası Təqsirləndirilən şəxs1 Elbrus oğlu ilə birlikdə Saatlı rayonu Şirinbəyli kəndində atasına məxsus fərdi yaşayış evidə yaşamış, 2-3 il əvvəl, yəni 2021-2022-ci illərdə Bakı şəhərində yerləşən Respublika Olimpiya İdman Liseyinin bədən tərbiyəsi və idman müəllimi ixtisasını bitirməklə orta ixtisas təhsili almış, onurğasında əyrilik, sinir sıxılması olduğundan həqiqi hərbi xidmət keçməmişdir. Atası Təqsirləndirilən şəxs1 orta təhsil almış, X17 adlı bacısı X16 ilə 6 il əvvəl evlənmiş, birgə nikahlarından iki azyaşlı övladı olmuş, həmin kənddə ailəsi ilə birlikdə ayrı yaşamış, anası X11 təxminən 7-8 ay əvvəl evi tərk edib babası Əjdərin Şirinbəyli kəndində yerləşən evinə getmiş, hal-hazırda orada yaşamış, lakin anası atasından rəsmi olaraq boşanmasa da ayrı yaşamış, bunun da səbəbi atası Elşadın anasına xəyanət etməsi olmuş, atası anasına keçmiş qonşuları Leyla adlı qadınla xəyanət etmiş, anası Sücayət atası Elşada dəfələrlə ondan ayrılmasını tələb etsə də, atası bununla razılaşmamış, Leyla ilə münasibətini davam etdirmişdir. O, mahiyyəti üzrə qeyd etmişdir ki, 25 yanvar 1959-cu il təvəllüdlü X5 onların qonşuluğunda yaşamış, Mirhəsən kənddə Nadir Osmanov adlı şəxsin mağazalarından birində nəzarətçi işləmiş, həmçinin də aksiz markasız siqaret satmaqla da məşğul olmuş, həmin siqaretləri haradan almasından isə məlumatı olmamış, atası X14 2 ildir ki, aralarındakı münasibət pozulmuş, bunun da səbəbi təxminən 2 il əvvəl atasının Mirhəsəndən onun yaşadığı evi almaq istəməsi olmuşdur. Belə ki, Mirhəsən yaşadığı evi atasına 10000 manata satmaq istəmiş, atası 7000 manat təklif etmiş, nəticədə 8000 manat pula razılaşmışlar, bir müddət keçdikdən sonra atası Mirhəsənə aparıb 8000 manat pul vermiş, evi öz adına rəsmiləşdirmək istəmiş, lakin Mirhəsən razı olmamış, səbəbi isə atasından xəbərsiz evi Mirhəsən oğulluğu Coşqun adlı şəxsin adına keçirməsi olmuş, razılaşmaya baxmayaraq evi Coşquna verməsi isə atası Elşada çox acıq gəlmiş, bununla da atası Elşad və Mirhəsən arasında evə görə inciklik yaranmış, bir-birləri ilə sözləri tutmamağa başlamış, çünki atasının məqsədi Mirhəsənin evinin olduğu torpaqları da öz həyətinə qataraq daha çox mal-qara saxlamaqla daha geniş ferma kimi təsərrüfatla məşğul olmaq olmuşdur. Mirhəsən həmçinin onların evinin söz söhbətini, yəni atasının anasına xəyanət etməsi ilə bağlı evdə yaranan mübahisələri yaxın qonşu olduğundan eşidib kənddə danışaraq ailəsini biabır etmişdir. Bundan başqa qeyd etmişdir ki, atası Elşadın mal-qara oğurlaması ilə bağlı Saatlı RPŞ-də cinayət işi olmuş, bu işin üstü açılmış, atası həmişə “məni polisə Mirhəsən satdı yoxsa heç kəs heç nə bilməyəcəkdi” sözlərini demiş, buna görə onda və atasında Mirhəsənə qarşı kin yaranmış, 2025-ci ilin fevral ayının 5-də saat 15 radələrində atası ilə evdə olarkən Elşad ona Mirhəsəni öldürmək istədiyini, çünki Mirhəsənin onun arxasınca söydüyünü, bunu kənd sakinlərindən eşitdiyini, bu heyfini Mirhəsəndən alacağını bildirmiş, onun kömək etməyini istəmiş, həmçinin atası Elşad ona “məni polisə Mirhəsən satıb onun ucbatından oğurladığım malların sahiblərinə dəyən zərərlərini qarşılamışam, 20000 manata yaxın pulum çıxıb. Evi də mənə satmadı fermanı da qura bilmədik. O bizə həm maddi həm də mənəvi ziyan vurur” sözlərini demiş, o isə ilk əvvəl atasına belə bir iş tutmaq lazım olmadığını demiş, evdən ayrılmış və kənddəki çayxanalardan birinə getmiş, axşam vaxtı, yəni saat 19 radələrində atası ona zəng vurmuş və evə çağırmış, Mirhəsəni mütləq öldürəcəyini, onun isə kömək etməli olduğunu, yoxsa bunu tək edə bilməyəcəyini demiş, o, artıq atasının fikrinin tam qəti olduğunu bilib onunla razılaşmışdır. Atası hətta çox yaxşı plan da qurmuş, təklifi ondan ibarət olmuşdur ki, ilk əvvəl Mirhəsəni güdsünlər, heç kəsin olmadığı yerdə atasının istifadəsində olan **-CA-*** nömrə nişanlı Vaz-2106 markalı avtomobilin arxasında atası Elşad gizlənsin, avtomobili isə o, idarə etsin, bir bəhanə ilə Mirhəsəni avtomobilə ön oturacağa əyləşdirsin, atası da onu arxadan ya iplə, ya da simlə boğsun. Bundan sonra da aparıb çöllük ərazidə ayağına daş bağlayıb şor kollektoruna atsınlar. O, bu planla razılaşmış, atası rahat gizlənsin deyə avtomobilin arxa oturacağını çıxartmış, öldürəndən sonra Mirhəsənin ayağına bağlayıb suya atmaqda istifadə etmək üçün oraya 1 ədəd sarı rəngli kubiki evin darvazasının qarşısından götürüb avtomobilin arxa sərnişin oturacağı tərəfə qoymuş, daha sonra Mirhəsəni boğmaq üçün evin anbar kimi istifadə olunan saxlanc yerindən topa nazik dəmir məftildən (yanmış sim) təxminən 2 metr uzunluqda olan hissəsini kəlbətinlə kəsib onu da arxa oturacağa yerləşdirmiş, atası avtomobilin arxa oturacağına əyləşmiş, o da avtomobili sürüb 20 radələrində Mirhəsəni kənddə yerləşən, həmişə yemək yediyi Oruc adlı şəxsin istifadəsində olan kafenin kənarında gözləməyə başlamış, Mirhəsəni oraya girən zaman görməmiş, lakin təxmin etmişdir ki, orada ola bilər. Çox az müddət sonra Mirhəsən Oruc adlı şəxsin kafesindən çıxmış, əlində bir qara rəngli torba, əynində isə qara rəngli palto, şalvar və köynək olmuş, o, Mirhəsənin bir az irəliləməsini gözləmiş, məqsədi heç kəsin onun Mirhəsəni avtomobilə mindirərkən görməməsi olmuş, daha sonra Mirhəsənə tərəf yaxınlaşmış və evə getdiyini, istəsə onu da evə apara biləcəyimi demiş, atası Elşad arxada səsizcə dayanmış, başını əyib gizlənmiş, avtomobilin arxa şüşələri qara rəngli plyonka olduğundan arxa tərəf görünməmişdir. Mirhəsən onunla razılaşmış, avtomobilin ön sərnişin oturacağına əyləşmiş, o, son ana kimi evə tərəf hərəkət etmiş, lakin bir az irəlilədikdən sonra asfalt yoldan torpaq yola dönmüş, Mirhəsən haraya getdiyini soruşmuş, o, bir nəfərdən sənəd götürəcəyini demiş, Mirhəsən şübhələnməmiş, arxada gizlənən atasını görməmiş, artıq torpaq yolda xeyli irəliləmiş, saat təxminən 21 radələrində atası qəflətən arxandan dəmir məftili Mirhəsənin boynuna salmış və möhkəm sıxmağa başlamış, o da yavaş yavaş maşını sürərək irəliləmiş, avtomobili saxlamamış, təxminən 2 dəqiqə sonra Mirhəsən ölmüş, onları hava qaranlıq olduğundan heç kəs görməmiş, elə oradan da Mirhəsəni kanala atmaq üçün çöllük əraziyə tərəf avtomobili sürmüş, bir az irəlilədikdən sonra atası əli ilə Mirhəsənin telefonunu axtarıb tapmış, telefonu əlində parçalamış və ona vermiş, o da yolda avtomobili saxlamış və telefonu kollektora atmış, bir neçə kilometr də irəliləmiş, beton kanalına çatan zaman avtomobili saxlamış, atası yerdən ağır beton parçası götürmüş və avtomobilin yük yerinə qoymuş, bir az da irəliləmiş, avtomobili bir daha dayandırmış, atası avtomobildən enib orada tullantı kimi olan setkadan 2 ədəd simini çıxarıb yük yerinə qoymuş, təxminən çöllük sahədə 10 km irəlilədikdən sonra heç kəsin gəlmək ehtimalı olmayan bir yerdə avtomobili saxlamış, atası Elşadla birlikdə Mirhəsənin meyitini yerə endirmiş, bu zaman saat təxminən 22 radələri olmuş, Elşad ona “bunun paltarlarını çıxaraq birdən batmaz” sözlərini demiş, o da bununla razılaşmış, daha sonra Mirhəsənin şalvarını, tumanını, paltosunu, köynəyini, ayaqqabısını Elşadla birlikdə çıxartmış, əynində alt isti köynək və maykası qalmışdır. Həmin paltarları ona görə saxlamışlar ki, meyiti rahat daşıya bilsinlər. Mirhəsənin şalvarının cibindən atası 1500 manat pul, bank kartı və siqaret tapmış, həmçinin qeyd etmişdir ki, avtomobilə minərkən əlində bir sellofan torba, içində də Mirhəsinin satdığı aksizsiz siqaretlər olmuşdur. Daha sonra atası ilə birlikdə Mirhəsəni boğduğu məftillə kubiki bədəninə, yoldan götürdüyü setkanın simi ilə isə yoldan götürdüyü beton parçasını ayağına bağlamış, o, qollarından atası da ayaqlarından tutub şor kollektoruna atmış, Mirhəsənin paltarlarını avtomobilə qoymuş, daha sonra oradan atası ilə birlikdə ayrılmış, təxminən 2-3 km sonra bir yulğunluqda dayanmış, Mirhəsənin paltarlarını və ayaqqabılarını yolun kənarında olan yulğun kolunun dibinə qoymuş, o, paltarların üzərinə benzin tökmüş, atası Elşad isə alışqanla od vurmuş, bir az da odun parçaları gətirib odun üzərinə yaxşı yanması üçün atmış, od yanıb qurtardıqdan sonra evə geri qayıtmış, evdə Mirhəsənin əlində olan sellofan torbanın içindəki siqaretləri plastik su qablarına yığmış, təxminən 4-5 plastik su qabı dolmuş, qabda olan siqaretləri atası həyətdə olan saman yığınının altına basdırmış, bununla bağlı heç kəsə heç nə deməmişlər. Təxminən 3-4 gün sonra Mirhəsənin əyinindən çıxan 1500 manat pulu atası inək satdığını bildirib nənəsi Şahid1 saxlaması üçün vermiş, daha sonra avtomobili hadisədən sonra heç vaxt sürməmiş, 15 fevral 2025-ci il tarixdə Saatlı rayon polis şöbəsinə dəvət edilmiş, atası Elşadla birlikdə şöbəyə gəlmiş, ona sual verilən zaman çox qorxduğu üçün hər şeyi etiraf etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, atası ilə birlikdə qonşusu Mirhəsən Seyidovu məftillə boğub öldürməkdə səbəbi onların ailə münasibətlərinə qarışması, atasının Saatlı RPŞ-yə törətdiyi oğurluq əməlini xəbərləməsi olmuşdur. Hadisə 5 fevral 2025-ci il tarixdə, təxminən saat 21 radələrində, Şirinbəyli kəndinin çöl sahəsində istifadəsində olan onun həmin vaxt idarə etdiyi “VAZ 2106 minik” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin salonunda baş vermiş, Mirhəsən Seyidovu qətlə yetirdikləri zaman atasının istifadə etdiyi dəmir məftil hissəsini evdə uzun müddətdir ki, alıb saxladıqları bir rulon məftildən kəlbətinlə kəsib atası Elşad götürmüş, dəmir məftil hissələrini kəsib götürdüyü həmin rulon hazırda da yaşadığı evin anbarında saxlamış, eyni zamanda Mirhəsəni öldürdükdən sonra batması üçün atası Elşadın götürdüyü 1 ədəd mişar daşını da Elşad evin çöl darvazasının ağzından götürmüşdür. X23 Seyidovu öldürdüyü ərəfədə və ondan sonra sonuncuya qarşı hər hansı nalayiq ifadə söyləməmiş, habelə öldürdükdən sonra üzərində hər hansı alçaldıcı hərəkətlər və zor tətbiq etməmiş, o, Elşadla birlikdə plana uyğun Mirhəsəni avtomaşınına mindirərkən, habelə yolda olarkən və öldürüb daha sonra şor kollektoruna atarkən, paltarları yandırarkən və digər cinayət əməli ilə bağlı olan hərəkətləri edərkən başqa heç kəs olmamış, cinayətin üstü açılmasın deyə bunu əvvəlcədən planlaşdırmışlar. Hadisə zamanı hər hansı bir xəsarət almamış, cinayət əməlini törədən zaman nə o, nə də atası Elşad sərxoş olmamışlar. O, ***-***-**-**, atası isə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrini faktiki olaraq işlətmişdir. Mirhəsən Seyidovu öldürdükdən sonra üzərindən aşkar etdikləri 1500 (bir min beş yüz) manat pul vəsaitini götürməklərinin konkret səbəbinin olmadığını demiş, həmin pulu nə üçün götürdüyünü izah edə bilməmiş, pulu görmüş və götürmüş, təqdim olunan “İphone 12 pro” markalı mobil telefonun ona məxsus olduğunu, Saatlı RPŞ-də dindirilərkən həmin telefonu atasına vermiş, təqdim olunan 01 ədəd sarı rəngli mişar daşı və 01 ədəd beton parçası, həmçinin onların üzərilərində olan metal məftillərin hadisə zamanı istifadə etdikləri predmetlər olmuş, sarı rəngli kubikin üzərində olan dəmir məftillə atası Elşad Mirhəsəni boğmuşdur. O, törətdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 əlavə ifadəsində Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11, 181.2.1 və 181.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə dindirilərkən özünü həmin maddələrlə təqsirli bilmədiyini qeyd edərək bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə atası Elşad ona zəng vurub evə çağırmış, evə gələn zaman atası ona “gedək arpa alaq” demiş, birlikdə maşına minərək arpa almağa getmiş, yolda atası ona “dala qayıt ikimizin də sürücülük vəsiqəsi yoxdur polis saxlayar” demiş, geri qayıdan zaman yolda Mirhəsəni görmüş, atası ona “saxla bununla söhbətim var” demiş, avtomobili saxlamış, Mirhəsən avtomobilə minmiş, atasının avtomobildə olduğunu Mirhəsənə deməmiş, bir az getdikdən sonra atası arxadan “maşını saxla sən düş” demiş, Mirhəsən həmin vaxtı Elşadı görmüş, o avtomobildən enmiş, Mirhəsənlə Elşad mübahisə etməyə başlamış, Elşad Mirhəsənə “məni niyə polisə satmısan, niyə mərdimazarlıq edirsən” demiş, Mirhəsən atasını söymüş, atası Elşad bu zaman avtomobildən enmiş, bu zaman onu görüb əlinə daş alıb tullayaraq “sənə demədim get burdan” demiş, atasından çəkindiyi üçün oradan 100-150 meter aralanmış, sonra atası avtomobilə minib getmiş, o da orada 1 saat yarım gözləmiş, atası avtomobillə gəlmiş, onun əynində paltar olmamış, atasının əynində yalnız tuman və mayka olmuş, o atasına “Mirhəsən haradadır, bu nə haldır” sualını vermiş, atası heç bir cavab verməmiş, sonra dönər almağa getmiş, daha sonra isə evə getmişlər. Atası hamama girmiş, ona dəsmal gətirməyini demiş, o gedib dəsmal gətirib atasına vermiş, daha sonra atası ona “maşında get gör nə varsa mənə gətir” sözünü demiş, o da gedib maşından qara sellofan gətirmiş, atası sellofanı yerə boşaltmış, sellofanın içində siqaret və kartlar olmuş, atası bu vaxt onun heç bir sualına cavab verməmiş, siqaretləri qaba yığmış, aparıb tövlənin qabağında basdırmış, ona səhər Bakı şəhərinə gedəcəyini demiş və Bakıya getmişdir. O, ayın 5-dən 15-dək bir neçə dəfə şöbəyə gəlmiş, ondan şöbədə Mirhəsən soruşulmuş, o, harada olduğunu bilmədiyini demiş, daha sonra ayın 13-ü atası Bakı şəhərindən gəlmiş, ona hadisələri danışıb Mirhəsəni öldürdüyünü demiş, fevral ayının 15-i onlar təkrar şöbəyə çağırılmış, orada ona zor tətbiq edilmiş, zor tətbiq edən Fuad adlı əməkdaş olmuş, ona atasının etiraf etdiyi bildirilmiş, o da hadisəni atası ilə birlikdə törətdiyini etiraf etmiş, etiraf etməyinin səbəbi özünün də ölüm hadisəsində işirak etdiyini deyib atasının işini yüngülləşdirmək olmuş, sonra o, atası ilə birlikdə hadisə yerinə çöllüyə aparılmış, atası hadisə yerini göstərmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq bildirmişdir ki, ona Saatlı RPŞ-də zor tətbiq edilməsi ilə bağlı prokurorluğa və ya digər hüquq mühafizə orqanına şikayət etməmiş, hadisə yerinə baxış zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadəsi yerində yoxlanılarkən hazırda göstərdiyi xüsusatlardan tam fərqli ifadə verməsini ilk əvvəl atasının işinin yüngülləşməsi səbəbilə əvvəl belə ifadə verməsi ilə izah etmiş, daha sonra isə polis əməkdaşlarının məcbur etməsi nəticəsində ilkin ifadəsində göstərdiyi xüsusatları bildirdiyini qeyd etmiş, atası xasiyyətcə əsəbi biri olmuş, o avtomobildən endikdən sonra 100-150 metr məsafə uzaqlaşdıqdan sonra atası avtomobili sürüb getmişdir. İfadələri elan edildikdən sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təzyiq altında etirafedici ifadələr vermişdir, əməliyyatçılar onu məcbur etmişlər. Xanəli, Fuad və Eldəniz adlı polis əməkdaşları ona işgəncə vermişlər. Qandalı qoluna vurub onu yerə otuzdurub dəyənək vura-vura ona elektrik vermişlər, etiraf etməsini tələb etmişlər. Ona 5-6 gün belə işgəncə vermişlər, sonra məcbur olub etirafedici ifadə vermişdir. Məhkəməyə çıxanda müstəntiq ona özünü təqsirli bildiyini deməyini tələb etmişdir. Bu sözün nə olduğunu heç bilməmişdir. Məhkəməyə çıxarılan zaman hakimə ona işgəncə verildiyini deməmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, atası həmişə onlara gəlib-getmiş, atası sonuncu dəfə 24 yanvar 2025-ci il tarixdə onlara gəlmiş, 26 yanvar 2025-ci il tarixdə isə atası öz evinə getmişdir. Atası ilə telefonla danışan zaman 10 gün ərzində təkrar onlara gələcəyini ona demişdir. Təxminən 02 fevral 2025-ci il tarixdə atası ilə danışmış, atası ona fevral ayının 10-a qədər onlarda olacağına dediyinə görə arxayın düşüb atası ilə əlaqə saxlamamışdır. 08 fevral 2025-ci il tarixdə bibisi ona zəng edib atasına zəng etdiklərini, lakin zəng çatmadığını demişdir. Bibisinə atası ilə 02 fevralda danışdığını, atasının 10 fevralda onlara gələcəyini demişdir. Bibisinin ona zəng etməyi onu narahat etmiş, çünkü atasına zəng edən zaman ona zəng çatmasa belə o, 1 saatdan sonra geri zəng etmişdir. Həmin günü atasına zəng etmiş, lakin atasına zəng çatmamışdır. 09 fevral 2025-ci il tarixdə bibisigil, o və əri Saatlı rayonuna getmişlər. 09-10 fevral tarixlərində atasını axtarmışlar, lakin tapa bilməmişlər. Daha sonra əri ilə Bakı şəhərinə geri qayıtmışlar, bibisigil isə rayonda qalmışdır. Həmin vaxt polis əməkdaşlarının axtarışları davam etmişdir. Daha sonra bibiləri atasının itməsi ilə əlaqədar televizora çıxmışlar. Axtarışlar nəticəsində 16 fevral 2025-ci il tarixdə səhər vaxtı onlara zəng olunmuş və atası Mirhəsən Seyidovun meyitinin tapıldığını demişlər. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs bildirmişdir ki, atası Mirhəsən Saatlı rayonu, Şirinbəyli kəndində tək yaşamışdır. Hadisəyə qədər Elşad və Təqsirləndirilən şəxs2ları tanımamış, onları ilk dəfə məhkəmə zalında görmüşdür. Atası onlara gələndə Elşad barəsində ona məlumat vermişdir. Atası demişdir ki, Elşad onu təhqir edib, ona söyüşlər söyür. Atasına demişdir ki, eybi yoxdur, fikir vermə, əri ilə bir yerdə gəlib danışacaqdır. Elşadla atasının arasında olan mübahisə atasının kənddə yaşadığı evini, satması ilə bağlı olmuşdur. Atası yaşadığı evini 20000 manat satırmış, lakin Elşad isə həmin evi 17000 manata almaq istəyirmiş, buna görə də onların arasında söz-söhbət olmuşdur. Atası evi satıb onun yanına köçmək istəmişdir. Atası ona demişdir ki, Elşad evi almaq istəyir, evin qiymətini ona 20000 manata demiş, Elşad isə 20000 manatla razılaşmır o, 17000 manata evi almaq istəyir, atası da razılaşmadığı üçün sözləri çəpləşmiş, ona görə də ona evi satmamışdır. Başqa adamlar da evi almaq istəmişlər. Elşad evin satılmağına mane olmuşdur. Atasının siqaret satmasını polis şöbəsində ərizə yazan zaman öyrənmişdir. Atasının bir nəfər şəxsin mağazasında mühafizəçi işlədiyini bilmişdir. Atasının üzərində 10000 manatdan çox pul olmuşdur. Atası həmin pulu ona vermək istəmiş, o isə həmin pulu götürməmişdir. Atası evini və torpağını satıb pullarını birləşdirib, onun yaşadığı yerdən həyət evi almaq istəmişdir. Atasının ikinci dəfə evləndiyi qadın Elşadın arvadının bibisidir. Atası anasından onun 5 yaşı olan zaman ayrılmışdır. Atasının meyitinin hansı formada və haradan tapılması barədə məlumat vermişlər. Atamın boğularaq öldürüldükdən sonra su kollektoruna atıldığını demişlər. Təqsirləndirilən şəxslər Elşad və Elçindən maddi ziyanı, mənəvi ziyanı tələb edir. Atası ilə mütəmadi olaraq görüşmüşlər. Atası onlara gəlmiş, ikinci dəfə ailə həyatı qurduğu üçün atasının yaşadığı kəndə getməmişdir. Atasının arvadı öldüyü üçün 2024-cü ilin dekabr ayında atası ilə evini satıb onun yanına gəlməsinə dair razılaşmışlar. 2025-ci ilin yanvar ayının əvvəlində atası evini satışa çıxarmışdır. 08 fevral 2025-ci il tarixdə eşitmişdir ki, atasından məlumat yoxdur. 09 fevral 2025-ci il tarixdə rayona getmişlər. Sonuncu dəfə 02 fevral 2025-ci il tarixdə atası ilə telefonda danışmış, atası 10 fevral 2025-ci il tarixdə onlara gələcəyini demişdir. 02 fevral 2025-ci il tarixdən sonrakı dövrdə atasıyla danışıbdanışmadığını xatırlamamışdır. Özü həm ürək xəstəliyindən, həm də epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən, başı özünə qarışdığından atasına tez-tez zəng edə bilməmişdir. Atası Saatlı rayonunda səhv etmirsə 2001-ci ildən yaşamışdır. Atası pulları öz üzərində saxlamış, yaşadığı ev yaxşı olmadığı üçün pulları evə qoymamışdır. Pulları atasından almırmış, istəmişdir ki, atası ona yaxın yerdən həyət evi alsın. Elşadın atası ilə mübahisəsi evlə bağlı olmuşdur. Elşad evə aşağı qiymət verdiyi üçün atası Elşadla razılaşmamışdır. Atasında pensiya kartından əlavə kartlarda olmuşdur. Mülki iddiası ilə bağlı verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs bildirmişdir ki, atası bizneslə məşğul olmuş, hər ay 250 manat əmək haqqı və 467 manat təqaüd almışdır. Atası 250 manat mühafizəçi işlədiyinə görə almışdır. Atası siqaret biznesindən 1000 manata yaxın gəlir əldə edirmiş. Maddi və mənəvi zərəri hər iki təqsirlədirilən şəxsdən tələb etmişdir. Atasının üzərində 10000 manatdan çox pul olmuşdur. Atası öldürüldükdən sonra keçirdiyi psixoloji vəziyyət, uşaqlarının və özünün keçirdiyi sarsıntıya görə Elşad və Elçindən 185000 manat məbləğdə pul tələb edir. Atası anasından boşandıqdan bir il sonra başqa qadınla ailə qurmuşdur. Atası onun anasından 1991-ci ildə boşanmışdır. O isə 2000-ci ildə ailə həyatı qurmuşdur. Atası anasından boşandıqdan sonra anası ilə yaşamış, atası ilə də əlaqələri olmuşdur. Atası sonuncu doğum gününü onunla qeyd etmişdir. Atasının dəfn xərclərinin, yas mərasiminin və qəbir daşının xərclərinin heç birinin onun tərəfindən çəkilmədiyini, həmin xərcləri atasının qardaşının çəkdiyini, mülki iddiasında dəfn xərcləri ilə bağlı pul tələb etmədiyini bildirmişdir. Mülki iddiası ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs bildirmişdir ki, mülki iddiasını tam dəqiqləşdirmiş, mərhumun atasının üzərindən götürülmüş 10000 (on min) manat, evindən götürülmüş 5000 (beş min) manat, atasının 9 aylıq qazancı olan 15453 (on beş min dörd yüz əlli üç) manat məbləğdə maddi ziyanın və ailələrinin keçirdiyi ağır psixoloji mənəvi ziyana görə 180000 (bir yüz səksən min) manat mənəvi ziyanın, ümumilikdə isə 210453 (iki yüz on min dörd yüz əlli üç) manat məbləğdə pulun cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, oğlu Elşad ona heyvan satdığını, pul cibində qalsa xərcləcəyini, pulu saxlamağını demişdir. Həmin puldan 50 manat götürüb özü üçün şəkər dərmanı almışdır. Daha sonra polis əməkdaşları gəlib həmin pulu ondan almışlar. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Elşad ona saxlamağa pul verirmiş. Elşaddan pulu alıb evdə gizlətmişdir. Polis əməkdaşları gəlib pulu ondan istəmişlər, o da həmin pulu polis əməkdaşlarına vermişdir. Elşad pulu ona verən zaman pullar açıq formada olmuşdur. Polis əməkdaşları pulları ondan alan zaman ona heç bir izah verməmişlər. Pulları ondan nə üçün götürdüklərini bilməmişdir. Elşad ona pulu Mirhəsəndən götürdüyünü deməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması, zərərçəkmiş şəxs qismində tanıma və birgə istintaq qrupunun yaradılması haqqında” 16 fevral 2025-ci il tarixli qərardan görünür ki, 16 fevral 2025-ci il tarixdə Saatlı RPŞ-dən rayon prokurorluğuna Saatlı rayonu, Şirinbəyli kənd sakini X1 Saatlı rayonu Şirinbəyli kənd sakinləri Təqsirləndirilən şəxs1 və sonuncunun övladı Təqsirləndirilən şəxs2 tərəfindən rayonun Şirinbəyli kəndinin çöl sahəsində öldürülməsi barədə daxil olmuş məlumat əsasında toplanmış ilkin yoxlama materialı üzrə fakta görə Cinayət Məcəlləsinin 120.2.1 v 120.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq qrupu yaradılmışdır.(cild 1. i.v.1-2) -“hadisə yerinə baxış keçirilməsi haqqında” 16 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 16 fevral 2025-ci il tarixdə Saatlı RPŞ-dən rayon prokurorluğuna Saatlı rayonu, Şirinbəyli kənd sakini X1 Saatlı rayonu, Şirinbəyli kənd sakinləri Təqsirləndirilən şəxs1 və sonuncunun oğlu Təqsirləndirilən şəxs2 tərəfindən rayonun Şirinbəyli kəndinin çöl sahəsində öldürülüb suya atılması barədə məlumat daxil olmuşdur. İlkin məlumatda göstərilmişdir ki, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Mirhəsən Seyidov 05 fevral 2025-ci il tarixdə saat 21 radələrində həmin kəndin sakini Təqsirləndirilən şəxs1 övladı Təqsirləndirilən şəxs2 ilə birlikdə Saatlı rayonu, Şirinbəyli kəndi ərazisində çöl sahədə istifadələrində olan “Vaz-2106” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda məftil vasitəsilə boğulub öldürülmüş və onlar tərəfindən cinayətin gizlədilməsi məqsədi ilə meyit ayağına daş bağlanılaraq həmin çöl sahəsində şor kollektoruna atılmışdır. Həmin məlumat əsasında hadisə yeri olan Saatlı rayonu, Şirinbəyli kəndi ərazisində yerləşən çöl sahəsində yerləşən şor kollektorunun ərazisinə baxış keçirilmiş, baxış zamanı “google maps” vasitəsi ilə baxış keçirilən ərazinin məkanı müəyyən edilmişdir. Baxış zamanı baxışda iştirak edən Təqsirləndirilən şəxs2 baş vermiş hadisə barədə məlumat verməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə saat 21 radələrində əvvəldə əldə etdikləri razılıq əsasında atası Təqsirləndirilən şəxs1la birlikdə ədavətləri olduğu qonşuları Mirhəsən Seyidovu aldadaraq istifadələrində olan “Vaz-2106” markalı **-CA-*** nömrə nişanlı avtomobilə mindirmiş, onun özü avtomobili idarə etmiş, Mirhəsən Seyidov ön sərnişin oturacağına oturmuş, atası Təqsirləndirilən şəxs1 həmin avtomobilin arxa sərnişin oturacağında gizlənmiş, artıq çöl sahəyə çatdıqdan sonra atası Təqsirləndirilən şəxs1 qəflətən arxadan əlində olan məftili Mirhəsən Seyidovun boğazına dolamış və onu boğaraq öldürmüşdür. Daha sonra atası ilə birlikdə avtomobillə Mirhəsən Seyidovu hazırki baxış keçirilən hadisə yerinə gətirdikdən sonra paltarlarını çıxarıb ayağına mişar daşı və beton parçası bağlayaraq şor kollektoruna atmış, daha sonra paltarlarını oradan kənarda olan yulğun kolunun dibinə atıb yandırmış, Mirhəsən Seyidovun mobil telefonunu başqa bir yerdə qırıb su kanalına atmış, daha sonra isə sonuncunun hadisə zamanı avtomobilə mindirərkən əlində olan sellofan torbadakı aksiz markasız siqaretləri yaşadıqları evdə olan samanlıqda apararaq basdırmışdırlar. Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2la eyni məzmunlu izahat verərək hər ikisi Mirhəsən Seyidovun meyitini atdıqları şor kollektorunda olan yeri konkret olaraq göstərmişlər. Bundan sonra baxışda iştirak edən FHN-nin əməkdaşlarına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdiyi yerdən meyitin olub-olmamasının müəyyən edilməsi, müsbət halda həmin meyitin çıxarılması ilə bağlı göstəriş verilmiş, FHN-nin kiçik həcimli gəmilərə nəzarət və suların xilasetmə dövlət xidmətinin muğan dalğıc, axtarış qrupunun dalğıcı, baş çavuş X32 və FHN-nin kiçik həcimli gəmilərə nəzarət və suların xilasetmə dövlət xidmətinin muğan dalğıc, axtarış qrupunun dalğıcı, kiçik gizir X12 göstərilən su hövzəsinə xüsusi geyim vasitəsi ilə suya daxil olmuşlar. Suyun dərinliyi təxminən 2 metr olmuşdur. Həmin yerdə meyitin olduğunu bildirib sudan çıxarılmasını təmin etmişlər. Meyitdə çürümə əlamətləri aşkar olunmuş, meyitin əynində 1 ədəd mayka və bir ədəd üst isti paltar müşahidə edilmiş, meyitin əynində başqa hər hansı digər paltarlar olmadığı müşahidə edilmişdir. Meyitin belinə dəmir məftillə mişar daşı və ayağında dəmir məftillə beton parçası bağlandığı müşahidə edilmişdir. Beləliklə, meyitin itkin düşmüş şəxs X5 olduğu müəyyən edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdiyi xüsusatlar təsdiqini tapmışdır. Hadisə yerinin təsviri: Hadisə yeri olan Saatlı rayonu Şirinbəyli kəndi ərazisində Baş mil-muğan kanalının dövlət mülkiyyətində olan ehtiyyat torpaq ərazisində olan şor kollektorunun ətrafıdır. Hadisə yerinə Şirinbəyli kəndinin əsas yolundan təxminən 10 km kənarda torpaq yolla gedilir. Mirhəsən Seyidovun meyitinin tapıldığı əraziyə həmin çöl sahə ilə xeyli irəlilədikdən sonra meyitin tapıldığı yerə çatılır. Çöllük ərazisinin ətrafı qurumuş kol-kos və tikan bitkiləri, yer səthi isə palçıq və kiçik su vahələrinin olduğu müşahidə edilir. Meyitin tapıldığı şor kollektoru, çöl sahədə cığır yoldan sağ tərəfdə təxminən 1 m hündürlükdə olan kiçik təpənin arxasında yerləşir. Təpənin ətrafı qurumuş kol və tikanlıq ərazidir. Su kollektorunun içində isə uzunluğu 1.20 sm olan şor kollektor boyu qurumuş qamışlıq ərazi müşahidə edilir. Daha sonra X1 meyitinə baxış keçirilməsi üçün TTTY maşınına yerləşdirilib Saatlı RMX PHŞ-nin morquna aparılması ilə bağlı göstəriş verilmiş, baxışın aparılması dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirhəsən Seyidovun paltarlarını yandırdıqları yeri göstərmələri təklif olunmuş və həmin yerə tərəf yola düşülmüşdür. Həmin yerdən çöl sahəsi boyunca torpaq yolla təxminən 2 km məsafə getdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirhəsən Seyidovun əynindən çıxan paltarları yandırdıqları yerin hazırki baxış keçirilən ərazi olduğunu bildirmişlər. Həmin ərazinin yerləşdiyi yerin “google maps” tətbiqi vasitəsi ilə peykdən görünüşü götürülmüş, baxış keçirilən ərazidə hər hansı tikilinin olmadığı çöllük sahə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirhəsən Seyidovun əynindən çıxan paltarları yandırdıqları yeri göstərmişlər. Həmin yerdə bir ədəd yanmış vəziyyətdə olan yulğun ağacı müşahidə edilmişdir. Bundan başqa digər hər hansı kol və ya ağacın məhv olmadığı görünmüş, ağacın kök hissəsinin ətrafı tamamilə kül olmuş vəziyyətdə olmuşdur. Buna görə hər hansı paltar qalığını götürmək mümkün olmamışdır. Həmin yerdən aşkar olunmuş 01 ədəd qara rəngli yanmış predmet sübuti əhəmiyyətə malik olduğundan müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirhəsən Seyidovun istifadəsində olan mobil telefonu tulladıqları yeri göstərmələri təklif olunmuş və həmin yerə tərəf yola düşülmüşdür. Həmin yerdən çöl sahəsi boyunca torpaq yolla təxminən 1 km məsafə getdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirhəsən Seyidovun mobil telefonu tulladıqları yerin hazırki baxış keçirilən ərazi olduğunu bildirmişlər. Həmin ərazinin yerləşdiyi yerin “google maps” tətbiqi vasitəsi ilə peykdən görünüşü götürülmüş, baxış keçirilən ərazidə hər hansı tikilinin olmadığı çöllük sahə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Mirhəsən Seyidovu atası boğduqdan sonra onun üzərindən mobil telefonunu götürüb anten siqnalı itsin deyə qırmış və o da həmin mobil telefonu göstərdiyi su kanalına atmışdır. Həmin mobil telefon smartfon olmamış, çoxdüyməli telefon olmuşdur. Təqsirləndirilən şəxs2 həmin mobil telefonun su kanalına düşərkən suyun səsini eşitdiyini bildirmişdir. Kanalın ətrafına baxış keçirilmiş, suyun dərinliyi təxminən 03 metr olmuşdur. Ətrafa baxış keçirilməsinə baxmayaraq mobil telefonu aşkar etmək mümkün olmamış, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirhəsən Seyidovu öldürdükləri yeri göstərmək təklif olunmuş, və həmin yerə tərəf yola düşülmüşdür. Həmin yerdən çöl sahəsi boyunca torpaq yolla təxminən 4 km məsafə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirhəsən Seyidovu öldürdükləri yerə çatdıqlarını bildirmiş, baxış keçirilən ərazidə hər hansı tikilinin olmadığı çöllük sahə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1 Mirhəsən Seyidovu avtomobildə dəmir məftillə boğarkən onun avtomobili yavaş surətlə idarə etdiyini, atasının Mirhəsəni təxminən 2 dəqiqə boğduğunu, 200 metr irəlilədikdən sonra qarşıda olan böyük ağacın yanında Mirhəsən Seyidovun artıq tərpənmədiyini və öldüyünü bildirmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mirhəsən Seyidovun öldürülməsi ilə bağlı aktiv hərəkətin başladığı və qurtardığı yeri konkret olaraq göstərmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə yaşadığı Şirinbəyli kəndində yerləşən fərdi yaşayış evinə tərəf yola düşülmüş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda baxış keçirilən fərdi yaşayış evində yaşadıqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 fərdi yaşayış evinin açarı alınıb iştirakçılarla birlikdə evin həyətyanı sahəsinə daxil olunmuş, evin həyətyanı sahəsində “Vaz-2106” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin olduğu müşahidə edilmiş, Təqsirləndirilən şəxs1 avtomobilin arxa sərnişin oturacağını çıxardığını, arxada oturduğunu, Təqsirləndirilən şəxs2 isə sükanda əyləşdiyini, Mirhəsən Seyidovun isə ön sərnişin oturacağında oturduğunu, dəmir məftillə onu arxadan tutub boğaraq əyani şəkildə cinayət hadisəsini necə törətdiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 göstərdiklərini təsdiq etmişdir. Bundan sonra “Vaz-2106” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Saatlı RPŞ-nin duracağına saxlanılması üçün göstəriş verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 evin həyətyanı sahəsində Mirhəsən Seyidova məxsus olan aksiz markasız siqaretlərin basdırıldığı ərazini göstərmişdir, Göstərilən predmetlərin samanlıq ərazidən çıxarılması təmin edilmiş, bu zaman 1 ədəd sellofan torbada 4 ədəd su qabı içərisində xeyli sayda aksizsiz siqaretlər və plastik kartlar aşkar olunmuş, göstərilən predmetlər sübuti əhəmiyyətə malik olduğundan müvafiq qaydada qablaşdırırlaraq götürülmüşdür.(cild 1. i.v.10-25) -“meyitə baxış keçirilməsi haqqında” 16 fevral 2025-ci il tarixli protokoldan görünür ki, meyitin belinə dəmir məftillə bağlanmış mişar daşı və ayağına dəmir məftillə bağlanmış beton parçası açılaraq meyit təşrih masasına yerləşdirilmişdir. Müvafiq olaraq mişar daşı və beton parçası həmçinin də onların üzərinə bağlanmış qaydada dəmir məftillər sübuti əhəmiyyətə malik olduğundan müvafiq qaydada qablaşdırılaraq götürülmüş, təqdim edilmiş meyitin əynində aşağıdakı paltarlar vardır: Sintetik materialdan boz rəngli yarımboğaz uzunqol alt isti köynək, sintetik materialdan tünd boz rəngli mayka, bir cüt sintetik materialdan qara corab. Paltarlar yaşdır, hissəvi olaraq yaş torpağa bulaşmış vəziyyətdədir. Paltarlar köhnədir, paltarlar üzərində digər şübhəli ləkə və zədələr aşkar olunmamışdır. Sintetik materialdan boz rəngli uzunqol, alt isti köynək, sintetik materialdan tünd boz rəngli mayka və qara rəngli bir cüt corab meyitin əynindən çıxarılmış (alt isti köynək və mayka şəraitlə əlaqədar olaraq kəsilərək əynindən çıxarıldı) və fotoşəkli çəkildikdən sonra müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra xarici müayinə başlanılmışdır. Meyit kişi cinsinə mənsub, düzgün bədən quruluşlu, kafi köklükdə olub boyu 162 sm-dir. Dəri örtüyü solğun bozumtul rəngdə olub, sifətin, başın tüklü hissəsi, gövdənin yan, arxa səthləri, ətraflar hissəsi yaş torpağa bulaşmış vəziyyətdədir. Meyitin bədən səthi əlləndikdə soyuqdur. Meyit ləkələri izlənmir. Meyit qacıması yoxlanılan bütün qrup əzələlərdə hiss olunmur. Meyit çürüməsi gözə görünən dərəcədə inkişaf etmişdir. Başı adi konfiqurasiyada olub, başında tüklər çal olmaqla 1-1,5 sm uzunluqdadır. Başında xəsarət yoxdur. Kəllə qapağı sümükləri əlləndikdə tamdırlar. Sifətin dərisi solğun bozumtul rəngdədir. Üzü tüklüdür. Sifətində xəsarət yoxdur. Üz skeleti sümükləri əlləndikdə tamdırlar. Gözləri göz qapaqları ilə örtülüdür, göz qapaqlarını açdıqda, bəbəklər bərabər ölçüdə olub, nöqtəvari qansızmalar vardır, göz almaları bir qədər yumşalmış vəziyyətdədir. Gözlərin ağlı qişası solğun olub, buynuz qişa tutqundur. Burun sümükləri və qığırdaqları əlləndikdə tamdırlar. Burun və qulaq dəlikləri sərbəstdir, dəliklərdə yaş torpaq hissələri izlənir. Qulaq seyvanları düzgün inkişaf etmişdir. Ağzı örtülüdür, dodaqların selikli qişası solğun göyümtül rəngdədir. Ağzını açdıqda, dişlər yoxdur, diş alveolları tam hamarlaşmış, qansızmalar yoxdur. Dili ağız boşluğunda olub, diş alveollarının arxasında yerləşmişdir. Boynu bədəninə mütənasibdir, azhərəkətli olub patoloji hərəkət yoxdur. Boynunda xəsarət vardır. Döş qəfəsi silindirik formada olub simmetrikdir. Qabırğalar əlləndikdə tamdırlar. Qarnı qabırğaların qövsü səviyyəsindən yuxarıdır. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir. Xayalar xayalıqda izlənir. Anal dəlik örtülüdür, dəlik ətrafı dəri qəhvəyi rəngli kalla bulaşmışdır. Büzdüm və sağrı nahiyələrində dəyişiklik yoxdur. Ətraflar bədəninə mütənasib olub, əlləndikdə sümükləri tamdır. Hər iki əlin ovuc səthində, hər iki ayaqların alt səthində epidermis bozuşmuş, qalınlaşmış, büzüşmüş vəziyyətdədir. Sol budunun aşağı 1/3-də bayır səthdə, hər iki baldırın aşağı 1/3- hissəsində epidermis hissəvi soyulmuş vəziyyətdədir. Kürək, çanaq və fəqərə sütunu sümükləri əlləndikdə tamdırlar. Xəsarətlər: Boynun ön səthində qalxanabənzər qığırdaq səviyyəsidən aşağıda öndən arxaya, ənsə nahiyyəsinə kimi davam edən, eni 0.6 sm, dərinliyi 0.1-0.2 sm göyümtül qəhvəyi rəngli qapanan basıqlıq stranqulyasiya şırımı vardır. Burun və belində epidermis tam soyulmuş, toxuma solğun qırmızımtıl rəng almışdır. Döş qəfəsinin orta 3-də birində öndən arxaya kimi davam edən köndələn dairəvi formada eni 0.5-0.6 sm, dərinliyi 0.2 sm qapanan birqat basıqlıq hər iki budun yuxarı 1/3-də köndələn dairəvi formada eni 0.5 sm dərinliyi 0.2 sm qapanan basıqlıq vardır. Müayinə zamanı meyitin bədən səthində digər hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Meyitin əl barmaqlarında və ovuc səthində suda qalma müddəti ilə əlaqədar baş vermiş çürümə dəyişikliyi ilə bağlı əl barmaq və ovuc izlərini götürmək mümkün olmamışdır.(cild 1.i.v.33-42) -“cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 16 fevral 2025-ci il tarixli protokollardan görünür ki, həmin tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs2 və saat 17:30-da isə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilmələrinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tutulmuşlar.(cild 1. i.v.46-47, 70-71) -Saatlı rayonu, Şirinbəyli kəns sakini X20 tərəfindən Saatlı rayon prokurorluğuna verilmiş 17 fevral 2025-ci il tarixli ərizədə göstərilmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 anası Şahid1 verdiyi mərhum Mirhəsən Seyidova məxsus 1500 (bir min beş yüz) manat pulun onunla anası Şahid1 yaşadığı Saatlı rayonu, Şirinbəyli kəndində yerləşən fərdi yaşayış evində aşkar olunması üçün axtarış aparılmasına heç bir etirazı olmamışdır.(cild 1. i.v.113) -“axtarış aparılması haqqında” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 yaşadığı Saatlı rayonu, Şirinbəyli kəndində yerləşən fərdi yaşayış evində aparılan axtarış zamanı İmdad Abbasova şübhəli şəxslər qardaşı Təqsirləndirilən şəxs1 və qardaşı oğlu Təqsirləndirilən şəxs2 ölmüş zərərçəkmiş şəxs Mirhəsən Seyidovu öldürdükdən sonra onun üzərindən götürdükləri anası Şahid1 verdiyi 1500 (bir kin beş yüz) manat məbləğində pulun yerinin könüllü surətdə göstərilməsi təklif edilmiş, İmdad Abbasov qardaşı Təqsirləndirilən şəxs1 anası Şahid1 hər hansı məbləğdə pulun verilməsindən xəbəri olmadığını, lakin Solmaz Abbasovun istintaqa çağırılıb dindirilərkən sonuncunun həmin pulun yerini ona dediyini, səhhəti ilə bağlı Şahid1 iştirak edə bilməyəcəyini qeyd edib anasının həmin pulu evin birinci mərtəbəsində yerləşən saxlanc yerində olan sellofan torbanın içində olan əskiyə bükülmüş olduğunu bildirmiş, həmin saxlanc yerini açaraq pulu aşkar edib istintaqa təqdim etmişdir. Bu zaman pulun 13 (on üç) ədəd 100 (yüz) manatlıq əskinas, 1 (bir) ədəd 50 (əlli) manatlıq əskinas olmaqla 1350 (bir min üç yüz əlli) manat olduğu müəyyən edilmişdir. Göstərilən pul əskinasları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 1. i.v.117-121) -“cinayət yolu ilə əldə olunmuş pul əskinaslarının maddi sübut hesab edilməsi haqqında” 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə götürülmüş cinayət yolu ilə əldə edilmiş ümumilikdə 1350 (bir min üç yüz əlli) manat məbləğdə pul əskinasları maddi sübut hesab edilmiş, saxlanılması üçün banka təhvil verilmişdir.(cild 1. i.v.122-123) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 fevral 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan olunmuşdur.(cild 1. i.v.211-212, 239-240) -“təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisənin baş vermə mexanizmi və digər xüsusatlarla bağlı halları əyani olaraq göstərmiş, ifadənin yerində yoxlanılması zamanı iş üçün əhəmiyyət kəsb edən 1 topa olmaqla dəmir məftil müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 2. i.v.08-11) -“təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 18 fevral 2025-ci il tarixli Təqsirləndirilən şəxs2 hadisənin baş vermə mexanizmi və digər xüsusatlarla bağlı halları əyani olaraq göstərmişdir.(cild 2. i.v.12-15) -“əşyaların maddi sübut kimi tanınması haqqında” 19 fevral 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə “Vaz-2106 minik” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maddi sübut kimi tanınmış və Saatlı RPŞ-nin cərimə meydançasında saxlanılmışdır.(cild 2. i.v.42-43) -“cinayət yolu ilə əldə olunmuş pul əskinaslarına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, maddi sübut qismində tanınmış pul əskinasları ümumilikdə 14 (on dörd) ədəd manatdır. Əskinaslardan 13 (on üç) ədədi 100 (yüz) manatlıq, 1 (bir) ədədi isə 50 (əlli) manatlıq əskinaslardır və müvafiq pul əskinaslarının seriyaları aşağıdakı kimidir: 100 manatlıq əskinaslar: C19309293, D01206837, C82177237, C37028039, C07879032, C03322699, D07206408, D14369386, C37092184, D09417213, C58279508, C35002063 və C17105713: 50 manatlıq əskinas: A13906678-dir.(cild 2. i.v.44-45) -“Saatlı rayon prokurorluğunun və Azərbaycan Beynəlxalq Bankın Saatlı filialının 19 fevral 2025-ci il tarixli məktub və balansdankənar mədaxil orderindən görünür ki, ********* nömrəli cinayət işi üzrə 17 fevral 2025-ci il tarixli protokolla götürülmüş və maddi sübut qismində tanınmış cinayət yolu ilə əldə olunmuş ümumilikdə 1350 (bir min üz yüz əlli) manat məbləğində olan (13 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq) pul əskinasları möhürlənmiş şəkildə 1 ədəd bağlamada məsul saxlanca qoyulmaq üçün Azərbaycan Beynəlxalq Bankın Saatlı filialına təhvil verilmişdir.(cild 2. i.v.46-47) -Saatlı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 4(055)-14/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək məhkəmədən ona köməklik olunmasını xahiş etmişdir.(cild 2. i.v.70-73) -Saatlı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 4(055)-13/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək məhkəmədən ona köməklik olunmasını xahiş etmişdir.(cild 2. i.v.76-80) -“baxış aparılması haqqında” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən içərisində 4 ədəd plastik qab olan şəffaf polietilen torba 16 fevral 2025-ci il tarixli hadisə yerinə baxış protokolu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evin həyətyanı sahəsindən, saman yığınının altından çıxarılaraq götürülmüşdür. 1-ci qab sarı qapaqlı, üzərində “zolotoe solnışko (qızıl günəş) günəbaxan yağı 5L” yazılmaqla içərisində şəffaf polietilen paketdə 38 ədəd bağlı aksiz markasız siqaret qutusu, onlardan 13 qutu Mançester, 4 qutu Omega, 9 qutu Milanoonlardan üçü qara rəngli X41, beşi ağ rəngli Milano London, biri Milano Dubai, 6 qutu GSS ( 4 ədəd ağ. 2 ədəd qara) , 1 qutu Robin Silver , 3 qutu De Classic, 2 qutu Platinium və 4 ədəd plastik kart (1-ci 5239 1517 6290 8856 nömrəli qara rəngli birbank kəşbek kartı, 01/27 tarixinədək aktiv, təhlükəsizlik kodu 876, 2-ci 4169 7388 5678 7415 nömrəli qara rəngli birbank kəşbek kartı, 12/25 tarixinədək aktiv, üzərində MR.AZHDAR HASANOV yazılmış, təhlükəsizlik kodu 238 Qeyd: üzərindəki yazılar solğundur, gözlə çətin görünür. 3cü 5103 0716 9949 1250 nömrəli tünd göy rəngli Kapital bank kartı, üzərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dost kart sözləri yazılmış, 01/29 tarixinədək aktiv, təhlükəsizlik kodu 847, 4-cü 5443 4427 8359 4184 nömrəli yaşıl rəngli AFB Bank kartı, üzərində MR.Mirhasan Seyidov sözləri yazılmış, 03/24 tarixinədək aktiv, təhlükəsizlik kodu 363) 2-ci qab qırmızı qapaqlı, üzərində “Rahat, basmati düyü, X36 rice 1121” sözləri yazılmış, içərisində şəffaf polietilen paketdə 16 ədəd bağlı aksiz markasız siqaret qutusu onlardan 6 qutu Omega, 1 qutu X41, 5 qutu GSS black, 1 qutu Mançester , 1 qutu Robin Silver, 1 qutu Mond 520, 1 qutu Milano Dubai, qabın dibində 1 ədəd əzilmiş ağ rəngli üzərində mavi naxışlar olan salfet, 3-cü qab üzərində heçnə yazılmayan şəffaf sarı qapaqlı qabın ağzında 1 ədəd əzilmiş ağ rəngli üzərində mavi naxışlar olan salfet, qabın içərisində şəffaf polietilen paketdə 33 ədəd bağlı aksiz markasız siqaret, onlardan 31 qutu Milano London, 1 qutu Robin Silver, 1 qutu Omega. 4-cü qab üzərində Tamashaee Miad, Sella Düyü 1121, çəkisi 1.82 kg sözləri yazılmış qırmızı qapaqlı, qabın ağzında 1 ədəd əzilmiş ağ rəngli üzərində mavi naxışlar olan salfet, içərisində şəffaf polietilen paketdə 16 ədəd bağlı aksiz markasız siqaret, onlardan 3 qutu Milano London, 3 qutu Robin Silver, 1 qutu X41, 2 qutu Mançester, 1 qutu Platinium, 1 qutu GSS, 2 qutu De Classic, 1 qutu MarlBoro, 1 qutu Lamer, 1 qutu Mond 520. Plastik qabların içərisindən cəmi 103 qutu siqaret və 4 ədəd plastik kart aşkarlandı. Siqaret qutularının və plastik kartların üzərində şübhə doğuran ləkə, qan və.s. fərdi əlamətlər aşkarlanmadı.(cild 2. i.v.89-98) -“əşyanın maddi sübut kimi tanınması haqqında” 20 fevral 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə 4 ədəd plastik qab, plastik qabların içərisindən çıxan aksiz markası olmayan 103 qutu siqaret və 4 ədəd plastik kart maddi sübut kimi tanınmış və Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır.(cild 2,i.v.99-100) - Şahid2 adına “Kapital Bank”a məxsus **********699516 nömrəli platik kart əməliyyat məlumatlarından görünür ki, sonuncunun həmin kart hesabına 06 fevral 2025-ci il tarixdə 2400 manat məbləğində pul vəsaiti mədaxil olunmuş, 07 fevral 2025 və 09 fevral 2025-ci il tarixlərində müvafiq olaraq 400 və 2000 manat olmaqla, ümumilikdə 2400 manat məbləğində pul vəsaiti məxaric olunmuşdur.(cild 2. i.v.129-140) -Saatlı Rayon Məhkəməsinin “istintaq hərəkətinin aparılması barədə qərarın yoxlanılması haqqında” 19 fevral 2025-ci il tarixli, 5(055)-25/2025 nömrəli qərarından görünür ki, Saatlı rayonu, Şirinbəyli kəndində yaşayan X8 məxsus olan və Şahid1 yaşadığı Saatlı rayonu, Şirinbəyli kəndində yerləşən evdə axtarış aparılması barədə Saatı rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas Saleh Gülməmmədovun 17 fevral 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir.(cild 2. i.v.152-153) -“zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, ölmüş zərər çəkmiş şəxs X1 hüquqi varisi qismində qızı Zərərçəkmiş şəxs tanınmışdır.(cild 2. i.v.215-216) -“cinayət işinin ibtidai istintaq müddətinin uzadılması haqqında” 29 may 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə ibtidai istintaq müddəti 4 (dörd) ay olmaqla 8 (səkkiz) aydan çox olmayan müddətə, yəni 16 oktyabr 2025-ci il tarixədək uzadılmışdır.(cild 3 .i.v.131-132) -“məhkəmə-tibb ekspertizası”nın 16 fevral 2025-ci il tarixli 01 nömrəli rəyindən görünür ki, 1959-cu il təvəllüdlü X1 meyitinin boynunda bir qat qapanan stranqulyasiya şırımı, şırım proyeksiyalarında dəridə qansızma, daxili orqanların doluqanlılığı, dəridə sıxılma əlamətləri, dərialtı piy toxumasında xırda ocaqlı qansızmalar, baş beyin maddəsinin ödemi, yumşaq qişada xırda ocaqlı qansızmalar, ağciyərdə xırda ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqları, ağ ciyər plevrasında və epikardda qansızmalar aşkar edilmişdir. Müayinə edilmiş obyektlərdə autolitik dəyişikliklər, döş qəfəsi üzərində və hər iki budun yuxarı 1/3-də sıxılma əlamətləri aşkar edilmişdir. Aşkar olunan stranqulyasiya şırımı həyatidir, sərt materialla sıxılma nəticəsində əmələ gəlmişdir, kənar şəxslər tərəfindən yetirilməyə uyğundur, əmələ gəlmə müddəti 05 fevral 2025-ci il tarixinə uyğun gəlir, dərəcəsinə görə beyin qan dövranının pozulması nəticəsində həyat üçün təhlükəli, ölümə səbəb olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mirhəsən Seyidov ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. Döş qəfəsi üzərində hər iki budun yuxarı 1/3-də qeyd olunmuş “sıxılma əlamətləri” həyati deyil, ölümündən sonra sıxılma nəticəsində əmələ gəlmişdir. Mirhəsən Seyidovun ölümünə səbəb boyun üzvlərinin kənar şəxs tərəfindən sərt materialla sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Ölümün müddəti 05 fevral 2025-ci il tarixə uyğun gəlir.(cild 3. i.v.153-158) -“məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 02 aprel 2025-ci il tarixli, 6/951 nömrəli rəyindən görünür ki, tədqiqata yanğından sonrakı qalıq nümunə qismində təqdim olunmuş, üzərində “Azərbaycan Respublikasının Prokurorluğu Saatlı Rayon Prokurorluğu Zərflər üçün” möhür əksləri, yazıları, imza olan bir ədəd zərfdə qablaşdırılmış kül nümunələrinin üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər müəyyən edilmədi.(cild 3. i.v.159-162) -“məhkəmə-trasoloji ekspertizası”nın 04 aprel 2025-ci il tarixli, 3/295 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan məftil rulonunun, məftil hissəsinin son kənarlarında rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş məftil rulonunun son kənarında olan zədə, məftil hissəsinin son kənarlarında olan zədələr kəsicilik xassəsinə malik olan predmetin təsirindən yaranmağa xarakterik kəsilmə zədələridir. Məftil hissəsinin bir neçə qatının üzərində olan zədənin isə fiziki qüvvənin (dartılma, sıxılma, burulma) təsirindən yaranması mümkündür. Qeyd olunan zədələr müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə də yarana bilər. Təqdim edilmiş məftil rulonu, məftil hissəsi ilə ümumi əlamətlərinə-formasına, rənginə, material xüsusiyyətlərinə və s. görə bir-birilərinə uyğun gəlir. Lakin təqdim edilmiş məftil rulonunun son kənarında olan zədədə deformasiya, əzilmə əlamətləri olduğundan, digər zədələrin son kənarlarından fərqlənir. Təqdim edilmiş məftil rulonun son kənarı ilə təqdim edilmiş məftil hissəsinin son kənarları arasında vahid bölünmə xətti olmadığından onların əvvəllər vahid tamlıq təşkil etməsini müəyyən etmək mümkün deyil.(cild 3. i.v.163-166) -Saatlı Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 4(055)-39/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 04 (dörd) ay, yəni istintaq müddətinin sonu olan 16 oktyabr 2025-ci il tarixədək uzadılmışdır.(cild 3. i.v.169- 171) -Saatlı Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 4(055)-40/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 04 (dörd) ay, yəni istintaq müddətinin sonu olan 16 oktyabr 2025-ci il tarixədək uzadılmışdır.(cild 3. i.v.174- 176) -“kompleks stasionar məhkəmə psixiatrik və psixioloji ekspertizası”nın 16 aprel 2025ci il tarixli, 42 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. Təqdim olunmuş tibbi sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs2 14 mart 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin göstərişinə əsasən “Respublika Psixiatriya Xəstəxanasının” gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müayinə olunmuş və Həkim Psixiatr Komissiyası tərəfindən ona “yüngül dərəcədə ifadə olunmuş dissosiativ (konversion) pozuntu” diaqnozu qoyulmuş, lakin hal-hazırda həmin xəstəliyə xarakter simptomlar Təqsirləndirilən şəxs2 müşahidə olunmur. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Halhazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs2 hərəkətləri Cinayət Məcəlləsinin 21.3cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir, onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Emosionallıq, situativlik, öz maraqlarına uyğun davranmaq kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixiemosional vəziyyətdə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (kəskin stress, güclü həyəcan, affekt, psixi-emosional gərginlik və s.) yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur.(cild 3.i.v.178-183) -“kompleks stasionar məhkəmə psixiatrik və psixioloji ekspertizası”nın 14 mart 2025ci il tarixli, 33 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törətməzdən əvvəl və törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və.s psixi xəstəliyin əlamətləri müşahidə olunmadığından o, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Halhazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs1 hərəkətləri Cinayət Məcəlləsinin 21.3cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 idrak prosesləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmaqla situativlik, ünsiyyətçilik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər-hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi emosional halında hirslilik, qəzəb yaranmış, həmin halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur.(cild 3. i.v.185-190) -“bank məlumatlarına baxış keçirilməsi haqqında” 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki, **********908856 nömrəli plastik cashback bank kartı Mirhəsən Seyidova məxsus kart üzrə hər hansı əməliyyat aparılmamışdır. **********491250 nömrəli plastik bank kartı Mirhəsən Seyidova məxsusdur, sonuncunun təqaüd kartı olmaqla sonuncu məxaric əməliyyatı (433 manat) 26 yanvar 2025-ci il tarixdə, mədaxil əməliyyatı isə (502,25 manat) 24 fevral 2025-ci il tarixdə həyata keçirilmişdir. Bundan sonra məxaric əməliyyatı həyata keçirilməmişdir. 676867******9473 nömrəli plastik bank kartı Mirhəsən Seyidova məxsusdur, ferma kartıdır. 15 dekabr 2023-cü il tarixdən istifadə olunmamışdır. **********787415 nömrəli plastik bank kardı X18 məxsusdur. Hesab üzrə müxtəlif məbləğlərdə əməliyyatlar aparılmışdır, istifadəsi aktivdir. **********699516 plastik bank kartı Şahid2 məxsusdur. Həmin kart hesabına xx.xx.2025-ci il tarixdə 2400 manat məbləğində pul vəsaiti mədaxil olunmuş, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində müvafiq olaraq 400 və 2000 manat olmaqla ümumilikdə 2400 manat məbləğində pul vəsaiti məxaric olunmuşdur.(cild 4. i.v.115) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 18 aprel 2025-ci il tarixli, 2206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 4. i.v.151-152) -“məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın 25 iyun 2025-ci il tarixli, AKT-40/25 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayonu, Şirinbəyli kənd sakini mərhum Mirhəsən Seyidovə məxsus olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən götürülərək sonuncuların yaşadıqları öz həyətyanı sahələrinə basdırdıqları aksiz markasız siqaretlərin dəyəri 243.70 manat (iki yüz qırx üç manat yetmiş qəpik) təşkil edir.(cild 4. i.v.154-155) -“sübutların qiymətləndirilməsi haqqında” 03 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələrindən həmin məcəllənin 120.2.1, 120.2.11, 181.2.1 və 181.3.3-cü maddələrinə tövsif edilmişdir. X3 yaşadığı Saatlı rayonu Şirinbəyli kəndində yerləşən evinə 10 fevral 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokolla götürülmüş 4 ədəd qutuda ümumilikdə 177 blok aksiz markasız siqaretin aşkar olunması xüsusatı ilə bağlı qanuni və əsaslı qərar qəbul edilməsi məqsədi ilə material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilmişdir. Mirhəsən Seyidovun yaşadığı Saatlı rayonu Şirinbəyli kəndində yerləşən evinə 10 fevral 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokolla götürülmüş 4 ədəd qutuda – 33 blok “Omega”, 09 blok “Zone” 03 blok “Platinum nano”, 05 blok “GSS”, 43 blok “Milano”, 04 blok “Mond”, 01 blok “Lamer”, 02 blok “Platinum”, 45 blok “Manchester”, 03 blok “Declassic”, 02 blok “Robin”, 09 blok “marlboro”, 11 blok “Platinum”, 02 blok “Momento”, 04 blok “Palmar”, 01 blok “Platinum nano” markalı olmaqla ümumilikdə 177 blok aksiz markasız siqaret xuüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yeri və vaxtına görə həmin xüsusatla bağlı ayrılan və araşdırılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilməsi qərara alınan material üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Saatlı rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. (cild 4. i.v.165-214) -“birgə istintaq qrupunun yaradılması haqqında” 03 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Saatlı rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X21, Saatlı rayon prokurorluğunun müstəntiqi X13 və Saatlı RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X6 ibarət yeni tərkibdə birgə istintaq qrupu yaradılmışdır.(cild 4. i.v:215-217) -“təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittiham elan olunması haqqında” 04 sentyabr 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11, 181.2.1 və 181.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.(cild 4. i.v.224-226, 242-244) -“materialların istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Saatlı rayon prokurorluğunda araşdırılan 73C-25 saylı material Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə elan olunmuş ittihamlar düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs1 05 fevral 2025-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qonşusu olan X2 məxsus əmlakı quldurluq yolu ilə ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan sağlamlığına ağır zərər vuraraq basqın etmək və qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar qəsdən öldürmək niyyəti ilə Mirhəsən Seyidovu aldadıb istifadələrində olan avtomobilə mindirib öldürdükdən sonra üzərində olan pul vəsaitləri və aksiz markasız siqaretlərini götürüb cinayət hadisəsini gizlətmək məqsədi ilə ayağına daş bağlayaraq kənd ərazisində yerləşən çöllük sahədəki şor kollektora atmaq qərarına gəlib niyyətini reallaşdırmaq üçün öz cinayətkar planını oğlu Təqsirləndirilən şəxs2 danışıb razılaşdıqdan sonra sonuncu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən əldə etdikləri razılıq əsasında birgə icraçı olmaqla aralarında bölüşdürülmüş rollara əsasən o, 05 fevral 2025-ci il tarixdə yaşadıqları Saatlı rayonu, Şirinbəyli kəndində yerləşən evin həyətyanı sahəsində oğlu Təqsirləndirilən şəxs2la birgə istifadələrində olan “Vaz-21061 minik” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaqlarını zərərçəkmişdən onun gizlənməsi məqsədilə çıxarmış, həmçinin Mirhəsən Seyidovu boğaraq öldürmək və cinayətin izlərini gizlətmək məqsədilə yaşadığı evin saxlanc yerindən götürdüyü dəmir məftil hissəsini və evin giriş darvazasının qarşısından götürdüyü 1 ədəd mişar daşını avtomobilin salonuna qoymuş, bundan sonra o, Təqsirləndirilən şəxs2la bölüşdürülmüş rollara uyğun olaraq avtomobilin salonunda arxa oturacaqlarını çıxardığı hissədə gizlənmiş, Təqsirləndirilən şəxs2la birlikdə həmin gün saat 20 radələrində sonuncunun idarə etdiyi yuxarıda qeyd olunan avtomaşınla Mirhəsən Seyidovun orada olmasını ehtimal etdikləri və zərərçəkmişin adəti üzrə mütəmadi olaraq getdiyi Saatlı rayonu, Şirinbəyli kəndinin ərazisində olan kafenin yerləşdiyi əraziyə çatıb yaxın məsafədə gözləməyə başlamışlar, bir müddət sonra sonuncunun içərisində çox sayda aksiz markasız siqaretlərin olmasını ehtimal etdikləri 1 ədəd qara rəngli torba ilə kafedən çıxdığını görüb onun göstərişi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Mirhəsən Seyidovu güdərək hər hansı şəxsin və müşahidə kamerasının olmadığını bildikləri kənd ərazisində zərərçəkmişin yanına avtomobillə gəlmiş, Təqsirləndirilən şəxs2 Mirhəsən Seyidovu aldadaraq evə getdiyini bildirib aparmağı təklif etmiş, sonuncu həmin təkliflə razılaşıb avtomobilin ön sərnişin oturacağına əyləşdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobili qonşuluqda yaşadıqları ev istiqamətində idarə etmiş, o isə müvafiq avtomaşının arxa sərnişin oturacağında gizləndiyindən və həmin hissədə olan pəncərələr tünd qara rəngli örtüklə üzlənmiş vəziyyətdə olduğundan Mirhəsən Seyidov onu görməmiş, bir qədər irəlilədikdən sonra Təqsirləndirilən şəxs2 əvvəlcədən əldə etdikləri razılığa uyğun olaraq avtomobili asfalt yoldan çıxararaq tanışından sənəd götürmək bəhanəsi ilə kəndin çöllük sahəsi istiqamətində idarə etmiş, Saatlı rayonu, Şirinbəyli kənd inzibati ərazi dairəsi daxilində olan kəndin kənar yolu ilə gedən çöl sahəsi istiqamətində biraz irəlilədikdən sonra saat 21 radələrində o, avtomobil hərəkətdə olarkən avtomobilin arxasında gizləndiyi yerdən qəfil qalxaraq Mirhəsən Seyidovu quldurluqla əlaqədar qəsdən öldürmək və əmlakını ələ keçirmək məqsədi ilə həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək əlində olan dəmir məftillə sonuncunun arxadan boyun üzvlərini sıxıb dərəcəsinə görə beyin qan dövranının pozulması nəticəsində həyat üçün təhlükəli, ölümə səbəb olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik bir qat qapanan stranqulyasiya şırımı xəsarəti yetirərək baş vermiş mexaniki asfiksiya nəticəsində qəsdən həyatdan məhrum etmiş, daha sonra planlarına uyğun olaraq Təqsirləndirilən şəxs2 avtomaşını çöllük sahəyə tərəf idarə edərkən o, zərərçəkmişi kollektora atarkən istifadə etmək üçün çöllük sahədən əlavə olaraq 1 ədəd beton parçası və dəmir məftil telləri götürmüş, daha sonra anten dairəsini itirmək məqsədi ilə Mirhəsən Seyidovun istintaq tərəfindən aşkar olunmayan mobil telefonunu qıraraq Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu avtomobili saxlayaraq mobil telefonu çöllük ərazidə olan kollektora atmış, daha sonra təxminən avtomobillə 10 km məsafə getdikdən sonra rayonun Şirinbəyli kəndinin inzibati ərazi dairəsinə daxil olan çöllük sahədəki şor su kollektorunun yanında dayanaraq Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmişin meyitinin əynində olan paltarlarını çıxardıqdan sonra Mirhəsən Seyidovun şalvarının cibində olan 1500 manat pulu və sonuncunun avtomobilə minərkən əlindəki torbada olan ümumi dəyəri 243 manat 70 qəpik olan aksiz markası ilə markalanmamış siqaretləri quldurluq yolu ilə ələ keçirmiş, bundan sonra oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə meyitin qarın boşluğuna və ayağına avtomaşına qoyduğu 1 ədəd mişar daşını və beton parçasını zərərçəkmişi boğarkən istifadə etdiyi və çöl sahədən götürdüyü məftil hissələri ilə bağlayaraq meyiti ərazidə olan şor su kollektoruna atmış, daha sonra avtomobillə oradan birgə ayrılaraq təxminən 2 km məsafədə yerləşən yulğun kolunun dibində cinayətin izlərini itirmək məqsədi ilə zərərçəkmişin paltarlarının üzərinə benzin tökərək yandırmış, bununla da o, Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qonşuları Mirhəsən Seyidovun əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib sağlamlığına ağır zərər vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar qəsdən öldürmüşdür. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 139-cu maddəsi bu normada göstərilmiş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 5ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti Cinayət Məcəlləsinin 120.2.1ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları Cinayət Məcəlləsinin 34-cü maddəsində şərh edilmişdir. Qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti ilə törədilməsi məsələsi həll edilərkən CM-in 34.2-ci maddəsi ilə yanaşı, bu əlamətin təfsirini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalı və “qabaqcadan əlbir olan bir qrup şəxs” dedikdə, “bir qrup şəxs” tərəfindən törədilən cinayətlərdə olduğu kimi şəxsin həyatdan məhrum edilməsinə bilavasitə yönələn hərəkətlərin yerinə yetirilməsində ən azı iki nəfər şəxsin (icraçının) iştirak etməsi, lakin cinayətin obyektiv cəhətini təşkil edən həmin hərəkətlərin icrasına başlanılanadək onlar arasında zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə dair razılaşmanın əldə olunması başa düşülməlidir. Cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməyən iştirakçıların-təşkilatçının, köməkçinin, təhrikçinin əməlləri iştirakçının rolundan asılı olaraq Cinayət Məcəlləsinin 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla icraçının (icraçıların) əməllərinə şamil edilən CM-in müvafiq maddəsi ilə, o cümlədən cinayət bir neçə icraçı tərəfindən yerinə yetirildikdə və bu hal digər iştirakçı tərəfindən dərk olunduqda Cinayət Məcəlləsinin 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan və yaxud anlaqlılığı istisna edən psixi xəstəliyi səbəbindən cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsdən istifadə etməklə (onlar vasitəsilə) qəsdən adam öldürmə cinayətini törətdikdə, o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayətin icraçısı hesab edilir və bu halda, eləcə də qeyd edilən məsuliyyətə cəlb edilə bilməyən şəxslərin köməyindən hər hansı başqa şəkildə istifadə olunmaqla qəsdən adam öldürmə cinayəti törədildikdə, hətta cinayətin icraçısı yanlışlıqla bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilə bilən şəxs olduqlarını zənn etdiyi hallarda belə, əməl bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə, cinayətkar birlik (təşkilat) tərəfindən törədilmiş cinayət kimi Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə tövsif edilə bilməz. Çünki iştirakçılıqla törədilən cinayətlər üçün zəruri şərt olaraq yalnız zahiri cəhətdən deyil, həm də psixi aspektdə birgəlik, yəni cinayətin törədilməsi üçün səylərin birləşdirilməsinin (bunun ictimai təhlükəli xarakterinin) cinayətin törədilməsinə cəlb olunan bütün şəxslər tərəfindən (yalnız icraçı tərəfindən deyil) dərk edilməsi tələb olunur. Lakin qəsdən adam öldürmə cinayətinə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinin 14 yaş olaraq müəyyən edilməsi və anlaqsız şəxslərin cinayət məsuliyyətinin istisna edilməsi məhz ondan irəli gəlir ki, bu yaşa çatmayan, eləcə də anlaqsız hesab edilmiş şəxslər öz əməllərinin ictimai təhlükəli xarakterini, o cümlədən hərəkətlərinin (hərəkətsizliyin) ictimai təhlükəli əmələ töhfə verən xarakterdə olmasını (cinayətin törədilməsi üçün səylərin birləşdirilməsini) dərk etmirlər. Qeyd olunan hal isə birgəliyin mövcud olmadığını göstərir və təqsirkarın cinayət məsuliyyətinə cəlb edilə bilməyən başqa şəxsləri cəlb etməklə törətdiyi cinayətin Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə tövsif olunmasını istisna edir. Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Belə qruplar bir qayda olaraq cinayəti diqqətlə planlaşdırdıqlarına, əvvəlcədən cinayətin alətlərini hazırladıqlarına, qrup iştirakçıları arasında rol bölgüsü apardıqlarına görə iştirakçıların hamısı cinayət hadisəsindəki rollarından asılı olmayaraq cinayətin icraçıları hesab olunurlar və onların əməlləri tövsif edilərkən Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Həmin Plenum qərarının 15-ci bəndində göstərilmişdir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq Cinayət Məcəlləsinin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 24-cü bəndində gsötərilmişdir ki, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərilməlidir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə şamil edilməli olan Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələridir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə ittiham verilsə də dövlət ittihamçısı Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsinin Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsini əhatə etdiyini bildirərək, Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamların həcimindən çıxarılmasını xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi).Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar). Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlardan Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi çıxarılmalı, onlarin Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinmələri işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -25 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sabirabad Rayon Məhkəməsinin 04 sentyabr 2006-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 aprel 2007-ci ildə Suraxanı Rayon Məhkəməsinin 29 mart 2007-ci il tarixli qərarı ilə 8 (səkkiz) ay 14 (on dörd) gün vaxtından əvvəl şərti azad edilmişdir.(cild 2, i.v.246) -Saatlı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 1(055)-30/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 noyabr 2024-cü il tarixdən 16 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 2 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.(cild 3, i.v. 250-256) -Şirvan Apellyasiya Məhkəməsinin 22 may 2025-ci il tarixli, 1(106)-458/2025 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri məhkum edilməsinə dair Saatlı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 1(055)-30/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.(cild 3, i.v.257-263) -25 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.(cild 2,i.v.247) -Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Şirinbəyli kənd İnzibati-Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 mart 2025-ci il tarixli arayışlar və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Saatlı rayonu, Şirinbəyli kəndində qeydiyyatda olmaqla orada yaşamışlar, yaşayış yeri üzrə münaqişəli ailə kimi tanınmışlar və qonşuları ilə münasibətləri yaxşı olmamışdır.(cild 3,i.v.38-39, 41-42) -“Respublika Psixiatriya Xəstəxanası” X31 verilmiş 21 fevral 2025-ci il tarixli, 3-28- 29/2-1933/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 14 mart 2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin 16 fevral 2024-cü il tarixdə 51 nömrəli göndərişə əsasən xəstəxanada gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müayinəyə qəbul olunmuşdur. 30 mart 2024-cü il tarixdə Həkim Psixiatr Komissiyasına təqdim olunmuş və həmin tarixdə xəstəxanadan evə yazılmışdır. Təqsirləndirilən şəxs2 “yüngül dərəcədə ifadə olunmuş dissosiativ (konversion) pozuntu” diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs2 “yüngül dərəcədə ifadə olunmuş dissosiativ (konversion) pozuntu” xəstəliyindən əziyyət çəkməsi “kompleks stasionar məhkəmə psixiatrik və psixioloji ekspertizası”nın rəyi ilə öz təsdiqini tapmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 64.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən subay olması, maddi və sosial vəziyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X27rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir”. Bundan başqa, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Hadisənin araşdırması zamanı müəyyən edilmişdir ki, qətl əməlini bilavasitə Təqsirləndirilən şəxs1 törətmiş, zərərçəkən şəxsin boğularaq öldürülməsi barədə qərarı Təqsirləndirilən şəxs1 qəbul etmiş və hərəkətləri şəxsən icra etmişdir. Təqsirləndirilən şəxs2 hadisə zamanı maşını idarə etmiş, zərərçəkən şəxsin öldürülmə prosesini şəxsən icra etməmiş və zərərçəkənə zor tətbiq etməmişdir. Mirhəsən Seyidov Təqsirləndirilən şəxs1 tərəfindən qətlə yetirilən zaman Təqsirləndirilən şəxs2 rolu maşını idarə etmək olmuşdur. Bundan başqa hadisənin motivi və məqsədi tam şəkildə Təqsirləndirilən şəxs1 tərəfindən formalaşdırıldığından, Təqsirləndirilən şəxs2 cinayət nəticəsindən fayda əldə etməmiş və sosial təhlükəlilik dərəcəsi əhəmiyyətli dərəcədə aşağı olmuşdur ki, bu da Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalı və cəza təyin edilən zaman fərqləndirilməlidir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir neçə cinayəti törətməkdə təqsirli bilindikləri üçün onlara Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 20023-cü il tarixli, 4 saylı qərarının 16-cı bəndində göstərilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə Cinayət Məcəlləsinin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Təqsirləndirilən şəxs1 Saatlı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 1(055)- 30/2025 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına birləşdirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının bir hissəsinin Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən (xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) həbsxanada, qalan hissəsini isə Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli şübhəli şəxs kimi tutulduğu 16 fevral 2025-ci il tarixdən hesablanmalı, Saatlı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 4(055)-14/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli şübhəli şəxs kimi tutulduğu 16 fevral 2025-ci il tarixdən hesablanmalı, Saatlı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 4(055)-13/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı təqsirləndirilənlərin, zərərçəkmişin əynindən çıxan paltarları yandırdıqları yerdən götürülmüş 1 (bir) ədəd qara rəngli yanmış predmet, Mirhəsən Seyidovun meyitə baxış zamanı götürülmüş meyitin belinə dəmir məftillə bağlanmış mişar daşı və ayağına dəmir məftillə bağlanmış beton parçası, 2 (iki) hissədən ibarət dəmir məftillər, meyitin əynindən çıxarılmış sintetik materialdan olan boz rəngli uzunqol alt isti köynək, sintetik materialdan olan tünd boz rəngli mayka və qara rəngli bir cüt corab, hadisə yerindən götürülmüş 1 (bir) topa dəmir məftil, zərərçəkmiş şəxs Mirhəsən Seyidovun yaşadığı Saatlı rayonu, Şirinbəyli kəndində yerləşən evinə baxış keçirilən zaman götürülmüş 2 (iki) ədəd papaq, 11 (on bir) ədəd “Milano” markalı siqaret kötüyü, 1 (bir) ədəd “Cola” markalı plastik butulka, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evin həyətyanı sahəsindən, saman yığınının altından çıxarılaraq götürülmüş 4 (dörd) ədəd plastik qab, plastik qabların içərisindən çıxan aksiz markası olmayan 103 (bir yüz üç) qutu siqaret hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung Galaxy A51” və “SQ” markalı və Təqsirləndirilən şəxs2 məxsus “İphone 12 Pro” və “İphone 6” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs1 məxsus sonu “5018” və Təqsirləndirilən şəxs2 məxsus sonu “6794”-lə bitən "xxxx" ASC-yə məxsus plastik kartlar onlara təqdim edilməsi üçün cəza çəkdikləri müəssisələrə göndərilməli, zərərçəkmiş şəxs Mirhəsən Seyidova məxsus 523915******8856, 510307******1250 və 676867******9473 nömrəli 3 (üç) ədəd plastik bank kartı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qaytarılmalı, 416973******7415 nömrəli plastik bank kartı sahibi Əjdər Həsənova, cinayət yolu ilə əldə olunmuş “Azərbaycan Beynəlxalq Bankı”nın Saatlı filialında saxlanılan ümumilikdə 1350 (bir min üç yüz əlli) manat məbləğdə pul əskinasları zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qaytarılmalı, Saatlı RPŞ-nin duracağında saxlanılan “Vaz- 21061 minik” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçisi Saatlı rayonu, Şirinbəyli kənd sakini X9 qaytarılmalıdır. “Ambulator məcburi-narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verdiyi mülki iddiasında sonuncuların ona mərhum atasının üzərindən götürülmüş 10000 (on min) manat, evindən götürülmüş 5000 (beş min) manat, atasının 9 aylıq qazancı olan 15453 (on beş min dörd yüz əlli üç) manat məbləğdə maddi ziyanın və ailələrinin keçirdiyi ağır psixoloji mənəvi ziyana görə 180000 (bir yüz səksən min) manat mənəvi ziyanın, ümumilikdə isə 210453 (iki yüz on min dörd yüz əlli üç) manat məbləğdə pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (mad. 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (mad. 181.1). Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir (Maddə 185). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır. (mad.187.1) Cinayət-Prosessual Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 65-ci bəndində göstərilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Həmin qərarın 66-cı bəndində göstərilmişdir ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmin qərarın 67-cı bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-cı bəndində göstərilmişdir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin qərarın 71-cı bəndində göstərilmişdir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses tərəflərinin fikirlərini dinləyib, cinayətprosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs Mirhəsən Seyidovun üzərindən 10000 (on min) manat deyil 1500 (bir min beş yüz) manat götürdükləri müəyyən edilmiş, həmin pulun 100 (bir yüz) manatı Təqsirləndirilən şəxs1 özü tərəfindən, 50 (əlli) manatı isə Təqsirləndirilən şəxs1 pulu anası Şahid1 verdikdən sonra sonuncu tərəfindən xərclənmiş, 1350 (bir min üç yüz əlli) manat məbləğdə pulun isə istintaq orqanı tərəfindən götürülərək saxlanılması üçün “Azərbaycan Beynəlxalq Bankı”nın Saatlı filialına təhvil verilmişdir. X7 9 ay ərzində 15453 (on beş min dörd yüz əlli üç) manat məbləğdə pul qazanması barədə məhkəməyə heç bir sənəd təqdim olunmamış, iş materiallarında olan sübutlarla təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs Mirhəsən Seyidovun yaşadığı evdən götürülümüş aksiz markasız siqaretlərlə bağlı Saatlı rayon prokurorluğunda ayrılmış 73 C-25 nömrəli material Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyana görə 150 (bir yüz əlli) manat alınaraq zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin məhkəmə tərkibi verilmiş mülki iddiada mənəvi zərərlə bağlı xahişə münasibətdə hesab edir ki, Zərərçəkmiş şəxs mənəvi zərərlə bağlı tələbi qismən təmin olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi özözlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi “Scordino İtaliyaya qarşı” işi üzrə qərarında göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. (Jensen Danimarkaya qarşı və Freimanis və Lidums Latviyaya qarşı işlər üzrə qərarlarında məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb-qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər (Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı, Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı). Beləliklə də, aydın olur ki, məhkəmələr, baxılan işin bütün hallarını nəzərə almaqla təkcə pozuntunun müəyyən olunmasının mənəvi zərərin kompensasiyası üçün yetərli olmadığı qənaətinə gəldikdə, mənəvi zərərə görə müəyyən (ağlabatan) məbləğdə vəsaitin tutulması barədə də qərar qəbul etməlidirlər. Hazırkı halda məhkəmə tərkibi hesab edir ki, bu işin xüsusi halları, yəni Mirhəsən Seyidovun qəsdən öldürülməsi baxımından, təkcə pozuntu faktının müəyyən edilməsi özözlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmaya bilər, buna görə də mənəvi zərərin əvəzi olaraq həm də iddiaçının tələb etdiyi məbləğin müəyyən həcmindətəqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 8000 (səkkiz min) manat, Təqsirləndirilən şəxs2 isə 7000 (yeddi min) manat məbləğdə pulun tutulması ədalətli və ağlabatandır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyana görə 150 (bir yüz əlli) manat, vurduğu mənəvi ziyana görə 8000 (səkkiz min) manat, təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs2 vurduğu mənəvi ziyana görə 7000 (yeddi min) manat olmaqla, ümumilikdə 15150 (on beş min yüz əlli) manat məbləğdə pul cavabdehlərdən tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, mülki iddianın qalan hissəsi baxılmamış saxlanılmalı, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsi üzrə mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 144 (bir yüz qırx dörd) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 144 (bir yüz qırx dörd) manat pul məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Saatlı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 1(055)-30/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq saxlanılmış 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökm üzrə təyin olunmuş 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona cinayətlərin məcmusu ilə qəti olaraq 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 noyabr 2024-cü il tarixdən 16 noyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 18 (on səkkiz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan 15 (on beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gününü isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 16 fevral 2025-ci il tarixdən hesablansın. Saatlı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 4(055)-14/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.11-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 16 fevral 2025-ci il tarixdən hesablansın. Saatlı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 4(055)-13/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin əynindən çıxan paltarları yandırdıqları yerdən götürülmüş 1 (bir) ədəd qara rəngli yanmış predmet, zərərçəkmiş şəxs X1 meyitə baxış zamanı götürülmüş meyitin belinə dəmir məftillə bağlanmış mişar daşı və ayağına dəmir məftillə bağlanmış beton parçası, həmçinin 2 (iki) hissədən ibarət dəmir məftillər, meyitin əynindən çıxarılmış sintetik materialdan olan boz rəngli uzunqol alt isti köynək, sintetik materialdan olan tünd boz rəngli mayka və qara rəngli bir cüt corab, hadisə yerindən götürülmüş 1 (bir) topa dəmir məftil, zərərçəkmiş şəxs X1 yaşadığı Saatlı rayonu, Şirinbəyli kəndində yerləşən evinə baxış keçirilən zaman götürülmüş 2 (iki) ədəd papaq, 11 (on bir) ədəd “Milano” markalı siqaret kötüyü, 1 (bir) ədəd “Cola” markalı plastik butulka, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evin həyətyanı sahəsindən, saman yığınının altından çıxarılaraq götürülmüş 4 (dörd) ədəd plastik qab, plastik qabların içərisindən çıxan aksiz markası olmayan 103 (bir yüz üç) qutu siqaret hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung Galaxy A51” və “SQ” markalı və Təqsirləndirilən şəxs2 məxsus “İphone 12 Pro” və “İphone 6” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus sonu “5018” və Təqsirləndirilən şəxs2 məxsus sonu “6794”-lə bitən "xxxx" ASC-yə məxsus plastik kartlar hökm qanuni qüvvəyə mindikdən sonra onlara təqdim edilməsi üçün cəzaçəkdikləri müəssisələrə göndərilsin. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan zərərçəkmiş şəxs X2 məxsus 523915******8856, 510307******1250 və 676867******9473 nömrəli 3 (üç) ədəd plastik bank kartları hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 416973******7415 nömrəli plastik bank kartı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi X18 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət yolu ilə əldə olunmuş “Azərbaycan Beynəlxalq Bankı”nın Saatlı filialında saxlanılan ümumilikdə 1350 (bir min üç yüz əlli) manat məbləğdə pul hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı Rayon Polis Şöbəsinin duracağında saxlanılan “Vaz-21061” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisi Saatlı rayonu, Şirinbəyli kənd sakini X9 qaytarılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyana görə 150 (bir yüz əlli) manat, vurduğu mənəvi ziyana görə 8000 (səkkiz min) manat, təqsirləndirlən şəxs-cavabdeh Təqsirləndirilən şəxs2 vurduğu mənəvi ziyana görə 7000 (yeddi min) manat olmaqla, ümulikdə 15150 (on beş min yüz əlli) manat məbləğdə pul təqsirləndirilən şəxslər-cavabdehlərdən tutulub zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddianın qalan hissəsi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsi üzrə mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 144 (bir yüz qırx dörd) manat pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-476/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-476/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver