Məhkəmə qərarları › İş №1(099)-478/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-478/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-478/2023 13.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Astara rayonu Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Astara rayonu Rüdəkənar kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 5830,352 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşımaqla özündə saxladıqdan sonra həmin narkotik vasitənin 0,177 qramını 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində Astara rayonu Rüdəkənar kəndində 15 manat pul və 01 qutu «Rothmans» markalı siqaret qarşılığında tanışı Şahid4 satmış, qalan 5830,175 qramını özündə saxlamış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 07 fevral 2023cü il tarixdə saat 20:10 radələrində Astara rayonu Rüdəkənar kəndində küçədə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,084 qram və 0,091 qram olmaqla ümumi təmiz çəkisi 0,175 qram olan narkotik vasitə heroin, daha sonra həmin gün saat 21:45-də onun yaşadığı Astara rayonu Rüdəkənar kəndində yerləşən evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsində yerləşən mişar daşlarından tikilmiş tövlənin içərisində olan qırılmış ağac budaqlarının altında 2 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2920 qram və 2910 qram olmaqla ümumi təmiz çəkisi 5830 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, uzun müddət Türkiyə Respublikasında yaşayıb, xx.xx.2022-ci ildə isə Azərbaycana gəlmişdir. Həmin vaxtdan etibarən isə xx.xx.2023-cü ilədək evdə oturmuşdur, ara-sıra bir iki dəfə kəndə çıxmış, əksər hallar da isə ailəsi ilə birlikdə olmuşdur. xx.xx.2023-cü ildə axşam saat 19:00-20:00 arası polis əməkdaşları yaşadığı evə gəlmişlər. Həmin vaxt isə özü evində oturub Türkiyə ilə mobil telefonunda danışırmış. Evin qapısı bağlı olduğundan polislər birbaşa olaraq hasardan keçib gəlmişlər. Onların hasardan keçmələri kamera görüntülərinə də düşmüşdür. Evə daxil olub onu anası ilə birlikdə polis şöbəsinə aparmışlar. Həmin vaxt Şahid4, onun oğlunun və bir nəfər də adını bilmədiyi şəxsin tutulduğunu görmüşdür. Polis şöbəsində ona Ceyhunla telefon danışığının olduğunu demişlər. Həqiqətən də Ceyhunla aralarında telefon danışığı olmuş, çünki Ceyhun usta olmuş, onunla usta işləri ilə əlaqədar danışmışdır. Ceyhunla anasına məxsus mobil telefon nömrəsi ilə zəng vurub danışmışdır. Ceyhunla danışanda Ceyhun demişdir ki, xalası oğlu Ceyhun Abdullayevdən evində qalan əmanət var onu ver. Evində isə xalası oğlu Ceyhun Abdullayevdən qalan yarım qram mal olmuşdur. Tutulmamışdan qabaq isə usta Ceyhun həmin malı ondan istəmiş, o isə Ceyhuna onunçün gələndə siqaret almasını xahiş etmiş, daha sonra gəlib gəlib götürə biləcəyini bildirmişdir. Həmin vaxt dükanlar bağlı olduğundan Şahid4 siqaret alıb gətirməsini istəmişdir. Ceyhun da siqaret alıb onlara gəlmiş, həmin malı Ceyhuna vermişdir. Sən demə Ceyhun özü bu işlərlə məşğulmuş, bu səbəbdən də Ceyhunu tutmuşlar, onunla olan telefon danışığı ortaya çıxmışdır. Polis şöbəsində olarkən onu döymüşlər, malı qabağna qoyub demişlər ki, “səni buraxırıq get, lakin ananı tuturuq”. Daha sonra Ceyhunun cibindən çıxan iki bükümü onun cibinə qoymuşlar. Anasının tutulacağı ilə hədələmişlər. Anasının tutulması üçün polis əməkdaşları ilə həmin vaxt razılaşmışdır. Daha sonra polis əməkdaşları gizli yaşadığı evə gəlmiş, ora narkotik qoymuşlar. Bundan sonra özünü də yaşadığı evə gətirib, videoçəkiliş edib çıxarmışlar. Sabahısı da aparıb hadisə yerin göstəriblər ki, “guya narkotiki burdan tapmışam”. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotiklərə heç bir aidiyyəti yoxdur, həmin narkotiklər polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə qoyulub, daha sonra döyülüb və anası ilə təhdid edildiyindən onlarla məcbur olub razılaşmışdır. Həmin vaxt yüngül xəsarətlər almışdır, narkotiklərin ona aidiyyəti olmamışdır. Özü yalnız həqiqətə güvənir, hələki heçnə görmür, sözü isə budur. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.43-cü maddəsi ilə özünü təqsirli bilib, bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuş, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edirmiş. 2023-cü yanvar ayında Astara rayon Rüdəkənar kəndində sərhədə yaxın ərazidə 2 bağlamada narkotik vasitə olan heroin kütlələrini tapmışdır və həmin kütlələri yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə gizlətmişdir. Ondan bir qədər götürüb özü istifadə etmişdir. Narkotik vasitə istifadəçisi olan tanışı Ceyhuna bu barədə demişdir ki, narkotik vasitə istəsə ona verə bilərmiş. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində Ceyhun anası Alidə Məmmədovanın hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edib onunla danışaraq ondan 15 manatlıq heroin istəmişdir. O da Ceyhuna bir bükümdə 15 manatlıq heroin satacağını deyib gələndə ona bir ədəd «Rothmans» siqareti də almasını istəmiş və yaşadığı Rüdəkənar kəndinə gəlməsini demişdir. Bir qədər sonra yaşadığı Rüdəkənar kəndində Ceyhunla görüşüb ona bir büküm heroin vermişdir. Ceyhundan isə 15 manat pul və tapşırdığı «Rothmans» siqaretini almışdır. Həmin gün təxminən saat 20 radələrində Astara rayon Rüdəkənar kəndində hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamışlar. Daha sonra isə onun üzərində müdafiəçinin iştirakı ilə videoçəklişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilən zaman o, üzərində narkotik vasitə heroin, tanışı Şahid4 narkotik vasitə satıb sonuncudan aldığı 15 manat pul və 1 ədəd siqaret qutusunun olduğunu bildirib təqdim etmişdir. Həmin kütlələr götürülərək qablaşdırılmışdır. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bildirmişdir ki, həmin 2 büküm narkotik vasitə olan heroini üzərində özünün istifadəsi üçün üzərində gəzdirmiş və yaşadığı ünvanda olan kütlələrdən ayıraraq öz üzərində daşımışdır. Bundan sonra yaşadığı ünvanda da narkotik vasitə saxladığını bildirdikdən sonra polis əməkdaşları və vəkilin iştirakı ilə yaşadığı ünvana baxış zamanı saxladığı kütlələri təqdim etmişdir. Yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə ümumilikdə 2 ədəd qara sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Həmin kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılmışdır və imzalarla təsdiq edildikdən sonra götürülmüşdür. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini qismən xalası oğlu Ceyhun Abdullayevdən qalmış narkotiki Şahid4 verməsi hissəsindən başqa digər hissələrdə təsdiq etmədiyini, ifafələrini oxumadan imza etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Astara Rayon Polis Şöbəsində məsul növbətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, sonra həmin şəxsin saxlanılaraq üzərinə baxış keçirilməsi barədə qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Daha sonra şöbənin digər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra onun xx.xx.2023-cü il tarixdə saat 20:10 radələrində yaşadığı Astara rayonu Rüdəkənar kəndində küçədə piyada hərəkətdə olduğunu görüb onu saxlamışlar. Həmin vaxt küçədə gediş-gəliş çox olduğuna və adamların həmin yerə toplaşdığına görə Təqsirləndirilən şəxs üzərinə normal şəxsi axtarış keçirilməsi mümkün olmadığından əməliyyat qrupunun üzvləri tərəfindən ona üzərinə rayon polis şöbəsində şəxsi axtarış keçirilməsi təklif olunmuş və Təqsirləndirilən şəxs razılığı ilə Astara RPŞ-yə gətirilmişdir. Bundan sonra polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video-çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən iki ədəd gümüşü rəngli kağız büküm, sağ yan cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusu, 01 ədəd alışqan və 15 manat pul təqdim etmişdir. Həmin 2 ədəd kağız bükümü açıb içərisinə baxdıqda içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, yaşadığı evində də həmin narkotik vasitədən saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə olan heroinə oxşar kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun evinə baxış keçirmək üçün həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu Rüdkənar kəndində yerləşən evinə onun müdafiəçisinin iştirakı ilə video-çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən mişar daşlarından tikilmiş tövlənin içərisində olan qırılmış ağac budaqlarının altında gizlətdiyi 2 ədəd qara rəngli sellofan bağlamanı çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra həmin bağlamalar açılaraq içərisinə baxıldıqda içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs nə özü, nə də ki digər polis əməkdaşları tərəfindən heç bir təzyiq və təhdid edilməyib, belə bir hal baş verməyib, saxlanılarkən törətdiyi əməlini etiraf edib, onu evlərindən aparmamışlar, saxlanılarkən isə Təqsirləndirilən şəxs tək olmuşdur, heç bir ailə üzvün, eləcədə anasını onunla birlikdə şöbəyə aparmamışlar, bu barədə bildirdikləri isə tamamilə yalan və böhtandır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü Farizgilin evində olan soba xarab olmuşdur. Özü ustadır, zəngləşib onların evinə gedib həmin sobanı təmir etmişdir. Farizgilə gedərkən isə ona bir qutu Rothmans markalı siqaret alıb aparmışdır. Sobanı təmir etdikdən sonra onlardan çıxmış, bu zaman Farizin xalası oğlundan qalmış bir büküm kakos olduğunu soruşmuşdur, Fariz də bildirmişdir ki, baxsın evdədisə verər. Bundan sonra Fariz həmin kakosu gətirib ona vermiş, o isə özünə məxsus motosikletlə ordan çıxıb getmişdir. Farizdən həmin bir büküm kakosu onlarda işləməyinin əvəzinə almış, eyni zamanda həmin vaxt Farizə 15 manat pul da vermişdir. Lakin 15 manat pulu Farizə borc vermişdir. Yolda olarkən isə polis əməkdaşları tərəfindən saxlanılmış, şöbədə olarkən də hər şeyi olduğu kimi danışmışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidin ifadələrinin elan edilməsi ... şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda mümkündür) Şahid4 cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4 göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələri isə Astara rayonundan tanımadığı müxtəlif şəxslərdən alıb. Sonuncu dəfə isə tanışı Astara rayonu, Rüdəkənar kəndində yaşayan Farizdən almışdır. Belə ki, Fariz onun narkotik vasitə istifadəçisi olduğunu bilib. Bir müddət əvvəl ona demişdir ki, nə vaxt narkotik vasitə heroin istəsə ona təşkil edə bilər. xx.xx.2023-cü il tarixdə heroin istifadə etmək istədiyi üçün evə məxsus son rəqəmləri 13- 41 olan mobil telefon nömrəsi ilə Farizlə əlaqə saxlamışdır. O, Farizin mobil telefon nömrəsini bilmədiyi üçün təxminən saat 18 radələri olarmış onun anası Alidənin hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edib Farizlə danışmışdır. O, Farizdən heroin verməsini istəmişdir. O da razılaşaraq yaşadığı Rüdəkənar kəndinə gəlməyini demiş və gələndə 15 manat pul bir də ona Rothmans siqareti gətirməyini istəmişdir. O da evdən çıxıb idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan Muravey markalı motosikletlə Rüdəkənar kəndinə getmişdir. Yolüstü mağazadan Fariz üçün Rothmans markalı siqaret almışdır. O, Farizlə küçədə görüşüb ondan bir büküm heroin almış, əvəzində isə 15 manat pul və bir qutu Rothmans markalı siqaret vermişdir. Heroini alıb evə qayıtmışdır. Ondan bir qədərini istifadə etmişdir. Qalanını isə iki büküm edib şalvarının cibinə qoymuşdur. Daha sonra küçəyə çıxıb gəzərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərindən isə həmin iki büküm narkotik vasitə aşkar edilmişdir. İfadəsi elan olunduqdan sonra Şahid4 ona qarşı heç bir təsir və təzyiqin edilmədiyini, hadisənin üstündən 8 aydan artıq vaxt keçdiyini hazırda hadisələri xatırlamadığını, ola bilsin ki, istintaq zamanı elə ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid X2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə öz yaşadığı evdə olarkən xalası Xalidə Abdullayevə ona zəng vuraraq, anası və qardaşı Farizin polis əməkdaşları tərəfindən aparılması barədə məlumat vermişdir. Həmin vaxt saat təxminən on olarmış. Xalasından hansı səbəbə onların aparılmasın soruşduqda isə, xalası onlara polislər tərəfindən orda bilərsiz sözünün deyildiyini bildirmişdir. Bundan sonra taksiylə gəlmiş ata evinə, görmüş ki, ev tam dağınıqdı. Evi polislər axtarıblar. Evi səliqəyə salıb, atası ilə evdə qalmışdır. Daha sonra qardaşı qızı Alidə ona zəng vurub çəpərdən həyətə polislərin keçməyin bildirmişdir. Bundan qorxmuş tez pəncərəyə çıxıb açmış, görmüş ki, polislər əllərində qara sellofan həyətə girib, tövləyə tərəf gedirlər. Pəncərədən demişdir ki, bu nədi belə anam, qardaşım hanı. Oradan bir polis ona demişdir ki, pəncərəni bağla gir içəri, elə bil heçnə görməmisən. Özü bu hadisədən qorxmuş həyətə düşməmişdir. Daha sonra onlar həyətdə öz işlərin görüb, sellofanı götürüb getmişlər. O zaman anasının da gələcəyini bildirmişlər. Daha sonra anası on dəqiqə keçmiş evə gəlmişdir. Tövlədən aşkar olunmuş narkotikin onlara aidiyyəti olmamış, demək ki, polis əməkdaşları gətirib qoymuşdur. Qardaşının döyülməsi ilə bağlı isə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid X3 ifadəsində göstərmişdir ki, 07 fevral 2023-cü ildə axşam saat yeddi-səkkiz radələrində 10-15 nəfər polis əməkdaşı icazəsiz evə daxil olaraq nənəsin və əmisi Farizi aparmışlar. Evdə isə həmin vaxt xəstə babası olmuşdur. Bu zaman bibisi Aytəkinə zəng vurub evə çağırmışdır. Bibisi gəlmiş, onunla birlikdə polislər evi dağıtdığından evi yığışdırmışdır. Evi təmizləyəndən sonra öz evlərinə qayıtmışdır. Gecə saat 3-4 radələrində isə 20-dən çox polis əməkdaşının çəpərdən tullanıb baba evinin həyətinə keçdiklərini görmüşdür. Həmin vaxt onların əllərində qara sellofan olmuşdur. Bundan 2-3 dəqiqə sonra isə əmisi Farizi gətirmişlər. Onlar həyətdə olan tövləyə keçmişlər. Ondan sonra 3 nəfər polis onları səsləyərək, kamerə görüntülərin istəmişlər. Bir nəfər polis əməkdaşı isə yuxarı çıxıb CD kartı götürüb aparmışdır. Daha sonra həmin CD kartda olan görüntüləri silib, səhərisi gün evə göndərmişlər. Farizin yaşadığı evə polislər iki dəfə, birinci dəfə saat 7-8 radələrində, ikinci dəfə isə saat 3-4 radələrində gəlmişdir. Polislər gələndə bibisi Aytəkin evdə olmayıb, onu özü zəng vurub çağırıb. Polislər kamera görüntülərin aparanda bildirmişlər ki, əməliyyat zamanı çəkiliş etmək qadağandı, cinayətdi bu səbəbdən CD yaddaş kartın aparmışlar. Həmin narkotik isə əmisinə məxsus deyil, narkotik polislərindir. Hadisələri gözü ilə görmüş, yaşadığı evlə əmisigilin çəpəri arasında 3-4 m məsafə var, baxdığı yerdən hamısı görünmüşdür. Polislər həyətə girərkən iki nəfər əlində qara böyük sellofan tutmuşdular. İşdə olan, Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Astara RPŞ-nin ƏİÜ rəis müavini Orxan Novruzov tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:55-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 26) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və əlavə edilmiş video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin, sağ yan cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusu və 15 manat pul aşkar edilib götürülmüşdür. (c İ, i.v 27-28) İşdə olan, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, xx.xx.2023-cü ildə polis əməkdaşları tərəfindən Astara rayonu Rüdəkəran kəndində yaşadığı evə baxış keçirilməsinə etiraz etmir. (c İ, i.v 29) İşdə olan, baxış protokolundan və əlavə edilmiş video-çəkilişdən görünür ki, 07 fevral 2023-cü il tarixdə saat 21:45-də Astara RPŞ-nın əməkdaşları, müdafiəçisinin iştirakları ilə Astara rayonu Rüdəkənar kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və evin həyətyanı sahəsində yerləşən mişar daşlarından tikilmiş tövlənin içərisində olan qırılmış ağac budaqlarının altında saxladığı 2 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 30-31) İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 19/171 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən 2 büküm heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,084 qr; 0,091 qram: ümumi təmiz çəkisi: 0,175 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin tövləsindən 2 bağla a heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd bağlamadakı 2 ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: 2920,0 qr; 2910,0 qram: ümumi təmiz çəkisi: 5830,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş ümumilikdə 4 ədəd olmaqla, ümumi təmiz çəkisi: 5830,175 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs üzərindən 2 büküm heroinə bənzər kütlə....”; Vət. Təqsirləndirilən şəxs yaşadığı evin tövləsindən 2 bağlama heroinə bənzər kütlə....” və “Şahid4 məxsus 2 büküm heroin Rəy №-18/170...” sözlər və imzalar olan 2 ədəd zərfdə və 1 ədəd bağlamada ümumilikdə 6 ədəd olmaqla heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroinin ümumi təmiz çəkisi 5830,175 qr, cəmi təhqiqata sərf edildi 0,2 qr, qalıq 5829,975 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60,0 manat təşkil edir. (c İ, i.v 38-41) İşdə olan, 09 fevral 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə götürülmüş qalıq çəkisi 5829,975 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-də olan maddi sübutların saxlanılması otağına verilmişdir. (c İ, i.v 50) İşdə olan, xx.xx.2023-cü il tarixli Astara Rayon Məhkəməsinin 4(018)-14/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 69-73) İşdə olan, xx.xx.2023-cü il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Rüdəkənar kəndi ərazisində boş ərazini göstərərək onda aşkar olunaraq götürülmüş narkotik vasitə heroini 2023-cü ilin yanvar ayında 2 ədəd bağlama formasında tapdığını bildirmişdir. (c İ, i.v 74-75) İşdə olan, xx.xx.2023-cü il tarixli 43 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 82- 83) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 159 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 84) İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsili bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilmişdir. (c İ, i.v 95-96) İşdə olan, xx.xx.2023-cü il tarixli Astara Rayon Məhkəməsinin 5(018)-34/2023 nömrəli qərarından görünür ki, Astara RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis kapitanı Orxan Novruzov tərəfindən qəbul edilən “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (c İ, i.v 103-104) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Şahid4 üzərində şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli cins şalvarın sol yan cibindən 02 ədəd qızılı rəngli kağız bükümdə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. (c İ, i.v 123) İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 19/170 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid4 üzərindən 2 büküm heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,056 qr; 0,121 qram: ümumi təmiz çəkisi: 0,177 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilə eynidirlər. (c İ, i.v 124-125) İşdə olan, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş 1 ədəd A25554631 seriya nömrəli 10 manatlıq və 1 ədəd B19694925 seriya nömrəli 5 manatlıqdan ibarət olan 15 manat pul məbləğində milli valyuta ilə pul əskinazı iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış istintaq qurtarana qədər saxlanılmasından ötrü Dövlət bankına, 01 qutu “Rothmans” markalı siqaret isə Astara RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi barədə çəkilmiş video görüntülərin yazıldığı 02 ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmış, cinayət işi materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə aldığı naməlum şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılması barədə qərar qəbul olunmuşdur. (c İ, i.v 141-147) İşdə olan, Astara RİHB-nın Suparibağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, Gəncə şəhərində yaşayır, onun haqqında ərazi icra nümayəndəliyinə hər hansı bir məlumat daxil olmamışdır. (c İ, i.v 157) İşdə olan, xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. (c İİ, i.v 38-42) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində, yaşadığı evdə heç bir narkotik vasitə, qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər və pis rəftar edilməklə alındığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı öncə təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində üzərində iki büküm narkotik vasitə olduğunu, narkotik vasitəni iki bükümdə sahədən tapdığını, özü ilə götürüb evə gətirib gizlətdiyini, evə getsələr saxladığı yeri göstərə biləcəyini, üzərində gəzdirdiyi iki büküm narkotiki istifadə etmək üçün saxladığını, narkotik vasitədən yarım qram Astara rayon sakini Ceyhun adlı şəxsə satdığını, üzərindən aşkar edilmiş 15 manat məbləğində pulu və bir qutu siqareti satdığı narkotikin qarşılığında Ceyhundan aldığını, daha sonra müdafiəçinin suallarına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı zor tətbiq edilmədiyini, baxış və götürmə istintaq hərəkəti zamanı yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin içərisində olan qırılmış ağac budaqlarının altında 2 ədəd qara rəngli sellofan bağlamada aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə və yaşadığı evə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bundan başqa hələ ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra tibbi müayinədən keçirilmiş, xx.xx.2023-cü il tarixli 43 nömrəli ekspert rəyindən də görünür ki, onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmiş, eləcə də məhkəmə tərəfindən verilmiş müvafiq sorğu əsasında Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktubundan və tibbi kitabçanın kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiqlər, təhdidlər və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən və yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin içərisində olan qırılmış ağac budaqlarının altından aşkar edilmiş narkotik vasitənin ona aidiyyətinin olmaması, həmin predmetlərin üzərinə və evin həyətyanı sahəsində yerləşən tövlənin içərisində olan qırılmış ağac budaqlarının altına polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 47-49) və xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 58-60, 165-167) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 69-73) eləcə də üzərinə, yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin içərisinə video-çəkiliş vasitəsilə şəxsi axtarış, baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat, ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin özünə məxsus olmasını, həmin narkotik vasitəni tapdığını və istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, bundan başqa yaşadığı fərdi yaşayış evində iki bükümdə narkotik vasitə gizlətdiyini, bundan başqa baxış keçirmə və götürmə istintaq hərəkəti zamanı da müdafiəçinin iştirakı ilə yaşadığı Rüdəkənar kəndindəki fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin içərisinə baxış keçirilərkən narkotik vasitəni qırılmış ağac budaqlarının altına qoyduğunu, oradan aşkar edilmiş predmetlərin isə özünə məxsus olduğunu səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Astara Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə narkotik vasitə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, həmin narkotik vasitədən Ceyhun adlı şəxsə 15 manat pul və bir siqaret qutusu qarşılığında satdığını bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə onun anasının əsassız yerə polis əməkdaşları tərəfindən tutulacağı və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə yaşadığı Astara rayonu, Rüdəkənar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin içərisində olan qırılmış ağac budaqlarının altında 2920 qram və 2910 qram olmaqla iki bükümdə ümumi təmiz çəkisi 5830 qram külli miqdarda narkotik vasitə heroin saxlamasını, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli cins şalvarın sol yan cibindən iki ədəd bükümdə cəmi 0,175 qram çəkidə narkotik vasitə heroin üzərində gəzdirməsini, həmin maddələrin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini və Ceyhun adlı şəxsə 15 manat pul və bir siqaret qutusu qarşılığında satdığını narkotik vasitə satdığını etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin içərisindən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Belə ki, Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün ümumi çəkisi 5830,352 qram çəkidə narkotik vasitə heroini tədarük etməsi, həmin narkotik vasitədən iki bükümdə ümumilikdə 0,175 qram olmaqla heroini ayıraraq üzərində gəzdirməsi inandırıcı deyil. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirdikləri, aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 38,867 dəfə) çox olub külli miqdar təşkil etməsi, narkotik vasitənin çəkilərək iki ədəd böyük bükümdə və iki ədəd xırda bükümlərə bölünməsi həmin xırda bükümlərdən iki ədəd heroini üzərində saxlamaqla daşıması, üzərində və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin içərisində olan qırılmış ağac budaqlarının altında ümumilikdə külli miqdarda narkotik vasitə saxlaması, həmin narkotik vasitə heroindən iki ədəd bükümdə Şahid4 tərəfindən satılması kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş maddələrin satışı ilə məşğul olmuş, habelə o, üzərində və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin içərisində aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tanışı Şahid4 0,177 qram narkotik vasitə heroini 15 manat pul və bir qutu siqaret qarşılığında satması barədə verdiyi etirafedici ifadələri, məhkəmə istintaqı zamanı da qismən təsdiq edərək, yaşadığı evdə xalası oğlu Ceyhun Abdullayevdən qalan yarım qram heroni tutulmamışdan qabaq tanışı Ceyhun adlı şəxsə bir qutu siqaret qarşılığında verməsini bildirmişdir. Məhkəmə bu yerdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tanışı Şahid4 aşkar edilmiş, 0,177 qram narkotik vasitə heronin sonuncuya məhz özü tərəfindən verilməsini istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı təsdiq etmiş və onun bu ifadələri iş üzrə digər sübutlar da tam təsdiqini tapmışdır. Lakin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin içərisindən aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını bildirmiş, məhz verilmiş ittihamı həmin hissədə mübahisələndirmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin həmin hissədə bildirdikləri yuxarıda göstərilənlərlə yanaşı, iş materiallarında olan xx.xx.2023-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində göstərilənlərlə, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 büküm, yaşadığı evin tövləsindən aşkar edilmiş 2 bağlama və Şahid4 aşkar edilmiş 2 büküm narkotik vasitə heroinlərin xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olması ilə də tam təkzib edilir. Bundan başqa məhkəmə şahidlər Aytəkin Məmmədova və Alidə Məmmədovanın məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatlar yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcədə şahid Aytəkin Məmmədovanın təqsirləndirilən şəxsin yaxın qohumu (bacısı), şahid Adilə Məmmədovanın isə qohumu (qardaşı qızı) olmasını, həmin şəxslərin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə məhkəmə iclasında verdikləri ifadələrini sübut kimi qəbul etmir və onların bu ifadələrini Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Eyni zamanda Şahid4 məhkəmə istintaqı zamanı ifadəsində göstərmiş olduğu xüsusatları onun Təqsirləndirilən şəxs ifşa etməməklə müdafiə etməsini nəzərə alaraq sübut kimi qəbul etmir. Bununla yanaşı iş üzrə Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tətqiq edilmiş ifadəsi işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edilir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 07 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5829,975 qram narkotik vasitə heroin və 1 qutu “Rothmans” markalı siqaret məhv edilməli, iş materiallarında olan şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Şahid4 satdığı heroin qarşılığında 1 ədəd A25554631 seriya nömrəli 10 manatlıq və 1 ədəd B19694925 seriya nömrəli 5 manatlıqdan ibarət olan 15 manat pul vəsaiti əldə etmişdir. Buna görə də, həmin 1 ədəd A25554631 seriya nömrəli 10 manatlıq və 1 ədəd B19694925 seriya nömrəli 5 manatlıq kağız pul əskinazı olmaqla ümumilikdə 15 manat pul vəsaiti dövlət nəfinə xüsusi müsadirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5829,975 qram narkotik vasitə heroin və 1 qutu “Rothmans” markalı siqaret məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və saxlanmasından ötrü Dövlət bankına verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd A25554631 seriya nömrəli 10 manatlıq və 1 ədəd B19694925 seriya nömrəli 5 manatlıqdan ibarət olan 15 manat pul vəsaiti dövlət nəfinə xüsusi müsadirə edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar