Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-478/2024 07.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/20, mənzil 6-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində olarkən idarə etdiyi “Hyundai” markalı avtomobili onun yaxınlığında saxlamış tanışı Şahid1 onu yaşadığı evə apara biləcəyinə dair təklifini qəbul edərək, avtomobilin sol arxa oturacağında əyləşib, birlikdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi istiqamətində hərəkətdə olarkən, avtomobilin ön sərnişin oturacağında əyləşmiş tanışı Zərərçəkmiş şəxs ona 2024-cü ilin yanvar ayının əvvəlində idarə etdiyi avtomobillə yaşadığı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsindən keçərkən avtomobildən gələn yüksək səsli musiqinin səsini azaltmağı tələb etməsini, buna aydınlıq gətirmək üçün mobil telefon vasitəsi ilə danışarkən onunla mübahisə etməsini və sonradan telefon zənglərinə cavab verməməsini ona qarşı edilmiş “hörmətsizlik” kimi qəbul etdiyini bildirməsi ilə əlaqədar aralarında həmin zəmində, yəni şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs hərəkətlərinə son qoymaq əvəzinə nalayiq ifadələrlə təhqir edib yumruqla onu vuraraq fiziki ağrı yetirməsi səbəbindən avtomobili saxlamağı Şahid1 tələb etmiş, sonuncu avtomobili Lənkəran şəhəri, Şəhidlər Xiyabanı dairəsində yolun kənarında saxladıqdan və avtomobildən yerə düşdükdən sonra yenidən Zərərçəkmiş şəxs aqressiv şəkildə onun üzərinə hücum edib, onu münaqişəyə sövq edərək yumruqla vurub, fiziki ağrı yetirdiyi üçün şəxsi münasibətlər zəminində aralarında davam edən münaqişənin gedişində etdiyi hərəkətlərə görə Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gələrək, bu məqsədlə həmin vaxt əynində olmuş gödəkçənin cibindən çıxarıb sağ əlində tutduğu parıltılı gümüşü rəngli metaldan hazırlanmış, tiyəsinin uzunluğu 68mm, əsasında eni 20mm, qalınlığı ucundan əsasəna doğru 0,5mm-dən 2,2mm-ə qədər, dəstəyinin uzunluğu 87mm, əsasında eni 16mm-dən 25mm-ə qədər, qalınlığı 8mm olan, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan cib bıçağı ilə sonuncunun döş qəfəsi nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan, həyat fəaliyyəti üçün əhəmiyyətli orqanların yerləşdiyi döş boşluğuna nüfuz edib, sol tərəfli hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarasından ibarət xəsarət yetirməklə şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışıdır və uzun müddətdir ki, onu tanıyır və onunla münasibəti normal olmuşdur. 08 yanvar 2024-cü il tarixdə babası Nəriman Abdullayev vəfat etmişdir. Həmin gün Zərərçəkmiş şəxs zəng edib ona başsağlığı vermişdir. 14 yanvar 2024-cü il saat 15 radələrində yaşadığı evin qarşısında olduğu zaman həmin vaxt “Hyundai” markalı bir avtomobilin yaşadığı məhəllənin giriş küçəsində maqintofona yüksək səs verərək keçdiyini görmüşdür. Bu zaman sürücünün Zərərçəkmiş şəxs olduğunu və ona tərəf səslənərək uca səslə nə üçün onun telefon zənglərinə cavab vermədiyini soruşduqda, ona əli ilə işarə edib, maqintafonun səsini almağını və ona zəngin gəlmədiyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs avtomobili sürüb getmişdir. Bir neçə dəqiqə sonra o, taksidə Lənkəran şəhəri ərazisinə gedən zaman Zərərçəkmiş şəxs ona zəng etdiyini görmüşdür. Lakin avtomobildə əyləşdiyi üçün onun bir neçə zənginə cavab verməmişdir. Sonradan Zərərçəkmiş şəxs yenindən ona zəng etdiyini gördükdə telefonuna cavab vermiş, bu zaman Zərərçəkmiş şəxs əsəbi səslə nə üçün mobil telefon zənglərinə cavab vermədiyini, avtomobili idarə edərkən maqnitofona yüksək səslə sürməyinə irad bildirdiyinin səbənini soruşmuşdur. O, Zərərçəkmiş şəxs babasının vəfatı ilə əlaqədar işlərinin çox olduğuna görə telefon zənglərinə cavab verə bilmədiyini, yaşadığı məhəllədən keçərkən idarə etdiyi avtomobilidə musiqiyə yüksək səs verib ondan söz soruşduğuna görə Zərərçəkmiş şəxs eşidə bilmədiyini bildirmiş və aralarında söz mübahisəsi düşmüşdür. 16 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Gənclik” çayxanası və saylı Vergilər İdarəsinin yaxınlığında olduğu zaman tanışı Şahid1 “Hyundai” markalı avtomobildə əyləşdiyini görmüş və onunla uzaqdan salamlaşmış, sonuncu da əli ilə işarə edərək öz yanına çağırıb evinə tərəf onu aparacağını təklif etmişdir. O da avtomobilə tərəf gedib arxa oturacağında əyləşmişdir. Avtomobildə əyləşdiyi zaman qabaq sərnişin oturacağında Zərərçəkmiş şəxs və arxa otracaqda isə Şahid2 əyləşdiyini görmüşdür. Zərərçəkmiş şəxs ona nə üçün zəngələrinə cavab vermədiyini irad bildirdikdə, Zərərçəkmiş şəxs cavabında yaşca ondan böyük olduğunu xatırladıb ünvanına nə üçün danışan zaman söyüş söydüyünü irad bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs, əsəbi halda oturduğu qabaq sərnişin hissəsindən ona tərəf dönüb, ünvanına nalayiq ifadələr işlədərək oturduğu yerdən əl-qol atmağa başlamışdır. Zərərçəkmiş şəxs bu cür rəftar etməməsini irad bildirib söyüş söyməməsini tələb etdikdə o, hərəkətlərini davam edib, onu alçaltmağa davam etmişdr. Bu zaman Lənkəran şəhəri, Şəhidlər Xiyabanı dairəsi istiqamətindən “Kiçik Bazar” istiqamətində avtomobili idarə edən Yusifəli Səfərovdan idarə etdiyi avtomobili saxlamasını tələb etmişdir. O, avtomobili saxladıqda hammısı avtomobildən yerə düşmüşlər. Həmin zaman Yusifəli Səfərov və Şahid2 də Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışsalar da, Zərərçəkmiş şəxs onlara qulaq asmayıb əsəbi halda oturduğu yerdə ona yumruq zərbələri endirmişdir. O da Zərərçəkmiş şəxs hərəkətlərindən əsəbləşib, onun üstünə getmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona yumruq zərbəsi atdığını görüb, gödəkçəsinin sağ cibində olan qatlanan bıçağı götürüb ucu iti tiyəsini açaraq onun sol döş qəfəs nahiyyəsinə tərəf bir bıçaq zərbəsi endirmişdir. Zərbədən sonra Zərərçəkmiş şəxs sol qəfəs hissəsində qan olduğunu görmüşdür. Sonra Şahid1, Şahid2 ilə birgə Zərərçəkmiş şəxs avtomobilinə mindirib hadisə yerində uzaqlaşmışlar. Özü isə yaşadığı evə gedib, paltarını dəyişmiş, sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gedib Zərərçəkmiş şəxsin vəziyyəti ilə maraqlanmış və xəsarət yetirdiyi bıçaqla Lənkəran şəhər polis şöbəsinə könüllü gedərək əməlini barədə məlumat vermişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı və xəstəxana xərclərini ödəmişdir. Himayəsində üç azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qsimində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, münasibətim yaxşı olmuş, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 2024-cü ilin yanvar ayında dostu Şahid2 məxsus “Hyundai” markalı avtomobili Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən ara məhəllələrdə idarə edərkən avtomobilin maqintofonuna səs verdiyinə görə küçədə piyada hərəkətdə olan tanışı Təqsirləndirilən şəxs ona tərəf səslənərək, maqintafonun səsini almağını ona bildirmişdir. O da avtomobilin hərəkətini saxlamayıb ona tərəf “zəngləşib danışarıq” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus mobil telefona bir neçə dəfə zəng etsə də Ramil cavab verməmişdir. 14 yanvar 2024-cü il tarixdə yenidən zəng etdikdə, Ramil telefona cavab vermiş və bu zaman nə üçün telefon zənglərinə cavab vermədiyini, ona hörmətsizlik etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs də ona babasının rəhmətə getdiyini, vaxtının olmadığını və görüşəcəyini bildirmişdir. 16 yanvar 2024-cü il tarixdə saat 21 radələrində dostları Şahid2 və Yusifəli Səfərov ilə, sonuncunun idarə etdiyi Hyundai markalı avtomobilə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Gənclik” çayxanasının yanında olan zaman X9 Abdullayevi görüb onunla salamlaşıb kef-əhvalını soruşub hara getdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs da yaşadığı evə getdiyini bildirdikdə Yusifəli onu avtomobilə dəvət etmişdir. Bu zaman Ramil Abdulalyev avtomobilin arxa oturacağında, avtomobili idarə edən sürücü Yusifəli Səfərovun arxasında əyləşmişdir. Bu zaman o, Təqsirləndirilən şəxslə salamlaşıb görüşmüşdür. Yusifəli Səfərov avtomobili Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ilə Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsinə doğru hərəkət elətdirdiyi zaman o, Təqsirləndirilən şəxs nə üçün telefon zənglərimə cavab vermədiyini soruşduqda, Ramil Abdulalyevə ona babasının rəhmətə getdiyini bildirib başının qarışdığını bildirmiş, lakin aralarında mübahisə baş vermiş və o, dönüb Ramilə yumruq atmağa başlamışdır. Şəhidlər Xiyabanı dairəsi yanınlğında Yusifəli Səfərov avtomobili saxladıqda hamısı avtomobildən düşmüşdür. Bu zaman dostları Yusifəli və Tural onları ayırmağa çalışmışdır. O və Təqsirləndirilən şəxs biri-birilərinin ünvanına nalayiq sözlər demişdir. Təqsirləndirilən şəxs həmin vaxt avtomobilə əyləşib, yaşadığı məhəlləsi olduğunu və buradan çıxıb getməyini ona bildirmişdir. O isə əsəbi olduğuna görə Təqsirləndirilən şəxs tərəf gedib yumruq zərbələri endirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs cibindən nəsə çıxarıb onun sol tərəfinə bir zərbə endirdiyini, sol tərəfində kəskin ağrı hiss etdiyini, nəyinsə ona batdığını hiss etmişdir. Döş qəfəsinin sol hissəsinə baxdıqda həmin nahiyənin qanadığını, Ramilin əlində qanlı bıçaq olduğunu görmüşdür. Dərhal dostları Tural və Yusifəli onu Lənkəran rayon Mərkəzi xəstəxanasına aparmışlar və o, xəstəxanada müalicə olunmuşdur. Mübahisə zamanı Ramilə bir neçə yumruq zərbələri endirdiyinə görə, sonuncu ona bir bıçaq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs onun dostudur, onunla barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs həbslə bağlı olmayana cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 yanvar 2024-cü il tarixdə saat 20 radələrində dostları Zərərçəkmiş şəxs və Şahid2 ilə idarə etdiyi “Hyundai” markalı avtomobillə Lənkəran şəhəri, Z,Əliyeva küçəsindı yerləşən “Gənclik” çay evinin qarşısına tərəfdə olarkən Təqsirləndirilən şəxs görüb onunla salamlaşmış, hara getdiyini və hara aparmağın lazım olduğunu təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs də evə getdiyini bildirib avtomobilin arxa oturacağında əyləşmişdir. O, da idarə etdiyi avtomobili Lənkəran şəhəri, Şəhidlər Xiyabanı istiqamətində hərəkətə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs aqressiv halda arxa tərəf dönərək, Təqsirləndirilən şəxs nə üçün zənglərinə cavab vermədiyinin səbəbini soruşmuş, Təqsirləndirilən şəxs də ona işi olduğuna, babasının dünyasını dəyişidiyinə görə onun telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Həmin zaman onlar qarışlıqlı olaraq biri-birilərinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışlar. Lənkəran şəhəri, Ş.Xiyabanı dairəsindən üzü “Kiçik Bazar” istiqamətində olan zaman avtomobilin hərəkətini dayandırmışdır. Onlar hamısı avtomobildən düşmüşdür. Bu zaman onlar bir-birilərinin üzərinə gedərək, əl-qol hərəkətləri ilə bir-birilərini itələmişdir. O Və Şahid2 tərəfləri sakitləşdirməyə çalışmışdır. Təqsirləndirilən şəxs də avtomobilin arxa oturacağında əyləşib hamının getməyini, küçədə mübahisə etməməni təklif etmişdir. Həmin an Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanına gedərək, ona bir neçə yumruq zərbəsi endirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs də əlində olan predmetlə Zərərçəkmiş şəxs zərbə edindirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs sol tərəfinin qanadığını görmüşdür. Həmin zaman X7 Abdullayev tərəfindən bıçaqla vurulduğunu bilmişdir. Dərhal Zərərçəkmiş şəxs avtomobilin arxa oturacağında əyləşdirib onu Lənkəran rayon Mərkəzi xəstəxanasına aparmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06 fevral 2024-cü il tarixli 104 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində - döş boşluğuna nüfuz edən sol tərəfli hemopnevmotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsin 1 ədəd kəsilmiş-deşilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət kəsici-deşici əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, iti kənarlı və ya uclu alətlə (ola bilsin ki, bıçaq) döş qəfəsi nahiyəsinə vurma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə, xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan “MTE və PAB” X11 xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi bioloji tədqiqinə dair 156/2024-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu -Abeta (İİ).(təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətinə əsasən). - Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins şalvar, sviter, alt mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A antigeni və mayka üzərindəki ləkələrdə beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta /İİ/qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.-Tədqiqata təqdim eolunmuş 01 ədəd bıçaq üzərində qan aşkar olunmadı. İş materiallarında olan MTE və PAB X11 xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi kriminalistik tədqiqinə dair 111-MTKŞ/2024 saylı ekspert rəyindən görünür ki, - Təqdim olunmuş Zərərçəkmiş şəxs qolsuz maykanın və sviterin hər birinin ön səthinin sol yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. - Zərərçəkmiş şəxs məxss paltarların (qolsuz mayka və sviter) üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. - Zərərçəkmiş şəxs məxsus paltarların (qolsuz və sviter) üzərində olan deşilmişkəsilmiş zədə ilə, onun bədən səthində olan deşilmiş-kəsilmiş yara yerləşməsinə görə üstüstə düşürlər. - Zərərçəkmiş şəxs məxsus paltarların (qolsuz mayka və sviter) üzərində olan deşilmiş-kəsilmiş zədə müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilə bilər. - Zərərçəkmiş şəxs məxsus cins şalvarın üzərində zədə aşkar edilmədi. - Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cıb bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 838 saylı ekspert rəyindən görünür ki, -Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. -Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. -Təqsirləndirilən şəxs cinayət törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. -Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin in tətbiq edilməsinə ehtiyac yoxdur. R.R.Abdullyevin əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 543 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş cins şalvar iş üçün sübut əhəmiyyətli olduğundan götürülmüş və baxışı aparılmışdır. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində qanabənzər ləkələr və kəsilmişdeşilmiş zədə olan bir ədəd mayka və bir ədəd sviter iş üçün sübut əhəmiyyətli olduğundan götürülmüş və baxışı aparılmışdır. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs lənkəran RPŞ-nin istintaq bölməsinə könüllü gəlib özünü təqdim edərək xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı cinayətin aləti olan bir ədəd, qatlanan bıçaq iş üçün sübut əhəmiyyətli olduğundan təqsirlədnirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş və baxışı aparılmışdır. İş materiallarında olan 18 mart 2023-cü il tarixli “Azercell Telekom MMC”-dən daxil olmuş 1 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, 13 mart 2024-cü il tarixdə daxil olmuş CD-R modelli diskdə olan məlumatlara «HP» markalı personal kompüterdə baxış keçirdim. Diskə baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 18:33-da Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə 30 saniyə müddətində, xx.xx.2024-cü il tarixdə Ramin Abdullayevə məxsus ***-***-**-** saylı mobil nömrəsindən Zərərçəkmiş şəxsnənin ***-***- **-** saylı mobil nömrəsi ilə 1 saniyə müddətində, xx.xx.2024-cü il tarixdə saat 15:35-də Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə “Lənkəran r-nu” anten dairəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə “Lənkəran şəh.” anten dairəsindən 20 saniyə müddətində, xx.xx.2024-cü il tarixdə saat 15:39-da Ramin Abdullayevə məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə “Lənkəran şəh” anten dairəsindən Zərərçəkmiş şəxsnənin ***-***-**-** saylı mobil nömrəsinə “Lənkəran şəh.” anten dairəsində 85 saniyə müddətində telefon danışıqları olmuşdur. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Zərərçəkmiş şəxs məxsus bir ədəd sviter, bir ədəd mayka, bir ədəd şalvar və cinayət aləti olan bir ədəd, qatlanan bıçaq maddi sübut hesab edilmiş və məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Lənkəran şəhər Mənzil Təsərrüfatı idarəsi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, D8, ev 5-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, arvadı, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü abdullazadə Abbas Ramil oğlu adlı azyaşlı uşaqlarından ibarətdir, Ali təhsillidir, yaşadığı müddət heç bir şikayət və daxil olmamış, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında fəailiyyətlə məşğul olma hüququndan məhrumetmə cəzasına məhkum edilməklə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə hökm dəyişərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında fəailiyyətlə məşğul olma hüququndan məhrumetmə cəzasına məhkum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 13 noyabr 2010-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 3 ay 19 gün vaxtından əvvələ şərti azad edilmiş, məhkumluğu ödənilmişhdir. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmanın əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Lənkəran Şəhər Psixtariya Xəstəxanası tərəfindən verilmiş verilmiş 05 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda durmur. İş materiallarında olan Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi xx.xx.2024-cü tarixli notarial qaydada təsdiq olunmuş, həmçinin məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, təqsirləndirilən şəxs Tural Abdullayevlə barışmış, ona dəymiş maddi və mənəvi ziyanlar tam ödənilmiş, onu bağışlayır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 126.1ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin (onu nalayiq ifadələrlə təhqir etməsi və ona yumruq atmasını) təsiri altında törətməsini, hadisədən dərhal sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinə könüllü gəlib təqsirini boynuna almasını və hadisə zamanı istifadə etidiyi bıçağı könüllü təqdim etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, həmçinin ona dəymiş maddi ziyanın, yəni müayinə və müalicəsi ilə bağlı bütün zəruri xərclərin könüllü olaraq tamamilə ödənilməsini, əməlini səmimi etiraf etməsini və peşman olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və gəncliyini Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.8, 59.1.10, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunması mümkünlüyünə münasibət bildirərək qeyd edir ki, bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-in 70ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən olunmalı və sınaq müddəti ərzində üzərinə vəzifələr qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Lənkəran Şəhər Rayon Polis Şöbsində saxlanılan Lənkəran ŞRPŞ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd sviter, bir ədəd mayka, bir ədəd şalvar və cinayət aləti olan bir ədəd, qatlanan bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmasını və onun saxlanıldığı istintaq təcridxanasından azad olunmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, saxlandığı Bakı İstintaq Təcridxanasında həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınmış - Lənkəran Şəhər Rayon Polis Şöbsində saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd sviter, bir ədəd mayka, bir ədəd şalvar və cinayət aləti olan bir ədəd qatlanan bıçaq məhv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-478/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-478/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver