Məhkəmə qərarları › İş №1(099)-479/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-479/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-479/2023 24.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X6 katibliyiilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi Əfladdin oğlu və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs dayısı oğlu X8 təxminən 1990-cı illərdə mərhum anası X2 borca 5000 (beş min) ABŞ dolları məbləğində pul alıb sonradan qaytarmaması, nəticədə anasının digər şəxslərə olan borcunu ödəyə bilməyib 30 mart 1999-cu il tarixdə intihar etməsini son üç il ərzində öyrənib həm dayısı oğlundan, həm də dayısı Zərərçəkmiş şəxs dəfələrlə həmin borcu istəmiş, lakin sonuncuların onun anasına heç bir məbləğdə borclarının olmamasını demələrindən sonra, 2023-cü ilin yanvar ayının sonlarından etibarən dayısı Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək üçün təsərrufat-məişət təyinatlı bıçaqla silahlanıb, 07 fevral 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu Mamusta kəndində yerləşən Mamusta kənd Körpələr eviuşaq bağçasının yaxınlığında, küçədə Zərərçəkmiş şəxs yaxınlaşaraq ondan anasına olan borcun qaytarılmasını tələb etdikdən sonra Zərərçəkmiş şəxs onun və oğlunun anasına heç bir borclarının olmamasını deyərək həmin borcu qaytarmaqdan imtina etməsindən qəzəblənərək əvvəlcə dayısının üz nahiyəsinə dirsəyi ilə vuraraq sonuncunu yerə yıxıb müqavimətini qırdıqdan sonra üzərində olan mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən bıçaq zərbələri endirərək döş qəfəsinə (sağ kürəküstü) nüfuz edən, hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası, sol Xİİ qabırğanın (sınığı) zədələnməsi ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid, təpə, ənsə, döş qəfəsi, bel nahiyələrində 4 ədəd kəsilmiş-deşilmiş (daxilə nüfuz etməyən) yaralarla müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, onun bıçaq zərbələrinin təsirindən yerdə hərəkətsiz halda uzanan Zərərçəkmiş şəxs öldüyünü zənn edib, oradan uzaqlaşdığından və Zərərçəkmiş şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan həmin səbəblərə görə niyyətini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində qisas almaq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən X10 ona Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, hazırda ailəsi ilə Lənkəran rayonu Mamusta kəndində yaşayır. Zərərçəkmiş şəxs onun dayısıdır. Əvvəllər dayısı Zərərçəkmiş şəxs və onun övladarı ilə münasibətləri yaxşı olmuşdur. 1990-cı illərdə, o uşaq yaşlarında olarkən, dayısı oğlu X11 onun X18dan fərdi sahibkarlıqla məşğul olmaq üçün külli miqdarda pul borc olaraq almışdır. X18 1994-cü ildə yol qəzasında vəfat etmişdir. X19 atasının yas mərasminə gəlməmiş və eyni zamanda atasından aldığı pulu da qaytarmaqdan imtina etmişdir. Sonra isə Anar anası X3 borc qismində 5000 ABŞ dolları pul istəmişdir. Anası onlarla qonşuluqda yaşayan Nicatdan sələmə 5000 ABŞ dolları pul alaraq Anara vermişdir. Anar həmin pulla fərdi sahibkar kimi iş görməli olduğu halda xərcləmişdir. Anası Kəmalə dəfələrlə qardaşı İltifatdan və onun oğlu Anardan borclarını qaytarmağı tələb etsə də, onlar pulu qaytarmamışlar. Anası Kəmalə 31 mart 1999-cu ildə Bakı şəhərində yaşadıqları binanın 7-ci mərtəbəsindən özünü ataraq öldürmüşdür. Həmin vaxtlar uşaq olduğuna görə anasına qarşı dayısı Zərərçəkmiş şəxs və onun oğlu Anar Rufiyevin etdiyi hərəkətlərlə bağlı hər hansı tədbir görə bilməmişdir. Anasının da ölümündən sonra o və üç bacısı Lənkəran rayonu Mamusta kəndində yaşayan əmisi X5 evinə köçmüşlər. Əmisi onları himayə edərək böyütmüşdür. Bakı şəhərində olan evləri əmisi tərəfindən satılaraq anasının sələləmə götürdüyü pul ödənilmişdir. 2010-cu ildə Nuranə Təhməzova ilə ailə qurmuş, sonra bir müddət Rusiya Federasiyasına gedərək müxtəlif sahələrdə satıcı kimi fəaliyyət göstərmiş, 2017-ci ildə isə Mamusta kəndinə qayıdaraq ailəsini dolandırmaq üçün restoranda xidmətçi kimi çalışmışdır. 2019-cu ilin avqust ayında qohumlar arasında gedən söz-söhbətdən ona məlum olmuşdur ki, dayısı oğlu Anar anasından aldığı pulu qaytarmaması səbəbindən anası çətin vəziyyətə düşmüş və özünü öldürmüşdür. Hətta ona məlum olmuşdur ki, anası Kəmalə özünü öldürməzdən əvvəl dayısı İltifata və onun oğlu Anara zəng edərək, vəziyyətinin ağır olduğunu, sələmə götürdüyü pulu ödəməli olduğunu, əgər ondan aldıqları pulu verməsələr, özünü öldürəcəyini bildirmişdir. Lakin İltifat və oğlu anasının yalvarışlarına məhəl qoymayaraq pulu verməkdən boyun qaçırmışlar və beləliklə də, anasının intihar etməsinə səbəb olmuşlar. Anara dəfələrlə zəng edərək, hazırda pulun dəyərini itirməsini nəzərə alaraq anasından aldığı 5000 manat pulun əvəzində ona 15000 manat pul verməsini tələb etmişdir. Lakin Anar anasından pul almadığını bildirmiş və yalan danışmağa başlamışdır. Sonralar isə Anar onun zənglərinə cavab verməmiş və ondan qaçmışdır. Dayısı İltifatla da görüşmək, söhbət etmək istəmiş, lakin İltifat da ondan qaçmışdır. Hətta dayısı İltifat kənd icra nümayəndəsi Cavada ondan şikayət etmişdir. Cavad onu iş otağına çağırmaqla söhbət aparmışdır. Anar 2023-cü ilin yanvar ayının sonlarında Rusiya Federasiyasına getmişdir. Bundan sonra dayısı İltifatla görüşməyə çalışmış, lakin İltifat ondan yayınmaqa davam etmişdir. 07 fevral 2023-cü il tarixdə saat 09:30 radələrində dayısı İltifatın kənddə həmkəndliləri Gülməmmədin «Mersedes» markalı avtomobilində oturduğunu görmüş və kənarda durub onu izləmişdir. Dayısı İltifat saat 10:30 radələrində həmin avtomobildən düşmüş və yaxınlıqdakı «Oba» marketə daxil olmuş, bir qədər sonra isə oradan çıxaraq evi istiqamətdə getməyə başlamışdır. Bu zaman ona yaxınlaşaraq çağırmışdır. Dayısına yaxınlaşaraq birlikdə getmişdir. Uşaq bağçasının yaxınlığına çatdıqda İltifatdan anasından aldıqları pulu qaytarmalarını tələb etmiş və vəziyyətinin ağır olduğunu bildirmişdir. Lakin İltifat özünün və oğlu Anarın ona borcu olmadığını bildirmişdir. Dayısı İltifatın haqsız danışdığını gördükdə əsəbiləşmiş və özündə olan bıçaqla dayısını vuraraq ondan qisas almaq qərarına gəlmiş, lakin onu öldürmək məqsədi olmamışdır. Saat 11 radələrində İltifat dönüb ondan aralaşmaq istədikdə sağ dirsəyi ilə İltifatın üz nahiyəsinə bir zərbə vurmuş və İltifat zərbənin təsirindən üzü üstə yerə yıxılmışdır. Əynindəki gödəkçənin sol yan cibində olan mətbəx bıçağını çıxarıb İltifatın başının arxa nahiyəsinə bıçaqla ardıcıl olaraq iki zərbə vurmuş, lakin bıçaq sümüyə dəydiyi üçün daxilə nüfuz etməmişdir. Sonra isə əsəbi olduğundan İltifatı bıçaqla bir-neçə dəfə də vurmuşdur. Bundan sonra İltifatın hərəkətsiz vəziyyətdə qaldığını görərək oradan uzaqldaşmış, dərhal Azərbaycan Respublikası DİN-nin «102» xitmətinə zəng edərək törətdiyi cinayət barədə məlumat vermiş və yol uzaq olduğundan özü rayon polis şöbəsinə gedə bilmədiyindən polis işçilərinin gəlib onu aparmalarını gözləmişdir. Bir qədər sonra polis işçiləri gəlmiş və könüllü olaraq polisə təslim olmuşdur. Əməlindən peşimandır, Zərərçəkmiş şəxs çoxlu bıçaq zərəbələri vurmasına səbəb əsəbi olması olmuş və onu öldürmək məqsədi olmamışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, dayısı oğlu Anar Rufiyevin onun tələblərinə məhəl qoymadan, hətta onunla görüşmədən 2023-cü ilin yanvar ayının sonlarında Rusiya Federasiyasına getməsindən sonra onun kənddə olan atası İltifatı bıçaqlamaq qərarına gəlmişdir. Həmin vaxtlar Lənkəran şəhər bazarına gələrək orada üç ədəd mətbəx bıçağı alaraq evə aparmışdır. Bıçaqlardan ikisini evə qoymuş, birini isə İltifatı vurmaq üçün üzərində saxlamışdır. Lakin bıçaq cibini cırdığına və əlini kəsdiyinə görə bıçağı kəndin mərkəzində yerdə olan daşın altına qoymuşdur.07 fevral 2023-cü il tarixdə saat 10 radələrində bıçağı həmin yerdən götürmüş və kəndin mərkəzinə gəlmişdir. Məqsədi dayısı İltifatı kəndin mərkəzində gördüyü halda onunla təkbətək söhbət etmək, anasına olan borclarını ödəməməsi səbəbindən anasının özünü öldürməsi ilə bağlı söhbət etmək, dayısının onunla razılaşmadığı halda onu bıçaqla vurmaq olmuşdur. Həmin gün saat 11 radələrində dayısı İltifatın baş nahiyyəsinə iki bıçaq zərbəsi vurduqdan sonra İltifat ayağa durmuş və qaçmaq istəyərkən ona badalaq verib yerə yıxmış, sonra isə belinin müxtəlif nahiyələrindən üç bıçaq zərbəsi vurmuşdur. Bundan sonra İltifatın yerdə hərəkətsiz vəziyyətdə qaldığını görərək öldüyünü guman etmiş və onu bıçaqla daha vurmamış, barmağını İltifatın qanına bulaşdırmış, bıçağı hadisə yerində atmış və oradan kənd qəbirstanlığına getmişdir. Qəbirstanlıqda İltifatın qanını anasının baş daşına sürtməklə bununla da onun qisasını aldığını bildirmişdir. Oradan DİN-nin «102» xidmətinə zəng edərək dayısını bıçaqlaması və olduğu yer barədə məlumat verməklə gəlib onu aparmalarını demişdir. Yorğun olduğuna və yol uzaq olduğuna görə özü rayon polis şöbəsinə gedə bilməmişdir. Polis işçilərinin gəlməsini gözləmişdir. Polis işçiləri gəldikdən sonra isə təslim olmuşdur. Sonradan isə İltifatın ölmədiyini bilmişdir. Təqsirləndirilən şəxs özünün ifadəsindən əlavə onun cinayət əməli məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, ailəsi ilə Lənkəran rayonu, Mamusta kəndində yaşayır. Təqsirləndirilən şəxs onun doğma bacısı X4 övladıdır. Raminlə əvvəllər aralarında hər hansı bir mübahisə və dava-dalaş olmamışdır. 2023-cü ilin yanvar ayından etibarən kənd sakinlərindən Raminin mərhum anası Kəmalədən onun və oğlu Anarın pul alaraq qaytarmamaları səbəbindən anasının intihar etməsini əsas gətirərək onu öldürmək itədiyini və bu məqsədlə onu izlədiyini eşitmişdir. Lakin əslində o və oğlu Anar Raminin anası Kəmalədən pul almamışlar və Kəmalənin intihar etməsinin səbəbini bilmir. Lakin bu sözləri eşitdikdən sonra bacısı oğlu Raminlə qarşılaşmaq istəməmişdir. Həmçinin 2023-cü ilin yanvar ayının ortalarında Mamusta kənd icra nümayəndəsi Şahid4 Təqsirləndirilən şəxs onu öldürmək istəməsi barədə müraciət etmişdir. Onun müraciətindən sonra Şahid4 Ramini çağırıb onunla profilaktik söhbət aparmışdır. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Mamusta kəndində yerləşən “Oba” marketdən çay alıb çölə çıxdıqdan sonra Raminin yolun kənarında onu gözlədiyini görmüşdür. O, digər yolla piyada evinə tərəf gedərkən uşaq bağçasının yaxınlığında Ramin ona yaxınlaşıb anası Kəmalənin onun övladı Anara guya 5000 ABŞ dolları məbləğində pul verməsini demiş və həmin pulu geri qaytarmağı ondan tələb etmişdir. O, Raminə heç bir borclarının olmadığını bildirəndə Ramin dirsəyi ilə qəflətən onun üz nahiyəsinə zərbə endirib yerə yıxmışdır. O, yerindən qalxmaq istəsə də, Ramin yenidən ayağı ilə onun ayağına badalaq vurub yerə yıxmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olarkən Ramin cibindən çıxardığı bıçaqla onu öldürmək məqsədi ilə əvvəlcə boyun və baş nahiyələrinə, daha sonra isə bel və kürək nahiyələrinə ardıcıl bıçaq zərbələri vurmuşdur. Zərbələrin təsirindən o, yerdə hərkətsiz vəziyyətdə qalmışdır. Ramin də bundan sonra onun öldüyünü zənn edib oradan uzaqlaşmışdır. O, yerdə bir müddət uzanıqlı vəziyyətdə qaldıqdan sonra özündə güc tapıb yerdən qalxmış və 10-15 metr irəliləyib uşaq bağçasının yanına gəlib səs-küy salmışdır. Qızı Ülkər həmin bağçanın müdiri olduğundan dərhal həyətə düşüb taksi çağırmış və onu Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışlar. Ona tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxsla bir kənddə böyümüş və münasibətləri yaxşıdır. Raminin anası 1990-cı illərdə Bakı şəhərində özünü çoxmərtəbəli binadan ataraq intihar etmişdir. Həmin hadisədən sonra Ramin və bacıları Lənkəran rayonu Mamusta kəndinə əmisi Eldar Təhməzovun evində yaşamağa başlamışlar. Kənd sakinləri arasında Raminin dayısı İltifatın oğlu Anarın Raminin anasından aldığı pulu qaytarmaması səbəbindən Raminin anasının müflisləşərək intihar etməsi barədə söz-söhbət yayılmışdır. 2023-cü ilin yanvar ayından Raminlə görüşərkən Ramin dayısı oğlu Anarın Rusiya Federasiyasından kəndə gəldiyini və Anarla təkbətək söhbət etmək istədiyini bildirmişdir. Bundan başqa Ramin 2023-cü ilin yanvar ayından istifadəsində olan ***-***-**-** saylı mobil telefonun “Whatsapp” proqramında dəfələrlə yazı şəklində status paylaşaraq anasının qisasını Anardan alacağını bildirmişdir. Anar bu söhbətlərdən xəbərdar olduğu üçün kənd ərazisində görünməmişdir. 07 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Mamusta kəndində iş yerində olarkən kənd sakinlərindən eşitmişdir ki, Ramin dayısı İltifatı Mamusta kənd bağçasının yaxınlığında bıçaqlamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, onun qızı X14 Təhməzovun həyat yoldaşıdır. Raminin anası Kəmalə Rufiyeva 1990-cı illərdə özünü hündürmərtəbəli binadan ataraq intihar etmişdir. Ramin bir neçə il idi ki, dayısı İltifatın oğlu Anar Rufiyevin anası Kəmalədən 5000 ABŞ dolları məbləğində borca pul almasını, borcunu qaytarmaması səbəbindən anasının intihar etməsini və Anardan pulu alacağını bildimişdir. Ramin bir neçə dəfə Anarla görüşmək istəsə də, Anar onunla görüşməkdən yayınmış və yaşadığı Rusiya Federasiyasına getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Raminin dayısı İltifatı bıçaqla vurduğunu eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır. Özü Lənkəran rayonu Mamusta kənd körpələr evi-uşaq bağçasında müdir vəzifəsində işləyir və həmin kənddə yaşayır. Atası İltifat da həmin kənddə öz evində yaşayır. Bir neçə ilə əvvəl atasının bacısı, yəni Raminin anası Kəmalə intihar etmişdir. Ramin onun qardaşı Anarın anası Kəmalədən 5000 ABŞ dolları borc aldığını, lakin pulu qaytarmadığını, anasının isə başqa adamlara olan borcunu qaytara bilməməsi səbəbindən özünü öldürməsini iddia edərək Anardan pulu qaytarmasını tələb etmişdir. Anar isə Raminin anası Kəmalədən pul almadığını bildirmiş və Moskva şəhərinə gedərək orada yaşayır. 07 fevarl 2023-cü il tarixdə saat 11 radələrində işlədiyi bağçanın həyətində təmizlik işləri gördürərkən qəflətən atasının yaralı vəziyyətdə bağçanın həyətinə daxil olduğunu görmüşdür. Dərhal atasına yaxınlaşıb ona nə olduğunu soruşduqda atası onu Raminin vurduğunu bildirmişdir. Atasının bıçaqla vurulduğunu müəyyən edərək dərhal bağçada işləyən fəhləyə taksi çağırmasını demişdir. Bir neçə dəqiqə sonra taksi bağçanın həyətinin qarşısına gəlmiş və o, atasını taksiyə əyləşdirib Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Atasına tibbi yardım göstərilməsi nəticəsində ölməmişdir. Onun fikrincə Raminin məqsədi qardaşı Anarı öldürmək olmuşdur. Lakin Anarı tapa bilmədiyinə görə atasını öldürməyə cəhd etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 135 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - döş qəfəsinə (sağ kürəküstü) nüfuz edən, hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası, sol Xİİ qabırğanın (sınığı) zədələnməsi, təpə, ənsə, döş qəfəsi, bel nahiyələrində 4 ədəd kəsilmiş-deşilmiş (daxilə nüfuz etməyən) yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, ekspertizaya təqdim edilmiş bıçaqla xəsarət aşkar olunan nahiyələrə vurma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə, xx.xx.2023-cü ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə döş qəfəsinə (sağ kürəküstü) nüfuz edən, hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayitə olunan döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya, sol Xİİ qabırğanın (sınığı) zədələnməsi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 134 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - sol əl barmaqları nahiyəsində kəsilmiş yaralarcızıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənarlı və ya uclu alətin, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın kəsici kənarının təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən tarixə, xx.xx.2023-cü ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/402 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus poluverin, uzunqol köynəyin, alt köynəyinin və qısaqol köynəyin səthində kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri vardır. Məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/400 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bıçaq zavod üsulu ilə istehsal edilmiş, deşici, kəsici xassəyə malik təsərrufat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişikliklər edilməmişdir. Lifli materialların məhkəmə-krminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1209 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus şalvarın səthi üzərindən Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun olan liflər aşkar edilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 221/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus şalvar, alt köynəyi, köynək, jaket, qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus cins şalvar və bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Həmin qan ləkələri qrup mənsubiyyətinə görə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 851 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs inadkarlıq, hirslilik, kinlilik, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, törətdiyi əməl zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuş, fizioloji affekt halında olmamışdır. "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11.14-də Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrədən Azərbaycan Rerspublikası DİN-nin 102 qaynar xətt xidmətinə zəng daxil olmuş və aralarında 80 saniyə danışıq olmuşdur. Diskdə iş üçün əhəmiyyətli ola biləcək digər hər hansı bir xüsusat aşkar edilməmişdir. 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 11:50-də Lənkəran Rayon Polis Şöbəsinə könüllü gələrək həmin gün dayısı Zərərçəkmiş şəxs bıçaqla vurmaqla xəsarətlər yetirməsi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1999-cu il tarixli, 346292 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 mart 1999-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda “kəskin daxili qanitirmə, yüksəklikdən yıxılma xəsarətləri” nəticəsində ölmüşdür. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 102 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran şəhər Narkoloji Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 94 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 13 fevral 2023-cü il tarixli, 16/1-200ia saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. İstintaq materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Mamusta kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 12- 06/202 saylı arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2012 və xx.xx.2013-cü il tarixlərdə doğulmuş uşaqları vardır, yaşayış yerindən müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutı ayrı-ayrılıqda və ümumilikdə təhlil edib, onlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəx Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 29,120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, cinayətin törədilməsindən sonra dərhal DİN-nin «102» xidmətinə zəng edərək bu barədə məlumat verib, könüllü olaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gəlməklə təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 29, 120.1-ci maddəsi ilə təyin edilən cəzanın müddətini müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 63.3-cü və 60.1-ci maddələrinin tələblərini nəzərə alır. Belə ki, CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə cəhdə görə cəzanın müddəti həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin-on dörd ilin dörddə üçündən, on il altı aydın çox ola bilməz. Bundan əlavə CM-nin 59.1.10 və 59.1.12-c maddələrində göstərilən cəzanı yüngülləşdirən hal olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə qanunda nəzərdə tutulmuş cəzanın son həddi on il altı ay müəyyən edildiyindən ona təyin edilən cəzanın müddəti on il altı ayın dörddə üçündən, yəni yeddi il on ay on beş gündən artıq ola bilməz. İş üzrə maddi sübut kimi tanımaqla Lənkəran Rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd poliver, iki ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək, bir ədəd şalvar, hadisə yerindən götürülmüş bir ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd gödəkçə və bir ədəd poliver isə onun ailəsinə verilməlidir. Ekspertiza xərci 254 (iki yüz əlli dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd poliver, iki ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək, bir ədəd şalvar, hadisə yerindən götürülmüş bir ədəd bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd gödəkçə və bir ədəd poliver isə onun ailəsinə verilsin. Ekspertiza xərci 254 (iki yüz əlli dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar