Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-479/2024 21.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X4 (sədrlik edən və məruzəçi), X13 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X21, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1991-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində minatəmizləyən operator vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan özünün mülkiyyətində olan 1997-ci il buraxılışlı, texniki cəhətdən saz vəziyyətdə “VAZ-21060” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Füzuli rayonu, Böyük Bəhmənli kəndinin içindən keçən asfalt yolda kəndin çıxışı istiqamətində hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna texniki cəhətdən imkanının olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməyərək onunla eyni istiqamətdə yolun sağ hissəsi ilə hərəkətdə olan piyada X7 hərəkətdə olduğu zolaqda avtomobilin sağ qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Ziyad Məcidovun sağ təpə sümüyünün kəllə əsası sümüklərinə keçən açıq, xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, alın, təpə və sağ qulaq seyvanı nahiyələrinin əzilmiş yaraları, sol bud nahiyəsinin qançırı, daxili üzvlərin venoz azqanlılığı xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri almasına, eləcə də Ziyad Məcidovun aldığı yuxarıda qeyd edilən xəsarətlərdən baş beyin toxumasının əzilməsi, ağır travmatik şok xarakterli bədən xəsarətlərindən 23 yanvar 2024cü il tarixdə, saat 00:00-da müalicə olunduğu Füzuli Rayon Mərkəzi Xəstəxanasında ölümünə səbəb olduqdan sonra, nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxs kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Daxili İşlər Nazirliyi) xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməli olmasına baxmayaraq, bunları etməyib qəsdən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində özünə məxsus avtomobillə Füzuli rayonu, Böyük Bəhmənli kəndinin yerləşən yanacaqdoldurma məntəqəsinə getmək qərarına gəlib, maşını idarə edərək kənd arası asfalt yolda hərəkətə başlamışdır. Asfalt yolda döngəni keçib təxminən 50 metr getdikdən sonra 45-50 metr qarşıda yolun sağ kənarı ilə bir nəfər şəxsin piyada onunla eyni istiqamətdə hərəkət etməsini görmüşdür. Həmin şəxs kimliyini sonradan bildiyi X15 olmuşdur. Ziyad Məcidovu kənd sakini kimi tanımışdır. Ziyad Məcidovun yoldan çəkilməsi üçün müxtəlif tədbirlər görmüş, lakin Ziyad yolun ortasına tərəf hərəkət etməyə başlamış, bunu görüb avtomobilini hərəkət etdiyi istiqamətdə yolun sol hissəsinə çəkərək hadisədən yayınmaq istəsə də, hadisənin qarşısını ala bilmədiyindən avtomobilinin qarşı sağ tərəfi ilə Ziyadı vurmuş və sonuncunun baş nahiyəsi avtomobilin qabaq alın şüşəsinin sağ tərəfinə dəymiş, sonra isə yolun sağ hissəsinə düşmüşdür. Hadisə vaxtı üzərində olan mobil telefonu da zədələnmişdir. Hadisənin təşvişindən oradan uzaqlaşaraq qardaşı Şahid1 baş verənlər barədə bildirmiş, Elçin onun avtomobili ilə çıxıb getmiş və sonradan polis əməkdaşları gəlib onu Füzuli Rayon Polis Şöbəsinə aparmışlar. Hadisə vaxtı avtomobildə tək olmuş, maşını yüksək sürətlə idarə etməmişdir. Hadisə vaxtı hava tam qaralmış, qar yağdığı üçün asfalt yaş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, özünə məxsus “VAZ-21060” markalı, 19- BK-710 dövlət qeydiyyat nişanlı avtomobili bir il olar ki, istifadə edirdi. Hərbi xidmətdə olan vaxtdan nəqliyyat vasitəsi idarə etmişdir. Sürücülük vəsiqəsi olmamış, almaq üçün oxuyub hazırlaşmışdır. Hadisə zamanı spirtli içki qəbul etməmiş, sərxoş vəziyyətdə olmamış, lakin özündə olmadığı, özünü pis hiss etdiyi üçün avtomobilin nəyə dəydiyini belə bilməmişdir. Hadisədən sonra getdiyi istiqamətdən əks tərəfə evə doğru getmişdir. Özü xəsarət almasa da, özündə olmadığı üçün hadisədən sonra xəsarət almış Ziyad Məcidovun vəziyyəti ilə maraqlanmamışdır. Polis şöbəsində özünə gəlmişdir. Hadisədən sonra qardaşıgil mərhumun ailə üzvlərinə baş sağlığı vermişdirlər. Təqsirləndirilən şəxs məhkəmədə son söz söyləyərək Allahdan zərərçəkmiş şəxsə rəhmət diləmiş, onu qəsdən öldürmədiyini, anlaqsız vəziyyətdə olduğu üçün belə bir hadisənin baş verdiyini, nə ilə məşğul olduğu, hansı xarakterdə olduğu barədə sənədlərin iş materiallarında olmasını, cinayətkar xarakterli adam olmadığını, vətənpərvər ruhlu, cəmiyyətə yararlı insan olduğunu, əməlindən səmimi peşimançılıq çəkdiyini bildirərək məhkəmədən, barəsində ədalətli hökm çıxarmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlər) ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə həmkəndli olmuşlar, zərərçəkmiş şəxs X15 isə atasıdır, aralarında əvvəlcədən hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Turanla həmkəndli olsalar da, elə də yaxın münasibətləri olmamışdır. Məlum hadisənin birbaşa şahidi olmamışdır. 23 yanvar 2024-cü il tarixdə, saat 19-20 radələrində yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən evində olarkən istifadəsində olan mobil telefona zəng gəlmiş və atasını yaşadığı kənd ərazisində maşın vurduğu bildirilmişdir. Atasının Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmasını öyrənib, xəstəxanaya getmişdir. Xəstəxanada olarkən hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21060” markalı avtomobillə kənd ərazisində yolda piyada hərəkət edən atasını vuraraq hadisə yerindən qaçmışdır. Atası xəstəxanada bir neçə saat qalıb, müxtəlif müayinələrdən keçirildikdən sonra elə oradaca hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat etmiş, bundan sonra meyit müayinə olunması üçün ekspertizaya təqdim olunmuş, atasının ölüm səbəbi kimi vaxtında xəstəxanaya çatdırılmaması göstərilmişdir. Atasının ölümünə səbəb qan itirməsi olmuşdur ki, buna da təqsirləndirilən şəxsin səhlənkarlığı səbəb olmuşdur. Hadisədən sonra atası bir saatdan çox müddətdə yerdə qalmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Elmidar Məcidov cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, yol-nəqliyyat hadisəsi yaşayış evlərinin qapısının qarşısında, təxminən 10-15 metr məsafədə baş vermişdir. Hadisə baş verən yolun hər iki tərəfində yaşayış evləri vardır. Hadisə barədə qardaşına həmin vaxt yolla gedən maşında olan şəxs xəbər vermişdir. Hadisədən sonra təqsirləndirilən şəxsin qohumları onlara gəlib, yalnız üzrxahlıq etmişlər. Təqsirləndirilən şəxsə qarşı mülki iddia və ya tələbi olmasa da, onunla barışmamışdır, onan şikayətçidir və məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olan ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla həmkəndli olmuş, aralarında əvvəlcədən hər hansı ədavət və ya düşmənçilikləri olmamış, həmçinin, hər hansı yaxın münasibət, yaxud qohumluq əlaqələri də yoxdur. Zərərçəkmiş şəxs X15 onun atasıdır. 23 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən evində olarkən ona atasının yaşadığı kənd ərazisində yerə yıxıldığını bildirmişlər. Dərhal hadisə yerinə gəlmiş və orada atasını maşın vurduğunu, sürücünün hadisə yerindən qaçdığını öyrənmişdir. Atasını avtomobilə qoyub Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Ona atasını kimin vurduğunun məlum olmadığını bildirmişlər. Daha sonra yol polisi və “102” xidmətinə zəng vurmuş, onlar da əvvəlcə atasını maşınla vuranın kimliyinin məlum olmadığını bildirmişlər. Sonradan yol polisi atasını vuran şəxsin tapıldığını demişlər. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21060” markalı avtomobillə kənd ərazisində yolda piyada hərəkət edən atasını vuraraq hadisə yerindən qaçmış, hadisə zamanı Turan spirtli içkinin təsiri altında olmuşdur. Təqsirləndirilən şəxs atasını avtomobllə vurandan sonra ara yollarla qaçıb izi itirmək istəmişdir. Şahid2 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, atasının avtomobillə vurulduğunu onlara qonşusu demişdir. Elşən adlı kənd sakininin oğlu yoldan keçəndə atasının yerə yıxıldığını görmüşdür. Atasının maşınla vurulduğu yerlə evlərinin arası təxminən 30 metr olmuşdur. Atası çox qan itirdiyi üçün xəstəxanada sistem vurmaq mümkün olmamışdır. Atası çoxlu qan itkisindən xəstəxanada dünyasını dəyişmişdir. Atasının ölməsi ilə əlaqədar Turanın qohumları onlara köməklik göstərməmiş, yalnız yas məclisində gəlib iştirak etmişlər. Hadisədən sonra Təqsirləndirilən şəxs görməmişdir. Məhkəmədə cinayət işi üzrə təqsirləndirilən şəxsin qardaşı olan Şahid1 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddələri əsasında, həmin Məcəllənin 329.1-ci maddəsinə (məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) görə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Turanla münasibəti yaxşı olmuş, aralarında hər hansı ədavəti yoxdur, ifadəsini özü könüllü şəkildə verir. X15 onunla həmkəndli olmuş, Ziyadla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, həmkəndli kimi normal münasibəti olmuşdur. Turanın özünə məxsus “VAZ-21060” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə Turanın adına qeydiyyatdadır, lakin Turan həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. 23 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən evində oturub televizora baxarkən qardaşı Turan qəflətən həyəcanlı halda evə girmiş, nə baş verməsinin soruşduqda Turan avtomobillə yaşadığı kənd ərazisində adam vurmasını və hadisə yerindən qaçmasını demiş, ondan kimi vurmasını soruşduqda, Turan vurduğu adamın kim olmasını bilmədiyini demişdir. Bundan sonra Turandan hadisənin harada olmasını soruşduqda, Turan adamı kəndin giriş hissəsində şəhid plakatından kənd istiqamətində vurmasını bildirmişdir. Həmin vaxt evdən çıxarkən kəndin polis sahə rəisi olan Mahir Abbasova zəng edib, qardaşı Turanın avtomobillə adam vurmasını demiş, Turan isə həmin vaxt yaşadığı evin həyətində olmuşdur. Bundan sonra evdən çıxarkən Turanın maşını qapının ağzında saxlamasını, maşının qabaq alın şüşəsinin sağ küncü və qabaq sağ qanadının küncünün əzilməsini görmüşdür. Anası xəstə olduğu üçün hadisədən məlumatı olmasın deyə maşını qapıdan sürüb çıxardaraq məhlənin baş tərəfində olan dəmiryol keçidinin yanında saxlamış, sonra isə xatırlamadığı şəxslə birlikdə Turanın avtomobillə adam vurduğu yerə getmişdir. Həmin yerə çatanda Turanın avtomobillə vurduğu şəxsin həmkəndlisi Ziyad Məcidov olmasını bilmiş, həmin vaxt orada olan xatırlamadığı şəxslər Ziyadı avtomobilə mindirərək xəstəxanaya aparmışlar. Orada xatırlamadığı şəxsə məxsus olan avtomobillə Ziyadı aparan avtomobilin arxasınca Füzuli Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Bir neçə saat xəstəxanada qaldıqdan sonra Ziyad xəstəxanada vəfat etmişdir. Gecə saatlarında Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları Turanın harada olmasını soruşduqda onlara Turanın yaşadığı evdə olmasını bildirmiş, bundan sonra polis əməkdaşları yaşadığı evə gələrək Turanı evdən götürüb polis şöbəsinə aparmışlar (iş vərəqi 143-146). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş, habelə ifadəsi elan olunmaqla tədqiq edilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis X10 23 yanvar 2024-cü il tarixli qərarından görünür ki, X2 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata götürülmüşdür (iş vərəqi 01). Füzuli Rayon Polis Şöbəsinin 23 yanvar 2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 19:25-də şöbəyə Şahid2 tərəfindın zəng edilərək atasının naməlum maşın tərəfindən vurulması və maşının hadisə yerindən uzaqlaşması bildirilmişdir (iş vərəqi 03). Füzuli Rayon Polis X10 23 yanvar 2024-cü il tarixli protokolundan görünür ki, yolnəqliyyat hadisəsi Füzuli rayonu, Böyük Bəhmənli kəndinin içindən keçən asfalt yolda həmin kəndin çıxışı istiqamətində baş vermişdir. Hadisə yerinin sxemi və hadisə yerinə baxış istintaq hərəkətinin icra olunmasını əks etdirən fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 04-11). Füzuli Rayon Polis X10 23 yanvar 2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçdığı “VAZ-21060” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 yanvar 2024-cü il tarixdə hadisə yerindən bir neçə kilometr kənarda, yəni Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən dəmiryol xəttinin üzərində olan keçidin sol yan tərəfində, Təqsirləndirilən şəxs yaşadığın evin yaxınlığında aşkar olunmuşdur (iş vərəqi 13-16). Füzuli Rayon Polis Şöbəsinin 23 yanvar 2024-cü il tarixli raportlarından görünür ki, həmin tarixdə, saat 22:35-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşamış X2 qapalı kəllə beyin travması, başının çoxsaylı kəsilmiş, çapılmış yarası ilə komatoz vəziyyətində xəstəxanaya daxil olması və 23:40-da ölməsi barədə xəstəxanadan şöbəyə məlumat verilmişdir (iş vərəqi 17; 18). Füzuli Rayon Polis X10 24 yanvar 2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, mərhum X2 meyitinə baxış keçirilərkən aşağıdakı xəsarətlər aşkar olunmuşdur:- alının sol yarısının tüklü hissəsində 2,5x0,5 sm, sol təpə gicgah nahiyəsində 2x0,5 sm, sağ təpə nahiyəsində 4x0,6 sm, sol təpə gicgah nahiyəsində isə 1,3x0,4 ölçülərdə əzilmiş yaralar. Analoji xarakterli əzilmiş yara sağ qulaq seyvanı əsasında 3x1 sm ölçüdə qeyd olunur. Meyitin baxışı zamanı bədən səthində başqa hər hansı xəsarət aşkar olunmamışdır (iş vərəqi 22-29). Füzuli Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin 23 yanvar 2024-cü il tarixli raportundan görünür ki, X7 avtomobillə vuran şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, həmin şəxs şöbəyə aparılmışdır (iş vərəqi 30). Füzuli Rayon Polis X24 Polisi Bölməsinin 24 yanvar 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ yoxdur, “VAZ-21060” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir, yol-nəqliyyat hadisəsi baş vermiş ərazidə təhlükəsizlik kameraları quraşdırılmamışdır (iş vərəqi 42). Füzuli Rayon Polis X10 24 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3 və 264-cü maddələrinə tövsif edilmişdir (iş vərəqi 43). Füzuli Rayon Polis X10 24 yanvar 2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 52-54). Füzuli Rayon Polis X10 25 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 65-66). BD309945 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21060” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir (iş vərəqi 81). "xxxx" Avtomotoservis və Ticarət Firmasının 29 yanvar 2024-cü il tarixli ziyan aktı və ona əlavə olunmuş siyahıdan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı ““VAZ-21060” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 318 (üç yüz on səkkiz) manat məbləğində ziyan dəymişdir (iş vərəqi 96). Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 4(064)-3/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 98-99). Füzuli Rayon Polis X14 ünvanlanmış 08 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, X8 məxsus “Samsung” markalı, üzərində 050- 676-28-20 saylı mobil nömrə olan mobil telefon, bir ədəd papaq və iki ədəd ayaqqabı X3 təhvil verilmişdir (iş vərəqi 115). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 121). Füzuli Rayon Polis X10 06 mart 2024-cü il tarixli qərarı və eyni tarixli qəbzdən görünür ki, “VAZ-21060” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs razılığı ilə qardaşı Şahid1 verilmişdir (iş vərəqi 124; 126). 26 fevral 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 “baş beynin diffuz travması” nəticəsində həyatını itirmişdir (iş vərəqi 137). Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Böyük X18 Ərazi Dairəsi üzrə nümayəndəsinin 04 aprel 2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonunun Böyük Bəhmənli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 147-148). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X23 06 aprel 2024-cü il tarixli, 18-1-36/2- 437/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhiəsəb və narkoloji dispanserində qeydiyyatda olmamışdır (iş vərəqi 151-152). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11 X23 Beyləqan rayon Şöbəsindən verilmiş 24 yanvar 2024-cü il tarixli, 02/24 nömrəli meyitin ekspertizasına dair ekspert rəyindən görünür ki, mərhum X2 meyitinin müayinəsi zamanı sağ təpə sümüyünün kəllə əsası sümüklərinə keçən açıq, xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, alın, təpə və sağ qulaq seyvanı nahiyələrinin əzilmiş yaraları, sol bud nahiyəsinin qançırı, daxili üzvlərin venoz azqanlılığı xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri aşkar olunmuş, həmin xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmalarının olmasına görə həyatidir, onun ölümündən az əvvəl küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşının qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X19 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, Ziyad Məcidovun ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir (iş vərəqi 158-163). Məhkəmə-Tibbi Ekspertiza və X11 X16 verilmiş 08 fevral 2024-cü il tarixli, 380/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, balbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (iş vərəqi 164-167). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yolnəqliyyat hadisələri ekspertizasına dair 15 aprel 2024-cü il tarixli, 8/828 nömrəli ekspert rəyindən görünür ki, “VAZ-21060” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə, habelə hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən olunmuşdur (iş vərəqi 168-171). Füzuli Rayon Polis X10 “sübutların qiymətləndirilməsi barədə” 22 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona həmin maddələrlə yenidən ittiham elan olunmuş; “VAZ-21060” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs qardaşı Şahid1 qaytarılması nəzərə alınmışdır (iş vərəqi 172-182; 184-185). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 6 (altı) saat 30 (otuz) dəqiqə iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuşdur. Açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisinin vasitəsi ilə iştirak etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin o, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, habelə ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərinin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, 264-cü maddəsində həmin Məcəllənin 263 və 263-1-ci maddələrində nəzərdə tutulan nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxs tərəfindən yol-nəqliyyat hadisəsi yerindən qaçdıqda cinayət məsuliyyəti müəyyən edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 15 aprel 2024-cü il tarixli, 8/828 nömrəli ekspert rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlıqdan X2 ölümü ilə nəticələnməsi əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işi üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən müddəalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq həmin maddədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 23 yanvar 2024-cü il tarixli protokol və ona əlavə edilmiş hadisə yerinin sxemi, fotocədvəllər, “avtomobilə baxış keçirilməsi haqqında” 23 yanvar 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, meyitin ekspertizasına dair 02/24 nömrəli, 20 fevral 2024-cü il tarixli rəy, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair 8/828 nömrəli, 15 aprel 2024cü il tarixli rəyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis X24 Polisi Bölməsinin 24 yanvar 2023-cü il tarixli raportu, iş üzrə maddi sübut və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini ehtiyatsızlıqdan törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə clb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, məlum hadisəyədək minatəmizliyən operator kimi ağır və məsuliyyətli, habelə zəruri bir sahədə işləməsini, özünü təqsirli bilərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunmuşdur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə məhkəmə istintaqı zamanı əməlinin sübut olunmasında çətinlik yaratmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, 264-cü maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai-təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə heyəti həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin xarakterinə görə, həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddələrin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddənin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 22 və 23-cü bəndləri). Məhkəmə, hökmün nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair əlavə cəza hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.2 və 15.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər hesab olunur. Sözü gedən Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər və qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, o, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ-21060” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qardaşı Şahid1 qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 24 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 264-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş əsas cəza həmin Məcəllənin 264-cü maddəsi ilə təyin edilmiş əsas cəza ilə, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş əlavə cəza həmin Məcəllənin 264-cü maddəsi ilə təyin edilmiş əlavə cəza ilə qismən toplanılsın və Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə ona, qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 yanvar 2024-cü il tarixdən hesablansın. Nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etməyə dair əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ-21060” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qardaşı Şahid1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-479/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-479/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver