Məhkəmə qərarları › İş №1(099)-48/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-48/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-48/2022 12.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X55, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X12 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1996-cı ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında mühasib vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında mühasib (orta) vəzifəsində işləməklə, faktiki olaraq xəstəxananın baş həkiminin göstərişi əsasında əlilliyin müəyyən edilməsi ilə bağlı xəstəxananın Həkim Məsləhət Komissiyasından əlilliyin müəyyən edilməsi ilə bağlı keçirilmiş şəxslər barəsində tərtib olunan göndərişlərin elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X19 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsi işini icra edərkən qulluq mövqeyindən istifadə edərək, habelə qeyd edilən vəzifədən xx.xx.2019-cu il tarixdə azad edildikdən sonra da aldatma və etibardan suiistifadə etmə yolu ilə yaxın münasibətdə olduğu, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həmin işi icra edən X67 ilə qabaqcadan razılaşaraq əlbir olmaqla cinayət əlaqəsinə girib özgə əmlakını ələ keçirmək məqsədi ilə xəstəliyi ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına tez-tez müraciət edən, Ağcabədi rayonunun Avşar kənd sakini, cinayətdən xəbərsiz X29 ilə danışarkən müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əllik dərəcəsi təyin edilməklə pensiya alınması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri xəstəxananın səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar ayrıayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edib həmin şəxslərin razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayınadək olan müddətdə Şəmistan Hüseynov vasitəsi ilə sonuncunun ayrı-ayrı qohum və tanışlarından, o cümlədən, Ağcabədi rayonu Avşar kənd sakini X34 2019-cu ilin noyabr ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayonu Avşar kənd sakinləri X83 və X84 ilə bağlı sonuncuların atası Şahid5 Mövsüm oğlundan 2020-ci ilin yanvar ayında Avşar kəndi ərazisində hər birinə görə 3.300 manat olmaqla, ümumilikdə 6.600 (altı min altı yüz) manat, təkrarən Ağcabədi rayonu Qaradolaq kənd sakini X45 ilə bağlı sonuncunun qohumu Şahid6 2020-ci ilin yanvar ayında Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayon Avşar kənd sakini X35 ilə bağlı sonuncunu qohumu X46 2020-ci ilin yanvar ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayon Avşar kənd sakini X68 ilə bağlı sonuncunun atası Şahid11 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayon Avşar kənd sakini X85 ilə bağlı sonuncunun atası Şahid12 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayon Avşar kənd sakini X69 ilə bağlı sonuncunun atası Əliyev (Hüseynov) Emin Məhərrəm oğlundan 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayon Avşar kənd sakini X70 ilə bağlı sonuncunun atası Şahid9 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayon Avşar kənd sakini X25 ilə bağlı sonuncunun qayınatası Şahid8 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat məbləğində pul vəsaitini alıb qeyd edilən şəxslərin sənədlərini ən geci 6 ay müddətində həll edəcəyini yalandan vəd edib, həmin şəxslərin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulları qabaqcadan əlbir olduğu X67 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyd edilən şəxslərin xeyrinə edəcəyi qanunsuz hərəkətlərin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitlərini rüşvət qismində verməyə həmin şəxsləri təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən qulluq mövqeyindən istifadə edərək, həmçinin işdən çıxdıqdan sonra da aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə övladının xəstəliyi ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına tez-tez müraciət edən Ağcabədi rayonu Avşar kənd sakini, cinayətdən xəbərsiz Şahid1 İnqlab oğlu ilə 2019-cu ilin noyabr ayında danışarkən müəyyən pul müqabilində yaxın münasibətdə olduğu, məsləhət bildiyi şəxslərin xəstəliyi ilə əlaqədar müvafiq əllik dərəcəsi təyin edilməklə pensiya alınması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri xəstəxananın səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar ayrıayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edib həmin şəxslərin razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq 2019-cu ilin noyabr ayından həmin ilin dekabr ayınadək olan müddətdə Şahid1 vasitəsi ilə sonuncunun ayrı-ayrı tanışlarından, o cümlədən, Ağcabədi rayonu Avşar kənd sakinləri X71 ilə bağlı sonuncunun həyat yoldaşı Şahid3 Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həyətində 3.000 (üç min) manat, təkrarən X47 ilə bağlı sonuncunun qardaşı Şahid16 Ağcabədi şəhərində 3.000 (üç min) manat, təkrarən X72 ilə bağlı sonuncunun həyat yoldaşı Şahid15 Ələstan oğlundan Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında 3.000 (üç min) manat, təkrarən X73 və sonuncunun həyat yoldaşı X56 ilə bağlı X52 şəhərində hər birinə görə 3.000 manat olmaqla, cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini alıb qeyd edilən şəxslərin sənədlərini ən geci 6 ay müddətində həll edəcəyini yalandan vəd edib, həmin şəxslərin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulları şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitlərini rüşvət qismində verməyə həmin şəxsləri təkrarən təhrik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2018-ci ilin noyabr ayında Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında mühasib vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin fevral ayında Fövzi Tahirov xəstəxaya baş həkim təyin edilmiş, bundan bir ay sonra, yəni xx.xx.2019-cu il tarixdə kompüter mütəxəssisi kimi X67 işə qəbul olunmuşdur. Rəvan operator kimi işləyərək əlillik dərəcəsi verilməsi ilə bağlı Həkim Məsləhət Komissiyasından keçmiş şəxslərin sənədlərini Tibbi Sosial Ekspert və X53 daxil etməklə məşğul olmuşdur. O, Rəvan Əyyublunu əvvəllər tanımamış, ilk dəfə xəstəxanaya işə qəbul olunduğu vaxt tanımış, sonuncu ilə bir xidməti otaqda işlədiyindən tədricən aralarında yaxın münasibətlər yaranmışdır. xx.xx.2019-cu il tarixdə səhhəti ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmişdir. Ağcabədi rayonun Avşar kənd sakini X22 2016-cı ildən bir rayon sakini kimi səhəti ilə əlaqədar, yəni şəkər xəstəsi kimi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gəlib-gedirkən tanımışdır. Bir müddət sonra Şəmistanla yaxın münasibətləri yaranmış, təxminən 2019-cu ilin dekabr ayının sonunda Şəmistan Hüseynovla söhbətləşərkən bir neçə tanış və qohumuna əlillik dərəcəsi düzəltmək istədiyini bildirərək bununla bağlı ona necə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O, da bu işi özünün bacarmayacağanı bildirmişdir. Bir neçə gündən sonra Rəvan Əyyublu ilə söhbətləşərkən sonuncu müəyyən pul müqabilində istənilən şəxsə əlillik dərəcəsinin verilməsini həll edə biləcəyini bildirmiş və bir köhnə işçi, habelə yerli sakin kimi ona təklif etmişdir ki, əgər kimsə əlilliyin müəyyən edilməsi ilə bağlı ona kimsə müraciət etsə, həmin şəxs barədə məlumat versin. Elə həmin ərəfələrdə Şəmistan Hüseynov əlilliyin müəyyən edilməsinə köməklik etməsi barədə təkrarən ona müraciət edəndə Rəvanın bu sözləri yadına düşmüş və o, Şəmistanın təklifi barədə Rəvan Əyyubluya məlumat vermişdir. X63 bildirmişdir ki, əlillik dərəcəsi ilə bağlı sənədlərin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına işlənməsi ilə Rəvan Əyyublu məşğuldur, bu barədə Rəvanla danışıb cavab verəcəkdir. Bundan sonra o, Şəmistan Hüseynovun təklifi barədə Rəvan Əyyubluya məlumat verərkən sonuncu heç bir problem olmadığını, müəyyən pul müqablində istənilən şəxsin sənədini “sistemə” işləyə biləcəyini demişdir. O, Rəvan Əyyublunun bu işi necə həll edəcəyini bilməsə də, Rəvanın bu işi həll edə bilməsini əminliklə deməsindən sonra sonuncunun bu sözlərinə inanıb Şəmistan Hüseynova bu işi həll etməyin mümkün olmasını demişdir. Bundan əlavə sənədlərin “sistemə” işlənməsi zamanı Həkim Məsləhət Komissiyasının sədri və üzvlərinin elektron imza kartlarının Rəvanda olmasına görə o, Rəvanın sözlərinə inanmışdır. Bir neçə gündən sonra o, X54 tanış etmiş, birlikdə Ağcabədi şəhərində “Stadion-kafe” adlanan yerdə görüşüb söhbətləşmişlər. Həmin vaxt X79 gətirdiyi iki şəxsin sənədlərinə baxdıqdan sonra heç bir problem olmadığını, həmin şəxslərin sənədlərini “sistemə” vura biləcəyini demişdir. Bundan sonra Şəmistan həmin sənədlərə görə Rəvan Əyyubluya onun yanındaca 2.000 manat pul vermiş, Rəvan pulu aldıqdan sonra 2-3 ay müddətində həmin şəxslərin tibbi sənədlərini “sistemə” işləyəcəyini bildirmişdir. Bir müddət sonra yəni 2020-ci ilin yanvar ayında Şəmistan Hüseynov təkrarən ona müraciət edib başqa şəxslərə də əlillik dərəcəsi düzəltmək istədiyini bildirmiş, buna görə o, yenidən Rəvan Əyyubluya müraciət edib Şəmistanın təklifi barədə məlumat vermişdir. Rəvan bir daha heç bir problem olmadığını bildirərək həmin şəxslərin də sənədlərini “sistemə” işləyə biləcəyini əminliklə demişdir. Buna görə o, təkrarən Rəvanla Şəmistanı görüşdürmüş, həmin vaxt Şəmistan özü ilə gətirdiyi 3 şəxsin sənədini Rəvanana vermişdir. Rəvan həmin sənədlərə baxdıqdan sonra onları “sistemə” vura biləcəyini demiş, bu dəfə Şəmistan 3 şəxsin sənədinə görə onun yanında 7.000 manat pul vəsaitini Rəvan Əyyubluya vermişdir. Rəvan pulu aldıqdan sonra bir daha Şəmistanı arxayın etmişdir ki, həmin şəxslərə əlillik dərəcəsi verilməsini həll edəcəkdir. Bir müddət sonra, yəni 2020-ci ilin yanvar ayın sonu, fevral ayın əvvəlində Rəvan Əyyublu ona müraciət edib 3.500 manat pula ehtiyacı olduğunu bildirib, həmin pulu tapmasına köməklik etməsini xahiş etmişdir. O, bununla bağlı bir neçə tanışına zəng etsə də, heç kim həmin məbləği verməmiş, daha sonra Şəmistan Hüseynova zəng edib Rəvana təcili 3.500 manat pul lazım olduğunu bildirərək həmin pulu Rəvana borc verməsini xahiş etmişdir. Şəmistan Hüseynov “həmin məbləğdə borc verməyə maddi imkanım yoxdur, amma əlillik dərəcəsi düzəldə bilərsizsə, 2 nərəfdən 4.000 manat pul alıb verə bilərəm” deyə cavab vermişdir. O, bu barədə Rəvan Əyyubluya məlumat verəndə sonuncu həmin 2 şəxsin sənədini “sistem”ə vurmağa razılaşıb 4.000 manat pulu almağı qəbul etmişdir. Bundan sonra o, Rəvanla bilikdə pulu götürmək üçün Avşar kəndin girişinə gedib Şəmistan Hüseynovla görüşmüş, orada Şəmistan 2 nəfərin tibbi sənədləri ilə birlikdə 4.000 manat pulu Rəvana vermişdir. X15 iştirakı ilə 3 dəfə Rəvanla görüşüb 7 nəfərə görə cəmi 13.000 manat sonuncuya pul vermişdir. Hər dəfə Şəmistanla Rəvanı görüşdürdüyünə görə, yəni arada vasitəçilik etdiyinə görə Rəvan aldığı pullardan 500- 1.000 arası olmaqla ümumilikdə ona 5.000 manat pul vermişdir. Daha sonra X80 arasında münasibətlər yarandığından sonuncu onun vasitəçiliyi olmadan özü bir başa Rəvan Əyyubluya müraciət etmişdir. Onun iştirakı ilə olan görüşlərdə X32 13.000 manat aldığını görmüş, lakin sonradan Şəmistan birbaşa Rəvana müraciət etdiyinə görə Rəvanın sonrakı görüşlərdə Şəmistandan hər hansı məbləğdə pul alıb-almaması və ya hansı məbləğdə pul alması barədə məlumatı olmamışdır. Yalnız eşitdiyinə görə Şəmistan Hüseynov bir neçə dəfə Rəvana müraciət etmiş, Rəvan da sonuncudan hansısa məbləğdə pullar almışdır. Rəvan hər dəfə Şəmistandan pul alanda vəd etmişdir ki, 2-3 ay müddətində sənədləri “sistemə” işləyəcəkdir. Lakin “koronavirus” pandemiyasına görə ölkə ərazisində kanantin rejimi tətbiq edildiyindən bir neçə ay “sistem” işləməmişdir. Sonradan “sistem” açılsa da, Rəvan heç bir iş görməmiş, götürdüyü səndələri Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına işləməmiş, aldığı pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Vaxt uzandıqca Şəmistan Hüseynov və pul sahiblərinin narazılıqları artmış, buna görə Şəmistan Hüseynov tez-tez ona və Rəvana müraciət edib sənədlərin “sistemə” işlənməsi vəziyyəti ilə maraqlanmışdır. Rəvan da hər dəfə “bu ayın axrı həll edəcəm” deyə-deyə vaxtı uzatmış, təxminən 2020-ci ilin iyun ayında X89 Əyyublu ilə sərt danışıb pul sahiblərinin onu narahat etdiklərini bildirərək bu işi ya həll etməsini, ya da aldığı pulları geri qaytarmasını tələb etmişdir. Sonuncu görüşdə Rəvan vəd etmişdir ki, hər həftə 3 şəxsin sənədini “sistemə” vurmaqla, yəni qısa müddət ərzində həmin şəxslərin sənədlərini “sistemə” işləməklə əlillik dərəcələrin ayrılmasını həll edəcəkdir, habelə bunu təsdiq edən bildirişləri də təqdim edəcəkdir. Bir həftə sonra Rəvan dediyi kimi etmiş, üç şəxsin adını “sistemə” işləməsi barədə bildirişləri onun yanında Şəmistan Hüseynova vermişdir. Lakin sonradan Şəmistan həmin bildirişləri yoxlayarkən başqa şəxsin adına olduğunu, yəni bildirişlərin real deyil, Şəmistanı aldatmaq üçün verilmiş saxta bildiriş olduğu bəll olmuşdur. Bundan sonra verilən 6 nəfərin də bildirişi eyni qaydada real çıxmamış, həmin şəxslərin adları “sistem”də olmamışdır. Buna görə də Şəmistan əsəbləşib şikayət edəcəyini bildirmişdir. Mübahisə böyüdüyünə görə onun atası Aydın Həsənov ağsaqqallıq edib Şəmistan Hüseynov və Rəvan Əyyublunu evinə dəvət etmiş, məsələni şikayət olmadan, qarşılıqlı razılıq və mehribanlıq yolu ilə həll etməyi təklif edərək onun və Rəvanın aldıqları pulları geri qaytarmalarını demişdir. O və Rəvan aldıqları pulları qaytarmağa razılaşmışlar. Belə olan halda Şəmistan şikayət etməyəcəyini bildirmişdir. Üç gündən sonra o, öz payına düşən 5.000 manat pulu tam şəkildə düzəldib Şəmistan Hüseynova qaytarmışdır. Rəvan isə aldığı puldan yalnız 4.500 manat qaytarmış, qalan pulun qaytarılması üçün isə bir neçə gün gözləməsini xahiş etmişdir. Bir neçə gündən sonra Rəvan hissə-hissə olmaqla Şəmistana əlavə 1500 manat pul qaytarmışdır. Ümumilikdə Rəvan 6.000 manat Şəmistana pul qaytarmışdır. Daha sonra Rəvan müxtəlif bəhanələrlə ödəməli olduğu pulu qaytarmaqdan yayınmış, buna görə Şəmistan Hüseynov hər dəfə əsəbləşib şikayət edəcəyini demişdir. O, Şəmistanın şikayət etməməsi üçün bir neçə dəfə Rəvanın Beyləqan şəhərində yerləşən evinə gedib sonuncu ilə danışıb pulu qaytarmasına razılaşdırmağa, Şəmistanın şikayət edəcəyi təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəyini izah etməyə çalışmışdır. Rəvan ilk öncə pulu qaytarmağa razılaşsa da, sonradan Rəvanın atası Çingiz Əliyev telefonla Şəmistanla danışarkən sözləri alınmamış, buna görə Çingiz “sənə verəcək bir qəpik pulumuz da yoxdur, Rəvan alıb yaxşı edib, yeməyənin pulunu yeyərlər" deyib telefona adboy vermiş, habelə Rəvana da aldığı pulu qaytarmağa imkan verməmişdir. Bundan sonra Şəmistan onu və Rəvanı görüşə çağırmış, onlar birlikdə Avşar kəndində yanacaq doldurma məntəqəsində görüşmüşlər. Görüş vaxtı X64 qəti şəkildə danışıb aldığı pulları qaytarmasını, habelə aldığı pullara dair əl yazma kağız yazıb verməsini tələb etmiş, əks halda ordan çıxan kimi polisə şikayət edəcəyini bildirmişdir. Bundan sonra Rəvan Əyyublu kiçik bir kağız parçasına öz xətti ilə onunla birlikdə Şəmistan Hüseynovdan 30.000 manat pul almaları və həmin pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhtəsinə götürməsi barədə qeyd yazıb və imza edib Şəmistana vermişdir. Həmin əlyazma qeydi o, da imza etmişdir. Rəvanın onun iştirakı ilə aldığı pulun məbləği 30.000 manat olmasa da, Rəvanın nəyə görə həmin məbləğdə qeyd yazmasını başa düşməmişdir. Rəvanın deməsinə görə guya onun iştirakı ilə aldığı 13.000 manatdan əlavə heç bir pul almamış, Şəmistan təkid etdiyi üçün 30.000 manat alması barədə qeyd yazıb vermişdir. Rəvan Əyyublunun X31dan nə qədər pul almasından məlumatsız olmuşdur. Şahid1 İnqlab oğlunun ayrı-ayrı qurumlara ünvanladığı şikayət ərizələrində və istintaq zamanı verdiyi ifadələrində onun barəsində göstərdiyi bütün xüsusatlar yalandır, o hər hansı şəxsə əlillik dərəcəsi verilməsi ilə bağlı Şahid1 heç bir məbləğdə pul almamışdır. Elçin X23rdaşı olduğundan onun barəsində qərəzli olaraq ərizə yazmış və ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı gedişində verdiyi sonuncu ifadəsində isə göstərmişdir ki, Şəmstan Hüseynovla bir dəfə Ovşar kəndində görüşmüşdür. Həmin vaxt Şəmstan Hüseynov onun iştirakı ilə 4000 manat məbləğində pulun 200 manatını özünə götürmüş, 3800 manatını isə Rəvan Əyyubluya sələmə vermişdir. Rəvan Həmin pula görə Şəmstan Hüseynova sələmi ilə birlikdə 6000 manat pul qaytarmışdır. Şəmstan Hüseynov ona da sələmə 3000 manat pul vermişdir. Şəmstan Hüseynova həmin pulun sələmi ilə birlikdə 5000 manat pul qaytarmışdır. X96 əlavə olaraq 200 manat da tələb etmişdir. Ona görə də Şəmstana əlavə olaraq 200 manat pul vermişdir. Şəmstan bundan sonra Rəvanla onun birlikdə verdikləri 30.000 manat pul borclu olmaları barədə qəbzi çırmalı olmuşdur. Şəmstan Hüseynov onlardan 10.000 manat pul almasına baxmayaraq onu və Rəvanı polis vasitəsi ilə şərləyərək onları 22 avqust 2020-ci il tarixdə polis şöbəsinə apartdırmışdır. Onları 24 avqust 2020-ci il tarixə kimi polis şöbəsində saxlamışlar. Bundan sonra vəkil Əkbər prosesə qoşulmuşdur. Ondan iltizam alıb boşlamışlar. Bundan sonra Rəvanı etap etmişlər Gəncəyə 2021-ci ili naprel ayına kimi ona heç kim heç bir söz deməmişdir. 2021ci ilin aprelində onu korrupsiyaya qarşı mübarizə idarəsinə çağırmışlar. Guya ona Şəmstan Hüseynov 33.000 manat, onun qardaşı Şahid1 isə 15.000 manat pul vermişdir. Hansıki bu barədə heç bir sübut yoxdur. O, 2019-cu ilə işdən çıxmışdır. Pensiya düzəltmək üçün ayrıayrı şəxslərdən alınmış puldan 13.000 manat pulun ona verilməsi barədə ifadəsini təzyiq altında vermişdir. Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməməklə yalnız X81 Əyyublu ilə tanış etsə də, Rəvan Əyyublu tərəfindən əlillik dərəcəsi təyin etməyi vəd etməklə ayrı-ayrı şəxslərdən pul vəsaitlərinin ələ keçirilməsində iştirak etməməsi, Rəvan Əyyublunun yalnız yeddi nəfər şəxsə əlillik dərəcəsinin təyin edilməsinə görə Şəmistan Hüseynovdan 13.000 manat pulun almasında iştirak etməsi, Şahid1la isə heç bir əlaqəsinin olmaması, Şahid1 vasitəsi ilə hər hansı şəxsdən pul almaması, ona yalnız Rəvan Əyyublunun almış olduğu puldan 5000 manat məbləğində pul verilməsi barədə ifadə versə də, onun cinayət əməli məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, şahid X29 məhkəmədə göstərdi ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyinə görə uzun müddət Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicə olunduğundan orada qeydiyyatçı kimi işləyən Təqsirləndirilən şəxsla münasibətləri yaranmışdır. O, Təqsirləndirilən şəxs vasitəsi ilə Rəvanla tanış olmuş, bir neçə dəfə birlikdə çörək yemişlər. Hətta Elə hallar olmuşdur ki, Elsevər ondan borc pul almış və vaxtında qaytarmışdır.2020-ci ilin əvvələrinədək Təqsirləndirilən şəxsla kompüter mütəxəssisi Rəvan Əyublu bir yerdə işləmişlər. 2019-cu ilin sonunda onun bacısı əri X18 ilə əlaqədar əlillik dərəcəsi almaqla pensiyaya çıxmaq istəmişdir. Araz Məmmədov onun Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında işləyən şəxslərlə yaxın əlaqələri olduğunu bildiyi üçün ona müraciət edib bu işlə məşğul olmasını, yəni əlilik dərəcəsi almaqla pensiyaya çıxmasını həll etməsini xahiş etmişdir. Bir sıra rayon sakinlərindən Təqsirləndirilən şəxs və Rəvan Əyyublunun müəyyən pul müqabilində ayrı-ayrı şəxslərə xəstəliklə əlaqədar pensiya işi həll etdiklərini eşitmişdir. Ona görə də ilk dəfə 2019-cu ilin noyabr ayında Elsevərlə Rəvana müraciət edib bacısının həyat yoldaşı Araz Məmmədovun səhhəti ilə əlaqədar əlillik dərəcəsi almaq istədiyini bildirib, bu sahədə köməklik etmələrini xahiş etmişdir. Elsevər də heç bir problem olmadığını bildirib bunun müqabilində 3.300 manat pul verməsini tələb etmiş, o, da həmin məbləğlə razılaşıb getmişdir. O, bu barədə qohumu Araz Məmmədova məlumat verərək xəstəxananın Rəvan və Elsevər adlı əməkdaşlarının bu işin düzəlməsi üçün 3.300 manat pul tələb etdiklərini bildirmiş, Araz da həmin məbləğlə razılaşıb bir neçə gündən sonra 3.300 manat pulu düzəltmişdir. 2019-cu ilin noyabr ayının sonunda Ağcabədi şəhərində “Nazının kafesi” adlanan yeməkxanada birlikdə Elsevər və Rəvanla görüşmüş, bir qədər söhbətdən sonra Araz Məmmədov onun yanında 3.300 manat pulu Elsevərlə Rəvana vermişdir. Həmin vaxt Rəvan ən geci 3-4 ay müddətində Araz Məmmədova İİ qrup əllik dərəcəsi verilməsini həll edəcəyini bir daha vəd etmişdir. Onlar işlərinin alınmasına sevinib getmişlər. Bir müddət sonra bu barədə məlumat alan bir neçə digər qohum və yaxın münasibətdə olduğu şəxslər də ayrı-ayrı vaxtlarda ona müraciət edib onların da pensiya işinin həll edilməsinə köməklik etməsini xahiş etmişlər. Belə ki, 2019-cu ilin dekabr ayında qohumu, Ağcabədi rayon Avşar kənd sakini Şahid5 ona müraciət edib övladları X84 və X57 əllik dərəcəsi verilməklə pensiya işinin həll edilməsinə köməklik etməsini xahiş etmişdir. Tural Cavadov vərəm xəstəsi olmuş, Nicat Cavadovun xəstəliyi barədə isə məlumatı olmamışdır. Bundan sonra o, Elsevərlə əlaqə saxlayıb bu barədə məlumat vermiş, bir neçə gündən sonra Rəvan və Elsevər yaşadığı Avşar kəndinə gəlib onunla görüşmüşlər. O, Şahid5 da həmin görüşə aparmışdır. Bir qədər söhbətdən sonra Rəvanla Elsevər hər bir uşağa görə 3.300 manat olmaqla, cəmi 6.600 manat pul müqabilində hər iki uşağa İİ qrup əlillik dərəcəsi təyin edilməsini həll edə biləcəklərini bildirmişlər. Şahid5 tələb olunan məbləğlə razılaşıb həmin vaxt üzərində olan 2.600 manat pulu Rəvanla Elsevərə verib, qalan məbləği də yaxın günlərdə verəcəyini bildirmişdir. Bir neçə gündən sonra Şahid5 4000 manat pulu ona verib Rəvana çatdırmasını xahiş etmişdir. O, elə həmin gün Elsevər və Rəvanla Avşar kəndində görüşüb 4.000 manat pulu həmin şəxslərə vermişdir. Bundan sonra yəni 2019-cu ilin dekabr ayında Ağcabədi rayonun Qaradolaq kənd sakini Şahid6 ona müraciət edib gəlini X26 pensiya işinin həll edilməsinə köməklik göstərməsini xahiş etmiş, o da öz növbəsində xəstəxanaya gedib Rəvana müraciət etmiş, həmin vaxt Elsevər də otaqda olmuşdur. Hər ikisi ilə danışıb Aygül Məmmədovaya əlillik dərəcəsi təyin edilməsini həll etmələrini xahiş etmiş, Rəvan da heç bir problem olmadığını deyib bu dəfə də 3.300 manat pul tələb etmişdir. Bir neçə gündən sonra Şahid6 həmin pulu düzəltmiş və onlar Ağcabədi RMX-na gedib Rəvanın xidməti otağında sonuncu ilə görüşmüş, Vahid özü ilə gətirdiyi 3.300 manat pulu Rəvana vermişdir. Elə həmin ərəfələrdə digər qohumu Ağcabədi rayon Avşar kənd sakini Şahid9 ona müraciət edib qardaşı arvadı X24 əlillik dərəcəsi almasına köməklik etməsini xahiş etmişdir. O, da təkrarən Elsevərə müraciət edib bu işi 3.300 manata həll etməsini razılaşdırmışdır. O, Xəyal ilə birlikdə gedib Ağcabədi şəhərində Elsevərlə görüşüb 3.300 manat pulu sonuncuya vermişdir. Bundan başqa Ağcabədi şəhər sakini Şahid11 da ona müraciət edib qızı X7 ilə əlaqədar pensiyaya çıxarılmasına köməklik etməsini xahiş etmişdir. O, da Şahid11 aparıb Rəvan və Elsevərlə görüşdürmüş, danışıb Nərgizin pensiyaya çıxarılmasını razılaşdırmış, Rəvan bu iş üçün 3.300 manat pul tələb etmişdir. Vahid də həmin məbləğlə razılaşıb elə həmin gün günorta saatlarında birlikdə “Stadion” adlanan ərazidəki çayxanada Rəvanla görüşüb pulu sonuncuya vermişlər. Həmçinin Ağcabədi rayonun, Avşar kənd sakini Şahid12 ona müraciət edib qızı X48 xəstəliyi ilə əlaqədar pensiyaya çıxarılmasına köməklik etməsini xahiş etmiş, bundan sonra o, Turab Əliyev ilə Rəvan Əyyublunu görüşdürmüş, Rəvan heç bir problem olmadığını, 3.300 manat pul müqabilində bu işi həll edə biləcəyini bildirmişdir. Turab da həmin məbləğlə razılaşıb elə həmin gün Ağcabədi şəhərində pulu Rəvan Əyyubluya vermişdir. Bir neçə gündən sonra digər qohumu Ağcabədi rayonun, Avşar kənd sakini Emil Hüseynov ona müraciət edib azyaşlı qızı X37 epilepsiya xəstəsi olduğunu deyib, xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almasına köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o, Rəvan Əyyubluya müraciət edib bu sahədə köməklik göstərməsini xahiş etmiş, Rəvan bir daha heç bir problem olmadığını bildirib 3.300 manat pul müqabilində Filiz Hüseynovanın pensiya məsələsini həll edəcəyini vəd etmişdir. Bir neçə gündən sonra o, Emil Hüseynovdan 3.300 manat alıb Ağcabədi şəhərində Rəvanla görüşərək həmin məbləği tam şəkildə sonuncuya vermişdir. Elə həmin ərəfələrdə digər qohumu Ağcabədi rayon, Avşar kənd sakini Xəyal Əkbərli ona müraciət edib azyaşlı övladı X38 xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almasına köməklik göstərməsini xahiş etmiş, o da öz növbəsində Rəvan Əyyubluya müraciət edib bu işi də 3.300 manat pul müqabilində həll etməsini razılaşdırmış, bir neçə gündən sonra Şahid9la birlikdə Ağcabədi şəhərində Rəvanla görüşüb 3.300 manat pulu sonuncuya vermişlər. Habelə digər qohumu Ağcabədi rayon, Avşar kənd sakini Şahid8 2020-ci ilin yanvar ayının sonunda ona müraciət edib gəlini Ruxsarə Cavadovanın xəstəliyi ilə əlaqədar pensiyaya çıxarılmasına köməklik etməsini xahiş etdikdən sonra o, Rəvan Əyyubluya müraciət edib Ruxsarənin pensiya məsələsini də həll etməsini demişdir. Rəvan heç bir problem olmadğını deyib 3.300 manat pul müqabilində bunu həll edə biləcəyini bildirmişdir. Bir müddət sonra o, Şahid8 ilə birlikdə Ağcabədi şəhərinə gedib “Stadionun çayxanası” adlanan yerdə Rəvan Əyyublu ilə görüşmüş, Şahid8 özü ilə gətirdiyi 3.300 manat pulu onun yanında Rəvana vermişdir. Qeyd edilən şəxslərdən pulları aldıqdan sonra hər dəfə Rəvan və Elsevər sənədlərin ən geci 4-6 ay müddətində həll ediləcəyini vəd etmişlər. 2020-ci ilin təxminən yanvar ayında Təqsirləndirilən şəxs işdən azad edilmiş, bundan sonra o, yalnız Rəvan Əyyublu ilə əlaqə saxlamışdır. Bir müddət sonra Rəvan Əyyublu ona bir neçə “bildirişlər” vermişdir ki, guya həmin şəxslərin sənədlərini “sistemə” işləmişdir. O, həmin bildirişlərlə bağlı araşdırma aparanda ona bəlli olmuşdur ki, həmin bildirişlər saxtadır, heç bir şəxsin sənədi “sistemə” işlənilməmişdir. Bundan sonra o, Rəvana müraciət edib nə baş verdiyini souşanda Rəvan “yəqin nəsə texniki səhf olub özüm yoluna qoyacam” deyə cavab vermişdir. Rəvanın dediyi vaxtlar tamam olsa da, pul aldığı şəxslərin heç birinə pensiya təyin olunmamış, vaxt uzandıqca həmin şəxslərin narahatlıqları artmış, buna görə tez-tez ona, o da öz növbəsində Rəvan və Elsevərə müraciət etmişdir. İlk öncə Rəvan müxtəlif bəhanələr uydururb problemi yaxın vaxtlarda həll edəcəyini bildirsə də, sonradan onunla görüşməkdən, telefon zənglərinə cavab verməkdən yayınmışdır. Buna görə məcbur olub bir neçə dəfə Rəvanın yaşadığı ünvana getmiş, lakin sonuncunun atası X87 hər dəfə Rəvanın evdə olmadığını bildirmişdir. Vaxt keçdikcə Rəvanın onu aldadıb qeyd edilən şəxslərin pullarını ələ keçirdiyini başa düşmüş, buna görə Rəvanla və Elsevərlə görüşüb aldıqları pullara dair yazılı kağız vermələrini tələb etmişdir. O, ümumilikdə 10 şəxsin hər birindən 3.300 manat olmaqla ümumilikdə 33.000 manat Rəvan və Elsevərə pul vermiş, lakin görüş vaxtı səhfən 9 şəxslə bağlı 30.000 manat verdiyini hesablamış, pul verən şəxslərdən Şahid5 2 şəxsə görə 6.600 manat pul verməsi diqqətindən yayınmış, Şakiri bir şəxs kimi hesablayıb ümumilikdə 9 şəxsə görə 30.000 manat pul verdiyini hesablamış,buna görə qeyd edilən pulu almasına dair qeyd yazmasını Rəvan və Elsevərdən tələb etmişdir. Rəvan onun fikrindən vaz keçməyəcəyini görüb belə bir əl yazma kağız yazmağa razılaşmış və Təqsirləndirilən şəxs iştirakı ilə öz əlyazma xətti ilə 30.000 manat pul almasına dair qeyd yazıb ona vermişdir. Həmin sənədi Rəvandan savayı Elsevər də imzalamışdır. Lakin Rəvan bundan sonra da onu aldadıb heç kimin sənədini düzəltməmiş, o, vəziyyətin belə olduğunu görüb aldığı pulları qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs həmin puldan ona cəmi 5.000 manat çatdığını bildirib həmin məbləği tam şəkildə geri qaytarmış, qalan məbləğin isə ona aidiyyəti olmadığını, qalan pulun Rəvan Əyyubluya çatdığını, buna görə də sonuncu tərəfindən qaytarılmalı olduğunu demişdir. Rəvan da hissə-hissə olmaqla ümumilikdə 6.000 manat qaytarmış, qalan məbləği isə yaxın vaxtlada qaytaracağını vəd etmiş, lakin müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Bir müddət sonra Rəvanın işdən azad edildiyini öyrənmişdir. Bundan sonra o, Rəvanın atası Çingiz Əliyevə müraciət edib övladının törətdiyi əməllər barədə məlumat vermişdir. X115 məsələni yoluna qoymaq əvəzinə heç kimə heç bir məbləğdə pul qaytarmayacağını demişdir. O, da məcbur qalıb Rəvan və Elsevərin əməlləri barədə hüquqmühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs və Rəvan Əyyublunun birlikdə qaytardığı 11.000 manat puludan X58 görə sonuncunun atası Şahid12 3.300 manat, X39 görə sonuncunun atası Şahid11 3.300 manat, X27 görə sonuncunun qaynı Şahid9 3.300 manat, Şahid4 isə 1.100 manat pul qaytarmışdır. Məhkəmədə tədqiq edilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə X29 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs onun və Rəvan Əyyublunun bir neçə şəxsə əlillik dərəcəsinin düzəldilməsi ilə bağlı Şəmistan Hüseynovdan ümumilikdə 13.000 manat pul aldıqlarını, həmin məbləğin 5000 manatının ona çatdığını, qalan məbləğin isə Rəvan Əyyubluya çatdığını, daha sonra o öz payına düşən 5000 manatı geri qaytardığını, Şəmistan Hüseynovdan 30.000 manat almadıqlarını göstərsə də, Şəmistan Hüseynov istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs yalan danışdığını, ayrı-ayrı qohum və tanışlarının adına əlillik dərəcəsi təyin etməklə pensiya almalarını həll edə bildiklərini Rəvan Əyyublu ilə birlikdə bildirib onun vasitəsi ilə hər bir şəxsdən 3.300 manat pul tələb etdiklərini, 10 şəxsin pulunun almasında iştirak etdiyini, Rəvan və Elsevər hər dəfə pulları alanda ən geci 3-4 ay müddətində bu işi həll edəcəklərini vəd etdiyini, lakin bu sahədə heç bir iş görmədiklərini, dəfələrlə aldığı pulları geri tələb etməsinə baxmayaraq Elsevərlə Rəvan birlikdə cəmi 11.000 manatı geri qaytardığını, daha sonra müxtəlif bəhanələrlə qalan pulu qaytarmaqdan yayındığını göstərərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Şahid4 məhkəmədə göstərdi ki, həyat yoldaşı X5 əlini şüşə kəsdiyindən, həmin əlində qüsur yaranmış, əlini normal hərəkət etdirə bilməmiş, bununla bağlı həyat yoldaşı Lətafət Hüseynovaya əllik dərəcəsinin verilməsinin mümkün olub-olmadığı ilə maraqlanmışdır. Bu barədə 2019-cu ilin noyabr ayında qayını Şəmstan Hüseynovla danışarkən sonuncu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı kimi işləyən Təqsirləndirilən şəxs və Rəvan Əyyublu adlı şəxslərlə danışıb bu məsələni həll edə biləcəyini demişdir. Bir neçə gündən sonra Şəmistan Təqsirləndirilən şəxs və Rəvan Əyyublu ilə bu barədə danışdığını, işin həll olunması üçün 3.300 manat pul lazım olduğunu demişdir. O, həmin məbləğlə razılaşmış, bir neçə gündən sonra 3.300 manat düzəltdikdən sonra Şəmistanla birlikdə Ağcabədi şəhərinə gedib rayon Mərkəzi xətəxanasının qarşısında Rəvanla görüşmüşlər. Söhbət zamanı Rəvan bir daha vəd etmişdir ki, ən geci 4-6 ay müddətində həyat yoldaşı Lətafət Hüseynovanın əlilik dərəcəsi almasını həll edəcəkdir. O, Rəvanın bu işi həll edə biləcəyinə inanmış, buna görə özü ilə gətirdiyi 3.300 manat pulu və sənədləri Şəmistanın yanında Rəvan Əyyubluya vermişdir. Aradan bir müddət keçəndən sonra Şəmistan vasitəsi ilə Rəvanla əlaqə saxlayıb vəziyyətlə maraqlanmış, Rəvan hər şeyin qaydasında olduğunu, yaxın müddətdə pensiyanın düzələcəyini bildirib narahat olmamasını demişdir. Qeyd edilən müddət keçsə də, pensiya düzəlməmiş, buna görə Şəmistan tez-tez Rəvana müraciət etmişdir. Rəvan hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmış, o, sonuncunun onu aldatdığını başa düşüb verdiyi 3.300 manat pulu geri tələb etmişdir. Rəvan pulu yaxın müddətdə qaytaracağını desə də, vədinə əməl etməmişdir. Uzun mübahisədən sonra Rəvan qeyd edilən məbləğdən 1.100 manatını Şəmistan Hüseynov vasitəsi ilə geri qaytarmış, qalan 2.200 manatı isə hazıradək qaytarmamışdır. Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə həyat yoldaşı Lətafət Hüseynovaya əlillik dərəcəsi verilməsi üçün 3.300 manat pulu və sənədləri Təqsirləndirilən şəxs və Rəvan Əyyubluya verdiyini göstərmişdir. Şahid5 məhkəməd göstərdi ki, övladları Nicat Cavadov onkoloji xəstəlikdən, Tural Cavadov isə epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən o, hər iki övladını əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxartmaq istəmişdir. Bu barədə 2019-cu ilin dekabr ayında həmkəndlisi Şəmistan Hüseynova demişdir. Şəmstan Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı kimi işləyən Təqsirləndirilən şəxs və Rəvan Əyyublu ilə yaxın əlaqələri olduğunu, həmin şəxslərlə danışıb müəyyən pul müqabilində bu işi həll edə biləcəyini demişdir. O, Şəmstan Hüseynovdan xahiş etmişdir ki, bu barədə Rəvan Əyyublu ilə danışıb ona cavab versin. Bir neçə gündən sonra Şəmistan Təqsirləndirilən şəxs və Rəvan Əyyublu ilə bu barədə danışdığını, sonuncunun bu işin həll olunması üçün hər bir uşağa görə 3.300 manat olmaqla cəmi 6.600 manat pul tələb etdiyini demişdir. O, həmin məbləğlə razılaşmış, bir neçə gündən sonra pulun bir qismini, yəni 2.400 manatını düzəltmiş, Şəmistan Hüseynovla birlikdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yaxınlığındakı çayxanada Elsevər və Rəvanla görüşüb 2.400 manat pulu və xəstəliyə dair sənədləri Şəmistanın yanında Təqsirləndirilən şəxs və Rəvan Əyyubluya vermişdir. Bundan bir neçə gün sonra qalan 4.000 manatı da düzəldib bu barədə Şəmistana məlumat vermişdir. Şəmistan da Rəvanla danışıb görüş yerini Avşar kəndin girəcəyinə təyin etmiş, o, birlikdə Təqsirləndirilən şəxs və Rəvan Əyyublu ilə görüşmüş, Şəmistan 4.000 manat pulu ondan alıb Rəvan və Elsevərə vermişdir. Pulun verilməsi anı o videçəkiliş aparmışdır. Rəvan pulu aldıqdan sonra ən geci 3-4 ay müddətində pensiya işini həll edəcəyini bir daha vəd etmiş, lakin sonuncu vədinə əməl etməmişdir. Belə ki, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq övladları Tural Cavadov və Nicat Cavadovun sənədlərini “sistemə” vurmamış, bununla əlaqədar Şəmistan vasitəsi ilə dəfələrlə Rəvana müraciət edəndə sonuncu hər dəfə yaxın vaxtlarda məsələni həll edəcəyini bildirib vaxtı uzatmışdır. Bir müddət sonra o, Rəvanın onu aldadıb pulunu ələ keçirdiyini başa düşmüş, buna görə verdiyi pulu Şəmistan vasitəsi ilə geri tələb etmişdir. Rəvan pulu qaytaracağını bildirsə də, ona heç bir məbləğdə pul qaytarılmamışdır. Şahid9 məhkəmədə göstərdi ki, azyaşlı övladı X74 və qardaşı Ziyadxan Əkbərovun həyat yoldaşı X3 ilə əlaqədar əllik dərəcəsi almaqla pensiyaya çıxarmaq istəmişdir. 2020ci ilin yanvar ayında qohumu Şahid10 ona Avşar kənd sakini X33 Rayon Mərkəzi Xəstəxanasında işləyən şəxslərlə əlaqəsinin olduğunu, övladı Rəhman Əkbərova və gəlini Alidə Əkbərovaya pensiya düzəldilməsini həll edə biləcəyini demişdir. Bundan sonra o, Şahid10 vasitəsi ilə Şəmstan Hüseynovla tanış olub bu sahədə köməklik göstərməsini xahiş etmişdir. Şəmistan Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı kimi işləyən Təqsirləndirilən şəxs və Rəvan Əyyublu ilə bu barədə danışdıqdan sonra bu işin həll olunması üçün sonuncunun hər bir şəxsə görə 3.300 manat olmaqla cəmi 6.600 manat pul tələb etdiyini bildirmişdir. Bir neçə gündən sonra o, 6.600 manat pulu düzəldib qohumu Şahid10, sonuncu da Şəmistan Hüseynovla birlikdə Rəvan Əyyublu ilə görüşüb Rəhman Əkbərov və Alidə Əkbərovanın sənədlərini və 6.600 manat pulu Rəvan Əyyubluya vermişlər. Rəvan pulu aldıqdan sonra ən geci 3-4 ay müddətində pensiya işini həll edəcəyini bir daha vəd etmiş, lakin Rəvan vədinə əməl etməyib onun xeyrinə heç bir hərəkət etməmişdir. O, verdiyi pulu dəfələrlə geri tələb etmiş, uzun mübahisədən sonra X91 vasitəsi ilə 3.300 manat pulunu qaytarmış, qalan 3.300 manatı isə hazıradək qaytarılmamışdır. Şahid10 da Şahid9la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid14 məhkəmədə göstərdi ki, qohumu Şahid13 Məhərəm oğlunun qızı Hüseynova Filiz “epilepsiya” xəstəliyindən əziyyət çəkdiyindən Şahid13 qızına əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxarmaq istəmişdir. Şahid13 onunla bu barədə söhbət edərkən o, tanışı X33 Rayon Mərkəzi Xəstəxanasında tanışlarının olduğunu, bu işdə ona köməklik edə biləcəyini demişdir. O, bu barədə Şəmistana müraciət edib Filiz Hüseynovanın pensiyaya çıxrılmasına köməklik etməsini xahiş etmişdir. Şəmistan Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı kimi işləyən Rəvan Əyyublu ilə danışdıqdan sonra sonuncunun bu işin həll olunması üçün 3.300 manat pul tələb etdiyini bildirmişdir. Bir neçə gündən sonra, yəni 2020-ci ilin yanvar ayında Şahid13 həmin pulu düzəldib ona vermişdir. O da Şəmistanla görüşüb birlikdə Rəvanın yanına getmişlər. O, Şahid13 qəbul etdiyi 3.300 manat pulu Şəmistanın yanında Rəvana vermişdir. Rəvan pulu aldıqdan sonra ən geci 3-4 ay müddətində pensiya işini həll edəcəyini vəd etsə də, bu belə olmamış, keçən uzun müddət ərzində Rəvan bu sahədə heç bir iş görməmişdir. Hər dəfə Şəmistan Hüseynov vasitəsi ilə Rəvana müraciət edib vəziyyətlə maraqlananda Rəvan guya hər şeyin qaydasında olduğunu, pensiyanın yaxın vaxtlarda həll edəcəyini bildirmişdir. Onlar Rəvanın yalan danışıb onları aldatdığını başa düşəndən sonra pulu geri tələb etmişlər. Lakin Rəvan müxtəlif bəhanələrlə pulu qaytamaqdan yayınmış, halhazıradək Şahid13 heç bir məbləğdə pul qaytarılmamışdır. Təqsirləndirilən şəxs tanımamış və onunla göstərilən məsələ ilə bağlı söhbəti olmamışdır. Şahid8 məhkəmədə göstərdi ki, gəlini X1 ilə əlaqədar əlillik dərəcəsi təyin etməklə pensiyaya çıxarması üçün qohumu Şəmistan Hüseynov vasitəsi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı kimi işləyən Təqsirləndirilən şəxs və Rəvan Əyyubluya müraciət etmiş, sonuncu bu işi həll etmək imkanına malik olduğunu bildirib bunun üçün 3.300 manat pul tələb etmişdir. Bir neçə gündən sonra, yəni 2020-ci ilin fevral ayında o, həmin pulu düzəldib Şəmistan Hüseynov ilə birlikdə Ağcabədi şəhərində, H.Əliyev adına parkın yaxınlığında Rəvan Əyyubluya vermişdir. Rəvan pulu alarkən gəlini Ruxsarə Cavadovanın pensiyaya çıxarılmasını ən geci 3-4 ay müddətində həll edəcəyini vəd etmiş, lakin bu belə olmamış, keçən uzun müddət ərzində bu sahədə heç bir iş görməmişdir. Hər dəfə Şəmistan Hüseynov vasitəsi ilə Rəvana müraciət edib vəziyyətlə maraqlananda Rəvan guya hər şeyin qaydasında olduğunu, pensiyanın yaxın vaxtlarda həll edəcəyini bildirmişdir. Daha sonra o, Rəvanın yalan danışdığını başa düşüb verdiyi pulu geri tələb etmiş, lakin hal-hazıradək ona vurulmuş 3.300 manat ziyan ödənilməmişdir. Şahid1 məhkəmədə göstərdi ki, 2001-ci il təvəllüdlü övladı X8 ilə əlaqədar tez-tez Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gedib-gəlmiş, bu müddət ərzində xəstəxanada işləyən bir çox şəxslərlə, eyni zamanda qeydiyyatçı kimi işləmiş Təqsirləndirilən şəxsla münasibətləri yaranmışdır. Təxminən 2019-cu ilin noyabr ayında növbəti dəfə xəstəxanaya gedəndə Təqsirləndirilən şəxsla rastlaşmış, həmin vaxt Elsevər ona Avşar kəndində yaşayan bəzi şəxslərin adları olan siyahını göstərmiş, siyahıda adları olan şəxslərdən tanıdığı varsa, onlara pensiya almalarına köməklik edə biləcəyini çatdırmasını xahiş etmişdir. O, Elsevərin danışığından belə başa düşmüşdür ki, siyahıda olan şəxslər əlillik dərəcəsi almaq üçün Həkim Məsləhət Komissiyasından keçmişlər. Söhbət zamanı Elsevər həmin şəxslərdən istənilən birini “sistemə” işləməklə pensiya almasını həll etmək imkanı olduğunu demişdir. O, siyahıya baxanda həmin şəxslərdən bir neçəsini tanıdığını bildirmişdir. Elsevər həmin şəxslərlə danışmasını, əgər istəsələr, 3.000 manat pul müqabilində onların əlillik dərəcəsi almalarını həll edə biləcəyini bildirmişdir. O, Avşar kəndinə gəldikdən sonra həmin siyahıda adı olan həmkəndlisi Aidə Cəfərovanın həyat yoldaşı Şahid3 Əlizadə oğlu ilə görüşüb bu barədə məlumat vermişdir. Akif onun bu sözlərindən sonra həvəslənib pul verməklə pensiya məsələsini həll etməyə maraq göstərmişdir. Akifə bildirmişdir ki, bununla bağlı birbaşa Təqsirləndirilən şəxs müraciət etsin. Lakin Şahid3 Elsevərin onun tanışı olduğunu, Elsevərlə özünün danışmasını demişdir. Bundan sonra o, istifadəsində olan telefon vasitəsi ilə Elsevərə zəng edib Şahid3la sonuncunu danışdırmış, danışıq zamanı Elsevər həmin məsələni həll etmək imkanı olduğunu bildirib bunun üçün 3.000 manat pul verməsini istəmişdir. Şahid3 həmin məbləğlə razılaşmış, bir neçə gündən sonra 3.000 manat pulu ona verərək Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. O da həmin pulu götürüb Akifin həyat yoldaşı Aidə Cəfərovanın tibbi sənədləri ilə birlikdə xəstəxananın həyətində Təqsirləndirilən şəxs vermişdir. Elsevər pulu aldıqdan sonra 15-20 gün ərzində Aidə Cəfərovanın sənədlərini “sistemə” işləyəcəyini bildirmişdir. Bundan sonra o, bir neçə digər Avşar kənd sakinlərindən Təqsirləndirilən şəxs pul almasında iştirak etmişdir. Belə ki, həmin ərəfələrdə təxminən bir həftə fasilələrlə Təqsirləndirilən şəxs bir neçə Avşar kənd sakinlərinin tibbi sənədlərinin Tibbi Sosial Ekspert Komissiyasının göndərişlərin reyestri proqramına işlənməklə həmin şəxslərə əlillik dərəcələrinin verilməsinin təmin edilməsi üçün hər birindən 3.000 manat istəyərək almışdır. Belə ki, X47 ilə bağlı sonuncunun qardaşı Şahid16 3.000 manat, X72 ilə bağlı sonuncunun əri Şahid15 Ələstan oğlundan 3000 manat, Cavadov Füzuli və sonuncunun arvadı X56 ilə bağlı Füzuli Cavadovdan hər birinə görə 3000 manat olmaqla 6000 manat pul istəyərək almışdır. Hər dəfə həmin şəxslər kömək üçün ona müraciət edəndə o, da öz növbəsində Təqsirləndirilən şəxs müraciət edib bu sahədə kömək edə bilib-bilməyəcəyi ilə maraqlanmışdır. Hətta telefon vasitəsi ilə həmin şəxslərlə Təqsirləndirilən şəxs danışdırmışdır. Elsevər hə dəfə heç bir problem olmadığını bildirib həmin şəxslərin pensiyaya çıxarılması işini həll edəcəyini bildirərək hər birinə görə 3.000 manat məbləğində pul tələb etmişdir. O, da Esmira Mirzəyevaya görə sonuncunun qardaşı Şahid16 3.000 manat, Şəfiqə Əliyevaya görə sonuncunun əri Şahid15 3.000 manat, Füzuli Cavadov və sonuncunun arvadı Səbinə Cavadovaya görə Füzuli Cavadovdan hər birinə görə 3.000 manat olmaqla cəmi 6.000 manat alıb ayrı-ayrı vaxtlarda Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həyətində görüşüb Elsevərə vermişdir. Esmira Mirzəyevanın pulunun verilməsində qardaşı Şahid16 özü də iştirak etmişdir. Digər şəxslər isə pulu Elsevərə çatdırması üçün ona vermiş, o, da aldığı pulları tam şəkildə Təqsirləndirilən şəxs təhvil vermişdir. Ümumilikdə 5 şəxsin hər birindən 3000 manat olmaqla ümumilikdə 15.000 manat Təqsirləndirilən şəxs pul vermişdir. Elsevər hər dəfə pulları alarkən həmin şəxslərin sənədlərini ən geci bir-iki ay ərzində sistemə işləyəcəyini vəd etmişdir. O, da bu barədə həmin şəxslərə məlumat vermişdir. Bundan bir neçə ay keçsə də, Elsevər vədinə əml etməmiş, pul aldığı şəxslərin heç birinin sənədlərini “sistemə” işləməmişdir. Buna görə həmin şəxslərin narazılıqları artmış, daha sonra bəlli olmuşdur ki, Elsevər başqa şəxslərə qarşı da eyni hərəkətlər etmiş, bununla əlaqədar Ağcabədi RPŞ-də cinayət işi başlanmışdır. Məcbur qalıb o, Elsevərin hərəkətləri barədə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Hazıradək olan müddətdə Təqsirləndirilən şəxs aldığı pullardan heç bəbləğdə geri qaytarmamışdır. Məhkəmədə tədqiq edilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs X59 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs heç kimə əlillik dərəcəsi verilməklə pensiya ayrılmasını həll etməyi vəd etmədiyini, bununla bağlı heç kimdən heç bir məbləğdə pul tələb etmədiyini və almadığını göstərsə də, Şahid1 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs tamamilə yalan danışdığını, ayrı-ayrı tanışlarının adına əlillik dərəcəsi təyin etməklə pensiya almalarını həll edə bildiriyini bildirib onun vasitəsi ilə ümumilikdə beş şəxsin hər birindən 3.000 manat pul tələb etdiyini, həmin şəxslərin pulunun almasında iştirak etdiyini, Elsevər hər dəfə pulları alanda ən geci 3-4 ay müddətində bu işi həll edəcəyini vəd etdiyini, lakin bu sahədə heç bir iş görmədiyini, dəfələrlə aldığı pulları geri tələb etməsinə baxmayaraq Elsevərin müxtəlif bəhanələrlə pul qaytarmaqdan yayındığını göstərərək onu ifşa etmişdir. Şahid16 məhkəmədə göstərdi ki, bacısı X2 problemlər olduğundan, əlillik dərəcəsi almaqla pensiya təyin edilməsi üçün lazım olan sənədləri toplayıb Ağcabədi rayon Mərkəzi xəstəxanasına təqdim etmişdir. Rayon sakinləri arasında olan söz-söhbətdən belə məlumat almışdır ki, xəstəxanada işləyən Təqsirləndirilən şəxs adlı şəxs müəyyən pul qarşılığında pensiya işini həll edir. Buna görə o, Təqsirləndirilən şəxs müraciət edib bacısı Esmira Mirzəyevanın sənədlərinin keçirilməsinə köməklik etməsini xahiş etmiş, Elsevər ona cavab verəcəyini bildirmişdir. Bir müddət sonra, yəni təxminən 2019-cu ilin dekabr ayında həmkəndlisi Şahid1 İnqlab oğlu ona müraciət edib xəstəxanada işləyən Təqsirləndirilən şəxs onun bacısı Esmira Mirzəyeva barəsində maraqlandığını, pul vermək fikri olub-olmadığını soruşduğunu bildirmişdir. O, işi düzələcəyi halda pul verməyə hazır olduğunu demişdir. Bundan sonra Şahid1 onun yanında telefonla Elsevərə zəng edib bu barədə danışmış, Təqsirləndirilən şəxs bir neçə ay ərzində Esmira Mirzəyevaya pensiya verilməsini həll edə biləcəyini demiş və bunun üçün 3.000 manat pul verməsini tələb etmişdir. O, Elsevərin sözlərinə inanıb bacısı Esmiranın pensiyasının düzəlməsi üçün 3.000 manat pul verməyə razılaşmışdır. Bir neçə gündən sonra Şahid1la görüşüb 3000 manat pulu sonuncuya verərək Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. Elçin pulu Elsevərə vermək üçün onu da özü ilə aparmış, birlikdə Ağcabədi rayon mərkəzi xəstəxananın qarşısına gedib orada Təqsirləndirilən şəxsla görüşmüş, Elçin onun yanındaca 3000 manat pulu və Esmira Mirzəyevanın sənədlərini Təqsirləndirilən şəxs vermişdir. Elsevər pulu aldıqdan sonra ən geci 2020-ci ilin mart ayına qədər pensiya işini həll edəcəkdir. O, buna sevinib geri qayıtmış, qeyd edilən müddət keçsə də, Esmira Mirzəyevaya heç bir pensiya təyin edilməmişdir. Buna görə tez-tez Şahid1 müraciət etmiş, sonuncu da öz növbəsində hər dəfə Elsevərə zəng edib vəziyyətlə maraqlanmışdır. Elsevər hər dəfə yaxın müddətdə məsələnin həll olunacağını desə də, bu belə olmamış, daha sonra isə Elsevərin bir neçə ay öncə işdən azad edildiyini öyrənmişdir. Buna görə Elsevərin ona kömək edə bilməyəcəyini, yəni onu aldadıb pulunu ələ keçirdiyini başa düşüb aldığı pulu geri qaytarmasını tələb etmişdir. Elsevər pulu geri qaytaracağını desə də hazıradək heç bir məbləğdə pul qaytarmamışdır. Şahid15 məhkəmədə göstərdi ki, həyat yoldaşı X72 böyrək çatışmazlığından əziyyət çəkdiyindən onun müalicəsinə mütəmadi pul xərcləmiş, ailəsi maddi cəhətdən aztəminatlı olduğundan dərmanların alınmasında əziyyət çəkmişdir. Buna görə həyat yoldaşı Şəfiqə Əliyevanı əlillik dərəcəsi almaqla pensiya çıxarılmasını həll etmək istəmiş, lakin bununla bağlı tibbi sənədləri hara təqdim etməli olduğunu bilməmişdir. Təxminən 2020-ci ilin dekabr ayında həmkəndlisi Şahid1 İnqlab oğlu ilə bu barədə söhbətləşərkən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında hər hansı tanışı olub-olmadığını soruşmuş, Elçin də xəstəxanada işləyən Elsevər adlı şəxlə yaxın əlaqləri olduğunu, sonuncunun pensiya işini həll etmək imkanına malik olduğunu deyib bununla bağlı Elsevərə müraciət etməsini məsləhət bilmişdir. O, Elsevərin konkret hansı vəzifədə işlədiyini bilməmiş, Elçinin bildirməsinə görə Elsevər müəyyən pul müqabilində ayrı-ayrı şəxslərə əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxarılmasını həll edə bilir. Bir qədər söhbətdən sonra o, Elçindən xahiş etmişdir ki, özü bu barədə Elsevərlə danışıb bu iş üçün nə qədər pul verməli olduğunu soruşsun. Bundan sonra Şahid1 onun yanında telefonla Təqsirləndirilən şəxs zəng edib həyat yoldaşı Şəfiqə Əliyevanın xəstəliyi barədə məlumat vermiş və belə olan vəziyyətdə sonuncuya pensiya ayrılmasının mümkün olub-olmadığını soruşmuşdur. Elsevər bu işi həll edə biləcəyini deyib bunun üçün 3.000 manat pul verməsini istəmişdir. O, Elsevərin sözlərinə inanıb həyat yoldaşı Şəfiqə Əliyevanın pensiyasının düzəlməsi üçün 3.000 manat pul verməyə razılaşmışdır. Bir neçə gündən sonra yəni 2019-cu ilin dekabr ayında o, həmin məbləği düzəltdib Şəfiqə Əliyevanın sənədləri ilə birlikdə 3.000 manat pulu Avşar kəndində Şahid1 vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın. Elçin pulu və sənədləri götürüb Elsevərlə görüşə getmiş, pulun Elsevərə verilməsində o, iştirak etməmiş, Elçinə inam və etibarı olduğuna görə pulu sonuncuya verməklə kifayətlənmişdir. Elçin həmin gün Ağcabədi rayon mərkəzi xəstəxanana gedib Elsevərlə görüşüb 3000 manat pulu və sənədləri sonuncuya vermişdir. Pulu verdikdən sonra Elçin bir daha onunla görüşüb Təqsirləndirilən şəxs ən geci 3-4 ay müddətində Şəfiqə Əliyevanın pensiyaya çıxarılması işini həll edəcəyini vəd etdiyini bildirmişdir. Əlavə olaraq Elçin onun yanında Elsevərə zəng edib səs güclədirici ilə danışaraq bu işin nə vaxt həll olunacağını bir daha soruşmuş, Elsevər də Elçinin dediklərini təsdiq edib ən geci 3-4 ay müddətində həll edəcəyini bildirmişdir. Bundan sonra o, bu işin yaxın müddətdə həll olunacağna arxayın olmuşdur. Aradan bir müddət keçəndən sonra Elçin Elsevərlə əlaqə saxlayıb vəziyyətlə maraqlanmış, Elsevər hər şeyin qaydasında olduğunu bildirib narahat olmamasını demişdir. Qeyd edilən müddət keçsə də, pensiya düzəlməmiş, buna görə tez-tez Elçin vasitəsi ilə Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Lakin sonradan ona bəlli olmuşdur ki, Təqsirləndirilən şəxs bir neçə ay öncə işdən azad edilmişdir. Bundan sonra o, Elsevərin onu aldatdığını başa düşüb pulunu geri tələb etmiş, Elsevər pulu geri qaytaracağını desə də, hazıradək ona heç bir məbləğdə pul qaytarmamışdır. Şahid3 məhkəmədə göstərdi ki, yoldaşı X9 ilə əlaqədar əlillik dərəcəsi almaqla pensiya çıxarılmasını həll etmək istəmiş, lakin bununla bağlı hara müraciət etməli olduğunu bilməmiş, 2019-cu ilin dekabr ayında həmkəndlisi Şahid1 İnqlab oğlu ilə söhbərləşərkən Elçin Ağcbədi Rayon Mərkəzi Xəstəxanasında işləyən Təqsirləndirilən şəxs adlı tanışının müəyyən pul müqabilində ayrı-ayrı şəxslərə pensiya işini həll etdiyini bildirib bununla bağlı Elsevərə müraciət etməsini məsləhət bilmişdir. Bir qədər söhbətdən sonra o, Elçindən xahiş etmişdir ki, özü bu barədə Təqsirləndirilən şəxsla danışsın. Bundan sonra Şahid1 onun yanında telefonla Elsevərə zəng edib səsgücləndirici ilə danışaraq həyat yoldaşı Aidə Cəfərovaya əlillik dərəcəsi verilməsini həll etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs heç bir problem olmadığını bildirərək 3.000 manat pul verəcəyi təqdirdə bu işi həll edəcəyini demişdir. O, Elsevərin sözlərinə inanıb bu işin düzəlməsi üçün 3000 manat verməyə razılaşmışdır. Bir neçə gündən sonra həyat yoldaşı Aidə Cəfərovanın sənədlərini və 3.000 manat pulu Avşar kəndində Şahid1 vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın. Elçin də öz növbəsində həmin gün Elsevərlə görüşüb 3.000 manat pulu və sənədi sonuncuya vermişdir. Pulu verdikdən sonra Elçin onun yanında telefonla Elsevərə zəng edib səs güclədirici ilə danışaraq bu işin nə vaxt həll olunacağını bir daha soruşmuş, Elsevər də ən geci 3-4 ay ərzində bu işi həll edəcəyini vəd etmişdir. Lakin bu belə olmamış, Elsevər bu sahədə heç bir hərəkət etməmişdir. O, Elsevərin onu aldadıb pulunu ələ keçirdiyini başa düşüb pulunu Şahid1 vasitəsi ilə geri tələb etmiş, lakin Elsevər ona heç bir məbləğdə pul qaytarmamışdır. Şahid7 göstərdi ki, Avşar kənd sakini Şahid1 İnqlab oğlunu təxminən 10 ildir tanıyır, münasibətləri yaxşı olmuşdur. 2019-cu ilin noyabr ayında Şahid1la ona Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında Elsevər adlı tanışının olduğunu, 3000 manat pul verməklə onun köməkliyi ilə ona və həyat yoldaşı X49 əlillik dərəcəsi təyin edilməklə pensiya almalarını həll edə biləcəyini demişdir. Elçinin bu sözlərindən sonra o, özü üçün 3.000 manat və həyat yoldaşı Səbinə Cavadova üçün 3.000 manat olmaqla cəmi 6.000 manat Şahid1 vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın. Şahid1 pulu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında işləyən Təqsirləndirilən şəxs verdikdən sonra bu işin 2-3 ay ərzində həll ediləcəyini bildirmişdir. Lakin qeyd edilən vaxtdan uzun müddət keçsə də, əlillik dərəcəsi təyin edilməmişdir. Buna görə o, Şahid1, sonuncu da öz növbəsində Təqsirləndirilən şəxs müraciət edib iş alınmadığı təqdirdə aldığı pulu geri qaytarmasını tələb etmişdir. Bir müddət sonra ona bəlli olmuşdur ki, Təqsirləndirilən şəxs onun qardaşı Ramazan Ələkbərovla qonşuluqda yaşayır. Belə ki, Təqsirləndirilən şəxs qardaşı Ramazana müraciət edib onun şikayət etməməsini, bir qədər gözləməsini xahiş etmişdir. Bir müddət sonra Şahid1 Elsevərin əlaqə telefonunu ona vermiş, o, birbaşa Elsevərlə əlaqə saxlayıb pulunu geri tələb etdikdə Elsevər bu işi yaxın vaxtlarda mütləq həll edəcəyini bildirib, bir qədər də gözləməsini xahiş etmişdir. Bir neçə gündən sonra Elsevərin işdən azad edildiyini öyrənmiş, bundan sonra bu işin alınmayacağını başa düşüb Elçin və Elsevərdən 6.000 manat pulunun geri qaytarılmasını qəti şəkildə tələb etmişdir. Bundan sonra Elçin şəxsi vəsaiti hesabına ona hissə-hissə olmaqla ümumilikdə 4.800 manat pul qaytarmış, 1200 manat pulu isə hazıradək qaytarılmamışdır. Məhkəmədə şahid kimi dindirilən X67 göstərdi ki, 2019-cu ilin mart ayında Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında təsərrüfat heyətinin təchüzat üzrə agenti kimi işə qəbul olunmuş, 2020-ci ilin avqust ayın 22-dək həmin vəzifədə işləmişdir. Rəsmiyyətdə xəstəxanada təchizat üzrə agent işləsə də, faktiki olaraq baş həkim Fövzi Tahirovun tapşırığına əsasən əliliyin müəyyən edilməsi ilə əlaqədar elektron formada “forma 88”-in yazılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülməsi üzrə operator kimi fəliyyət göstərmişdir. Yəni xəstəxananın Həkim Məsləhət Komissiyasından keçirilən şəxslərin sənədlərini “sistemə” işləməklə məşğul omuşdur. X21 şikayət ərizələrində, habelə istintaq zamanı verdiyi ifadələrində onun guya ayrı-ayrı şəxslərin əlillik dərəcəsi təyin edilməklə pensiyaya çıxarılmasını həll edə biləcəyini deyib bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib alması barədə göstərdikləri tamamilə yalandır, o, heç vaxt Şəmistana və ya başqa şəxsə belə bir söz deməmiş və bu məqsədlə heç kimdən heç bir məbləğdə pul almamışdır. Yalnız bir dəfə ailə vəziyyəti ilə əlaqədar, yəni övladı Çingiz Əliyevin səhəti ilə əlaqədar 2020-ci ilin mart ayında ona təcili 5.000 manat pul lazım olduğundan yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs müraciət edib 5.000 manat borc pul istəmiş, Elsevər özündə bu qədər pul olmadığını bildirib tanışı Şəmistan Hüseynovdan alıb verə biləcəyini demişdir. O, Elsevərin bu təklifi ilə razılaşmışdır. Elsevər onu Avşar kəndin girəcəyində Şəmistan Hüseynovla görüşdürmüş, o, Şəmistanla danışıb 5.000 manat pul istəmişdir. Həmin vaxt Şəmistan 4.000 manat gətirdiyini, bu pulun 200 manatının ona çatmalı olduğunu deyib üstündən götürmüş, qalan 3.800 manat pulu ona vermişdir. Qalan 1.000 manatı isə yaxın zamanlarda verəcəyini bildirmiş, bir neçə gündən sonra Şəmistanla Ağcabədi şəhərində görüşərkən Şəmistan özü ilə gətirdiyi 1000 manat puldan 100 manat götürüb həmin məbləğin ona çatmalı olduğunu deyib, qalan 900 manatı ona vermişdir. Şəmistan ümumilikdə 5.000 manat puldan 300 manatı özünə götürüb 4.700 manatı ona borc kimi vermişdir. Şəmistanın deməsinə görə həmin pulu başqasından alıb ona vermiş, götürdüyü 300 manat da onun qazancıdır. Sonuncu 4.700 manat pulu faizlə verdiyindən əvəzində ondan 6.000 manat alacağını bildirmiş, onun pula ehtiyacı olduğundan məcbur qalıb həmin şərtlə razılaşmışdır. Razılaşmaya əsasən o, həmin pulu 2020-ci ilin iyun ayında qaytarmalı olsa da, maddi cəhətdən problemləri olduğundan pulu həmin vaxt qaytara bilməmiş, buna görə Şəmistan ona təklif etmişdir ki, pulun əvəzindən dediyi iki şəxsin komissiyadan keçmiş sənədini “sistemə” vursun. O, da müvəqqəti vaxt qazanmaq üçün Şəmistanın bu təklifi ilə razılaşmış, amma əslində həmin sənədləri “sistemə” vurmaq fikri olmamışdır. Vaxt uzandıqca Şəmistan ya sənədləri “sistemə” vurmağı, ya da 6.000 manat pulu qaytarmasını tələb etmiş, o da yaxın müddətdə pulu qaytaracağını bildirmişdir. Həmin ərəfələrdə Şəmistanın hansısa 2 adamının sənədləri xəstəxanada itdiyinə görə pensiya işi alınmamış, sonuncu həmin sənədlərin itməsində onu günahkar bilib hər bir şəxsin sənədinin toplamasına görə guya 2.000 manat olmaqla cəmi 4.000 manat xərci çıxdığını, sənədlər itdiyinə görə həmin pulu da onun ödəməli olduğunu demiş, həmin məbləğ ilə birlikdə Şəmistan ondan 10.000 manat tələb etməyə başlamışdır. Bundan başqa həmin ərəfələrdə Təqsirləndirilən şəxs da Şəmistandan 5.000 manat pul almış, lakin onun bu barədə məlumatı olmamışdır. Şəmistan onun və Təqsirləndirilən şəxs birlikdə 15.000 manat verməli olduğunu bildirsə də, təklif etmişdir ki, o, həmin məbləğin 2 qatına, yəni 30.000 manat pul almasına dair bir kağıza əl yazma qeyd yazıb imza edib versin. Şəmistan faizə pul verən şəxs olduğundan bu yol ilə 15.000 manatı geri almaq üçün onunla Elsevərə təziq etməyə çalışmışdır. O, ilk öncə belə bir əlyazma qeydi yazmaqdan imtina etmiş, lakin Şəmistan ondan və Təqsirləndirilən şəxs əl çəkməyib ona hədə-qorxu gəlmiş, buna görə o, qorxduğundan 30.000 manat pulu almasına və Təqsirləndirilən şəxsla birlikdə həmin pulu qaytaracağına dair əlyazma qeyd yazıb Şəmistana vermişdir. Həmin əlyazma qeydin altından ondan başqa Təqsirləndirilən şəxs da imza etmişdir. Bundan 2 gün sonra o, 4500 manat, növbəti günlərdə isə 1500 manat olmaqla ümumilikdə 6.000 manat Şəmistana pul qaytarmışdır. Eyni zamanda Elsevər də Şəmistana 5.000 manat qaytarmışdır. Birlikdə Şəmistana 11.000 manat pul vermişlər. Şəmistanın tələb etdiyi 4.000 manat pulun isə ona və Elsevərə heç bir aidiyyəti olmadığından həmin məbləği qaytarmaqdan imtina etmişdir. Şəmistan onun hərəkətlərindən narazı qalıb müxtəlif instansiyalara həqiqətə uyğun olmayan şikayətlər edərək, guya onun 9 nəfərə əlillik dərəcəsi düzəltməsi ilə əlaqədar ümumilikdə 30.000 manat pul almasını göstərmiş, əslində isə belə bir hal olmamışdır. Bundan başqa X116 Məsləhət Komissiyasından keçirilmiş şəxslərin sənədlərini Tibbi Sosial Ekspert X53 o işlədiyindən X44 sədrinin və üzvlərinin elektron imza kartlarının əksər vaxtlarda onda olduğunu, işin çoxluğu ilə əlaqədar müəyyən sənədləri iş saatından sonra evə aparıb orada işlədiyini göstərmişdir. İş üzrə X67 tərəfindən icra edilmiş və sonuncu ilə bərabər Təqsirləndirilən şəxs tərəfindən imza edilərək təsdiq edilmiş əlyazma qeydlərin məzmunundan görünür ki, Rəvan Əyyublu 2020-ci ilin yanvar ayınadək Təqsirləndirilən şəxs ilə birlikdə X17 “9 işlə” (əlillik dərəcəsinin düzəldilməsi ilə) bağlı 30.000 manat pul almış, iş alınmayacağı təqdirdə xx.xx.2020-ci il tarixədək 30.000 manatı qaytaracaqdır. İş materiallarına əlavə edilmiş 6 ədəd bildiriş vərəqələrindən yəni - xx.xx.2020-ci il tairli 0220003AARUV nömrəli bildirişdən görünür ki, X4 RMX publik hüquqi şəxsin HMK-ı tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş TSEK-nın göndərişlərin reyestrinə daxil edilmişdir. xx.xx.2020-ci il tairli 0220003AARUU nömrəli bildirişdən görünür ki, X13 RMX publik hüquqi şəxsin HMK-ı tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş TSEK-nın göndərişlərin reyestrinə daxil edilmişdir. xx.xx.2020-ci il tairli 0220003AASDJ nömrəli bildirişdən görünür ki, X14 RMX publik hüquqi şəxsin HMK-ı tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş TSEK-nın göndərişlərin reyestrinə daxil edilmişdir. xx.xx.2020-ci il tairli 0220003AASKO nömrəli bildirişdən görünür ki, X6 RMX publik hüquqi şəxsin HMK-ı tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş TSEK-nın göndərişlərin reyestrinə daxil edilmişdir. xx.xx.2020-ci il tairli 0220003AASMG nömrəli bildirişdən görünür ki, X10 RMX publik hüquqi şəxsin HMK-ı tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş TSEKnın göndərişlərin reyestrinə daxil edilmişdir. xx.xx.2020-ci il tairli 0220003AASMF nömrəli bildirişdən görünür ki, X13 RMX publik hüquqi şəxsin HMK-ı tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş TSEK-nın göndərişlərin reyestrinə daxil edilmişdir. xx.xx.2020-ci il tairli 0220003SEN nömrəli bildirişdən görünür ki, X11 RMX publik hüquqi şəxsin HMK-ı tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş TSEK-nın göndərişlərin reyestrinə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Həsənov X43 rayon Mərkəzi xəstəxanasının baş həkiminin 2 noyabr 2015-ci il tarixli, 1952 nömrəli əmri ilə xəstəxananın İdarəetmə və təsərrüfat xidməti şöbəsinə kiçik tibb qardaşı vəzifəsinə, baş həkimin xx.xx.2018-ci il tarixli 586-K nömrəli əmri ilə isə İdarəetmə aparatının mühasibi (orta) vəzifəsinə təyin edilmiş, həmin xəstəxananın direktorunun xx.xx.2019-cu il tarixli, 1925-K nömrəli əmri ilə Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs iştirakı ilə X67 tərəfindən əlyazma qeydlərin aparıldığı kağız parçası, habelə ayrı-ayrı şəxslərin, yəni X35, X70, X76, X84, X83, X45 və X48 adına tərtib edilən 6 ədəd bildiriş vərəqi 18 iyun 2021-ci il tarixli qərarımla maddi sübut kimi tanınmaqla iş materiallarında saxlanılır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin xx.xx.2021-ci il tarixli, 02/5-544çıx-21 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında 29 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2018-ci ildə doğulmuş bir azyvşlı uşağı vardır. Yaşayış yerindən müsbət səciyyələnir. İş üzrə Təqsirləndirilən şəxs 22 avqust 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşi və barəsində 24 avqust 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Ona 24 sentyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə ittiham verilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməmişdir. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özü vasitəsi ilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrilərini təkrarən təhrik etməsi, təqsirliliyi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Şəmistan Hüseynovun vasitəsi ilə yalnız yeddi nəfər şəxsə əlillik dərəcəsi təyin edilməsi üçün 13.000 manat pulun Rəvan Əyyublu tərəfindən alınmasında iştirak etməsi, Şahid1 vasitəsi ilə ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin təyin olunması üçün hər hansı məbləğdə pul alınmasında iştirakının olmaması, Şəmistan Hüseynovla bir dəfə görüşməsi, həmin vaxt X66 Əyyubluya 4000 manat məbləğində pulu sələmə, yəni faizlə verməsi, bunun əvəzində Şəmistan Hüseynova 6000 manat məbləğində pul qaytarması, Şəmistan Hüseynovun ona da sələmə, yəni faizlə 3000 manat pul verməsi, həmin pulun əvəzində Şəmistan Hüseynova 5000 manat pul qaytarması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasənt törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərəalır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CM-nin 61ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən iş üzrə 22 avqust 2020-ci il tarixdən 24 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesalanmaqla təyin edilən cəzadan çıxılmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalında həbsə alınmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 12 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs iştirakı ilə X67 tərəfindən əlyazma qeydlərin yazıldığı kağız parçası, habelə ayrı-ayrı şəxslərin, yəni X35, X70, X76, X84, X83, X45 və X48 adlarına tərtib edilmiş 6 ədəd bildiriş vərəqələri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tədbiq edilərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 32.4,312.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tədbiq edilərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 avqust 2020-ci il tarixdən 24 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs iştirakı ilə X67 tərəfindən əlyazma qeydlərin yazılmış kağız parçası və ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş 6 ədəd bildiriş vərəqələri cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar