Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-48/2023 24.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi X8, müdafiəçifərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1975-ci ildə Yardımlı rayonu Bilnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı şəhəri 20 yanvar küçəsi ev 23də qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilməsinə dair qərar çıxarılmış ölmüş şəxs - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ölmüş Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 381,369 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd həb halında narkotik vasitə metadon və 1,277 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində Yardımlı Rayon Polis Şöbəsi və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Yardımlı şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında olarkən səhhəti qəflətən pisləşərək ölmüş, polis şöbəsinin inzibati binasında sonuncunun meyitinə baxış keçirilən zaman meyitin əynindəki şalvarın sağ yan, sol yan və gödəkçənin sol iç ciblərindən 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,538 qram, 1,458 qram, 377,373 qram, ümumi təmiz çəkisi 381,369 qram külli miqdarda kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şalvarın sağ yan cibindən təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd həb halında narkotik vasitə metadon və şalvarın sol yan cibindən 1 ədəd bükümdə 1,277 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində dindirilmiş X8 mərhum kiçik qardaşı Təqsirləndirilən şəxs təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Rövşən saxlanılmamışdan əvvəl 1 il ərzində polis əməkdaşları tərəfindən təqib olunmuş və incidilmişdir. Şahid2 2022-ci il may ayında Yardımlı rayon polis şöbəsində rəis müavini olduqdan sonra onlara hədə qorxu gələrək Rövşəni şərləyib tutacağını bildirmişdir. 01 iyun 2022-ci il tarixdə qardaşı Rövşənlə Yardımlı şəhərində çayxananın yanında olarkən polis əməkdaşları gəlmiş və əməliyyat üzrə rəis müavini Şahid1 göstərişi ilə Rövşənin qolundan tutaraq Rövşəni döyərək zorla avtomobilə salmış və heç bir səbəb göstərmədən onu aparmışlar. Şahid1 Rövşəni niyə apardıqlarını soruşmuş, Vüqar ondan kim olduğunu soruşduqda Rövşənin qardaşı Nazim olduğunu demişdir. Polis əməkdaşları Rövşəni 2 saylı məktəbin yanında yerləşən Regional şöbənin əməkdaşlarına təhvil vermişlər, sonuncular da ona rayon polis şöbəsinə aparmışlar. Polislər getdikdən sonra qardaşı Şahid19 zəng vurmuş və Rövşənin döyülərək səbəbsiz yerə rayon polis şöbəsinə aparılması barədə prokurora məlumat verməsini bildirmişdir.Təxminən 3-4 dəqiqə sonra Vüqar və Zülfüqar ayrı-ayrı avtomobillərdə yenidən həmin yerə qayıtmışlar. Zülfüqar dükan sahibi Namikə kamera görüntülərini silməsini bildirmiş, Namik Vüqara niyə silməsini bildirdikdə Vüqar polisin işinə mane olmamasını ona demişdir. Bundan sonra polis əməkdaşları qardaşı Vüqarı da zorla maşına salaraq aparmışlar. Həmin vaxt qardaşı Şahid19 də ora gəlmiş, polis əməkdaşı Zülfüqardan qardaşlarının tutulma səbəbini soruşmuş, Zülfüqar ona “ged işinlə məşqul ol, elə etməki səni də aparaq” sözlərini demişdir. Polislər getdikdən sonra qardaşı Rasim rayon prokurorluğunun qarşısına getmiş, həmin vaxt prokuror həyətdə olmuş, polislərin qardaşlarını döymələri barədə ona məlumat verərək, qardaşlarının döyülməsinin qarşısını almasını prokurordan xahiş etmişdir. Prokuror gülərək polislərin işinə qarışmadığını bildirmişdir. Qardaşlarının tutulma səbəbini öyrənmək üçün şöbəyə yollanmış, yolda olarkən Rövşənin şöbədə polis əməkdaşları tərəfindən döyülərək öldürüldüyünü öyrənmişdir. Onlar bundan sonra qardaşları və qohumları ilə birlikdə polis şöbəsinin binasının yanına gəlmişdir. Lakin, onları Yardımlı rayon polis şöbəsinin inzibati binasına buraxmamışlar. X8 verilən suallara cavab olaraq bildirmişdir ki, Rövşən heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, onun üzərinə narkotik şöbədə öldürüldükdən sonra qoyulmuşdur. Rövşənin üzərindən 180 manat pul aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən 2021-ci ildə Rövşənin evinə basqın olmuş, bu barədə araşdırma aparılmamışdır. Mərhum qardaşı Rövşən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün barəsində şöbədə araşdırma aparılmış və fakt təsdiqini tapmadığı üçün o, sərbəst buraxılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini ölmüş Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə dindirilmiş çoxsaylı şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə istintaqıda şahid qismində dindirilmiş Yardımlı RPŞ-nın rəisinin xidmət üzrə sabiq müavini Şahid2 ifadəsində bildirmişdir ki, 01 iyun 2022-ci il tarixdə Yardımlı rayon polis şöbəsinə rayon sakini Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələr əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Baş Narkotiklərlə Mübarizə idarəsinin X4 Şöbəsinin və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Əməliyyata şöbənin cinayət axtarış bölməsinin əməkdaşları da cəlb edilmişlər. Həmin günü sat 20 radələrində Təqsirləndirilən şəxs rayonda çayxananın girişində saxlanılmış və onu şöbəyə aparmaq istəyərkən o, şöbəyə getməkdən imtina etmiş, bundan sonra onun qollarından yapışıb gəldikləri maşına mindirmişlər və şöbə istiqamətinə hərəktə etmişlər. Yolda maşında olarkən Rövşən onlara müqavimmət göstərməyə başlamış, əl-qol ataraq özünü maşında ora-bura vurmuşdur.Rövşən bir qədər cussəli olduğu üçün onu sakitləşdirməkdə çətinlik çəkmişlər. Əməliyyat planına əsasən Rövşəni onlar 2 №-li məktəbin yaxınlığında gözləyən X11 əməkdaşlarına təhvil vermişlər. Regional şöbənin əməkdaşları ilə Rövşəni öz maşınları ilə Yardımlı rayon polis şöbəsinə aparmışlar. Bundan sonra onlar, Təqsirləndirilən şəxs saxladıqları zaman qaçan digər şəxsləri axtarmaq üçün Təqsirləndirilən şəxs saxladıqları «Halal» marketin yaxınlığına qayıtmışlar və orada Rövşənin qardaşı Vüqar adlı şəxs polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söydüyü üçün onu Yardımlı rayon polis şöbəsinə gətirmişlər, protokol tərtib edilmiş və o, cərimə edilmişdir. Yardımlı Rayon Polis Şöbəsində 211 №-li xidməti otaqda olduğu zaman Təqsirləndirilən şəxs halının pisləşdiyini eşitmişdir. Şahid1 göstərişi ilə təcili-tibbi yardımın həkimləri gəlmiş və Təqsirləndirilən şəxs baxıb onun öldüyünü demişlər. Sonra prokurorluğun əməkdaşları gəlib meyiti müayinə etmişlər. Təqsirləndirilən şəxs öldükdən sonra şalvarının cibindən narkotik vasitə aşkar edilmişdir. Şahid2 verilən suallara cavab olaraq göstərmişdir ki, əməliyyat qrupuna rəis müavini Şahid1, əməliyyat müvəkkili Ramin Abışov və PPXT-nın polis əməkdaşı Şahid4 və digər əməkdaşlar daxil idi. Təqsirləndirilən şəxs bədənində olan xəsarətləri maşında onlara müqavimət göstərərkən almışdır. Təqsirləndirilən şəxs rayonda narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Heç vaxt Rövşəni üzərinə narkotik qoyub tutduracağı ilə hədələməmişdir. Rövşəni heç vaxt Şəfəqli kəndində qanunsuz saxlamamış, onun üzərində axtarış aparmamış, ona qarşı zor tətbiq etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yardımlı RPŞ-nın əməliyyat işləri üzrə rəis müavini Şahid1 ifadəsində bildirmişdir ki, 01 iyun 2022-ci il tarixdə Yardımlı rayon polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələr əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Baş Narkotiklərlə Mübarizə idarəsinin X4 Şöbəsinin və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 20 radələrində Təqsirləndirilən şəxs Yardımlı şəhərində “Halal” marketin qarşısında yerləşən çayxananın qarşısında tərəflərindən saxlanılmış, onu rayon polis şöbəsinə aparmaq istəyərkən Təqsirləndirilən şəxs şöbəyə getməkdən imtina etmiş, bu zaman onun qollarından tutub gəldikləri avtomobilin arxa oturacağına mindirmişlər. Maşını polis əməkdaşı Şahid4 idarə etmiş, polislər Rza Ağayev və Şahid15 isə arxada Rövşəni saxlamışlar ki, o, özünü orabura çırpmasın. Özü isə orada qalmışdır ki, özünü şübhəli aparan və çayxanadan çıxıb qaçan şəxsin arxasınca getmişdir. Həmin şəxs qaçdığı üçün onu tapa bilməmişdir.Əməliyyat planına əsasən 2 №-li məktəbin yanında Rövşən X11 əməkdaşlarına təhvil verilmişdir. Onlar isə onu öz xidməti maşınları ilə Yardımlı Rayon Polis Şöbəsinə aparmışlar. Yenidən Təqsirləndirilən şəxs saxladıqları yerə, “Halal” marketin qarşısına gəldikdə, orada Təqsirləndirilən şəxs qardaşı Vüqar adlı şəxs polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söydüyü üçün onu Yardımlı rayon polis şöbəsinə gətirmişlər, inzibati protokol tərtib edilmiş və o, cəriməsi ödənilmişdir. Yardımlı rayon polis şöbəsində xidməti otaqda olduğu zaman Təqsirləndirilən şəxs 211 №-li xidməti otaqda halının pisləşdiyini eşitmişdir. Təqsirləndirilən şəxs ilkin yardım edilmiş, ona su verilmişdir. Təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım əməkdaşları gəldikdən sonra Təqsirləndirilən şəxs baxıb onun öldüyünü demişlər. Bundan sonra prokurorluğun əməkdaşları polis şöbəsinə gəlmişlər və meyitə baxış keçirmişlər. Mərhum Təqsirləndirilən şəxs şalvarının cibindən heroin, metamfetamin və metadon həbləri aşkar edilmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətləri maşında onlara müqavimət göstərərkən almışdır. Təqsirləndirilən şəxs rayonda narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Heç vaxt Rövşəni üzərinə narkotik qoyub tutduracağı ilə hədələməmişdir. Rövşəni heç vaxt Şəfəqli kəndində qanunsuz saxlamamış, onun üzərində axtarış aparmamış, ona qarşı zor tətbiq etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yardımlı RPŞ-nın PPXT-nın polis əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə rayon sakini Təqsirləndirilən şəxs saxlanılmasında keçirilən əməliyyat tədbirində PPX-nın əməkdaşı kimi iştirak etmişdir. Tədbirə digər polis əməkdaşları da cəlb olunmuşlar. Həmin günü saat 20 radələrində idarə etdiyi «Chevrolet Niva» markalı xidməti maşınla rəis müavini Şahid1la şöbədən çıxaraq rayonda yerləşən adını xatırlamadığı bir çayxanının qarşısına gəlmişlər. Kömək üçün polis əməkdaşları Rza Ağayevi və Şahid16 da özləri ilə aparmışlar. Rövşəni çayxananın giriş qapısının qarşısında saxlamışlar, Rövşənə şöbəyə getməyi təklif etmişlər. Lakin, Rövşən şöbəyə getməkdən imtina etmiş, onun qollarından tutub maşina salmışlar. Maşını özü idarə etmiş, arxada əyləşən polislər Rza və İlkin Rövşəni tutmuşlar. Rövşən maşında müqavimət göstərirmiş, maşından düşmək istəyirmiş, buna görə də özünü orabura çırpırmış. Rövşən fiziki cəhətdən qüvvəli olduğu üçün onu saxlamaq çətin idi. Əməliyyat tədbirinin davamı olaraq Rövşəni 2 №-li məktəbin yanında Regional şöbənin əməkdaşlarına təhvil vermək üçün onu maşından düşürüb digər maşına mindirmək istəyərkən maşina minməkdən boyun qaçırmış, özünü maşının müxtəlif yerlərinə çırparaq qaçmağa çalışmışdır.Rövşəni Regional şöbənin əməkdaşlarına təhvil verdikdən sonra şöbəyə getməmişdir. Bir müddətdən sonra eşitmişdir ki, Rövşən şöbədə ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbənin baş əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə Yardımlı rayon polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələr əldə etməsi və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Bundan sonra Baş Narkotiklərlə Mübarizə idarəsinin X4 Şöbəsinin və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat planına əsasən rayon polis şöbəsinin əməkdaşları Rövşəni rayonda saxlayıb 2 saylı məktəbin qarşısında onlara təhvil verməli idik. Belə də olmuş. Təqsirləndirilən şəxs həmin gün saat 20 radələrində rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və əməliyyat planına əsasən qeyd olunan yerdə onlara - X11 əməkdaşlarına təhvil verilmişdir. Rövşən avtomobilin arxa oturacağında oturmuşdur, onu maşından düşürtmək istəyərkən o, maşından düşmək istəməyərək müqavimət göstərmiş, salonun tutacaqlarından bərk yapışmış, özünü ora bura çırpırmış. Əməliyyatda iştirak edən polis əməkdaşları Xəyal, Mehti, Zülfüqar Rövşənin qollarından tutub maşından düşürtmüş, lakin o, əməkdaşların əlindən çıxmaq istəmişdir. Rövşəni gəldikləri «Niva» markalı maşınına mindirmək istəyərkən o, başını maşının sağ qapısının tininə vurmuş, o, fiziki cəhətdən güclü olduğu üçün onu saxlaya bilməmişlər.Onu Yardımlı RPŞ-yə aparmışlar. Şöbənin binasının 211 №li otağında Rövşənin halı pisləşmiş, ona dərhal su vermiş və təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım əməkdaşları gəldikdən sonra Təqsirləndirilən şəxs baxıb onun öldüyünü demişlər. Sonra Təqsirləndirilən şəxs meyitinə rayon prokurorunun, polis rəisinin və digər şəxslərin iştirakları ilə baxış keçirilmiş, onun əynindəki cins şalvarının cibindən heroin, metamfetamin, metadon həbləri, çoxsaylı pul əskinazları, müharibə veteranının vəsiqəsi, bank kartları aşkar edilmişdir. Şahid6 verilən suallara cavab olaraq göstərmişdir ki, avtomobili Şahid7 idarə etmiş, qabaqda özü, arxada isə polis əməkdaşları Şahid8 və Ramil Təqsirləndirilən şəxs aralarında tutub saxlamışlar. Rövşən bədənində olan xəsarətləri müqavimət göstərərkən almışdır. Rövşəni şöbəyə gətirdikdən sonra, üzərində narkotik olduğunu etiraf etmişdir. Bundan 10 dəqiqə sonra onun halı pisləşmiş və ölmüşdür. Onu döyməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yardımlı rayonu, Şəfəqli kənd sakini Şahid21 ifadəsində bildirmişdir ki, Yardımlı rayonu Şəfəqli kəndində çayxana işlədir. 01 iyun 2022-ci il tarixdə polis əməkdaşları Şahid2, Şahid1 və Ramil Adışov çayxananın qarşısında Təqsirləndirilən şəxs üzərini axtardıqdan sonra öz maşınlarına salaraq aparmışlar. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs hədə qorxu gəlmələrini ona qarşı zor tətbiq etmələrini görməmişdir. Şahid21 verilən suallara cavab olaraq bildirmişdir ki, axtarış zamanı Rövşənin üzərindən 2 manat pul çıxmış, Rövşənin telefonu polis əməkdaşları tərəfindən alınmışdır. Zülfüqar ona, “əgər sənin çayxanana narkoman gəlsə çayxanadan narkotik çıxacaq” demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yardımlı RMX-nın həkimi Şahid18 ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə Yardımlı TTYŞ-də növbətçi həkim olarkən saat 20:30-da Yardımlı RPŞ-dan zəng olunaraq rayon polis şöbəsinin inzibati binasında müayinə olunmalı şəxsə tibbi yardım göstərilməsi ilə əlaqədar şöbəyə getməli olduqları bildirilmişdir. Polis şöbəsinin inzibatı binasının ikinci mərtəbəsində otağa daxil olarkən stolun üzərində bir nəfər kişi cinsli şəxsin hərəkətsiz vəziyyətdə oturmasını görmüşdür. Otağa daxil olarkən vizual olaraq həmin şəxsin öldüyünü yəqin etmiş, şəxsə ilkin tibbi yardım göstərməyə çalışmış və nəbzini yoxladıqdan sonra həmin şəxsin öldüyü ona dəqiq məlum olmuşdur. Şahid18 verilən suallara cavab olaraq bildirmişdir ki, meyitin üzərində vizual görünən xəsarət və ya yara olmamışdır. Təqsirləndirilən şəxslə bağlı çağırış 01 iyun 2022ci il saat 20:30-da olmuş, xəstələrin 4 nömrəli qeydiyyat jurnalında texniki səhv olaraq çağırışın saat 19:30-da olduğu qeyd olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbənin baş əməliyyat müvəkkili X7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə Yardımlı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və qərara alınmışdır ki, Yardımlı RPŞ-i və Regional şöbə ilə birgə əməliyyat qrupu yaradılsın. Qrupa regional şöbənin əməkdaşları Şahid6, Şahid7, Şahid8, Şahid9, özü, habelə Yardımlı RPŞ-nını əməkdaşları Şahid2, Şahid1, X17 İmanov daxil olmuşlar. Plana uyğun olaraq rayon polis şöbəsinin əməkdaşları Rövşəni tutub 2 №-li məktəbin yanında onlara təhvil verməli idilər. Həmin günü saat 19 radələrində qeyd etdiyi yerdə rayon polis şöbəsinin əməkdaşlarını gözləmişlər. Onlardan ayrıldıqdan bir neçə dəqiqə sonra Yardımlı RPŞ-nın əməkdaşları Təqsirləndirilən şəxs tutub öz maşınları ilə onların yanına gəlmişlər. Rövşəni maşından düşürtmək istədikdə o, salonun tutacaqlarından yapışaraq müqavimət göstərməklə maşından düşmək istəməmiş, özünü maşında ora-bura çırpmışdır. Bu zaman Şahid7la birlikdə Rövşəni birtəhər maşından düşürtmüşlər. Lakin Rövşən fiziki cəhətdən qüvvətli olduğundan onu zorla saxlamışlar ki, qaçmasın. Rövşəni gəldikləri «Niva» markalı maşına mindirmək istədikdə Rövşən çırpınaraq başını maşının qapısnın tininə vurmuşdur. Birtəhər onu maşına mindirmişlər. Maşını Mehti idarə etmiş, Ruslan qabaqda, arxada isə Aqşin və Ramil Rövşəni aralarında birtəhər saxlamışlar. Buna baxmayaraq Rövşən maşında da onlara müqavimət göstərərək özünü ora-bura çırpırmış. Rövşəni rayon polis şöbəsinin inzibati binasına gətirib onu 211 nömrəli otağa aparmışlar. Şifahi sorğu zamanı Rövşən bildirmişdir ki, özünü pis hiss edir, nəfəsi çıxmır. Onun vəziyyətinin pisləşdiyini görüb su vermişlər. Dərhal təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım gəlmiş və həkim onun artıq keçindiyini demişdir. Sonra şöbəyə rayon prokurorluğunun əməkdaşları gəlmiş, prokurorun, polis rəisinin və digər şəxslərin iştirakı ilə meyitə baxış keçirilmişdir. Müayinəni prokurorluğun əməkdaşı aparmışdır. Mərhum Təqsirləndirilən şəxs şalvarının cibindən külli miqdarda heroin, metamfetamin və metadon həbləri aşkar edilmiş, kütlələr tərəzidə çəkilmişlər. X7 verilən suallara cavab olaraq bildirmişdir ki, mərhum Təqsirləndirilən şəxs maşında özünü ora-bura çırpırdı, müqavimət göstərirdi, xəsarətləri də həmin vaxtı almışdır. Rövşəni döyməmiş, ona qarşı zor tətbiq etməmişdir. Rövşənin müqavimətinin qarşısını almağa çalışmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, Yardımlı rayon sakini 01 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Yardımlı RPŞ-nın və Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin əməkdaşlarından əməliyyat qrupu yaradılmışdır. Əməliyyat planına əsasən, Yardımlı RPŞ-nın əməkdaşları Rövşəni rayonun ərazisində tutub onlara təhvil verməli idilər. Həmin günü saat 20 radələrində Təqsirləndirilən şəxs Yardımlı şəhərində “Halal” marketin qarşısında Yardımlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və əməliyyat planına əsasən rayonun 2 N-li məktəbin yaxınlığında onlara - X11 əməkdaşlarına təhvil verilmişdir. Rövşən maşına minmək istəməmiş, onlara müqavimət göstərmişdir. Birtəhər Rövşəni öz maşınlarına mindirib Yardımlı RPŞ-yə aparmışlar. Maşını özü idarə etmişdir. Ruslan qabaqda, arxada isə Aqşin və Ramil Rövşəni aralarında birtəhər saxlamışlar. Yardımlı rayon polis şöbəsinin əməkdaşları tədbirin davamı olaraq rayon ərazisinə getmişlər. X11 əməkdaşlarından əməliyyatda səkkiz nəfər polis əməkdaşı iştirak etmişdir. Rövşəni Yardımlı rayon polis şöbəsinin əməkdaşlarndan təhvil alan zaman Rövşən müqavimət göstərərək maşından düşmək istəməmiş, özünü avtomobilin salonunda müxtəlif yerlərə çırpmış, bütün bunlara baxmayaraq Rövşəni avtomobilə əyləşdirmiş və Yardımlı RPŞ-nə aparmışlar. Yardımlı rayon polis şöbəsinin binasında 211-ci otaqda Rövşənin dindirilməsi üçün Şahid6, Xəyal Abışov və Şahid8 iştirak etmişdir. Yardımlı rayon polis şöbəsinin əməkdaşlarından Şahid2 və Şahid1 da onların yanına gəlmişdir. Rövşəni sorğu-sual etmək istəyən zaman Təqsirləndirilən şəxs halı pisləşmiş, özünü pis hiss etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilkin yardım edilmiş, ona su verilmişdir. Təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım əməkdaşları gəldikdən sonra Təqsirləndirilən şəxs baxıb onun öldüyünü demişlər. Bu barədə Rayon prokurorluğuna məlumat verilmiş və prokurorluğun əməkdaşları hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxs döyməmiş və onun polis əməkdaşları tərəfindən döyüldüyünü görməmişdir. Rövşən bədənindəki xəsarətləri onlara müqavimət göstərərkən almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin baş əməliyyat müvəkkili Şahid9 ifadəsində bildirmişdir ki, 01 iyun 2022-ci il tarixdə Yardımlı rayon polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələr əldə etməsi və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Bundan sonra Baş Narkotiklərlə Mübarizə idarəsinin X4 Şöbəsinin və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Yardımlı şəhərində “Halal” marketin qarşısında Yardımlı RPŞ-nın əməkdaşları tərəfindən saxlanılmış və əməliyyat planına əsasən X11 əməkdaşlarına təhvil verilmişdir. Yardımlı rayon polis şöbəsinin əməkdaşları tədbirin davamı olaraq rayon ərazisinə getmişlər. Onlar isə Rövşəni Yardımlı RPŞ-nə aparmışlar. Rövşəni Yardımlı rayon polis şöbəsinin əməkdaşlarndan təhvil alan zaman Rövşən müqavimət göstərərək maşından düşmək istəməmiş, özünü avtomobilin salonunda müxtəlif yerlərə çırpmış, bütün bunlara baxmayaraq Rövşəni avtomobilə əyləşdirmiş və Yardımlı RPŞ-nə aparmışlar. Yardımlı RPŞ-nə çatdıqdan sonra Regional şöbənin əməkdaşlarından özü, Şahid10, Şahid11 və Şahid12 şöbənin həyətində gözləmiş, digər əməkdaşlar, Şahid6, X18 Səfiyarov və Şahid8 isə Rövşənlə birlikdə şöbənin ikinci mərtəbəsində yerləşən 211-ci otağa qalxmışlar. Bir müddət sonra Rövşənin halının pisləşdiyini eşitmiş və təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım əməkdaşları gəldikdən sonra Təqsirləndirilən şəxs baxıb onun öldüyünü demişlər. Bu barədə Rayon prokurorluğuna məlumat verilmiş və prokurorluğun əməkdaşları hadisə yerinə gəlmişdir. Rövşəni Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarından təhvil alan zaman Rövşənin üz nahiyəsində xəsarət olmuşdur.Həmin xəsarətləri Rövşən onlara maşında müqavimət göstərərkən almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin baş əməliyyat müvəkkili Şahid10 ifadəsində göstərmişdir ki, Yardımlı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı əsasında əməliyyat tədbirində iştirak etmiş. 01 iyun 2022-ci il tarixdə saat 19 radələrində Rövşən rayonda saxlanılmış və 2 №-li məktəbin yanında onlara - Cənub Regional şöbəsinin əməkdaşlarına təhvil vermişlər. Rövşəni Yardımlı RPŞ-nın əməkdaşlarının maşınından düşürdüb onların maşınına mindirərkən Rövşən müqavimət göstərərək başını avtomobilin qapısının tininə vurmuş, sonra onun əl-qolunu tutub birtəhər maşına mindirmişlər. Rövşəni yaxınlıqda olan Yardımlı RPŞ-ə aparmışlar. Rövşəni otaqların birinə aparmışlar. Özü içəri otağa keçməmiş. İçəridə digər polis əməkdaşları vardır. Təxminən 15-20 dəq.sonra eşitmişdir ki, Rövşənin halı pisləşmiş, dərhal təcili tibbi yardım çağırılmışdır. Bir neçə dəqiqədən sonra eşitmişdir ki, Rövşən ölüb.Hadisə yerinə prokurorluğun əməkdaşları gəlmişlər.Mərhum Rövşəni döyməmiş, ona zor tətbiq etməmişdir. Rövşən onlara müqavimmət göstərərək xəsarətləri almışdır. Rövşənin meyitinə baxış keçirərkən otaqda olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin polis nəfərləri Şahid11 və Şahid12 ifadələrində göstərmişlər ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində mərhum Təqsirləndirilən şəxs Yardımlı RPŞ-nın əməkdaşları tərəfindən rayonun ərazisində saxlanıldıqdan sonra 2 №-li məktəbin yaxınlığında onlara-X4 şöbəsinin əməkdaşlarına təhvil verilərkən Rövşən müqavimət göstərərək başını maşının sağ qapısına vurmuş, özünü ora-bura ataraq qaçmaq istəmiş, maşına minmək istəməmişdir.Rövşən fiziki cəhətdən qüvvətli olduğundan onu maşına mindirməkdə çətinlik çəkmişlər. Onu birtəhər gəldikləri maşına mindirib yaxınlıqda yerləşən Yardımlı RPŞ-yə aparmışlar. Rövşəni hansısa bir otağa aparmışlar. Otağa girməmişlər. Sonra eşitmişlər ki, Rövşən otaqda keçinmişdir. Prokurorluq əməkdaşları şöbəyə gəlmişlər. Rövşənin üzərində narkotik aşkar edilmişdir. Rövşəni döyməmişlər. O, bədənindəki xəsarətləri müqavimət göstərərkən almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yardımlı RPŞ-nın TQ-nun təhqiqatçısı X1 və İQ müstəntiqi X6 ifadələrində göstərmişlər ki, Yardımlı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə Yardımlı RPŞ-nın və Gənub Bölgəsində regional şöbənin əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin günü saat 20 radələrində Təqsirləndirilən şəxs rayonun ərazisində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına aparılmışdır. 211 №-li otaqda Rövşən saxlanılarkən halı pisləşmiş, otaqda ölmüşdür. Hadisə yerinə prokurorluğun əməkdaşları gəlmişlər. Prokurorluğu əməkdaşı hadisə yerinə və meyitə baxış keçirilmişdir. Mərhum Təqsirləndirilən şəxs şalvarının cibindən bir bükümdə heroinə oxşar kütlə, metadon həbləri, pul əskinazları, metamfetaminə bənzər maddə aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yardımlı RPŞ-nın əməkdaşları Şahid15 və Şahid16 ifadələrində rayon sakini Təqsirləndirilən şəxs saxlanıldığını, onu maşına mindirmək istədikdə Rövşənin müqavimət göstərərk maşına minmək istəmədiyini, onu birtəhər maşına mindirdiklərini, Rövşən maşında arxada özünü ora-bura çırparaq onlarla getmək istəmədiyini, onu gətirib Regional şöbənin əməkdaşlarına təhvil vermək istəyərkən maşına minmək istəmədiyini, yenidən müqavimət göstərdiyini, qaçmaq istədiyini, bundan sonra rayon polis şöbəsinə getdiyini, bir müddətdən sonra Rövşənin şöbədə öldüyünü göstərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yardımlı rayonu Şəfəqli kənd sakini Şahid17 ifadəsində göstərmişdir ki, mərhum Təqsirləndirilən şəxs yaxın dostudur. Hadisədən bir neçə gün əvvəl Şəfəqli kəndində Muxtarın çayxanasında olanda polis əməkdaşı Zifüqarla digər polislər Şahid1, Ramil Adışov və Aqil orada onların üstünü axtarmışlar.Üstlərində heçnə aşkar olunmamışdır.Zülfüqar orada Rövşənə “səni yükləyib tutuduracağam” demiş və çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yardımlı rayonu Şəfəqli kənd sakini Şahid21 ifadəsində göstərmişdir ki, Şəfəqli kəndində çayxana işlədir. Mərhum Rövşəni tanıyır. Hadisədən bir müddət əvvəl polis əməkdaşlarının çayxanada Rövşənə hədə-qorxu gəlmələrini görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid19 ifadəsində mərhum qardaşı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrək məruz qalaraq döyülüb öldürüldüyünü, bundan sonra şalvarının cibinə polis əməkdaşları tərəfindən Yardımlı RPŞ-nın inzibati binasında narkotik vasitə qoyulduğunu göstərmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə Yardımlı rayonunda “Halal” marketin yanında olarkən Rövşən ona yaxınlaşaraq polis əməkdaşlarının onu incitdiyini, ona “narkobaron” dediklərini, polislərin əlindən küçəyə çıxa bilmədiyini bildirmişdir. Aralarında olan bu söhbətdən təxminən bir saat sonra Rövşənin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Rövşən onunla söhbət edən zaman narkotikin təsiri altında olmamışdır. Məhkəmə istintaqında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə fizikikimyəvi ekspertizasının 02 iyun 2022-ci il tarixli, 19/658 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ İştirakçılar: Şahid6, Şahid13, Fariz Mahmudov, Ramil Adışov, Sulduz Məmmədov...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -377,373 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - Tədqiqata təqdim edilmiş üzərində “ İştirakçılar: Şahid6, Şahid13, Fariz Mahmudov, Ramil Adışov, Sulduz Məmmədov...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -2,538 qr: -1,458 qram ; ümumi təmiz çəkisi: -3,996 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər və 1 ədəd bükümdə təmiz çəkisi: -1,277 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindirlər. - Tədqiqata təqdim edilmiş üzərində “ İştirakçılar: Şahid6, Şahid13, Fariz Mahmudov, Ramil Adışov, Sulduz Məmmədov...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd konvalyutda ümumi sayı 8 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı: -0,32 qramdır(bir həbdə 0,04 qr). - Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus iki ədəd zərfdəki ümumi sayı 3 büküm və ümumi təmiz çəkisi: -381,369 qram olan heroinlər kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. İş materiallarında olan 24 may 2022-ci il tarixli «baxış keçirmə və götürmə haqqında» protokola əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 401, 79 qram olan narkotki vasitə heroin, 1,47 qram psixotrop maddə metamfetamin, 1 ədəd üzərində «methadone 40» yazısı olan konvalyutda 8 ədəd həblər aşkar edilmişdir. Lakin iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotki vasitə heroinin çəkisi 381,369 qram, psixotrop maddə metamfetaminin çəkisi 1,277 qram, matadon həbləri 8 ədəd olması göstərilmişdir. Belə olan halda, məhkəmə «baxış və götürmə» keçirilməsi zamanı narkotik vasitələrin və psixotrop maddənin ilkin çəkilərkən və ekspert rəyindən sonra aralarında yaranmış ziddiyyətlərlərə hüquqi qiymət verərək hesab edir ki, ekspertin rəyi ittihamın qanuni və əsası kimi mötəbər sübut kimi qəbul edilməlidir. Lənkəran şəhər Psixiatriya Xəstəxanasından alınmış məktubdan görünür ki, məhum Təqsirləndirilən şəxs ə onun hüquqi varisi Nazim Əliyev ruhi-əsəb və narkoloji kabinetdə dispanser qeydiyyatında durmurlar. İş materiallarında olan Yardımlı rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/479-14 N-li arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə ölmüş, ölümə səbəb isə heroinlə zəhərlənmə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokurorunun 2 avqust 2022-ci il tarixli qərarı ilə Yardımıl RPŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə istintaq olunan həmin cinayət işi istintaqın davam etdirilməsi üçün Masallı RPŞnın İstintaq bölməsinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə mərhum X10 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi Nazim Əliyevə elan olunmuşdur. Məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitələrdən istifadə etməsi, mütəmadi olaraq üzərində saxlaması və satışı ilə məşğul olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs meyitinin üzərində olan paltarların cibindən -381,369 qram çəkidə külli miqdarda olan narkotik vasitə heroin, təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd həb alında narkotik vasitə metadon və 1,277 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini hardan və necə əldə etməsi, əldə etdiyi şəxs(lər)in şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 10 sentyabr 2022-ci il tarixli qərarla mərhum Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi - 381,219 qram qalmış narkotik vasitə olan heroin və ekspert tədqiqatından sonra qalıq çəkisi -1,227 qram qalmış psixotrop maddə metamfetamin, ekspert tədqiqatından sonra qalıq qalmış 7 ədəd narkotik vasitə olan metadon həbi maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmiş, mərhum Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və psixotrop maddələrin aşkar olunduğu görüntünün olduğu video disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 17 sentyabr 2022-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ayrıca icraata cinayət işi ayrılmışdır. 01 iyun 2022-ci il tarixdə Yardımlı RPŞ-nın rəisi tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərarın surəti Yardımlı rayon məhkəməsinə və Yardımlı rayon prokuroruna göndərilmişdir. 01 iyun 2022-ci il tarixdə Yardımlı RPŞ-nın rəisi tərəfindən həmin şöbənin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılması haqqında Ə170-194-11 N-li əmr imzalanmışdır. Təqsirləndirilən şəxs Yardımlı RPŞ-nın inzibati binasına gətirilməsi və saxlanılması ilə bağlı videogörüntülərin götürülməsinə dair məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN-ə və Yardımlı RPŞ-yə sorğular göndərilmiş, alınmış cavablarda arxiv bazasında baş vermiş avtomatlaşdırıldmış texniki yenilənmə səbəbindən müvafiq görüntülərin təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə tədqiq olunmuş, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədlərı mötəbər sübut növü kimi qəbul edir. Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi Nazim Əliyev məhkəmə istintaqında ölmüş qardaşı Təqsirləndirilən şəxs müdafiəsi üçün dəlil gətirərək sonuncunun üzərində aşkar olunan heroinin, metamfetaminin və metadonun ona məxsus olmadığını, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, qardaşının polis şöbəsində döyülərək öldürüldüyünü göstərmişdir. Məhkəmə ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi Nazim Əliyevin qardaşı Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, qardaşını cinayət məsuliyyətindən yayındırmaq və onu müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin mərhum qardaşı – Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək öldürülməsi ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə Yardımlı rayon prokurorluğunda araşdırma aparılmış və 26 iyul 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən 1 sentyabr 2022-ci il tarixdə ləğv edilmiş, material üzrə əlavə araşdırmanın aparılması Lənkəran rayon prokurorluğuna həvalə edilmişdir. Təqsirləndirilən şəxs Yardımlı RPŞ-nın inzibati binasında ölməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda əlavə araşdırma aparılmış və 15 sentyabr 2022-ci il tarixli qərarla CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Məhkəmədə tədqiq edilmiş həmin materialdan (MTE və PA ETT birliyinin xx.xx.2022-ci il tarixli rəyi) görünür ki, Təqsirləndirilən şəxs bilavasitə ölümünə səbəb «amfetamin, heroin, kannabinoid» adlı narkotik və psixotrop maddələrin kombinə olunmuş kəskin zəhərlənmə olmuşdur. Bu, Təqsirləndirilən şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı zamanı həmin narkotik vasitələrin və psixotrop maddənin aşkar olunması, onun meyitinin məhkəmə-tibbi ekspertizası müayinəsi zamanı ölümünə səbəb ola biləcək həyat üçün təhlükəli olan hər–hansı ağır xəsarətlərin və daxili üzvlərində ağır patoloji xəstəlik dəyişikliklərin aşkar edilməməsi ilə də təsdiq edilir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Yardımlı RPŞ-nin inzibati binasında vəfat etməsi faktı ilə bağlı polis əməkdaşlarının qanunsuz hərəkətlərinin yol vermələri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bədəni üzərində dərəcəsi təyin olunmayan aşkar edilmiş xəsarətləri Yardımlı RPŞ-nın əməkdaşları tərəfindən avtomobildə regional şöbənin əməkdaşlarının olduğu yerə gətirilərkən, onlara Rövşəni təhvil verib regional şöbənin əməkdaşlarının idarə etdiyi avtomobildə Yardımlı RPŞ-nə gətirilərkən müqavimət göstərib özünü avtomobildə müxtəlif yerlərə çırparaq qaçmağa çalışan və polis əməkdaşlarının onun bu cəhtlərinin qarşısını alan zaman yaranmışdır. Məhkəmə tərəfindən baxılan hazırki iş üzrə isə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması ilə bağlıdır. Həmçinin, mərhum Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroinin, metamfetaminin və metadonun polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusat məhkəmədə dindirilmiş çoxsaylı şahidlərin ifadələri ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan baxış və götürmə keçirilməsi haqqında 01 iyun 2022-ci il tarixli istintaq hərəkətinin protokolu və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, mərhum Təqsirləndirilən şəxs şalvarının cibindən narkotik vasitələr, psixotrop maddə aşkar olunduğunu, narkotik vasitələrin və psixotrop maddənin üzərinə polis əmkdaşları tərəfindən qoyulması müşahidə edilmir. Artıq bu hallar təqsirləndirilən şəxsin üzərində külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmamasına dair məhkəmə baxışı dövründə ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi Nazim Əliyevin verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə mərhum qardaşı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün iş üzrə dindirilmiş şahid ifadələrini, «baxış və götürmə keçirilməsi» haqqında protokolu, videoçəkilişi, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı, əməliyyat istintaq qrupunun yaradılması haqqında əmri, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, metadon narkotik vasitələr, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Metadonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Təqsirləndirilən şəxs ölüm faktı ilə bağlı Yardımlı və Lənkəran rayon prokurorluqlarında aparılan araşdırmalardan, eləcə də məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, onun bilavasitə ölümünə səbəb «amfetamin, heroin, kannabinoid» adlı narkotik və psixotrop maddələrdən kombinə olunmuş kəskin zəhərlənməsi olmuşdur. Müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq həmin narkotik vasitələri və psixotrop maddəni sağ olarkən əldə edib, saxlayıb daşımış və bu səbəbdən də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı RPŞ-yə gətirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ölümü ilə hazırki cinayət əməli arasında heç bir səbəbli əlaqə yoxdur. CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham daxilində baxılır. İşin faktiki halları, o cümlədən yuxarıda qeyd olunan hallar ölmüş təqsirləndirilən şəxsin satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz əldə etməsi, saxlaması, daşıması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Yardımlı şəhər inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Əliyev X2 rayonun, Yardımlı qəsəbəsində qeydiyyatda olmuş və həmin ünvanda yaşamış və yaşadığı müddətdə qənaətbəxş xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət törətdikdən sonra öldüyü üçün cəza təyin edilməməsi qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı, lakin o, qeyd olunan cinayət əməlini törətdikdən sonra öldüyü üçün ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən cinayət törətdikdən sonra ölmüş təqsirləndirilən şəxsə cəza təyin edilməməklə ittiham hökmü çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cinayət törətdikdən sonra öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri - 65 (altmış beş) manat təşkil edir. Lakin cinayət hadisəsini törətməkdə Təqsirləndirilən şəxs öldüyü üçün iş üzrə ekspertiza tədqiqatı xərclərinin tutulmasının mümkün olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Masallı RPŞ-də saxlanılan 381,219 qram narkotik vasitə heroin,1,227 qram qalmış psixotrop maddə metamfetamin, 7 ədəd narkotik vasitə olan metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və psixotrop maddənin aşkar olunduğu görüntünün olduğu video disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məxsus mobil telefonların ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi olan qardışı Nazim Əliyevə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.1-1, 344- 347, 349, 351-353, 354.1.3, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona, cinayət törətdikdən sonra öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Masallı RPŞ-də saxlanılan 381,219 qram narkotik vasitə heroin,1,227 qram qalmış psixotrop maddə metamfetamin, 7 ədəd narkotik vasitə olan metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və psixotrop maddənin aşkar olunduğu görüntünün olduğu video disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus mobil telefonların ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi olan qardışı Nazim Əliyevə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs öldüyü üçün iş üzrə ekspertiza tədqiqatı xərclərinin tutulmasının mümkün olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Müşfiq Məmmədov Hakimlər: Cəlil Nəbiyev Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-48/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-48/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver